Press "Enter" to skip to content

TermiNLƏRİN İzahli lüĞƏTİ

Boyun sürahidir, bədənin büllur.

Terminlər lüğəti

Turizm yollayışı Ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd.

Turoperator Turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı.

Tutulma Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılması.

Tütün Yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki.

Tütün məmulatı Tütün yarpağından çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatranı və digər maddələr olan və nikotinə aludəlik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü).

Tütün qatranı Yarımaye, qazabənzər tüstü kondensatı.

Uçuş Verilən reysin (aviasiya işləri tapşırığı) yerinə yetirilməsi üçün sərnişinlərin və (və ya) ekipaj üzvlərinin minməsindən sonra hava gəmisinin giriş qapısının (qapılarının) bağlanması anından hava gəmisi yerə endikdən və onun mühərrikləri dayandıqdan sonra sərnişinlərin və (və ya) ekipaj üzvlərinin çıxması üçün qapıların açılması anınadək olan dövrdə sərnişinlərlə və ekipajla birlikdə hava gəmisinin vəziyyətidir.

Uçuş vaxtı Hava gəmisinin uçub-qalxma məqsədi ilə dartıcı qüvvəsi hesabına hərəkətinin başlandığı andan uçuş başa çatdıqdan sonra dayandığı anadək ümumi vaxt.

Uçuşların təhlükəsizliyi Aviasiya qəzaları və insidentləri baş vermədən, insanın həyatına, sağlamlığına və əmlakına zərər vurulmadan və bütövlükdə hər hansı narahatçılığa yol verilmədən uçuşların həyata keçirilməsi.

TermiNLƏRİN İzahli lüĞƏTİ

İngiltərə və digər Avropa ölkələrindən köçüb gələnlər, lakin İngiltərəyə tabe olanlar.

Ağ plan (Vays)

Hitlerin Polşaya basqın etdiyi gün 1 sentyabr 1939-cu il

Axill dabanı

Ən zəif cəhət, tez zədələnən yer. Qədim yunan əsatirində Parisin oxu Axili ölümcül yaralayır.

Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə

yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (“Ünvanlı dövlət

sosial yardımı haqqında” Qanundan)

adambaşına düşən

Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti (“Yaşayış minimumu haqqında” Qanundan)

Ailənin gəlirləri

Ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən,

ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna

biləcək pul və natural formada gəlirlərinin toplusu (“Ünvanlı dövlət sosial yardımı haqqında”

Ailənin orta aylıq

Ailənin gəlirinin orta aylıq göstəricisi (“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanundan)

Qazaxlarda, qırgızlarda və s. xalq şairi

Akkumulyasiya

(lat. accumulatio – toplanma) Yumşaq süxurların gətirilib çökək sahələrdə toplanması, çökməsi

Bu prosesləri əmələ gətirən amillərdən aslı olaraq Akkumulyasiya su, külək(eol),buzlaq ,vulkam

Akkumulyasiya ayrılır.Akkumulyasiya düzənliklər qurunun keçmişdəki çayların gətirdiyi

materiallarla (çınqıl,qum,qumdaşı,gil və.s) ,buzlaq çöküntüləri ilə,vulkan püskürmələri məhsulları və

eol çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklərdir.Akkumulyativ relyef-dəniz ,çay,

göl, buzlaq çöküntülərinin, qravitasiya toplantılarının və vulkan məhsullarının (lava, vulkan külü

və,s) toplanması nəticəsində əmələ gələn relyef formalarının məcmusudur.Mənşəyinə görə : su

Akkumulyasiya relef formaları (su-Akkumulyativ düzənliklər, prolüvü-delüvi şleyflər, gətirmə

konusları, deltalar və.s ); buzlaq Akkumulyativ relyef formaları (morenlər,drumlinlər və.s) ; Eol

Akkumulyativ relyef formaları ( dyunlar ,barxanlar və.s) ; qravitasiya formaları (uçqunlar və.s)

Akkumlyativ düzənliklər: Missisipi;

Yunanca “yuxarı şəhər”. Mənası rus Kremlinə uyğundur.

Müəyyən şərtlərlə müqavilə bağlanması təklifinə razılıq. Əmtəə və xidmətlər üzrə nağdsız

hesablaşmalarda alıcının haq-hesab və əmtəə sənədləri əsasında və yaxud əmtəəyə görə ödənişə

Bir dövlətin başqa dövlət arasındakı müqaviləyə qoşulması haqqında müqavilə

Elmdə sübutsuz qəbul edilən müddəa

Dövlətin xəzinəsini doldurmaq məqsədilə çoxişlənən mallara (duz, tütün və s.) qoyulan dolayı vergi,

həmçinin belə verginin yığmaqda məşğul olan təşkilat

(lat. actus — fəaliyyət) Müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o

bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir.

Müasir dövrün tələblərindən irəli gələn

(lat. Aqua — su və ərazi) Yaxınlıqdakı hər hansı obyektə aid edilən su sıthinin bir hissəsi

Aqlomerasiya

(lat. Aqioniero — bir1omo, toplanma) — Bir­birinə yaxın yerləşən yaşayış məntəqələrinin daha iri

şəhərinin dairəsinə cəlb olunaraq onunla birləşməsi nəticəsində yaranan şəhər sistemi

Şəhər əhalisinin, təsərrüfatının, dərininə və eninə artması, genişlənməsi

Aqrar-sənaye

Kənd təsərrüfatı və onunla bağlı olan sənaye sahələri sistemi

Britaniya adalarının qədim adı

AR Konstitusiyası qüvvəyə mindiyi gündən iqtisad məhkəməsi adlanır.

Allüvial düzənlik

Çay çoküntülərindən əmələ gəlmiş düzənlik

Alp qırışıqlığı

Kaynozoy erasında Yer qabığının müxtəlif yerlərində baş vermiş və indi də davam edən qırışıqlıq

2000-3000 m hündürlüklərdə yerləşən uca dağ çəmənliyi

Qədim Afinada iki qulplu dar boğazlı qab

Xilafət vaxtı mülki işlərə və vergi toplanmasına nəzarət edən şəxs

Ali hakimiyyət orqanı tərəfindən verilən və cinayət törətmiş şəxslərin cəzadan qismən və ya

tamamilə azad edilməsini,yaxud bu şəxslər barəsində məhkəmənin təyin etdiyi cəzanın daha yüngül

cəza ilə əvəz edilməsini nəzərdə tutan akt

Rəhbərsizlik, hakimiyyətsizlik, özbaşınalıq

İbtidai insanların hər şeydə ruh olmasına inanması

Antanta bloku

1904-1907-ci illərdə Rusiyanın, İngiltərənin və Fransanın hərbi-siyasi bloku olaraq yaradılmışdır.

1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu. Antanta bloku “Üçlər İttifaqına” cavab

olaraq, alman hegemonluğuna qarşı yaradılmışdı. I Dünya Müharibəsi Antanta blokunun qalibiyyəti

ilə başa çatmışdı.

Yer qabığında süxurların qabarıq yatım forması

Antisemitizm

Almaniya faşistlərinin yəhudilərə qarşı tətbiq etdikləri milli və dini ayrı-seçkiliyin ifrat forması

Atmosferin qapalı yüksək (mərkəzdə) təzyiq sahəsində havanın burulğanvari hərəkəti

İnsanın ətraf mühitə təsiri nəticəsində yaranan dəyişiklik

İrqi ayrı-seçkiliyin ən kəskin forması. bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən

məhrum edilməsi. Aparteid genosidi xatırladır və onun bir növü hesab olunur. 1990-cı illərin

əvvəllərinə qədər CAR-ın hakim dairələri aparteid siyasətini yerli əhaliyə qarşı aparmışdır. Müasir

beynəlxalq hüquq qaydaları aparteidi bəşəriyyətə qarşı cinayət sayır.

Arakçeyevçilik

I-ci Pavelin və I Aleksandrın çarlığı illərində kobud hərbiçilik, ağır polis rejimi

(lat. area – sahə) Hər hansı komponentin (bitki, heyvan, xalq) yayıldığı sahə

Qədim Afinada ali məhkəmə

Arxeoqrafiya

Qədim yazı abidələrini toplamaq, tədqiq, şərh və nəşr etməklə məşğul olan elm sahəsi

Arxeologiya

Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir.

İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi

arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini

maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.

