Press "Enter" to skip to content

Tural Isgandarov`s Blog

Deməli, bizim media işçilərinin üzərində işləməli bir işimiz var. Həqiqi vaxt qısa olaraq qalır — cəmi bir neçə həftə.

Mediada terrorizm ideologiyasına qarşı mübarizəmüsabiqəsi

Məlum olub ki, Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər Nazirliyi mediada, o cümlədən internetdə terrorizm ideologiyasına qarşı mübarizə məqsədilə respublika müsabiqəsinə start verdiyini elan edib. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin keçirilməsində məqsəd KİV, ictimai təşkilatlarınnümayəndələrini və blogerləri cəlb etməklə respublikadaterrorizm və ekstremizm ideologiyasına qarşı mübarizə aparmaqdır.

Müsabiqə 5 nominasiyanı əhatə edir: “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı radio proqramı”, “Ən yaxşı video”, “Respublika çap (elektron) KİV-də ən yaxşı nəşr”, “İnternetdə (sosial şəbəkələrdə, bloqlarda və s.) ən yaxşı nəşr. » .

Respublikada terrorizm ideologiyasını rədd edən fəal vətəndaş mövqeyinə malik media nümayəndələri, ictimai xadimlər, blogerlər müsabiqənin iştirakçısı ola bilərlər. Bu il yanvarın 1-dən avqustun 1-dək dərc edilmiş (efirə verilmiş) materiallar iştiraka buraxılır.

Müsabiqədə iştirak etmək üçün 2022-ci il, avqustun 2-dək doldurulmuş ərizəni, nəşrlərin surətlərini (çap mediası tərəfindən təsdiq edilmiş), audio və video materialları elektron daşıyıcılarda (“efir” sertifikatları ilə təsdiqlənmiş) təqdim etmək lazımdır.

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.Müsabiqənin təfərrüatları ilə Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər Nazirliyinin rəsmi saytında tanış olmaq olar.

Deməli, bizim media işçilərinin üzərində işləməli bir işimiz var. Həqiqi vaxt qısa olaraq qalır — cəmi bir neçə həftə.

Tural Isgandarov`s Blog

Travel is the only thing you buy that makes you richer!

Müasir terrorizmin xarakterik xüsusiyyətləri

Posted by Tural M. Isgandarov on January 11, 2011 January 25, 2012

XX-XXI əsrlərin qovşağında terrorizm problemi və onunla mübarizə istər ayrı ayrılıqda hər bir dövlətin, istərsə də bütün dünya ictimaiyyətinin ən vacib məsələlərindən biridir. Bu daha çox terror aktlarının miqyasının və xarakterinin genişlənməsi ilə izah olunur. Müasir terrorizm bir sıra xarakterik xüsusiyyətlərinə görə 100 il, hətta 50 il əvvəlki terrorizmlə tamamilə fərqlənir. Bu xüsusiyyətləri aşağıdakı istiqamətdə qruplaşdıra bilərik.

İlk öncə, müasir terrorizm lokallıqdan çıxaraq beynəlxalq xarakter kəsb etməyə başlayır. Artıq, terrorizm heç bir sərhəd tanımadan rahatlıqla bütün dünyaya yayılır və ilk belə terror aktlarından biri kimi ABŞ-dakı 11 sentyabr hadisələrini göstərə bilərik.

