Press "Enter" to skip to content

Kommersiya hüququnda müqavilə münasibətləri

[12] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142) ilə 16-cı maddəsinin adına və 16.1-ci maddəyə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.

Ümumdövlət telekommunikasiya sistemləri

12.2. Ümumdövlət telekommunikasiya sistemləri

Müasir istehsalat informasiya yığımından, verilişindən və emalından asılı
olan idarəetmə sistemlərinin varlığı ilə, daha dəqiq desək, telekommunikasiya
vasitələrinin istifadəsi ilə ef-fektiv olur.
Tarixi planda götürsək, telekommunikasiya növləri öz kanal, sistem və
şəbəkələrini yaradaraq bir-birindən asılı olmadan uzun illər paralel inkişaf
ediblər [1,16, 22, 71-94].
Hər şəbəkənin strukturu konkret telekommunikasiya nö-vü üçün seçilirdi.
Nəticədə keçmiş Ittifaqda və Azərbaycanda bir neçə müstəqil şəbəkə
formalaşıb. Bu isə şəbəkələrin qurulmasında istifadə olunan material
vasitələrinin xırdalan-masına gətirib çıxarırdı. Bununla da ölkədə bir-birindən
asılı olmayan avadanlıq və xidməti personalla təchiz olunmuş kiçik şəbəkələr
yaradılır.Məsələn: telefon və teleqraf şəbəkələri:
– dəmir yolu;
– energetik;
– neftçilər;
– DIN, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Nazirliyi;
– dövlət (hökumət) rabitəsi və s.

220
Ikinci Dünya müharibəsindən sonra Avropada və keçmiş Ittifaqda 60-
cı illərin sonunda aydın oldu ki, telekom-munikasiya şəbəkələrinin perspektiv
birləşməsi üçün ilk növbədə hər telekommunikasiya növü daxilində eyni növlü
şəbəkələrin birləşməsi, sonra isə ayrı-ayrı telekommunikasiya növlərinin izolə
olunması tələb olunur.
Hal-hazırda rəqəm veriliş və kommutasiya sistemlərinin geniş inkişafı ilə
əlaqədar olaraq ayrı-ayrı telekommunikasiya növlərinin vahid rəqəm sistemində
birləşdirilməsi daha vacib məsələyə çevrilib. Ilk növbədə ayrı-ayrı veriliş
sistemlərinin uyğun istiqamətlərdə vahid veriliş sistemində birləşdirilməsi
vacibdir.
Veriliş sistemi elektrik rabitə siqnallarının daşınmasını təmin edən
müstəqil elektrik kanallarını yaradan texniki vasitələr yığımıdır.
Şəbəkələrin birləşməsi üçün iki əsas səbəb alıcıya ötürülən məlumatların
veriliş istiqamətlərinin təşkilini təmin edən müxtəlif kommutasiya sistemlərinin
yerinə yetirdiyi funksiyaların oxşarlığı oldu.
Bütün bunlar imkan verdi ki, keçmiş Ittifaqda ayrı-ayrı telekommunikasiya
şəbəkələri vahid şəbəkədə birləşə bilsinlər. Beləliklə, vahid avtomatlaşdırılmış
rabitə şəbəkəsinə (VARŞ) əsas yarandı.
VARŞ-ın təyinatı ölkədə elektrik siqnalları vasitəsilə məlumatların
ötürülməsi üçün bütün tələbləri ödəyir.
Texniki planda VARŞ texniki vahidlik və avtomatlaş-dırmanın təşkili
əsasında qarşılıqlı əlaqədə olan telekommuni-kasiya vasitələri kompleksidir.
VARŞ-ın təşkili üçün iki tələb qoyulur:
– səmərəlilik;
– etibarlıq.
Telekommunikasiya elə vacib elementdir ki, onsuz müasir inkişaf etmiş
cəmiyyət təşəkkül tapa bilməz. Buna görə də II Dünya müharibəsindən sonra
Cenevrədə yaranmış Beynəlxalq Telekommunikasiya Ittifaqı (BTI) fundamental
tədqiqatlar, layihələr və proqnozlaşdırma əsasında vahid ümumdövlət
telekommunikasiya şəbəkələrinin yaranmasına geniş yer ayırdı.
BTI-nin məsləhətlərinə əsasən istənilən ölkədə ümumdövlət rabitə sistemi
(ÜDRS) və onun aşağıdakı altsistemləri yaradıla bilər:
– yerli, şəhərlərarası və beynəlxalq şəbəkələri birləşdirən ümumdövlət
avtomatladırılmış telefon rabitəsi sistemi (ÜDATRS);
– ümumdövlət teleqraf rabitəsi sistemi (ÜDTqRS);
– ümumdövlət veriliş sistemi (ÜDVS);
– ümumdövlət televiziya və radioyayım siqnallarının pay-lanma sistemi
(ÜDTRSPS) və s.
Ümumdövlət rabitə sistemlərindən başqa sahədaxili (idarə və müəssisə)
rabitə sistemləri də mövcuddur.
Ümumdövlət rabitə sistemi (ÜDRS) böyük və mürəkkəb sistem olub ölkə
ərazisində fəaliyyət göstərən bütün rabitə növlərini aşağıdakı prinsiplər üzrə
birləşdirir:
– təşkil olunma prinsipi;
– texniki prinsip;
– metodoloji prinsip və s.

221
Ümumdövlət rabitə sistemi yuxarıda adı çəkilən rabitə sistemlərini vahid
sistemdə birləşdirir. Funksional əlamətlərinə görə ölkə şəbəkəsini aşağıdakı
hissələrə ayırmaq olar:
– veriliş sistemi;
– kommutasiya vasitələri;
– son abunəçi qurıdları;
– şəbəkənin idarəetmə vasitələri.
VARŞ-ın əsasını ilkin şəbəkələr təşkil edir. Ilkin şəbəkələr ölkə ərazisində
paylanmış və bir-birilə müxtəlif tutumlu çoxkanallı rabitə xətləri ilə birləşən
məntəqələr yığımıdır. Çoxkanallı rabitə xətləri standart veriliş kanallarını
yaratmağa imkan verir.
Mahiyyətcə şəhərlərarası telefon rabitəsi üçün çoxkanallı elektrik rabitəsi
olan ilkin şəbəkələrin bazasında ikinci şəbəkələr yaranır. Ikinci şəbəkələr təyinat
və xidmət texnologiyası xüsusiyyətlərinə (telefon, teleqraf) görə fərqlənib bu
şəbəkəyə qoşulmuş abunəçi aparatları arasında məlumatların veriliş və
paylanmasını təmin edir.
Tipik (standart) kanalların və qrup veriliş traktlarının əsas
xarakteristikaları cədvəl 12.1-də göstərilmişdir.
Ilkin şəbəkənin tipli kanalları və qrup traktları ikinci şəbəkələrin
qurulmasında istifadə olunur. Ikinci şəbəkələr aşağıdakı növlərə ayılır:
– ötürülən məlumatın növünə görə (telefon, teleqraf, verilənlərin
ötürülməsi, faksimil rabitə, TV və s.);
– məhəlli (ərazi) əlamətinə görə (şəhərlərarası, zonadaxili, yerli (şəhər
və kənd);
Cədvəl 12.1

Tipik (standart)
və qrup veriliş
traktlarının
adlandırılması

Tezlik zolağı və ya
veriliş sürəti

Kanalların
sayı
Tipik kanallar
Tonal tezlik (TT)
Əsas rəqəm (ƏR)
0,3-3,4 khs
64 kbit/s

Səs yayımı

televiziya:
ali sinif
ilkin sinif
ikinci sinif

0,03-15 khs
0,05-10 khs
0,1-63 khs

Televiziya təsvir
siqnallarının verilişi

Analoq qrup traktları

ilkin
ikinci
12,3-23,4 khs
60,6-107,7 khs
312,3-551,4 khs

222
üçüncü
dördüncü
812,3-2043,4 khs
8516,3-12387,4 khs
5
×60=300 TT
3
×300=900 TT
Rəqəm qrup traktları
sub ilkin
ilkin
ikinci
üçücü
dördüncü
0,512 Mbit/s
2,048 Mbit/s
8,448 Mbit/s
34,368 Mbit/s
139,264 Mbit/s
8 ƏR
32 ƏR (IKM-30)
120 ƏR (IKM-120)
480 ƏR (IKM-480)
1920 ƏR (IKM-1920)

– sahədaxili (ümumdövlət, müəssisə);
– tətbiq sahəsinə görə (ümumi istifadə, istehsalat, texnoloji, dispetçer və
s.).
Istənilən ikinci şəbəkə (yerli şəbəkə) aşağıdakı qurğuların yığımıdır:
– son qurğular (terminallar);
– kommutasiya qurğuları (stansiya və qovşaq);
– ilkin şəbəkənin tipli kanal və qrup traktları bazasında yaranmış ikinci
şəbəkə kanalları (BX və s.).
Ikinci şəbəkələr ilkin şəbəkələrin təşkil etdiyi rabitə kanallarının istifadəsi
üçün təyin edilir.