Bir-birinə yaxin yerləşən eyni mənşəli adalar qrupu

Arxivşünaslıq

Arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan elm

Ariadna sapı

Krit çarı Minonun qızı Ariadna, Afina qəhrəmanı Teseyə verdiyi bir yumaq sap onu labirintdən

Rütubət əmsalının vahiddən çox kiçik olduğu, torpaqda rütubətin kəskin çatışmadığı quraq iqlim

Quldarlıq və feodalizm cəmiyyətində varlı əyyan

Siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması

Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası

olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən

etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak

adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. Lakin, hələ də

Qarabağ sözü ilə paralel olaraq işlədilməkdədir. Alban dövlətinin süqutundan sonra patriarxlığın

mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax “möhkəmləndirilmiş vilayət”, “möhkəm ölkə” adlanırdı. İlk

orta əsrlərdə erməni tarixçilərinin əsərlərində bu söz Artsax kimi verilib. Türkcə izah olunduğu

halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir.

Tarixi Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının (Hazırda Qarabağın

dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi.

Türkdilli soyların ən qədim əcdadlarından biri. Asların adına “Orxon Yenisey”də rast gəlinir.

Assimilyasiya

Bir xalqın öz dilini, mədəniyyətini və milli şüurunu itirərək başqa xalqa qarışması, onun

içərisində əriyib getməsi, qarşılıqlı mənəvi nüfuzetmə

Aşağı yaş senzi

Dövlət qulluğuna qəbul edilmək üçün isə 16 yaşına çatmağın lazımlığı qeyd olunub. Prezident 35,

Baş nazir 30, Baş nazirin müavini, nazir, digər mərkəzi İH orqanının rəhbəri 25, Millət vəkili 25,

Naxçıvan MR Ali məclis sədri 30 (Naxçıvan MR-da 5 il yaşayan,), Hakim 30 (son yaş 65,

peşəkarlığından istifadəyə ehtiyac yaranarsa, Məhkəmə-Hüquq Şurasının təklifi ilə 70), Gömrük

orqanlarında işə qəbul olunmaq üçün Yaşı 30-u keçmiş vətəndaşlar qəbul edilmirlər. Vergi

orqanlarında işə yaşı 35-i keçməmiş vətəndaşlar qəbul edilirlər. Daxili işlər orqanlarında xidmət

üçün yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları qəbul olunurlar. Maliyyə,

təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətləri, həmçinin mühəndis-proqramçı, tədris

müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər də qəbul oluna

bilərlər: “Zərurət yarandıqda müstəsna hal kimi yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər

də xidmətə götürülür. Daxili işlər orqanlarının əməkdaşları rütbələrindən asılı olaraq müxtəlif yaş

həddinədək xidmət edə bilərlər. Burda da yaş məhdudiyyətləri 50 ilə 65 yaş arasında dəyişir.

Feldyeger rabitəsi – məxfi rabitə orqanında xidmət keçmə üçün də yaş senzi 30, Penitensiar

xidmətdə qulluğa isə 20-dən aşağı və bir qayda olaraq 30-dan yuxarı olmayan şəxslər qəbul

Yer səthində xarici qüvvələrin təsiri nəticəsində süxurların parçalanaraq xırdalanması prosesi. Fiziki

(mexaniki), kimyəvi, üzvi aşınma növlərinə bölünür.

(yun. atmos – buxar va sphaira – təbəqə, kürə) Yeri əhatə edən qarvari hava təbəqəsi

Adətən, sualtı vulkan konusu üzərində yaranan, dairəvi yerləşən mərcan adalar qrupu

Real şəraiti nəzərə almadan edilən, məcburiyyətə düçar olan, risqli hərəkət. (Hitler Almaniyanin II

dünya müharibəsini törətməsi).

Avgi tövləsi

qədim yunan əsatirində çar Avginin təmizlənməyən tövləsi. Herakl 1 günə təmizlədi.

Enerji Birliyi

A.F.R, Fransa, İtalıya, Niderland, Belçika və Lüksemburqatom enerjisi eht. və atom sənayesinin

birləşməsi məqsədilə 1957-ci ildə yaranan təşkilat

(Avropa İttifaqı)

28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat.

Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel

1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və

İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.

Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.

AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri

daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə

üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. AB-nin 3 vacib qurumu var: Avropa

Şurası, Avropa Parlamenti və Avropa Komissiyası.

Avropa Birliyinə üzv dövlətlərin milli parlamentləri ilə oxşar haqlara sahib olan Avropa Parlamenti

AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. Parlament Avropa Birliyinin üç vacib

Avropa Parlamenti 1952-ci ildə qurulub. İclasları Brüsseldə və Strasburqda keçirilir. 1979-cu ilə

qədər onun üzvlərini dövlətlər təyin edirdi. Həmin il verilən qərarla üzvlər birbaşa seçkilərdə

Parlamentin üç vacib funksiyası var:

Avropa qurumlarına demokratik nəzarət etmək;

Şura ilə birlikdə büdcəyə dair qərarlar vermək.

Parlament öz səlahiyyətlərini Şura ilə bölüşür. Qərarların əksəriyyəti birlikdə verilir. Parlament həm

də Avropa Komissiyasının üzvləri barədə təkliflərə baxır, onları təsdiq edir.

Avtokratiya

Mütləqiyyət, bütün dövlət hakimiyyətinin bir nəfərin əlində toplandığı idarəetmə forması. Heç bir

səlahiyyətli orqan mövcud deyil, dövlətin özü isə mərkəzləşdirilmiş hərbi-bürokratik maşına çevrilib.

Avtokratik idarə üsulu özünün bütün formaları ilə xalqın tam hüquqsuzluğu, məmurların və

hərbçilərin özbaşınalığı deməkdir.

Bütün dövlət hakimiyyətinin bir nəfərin əlində toplandığı idarəd forması.

Yunanca autonomiya “özünüidarəetmə” sözündəndir.

Avtoritarizm

Qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün

işlədilir.Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi

ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır.(Fransa inqilabına və sosialist

hərakatına cavab olaraq ).

Ödəmələrə və öhdəliklərin iclasına yönəldilən aktivlər (pul vəsaiti, qəbzlər, veksellər, köçürmələr,

Dünya okeanında materik mənşəli üzən “buz dağı”

Azərbaycan Sovet

Ensiklopediyası

10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. 1976—1987-ci illərdə kiril əlifbası ilə nəşr

edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.

Şimal istiqaməti ilə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti istiqamətində ölçülən

0-360° arasında bucaq

Zonallıq qanunauyğunluğuna tabe olmayan landşaft, hadisə və proses

Aztəminatlı ailə

Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə (“Yaşayış

minimumu haqqında” Qanundan)

Balneologiya

Mineral suların mənşəyini, onlardan müalicə məqsədilə istifadə etmək üsullarını və orqanizmə

təsirini öyrənən elm. Abşerondakı göllərinin təbii, müalicəvi palçıqları və suları, Naftalanın

müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir.

Bank aksepti

İdxalçının xahişi ilə birinci dərəcəli iri bank tərəfindən vekselin aksept edilməsi. Bu halda bank öz

öhdəsinə götürür ki, göstərilən müddətdə vekselin ödənilməsini icra edəcəkdir. Bankın aksept etdiyi

vekselin etibarlığı artır.Vekseli aksept etmək üçün bankalr müəyyən haqq (komissiya) tuturlar.

Bankın iş günü ərzində ödəmə əməliyyatlarının aparıldığı vaxtdır.

Barbarossa planı

İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə

(alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix

Barbarossanın adından götürülmüşdür.

Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulyusun rəhbərliyi altında hazırlanmağa başlanmış və

həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq

edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.

Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-

lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi

daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. Əsas hədəflər 3

şəhər idi: Leninqrad, Moskva və Kiyev idi.

Səhralarda küləyin bir istiqamətdə əsməsi nəticəsində yaranan qum təpəsi. Oraq və ya nal

formasında, küləktutan yamac dik olur. Hündürlüyü 100-150 m-ə çatan barxanlara da rast gəlinir.

Dünya bazarında neft satışında ölçü vahidi. 1 barrel 159 litrdir.

Rusiyada kəndlinin öz əmək aləti ilə ağa torpağında işləməsi

Birbaşa pulsuz mübadilə, əmtəəni əmtəəyə dəyişmək

XIV-XVIIIəsrlərdə Parisdə siyasi dustaqlar üçün qala

Korrupsiyaya

Prezidentin 2004-cü il 3 mart tarixli, 114 nömrəli Sərəncamı ilə yaradılmışdır. İdarə korrupsiya ilə

bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Baş

XIV-XVII əsrlərdə feodal Fransada silki nümayəndələrin ali orqanı

öhdəliyi olmayan

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin «. başqa dövlətlər qarşısında

öhdəliyi olmayan. » müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və

onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin

olmamasını ehtiva edir. Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn

davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini

müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər

də ola bilər. («Azərbaycan» qəzeti, 03 avqust 2002-ci il, № 176 Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin Məlumatı 3/2003)

meridian (Qrinviç

Coğrafi uzunluqların hesablanması üçün 1884-cü ildə şərti qəbul olunmuş London yaxınlığındakı

Qrinviç rəsədxanasından keçən meridian

Bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub,

müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi

təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid

olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl

Yararsız torpaq sahələri

Benilyüks ölkələri

Belçika, Niderland, Lüksemburq adlannm bas hərflərinin birliyini əks etdirir.

