Press "Enter" to skip to content

Telekommunikasiya vasitələri

“Wi-Fi” – bu kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi və onların İnternetə qoşulmasının müasir simsiz texnologiyasıdır. Məhz bu texnologiya sayəsində İnternet daha mobil olur və istifadəçiyə imkan verir ki, o, nəinki bir otaq daxilində, həmçinin bütün dünya üzrə sərbəst yerdəyişmə edə bilsin.

Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsinə görə yeni cərimələr təsdiqlənib

Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsinə görə yeni cərimələr təsdiqlənib Milli Məclis (MM) telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə müəyyən edilən yeni cərimələri təsdiqləyib.

27 Dekabr , 2022 13:24

https://static.report.az/photo/7d927c4f-042f-3bab-8969-a58793394c19.jpg

Milli Məclis (MM) telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə müəyyən edilən yeni cərimələri təsdiqləyib. “Report” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcəklər. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər 500 manat məbləğdə, vəzifəli şəxslər 900 manat məbləğdə, hüquqi şəxslər 1 500 manat məbləğdə cərimə ediləcək. Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər 1 000 manat məbləğdə, vəzifəli şəxslər 1 500 manat məbləğdə, hüquqi şəxslər 2 500 manat məbləğdə cərimə ediləcək. Dəyişiklik layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Telekommunikasiya vasitələri

Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə elektron xidmətlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu “AzInTelecom” MMC tərəfindən həyata keçirilir.

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına dair elektron xidmətlər ərizəçilərin müraciəti əsasında həyata keçirilir. Ərizəçi elektron xidmətə daxil olaraq müvafiq xidmət üzrə əməliyyatları həyata keçirərək tələb olunan sənədləri müraciətə əlavə edir. Formalaşmış müraciət ərizəsi çap edilərək imza və möhürlə təsdiqləndikdən sonra certificate@azintelecom.az elektron poçt ünvanına göndərilir. Müraciət elektron şəkildə göndərildikdən sonra qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Müraciət üzrə sənədlər qaydasında olduğu təqdirdə sifarişçi ilə müqavilə bağlanır. Müqavilə 1 il müddətinə bağlanır və müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflərdən hər hansı birindən müqaviləyə xitam verilməsinə dair təşəbbüs olmadığı təqdirdə müqavilə 3 il müddətinə uzadılır. Elektron xidmətdə formalaşmış müqavilə 2 nüsxədə çap edilərək təsdiqləndikdən sonra fiziki qaydada “AzInTelecom” MMC-nin ünvanına təqdim edilir.

Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsindən imtina halları və ya təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildiyi gündən sonra onlara 15 (on beş) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir. Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.7-ci bəndinə əsasən, telekommunikasiya vasitələri və qurğuları üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri sifarişçi tərəfindən ödənilir. Ödəniş telekommunikasiya vasitələri və qurğuları üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri nəzərə alınmaqla sertifikatlaşdırma orqanı ilə sifarişçi arasında bağlanmış müqavilə və qiymət razılaşma protokoluna əsasən tənzimlənir. Ödənişlərin aparılması köçürmə yolu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsinə görə ödənişin aparılması üçün hesab

B1. Benifisiar (alan) bank

Adı:

Kodu:

VÖEN:

M/h:

S.W.İ.F.T. Bik:

Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında

“Wi-Fi” – bu kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi və onların İnternetə qoşulmasının müasir simsiz texnologiyasıdır. Məhz bu texnologiya sayəsində İnternet daha mobil olur və istifadəçiyə imkan verir ki, o, nəinki bir otaq daxilində, həmçinin bütün dünya üzrə sərbəst yerdəyişmə edə bilsin.

Belə bir mənzərəni təsəvvürə gətirin: Siz öz kompüterinizdən, indi mobil telefondan istifadə etdiyiniz kimi, istifadə edirsiniz; Sizə heç bir məftil lazım deyildir, Siz öz noutbukunuzu Bakı şəhərinin istənilən nöqtəsinə apara bilər və praktiki olaraq, hər yerdə İnternetə daxil ola bilərsiniz. Əlbəttə ki, bu yaxın gələcəyin məsələsidir.