12.3. Ümumdövlət avtomatik kommutasiya olunan
telefon rabitəsi (ÜDAKTR)

Ümumdövlət avtomatik kommutasiya olunan telefon rabitəsi (ÜDAKTR)
ilkin və ikinci şəbəkələr yığımı olub özünə aşağıdakılardan ibarətdir:
– avtomatik telefon stansiyası (ATS);
– avtomatik kommutasiya qurğuları;
– TT kanallarının, magistral ilkin şəbəkənin və stansiya-lararası BX
bazasında qurulmuş telefon kanalları;
– abunəçi xətləri və abunəçi qurğuları.
Abunəçi və stansiyalararası birləşdirici xətlər (BX) kimi fiziki dövrlər,
TT kanalları və rəqəm kanalları istifadə oluna bilər.
Ümumdövlət telefon şəbəkəsi aşağıdakılardan ibarətdir:
– beynəlxalq telefon şəbəkəsi (BTŞ);
– şəhərlərarası telefon şəbəkəsi (ŞaTŞ);
– zona telefon şəbəkəsi (federal dövlət üçün);
– yerli telefon şəbəkəsi (şəhər və kənd).
Böyük dövlətlər üçün (məsələn, Rusiya) nəzərdə tutul-muş BTŞ-yə əsasən
şəhərlərarası rabitənin əhatə etdiyi sahə 12500 km, zonadaxili rabitədə 1400 km,
yerli şəbəkədə isə 1 neçə 10 km-ə çatır.
Qəbul olunub ki, abunəçilərin telefon yükünün təxminən 80-90%-i yerli
şəbəkə hüdudunda, trafikin ŞaTŞ-yə daxil olan 50%-i isə öz 7 №li nömrələnmə
zonası hüdudunda qapanır.
Avtomatik kommutasiya olunan telefon şəbəkəsinə əsaslanan ümumdövlət
telefon rabitəsi sistemini (ÜDTRS) 3 alt sistemə ayırmaq olar (şək.12.4).

223
– telefon rabitəsinin ərazi (məhəlli) alt sistemləri;
– funksional alt sistemlər;
– təminat vasitələri.
Şəhərlərarası, zonadaxili və yerli rabitə sistemləri də analoji funksional alt
sistemlərə malikdir. Yuxarıda qeyd olunmuş funksional alt sistemlərin hər biri
öz növbəsində böyük və mürəkkəb sistemdir.
ÜDAKTR səs siqnallarının elektrik siqnallarına və əksinə çevrilməsini
təmin edir, həmçinin elektrik siqnallarının ötürülməsi üçün istiqamətləri seçir.
Bu funksiyaların həyata keçirilməsi üçün telefon şəbəkələri aşağıakılara
malikdir:
1. son qurğular (telefon aparatı TA);
2. telefon stansiyaları və qovşaqları (ATS, AŞaTS);
3. analoq (TT) və rəqəm (R) xətləri və kanalları.
Abunəçilərin xidmət sistemi abunəçilərin kateqoriyala-rından asılı olaraq
onların hüquqlarını təyin edir və hər abunə-çiyə telefon rabitəsinin həyata
keçirilməsi üçün lazımi imkanı verir.
Nömrələnmə sistemi telefon şəbəkəsində tələb olunan abunəçini
seçməyə imkan verir [1,11,16, 22, 41,71].
Funksional siqnalların veriliş sistemi avtomatik kommutasiya
qurğularının, yarımavtomatik rabitədə isə telefonçuların normal işini, həmçinin
avtomatik rabitə zamanı abunəçiyə lazımi informasiyanın çatdırılmasını təmin
edən siqnalların tərkibini, parametrlərini təyin edir.

224
Шящярлярарасы
вя бейнялхалг
Территориал (арази)
алт системляр
Функсионал
алт системляр
Тя’минат
васитяляри
ЦДТ ПС
ф
ЦДАК Т Р
ф
Техники
Зонадахили
Абунячиляря
хидмят
Програм
Шящяр
Номрялянмя
Методики
Кянд
Функсионал сиг-
налларын верилиши
Информасийа
Шябякянин идаря
олунмасы
Тяшкилаты
Абунячилярля олан
данышыьын щесаб-
ланмасы
Техники
истисмар
Рабитя мцясисся-
ляринин идаряетмя
тяшкили вя планлаш-
дырма

Şək.12.4. Ümumdövlət telefon rabitə sisteminin tərkibi

Şəbəkənin idarəetmə sistemi aşağıdakıları təmin edir: şəbəkənin normal iş
şəraitində abunəçilərə keyfiyyətli xidmətin göstərilməsi, şəbəkədə nasazlıqlar və
yüklənmə olduqda belə yüksək keyfiyyətli xidmət, telefon şəbəkəsinin bütün
vasitələrindən istənilən iş şəraitində effektiv istifadə olunması.
Abunəçilərlə olan danışıqların hesablama sistemi telefon rabitəsindən
istifadənin hesablanmasını təyin edir, həmçinin telefon rabitəsindən istifadə
olunma dəyərinin hesablanması üçün vacib olan verilənlərin qeydiyyatını və
emalını təmin edir.
Texniki – istismar sistemi texniki xidmət qaydalarını təyin edir və az
əmək, pul vəsaiti və material sərf etməklə telefon şəbəkəsi qurğularının normal
işini təmin edir.
Rabitə müəssisələrinin idarəetmə, təşkili və planlaşdırma sistemi müxtəlif
vəsaitlərin köməyilə insanlar tərəfindən həyata keçirilən çoxsaylı əmək
proseslərinin qarşılıqlı əlaqəsini təmin edir ki, bu şəraitdə ÜDTRS effektiv
inkişaf edir.

225
ÜDTRS dünya telefon rabitə sisetminin alt sistemi olub digər milli telefon
rabitə sisetmləri ilə əlaqəli olmalıdır.
Milli telefon rabitəsi sistemlərinin quruluş, inkişaf və qar-şılıqlı
əlaqələrinin əsas prinsip və vəziyyətləri öz əksini Beynəl-xalq
Telekommunikasiya Ittifaqının məsləhətlərində tapır.
ÜDTRS-nə aşağıdakı əsas tələbatlar qoyulur:
– effektivlik;
– inkişaf qabiliyyəti;
– uzlaşma;
– keyfiyyət, və s.
ÜDTRS-nin səmərəliliyi öz təyinatına görə sistemin uyğunluq dərəcəsi
kimi təyin etmək olar. Bu tələb rabitə siste-minə istehlakçı, həm də istehsalçılar
tərəfindən qoyulur. Telefon rabitəsinin effektivliyi iş vaxtına olan qənaətdir.
Sosial effektivlik isə boş vaxt fondu və onun istifadə effektivliyinin artmasıdır.
Inkişaf qabiliyyəti artma xüsusiyyətinə malik olmalıdır, yəni inkişaf elə
getməlidir ki, əsas funksiyaların iş prosesi po-zulmasın. Artma xüsusiyyəti
dedikdə tək telefon aparatlarının, stansiyalarının, qovşaqların, rabitə
magistrallarının sayının artması deyil, həmçinin abunəçilərə əlavə xidmət
növlərinin (ƏXN) göstərilməsi nəzərdə tutulur. Bu zaman rəqəti kommu-tasiya
sistemləri daha effektiv olur.
ÜDTRS-nə qoyulan əsas tələb onun alt sisteminin inkişafının
mütənasibliyidir. Keçmiş Ittifaqda rabitənin inkişafına qoyulan kapital
qoyuluşunun 30%-i ŞTŞ-yə, elə bu qədər də BTŞ-yə sərf olunurdu.
Rabitənin inkişafında elmi əsaslanmış nisbətlərin gözlənməsi makismal
effektivlik əldə etməyə imkan verir.
Inkişaf qabiliyyəti sistemin tərkibindən fiziki və mənəvi köhnəlmiş
vasitələrin, abunəçilər üçün dəyərini itirmiş xidmətlərin çıxarılmasını və ya
yeniləri ilə əvəz olunmasını nəzərdə tutur.
Uzlaşma – Milli telefon rabitəsi sistemlərinin birgə işləməsi üçün
Beynəlxalq Telekommunikasiya Ittifaqı (BTI) tərəfindən işlənmiş və məsləhət
görülmüş müəyyən prinsip və əsasnamələrə riayət etməyi nəzərdə tutur.
Daxili uzlaşma dedikdə, yeni tətbiq olunan vasitələrin mövcud vasitələrlə
funksional olaraq uyğunluğunu nəzərdə tutur, yəni yeni tətbiq olunan vasitələr
mövcud vasitələrin kökündən qurulmasını tələb etmir.
ÜDTRS-nə qoyulan əsas tələb telefon rabitəsinin keyfiyyət göstəriciləridir.
Bu göstəriciləri 2 əsas qrupa ayırmaq olar:
– telefon rabitəsi məhsulunun keyfiyyətini xarakterizə edən göstəricilər;
– telefon rabitə vasitələrinin inkişaf səviyyəsini və təşkilini xarakterizə
edən göstəricilər.
Telefon rabitəsi müəsssisələrinin yekun məhsulu baş tutan telefon
danışıqlarıdır. Telefon rabitə məhsulunun əsas keyfiyyət göstəriciləri
aşağıdakılardır:
– məlumatların əks etdirilmə dəqiqliyi;
– yüksək sürətlilik və məlumatların çatdırılma gizliliyi;
– telefon rabitə vasitələrinin erqonometriyası və yüksək etibarlığı.
Məlumatların əks etdirilmə dəqiqliyi sönmənin təsir şərtlərində veriliş və
çevrilmə proseslərini nəzərə alır.

