Terror təşkilatları
3 May , 2019 13:00
Dünyanın ən böyük terror təşkilatları – SİYAHI
Dünyanın ən böyük və güclü terror təşkilatlarının adları açıqlanıb.
Oxu.Az Publika.az saytına istinadən həmin siyahını təqdim edir:
1. Boko Haram
Məhəmməd Yussuf tərəfindən 2002-ci ildə Nigeriyanın Borno ştatında yaradılan terror təşkilatı Boko Haram, şəriət tərəfdarı radikal islamçılardan ibarətdir. Vəzifə kimi minlərlə insan və məscidi xaric (ümumiyyətlə, kilsə) ibadətgahları yandıran Boko Haramın ən fəal olduğu 2006-2011-ci illərdə gəlirinin 70 milyon dollar olduğu güman edilir.
2. Leşker-i Tayyibe
Kəşmiri Hindistanın işğalından azad etmək üçün Pakistanın dəstək verərək qurmuş olduğu 1990-ci il təvəllüdlü terror təşkilatının qayəsi islamdır. Məqsədləri islamı yaymaq olan Leşker-i Paya hər il aldığı ianələrlə gəlirini təxminən 100 milyon dollarlarda sabit saxlayır. Ən məşhur aksiyalarından biri də 2008-ci ildə Bombeydə həyata keçirdikləri aksiyadır.
Təşkilat rəhbəri Hafiz Səidin başı üçün 2012-ci ildə ABŞ 10 milyon dollar mükafat qoymuşdu.
3. FARC
Kolumbiya İnqilabçı Silahlı Gücləri — Xalq Qoşunu mənasına gələn Kolumbiyadakı partizan təşkilatı FARC, dünyanın bir çox yerində terror təşkilatı kimi tanınır. 1960-cı illərdə Kolumbiya Kommunist Partiyasının hərbi qolu olaraq yaradılan bu təşkilat qısa zaman sonra siyasətdən ayrıldı və silahlı hərəkətlərə başladı.
1980-ci illərdə gəlirlərini artırmaq üçün kokain ticarətinə girdiyi deyilən təşkilatda kişilər qədər qadınlar da iştirak edir. 2002-ci ildə üzv sayı 16.000 civarında təxmin edilən təşkilatın günümüzdə iştirakçılarının sayı azalıb kimi şayiələr gəzsədə pul baxımından olduqca yaxşı vəziyyətdədirlər. Mənbələrə görə FARC kokain ticarəti sayəsində illik 1 milyard dollarlıq gəlir əldə edir. Təşkilatın təsisçi 2008-ci ildə həyatını itirən Manuel Marulandadır.
4. Əl-Qaidə
1980-ci ildə Usame Bin Laden tərəfindən yaradılan Əl-qaidə törətdiyi terror aktları dünyanın ən qanlı və ən məşhur terror təşkilatlarının başında gəlir. Yüksək səviyyəli intihar hücumları və xüsusilə Dünya Ticarət Mərkəzinə etdikləri hücumla dünyaya adlarını tanıtdılar. Ladenin ölümündən öncə illik gəliri 15-20 milyon dollar olan islamçı təşkilatın indilərdə gəlirdi yüksək ianələr sayəsində 100 milyon dollara çatııb.
5. Taliban
Əfqanıstanda yaradılan bu sünni islam terror təşkilatının tarixi Sovet-Əfqan müharibəsinə əsaslanır. Sovetlərin Əfqanıstandan çəkilməsindən sonra ölkənin rəhbərliyinə keçən Talibanın üzvləri əsasları Pakistanda atılmış peştun qaçqınlarından ibarətdir.
Daha sonralar terror aktlarını çoxaldan Taliban, bundan başqa oğurluq və narkotik ticarəti kimi bir çox qanunsuz işlərlə gəlir əldə edirlər. Talibanın ən təsirli hücumlarından biri 2007-ci il hücumunda ilk dörd ayda 1700 Əfqan polisi öldürdükləri güman edilir. Təşkilatın illik gəliri orta hesabla 400 milyon dollardır.
6. IRA
Açılaması İrlandiya Respublika Ordusu olan IRA, ideologiya olaraq Şimali İrlandiyanın Britaniyadan müstəqil olduğunu müdafiə edir. Silah qaçaqmalçılığı və Avropanın peşəkar qara pul təmizləmə təşkilatı olaraq da bilinən IRA 1969-cu ildə yaradılıb.
2005-ci ildə silahlı hərəkətlərini dayandıracaqlarını açıqlayan IRA nümayəndələri ideologiyalarını yalnız siyasi yolla həyata keçirmək sözləri vermiş olsalar da, 4 il sonra iki İngilis əsgərini öldürməsi ilə yenidən terror təşkilatı siyahısına girməyi bacardılar. Pul yuma və qaçaqmalçılıqla yanaşı soygunvə narkotik kimi işlərlə məşğul olan təşkilat bu hərəkətləri sayəsində ildə 450 milyon dollar gəlir qazanır.