Bundan başqa, müasir terrorizmin miqyası və həyata keçirilmə mexanizmləri dəyişib. Əgər XIX əsrdə və XX əsrin I yarısında terrorizm “individual” xarakter daşıyırdısa, artıq keçən əsrin sonlarından başlayaraq bu “individuallığı” “kütləvilik” əvəz etdi. Buradakı individual və kütləvilik ifadələri terrorizmin həm obyekt və subyektlərinə, həm miqyasına, həm də həyata keçirilmə mexanizminə aid etmək olar. Yəni əvvəllər hər hansı bir terrorist soyuq və isti silahla yalnız cəmiyyətdə xüsusi çəkiyə malik olan bir və ya bir neçə şəxsi məhv etmək istəyirdilər. Nəticədə, onlar cəmiyyətdə vahimə və qorxu yaradaraq mövcud vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Bu terror aktlarına ABŞ prezidenti A.Linkolnun və Avstriya vəliəhdi Frans Ferdinandın öldürülməsini göstərə bilərik. Amma müasir terrorizmin əsas hədəfi günahsız mülki şəxslərdir. Yalnız bir terror aktı yüzlərlə, hətta minlərlə insanın məhvinə səbəb ola bilər.

Bir başqa, xarakterik xüsusiyyət ondan ibarətdir ki, əgər əvvəllər terroristlər öz hərəkətlərinə əxlaqi cəhətdən haqq qazandırmağa çalışırdılarsa, müasir terrorizm heç bir əxlaqi və hüquqi çərçivəyə sığmır. Müasir terroristlər tez-tez əxlaqi normalara zidd davranış nümayiş etdirirlər. Onlar üçün insan həyatının heç bir önəmi yoxdur.

Terrorizmin bugünkü inkişaf tendensiyası onun texniki və texnoloji bazasının dəyişməsi ilə müşayət olunur. Təkcə son 20 ildə terroristlər zəhərləyici qazlardan, kimyəvi və bioloji silahlardan, hətta sərnişinlərlə dolu qaçırılan təyyarələrdən istifadə etmişlər. Amma mütəxəssislərin fikrincə, bu hələ ki, terroristlərin fəaliyyətində texnoloji inqilabın ilkin göstəriciləridir. Kimyəvi zavodların, atom elektrik stansiyalarının və digər təhlükəli və radiasiyaya malik texniki obyektlərin partladılması hər hansı xüsusi əhəmiyyətli bir obyektin partladılması deyil, bütünlükdə regionun məhvi deməkdir. Bu eyni zamanda, terrorçular arasındakı maariflənmə, elmə yiyələnmə hallarının artması ilə də müşahidə olunur. Terrorçular özünü qurban verməyə hazırlaşan “fədai”lərlə yanaşı, bir sıra görkəmli elm xadimlərini və alimlərini öz sıralarına çəkməklə də daha kütləvi xarakter daşıyan terror aktlıarı törədirlər.

Müasir dövrdə terrorizmin beynəlxalq xarakteri də dəyişmişdir. Bugün terrorizm qeyri-rasional mübarizə vasitəsinə çevrilib. Əgər XX əsrin 70-80-ci illərində bəzi terrorist qruplaşmalar müəyyən dövlətlərin nəzarəti altında müəyyən məqsədlər yaradılırdısa, bugün terrorizm demək olar ki, nəzarətsizdir. Hal-hazırda terrorist təşkilatlar maksimal sayda insan tələfatına səbəb olacaq aktlar törətməyə çalışırlar. Müasir terrorizmin qeyri rasionallığı onun effektivliyini də artırıb. Beynəlxalq terrorşular bir sıra hallarda vahid rəhbərlik mərkəzi və çox ciddi tabeçilik olmadan yalnız ümumi ideologiya əsasında əlaqə saxlayırlar. Məsələn, “Əl-Qaidə” təşkilatlanmış terrorçu strukturundan cihad hərəkatının ideoloji platformasına çevrilmişdir. 2001-ci ildən başlanmış anti-terror kampaniyasından sonra bu təşkilatın rəhbər heyətinin 75 faizi məhv edilsə də, təşkilatın törətdiyi terror aktlarının intensivliyi aşağı düşməmişdir.