226
Telefon məlumatlarının lazımi əks etdirilmə dəqiqliyinin təmini üçün (səs
ucalığı, danışığın aydınlığı və təbiiliyi) telefon rabitə vasitələri bir sıra spesifik
tələblərə cavab verməlidir (sönmə, kommutasiya olunan məntəqələrin sayı,
sönmə gücü və s.).
Telefon rabitəsində məlumatların çatdırılması üçün tələb olunan yüksək
sürətliliyi danışığa olan tələbatdan onun baş tutma anına kimi olan minimal
gözləmə müddəti ilə əvəz etmək olar. Gözləmə müddəti trafikin intensifvliyi ilə
telefon rabitə vasitələrinin (xətt, kanal və stansiya) buraxma qabiliyyəti
arasındakı münasibətdən asılıdır.
Məlumatların çatdırılma gizliliyi tələbi abunəçilərin təyinatına görə
düşmənin qəsdən və ya təsadüfi edilmiş informa-siyalardan qorunması üçün
nəzərdə tutulub. Bu tələb keçid sönməyə, ehtimallıga “ikili” birləşməyə və s.
qoyulur. Erqonometriya tələbi rabitə vasitələrinin insanla onun informasiya
fəaliyyəti prosesində qarşılıqlı əlaqəsinə estetik uyğunlaşma-sıdır. Bu tələb
rabitə və sistemlərində düymə və açarların vəziyyətinə, rəngə və formaya
qoyulur.
Etibarlılıq tələbi istismar perioduna müəyyən hüdudlar çərçivəsində öz
parametrlərini saxlamaq şərtilə rabitə sistemlə-rinin verilmiş funksiyalarının
yerinə yetirilməsidir. Kəmiyyətcə etibarlılıq aşağıdakı kimi qiymətləndirilir:
T
r.e
– rəddetmələr arasındakı orta işləmə müddəti (rəddə doyma);
T
bər.
– orta bərpa müddəti;
T
T
T
R
e
.
r
e
.
r
h
+
=
– hazırlıq əmsalıdır
Həmçinin aşağıdakı göstəricilər də daxil edilir:
imkanlılıq – D; rabitə vasitələrinin fəaliyyət davamlılığı; 100 nəfərə düşən
telefon aparatlarının sayı – telefon sıxlığı; göstərilən xidmətlərin sayı; telefon
rabitə xidmətlərinin istifadə etmə səviyyəsi.
Keçmiş Ittifaqda 1980 və 86-cı illərdə 1 il ərzində 1 nəfərə düşən
şəhərlərarası danışıqların orta sayı 2 dəfə artaraq 9 çağırış olmuşdu.

227
12.4. Telefon şəbəkələrinin qurulma prinsipləri

Telefon məlumatlarının ötürülməsi prosesində əsas rolu danışıq aparan
insanlar (abunəçilər) oynayır [1, 22, 26, 29, 41].
Bir neçə məntəqədən ibarət olub iki abunəçi arasında siq-nalların verilişini
təmin edən elektrik zənciri (kanalı) birləşdiri-ci trakt adlanır.
Son abunəçi qurğuları arasında birləşdirici traktın təşkili üsuluna görə
rabitə şəbəkələri iki yerə bölünür: kommutasiya olunan və kommutasiya
olunmayan.
Kommutasiya olunan telefon şəbəkəsi dedikdə telefon məlumatları
verilişi zamanı telefon aparatlarının bir-birinə bir-ləşməsini təmin edən telefon
aparatlarının (TA), kommutasiya stansiyası və qovşaqlarının, xətt və kanalların
yığımı başa düşülür.
Kommutasiya olunmayan telefon şəbəkəsi telefon aparatlarının (TA) bir-
birilə daimi birləşməsinin təmin edir.
Ümumi istifadəli telefon şəbəkəsində xüsusi telefon yükü (1 abunəçiyə
düşən trafik) əksərən böyük deyil, ona görə də kommutasiya olunan şəbəkələr
qurulur.
Kommutasiya olunmayan telefon şəbəkəsi iqtisadi cəhətdən xüsusi telefon
yükünün böyük intensivliyində sərfəlidir. Bu səbəbdən də bu şəbəkələr xüsusi
dövlət orqanlarında və s. istifadə olunur.
Şəbəkədə qovşaq məntəqələrinin əsas funksiyası telefon məlumatlarının
ötürülməsində istifadə olunan traktların qurulması üçün elektrik zəncirlərini
birləşdirməkdən ibarətdir.
Zəncirlərin axtarışı və birləşməsi kanal kommutasiyası və ya sadəcə
kommutasiya adlanır. Kommutasiya kommutasiya stansiyası və ya telefon
stansiyası adlanan xüsusi avadanlıq tərəfindən həyata keçirilir. Bu cəhətdən
telefon məlumatlarının verilişi prosesi 2 mərhələdən ibarətdir:
I mərhələ- telefon aparatının nömrəyığan diskindən gələn siqnalların
idarəsi altında avtomatik həyata keçirilən veriliş traktının, yəni abunəçilər
arasında birləşmənin yaranması;
II mərhələ- məlumatların ötürülməsi (telefon danışığı). Danışıq
qurtardıqdan sonra trakt azad olur.
Telefon stansiyası öz abunəçilərini müəyyən ayrılmış əra-zidə (şəhər,
kənd, inzibati rayon və s.) telefon rabitəsi ilə təmin edir.
Kommutasiya qovşağı tranzit birləşmələri üçün nəzərdə tutulur. Xaricdə
bu qovşaqlar tranzit stansiyaları adlanır. Şəbəkələrin, əsasən də yerli şəbəkələrin
qurulma üsulu həmin şəbəkədəki abunəçilərin sayından, inzibati ərazi
ölçüsündən və abunəçilərin yerləşməsindən asılıdır.
Şəbəkələr dolayı və birbaşa istiqamətli olur. Birbaşa istiqamətli
şəbəkələrin 4 əsas qurulma üsulu vardır və şək.12.5-də göstərilmişdir:
– tambağlılıq (“biri hər biri”);
– radial;
– radial-qovşaq;
– kombinə olunmuş.
Istənilən yerli telefon şəbəkəsinin ilkin inkişaf mərhələsi rayonlaşmamış
telefon şəbəkəsidir ki, 0 da 1 telefon stansiyasına malikdir.

