Terbıyenın qanunauygunluqları haqqında məlumat
Axı elə şeylər var ki bu öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…
TEBİET
Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.
Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4 fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özüməxsus gözəlliklər bəxş edir…
Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu?
Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün…
Dənizimizi çirkləndiririk bilə-bilə müxtəlif əşyalar atırıq, əlimizdəki lazımsız zibilləri fəxrlə dənizə tullayırıq… düşünmürük ki, o bizə bayaqdan fikrimizi toplamaqda , problemlərdən xilas olmaqda kömək etmişdi… Sirdaş olmuşdu göz yaşlarımıza… Bəlkə bir də haçansa ehtiyacımız olacaq dənizə… O zaman nə üzlə gələcəyik onun görüşünə.
Ağacları kəsirik bununla nəfəsimizi də kəsmiş oluruq… Bir xəstəninn ciyərlərin gedən oksigen borusunu kəsmək kimi bir şey deyilmi bu? Özü də bir yox bütün cəmiyyətin nəfəsini… Görəsən niyə? Halbuki o ağaclar bizə nə qədər lazımdır… Xüsusilə də indi…
Axı elə şeylər var ki bu öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…
Ondan çox şey umuruq… Amma özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında? Bunu düşündükmü. Dili yoxdur danışa bilmir, ifadə edə bilmir, amma bu lal sükutu ilə hönkürür sanki… “Mən necə idim, siz necə etdiz?”- deyir. Amma yenə də qisas almır bizdən, əksinə “yamanlığa yaxşılıq” deyib öz sədaqətini nümayiş etdirir illərdir…
Axı o “Ana Təbiət”dir… Bütün pisliklərdən uzaq, təbiətimizdir bizim… Allah tərəfindən bəxş edilmiş təbii sərvətimiz…
TƏRBİYƏNİn priNSİPLƏRİ VƏ TƏRBİYƏNİN Üsullari
Torpaqlarının 20%-dən artığı düşmən tapdağında olan bir ölkədə tərbiyənin aşılanması həyati faktorlara söykənməlidir. Şagirdlər xalqının başına gətirilən müsibətlərin təcəssümçüsü olan şəhidlərin qəhrəmanlıqlarını tarixin salnaməsinə çevirməlidirlər. Tərbiyənin həyatla belə bağlanması vətənpərvər ruhlu gənclərin yetişməsinə səbəb olur.
Bu gün işləmək, yaratmaq, qurmaq arzusunda olan gənclər yetişir. Lakin bəzən həyatda necə fəaliyyət göstərəcəkləri onlara çətin gəlir. Yaranmış arzularını həyata keçirməkdə kimdənsə kömək umurlar. Tərbiyənin əməklə əlaqələndirlməsi bu çətinliyi aradan qaldırmaqda böyük gücə malikdir. Məktəbli əmək sahələri, əmək növləri ilə tanış olur, onların əhəmiyyəti haqda məlumat əldə edir. Istəyi və arzusu ilə üst-üstə düşən əmək sahəsini müəyyənləşdirmiş olur, bu sahədə bacarıq və vərdişlərə yiyələnmək meyli əmələ gəlir. Bununla birlikdə, onlarda seçdiyi əmək növünə qabil olacağı inamı formalaşır.
- şagirdlər dərs zamanı və dərsdənkənar təlim-tərbiyə işlərində tədricən genişləndirilən gücəmüvafiq, konkret fəaliyyətə cəlb edilməlidirlər;
- tərbiyə olunana izah edilməlidir ki, onun əsas əmək növü təlimdir; lakin ailədə gücüçatan digər əmək növləri ilə məşğul olmaq da onun vəzifəsidir;
- dərs zamanı və dərsdənkənar tərbiyəvi işlərdə ölkəşünaslıq materiallarından istifadə olunmalıdır;
- uşaqların böyüklərlə birgə əməkdə iştirakı prosesində onlarda məsuliyyət və vətəndaşlıq hissləri formalaşır;
- tərbiyə prosesi elə qurulmalıdır ki, uşaqlar öz əməklərinin cəmiyyətə gərəkli olduğunu dərk etsinlər.
- Yaş və fərdi xüsusiyyətlərinnəzərə alınması prinsipi.
- Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psixofizioloji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında formalaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın.
- Hörmət və tələbkarlıq prinsipi.
- Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə maksimum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tələbkarlıqla yanaşılsın. Uşaq şəxsiyyətinə hörmət dedikdə ümumi şəkildə bunlar başa düşülür:
- uşaqlarla səmimi, tərəfdaşlıq münasibətlərinin, mehriban ünsiyyətin yaradılması;
- uşağın həvəs və arzuları ilə hesablaşmaq, xüsusilə kiçik yaşlarında onların arzularının maksimum dərəcədə yerinə yetirilməsinə çalışmaq;
- uşaqların qabiliyyəti və bacarıqlarını nümayiş və tətbiq edə bilmələrinə şərait yaratmaq;
- tərbiyə işində ayrı-seçkilik qoymadan, hər kəsə əməlinə, davranışına görə qiymət vermək;
- uşaqları sevmək, xüsusilə ibtidai siniflərdə onları mümkün qədər çox tərifləmək və rəğbətləndirmək lazımdır.
- Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində davranış normalarına əməl etməyin, fəaliyyət prosesində öz vəzifələrini yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir.
- Tələbkarlığın müvəffəqiyyəti onun tətbiqi qaydalarından asılıdır:
- tələb elə verilməlidir ki, uşaq onu yerinə yetirməyə borclu olduğu bir şey kimi başa düşsün;
- tələbin nə məqsədlə verildiyi şagird üçün aydın olmalıdır;
- tələbin məzmunu aydın olmalıdır;
- ibtidai sinif şagirdlərinə verilən tələblər konkret, lakonik olmalıdır;
- tələb uşağın yaşına və gücünə müvafiq olmalıdır;
- tələb verilərkən pedoqoji etika gözlənilməlidir;
- verilmiş tələbin icrasına nəzarət edilməli, nəticələri mütləq yoxlanmalı və dəyərləndirilməlidir.
- Tələblərdə vahidlik prinsipi.
- Bu prinsip uşağa göstərilən tərbiyəvi təsirlərin əlaqələndirilməsi və vahid məqsəd ətrafında birləşdirilməsini, birinin digərini tamamlamasını tələb edir.
- bütün müəllimlər arasında;
- müəllimlərlə məktəb rəhbərliyi arasında;
- müəllimlərlə şagird təşkilatları arasında;
- məktəb rəhbərliyi ilə şagird təşkilatları arasında;
- məktəblə ailə arasında;
- məktəblə məktəbdənkənar tərbiyə müəssisələri arasında;
- məktəblə ictimaiyyət arasında;
- ailə üzvləri arasında və s.
- Tərbiyədə nikbinlik prinsipi.
- Bu prinsip pedaqoji ədəbiyyatda “müsbətə istinad etmə prinsipi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tərbiyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət keyfiyyətlərə əsaslanaraq qurmalıdır.
- tərbiyə prosesində müəllimlə şagirdlər arasında münaqişə, qarşıdurma, öcəşmə və kəskin mövqe ziddiyyəti olmamalıdır. Müsbət nəticələr yalnız səbr və dözümlü əməkdaşlıq nəticəsində əldə edilə bilər;
- uşaqların davranışında mənfi cəhətləri axtarmaq yox, əksinə, kiçik də olsa müsbət keyfiyyətləri görə bilmək, müsbəti inkişaf etdirməklə mənfi keyfiyyətləri yox edə bilmək pedaqoji ustalıq sayılır;
- uşağın tərbiyəsindəki, davranışındakı çatışmazlıqları hər an onun üzünə vurmaq, həm də bunu başqalarının yanında etmək heç bir səmərə vermir. Bu iş daha çox fərdi aparılmalıdır;
- “nadinc” hesab edilən uşağın kiçicik müsbət hərəkətini belə gözdən qaçırmayaraq, bu hərəkətə görə onu tərifləmək, rəğbətləndirmək, alqışlamaq lazımdır;
- uşaqları öz müvəffəqiyyətləri ilə fəxr etməyə, müsbət hərəkətlərindən ləzzət almağa alışdırmaq lazımdır.
- Tərbiyə üsulları haqda anlayış.
- Tərbiyə üsulları – tərbiyə məqsədlərinə çatmağın yolları, qaydalarıdır. Tərbiyə üsulları konkret şəraitdən, tərbiyə prosesinin təşkili və xarakterindən asılı olduğundan çoxsaylıdır. Buna görə də nəzəri pedaqogikada, adətən, tərbiyənin ümumi üsullarından bəhs olunur.
- əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən üsullar;
- əsasən fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına yönələn üsullar;
- fəaliyyət və davranışı stimullaşdıran üsullar;
- nəzarət, özünənəzarət və özünəqiymət;
- nümunə(N.Kazımov, Ə.Həşimov)
- Elmi pedaqogikada tərbiyə üsullarını bu cür qruplaşdırmaq daha məqbul hesab edilir:
- şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar;
- fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına xidmət edən üsullar;
- fəaliyyət və davranışın stimullaşdırılması üsulları.