«Wi-Fi» abbreviaturası (bu ingilis söz birləşməsi olan «Wireless Fidelity»-dən götürülmüşdür və tərcüməsi isə belədir: «verilənlərin simsiz ötürülməsinin yüksək dəqiqliyi») ilə hal-hazırda radiokanallar vasitəsilə rəqəmsal axınlarının bütöv bir ötürülmə standartlar ailəsi inkişaf edir.

Mobil istifadəçilərin sayı artdıqca, onlar arasında operativ kommunikasiya yaradılması, verilənlər mübadiləsi, informasiyanın daha cəld əldə edilməsi məsələləri ciddi surətdə meydana gəlir. Buna görə də, təbii olaraq, simsiz kommunikasiyalar texnologiyasının intensiv inkişafı baş verir. Bu, xüsusilə simsiz şəbəkələr və ya “WLAN-şəbəkələrdə (Wireless Local Area Network-Simsiz lokal şəbəkələr) daha aktualdır. “Wireless LAN” şəbəkələri – bu simsiz şəbəkələrdir (orada adi məftillər əvəzinə radiodalğalardan istifadə edilir). Bu cür şəbəkələrin quraşdırılması yalnız o yerlərdə tövsiyə olunur ki, orada kabel sisteminin quraşdırılması ya mümkün olmur, ya da ki, iqtisadi cəhətdən məqsədəuyğun deyildir.

Simsiz şəbəkələr xüsusilə müəssisələrdə effektiv olur ki, orada işçilər iş günü ərzində kliyentlərə qulluq etmək və ya informasiya toplamaq üçün müəssisə ərazisi daxilində (iri anbarlar, agentliklər, satış ofisləri, səhiyyə idarələri və s.) aktiv yerdəyişmə edirlər.

Daxil olma nöqtələri arasındakı rouminq sayəsində istifadəçilər birləşməni qırmadan, “Wi-Fi” şəbəkə təsiri altında olan ərazi boyunca yerdəyişmə edə bilirlər.

“WLAN-şəbəkələri” adi kabel şəbəkələri ilə müqayisədə aşağıdakı üstün cəhətlərə malikdirlər:

  • “WLAN-şəbəkəni” çox tez bir zamanda quraşdırmaq mümkün olur ki, bu da prezentasiya aparılmasında və ya ofisdən kənar iş şəraitində çox rahatdır;
  • Mobil qurğular istifadəçiləri simsiz lokal şəbəkələrə qoşulduqda, şəbəkənin təsir etdiyi zona çərçivəsində çox yüngül bir şəkildə yerdəyişmə edə bilirlər;
  • Müasir şəbəkələrin sürəti kifayət qədər yüksək olur (108 Mbit/san) ki, bu da onlardan geniş spektrli məsələlərin həllində istifadə etməyə imkan verir;
  • Əgər adi şəbəkə üçün kabelin quraşdırılması mümkün deyilsə, o zaman “WLAN-şəbəkədən” istifadə edilməsi yeganə çıxış yolu olacaqdır.

“Wi-Fi-şəbəkənin” seqmenti ya müstəqil şəbəkə kimi, ya da ki, həm simsiz, həm də adi simli seqmentlər tərkibində istifadə edilə bilər. “Wi-Fi-şəbəkə” aşağıdakı hallarda istifadə oluna bilər:

  • Istifadəçilərin şəbəkəyə simsiz qoşulması üçün;
  • Altşəbəkələrin kabellə birləşdirilməsi mümkün olmadıqda və ya arzu olunmadıqda, məsafə cəhətcə bir-birindən ayrı olan altşəbəkələrin bir ümumi şəbəkə şəklində birləşdirilməsi üçün;
  • Ayrıca ayrılmış xətdən və ya adi modem birləşməsindən istifadə etmək əvəzinə, şəbəkəyə İnternet-xidməti göstərən provayderin şəbəkəyə qoşulması üçün.