228
Ikinci telefon stansiyasının qurulması ilə şəbəkənin xidmət etdiyi ərazi
müvafiq telefon stansiyaları tərəfindən xidmət olunan rayonlara bölünür və
beləliklə şəbəkə rayonlaşmış şəbəkəyə çevrilir.
а)
б)
в)

Şək.12.5. Kommutasiya olunan telefon şəbəkələrinin
qurulma üsulları

Tambağlılıq üsulu ilə şəbəkələrin qurulması trafikin böyük intensivliyində
sərfəlidir. Burada stansiyaları bir-birilə birlşdirən kanal qruplarının sayı n(n-1)-
ə bərabərdir. Burada
n – şəbəkədəki telefon stansiyalarının sayıdır.
Belə şəbəkələr çox etibarlıdır. Belə ki, 2 stansiya arasında rabitənin
pozulması şəbəkənin bütün işini sıradan çıxarmır. Tambağlılıq (“biri hər biri”)
üsulu ilə orta tutumlu şəhər telefon şəbəkələri (ŞTŞ) qurulur.
Əgər nəzərə alsaq ki, “8” rəqəmli şəhərlərarası çıxış kodu, “0” rəqəmi isə
əlavə xidmət növləri (ƏXN) kimi istifadə olunursa, onda, “biri hər biri” prinsipi

229
üzrə qurulmuş şəbəkədə avtomatik telefon stansiyalarının (ATS) sayı 8-ə bərabər
olur.
Radial prinsiplə qurulmuş şəbəkədə bir qovşaq (tranzit stansiya) olur və,
istənilən 2 stansiya bu qovşaq vasitəsilə birləşə bilir.Bu prinsiplə bir qayda
olaraq inzibati rayonlarda kənd telefon şəbəkələri (KTŞ) qurulur.
Radial-qovşaq prinsipi ilə qurulan şəbəkələr çox mürəkkəbdir. Belə
şəbəkələrdə müxtəlif növ kommutasiya qov-şaqları (tranzit stansiyaları) qurulur
və onlar arasında təyin olunmuş iyerarxiya tətbiq edilir. Bu prinsip ŞTŞ və KTŞ-
də tətbiq edilə bilər.
Kombinə olunmuş prinsip dedikdə tambağlılıq ilə radial-qovşaq
prinsipinin kombinasiyası başa düşülür. Bu üsulla böyük tutumlu şəhər telefon
şəbəkələri, böyük ərazi və böyük əhaliyə malik dövlətlərin şəhərlərarası şəbəkələri
qurulur.

12.5. Yerli telefon şəbəkələrinin qurulma prinsipləri

Şəhər və ya rayon (kənd) ərazisində qurulmuş telefon şəbəkəsi yerli
telefon şəbəkəsi adlanır [1,19,26,38,41,62,71,87].
Yerli telefon şəbəkələrinin qurulma prinsipi aşağıdakı faktorlardan asılıdır:
– rayonun inzibati-sənaye mövqeyi;
– ərazidə yaşayan əhalinin sayı;
– şəbəkənin əhatə etdiyi ərazinin ölçüsü;
– şəbəkədə abunəçilərin yerləşdirilməsi.
Keçmiş Ittifaqda, eləcə də bizim respublikada şəhər tele-fon stansiyaları
şək.12.6-da göstərilmiş prinsiplərlə qurulmuş-dur:
-rayonlaşmamış telefon şəbəkələri (şək.12.6,a);
-“biri hər biri” prinsipi üzrə qurulan qovşaqsız rayonlaş-mış telefon
şəbəkələri(şək.12.6,b);
-qovşaqlı, əsasən də giriş məlumat qovşaqlı (GMQ) rayonlaşmış telefon
şəbəkələri (şək.12.6v). Belə şəbəkələrdə
qovşaq rayonu əhatəsindəki stansiyaların birləşməsi “biri hər biri” və ya radial
üsulla, digər qovşaq rayonlarının stansiyaları ilə isə bu rayonların giriş məlumat
qovşaqları (GMQ) vasitəsilə mümkün olur;
– GMQ və ÇMQ-lı rayonlaşmış telefon şəbəkələri. Belə şəbəkələrdə
qovşaq rayonu əhatəsində stansiyaların əlaqəsi “bi-ri hər biri” və ya radial
prinsip üzrə, digər qovşaq rayonlarının stansiyaları ilə isə öz qovşaq rayonunun
çıxış məlumat qovşağı (ÇMQ) və çağırılan ATS-in qovşaq rayonunun GMQ-sı
ilə həyata keçirilir.
Rayonlaşmamış telefon şəbəkəsinin tutumu 10000 nöm-rədir. Lakin
nəzərə alsaq ki, “8” rəqəmli şəhərlərarası çıxış ko-du kimi, “0” rəqəmi isə xüsusi
xidmət növləri üçün istifadə olunur, onda şəbəkənin tutumu 8000 nömrə olur.
Belə şəbəkə-lərdə nömrələnmə 4 rəqəmli olur: 0000-9999
“Biri hər biri” prinsipi ilə qurulmuş rayonlaşmış telefon şəbəkəsinin
tutumu 80000 nömrədir. Bu şəbəkədə ATS-lərin maksimal sayı 8-ə bərabərdir,
nömrələnmə isə 5 rəqəmlidir:

230
00000- 99999. Burada birinci rəqəmlər 0 və 8 rəqəmli olmaq şərtilə
stansiyaların kodudur.

Şək.12.6. ŞTŞ-nin qurulma prinsipləri
Giriş məlumat qovşaqlı (GMQ) rayonlaşmış şəbəkənin tutumu “biri hər
biri” pinsipi üzrə qurulmuş rayonlaşmış şəbə-kə ilə müqayisədə 10 dəfə artaraq
800000 nömrə olur. GMQ-ların max sayı 8-ə, hər GMQ-kı stansiyaların sayı 10-
a bərabərdir. GMQ-lı şəbəkədə ATS-lərin ümumi sayı 80-a bərabər olub,
nömrələnmə 6 rəqəmlidir: 000000-999999. 0 və 8 rəqəmləri ƏXN və AŞaTS
üçün istifadə olunur.
GMQ və ÇMQ-lı rayonlaşmış şəbəkənin tutumu 8 milyon nömrədir. Hər
GMQ-ÇMQ milyon nömrə tutur. Bu cür şəbəkələr əhalisi 4 milyondan 16
milyona qədər olan böyük şəhərlərdə qurulur. Keçmiş Ittifaqda belə şəbəkə
Moskva və Leninqradda (Sankt- Peterburq) qurulmuşdu. Şəbəkədə nömrələnmə
7 rəqəmlidir: 0000000- 9999999.

231
Kənd telefon şəbəkələri (KTŞ) inzibati rayon mərkəz-lərində telefon
xidməti göstərmək üçündür. Bu rabitə sisteminə bunlar daxildir: ümumi xidmətli
rabitə, istehsalat daxili rabitə, eləcə də müəssisə-təşkilat tabeliyində olan rabitə,
sənaye və tikinti təşkilatları rabitəsi. KTŞ-nin qurulma prinsipi şək.12.7-də
göstərilmişdir.
KTŞ-də aşağıdakı stansiya növlərini ayırırlar:
– mərkəzi stansiya (MS);
– qovşaq stansiyası (QS);
– son stansiya (SS).
Mərkəzi stansiya (MS) rayon mərkəzində yerləşir, eyni zamanda şəhər
(yerli) telefon stansiyası və tranzit qovşaq stan-siyası funksiyasını yerinə yetirir.
Rayon mərkəzlərində (vilayət şəhərlərində) müstəqil ŞTŞ qurulur. Bu
zaman kənd rabitəsinin təşkili üçün rayon mərkə-zində kənd-şəhərətrafı qovşaq
(KŞQ) qurulur. Bu qovşaq KTŞ-nin mərkəzi tranzit stansiyasıdır. KŞQ kənd
rayonu çərçivəsində abunəçilərin rabitəsini, KTŞ abunəçiləri ilə rayon mər-
kəzinin ŞTŞ abunəçisinin rabitəsini, həmçinin KTŞ abunəçilərinin şəhərlərarası
və beynəlxalq stansiyalara çıxışını təmin edir.
Qovşaq stansiyası (QS) rayonun istənilən ərazisində qurula bilər. QS
vasitəsilə son stansiyalar və mərkəzi stansiya ilə rabitə keçirilir. Qovşaq
stansiyasına son stansiyanın (SS) birləşdirici xətləri qoşulur.
Son stansiya (SS) – kənd rayonunun istənilən məntəqəsində qoyula bilər.
Son stansiyanın birləşdirici xətləri qurulma sxemindən asılı olaraq mərkəzi
stansiyaya və yaxud qovşaq stansiyasına qoşulur.
Şək.12.7-dən göründüyü kimi kənd telefon şəbəkəsi aşağıdakı prinsiplər
üzrə qurulur:
– radial;
– radial-qovşaq;
– kombinə olunmuş.
Bizim respublikada KTŞ-aşağıdakı koordinat ATS-lər tətbiq olunub:
– ATSK – 50/200 və K-50/200 M (50-dən- 200-ə kimi);
– ATSK-100/200 qovşaq və mərkəzi stansiyalar;
– ATSK (ATSKU), böyük şəhərlərin MS üçün.
-“Netaş” firmasının DRX-4, “Kirsal” və “Dijital” tipli rəqəmli kənd ATS-
inin tətbiqinə başlanmışdır.