Qərbi Avropanın inkişaf etmis ölkələrini (Belçika, Niderland, Lüksemburq, Norveç, İsveç,

Danimarka, İslandiya, İspaniya, Portuqaiiya, İsveçrə, Avstriya, Yunanıstan, Finlandiya, İrlandiya,

Malta) özündə birləsdirir.

(yun. benthos – dərinlik) Su hövzələrinin dibində yaşayan canlılar

(alm. berg – dağ və ştrich – xətt) Topoqrafik xaritalarda horizontallara perpendikulyar çəkilən, səth

sularının axın istiqamətini, yani hündürlüyün azalma istiqamətini göstərən qısa xətt

Beşinci kolon

Ölkə daxilində düşmənə işləyən xəyanətkar qüvvə. Faşist Franko Madridi dörd tərəfdən mühasirəyə

alarkən şəhərdəki müdafiə xuntası onun tərəfinə keçir və məhz həmin qüvvə beşinci kolon (dəstə)

Emiqrasiya və immiqrasiyanın birliyi

münasibətlər

Siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq

hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları

ilə münasibətlərini öyrənir.

təşkilatlar

BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO

Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin

öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası

Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil

surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

İki quru sahəni birləşdirən və iki su hövzəsini ayıran nisbətən ensiz quru zolaq

Tarixlə bağlı epik nəğmə

Bioloji müxtəliflik coğrafi

Yer üzərində bütün canlıların – mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir.

Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz

florasına aiddir. Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 140 nadir və nəsli kəsilmək

təhlükəsi olan bitki növü daxil edilmişdir.

Azərbaycan ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası

məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və

yarımnövü, həşəratların 15 minə yaxın növünü əhatə edir.

Azərbaycan Respublikasının “Qırmızı kitabı”na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ

qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı,

qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap

ilanı), həşəratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.)

daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim

Müəyyən mühit məkanında yaşayan və bir-biri ilə müxtəlif əlaqələrdə olan bütün canlıların (bitki

növləri, heyvanat aləmi, mikroorqanizmlər) məcmusu

Yer kürəsində canlı həyatın yayıldığı sahə.

Biosfer ozon səthinə kimi atmosferin bir hissəsi litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı və

bütün hidrosfer daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. Biоsfеrdə sərbəst оksigеn

qazı yarandıqdan sоnra bitki və hеyvanların yaşaması mümkün оlmuşdur.

1914-1918-ci illərdə baş vermiş, bəşəriyyət tarixində İkinci Dünya müharibəsinə qədərki ən böyük

müharibə. Antanta ittifaqının qələbəsi ilə başa çatan müharibənin nəticəsi Osmanlı İmperiyasının və

“Üçlər İttifaqına” daxil olan Avstriya-Macarıstanın süqutu, Rusiyada Fevral və Oktyabr üsyanlarına,

Almaniyada isə Noyabr üsyanın baş verməsi olmuşdu.

Xüsusi ayrılmış yerdə müntəzəm fəaliyyət göstərən, qiymətli kağızları–səhmləri, standartlarla və ya

nümunələrlə kütləvi-çoxişlənən malları (əmtəə birjası) alıb satan müəssisə.

Bişkek protokolu

1994-cü il mayın 12-də Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsində atəşkəs elan

olunub. Qarabağ konflikti tarixinə “Bişkek protokolu” adı ilə düşmüş razılaşma həmin gün qüvvəyə

minib. Bu, indiyədək bənzər münaqişələr tarixində mövcud olmuş ən uzunmüddətli atəşkəs

Kəndlinin feodal təsərrüfatda gördüyü bütün işlər

XIX əsrdə Fransa inqlabi hərəkatında Lui Oqüst Blankinin adı ilə bağlı cərəyan

İki su hövzəsini birlaşdirən və iki quru sahəni bir- birindan ayıran nisbətən ensiz su zolağı

Gürcüstanın cənub-şərqində yerləşən və hazırda Aşağı Kartli mxaresi adlandırılan inzibati vahidin

tarixi adı. Etimoloji araşdırmalara görə Borçalı toponiminin “börü” və “çala” sözlərinin

birləşməsindən əmələ gəldiyi ehtimal edilir. Mənası “qurd çalası” və ya “qurd oylağı” deməkdir.

Biologiyanın mühüm tərkib hissəsi оlub, bitkilər haqqında elmdir

Şəxslə və ya dövlətlə münasibətləri kəsmək

Bir şəxslə, dövlət və s. ilə hər hansı münasibətləri kəsməkdən ibarət olan mübarizə vasitəsi.

Rusiya və keçmiş postsovet ölkələrinin bəzilərində 1941–1945 illərdə, İkinci dünya müharibəsi

dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad.

MDB ölkələrində Almaniyanın danışıqsız təslim olduğu gün − 9 may günü rəsmi bayramdır.

Almaniya 1941-ci il iyunun 22-də 1939-cu il avqustun 23-də bağladığı 10 il müddətinə hücum

etməmək və sentyabrın 28-də imzaladığı “Sərhədlər və dostluq barədə” müqavilələri pozaraq bütün

sərhəd boyu 190 diviziya ilə SSRİ üzərinə hücuma keçdi. Alman-sovet müharibəsi başlandı. Bu

Rusiyanın Sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur.

Brest-Litovsk

(1918) Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Dördlər ittifaqı (Almaniya,

Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) arasında sülh müqaviləsi. Sovet Rusiyası məğlub

olaraq 1-ci Dünya müharibəsindən çıxdı

Sutkalıq külək növü. Quru və su səthinin sutka ərzində qeyri-bərabər qızması və müvafiq olaraq

təzyiq fərqinin yaranması nəticəsində gündüz sudan quruya, gecə qurudan suya doğru asan

Dəllal, vasitəçi, agent. Birjada qiymətli kağızların və əmtəələrin alınıb-satılması ilə məşğul olan şəxs

və ya firma. Broker öz xidmətinə görə müqavilədə göstərilən məbləği 1%-dən 5%-ə qədərini haqq

kimi ala bilər. Bro- kerin komissiya almaq hüququ və bu haqqın miqdarı çarterdə nəzərdə tutulur.

Suyun maye və ya bərk haldan buxar halına keçmə prosesi

qabiliyyəti

(mümkün buxarlanma) Müəyyən temperatur şaraitinda buxarlana bilan rütubətin miqdarına deyilir

Qrunt sularının tabii suratda Yer səthinə çıxması

Almaniyanın Federal Parlamenti

Qərbi Avropanın feodal cəmiyyətində şəhərlilər silki (tacirlər, sələmçilər, sənətkarlar, alverçilər)

Buta (butə, puta)

Qönçə, badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək

Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil,

Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət

nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də

(Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi

sənətində geniş yayılmışdır.

Buzovlar ölkəsi

Avropanın cənubunda Aralıq dənizinə doğru uzanan Appennin yarımadasını qədim dövrlərdən

yunanlar İtaliya adladırmışlar ki, tərcümədə «Buzovlar ölkəsi» deməkdir.

Dövlət büdcəsi məsrəfinin onun gəlirindən artıq olması

Bürokratiya

(fransızca – bureau – yazı stolu, dəxtərxana, yunanca – kratos – hakimiyyət) Ali məmur aparatı,

administrasiyası; süründürməçilik, formal rəsmiyyətçilik

Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən

Avropaya nəql ediləcək.

Bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və

bu, çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə

edən mürəkkəb bir hədəfdir.

Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına

birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə

qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət

keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz

həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli

qədər artırıla bilər.

(Zaqafqaziya)

Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və

Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgədir. Cənubi Qafqaz və ya Güney Qafqaz İran,

Rusiya və Türkiyə arasında, Böyük Qafqaz sıra dağlarının cənubunda iştirak edən coğrafi-siyasi

bölgədir. Şərqi Avropada yer alan Azərbaycanın Şimal-şərq seqmenti xaricində, Cənubi Qafqazın

çoxu coğrafi olaraq Cənub-Şərqi Asiyada yerləşməkdədir. Buna baxmayaraq siyasi baxımdan bölgə

tamamilə Şərq Avropanın hissəsi olaraq tanınmaqdadır.

(Okean axınları)

Dünya okeanında böyük su kütlələrinin, asasan daimi küləklərin təsiri altında üfüqi istiqamatdə

böyük məsafədə yerdəyişməsidir

Xilafət vaxtı xristianların verdikləri vergi idi.

Coğrafi enlik

Yer səthində ekvatordan hər hansı bir nöqtəyə qədər dərəcələrlə (meridian üzrə) olan məsafə (0° iə

90° arasında ölçülür).