- Şüurun və əqidənin formalaşmasınaxidmət edən üsullar.
- Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar dedikdə – davranış tələblərinin nədən ibarət olmasını izah etmək, onların zəruriliyinə uşağı inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələr başa düşülür.
- Müasir elmi pedaqogikada şüurun və əqidənin formalaşmasının əhəmiyyəti nəzəri baxımından kifayət qədər izah edilsə də tərbiyə prosesində praktik olaraq bu üsullardan istifadə çox zəifdir. Müəllim və tərbiyəçilər, bəzən hətta valideynlər də, adətən, tərbiyəvi təsir üçün stimullaşdırıcı üsullardan istifadəyə daha çox üstünlük verirlər. Halbuki, xüsusilə ibtidai siniflərdə cəzalandırmadan mümkün qədər az istifadə edilməlidir.
Eyni davranış hadisəsi barədə uşaqda əxlaqi şüur formalaşdıqda isə, mahiyyət dərk olunduğundan həmin hərəkətin icrasına artıq tərbiyəçi tərəfindən xüsusi nəzarət tələb olunmur. Uşaq həmin tələbə yerinə yetirməyə borclu olduğu bir şey kimi baxır.
Bütövlükdə tərbiyə prosesində olduğu kimi, bu problemin həllinin də ən düzgün yolunun xalqın pedaqoji təcrübəsində olduğuna əsaslanaraq, əxlaqi şüurun və əqidənin formalaşması üsulunun etnopedaqoji mahiyyətini tamamilə elmi pedaqogikaya da şamil etmək olar.
- Əxlaqimövzuda söhbətlər – əxlaqi məzmunlu konkret fakt və hadisələrin emosional şərhinə əsaslanır. Uşaqların hisslərinə təsir etdiyindən bu üsul nəinki əxlaqi anlayışların mahiyyətini aşkar edir, həmçinin onların davranışını da müəyyən edir.
- belə söhbətlər uşağın sosial təcrübəsinə uyğun olmalıdır;
- söhbət illüstrativ materiallarla müşayətolunmalıdır;
- əxlaqi söhbətin aparıldığı yer şəraiti də onun səmərəliliyinə təsir göstərə bilir. Hökm deyil ki, söhbət məktəbdə, sinif şəratində aparılsın; bu iş üçün təbiət, kiçik bağça və ya tonqal ətrafı da seçilə bilər;
- söhbət yüksək pedaqoji ustalığa və nitq mədəniyyətinə malik şəxsin icrasında daha səmərəli olur;
- müəllim-tərbiyəçi çalışmalıdır ki, söhbət şagirdlərin daxili aləminə təsir etsin, onları həyəcanlandırsın, uzun müddət onların yadında qalsın.
- Fərdi söhbətlər daha çox ayrı-ayrı uşaqlar tərəfindən müəyyən davranış norması pozulduqda və ya çatışmayan müsbət əxlaqi keyfiyyəti formalaşdırmaq məqsədilə aparılan inandırma üsuludur.
- belə söhbətlərin məqsədi pis hərəkəti uşaqla bərabər təhlil edib aydınlaşdırmaq, onu bu hərəkətin üzərində düşündürmək, peşmançılıq hissi oyatmaq olmalıdır;
- fərdi söhbəti danlağa çevirmək olmaz, belə söhbətlər uzun-uzadı nəsihətçiliyə də çevrilməməlidir.
- fərdi söhbət zamanı uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
- fərdi söhbət, həm də yeni əxlaqi keyfiyyət yaradılması məqsədilə aparılır. Bu halda kiçik yaşlı məktəbliyə “bu cür etmək lazımdır,ona görə ki. ” deyə əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyəti başa salınmalıdır.
Əxlaqi mövzuda müsahibələr əxlaqi baxışların, mühakimələrin və əqidənin yaradılması, ümumiləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə tərbiyəçi ilə tərbiyə olunanlar arasında qarşılıqlı müzakirə aparılmasıdır.
