Dilçilik İnstitutu televiziya kanallarında monitorinq aparıb
Şöbə müdirinin sözlərinə görə, monitorinqin aparılmasına keçən il noyabr ayının 1-dən etibarən başlanılıb: “Məqsəd televiziya proqramlarında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması ilə bağlı dil mənzərəsini və bu sahədə mövcud olan problemləri müəyyən etməkdir”.
Televiziya monitorninq nəticələri
Peşəkar TV redaktorlarımız və müasir görüntü işləmə texnologiyaları ilə bütün milli və regional kanalları 7/24 izləyirik və qeyd olunan mövzularda qeyd, montaj və reportaj hazırlayırıq.
03
İnternet mediasının təqibi
Yeni nəsil texnologiyalarımızla dərhal minlərlə xəbər portalını və bloqu izləyirik, yüz minlərlə linkdən istədiyiniz açar sözləri ələ keçiririk və açıq şəkildə bildiririk.
04
Medianın təhlili
Təhlilimiz və hesabatımızla; Təşkilatınızın və ya rəqiblərinizin media ilə qavrayışları necə və nə dərəcədə idarə edə biləcəyini müəyyənləşdirərək gələcək proqnozlarınız üçün bir mənbə olan vacib ipuçlarını təqdim edirik.
05
Yerli mətbuatın təqib edilməsi
06
MEDYA MƏLUMAT REHBERİ
Media Məlumat Kılavuzu MBR ilə bir kliklə həm yerli, həm də yerli media işçilərinin ən son məlumatlarını əldə edə biləcəksiniz və istədiyiniz hər kəsə bir e-poçt göndərmək və nəticələri nəzərdən keçirmək imkanınız olacaq.
07
Reklamın ölçülməsi
Reklamlarınız hansı kanalda, hansı saatlarda yayımlandı, neçə dəqiqədə başladı və bitdi, tam yayımlanıb-yayımlanmadığını anında bildiririk və məlumatlarınıza təqdim edirik.
08
Əcnəbi medianın təqib edilməsi
Bülletenlərimizə Abunə olun
Mediada əks olunan inkişaflardan xəbərdar olun!
Yeni nəsil MTM texnologiyaları ilə
Hər il 220 milyon məlumat yaradır və emal edirik!
190.000
Açar söz əməliyyatı
604.800
15.000
Media əlinizdədir
Biznesinizi Bizimlə Gücləndirin!
Media Monitorinq Mərkəzi MTM, inkişaf etdirdiyi xüsusi proqram sayəsində dəyişən bazar şərtləri çərçivəsində müştəri ehtiyaclarını ən yaxşı şəkildə qarşılayan xidmətlər istehsal etmək üçün əsas prinsip kimi qəbul edir; Bütün iş proseslərini minimum səhvlərlə başa vurur.
Dilçilik İnstitutu televiziya kanallarında monitorinq aparıb
“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan televiziya kanallarında dil ilə bağlı apardığı növbəti monitorinq başa çatıb”.
Oxu.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında İnstitutun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.
O bildirib ki, monitorinq əsasən xəbər və xəbərdən törəmə proqramların dili ilə bağlı aparılıb: “Geniş auditoriyaya malik verilişlərin də bəziləri monitorinqə cəlb olunub”.
Şöbə müdirinin sözlərinə görə, monitorinqin aparılmasına keçən il noyabr ayının 1-dən etibarən başlanılıb: “Məqsəd televiziya proqramlarında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması ilə bağlı dil mənzərəsini və bu sahədə mövcud olan problemləri müəyyən etməkdir”.
S.Əliyeva qeyd edib ki, budəfəki monitorinqə bütün televiziya kanalları cəlb olunub: “Hətta dövlət televiziyası olan AzTV kanalının bəzi verilişlərinin də monitorinqi aparılıb.
Ötən illərdə aparılan monitorinqlərin nəticələri ilə müqayisədə son monitorinqin nəticələri arasında hiss ediləcək dərəcədə fərqlərin olduğunu deyən şöbə müdiri bildirib ki, sonuncu monitorinq zamanı televiziya kanallarında aparıcıların nitqində aşkarlanan dil qüsurları nisbətən azalıb: “Monitorinqin nəticələri göstərdi ki, televiziya verilişlərində ədəbi dil normalarının pozulması son vaxtlar nisbətən az müşahidə olunur”.
Azərbaycan televiziyaları üzrə aparılan monitorinqin nəticələri açıqlanacaq
Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan televiziyalarında ədəbi dilin normalarına riayət olunması istiqamətində aparılan monitorinqin nəticələrinin aprel ayının birinci ongünlüyündə açıqlanması nəzərdə tutulur. Bu barədə “Report”a Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, monitorinq qrupunun üzvü Nəzakət Qaziyeva məlumat verib. O bildirib ki, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsi, qorunması, inkişaf etdirilməsi məsələlərinə diqqət artırılmalıdır: “Telekanalların auditoriyası daha genişdir. Günümüzün reallığı budur ki, insanlar məlumatı daha çox telekanallardan alır, televiziya hər gün yaşından və sosial vəziyyətindən asılı olmayaraq hamının izlədiyi mənbədir. Bu səbəbdən də kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunmasına daha çox fikir verilməlidir. Hazırda telekanallarda dilimizin normalarının pozulması ana dilimizin inkişafına daha çox mənfi təsir göstərir”. N.Qaziyeva bildirib ki, “Azərbaycan dilinin inkişafı və düzgün tətbiqinə dair Dövlət Proqramı”nın tələblərinə əsasən aparılan monitorinq televiziyaların yalnız xəbər və xəbərdən törəmə proqramlarını əhatə edir: “İnstitutun işi ədəbi dilin normalarına nə dərəcədə riayət olunmasını aşkar etməkdir. Televiziyada ədəbi dilin vəziyyətinə nəzarət televiziya kanallarının rəhbərlərinin üzərinə düşən məsuliyyətdir”. Onun fikrincə, telekanalların dilinə Milli Televiziya və Radio Şurası nəzarət etməlidir. Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Azərbaycan televiziyalarında ədəbi dilin normalarına necə riayət olunmasını öyrənmək üçün monitorinq həyata keçirir. Monitorinqin nəticələri ilə bağlı Nəsimi adına Dilçilik İnstitutu və MTRŞ birgə mətbuat konfransı keçirəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.