7. ISIS
İndilərdə dünyanın ən populyar və ən qanlı təşkilatlarından biri olan ISIS adı digər adı ilə İŞİD (İraq — Şam İslam Dövləti) ideologiya olaraq İraq və Suriyada islam dövləti qurmağı qarşısına məqsəd qoyur. Əksəriyyəti sünni islamçı qrupdan ibarət olan İŞİD-in başda Türkiyə olmaq üzrə bir çox ölkələrdə həyata keçirdiyi terror hücumları son zamanlar gündəmdən düşmür.
Özlərinə müəyyən etdikləri islami qaydalara görə hərəkət edən İŞİD 2004-cü ilə qədər Əl-qaidənin bir qolu olmuş, lakin daha sonra müstəqilliyini elan edərək yaxın şərqə qorxu salır. İŞİD-in illik orta hesabla 2 milyard dollarlıq gəlirə malik olduğu bilinir.
Terror təşkilatları
İraqda terror aktlarına və bir çox vəhşiliklərə imza atmaqla gündəmə gələn “İraq Şam İslam Dövləti” (İŞİD) adlı silahlı qruplaşmanın bölgə üçün də təhlükələr törədə biləcəyi istisna olunmur. Lakin araşdırmalar zamanı məlum olub ki, İraqdan bölgəyə sıçrayacaq təhlükələrin adını yalnız İŞİD-lə bağlamaq da düzgün olmaz. Çünki İŞİD-lə paralel olaraq İraqda daha bir neçə terrorçuluq fəaliyyəti ilə məşğul olan qruplaşmalar, təşkilatlar mövcuddur. Bunlar radikal şiə və sünni ideyaları ilə silahlanan dəstələrdir. Lakin onların hamısını birmənalı olaraq terrorçu siyahısına əlavə etmək də olmaz. Bəzilərini ABŞ-ın İraqı işğal etməsini həzm edə bilməyən qüvvələr kimi xarakterizə etmək daha məqsədəuyğundur.
Modern.az saytı “Haberturk”ə istinadən həmin qruplaşmaların siyahısını təqdim edir.
“1920 İnqilab Briqadaları” adlı silahlı dəstə ABŞ qoşunlarına qarşı mübarizə aparmaq üçün yaradılıb. Təşkilat adını 1920-ci ildə İngiltərəyə qarşı başlamış silahlı üsyandan götürüb. Bağdad, Səlahəddin, Ənbar şəhərlərində təsir imkanları daha böyükdür. 2007-ci ildən “əl Qaidə” terror təşkilatının İraq bölməsini hədəfə aldığını bəyan edib.
İraq Milli İslami Müqavimət Partiyası 2003-cü ildə yaradılıb. Adıçəkilən qurum Həmas təşkilatının İraq bölməsi kimi qurulub. 2007-ci ilə qədər “1920 İnqilab Briqadaları” ilə birgə əməliyyatlar həyata keçirib. Lakin sonrada bu təşkilatla “Tuqaylar”ın yolu ayrılıb.
“Ceyşul İslam” (İslam Ordusu) 2004-cü ildə ABŞ ordusuna qarşı yaradılıb. İraqdakı ən böyük silahlı qruplaşmalardan biridir. İslam Ordusunun 50 mindən çox yaraqlısı olduğu bildirilir. ABŞ və ingilis əsgərlərini hədəfə alan “Ceysul İslam” 2007-ci ildən “Əl Qaidə”nin İraq özəyi ilə silahlı mübarizəyə qoşulub.
“Ceyşul Mücahidin” (Mücahidlər Ordusu) adlı qruplaşma da 2003-cü ildə müttəfiq qoşunlarla mübarizə adı altında yaradılıb. Təşkilatın 4 mindən çox üzvü var. Mücahidlər Ordusu Bağdadın sünnilər yaşayan bölgələrində, Tikrit, Əbu Qureyb, Diyala, Ənbar, Fəllucə şəhərlərində fəaliyyət göstərir. Onlar şiələrin öldürülməsinin əleyhinə olduğu üçün İŞİD-lə müttəfiqliyi rədd edib.
“Şiə Bədr Briqadaları” adlı təşkilat isə 1981-ci ildə Kərbəlada yaradılıb. Sözügedən təşkilatın 12 mindən çox əsgərinin olduğu bildirilir. “Şiə Bədr Briqadaları” İran-İraq müharibəsində ikinciyə qarşı döyüşüb. İraqın baş naziri Nuri Əl-Maliki bu təşkilatın rəhbərliyində olan Hadi Əl-Amiriyə Müdafiə Nazirliyində vəzifə verib.