Kommersiya hüququnda müqavilə münasibətləri

Kommersiya sahəsində tərəflər arasındakı münasibətlərin tənzimlənməsinin ən operativ və səmərəli vasitəsi məhz müqavilə sayılır. Belə ki, ən sərt inzibati-hüquqi vasitələrlə əldə olunmadıqda belə, əsasında tərəflərin qarşılıqlı maraqları duran müqavilə iqtisadi dövriyyədə qayda və sabitlik yaratmağa qabildir. Müqavilənin müəssisə təşkilatlar arasında hesablaşmaların aparılması, iqtisadi stimullaşdırma, həmçinin istehsal olunan dəyərlərin və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında marağın olması üçün böyük əhəmiyyəti vardır. Bu münasibətlərdə müqavilədən istifadə olunması həm də hər bir müəssisənin öz fəaliyyətində maraqlı olması və məsuliyyətin artırılması məqsədinə xidmət edir.

Mülki Məcəllə ilə tənzimlənən müqavilələr içərisində əsasən kommersiya fəaliyyəti sahəsində tətbiq edilən müqavilələr aşağıdakılardır:

Əmlak və digər əmlak hüquqlarının verilməsinə yönəldilmiş müqavilələr:

  • Alqı-satqı müqaviləsi;
  • Göndərmə müqaviləsi;
  • Dəyişdirmə müqaviləsi;
  • İcarə müqaviləsi;
  • Lizinq müqaviləsi;
  • Əmlak kirayəsi müqaviləsi;
  • Renta müqaviləsi;
  • Bank əmanəti müqaviləsi;
  • Bank hesabı müqaviləsi.
  • Konsesiya müqaviləsi;
  • Saxlama müqaviləsi;
  • Daşıma müqaviləsi;
  • Tapşırıq müqaviləsi;
  • Ticarət nümayəndəsi (agent) müqaviləsi;
  • Komissiya müqaviləsi;
  • Turist xidmətlərinə göstərilməsi müqaviləsi;
  • Sığorta müqaviləsi.
  • Podrat müqaviləsi.
  1. Məhsul və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi

Respublikamızda kommersiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsini və nəzarətini reallaşdıran dövlət orqanları müəyyən təkamül yolu keçmişdir. Belə ki, iqtisadi inkişafla əlaqədar olaraq dövlətin strukturunda bir sıra əsaslı islahatlar həyata keçirilmiş, ayrı-ayrı dövlət idarəetmə orqanları arasında yenidən səlahiyyət bölgüsü aparılmışdır. Qeyd edilməlidir ki, bu sahədə fəaliyyəti tənzimləyən ilk orqan Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Ticarət Nazirliyi olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 1997-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Ticarət Nazirliyi haqqında Əsasnaməsində göstərilirdi ki, Ticarət Nazirliyi Azərbaycan Respublikasında daxili və Xarici ticarət vahid dövlət siyasətinin həyata keçirilməsini, beynəlxalq ticarət təşkilatları ilə əlaqələrin tənzimlənməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Ticarət Nazirliyinin əsas funksiyası dövlətin daxili və xarici ticarətin idarə edilməsindən, digər mərkəzi icra hakimiyyəti orqanlarının bu sahədəki fəaliyyətinin mövcud qanunvericiliyinə uyğun olaraq əlaqələndirilməsindən ibarət olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnaməsi” təsdiq edildikdən sonra Ticarət Nazirliyi ləğv olunaraq bu strukturun hüquq və səlahiyyətlərinin əsas hissəsi yeni yaradılmış mərkəzi icra hakimiyyəti orqanı olan İqtisadi İnkişaf Nazirliyine keçmişdir Hal –hazırda da kommersiya fəaliyyəti sahəsində tənzimləmə fəaliyyətini həyata keçirən əsas orqan kimi İqtisadi İnkişaf Nazirliyi çıxış edir. “ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə” 28 dekabr 2006-ci il tarixdə yeni əsasnamənin təsdiqi ilə qüvvədən düşmüş elan edilmişdir.

“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamədə” göstərilir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi,o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçılarının hüquqlarının qorunması sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

MÖVZU 12.İNFORMASİYA HÜQUQU
PLAN
1.İnformasiya sferası hüquqi tənzimləmənin obyekti kimi.

2. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşması istiqamətində dövlət siyasətinin hüquqi təminatı.

3. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi.

4.İnformasiya təhlükəsizliyi sidtemi və onun formalaşdırılması mexanizmi.

5.İnformasiya cəmiyyətinin formalaşması istiqamətində dövlət orqanlarının hüquqi vəziyyəti.
ƏDƏBİYYAT SİYAHISI

  1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanunu
  2. “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikası qanunu
  3. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunu
  4. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunu
  5. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanunu “ Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli strategiyanın” təsdiq edilməsi haqqında 17 fevral 2003-cü il 1146 nömrəli sərancam
  6. “Məlumat azadlığı” haqqında Azərbaycan Respublikası qanunu (19 iyun 1198-ci il)
  1. İnformasiya sferası hüquqi tənzimlənmənin obyekti kimi.

Mahiyyət etibarı ilə informasiya iqtisadiyyatı bazar iqtisadiyyatı xüsusiyyətlərinə malikdir. Yəni burada istehlakçının müstəsna səlahiyyətləri təmin edilir, bazarda rəqabət mövcuddur, “görünməz əl” prinsipi işləyir və dövlət bazarın fəaliyyətinə müdaxilə etmir. Lakin sadalanan xüsusiyyətlərin reallaşdırılması özəlliklərə malikdir. Bu baxımdan ən vacibi istehlakçının sərbəstliyinin təmin olunması hesab edilməlidir. Müvafiq bazarın xüsusiyyətləri baxımından istehlakçının sərbəstliyinin təmin olunmasında əsas məqam onun məhsul və bazar, həmçinin firmaların davranışı haqqında məlumatlığıdır.

  1. “ Məlum azadlığı” haqqında Azərbaycan Respublikasının qanunu (19iyun 1998-ci il)
  2. “İnformasiya azadlığı” haqqında Azərbaycan Respublikası qanunu (13 fevral 2010-cu il)
  3. “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının qanunu (16iyun 2007-ci il qanununa əsasən əlavələrlə) (24.01.2010)
  1. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşması istiqamətində dövlət siyasətinin hüquqi təminatı.

Milli Strategiyasının əsas məqsəd və vəzifələri. Milli strategiya informasiya və kommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri sahəsində fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, quruculuğa, Azərbaycan beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir. Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu.

Müasir tələblər baxımından ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisasdi potensialının göstəricilərindəndir. Azərbaycan bu mənada istisna hal təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyası məqsədlərindən biridir. Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıca, siyasi amillərə malik olan mürəkkəb prosesidir, onun müvəffəqiyətlə həyata keçirilməsinə cəlb olunan siyasi- inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsi tələb edir. Bu səbəbdən informasiya və kommunikasiya texnoligiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində “ İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə milli strategiya və fəaliyyət planının olması cox vacibdir. İnformasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır və onun fəaliyyəti əsasən aşağıdakıları əhatə edir.

İnformasiyalaşdırmanın əsas prinsipləri. Cəmiyyətin informasiyalaşdırılmasına yönəlmiş Milli Strategiya ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiya və proqramlardan fərqli olaraq çoxaspektlidir və onun əhatə dairəsinə dövlət siyasəti, sosial iqtisadi sfera, texnika və texnologiyalar, elm və mədəniyyət daxildir. Strategiya və onun həyata keçirilməsi ilə bağlı fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur, milli maraqların qorunmasına xidmət edir, beynəlxalq qurumların BMT-nin Avropa Şurasının müvafiq standartlarını, tələb və tövsüyələrini, baxılan sahə üçün mühüm olan və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş digər beynəlxalq aktların müddəalarını nəzərə alır. Milli Strategiya Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinin səmərəliliyinin təmin etmək və prosesdə bütün maraqlı tərəflərin (dövlət strukturları elm və tədris müəssisələri, özəl qurumlar, qeyri- hökümət təşkilatları, ictimai təşkilatlar və vətəndaşlar iştirakı üçün bərabər şərait yaratmaq məqsədilə aşağıdakı əsas prinsipləri müəyyən edir.