Coğrafi qütblər

Yerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi xəyali nöqtələr

Coğrafi təbəqə

atmosferin aşağı qatı, yer qabığının yuxarı hissəsi, hidrosfer və biosferin bir-birinə nüfuz ederək sıx

əlaqədə olduğu qat, Yerin ən mürəkkəb və daimi dəyişən təbəqəsidir.

Coğrafi uzunluq

Yer səthində Başlanğıc (Qrinviç) meridiandan hər hansı bir nöqteyə qədər dərəcələrlə (paralel üzrə)

olan məsafə (0° ilə 180° arasında)

Yer kürəsinin təbiəti, əhalisi va təsərrüfatı haqqında elmlər sistemi

Coğrafiya atlası

Müəyyən proqram üzrə tərtib edilmiş coğrafiya xəritələrinin məcmusu

Curriculum Vitae

Latın dilindən tərcümədə curriculum “qaçış, yarış” , vitae isə “həyat” deməkdir. Curriculum Vitae

(CV) isə “həyat yarışı” mənasını verir. İlk dəfə bu iki söz 1050-ci illərdə “curriculum vitae” olaraq

istifadə edilmişdir. XX əsrin əvvəllərində qısaldılaraq CV olaraq deməyə başlanılmışdır. Azərbaycan

dilindəki qarşılığı qarşılıq “tərcümeyi-hal” sözüdür.

Tropik və subekvatorial bölgələrdə (xüsusen Cənubi Asiyada) becerilen lifli bitki

Dağlıq Qarabağ

Azərbaycan Respublikasının qərb bölgəsidir. Ərazisi 4400 km

(Şuşa, Xankəndi, Xocalı, Əsgəran,

Xocavənd, Ağdərə, Hadrut). Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Muxtar Vilayəti

Azərbaycan SSR-in dağlıq Qarabağ bölgəsində 1923-1991-ci illərdə mövcud olmuş inzibati ərazi

Daimi mühərrik

“Perpetium mobile” termodinamikanın 2-ci qanununu inkar edir.

Daşaltı əməliyyatı

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi 1992-ci il 25 yanvarda axşam

saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb.

Dövləti, yaxud hökuməti tanıma formalarından biri

Orta Asiyada kəndli

Dekabristlər

Deqradasiyaya

Torpaqların eroziyaya uğraması, şoranlaşması

Siyasi cəhətdən geri qalmış xalq kütlələrini mümkün olan hər cür cəzbedici, lakin yalançı vədlərlə,

yaltaqlıqla aldatmaq üsulu.

Demarkasiya xətti

(frans. demarkation – serhedayırma) Qonşu ölkələr arasında mübahisəli ərazini ayıran, xüsusi sazişə

görə müvəqqəti təyin olunan xətt(sərhəd)

Demilitarizasiya

Bir dövlətə qoşun saxlamağı, hərbi sənaye yaratmağı, istehkamlar düzəltməyi qadağan etmək.

Ədəbiyyat terminləri lüğəti

Ahəng — eyni ölçülü səslərin növbələşməsi, təkrarlanması və bir-birini izləməsidir. Ölçü, qafiyə, bölgü, rədif şeirdə ahəng yaradan əsas vasitələrdir.

Alleqoriya — yunan sözüdür, rəmzlə danışmaq deməkdir. Alleqoriyada fikir şəxsləndirilmiş obrazlar: heyvanlar, quşlar, cansız əşyalar, bitkilər və s. vasitəsilə çatdırılır. Məsələn, Füzuli “Söhbətül-əsmar” poemasında bağ, bostan bitkilərini canlandırma yolu ilə mənsəb, şöhrət düşkünü olan insanları tənqid etmişdir.

Bədii sual — bəzən əsərdə fikir sual şəklində ifadə olunur. Bu, hər hansı məlumatı öyrənmək üçün qurulan sual cümləsindən fərqli olaraq, emosionallığı artırmaq, fikrin daha qabarıq ifadəsinə nail olmaq məqsədi daşıyır. Bədii sualdan lirik əsərlərdə daha çox istifadə olunur.

Bədii təsvir vasitəsi — əsərdə bədii dilin mühüm tərkib hissəsidir. Əşya və haidsələrin oxşarlığı əsasında yaradılaraq məcazi məna daşıdıqları üçün onlara məcazlar da deyilir. Epitet, təşbeh, metafor və s. daha çox işlənən bədii təsvir vasitələridir.

Bədii ifadə vasitəsi — fikrin bədii təsir gücünü qüvvətləndirən vasitələrdir. Bütöv cümlə ilə ifadə olunduğu üçün onları poetik sintaksis və ya sintaktik fiqurlar da adlandırırlar. Bədii əsərlərdə tez-tez rast gəlinən təkrir, mübaliğə, bədii sual, bədii təzad, kinayə və s. bədii ifadə vasitələridir.

Bəhr — əruz vəznində misra bölümünü, uzun və qısa hecaların ardıcıllığını, fasilələrin yerini təfilələr (fAilAtün, məfAİlün və s.) müəyyənləşdirir. Onlar birləşərək əruzun müxtəlif bəhrlərini (həzəc, xəfif, münsərih və s.) yaradır. Məsələn, M.P.Vaqifin “Bax” qəzəli fAilAtün təfiləsinin 3 dəfə bütöv, 1 dəfə yarımçıq (fAilün) işlənməsi ilə əmələ gəlmiş rəməl bəhrindədir.

Bənzətmə — məcazın növlərindən biri. Bədii əsərdə bir əşyanın, hadisənin hər hansı bir əlamətcə özündən daha qüvvətli olan əşyaya, hadisəyə oxşadılmasına deyilir. Bənzətmə əvəzinə, ərəb sözü olan, oxşatmaq, bənzətmək mənasını verən təşbeh termini də işlənir. Bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti təşbehin ünsürləridir. Əgər 2-ci və 3-cü ünsür olmadan yaradılarsa, buna mükəmməl təşbeh deyilir. M.P.Vaqifin “Pəri” qoşmasında belə təşbehlər vardır:

Boyun sürahidir, bədənin büllur.

Boy — dastanın bir qolu, bitkin hissəsidir.

Beyt — şeirin iki misradan ibarət olan nisbətən bitkin hissəsinə deyilir.

Bədii təzad — əsərdə məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin qarşılaşdırılması bədii təzad yaradır. Bu, fikrin daha qabarıq, təsirli çatdırılmasına səbəb olur. M.Füzulinin aşağıdakı misralarında lirik qəhrəmanın vəziyyəti bədii təzad vasitəsilə daha təsirli ifadə olunmuşdur: Tutuşdu ğəm oduna şad gördüyün könlüm, Müqəyyəd oldu ol azad gördüyün könlüm.

Dastan — şifahi xalq ədəbiyyatının epik növünün irihəcmli janrıdır. Nağıldan fərqli olaraq, dastan həm nəsr, həm də nəzm hissəsindən ibarət olur. Dastanda nəsrlə nəzm növbələşir, hadisələr nəsr dili ilə nəql edilir, qəhrəmanların hiss və həyəcanları şeir parçaları vasitəsilə verilir. Bu xüsusiyyətinə görə dastana epik-lirik əsər də deyilir. Şifahi xalq ədəbiyyatımızda qəhrəmanlıq və məhəbbət dastanları geniş yayılıb. Azərbaycan dastanları ozan-aşıq sənətinin məhsuludur. Onlar süjet xəttinin bitkinliyi ilə seçilir.

Deyişmə — şairlər, yaxud aşıqlar arasında yarış, müsabiqə məqsədilə keçirilən şeirləşmə. Deyişmədə iki və daha artıq sənətkar iştirak edir.

Dialoq — yunanca söhbət, müsahibə deməkdir. Bədii əsərdə iki və daha artıq şəxsin bir-biri ilə danışığıdır. Dialoq əsərdəki hadisələrin mahiyyətinin, surətlərin daxili aləminin açılmasında mühüm rol oynayır.

Dibaçə — ərəb sözü olub müqəddimə deməkdir. Klassik ədəbiyyatda divanların, əlyazma kitabların girişi, ön sözü.

Dram — yunanca fəaliyyət, hərəkət deməkdir. Dramatik növün janrı olan dramda həm komediya, həm də faciəyə xas əlamətlər özünü göstərir.
Dramda konflikt ciddi həyat ziddiyyətləri, güclü xarakterlərin toqquşmasından yaranır. Belə əsərlərdə komediya üçün səciyyəvi olan gülməli epizodlara yer verilir. Lakin dramın bütünlüklə komik, gülməli səhnələr üzərində qurulması mümkün deyil. Dramın qəhrəmanı da faciə qəhrəmanı kimi ciddi münaqişəyə girsə də, faciədən fərqli olaraq, qarşılaşdığı güclü şər qüvvələrə qalib gəlir. Dram janrında əsərlər həm nəsrlə, həm də nəzmlə yazılır.