- müsahibə problem xarakterli olmalı, uşaqlar müəllimin təhrikedici qeyri-standart sualları ətrafında öz fikirlərini, mülahizələrini müdafiə etməyə cəlb edilməlidirlər;
- əxlaqi müsahibələri əvvəlcədən hazırlaşmaq prinsipi ilə aparmaqdansa, davranış normaları pozulduqdan dərhal və ya azacıq vaxt keçəndən sonra başlamaq daha səmərəli olar;
- elə şərait yaradılmalıdır ki, uşaqların hamısı öz fikrini tam sərbəst deyə bilsin, həm də müəllimdən çox, şagirdlər danışsınlar;
- müsahibə real fakt və hadisələrə həsr olunmalı, şagirdlərin yaşına və qabiliyyətlərinə müvafiq mövzulara həsr olunmalıdır.
- Fəaliyyətin təşkilinə və davranış təcrübəsininformalaşmasına xidmət edən üsullar.
Tərbiyə prosesində stimul dedikdə – müəyyən hərəkətə rəvac verilməsi, sürətləndirilməsi və ya hərəkətin qarşısının alınması, ləngidilməsinə yönəldilən təsir başa düşülür.
- Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsirəğbətləndirmə adlanır.
Rəğbətləndirmə və cəzalandırma üsullarınınsəmərəliliyini artırmağın şərtləri:
- rəğbətləndirmə və cəzalandırma obyektiv olmalıdır;
- rəğbətləndirmə və cəzalandırma zamanı müəyyən hədd gözlənilməlidir;
- rəğbətləndirmə və cəzalandırma mütləq xarakter daşımamalıdır;
- rəğbətləndirmə və cəzalandırma tətbiq edərkən uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır;
- rəğbətləndirmə və cəzalandırma tədbirlərinin mahiyyəti və səbəbi uşağa aydın olmalıdır;
- rəğbətləndirmə və cəza nüfuzlu şəxs tərəfindən tətbiq olunduqda daha səmərəli olur;
- Tərbiyədə yarış üsulu – uşaqlarda özünütəsdiq, rəqabət, üstün olmaq tələbatının cəmiyyətə yararlı istiqamətə yönəldilməsini təmin etmək üsuludur.
- Tərbiyədə nümunənin mövqeyi.
Bəziləri (Y.R.Talıbov, R.Ş.Mustafayeva və b.) onu – tərbiyənin vasitəsi, bəziləri də (M.Ə.Muradxanov və b.) üsul və vasitələrin təsirini şərtləndirən tərz kimi qələmə verirlər.
Tətbiq edilmə yerinə və xüsusiyyətinə görə eyni üsuldan tərbiyənin vasitəsi kimi də istifadə oluna bilər. Bununla belə nümunə öz-özlüyündə üsul deyildir. Amma tərbiyə işində ondan təqlid üçün örnək, əyani forma, canlı şahid kimi bilavasitə istifadə etdikdə nümunə üsul xarakteri kəsb edir, üsul səviyyəsinə qalxır.
Nümunə tərz və vasitə kimi tərbiyənin bütün üsullarına daxil olur.
Tərbiyə işində nümunənin rolu əzedilməzdir. Nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındakı anlayışları konkretləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq həmin nümunədən ibrət dərsi götürür, ideal hisslərlə yaşayır, müsbət hərəkətlərə, xeyirxah əməllərə meyl edir.
Tərbiyəni nümunələr əsasında aparmağın faydalı olması faktı xalq pedaqogikası materiallarında elmi pedaqogikadan da əvvəl təkrar-təkrar qeyd edilmişdir. Nümunə növləri arasında isə valideyn, dost-tanış və usta – tərbiyəçi nümunəsinə daha geniş yer verilmişdir. Məsələn, Azərbaycan atalar sözlərində deyilir: “Ot kökü üstə bitər”, “Qız anadan görməyincə öyüd almaz”, “Ana çıxan ağacı qızı budaq-budaq gəzər” Bu kəlamlardan görünür ki, xalq müdrikliyi övlad tərbiyəsində hər iki valideynin rolunu (xüsusən qızın tərbiyəsində ananın, oğlanın tərbiyəsində isə atanın rolunu) yüksək qiymətləndirir.
SUALLAR VƏ TAPŞIRIQLAR
- Tərbiyə prinsiplərinin əsas xarakteristikasını göstərin.
- Tələbkarlığın tətbiqi qaydaları hansılardır?
- Tərbiyədə yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipinin tətbiqinə dair misallar gətirin.
- Xalq pedaqogikasında istifadə olunan tərbiyə üsullarınadair referat hazırlayın.
- Elmi pedaqogikada tərbiyə üsulları hansılardır?
- Tərbiyədə nümunənin mövqeyini izah edin.