Müasir zamanın tələblərindən irəli gələrək terrorizmin bir çox müasir növləri də yaranmışdır ki, buna aşağıdakıları göstərə bilərik:

→ Kimyəvi terrorizm: bu terrorizmin əsası 1995-ci ildə Yaponiyada Aum-Sinrike sektasının sarin qazından istifadə etməsi ilə qoyulub. Bu akt nəticəsində 12 nəfər ölüb, 5000 nəfərə yaxın isə zəhərlənib. Bu terrorizm növünü də iki altqrupa bölmək olar. Bunlardan birincisi, kütləvi qırğın məqsədilə həyata keçirilən terror aktlarıdır. Belə ki, bu zaman kimyəvi maddələrdən kütləvi zəhərlənmə məqsədləri üçün istifadə edirlər. İkincisi isə, iqytisadi cəhətdən ziyan vurmaq üçün edilən hücumlardır.

→ Bioloji terrorizm: terrorizmin bu növü kütləvi yoluxmaların və epidemiyaların yayılması ilə xarakterikdir. 11 sentyabr hadisələrindən sonra ABŞ-da müxtəlif ünvanlara zərflərdə göndərilən Sibir xorası virusu dövlət orqanlarının iş ahəngini pozmuşdur.

→ Nüvə terrorizmi: radioaktiv maddələrdən istifadə edilərək törədilə bilən bu tip terror aktları kütləvi qırğın baxımından ən dəhşətlisidir. Xoşbəxtlikdən belə bir terror aktı hələ ki törədilməyib, amma texnologiyanın yüksək inkişafı nəticəsində terroristlərin radioaktiv maddələrdən istifadə edə biləcəyi qaçılmaz ola bilər.

→ Kiberterrorizm: müasir dövrdə elm və texnologiya ilə yanaşı gündəlik həyatın da elektronlaşması kiberterrorizmi yaşadığımız cəmiyyət üçün daha da təhlükəli edib. Mövcud nəzəriyyələrə əsasən terrorizmin bu növü ilə güclü bir dövləti bir neçə saat ərzində məhv etmək olar. 3 mərhələdə həyata keçirilə bilən bu terror aktında nəzəriyyələrə əsasən ilk növbədə dövlətin nəqliyyat sisteminə hücumla ölkə ərazisində nəqliyyat hərəkətinin idarəsi yox edilir və xaos yaradılır. İkinci mərhələdə ölkənin elektrik və qaz stansiyalarına edilən hücumla bütün enerji təminatı bazaları məhv edilir. Nəhayət üçüncü mərhələdə isə ən əhəmiyyətli dövlət idarələri partladılır və ya ələ keçirilir. Bəşəriyyət bu tip terror aktı ilə rastlaşmasa da, bütün bunların komputer üzərindən kiçik bir bazadan idarə edilərək həyata keçirilməsi tamamilə real ola bilər.

Müasir terrorizmin daha bir xarakterik xüsusiyyəti onun çevikliyinin artmasındadır. Təbii ki, bu istiqamətdə terroristlərin internetdən istidafəsini qey etmək mütləq lazımdır. Terrorist qrupların virtual aləmdə varlığı 1990-cı illərin sonundan başlayır. 1998-ci ildə ABŞ-ın 1996-cı ilin Anti-terrorizm və Effektiv Ölüm Cəzası Aktına əsasən “Xarici Terrorist Təşkilat” kimi adlanan 30 qurumun yarıdan çoxu internetdə veb səhifələrə malik olublar. 2000-ci ildə isə siyahıda veb səhifəyə malik olanların nisbəti 100 faiz təşkil edib. 2003-2004-cü illərdə aparılan monitorinq zamanı yüzlərlə belə veb səhifələr aşkarlanıb. İnternetdə terrorist təşkilatların fəallaşması digər məsələni də diqqətə çatdırıb. Bu təhlükə kiberterrorizmdir. Kompüter şəbəkələrinə hücumlarla bağlı olan kiberterrorizmnin əsas istifadə aləti də məhz internetdir.