Elektron hökümət. İnformasiya iqtisadiyyatının “_” cəhətlərindən biri də bu sahəni əhatə edən və mahiyyətcə yeni məzmun kəsb edən cinayətkarlıq hallarının artmasıdır. Bu təhdidlərlə əlaqədar olaraq e-dövlətin informasiya təhlükəsizliyi ön plana çıxır, milli və beynəlxalq təhlükəsizliyin getdikcə daha vacib komponentinə çevirilir. E-dövlət ideyasının həyata keçirilməsində müəyyən mərhələləri arxadaqoymuş ölkələrintəcrübəsi sübut edir ki, e-dövlət quruculuğunda qarşıya çıxan əsas və ən çətin məsələlərdən biri yeni şəraitdə fəaliyyət göstərən dövlətin etibarlı informasiya təhlükəsizliyinin təmin edilməsidir.

E-dövlətin informasiya təhlükəsizliyini sosiumun elə vəziyyəti kimi müəyyən etmək olar ki, bu zaman şəxsiyyət cəmiyyət və dövlət təbii və suni meydana çıxan, informasiya və kommunikasiya axınları şəklində çıxış edən , ictimai və fərdişüurun qəsdən deformasiya olunmasına, şəxsiyyətin, cəmiyyətin və dövlətin varlığı üçün vacib əhəmiyyəti olan infrastrukturun məhv edilməsinə yönəlmiş təhdidlərdən fasiləsiz olaraq etibarlı və hərtərəfli qorunsun. Araşdırmalar göstərir ki, e- dövlətin informasiya təhlükəsizliyinin komponentləri aşağıdakılardır:

  • Informasiya fəzasının təhlükəsizlik vəziyyəti-bu zaman vətəndaşların, təşkilatların və dövlətin maraqları naminə informasiya fəzasının formalaşması və inkişafı təmin edilir;
  1. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi.

Elektron ticarətin təşkili. Elektron ticarətin həyata keçirilməsində bir sıra prinsiplərindən istifadə olunur. Azərbaycan Respublikasında elektron ticarətin hüquqi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

1.iştirakçıların hüquq bərabərliyi;

2.iştirakçıların iradə sərbəstliyi;

3.iştirakçıların əmlak müstəqilliyi;

4. mülkiyyətin toxunulmazlığı;

6. sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi;

7. azad və ədalətli rəqabət;

8. malların, xidmətlərin və maliyyə vəasitələrininsərbəst hərəkəti;

9. hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi.

Hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və keçirməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhdudiyyətlər qoyula bilər. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq tələb olunmur. Xüsusi razılıq tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda satıcı qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq almalıdır. Hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə və bağlandıqları müqavilələrə əsasən əldə edir və həyata keçirirlər.

MÖVZU 13. NƏQLİYYAT HÜQUQU
PLAN
1.Nəqliyyat hüququ və onun hüquq sistemində yeri

2.Nəqliyyat hüququ sahə strukturu

3.Azərbaycan Respublikasında nəqliyyat sferasının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar

4.Azərbaycan Respublikasında nəqliyyat fəaliyyətinin lisenziyalaşdırılmasının hüquqi təminatı

5.Dövlət nəqliyyat orqanlarının hüquqi vəziyyəti
ƏDƏBİYYAT SİYAHISI
1.E.Əliyev “ Azərbaycan Respublikasında nəqliyyat hüququ” Bakı, 2005

2.F.Bağırov “ Ölkənin sosial-iqtisadi inkişafında nəqliyyatın rolunun yüksəldilməsi istiqamətləri” Bakı,2009

3.Z.Qafarov, E.Əliyev “Müasir beynəlxalq nəqliyyat hüququnun Azərbaycan Respublikasında tətbiqi” Bakı,2002

4. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu

5. “ Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu

6. “ Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu

7. “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunu

8. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında” Əsasnamə

9.Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsi
1.Nəqliyyat hüququ və onun hüquq sistemində yeri

Nəqliyyat ölkənin müxtəlif iqtisadi sahələri arasındakı əlaqələri təmin edir vəhəmin sahələr üzrə müdafiə qabiliyyətinin möhkəmləndirilməsində mühüm rol oynayır. Nəqliyyat ölkə iqtisadiyyatını vahid kompleks şəklində birləşdirən bir halqadır.

Müasir dövrdə nəqliyyat Azərbaycanın iqtisadi infrastrutrunun əsas tərkib hissəsinə çevrilmişdir. Onun səmərəli fəaliyyəti bir tərəfdən iqtisadiyyatın təşkilində və sosial sahənin işində vacib şərt hesab edilir, digər tərəfdən iqtisadiyyat və cəmiyyət nəqliyyat sistemi üçün “ictimai sifarişi” formalaşdırır. Belə ki nəqliyyat sektoru müştərilərin tələb və təkliflərinə uyğun xidmət göstərmək xüsusiyyətlərinə malik olmalıdır.

Nəqliyyat inkişaf səviyyəsi ölkədə müəyyən dərəcədə sivilizasiyanın onkişafını müəyyənləşdirir. Nəqliyyat iqtisadiyyatın çox sahələri ilə bilavasitə əlaqəlidir. Nəqliyyat əməyin məhsuldarlığını yüksəltmək və yüklərin çatdırılmasına sərf olunan vaxtı azaltmaqla iqtisadiyyatın inkişafına təsir edən mühüm amil hesab olunur. Dünyada baş verən qloballaşma dövründə nəqliyyat ölkəmizin milli sərvətlərinin səmərəli istifadəsi və dünya iqtisadi sisteminə inteqrasiya prosesində açar rol oynayır.

Nəqliyyat sisteminin əsas funksiyası dəyişməzdir: nəqliyyat vahid milli əmtəə bazarını təmin edir, regionlarla qarşılıqlı əlaqə yaradır, vətəndaşların həyat tərzində hərəkətlilik yaradır. Nəqliyyat strategiyası və inkişafı bütövlükdə ölkənin sosial –iqtisadi inkişaf səviyyəsindən asılıdır. Müasir dövrdə nəqliyyat sisteminin inkişafının məqsədi birmənalı olaraq dövlətin əsas istiqaməti və geosiyası məqsədlərlə uzlaşır. Bütöv iqtisadi sahənin inkişafı , əmtəə hərəkətinin sürətləndirilməsi, müxtəlif regionlar arasında nəqliyyat sisteminin inkişafı bu məqsədlərə nail olmaq üçün önəmli rol oynayır.

Avtomobil nəqliyyatı

Avtomobil nəqliyyatı müəssisəsi və təşkilatının əsas funksiyası bilavasitə nəqliyyat fəaliyyətini – daşımanı həyata keçirməkdən ibarətdir. Daşıma prosesinin yerinə yetirilməsi zamanı o, müştərilərə əmlak münasibətinə girir.Belə ki avtonəqliyyat müəssisəsi müştərilərə daşıma xidməti göstərir və onun əvəzində müştərilərdən daşıma haqqı alir. Bunula avtonəqliyyat müəssisəsi ilə müştəri arasında əmlak münasibətləri yaranır.

Avtomobil hüququ dedikdə, daşıma prosesini həyata keçirilməsi zamanı avtomobil nəqliyyatı müəssisəsi, yəni daşıyıcı ilə müştərilər arasında yaranan əmlak münasibətlərini tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Avtomobil hüququnun predmeti daşıma prosesində avtomobil nəqliyyatı müştərisi ilə müştərilər arasında yaranan əmlak xarakterli daşıma münasibətlərindən ibarətdir.

Avtonəqliyyat qanunvericiliyinə ham qanunlar, həm də qanunqüvvəli aktlar (Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarları), həm də mərkəzi icra hakimiyyəti orqanının (Nəqliyyat Nazirliyinin) normativ hüquqi aktları daxildir. O,kompleks xarakterə malikdir. Belə ki avtonəqliyyat qanunvericiliyinə, həm mülki-hüquqi xarakterli, həm inzibati-hüquqi xarakterli, həm əmlak-hüquqi xarakterli, həm də maliyyə-hüquqi xarakterli aktlar daxil ola bilər.