MÜSTƏQİL İŞ ÜÇÜN ƏDƏBİYYAT
- N.Kazımov. Məktəb pedaqogikası. Bakı, 2008
- Z. Qaralov. Tərbiyə I c. Bakı – 2003.
- L.Qasımova, R.Mahmudova. Pedaqogika. Bakı, 2012.
- A.Abbasov. Pedaqogika (müxtəsər konspekt və sxemlər). Bakı,
Günəbaxan haqqında bilmədikləriniz
Günəbaxan birillik ot bitkisidir. O, 3 metr hündürlüyə qədər düz qalxa bilir. Onun yarpaqları orta ölçüdə, oval şəkildə, 40 sm ölçüdə, xırda tükcüklərlə örtülmüş olur. Günəbaxan çiçəklərin diametri 30-50 sm ölçüdə olur və həmişə üzü günəşə tərəf baxır. Çiçəklərinin orta hissəsi toxumlarla dolu olur. Bir çiçəyin içərisində 500-3000 ədədə qədər toxum ola bilir. Günəbaxan avqust ayında çiçəkləyir. Günəbaxan toxumları asan sıxıla bilən, 8-15 mm uzunluğa və 4-8 mm enə malik olur. Onun ölçüləri növündən asılı olaraq dəyişə bilir. Günəbaxanın tumları növündən asılı olaraq ağ, boz, qara və zolaqlı ola bilir. Tumların daxili zərif təbəqə ilə örtülür və içərisində ləpə olur. Günəbaxanın vətəni Şimali Amerikadır. Bu bitki 2000 il əvvəllər hindular tərəfindən yetişdirilməyə başlanmışdır. Avropa ölkələrinə bu bitki XVI əsrdə gətirilib və oradan bütün dünyaya yayılıb. XVI əsrdə ispanlar günəbaxanı botaniki bağlarda yertişdiriblər. Rusiyada günəbaxanın yetişdirilməsi I Pyotr dövründən başlanıb. O ilk dəfə bu bitkini Hollandiyada görüb və öz ölkəsinə gətirib, yetişdirilməsinə əmr verib.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, günəbaxanın yarpaqlarında və çiçəklərində kumarin qlikozidi, skopolin, flavonidlər, triterpenov salonidi, karotinoidlər, antosianlar, fenolkarbon turşusu var. Günəbaxan təkliyin, düzgün verilmiş hökmün, çiçəklənmənin və günəş işığının simvolu hesab edilir. Bəzi ölkələrdə günəbaxan sülhün simvolu kimi qəbul edilir. Günəbaxanı yığarkən onun başlıq – sarı hissəsini toplayırlar. Bu bitki məhsuldar bitki hesab edilir. Onun bir kolundan bir-neçə günəbaxan başlığı əldə etmək mümkün olur.
Günəbaxanın faydalı və müalicəvi xüsusiyyətləri
Günəbaxan tumlarından günəbaxan yağı alınır, onun tullantılarından isə heyvanlar üçün yem hazırlanır. Onun təzə ləçəklərinin dəmləməsindən iştahanı artıqmaq üçün istifadə edilir. Onun kiçik diləbənzər ləçəklərindən isə qızdırmasalıcı kimi istifadə olunur.
Günəbaxan tumunun tərkibində linolen və digər çoxlu doymamış yağlar, aminturşular, E vitamini, maqnium var.
Günəbaxan yağından kulinariyada, tibbdə və kosmetotlogiyada istifadə edilir. Bu yağı daxil qəbul elədikdə bağırsaqların yumşalmasına, təmizlənməsinə səbəb olur. Oynaq ağrıları zamanı günəbaxan yağı ilə kompres qoyulduqda ağrılar azalır. Bronxitlər, öskürək vaxtı da ağciyər nahiyəsinə isidilmiş günəbaxan yağı ilə kompres qoyduqda öskürək azalır. Bronxit, malyariya və allergiya xəstəlikləri zamanı təzə günəbaxan tumu yemək xəstəliyin əlamətlərini aradan qaldırır. Günəbaxan balverən bitkidir. Arılar onun tozlanmasına, o isə arıların şirə ilə doymasına səbəb olur. Günəbaxana yaxşı aqrotexniki qulluq edildikdə onun bal vermə xüsusiyyəti daha da artır. Ondan alınan balın rəngi qızılı, zəif miqdarda isə yaşıla çalır.
Zərərli və təhlükəli xüsusiyyətləri
Günəbaxan tumları nadir hallarda allergiyaya səbəb ola bilir. Belə hal baş verdikdə isə mütləq həkimə müraciət etmək lazımdır.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.