Şəbəkənin əsas elementləri

Simsiz şəbəkəni qurmaq üçün “Wi-Fi” adapterlərindən və daxil olma nöqtələrindən istifadə olunur.

Adapter (şək. 1.1 ) adətən qurğu olub, “PCI” genişləndirmə slotu, “PCMCI”, “CompactFlash” vasitəsilə qoşulur. Həmçinin “USB 2.0” portu vasitəsilə qoşulan adapterlər də mövcuddurlar. “Wi-Fi” adapteri, adi şəbəkədəki şəbəkə kartının yerinə yetirdiyi funksiyanı yerinə yetirir. Onun vasitəsilə istifadəçinin kompüteri simsiz şəbəkəyə qoşulur. “Centrino” platforması sayəsində, bütün müasir noutbuklar daxildə yerləşdirilmiş və bir sıra müasir standartlarla uyuşan “Wi-Fi” adapterlərinə malik olurlar. Həmçinin Cib fərdi kompüterləri də “Wi-Fi” adapterlərinə malik olduqları üçün, onları da simsiz şəbəkələrə qoşmaq mümkündür.

Şək.1.1. Simsiz şəbəkə adarteri
Simsiz şəbəkəyə daxil olmaq üçün adapter digər adapterlərlə də bilavasitə rabitə quraşdıra bilər. Belə şəbəkə simsiz bir ranqlı şəbəkə və ya “Ad Hoc” adlanır. Adapter həmçinin xüsusi qurğu – daxil olma nöqtəsi ilə də rabitə quraşdıra bilər. Bu cür rejim infrastruktur adlanır.

Qoşulma üsulunu seçmək üçün adapter ya “Ad Hoc”dan, ya da ki, infrastruktur rejimindən istifadəyə sazlanmalıdır.

Daxil olma nöqtəsi (şək . 1.2) daxilində mikrokompüter və qəbuledici-ötürücü qurğu olan avtonom moduldan ibarətdir.

Daxil olma nöqtəsi vasitəsilə simsiz adapterlər arasında qarşılıqlı əlaqə və informasiya mübadiləsi həyata keçirilir, həmçinin də şəbəkənin seqmenti ilə rabitə quraşdırılır. Beləliklə, daxil olma nöqtəsi bir növ kommutator rolunu oynayır.

Şək. 1.2. Daxil olma nöqtəsi
Daxil olma nöqtəsi şəbəkə interfeysinə (uplink port) malik olur ki, onun köməkliyi ilə o adi şəbəkəyə qoşula bilər. Həmçinin bu interfeys vasitəsilə nöqtənin sazlanması da yerinə yetirilə bilər.

Daxil olma nöqtəsi həm ona kliyentləri qoşmaq üçün (daxil olma nöqtəsinin baza rejimi) istifadə oluna bilər, həm də paylanmış şəbəkə (Wireless Distributed System – WDS) qurmaq məqsədilə digər nöqtələrlə qarşılıqlı əlaqədə ola bilər. Burada aşağıdakı rejimlər ola bilər: “nöqtə-nöqtə” və “nöqtə-çoxlu sayda nöqtələr”, simsiz körpü, simsiz kliyent və təkrarlayıcı.

Şəbəkəyə daxil olma efir vasitəsilə enliyayımlı siqnalların ötürülməsi yolu ilə təmin edilir. Qəbuledici stansiya bir neçə ötürücü stansiyaların iş diapazonunda siqnalları qəbul edə bilər. Stansiya-qəbuledici qəbul olunan siqnalın filtrasiyası və ona lazım olanı ayırmaq üçün xidmət zonasının identifikatorundan (Service Set Identifier – SSID) istifadə edir.

Xidmət zonası (Service Set – SS) məftilsiz şəbəkəyə qoşulmanı təmin edən məntiqi qruplaşdırılmış qurğularıdır.

Baza zona xidməti isə (Basic Service Set – BSS) –bir-birilərilə simsiz rabitə ilə əlaqələnən stansiyalar qrupundan ibarətdir. BSS texnologiyasında daxil olma nöqtəsi (access point) adlanan xüsusi stansiya olur.

Comments are closed, but trackbacks and pingbacks are open.