  • Avtomobillə yük daşınması müqaviləsi;
  • Avtomobillə sərnişin daşınması müqaviləsi;
  • Avtomobillə baqaj daşınması müqaviləsi.

Avtomobillə yükdaşımalar müxtəlifdir. Ərazi əlamətinə görə onların 2 növü fərqləndirilir.

Dəmiryolu nəqliyyatı

Dəmiryolu nəqliyyatı iqtisadi-texniki üstünlüyə malikdir.Bu nıqliyyat növünün əsas cəhətlərini yüksək daşıma qabiliyyəti,universallıq,manevr etmək imkanı,coğrafi-iqlim şəraitindənasılı olmaması kimi amillər təşkil edir.Buna görə də həm daxili,həm də beynəlxalq nəqliyyat bazarında dəmir yolu nəqliyyatına olan tələbat hər zaman yüksəkdir.Dəmiryolu nəqliyyatı,demək olar ki,istənilən ölkənin yük dövriyyəsinin xeyli hissəsini təmin edir.Sərnişin daşımalarının həyata keçirilməsində onun rolu böyükdür.Dəmiryolu nəqliyyatının əsas fəaliyyəti və işi yüklərin,sərnişinlərin və baqajın daşınmasından,yəni onların təyinat yerinə çatdırılmasından ibarətdir.

Dəmiryolu hüququ dedikdə,daşıma prosesini həyata keçirmək məqsədilə dəmiryolu nəqliyyatı vasitələrindən istifadə edilməsi üzrə nəqliyyat xidməti göstərilməsi ilə bağlı olaraq dəmiryolu nəqliyyatı müəssisəsi ilə müştərilər arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür.

Məkan baxımından dəmiryolu ilə daşınm iki yerə bölünür:

Yalnız eyni bir dövlətin ərazisində həyata keçirilən daşınmaya daxili daşınma deyilir. Əgər daşınma xarici dövlətin ərazisi ilə bağlı olarsa, ona beynəlxaıq daşınma deyilir.

Beynəlxalq daşınma zamanı dəmiryol nəqliyyatı ilə yük və sərnişin daşınmalarına nəzarət və rəsmiləşdirmə əməliyyatlatı üzrə standartlar nəzərə alınmaqla ,tərəflər məlumatların dəqiqliyinə nail olmaq məqsədilə əsas bəyənnamənin təqdim edilməsini tələb edirlər.

Dəniz nəqliyyatı

Dəniz nəqliyyatının xidmət göstərməsi ilə əlaqədar olaraq nəqliyyat müəssisəsi ilə müştərilər arasında müəyyən ictimai münasibətlər əmələ gəlir.Bu münasibətlər mülki hüquq normaları ilə tənzimlənir.Həmin normalar sistemi isə dəniz hüququnu əmələ gətirir.Dəniz hüququ dedikdə, dəniz nəqliyyatının göstərdiyi xidmətdən istifadə edilməsi ilə bağlı olaraq nəqliyyat müəssisələri ilə müştərilər arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür.

Daxili su(çay)nəqliyyatı

Daxili su (çay) nəqliyyatı nəqliyyatın ən vacib sahələrindən biridir.O,nəqliyyatındigər növləri ilə birlikdə sənaye və kənd təsərrüfatı məhsullarının normal istehsalını vəmübadiləsini təmin edir,ölkə iqtisadiyyatının yükdaşımalarına olan tələbatını ödəyir.Daxili su nəqliyyatına çay nəqliyyatı deyilir.

Hər bir nəqliyyat növü kimi daxili su (çay) nəqliyyatının da öz üstünlükləri var.Təbii su yollarına malik olması,az enerji sərf etməsi işlətməsi,daşıma vasitələrinin yük götürmə qabiliyyətlərinde məhdudiyyət olmaması daxili su(çay) nəqliyyatının da əsas və başlıca üsyün cəhətləri sayılır.Bununla belə daxili su çay nəqliyyatının işinin mövsümi olması,suyun dərinliyinin tələb edilən səviyyədə olmasının təminatı, çay yollarının əyriliyi kimi məhdud xüsusiyyətləri də vardır.

Daxili su çay nəqliyyatı hüququ dedikdə, daşımların həyata keçirilməsi prosesində su çay nəqliyytının xidmətindən istifadə olunması ilə bağlı olaraq daşıyıcı və müştəri arasında yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.

TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ FƏALİYYƏTİN İQTİSADİ ƏSASLARI

44.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.

44.2. Dövlət, mülkiyyət formasından asılı olmayaraq, operatorlar, provayderlər üçün bərabər hüquqi şərait yaradır.

44.3. Dövlət mülkiyyətində olan telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin təsnifatı normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 45 . Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri ilə bağlı mülkiyyət formasının dəyişdirilməsi

45.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin (o cümlədən dövlətin mülkiyyətində olanların) mülkiyyət forması qanunla nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər.

45.2. İstənilən hüquqi və fiziki şəxslər telekommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsində, icarəyə və idarəetməyə verilməsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər.

45.3. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri üzərində mülkiyyət formasının dəyişdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada yol verilir.

Maddə 46 . Telekommunikasiya ehtiyacları üçün torpaqdan və digər daşınmaz əmlakdan istifadə

46.1. Telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları qanuna uyğun olaraq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yerləşdirilə bilər.

46.2. Torpaq sahələrinin ayrılması, mühafizə zona və zolaqlarının müəyyənləşdirilməsi qaydaları, onlardan istifadə müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

46.3. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

46.4. Yaşayış məntəqələrinin yenidənqurulması, ayrı-ayrı binaların, yolların, körpülərin təmiri, meliorasiya işlərinin görülməsi, faydalı qazıntı yataqlarının emalı zamanı və bu kimi digər hallarda telekommunikasiya qurğularının köçürülməsi və ya yenidənqurulması sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisinin texniki şərtlərinə uyğun şəkildə həyata keçirilir.

46.5. Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza bərpa işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

46.6. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidənqurulması, quraşdırılması və yerdəyişməsi müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq həyata keçirilir.

Maddə 47 . Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu və onun fəaliyyətinin maliyyələşdirilməsi mənbələri

47.1. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

47.2. Telekommunikasiyanın inkişafı üçün investisiya qoyuluşuna dair qərarlar qanunvericilikdə müəyyən olunmuş qaydada, müvafiq dövlət proqramları və müqavilələr əsasında qəbul olunur.

47.3. Müvafiq ərazilərin sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq telekommunikasiyanın inkişafı üçün aidiyyəti icra hakimiyyəti orqanları da müəyyən tədbirlər görürlər.

47.4. Xarici investisiyaların telekommunikasiyanın inkişafına cəlb edilməsi və onların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilir.

47.5. Telekommunikasiyanın inkişafı üzrə tədbirlər uyğun olaraq büdcə və büdcədənkənar vəsaitlər, operatorların, provayderlərin öz vəsaitləri, kreditlər, qrantlar və qanunvericiliklə qadağan edilməmiş digər mənbələr hesabına maliyyələşdirilir.

47.6. Dövlət hakimiyyəti orqanlarının telekommunikasiya xidmətləri və telekommunikasiya təyinatlı strukturlarının maddi-texniki bazasının inkişafı üçün nəzərdə tutulmuş xərclər həmin orqanlar üçün ayrılmış müvafiq büdcə vəsaitinin tərkibinə daxil edilir.

47.7. Fiziki və hüquqi şəxslərə məxsus telekommunikasiya şəbəkələrinin inkişafı qanunvericiliklə qadağan edilməmiş mənbələr hesabına təmin edilir.

Maddə 48 . Telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar məlumatların emalı

48.1. Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir.

48.2. Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir:

48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat;

48.2.2. abunəçinin ünvanı;

48.2.3. ümumistifadəli telekommunikasiya xidmətlərinə görə abunəçinin ödədiyi məbləğin hesabatının aparılmasına əsas olan ölçü vahidləri;

48.2.4. istifadə edilən xidmət vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.);

48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar;

48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar.

48.3. Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir.

48.4. Operatorlar, provayderlər bu maddədə göstərilmiş məlumatların mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətləri bitənə qədər saxlanmasını təmin etməlidirlər.

48.5. Mobil telekommunikasiya xidməti göstərən operatorlar şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını təmin etməlidirlər.