Dramaturq — dramatik növün komediya, dram, faciə janrlarında əsər yazan sənətkarlara deyilir.

Dramaturgiya — sənətkarın dramatik əsərlərinin məcmusu. Bütöv bir tarixi dövrün dramatik əsərlərinə də birlikdə dramaturgiya deyilir. Məsələn, Cəlil Məmmədquluzadənin dramaturgiyası. XX əsr Azərbaycan dramaturgiyası və s.

Divan — fars sözüdür, mənası toplu, cəm deməkdir. Şərq ölkələrində bir şairin əsərlərinin məcmuəsinə deyilir. Divanın tərtibində qəsidə, qəzəl, qitə və s. janrlar üzrə sıralanma gözlənilir, sonra həmin şeirlər qafiyənin son hərfi əsas götürülməklə əlifba sırası ilə düzülür

Epik-lirik növ — epik-lirik əsərlərdə təhkiyətərənnüm kimi həyatı əksetdirmə üsulları qovuşur. Dastan və poemada həm əhvalatların nağıl edilməsinə, təhkiyə və təsvirə, həm də hadisələrin doğurduğu hiss-həyəcanların ifadəsinə yer verilir. Füzulinin “Leyli və Məcnun” əsəri epik-lirik poemadır. Burada şair qəhrəmanın daxili aləminə, hiss-həyəcanlarına nisbətən hadisələrin təsvirinə, təhkiyəyə daha geniş yer vermişdir. Lirik-epik poemalarda isə qəhrəmanın daxili aləmi, hiss-həyəcanlarının ifadəsi hadisələrin təsviri, təhkiyəsinə nisbətən ön planda durur, daha qabarıq verilir.

Epitet — məcazın növlərindən biridir, yunanca əlavə deməkdir. Bədii əsərdə sözün təsir gücünü artırmaq üçün ona artırılan məcazi mənalı təyinedici sözdür (sifətdir). Epitetə bədii təyin də deyilir. Şirin meyvə birləşməsində şirin sözü məcazi mənada işlənmədiyindən epitet deyil, şirin söz ifadəsində isə bu söz məcazi məna qazandığından epitet sayılır.

Epos — yunanca danışmaq, söyləmək, nağıl etmək, fikri təhkiyə əsasında çatdırmaq mənasında işlənir. Şifahi xalq ədəbiyyatında epos qəhrəmanlıq dastanlarına da deyilir. Məsələn, “Koroğlu” eposu və s.

Ədəbi qəhrəman — təsvir olunan hadisələrin mərkəzində duran və yazıçının irəli sürdüyü ideyanın əsas ifadəçisinə çevrilən surətə deyilir. Bədii əsərin qəhrəmanı müsbət olduğu kimi, mənfi də ola bilər.

Ədəbi növ və janrlar — bədii əsərlər üç ədəbi növə ayrılır: epik, lirik və dramatik növ. Epik əsərlərdə təhkiyə, təsvir, lirik əsərlərdə tərənnüm, dramatik əsərlərdə göstərmə əsas, aparıcı əlamətlərdir. Hər bir ədəbi növün müxtəlif şəkilləri vardır ki, onlara ədəbi janrlar deyilir.
Məsələn, epik əsərlərin əfsanə, nağıl, dastan, təmsil, hekayə; lirik əsərlərin rübai, qəzəl, bayatı, gəraylı, qoşma; dramatik növün isə dram, komediya, faciə janrları vardır. Dramatik janrlara pyes də deyilir.

Ədəbi məclis — dünyagörüş, yaradıcılıq baxımından yaxın olan yazıçıların birliyi. Ədəbi məclislərdə sənətkarların öz əsərləri, ədəbiyyatşünaslığa dair nümunələr oxunur, müzakirə edilir, ədəbi hadisələrə, yeniliklərə münasibət bildirilir.

Ənənə — ərəb sözüdür. Tarixən meydana gələrək nəsildən-nəslə keçən adət, əxlaq normaları, görüşlər, zövqlər və s. Söz sənətində əvvəlki ədəbi hadisə ilə yeni ədəbi hadisə arasında ardıcıl varislik əlaqəsi ənənə adlanır. Ənənə bir və ya bir neçə yazıçının yaradıcılığına xas olan ideya-sə- nətkarlıq xüsusiyyətlərinin sonrakı sənətkarlar tərəfindən öyrənilməsi və inkişaf etdirilməsidir. Məsələn, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir realizminin ideya-bədii kökləri M.F.Axundzadə və Q.Zakirin yaradıcılıq ənənələri ilə üzvi surətdə bağlıdır.
Latınca yenilik mənası verən novatorluq ənənə ilə sıx bağlıdır. Həyatda baş verən hadisələrlə, insanların arasında yaranan yeni münasibətlərlə əlaqədar bədii ədəbiyyatda özünü göstərən keyfiyyət dəyişikliyi novatorluq adlanır. Novatorluq ənənələrin üzərində yaranaraq, onları inkişaf etdirərək yeni ənənələrin meydana gəlməsinə zəmin olur.

Əruz vəzni — ərəb şeirinin əsas vəznidir. Ədəbiyyatda əruz sözü şeir haqqında elm mənasında işlənir. Bu vəzn VIII əsrdə ərəb alimi Xəlil ibn Əhməd tərəfindən yaradılmış və sistemə salınmış, sonralar digər müsəlman ölkələrinə, o cümlədən Azərbaycana da yayılmışdır. Əruzda əsas şərt misrada hecaların sayca bərabər olması yox, uzun və qısa hecaların bir qayda ilə düzülməsidir. Bəzən əruzla yazılan şeirin birinci misrasında 10, ikinci misrasında 11 heca ola bilər. Belə olduqda ahəng hecanın uzanması və qısalması hesabına yaranır.

Faciə — Faciə ərəb sözü olub müsibət, bədbəxtlik deməkdir. Dramatik növün janrlarından olan faciədə konflikt fəlakətlə bitən kəskin, barışmaz həyati ziddiyyətlər üzərində qurulur, əksər hallarda qəhrəmanın ölümü ilə nəticələnir. Faciənin konfliktinin əsasında duran problemlər, ziddiyyətlər fərqli məzmunda olur. Mahiyyət etibarilə faciədə mənəvi-əxlaqi, siyasi problemlər, kəskin fəlsəfi, ideya, dünyagörüşü toqquşmaları, müxtəlif ictimai təbəqələr arasında qarşıdurma, ailə-məişət zəminində barışmaz ziddiyyətlər həyati konfliktə çevrilir.
Mənəvi-əxlaqi faciələrdə konfliktin əsasında cəmiyyətdə hakim olan, ictimai tərəqqi yolunda maneəyə çevrilən qayda-qanunlara, adət-ənənələrə qarşı cəmiyyəti yeni əxlaqi meyarlar əsasında qurmaq istəyən qüvvələrin barışmaz mübarizəsi durur. Belə faciələrin humanist prinsiplərlə yaşayan, ictimai tərəqqi üçün mübarizə aparan qəhrəmanları tamaşaçının, oxucunun qəlbində yüksək hiss, həyəcan, yaradıcı fəaliyyət, böyük mənəvi ideallar uğrunda mübarizə aparmaq istəyi doğurur. Faciə çox zaman qəhrəmanın ölümü ilə bitir. “Misibəti-Fəxrəddin” faciəsində qəhrəman — böyük arzularla, ümidlərlə yaşayan, tərəqqipərvər qüvvələri təmsil edən Fəxrəddin cismən məğlub olsa da, ona qarşı çıxan, köhnə adət-ənənələrin təmsilçisi olan qüvvələr üzərində mənəvi qələbə qazanır.
Azərbaycan ədəbiyyatında faciənin klassik nümunələrini N.Vəzirov, Ə.Haqverdiyev, H.Cavid kimi görkəmli sənətkarlar yaratmışlar.

Fəxriyyə — qəsidənin bir növü. Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır.

Gəraylı — aşıq şeirinin geniş yayılmış janrlarındandır. Gəraylının hər bəndi 4 misradan, hər misrası 8 hecadan ibarət olur. Bəndlərin qafiyə quruluşu abvb; cccb; qqqb şəklindədir. Son bənddə şair təxəllüsünü söyləyir.

Hürufilik — bu fəlsəfi cərəyanın adı hüruf (hərflər) sözündən götürülmüşdür. Hürufilər ərəb əlifbasının 28 hərfini Allahın təzahür forması sayaraq onları müqəddəsləşdirirdilər. Onlara görə, insanın üzündə “Allah” sözü yazılıb. Hürufiliyin fəlsəfi əsasını maddiliklə ilahiliyin vəhdəti təşkil edir. Yəni Allah təbiətdən, insandan kənarda deyil, onun mahiyyətindədir. Nəsimi, Xətayi kimi şairlərin yaradıcılığında hürufi ideyalarının bədii əksi mühüm yer tutur.