“Əhl Hak” qruplaşması da radikal şiəlik cərəyanının ideyaları ilə silahlanıb. Bu təşkilatın Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə dəstək verdiyi haqqında iddialar irəli sürülür.
“Muxtar Ordusu”nun (Hizbullahın İraq qolu) 40 mindən çox üzvü var. Təşkilat ABŞ-ın terrorçu təşkilatlar siyahısında yer alıb. Bu təşkilat Səudiyyə Ərəbistanına qarşı təxribatları ilə tanınır. Muxtar Ordusu İraq şiələrinin lideri Ayətullah Sistaninin İŞİD-ə qarşı cihad çağırışına qoşulacağını bəyan edib.
“Sarallah Tuqayları” adlı silahlı dəstə Yusif Sənavi Musavinin başçılığı altında ərsəyə gəlib. Bəsrədə daha böyük nüfuza malikdir.
2003-cü ildə yaradılan “Mehdi Ordusu”nun Bağdadın Sadr bölgəsi, Bəsrə, Nəcəfdə daha geniş imkanları mövcuddur. Təşkilatın 60 mindən çox silahlı üzvü var. 2009-cu ildə silahı yerə qoyduğunu bəyan edən “Mehdi Ordusu” Sistaninin İŞİD-ə qarşı fitvasından sonra yenidən silahlı mübarizəyə qoşulacağı ilə bağlı müraciət yayıb.
Aqşin Kərimov
BMT rəsmisi: “Terror təşkilatları yalan və əsassız məlumatları internet vasitəsilə gənclərə yönəldirlər”
BMT rəsmisi: “Terror təşkilatları yalan və əsassız məlumatları internet vasitəsilə gənclərə yönəldirlər” ”Terror təşkilatları internet üzərindən yalan və əsassız məlumatları gənclərə yönəldirlər”.
3 May , 2019 13:00
https://static.report.az/photo/a502cc80-8a89-493c-8fea-852610f14a0e.jpg
“Terror təşkilatları yalan və əsassız məlumatları internet vasitəsilə gənclərə yönəldirlər”. “Report” xəbər verir ki, bunu BMT -nin Terrorla Mübarizə İdarəsinin Aparat rəhbəri Sevil Əlirzayeva V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar” mövzusundakı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, terrorizmə qarşı mübarizədə ənənəvi metodlar effektiv deyil: “Terrorizmlə mübarizədə nəticə əldə etmək üçün sülh daimi olmalıdır. Terrorizmlə mübarizədə gənclərin iştirakı vacibdir. BMT Baş katibinin tapşırığına əsasən, terrorizmə qarşı mübarizədə gənclərin xidmətlərindən istifadə edilir. Gənclər terrorizmlə mübarizədə aparıcı qüvvədirlər”. O qeyd edib ki, gənclər terror təşkilatlarının təsiri altına tez düşə bilirlər: “Biz bunu bilirik. Gəncləri perspektivli cəmiyyətlərə inteqrasiyaya etdiyimiz təqdirdə, onlar terror təhlükəsindən kənarda qala bilirlər. BMT Baş katibi də üzv dövlətləri gəncləri bu məsələdə aktiv olmağa çağırır”. Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov isə qeyd edib ki, Azərbaycan çox yaxın tarixdə terrordan əziyyət çəkib, ekstremizmlə üzləşib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistan bizə təcavüz etdi. Digər tərəfdən, Azərbaycanda tolerantlıq çox ciddi dəyərdir. Dünyanın müxtəlif yerlərində dəhşətli hadisələr baş verir. Azərbaycanda isə həm dini, həm də etnik tolerantlıq hökm sürür”. F.Cəfərov panel iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda dövlət tərəfindən gənclərə böyük dəstək göstərilir: “Azərbaycan Gənclər Fondu 4000-dən çox gəncin layihəsinə dəstək verib. Onu da qeyd edim ki, Azərbaycan Gənclər Fondunun səlahiyyətləri artırılıb. Bu isə gənclərin xaricdə təhsillə bağlı layihələrinə dəstək verilməsinə səbəb olacaq”. BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin Kabinet rəhbəri və sözçüsü Nihal Saad vurğulayıb ki, gənclər terrorizmə qarşı mübarizədə BMT-nin əsas tərəfdaşıdır: “Gün keçdikcə ekstremizm halları artır. Bunu inkar etmək olmaz. Elə buna görə də biz gəncləri daha tez, daha erkən olaraq ekstremizmin zərərləri barədə məlumatlandırmalıyıq”.
Comments are closed, but trackbacks and pingbacks are open.