Maddə 49 . Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması

49.1. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işləri telekommunikasiya vasitələrinin yerləşdiyi torpaq sahəsi, bina və ya qurğu mülkiyyətçisi, icarəçisi ilə əldə edilən qarşılıqlı razılıq əsasında aparılır. Fövqəladə və təxirəsalınmaz hallarda, dövlət və ya ictimai mənafelərin təmin edilməsi tələb olunduqda belə işlərin aparılmasına həmin şəxslərin razılığı tələb olunmur.

49.2. Bərpa və təmir işləri zamanı dəyən zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.

49.3. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işlərinə qəza nəticəsində zədələnmiş telekommunikasiya vasitələrinin bərpası və ya yenidən qurulması ilə yanaşı, təbiətin mühafizəsi üzrə zəruri tədbirlərin görülməsi də daxildir.

Maddə 50 . Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və onlardan istifadə

Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qanunvericiliyə uyğun həyata keçirilir.

Maddə 50-1. Telekommunikasiya vasitələri və qurğuları ilə yayımlanan reklam

50-1.1. Operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.

50-1.2. Operator və provayder ilə abunəçi arasında bu Qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində göstərilən reklamın göndərilməsi barədə müqavilə bağlanıldığı halda, abunəçinin reklam göndərilməsindən imtina etməsi barədə operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması dərhal dayandırılır.

Operatora və provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək, reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklamın yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.

50-1.3. Telekommunikasiya qurğularında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz. [29]

TELEKOMMUNİKASİYA XİDMƏTLƏRİ GÖSTƏRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Maddə 51 . Telekommunikasiya sahəsində istifadə olunan dil

51.1. Azərbaycan Respublikasının ərazisində operatorlar, provayderlər kargüzarlıq işini qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparırlar.

51.2. Azərbaycan Respublikasının ərazisində operatorların, provayderlərin qəbul etdikləri və ötürdükləri yazılı məlumatların ünvanları Azərbaycan dilində tərtib edilir.

51.3. Ölkə hüdudlarından kənara ötürülən məlumatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş dillərdə tərtib edilə bilər.

Maddə 52 . Telekommunikasiya sahəsində uçot vaxtı

52.1. Azərbaycan Respublikası ərazisində telekommunikasiya xidmətləri üçün vahid uçot-hesabat vaxtı – Bakı vaxtı tətbiq edilir.

52.2. Beynəlxalq telekommunikasiya sahəsində uçot-hesabat vaxtı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilir. Əgər beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, uçot-hesabat vaxtı ümumdünya sistemləşdirilmiş vaxtı ilə müəyyənləşdirilir.

TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Maddə 53 . Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın əsasları

53.1. Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, telekommunikasiya operatorlarının xarici telekommunikasiya operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.

53.2. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətləri çərçivəsində digər dövlətlərin telekommunikasiya qurumları ilə qarşılıqlı əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və maraqlarını qoruyur.

53.3. Azərbaycan Respublikasının telekommunikasiya sahəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı üzvlük haqları qanunvericiliyə uyğun olaraq ödənilir.

53.4. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində telekommunikasiya sahəsində fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən olunmuş qaydada tənzimlənir.

Maddə 54 . Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığa tətbiq olunan hüquq

Telekommunikasiya sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə xarici hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələrdə tətbiq edilən hüquq göstərilməlidir.

TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 55 . Beynəlxalq telekommunikasiya şəbəkələrindən istifadə edilərkən mübahisələrin həll olunması

Azərbaycan Respublikasının və xarici dövlətlərin telekommunikasiya operatorları, provayderləri arasında mübahisələr Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdə və tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş qaydada həll olunur.

Maddə 56 . Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli

56.1. Telekommunikasiya fəaliyyəti subyektləri arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.

56.2. Operatorlar arasında arabağlantı, xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Mübahisə ilə bağlı qəbul edilmiş qərar dərc olunur və onun mətni mübahisədə iştirak edən tərəflərə təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2005-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932)

2. 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442)

3. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

4. 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969)

5. 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989)

6. 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346)

7. 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024)

8. 16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046)

9. 31 may 2017-ci il tarixli 700-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7, maddə 1266)

10. 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255)

11. 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255) ilə 1.0.19-cu maddədə və 7.1-ci maddənin birinci cümləsində “ölkə kodlu” sözləri “az” ölkə kodlu” sözləri ilə əvəz edilmişdir.

[2] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024) ilə 6.1.3-cü maddədə “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırmanın təşkili” sözləri ilə əvəz edilmişdir.

[3] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 6.1.7-1-ci maddə əlavə edilmişdir.

[4] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 7.4-cü maddədə “provayderinə” sözlərindən sonra “,eyni zamanda digər hüquqi və fiziki şəxslərə” sözləri əlavə edilsin, “ayrılması qaydalarına” sözləri “ayrılması və istifadəsi qaydalarına” sözləri ilə əvəz edilmişdir.

[5] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 7.5-ci maddədə “qanuna uyğun olaraq” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

[6] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 7.9-cu maddənin birinci cümləsində “bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “ayrılması və istifadəsi qaydaları” sözləri ilə əvəz edilmişdir.

[7] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255) ilə 7.10-cu maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7.10. Ölkə kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir.

[8] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1024) ilə 9.4-cü maddədə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda 9.4-1-ci maddə əlavə edilmişdir.

[9] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442) ilə 10.1-ci maddəsində “tənzimlənir” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.

[10] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 13.6-cı maddədə, birinci cümlədə “radioelektron vasitələr nəzərə alınmaqla birdəfəlik və müddətli” sözləri “istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik)” sözləri ilə əvəz edilmişdir.

ikinci cümlədə “Birdəfəlik və müddətli ödənişlərin təyin olunması, bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları” sözləri ilə əvəz edilmişdir.

[11] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 13-1-ci maddə əlavə edilmişdir.

[12] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142) ilə 16-cı maddəsinin adına və 16.1-ci maddəyə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilmişdir.

[13] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, № 142) ilə 16.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

[14] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 17.4-cü maddədə “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.

[15] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 21.3-cü maddədə “keçmiş” sözü “keçmir” sözü ilə əvəz edilmişdir.

[16] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 31.4-cü maddədə “keçirilən müsabiqə nəticəsində” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə əsasında” sözləri ilə, “üzərinə” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən üzərinə” sözləri ilə, “vəzifəsi qoyulmuş telekommunikasiya operatoru” sözləri “öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi” sözləri ilə əvəz edilsin, maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

[17] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969) ilə yeni məzmunda 33.1.3-1 maddə əlavə edilmişdir.

[18] 16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046) ilə 33.1.3-2-ci, 33.1.3-3-cü, 40.3.5-1-ci, 40.3.5-2-ci, 40.3.5-3-cü, 40.3-1-ci və 48.5-ci maddələr əlavə edilmişdir.

[19] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 33.1.9-1-ci və 33.1.9-2-ci maddələr əlavə edilmişdir.

[20] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə 33.2-ci maddədə “32.1.4-cü” sözləri “33.1.4-cü” sözləri ilə əvəz edilmişdir.

16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1046) ilə 33.2-ci maddədə “33.1.4-cü maddəsi” sözləri “33.1.3-2-ci, 33.1.3-3-cü və 33.1.4-cü maddələri” sözləri ilə əvəz edilmişdir.

[21] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2255) ilə yeni məzmunda 33.3-cü maddə əlavə edilmişdir.

[22] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969) ilə yeni məzmunda 34.1.2-1 maddə əlavə edilmişdir.

[23] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə39-cu maddənin adında və 39.1-ci maddədə “əməliyyat-axtarış” sözlərindən sonra “, kəşfiyyat və əks-kəşfiyyat” sözləri əlavə edilmişdir.

[24] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 969) ilə yeni məzmunda 40.3.7-1-ci maddə əlavə edilmişdir.

[25] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989) ilə yeni məzmunda 40.4-1-ci maddə əlavə edilmişdir.

[26] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1989) ilə 40.5-ci maddədə “Fövqəladə hallar” sözlərindən sonra “, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar” sözləri əlavə edilmişdir.

[27] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə 43.1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

[28] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 346) ilə yeni məzmunda 43.4-cü və 43.5-ci maddələr əlavə edilmişdir.

[29] 31 may 2017-ci il tarixli 700-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1266) ilə 50-1-ci maddə əlavə edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.