Xəlqilik — bədii əsərdə milli idealın, milli xarakterin əks etdirilməsidir.

İdeya — seçilmiş mövzu, təsvir edilən surətlər, hadisələr vasitəsilə yazıçının oxucuya çatdırmaq istədiyi başlıca fikir, müəllif niyyətidir.

İnversiya — latın sözüdür, mənası yerdəyişmə deməkdir. Bədii ifadə vasitəsi olan inversiya əsərdə fikrin təsir gücünü artırmaq üçün sözlərin qrammatik ardıcıllığının sənətkar tərəfindən qəsdən pozulmasına deyilir. Dilimizin qrammatik normasına görə, xəbər cümlənin sonunda gəlməlidir. Lakin sənətkar bədii əsərdə, xüsusən nəzm əsərində söz sırasını məqsədli şəkildə pozaraq inversiya yaradır.

Komediya — dramatik növün janrlarından biridir, yunan dilində şən mahnı, nəğmə deməkdir. Komediyada konflikt komik xarakter daşıyır, müsbət ideya ilə mənəvi eybəcərliyin qarşılaşması, aralarındakı ziddiyyət gülüş doğurur. Bu gülüş həm yumor, həm də satira səciyyəli ola bilər.

Kompozisiya — bədii əsərdə həyat hadisələrinin bir-biri ilə əlaqələndirilməsinə və müəyyən bir sistemdə qurulmasına deyilir. Əsərin ideya-məzmununun açılmasında onun quruluşu, tərkib hissələrinin düzülüşü, surətlərin əlaqə və münasibətlərinin təşkili, hadisələrin təsviri mühüm rol oynayır. Yazıçı əsərdə surətləri, hadisələri hansı ardıcıllıqla, necə təqdim edəcəyinə, süjetin inkişaf tərzinə xüsusi diqqət yetirir. Sənətkarın kompozisiyanın qurulmasında istifadə etdiyi vasitələr rəngarəngdir. Epiqraf, proloq, epiloq, lirik haşiyə, peyzaj kompozisiyanın ünsürləridir.

Konflikt — bədii əsərdə süjetin inkişafının, iştirak edənlərin mübarizəsinin əsasını təşkil edən münaqişə, toqquşmadır. Bədii əsərin qəhrəmanlarının xarakteri konflikt vasitəsilə açılır.

Kinayə — bədii ifadə vasitəsinin növlərindən biri olub, fikrin ifadə tərzinin onun əsil mənasına qarşı qoyulmasına deyilir. Kinayə əvəzinə, istehza mənasını verən ironiya termini də işlənir. Kinayədə əsərin qəhrəmanının mənfi cəhəti müsbət mənalı sözlərlə pərdələnərək tənqid olunur. Məsələn, qorxaq adama “igid”, tənbəl adama “zəhmətkeş” deyilməsi kinayə yaradır.

Qafiyə — nəzm əsərində tələffüzcə, səs tərkibi etibarilə bir-birinə yaxın olan sözlərdir. Məsələn: bahar, laləzar.

Qəsidə — lirik növün janrıdır. Daha çox ictimai mövzularda, təntənəli, təmtəraqlı üslubda yazılır, ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qafiyə quruluşu qəzəldəki kimidir: aa, ba, ca, ça, da və s. Qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə, mərsiyə kimi növləri var.

Qəzəl — lirik növün janrıdır. Daha çox məhəbbət mövzusunda yazılan qəzəl 5-10 beytdən ibarət olur. İlk beyti — mətlə beyt həmqafiyə olur: aa. Digər beytlərin birinci misrası sərbəst, ikinci misrası birinci beytlə həmqafiyə olur, ba, ca, ça, da və s. Qəzəlin son beyti məqtə beyt, ən güclü beyti şah beyt adlanır.

Qitə — ərəbcə parça, hissə deməkdir. Qitə ictimai-siyasi, fəlsəfi məzmunda yazılır. Həcmcə üç beytdən iyirmi beş beytəcən olan qitə ab, cb, db şəklində qafiyələnir. Qitədə mətlə beyt qafiyələnmir, son beytdə şairin təxəllüsü verilmir. M.Füzulinin “Padişahi-mülk” qitəsi bu janrın ən yaxşı nümunələrindəndir.

Qol — dastanın bitkin bir hissəsidir.

Qoşma — lirik növün geniş yayılmış janrlarından biri. Hər bəndi dörd misradan, hər misrası 11 hecadan ibarət olur. Bəndlərin qafiyə quruluşu abvb; cccb; qqqb şəklindədir. Son bənddə sənətkar öz təxəllüsünü söyləyir. Qoşmada bəndlərin sayı tək (3, 5, 7) olur.

Lirika — yunan sözüdür. Lira musiqi alətinin adı ilə bağlıdır. Lirika ədəbiyyatın üç əsas növündən (epos, lirika, dram) biridir. Əgər epik, dramatik əsərdə hadisə əsas yer tutursa, lirik əsərdə bu hadisənin sənətkarın qəlbində doğurduğu hiss və həyəcanların ifadəsi ön plana çıxır.
Lirik əsərdə şairin hadisəyə, ətrafda baş verənlərə müsbət münasibətini əks etdirən tərənnümə geniş yer verilir. Tərənnüm ətraf aləmdə baş verənlərin (əşya və hadisələr, təbiət gözəllikləri) təsiri ilə lirik qəhrəmanda yaranan xoş hislərin, sevincin, fərəhin, müsbət fikir və arzuların obrazlı, ahəngdar ifadəsidir. Məsələn, Aşıq Ələsgər “Yaylaq” şeirində doğma yurdun gözəl təbiətini tərənnüm edir, məhəbbət, vurğunluq hislərini çatdırır. Lirik əsərlərdə müəllifin duyğu və düşüncələrindən, hiss və həyəcanlarından yaranan emosionallıq mühüm yer tutur. Lirika mövzu və məzmunca iki əsas qrupa bölünür: məhəbbət lirikası, ictimai-siyasi lirika. Məhəbbət lirikasında qadına məhəbbət, lirik qəhrəmanın sevgilisinə bəslədiyi səmimi hislər mühüm yer tutur. Vaqifin “Pəri” qoşması qadın gözəlliyinə emosional münasibət ön plana çəkildiyi üçün məhəbbət lirikası nümunəsi sayılır.
İctimai-siyasi lirikada sənətkarın ictimai-siyasi hadisələrə, ictimai quruluşa münasibəti, azadlıq, qəhrəmanlıq, vətəndaşlıq borcu və s. məsələlər öz əksini tapır. Təbiət mövzusunda olan əsərlər təbiət, peyzaj lirikası sayılır.

Lirik qəhrəman — şairin yaratdığı bütün lirik əsərləri əhatə edən şərti termindir. Lirik qəhrəmanın daxili aləmi hadisələr, hərəkətlər vasitəsilə deyil, müəyyən şəraitdə keçirdiyi hislər, həyəcanlar, ruhi vəziyyət vasitəsilə açılır. Lirik qəhrəmanla şairin şəxsiyyəti arasında sıx bağlılıq olsa da, bunları eyniləşdirmək olmaz. Lirik qəhrəmanın fikir və həyəcanlarını həmişə mütləq şairin özünün fikir və həyəcanları kimi qəbul etmək doğru deyil.

Litota — yunanca kiçiltmə deməkdir. Təsvir olunan predmet və ya hadisənin ölçüsünün, qüvvəsinin, əhəmiyyətinin əslində olduğu kimi yox, kiçildilmiş şəkildə təqdim olunması litota adlanır.

Metafor — bədii təsvir vasitəsidir, köçürmə deməkdir. Metaforda müəyyən əşyanın əlaməti müqayisə əsasında digər əşyanın üzərinə köçürülür. Məsələn, təbiət oyandı cümləsində insanın oyanmaq əlaməti təbiətin üzərinə köçürülmüşdür. Metafor təşbehə bənzəsə də, aralarında fərq vardır. Təşbehdə həm bənzəyən, həm də bənzədilən işlənilir: Buludlar insan kimi göz yaşı tökdü. Bu nümunədə təbiət bənzəyən, insan bənzədilən olduğu üçün təşbehdir. Metaforda isə bənzəyən (təbiət) var, bənzədilənin isə özü yoxdur, ancaq əlaməti (göz yaşı tökmək) köçürülür: Buludlar göz yaşı tökdü.

Məcaz — sözün məcazi mənası əsasında yaranan bədii təsvir vasitələrinə — epitet, təşbeh, metafor, metonimiya, simvola deyilir.

Mədhiyyə — klassik poeziyada lirik növün janrı. Qəsidənin bu növündə hökmdarlar, yüksək rütbəli şəxslər təntənəli, dəbdəbəli üslubda təriflənir.

Məclis — ərəb sözüdür, mənası yığıncaq deməkdir. Bədii əsərin bitkin hissələridir. Məsələn, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi məclislər şəklində yazılıb.

Məqtə — şeirin (xüsusən qəzəl və qəsidələrin) son beytinə deyilir.

Məliküş-şüəra — Yaxın və Orta Şərq ölkələrində hökmdarların sarayda yaratdığı şairlər məclisinin başçısı olan söz ustadı.

Mənzum roman — nəzm şəklində yazılmış irihəcmli əsər. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əksər poemalar mənzum roman da adlanır.

Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatımızda geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin — müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur.

Məsnəvi — misraları aa, bb, cc şəklində qafiyələnən, Şərq ədəbiyyatında geniş yayılmış şeir formasıdır. Məsnəvinin hər beyti bitkin bir fikr ifadə edir.
Bu formada yazılan əsərlər mövzu cəhətdən müxtəlif, həcmcə qeyri-məhdud olur. Nizaminin “Xəmsə”si, Xətayinin “Dəhnamə” əsəri məsnəvi formasındadır.

Mətlə — şeirin (xüsusən qəzəl və qəsidələrin) ilk beytinə deyilir.

Minacat — klassik ədəbiyyatda Allahın tərifinə həsr olunan şeir janrı, qəsidənin bir növü. Klassik poemanın başlanğıcında verilən minacatda şair Allahı tərifləyir, ondan kömək istəyir.

Misradaxili bölgü — ifada misraların daxilində fasilələrin yaranmasıdır:

İxtilatın şirin,/ sözün məzəli,
Şəkər gülüşündən /canlar təzəli,
Ellər yaraşığı, /ölkə gözəli,
Nə gözəl doğubsan/ anadan, Pəri!

Monoloq — bədii əsərdə qəhrəmanın digər surətlərə, yaxud özünə müraciətlə söylədiyi nitqdir. Dramatik əsərdə bəzən monoloq qəhrəmanın tamaşaçılara müraciəti şəklində olur. Monoloq vasitəsilə yazıçı obrazın daxili aləmini, fikir və düşüncələrini əks etdirir. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Rüstəm bəyin əsərin başlanğıcındakı monoloqu onun dünyagörüşünü, daxili aləmini ifadə edir.

Mövzu — yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər, səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.

Müxəmməs — ərəbcə beşqatlı deməkdir. Lirik növün bu janrında bəndlər beş misradan ibarət olur. İlk bənddə bütün misralar həmqafiyə olur: aaaaa. Sonrakı bəndlər bbbba, cccca şəklində qafiyələnir. Son bənddə sənətkarın təxəllüsü verilir. Müxəmməs həm əruz, həm də heca vəznində yazılır. Heca vəznində olan müxəmməsin hər misrası 15 və ya 16 hecalı olur. Vaqifin məşhur “Görmədim” şeiri müxəmməs janrında yazılıb.

Müləmmə — ərəb sözüdür, mənası rəngbərəng, bəzəkli deməkdir. Hər beyti bir dildə olan şeir formasıdır. Azərbaycan şairlərinin müləmmələri, adətən, üç dildə — Azərbaycan, ərəb, fars dillərində yazılırdı. Müləmmə, əsasən, qəzəl və məsnəvi formasında olur.

Mürəbbe — ərəbcə dördlük deməkdir. Lirik növün bu janrı, adətən, ictimai-siyasi və məhəbbət mövzularında olur. Mürəbbe 5-7 bənddən, hər bənd dörd misradan ibarət olur. İlk bənd aaaa şəklində, sonrakı bəndlər isə bbba, ccca şəklində qafiyələnir. Sonuncu bənddə müəllifin təxəllüsü verilir.

Müsəddəsaltılıq deməkdir. Hər bəndi altı misradan ibarət olur. İlk bənd aaaaaa şəklində, sonrakı bəndlər bbbbaa, ccccaa şəklində qafiyələnir.

Nəsr — ədəbi yaradıcılığın iki əsas formasından (nəsr, nəzm) biridir. Nəsrin vahidi cümlədir. Nəsrlə yazılan əsərlər cümlələr və abzaslar şəklində formalaşır. Bu cümlələr ədəbi dil normaları əsasında qurulur, onlarda sözlərin qrammatik sıralanmasının pozulmasına az təsadüf olunur. Nəsrin şeirdən fərqli özünəməxsus ahəngi vardır. Nəsr əsərlərində yazıçı insanların gündəlik həyatını bütün mürəkkəb çoxcəhətliliyi ilə dərk və əks etdirməyə çalışır. Nəsrdə süjet, hadisələrin inkişafı daha çox yer tutur.

Nət — Peyğəmbərin qüdrətindən və müqəddəsliyindən bəhs edən şeir janrı, qəsidənin bir növü. Klassik poemalarda minacatdan sonra nət gəlir.

Nəzirə — başqa bir yazıçının əsərinin təsiri altında yaradılan əsərə deyilir.

Nəzm — ərəb sözüdür, mənası nizam-intizam deməkdir. Bədii əsərin yazılma formalarından (nəzm, nəsr) biridir. Nəzmlə yazılmış əsərlərdə fikir adi danışıq formasından fərqli, emosional şəkildə, misra, beyt, bəndlərdə ifadə edilir. Nəzm əsərlərinin bir xüsusiyyəti də misralarda söz sırasının pozulması hallarının (inversiyanın) geniş yayılmasıdır. Nəzmin əsas əlamətləri bunlardır: ahəng, ölçü, qafiyə, rədif, bölgü və s.

Ölçü — ədəbiyyatşünaslıqda buna vəzn də deyilir. Ölçü və ya vəzn dedikdə şeirdəki misraların həcmi nəzərdə tutulur. Misraların həcmcə və ahəngcə bərabərliyinin gözlənilməsi vəznin əsas tələbidir.

Peyzaj — bədii əsərdə təbiət təsvirinə deyilir. Məsələn, Xətayi “Bahariyyə”də təbiətin bahar fəslində aldığı gözəlliyi təsvir etmişdir.

Poema — bədii ədəbiyyatın epik-lirik təsvir növlərindən biridir. Poemada həyat hadisələri, obrazların taleyi geniş təsvir edilir. Bəzi poemalarda hadisələrin şairdə doğurduğu hiss və duyğulara daha geniş yer verilir. Belə olanda həmin əsər lirik-epik poema adlandırılır. Bəzən isə, əksinə, əhvalat və hadisələrin təsviri üstünlük təşkil edir, müəllifin hiss və duyğularının ifadəsi arxa plana keçir. Belə əsərlər isə epik-lirik poema hesab edilir. Klassik poeziyamızda poema əvəzinə, məsnəvi, dastan, mənzumə terminlərindən istifadə olunub.

Portret — bədii əsərdə surətlərin zahiri görünüşünün təsvirinə deyilir. Portret insan obrazlarının canlı verilməsinə, onların xarakterinin daha yaxşı açılmasına kömək edir.

Povest — rus dilindəki povestvovanie sözündəndir, mənası təhkiyə, nəqletmə deməkdir. Epik növün bu janrı həcm və məzmun tutumuna görə hekayədən böyük, romandan isə kiçik olur. Povestdə bir neçə əhvalatdan bəhs olunur. Romandan fərqli olaraq, burada hadisələr sürətlə inkişaf etməli, onların bir-biri ilə əvəzlənməsi çevik olmalıdır. Bu cəhəti nəzərə alan yazıçı süjet xəttinin əsasını təşkil edən elə həyati hadisə seçməlidir ki, mahiyyətcə sürətli inkişafa zəmin yaratsın və povest çərçivəsinə sığışsın. M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri bu janrın kamil nümunəsidir.

Realist metod — sənətkarın bədii əsər yazarkən istifadə etdiyi yaradıcılıq metodlarından biridir. Latınca realis sözündəndir, mənası olduğu kimi, həqiqət deməkdir. Realist metodun əsas tələbi həyat hadisələrini olduğu kimi təsvir etməkdir. Bu metodda real hadisələrin təsviri əsas yer tutur.

Realizm — müəyyən dövrdə realist metodla yazıb-yaradan sənətkarları birləşdirən ədəbi cərəyan. XX əsrin əvvəllərində tənqidi realizm bədii metodunun nümayəndələri (C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və b.) “Molla Nəsrəddin” jurnalının ətrafında birləşmişdilər.

Remarka — dramatik əsərdə iştirak edən şəxslərin zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, davranışı, hisləri, hərəkətləri, səhnədəki vəziyyət və s. haqqında müəllifin verdiyi izahatdır. Remarka çox zaman mötərizə içərisində verilir, pyesi tamaşaya qoyan rejissor, rolları ifa edən aktyorlar üçün bir göstəriş rolunu oynayır. Remarka pyesi oxuyan oxucular üçün də məlumat, izahat mənbəyi olur.

Replika — əsərdə bir obrazın başqasına cavabı. Dramatik əsərdə aktyorun bu və ya başqa səhnədə söylədiyi son sözlərə də replika deyilir. Bu replikadan (son sözdən) sonra digər aktyor öz rolunun sözlərini deməyə başlayır.

Rədif — misraların sonunda qafiyədən sonra təkrar olunan sözlərdir. Məsələn, M.Ə. Sabirin “Əkinçi” satirasında misralarda qafiyədən sonra gələn “əkinçi” sözləri rədifdir:

Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!

Roman — fransız sözüdür, vaxtilə roman dillərindən birində yazılmış əsərlərə deyilib. Epik növün irihəcmli janrı olan roman təhkiyə əsasında yazılır, mürəkkəb həyat hadisələri əhatəli, süjet və surətlər sistemi geniş bədii lövhələrlə əks etdirilir. Romanda təsvir edilən hadisələr zaman baxımından geniş bir dövrü əhatə edir, qəhrəmanların sayı çox olur, surətlərin həyat yolu geniş təsvir edilir. Roman, əsasən, nəsrlə yazılır, lakin nəzmlə yazılan romanlar da vardır. Bunlara mənzum roman deyilir.

Romantizm — latınca romanlarda olduğu kimi deməkdir. Bu yaradıcılıq metodu ilə yazılan əsərlərdə sənətkar həyatda mövcud olanı deyil, arzu olunanı təsvir edir. O, arzuladığı, xəyalında yaratdığı həyatı, müstəsna şəraitdə fəaliyyət göstərən xəyali surətləri təsvir etməklə həyatı dəyişdirib yeniləşdirməyə can atır. Azərbaycan ədəbiyyatında Nizaminin “Xəmsə”sinə daxil olan mənzum romanlar romantizm metodu ilə yazılmış əsərlərin klassik nümunəsidir.

Rübai — lirik növün cəmi dörd misradan ibarət olan, ictimai-əxlaqi, fəlsəfi məzmun daşıyan janrıdır. aaba şəklində qafiyələnir. Həcmcə kiçik olmasına baxmayaraq, dörd misrada bitkin, məna və ideyaca dərin fikir ifadə edilməlidir. Bəzi rübailərdə misraların dördü də həmqafiyə olur. Rübai əruz vəzninin həzəc bəhrində yazılır. Klassik ədəbiyyatımızda Məhsəti Gəncəvi rübainin böyük ustadı sayılır.

Satira — müxtəlif ədəbi növ və janrlarda (hekayə, şeir, dram və s.) ictimai həyatdakı mənfilikləri qəzəblə ittiham edən, kəskin surətdə ifşa edən əsərlərə deyilir. Satirada ifşaedici, öldürücü gülüş əsas yer tutur, sənətkar həyatın eybəcər tərəflərini qəsdən qabardır, mübaliğəli təsvir edir. O, həmin mənfiliklərin insan həyatına, mənəvi dəyərlərə zidd olduğunu göstərməklə oxucunu düşünməyə, mənfi hallara qarşı mübarizə aparmağa sövq edir. Yumor isə islahedici gülüşdür, oxucuda tənqid hədəfinə mərhəmət hissi doğurur.

Sarkazm — yunan sözüdür, acı, istehzalı gülüş, rişxənd deməkdir. Cəmiyyətdə, insan xarakterində və əməllərindəki nöqsanlara münasibətini sənətkar açıq, satirik mahiyyətli kəskin gülüşlə ifadə edir. Sarkazm komik məzmunlu bədii vasitə kimi istehzaya çox yaxındır, lakin istehzadan fərqli olaraq, sarkazmda yüksək emosional münasibət, inkarçı mövqe, qəti etirazın yüksək pafosla ifadəsi əsasdır.

Sufizm — orta əsrlər islam Şərqində geniş yayılmış dini təriqət, mənəvi-əxlaqi düşüncə və davranış sistemidir. Sufi ərəb sözü olub qaba yundan hazırlanmış parça mənası verir. İlk sufilər zənginlikdən uzaq sadə həyat yaşadıqlarını, başqalarından fərqli qrup olduqlarını göstərmək üçün yun paltar geyinirdilər. Onlar nəfsə uymamağı, dünya nemətlərindən uzaqlaşıb mənəvi təmizlənmə yolu ilə Allaha qovuşmağı öz məqsədlərinə çevirmişdilər. Orta əsrlər Azərbaycan klassik ədəbiyyatında sufizm ideyaları geniş əks olunmuşdur.

Süjet — bədii əsərdə hadisələrin müəyyən xətt üzrə inkişaf etdirilməsinə deyilir. Süjet fransız sözü olub, əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet xəttinin inkişafında beş əsas mərhələ var:

  1. Ekspozisiya — (bədii müqəddimə, bədii zəmin, giriş) gələcəkdə baş verəcək hadisələrin təməli qoyulur. Hadisənin başvermə şəraiti aydınlaşdırılır.
  2. Zavyazka (düyün) — vəziyyətin getdikcə mürəkkəbləşməsini, hadisələrin inkişafında maneə, düyün yarandığını göstərir.
  3. Kulminasiya (zirvə nöqtəsi) — hadisələrin, ziddiyyətlərin ən yüksək inkişaf nöqtəsinə çatdığını göstərir.
  4. Razvyazka (açılış) ziddiyyətlərin tədricən aradan qalxdığını, hadisələrin, düyünün açılmağa doğru getdiyini göstərir.
  5. Final — (bədii sonluq) hadisələrin müəyyən sonluğa çatmasıdır.

Tarixi mənzumə — mövzusu tarixdən götürülmüş əsər. Nəzmlə yazılan süjetli lirik və ya epik şeir.

Təcnis — ərəb sözüdür, mənası eynicinsli deməkdir. Lirik növün bu janrının qafiyə sistemi qoşmadakı kimidir. Birinci bəndi abvb, sonrakı bəndlər cccb dddb şəklində qafiyələnir. Lakin qoşmadan fərqli olaraq, təcnisdə qafiyələr cinaslardan — fonetik tərkibinə, səslənməsinə görə eyni, mənaca müxtəlif olan sözlərdən ibarət olur. Cinas qafiyələr fikri daha təsirli, emosional çatdırmağa imkan verir.
Təcnisin müxtəlif növləri var. Cığalı təcnisdə hər bir bəndin içində dörd misralıq bayatı verildiyi üçün bənddəki misraların sayı səkkiz olur. Ayaqlı təcnisdə bəndlərin sonuna “ayaq”, “artırma” adlanan beş-altı hecalıq misra əlavə olunur. Dodaqdəyməz təcnisdə b, p, m — qoşa dodaq samitləri işlədilməyi üçün dodaqlar bir-birinə dəymir.

Təhkiyə — epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya təhkiyə (danışmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya müəllifin, ya da qəhrəmanın dilindən nağıl edilə bilər.

Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunmasına deyilir. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.

Tərcibənd — lirik növün bu janrı qafiyələri müxtəlif olan bir neçə bənddən ibarət olur. Birinci bəndin sonundakı beyt digər hissələrin də sonunda təkrar işlədilir.

Tərənnüm — bədii əsərdə hadisələrin, qəhrəmanın hərəkətlərinin, təbiət gözəlliklərinin yaratdığı xoş hislərin, müsbət arzu və istəklərin obrazlı, ahəngdar ifadəsidir.

Tərkibbənd — klassik şeir formalarından biridir. Tərkibbənddə hər bəndin sonunda misraları həmqafiyə olan beyt verilir. Hər bəndi altı misradan iyirmi və daha çox misrayadək olan tərkibbəndlər var. Qafiyələnmə qaydası müxtəlifdir. Bəndlərdəki beytlər aa bb cc dd və ya aa ba ca da şəklində qafiyələnə bilir.

Təsvir — bədii əsərdə hadisənin, qəhrəmanın, əşyanın, təbiət mənzərəsinin əlamətlərinin sözlə ifadəsidir.

Tuyuq — türkcə duyğu, duymaq sözündəndir. Hikmətamiz məzmun daşıyan tuyuq dörd misradan ibarət olur, aaba şəklində qafiyələnir. Əruzun rəməl bəhrində yazılır. Klassik ədəbiyyatımızda Qazi Bürhanəddin öz tuyuqları ilə məşhurdur.

  • Teqlər:
  • ədəbiyyat
  • , terminlər
  • , edebiyyat terminleri
  • , ədəbiyyatşünaslıq
  • , ədəbiyyat nəzəriyyəsi
  • , ədəbiyyat terminləri

Comments are closed, but trackbacks and pingbacks are open.