İnternet üzərindən terrorizm çox dinamik fenomen xarakteri daşıyır. Belə ki, hər hansı veb səhifə qısa bir müddət ərzində fəaliyyətə başlayır, öz təbliğatlarını aparır, müəyyən kompüter şəbəkələrini çökdürür və tezliklə də yoxa çıxır. Terroristlərin internetdən istifadəsini sürətləndirən amillərə isə bunları göstərə bilərik: rahat keçid imkanı, senzura və hökumət nəzarətinin yox səviyyədə olması, bütün dünyaya yayılan geniş istifadəçi kütləsi, kommunikasiyanın anonimliyi, informasiya ötürmələrinin sürəti, daha az maliyyə tələbatı, multi-media imkanları (kitabların, video-görüntülərin, audio-səslərin, posterlərin, filmlərin asanlıqla köçürülməsi, göndərilməsi və paylaşılması) və kütləvi informasiya mənbəyinə çevrilmə imkanı. Təbii ki, bu amillər siyasi, dini və ideoloji oriyentasiyasından asılı olmayaraq bütün növ terrorist təşkilatları (Dini, marksist, millətçi, separatist, irqçi, anarxist və s.) cəlb edir. Bugün dünyada ən aktiv 40 terror təşkilatının hamısının veb səhifələri var. Hətta onların əksəriyyəti bir yox, bir neçə veb səhifəyə malikdirlər və müxtəlif dillərdədirlər. Avropada internetdən ən geniş istifadə edən terror təşkilatlara İspaniyada Bask hərəkatı olan ETA-nı, Armata Corsa-nı (Korsika Ordusu) və IRA-nı göstərmək olar.

Terroristlərin öz veb səhifələri ilə hədəflərinə gəlincə 3 istiqaməti ayırmaq olar: 1) cari və potensial dəstəkləyicilər – terrorist veb səhifələr tez-tez öz şüarları və satışları (köynək, film, audio-kaset, bayraq, nişan və s.) ilə öz dəstəkləyicilərini artırmağa və maliyyə yığmağa çalışır. 2) beynəlxalq ictimai rəy – beynəlxalq ictimaiyyət birbaşa konfliktə cəlb olunmasa da, müəyyən maraqlara sahib ola bilmə ehtimalı da terroristlər tərəfindən nəzərə alınıb. Məsələn, ETA-nın rəsmi veb səhifəsi Katalon, Alman, Fransız və İtaliyan dillərində fəaliyyət göstərir. Bundan başqa beynalxalq jurnalistlər də terroristlərin xüsusi diqqətindədir. Belə ki, mütəmadi olaraq veb səhifələrə yerləşdirilən press-relizlər eyni anda bir çox jurnalistlərin elektron ünvanına da göndərilir. 3) düşmən cəmiyyət – veb səhifələr terroristlər görə döyüşdükləri dövlətin vətəndaşlarını demoralizə etmək, onları hücum təhdidləri ilə hədələmək, bütün günahı hökumətə ataraq əhalini hökumətə qarşı qaldırmaq üçün əla vasitədir.

Terroristlərin internetdən istifadəsini araşdırarkan səkkiz müxtəlif istiqaməti aşkarlamaq mümkündür:

1) psixoloji müharibə – dezinformasiyanın yayılması, terror aktlarının dəhşətli görüntülərinin yayımlanması, kiberterrorizmin həyata keçirilməsi (hava nəqliyyat sistemini sıradan çıxartmaqla laynerlərin qəzaya uğradılması, birjaların idarəsini ələ keçirməklə ölkə iqtisadiyyatının çökdürülməsi və s.)

2) kütləvilik və təbliğat – istifadəçi auditoriyasının genişliyi və asan təbliğat imkanları

3) məlumat bolluğu – terroristlər internetin imkanlarından istifadə edərək bir çox sahələrdə pulsuz məlumatlar əldə edə bilər. Bu məlumatlar nəqliyyat, nüvə enerjisi, dövlət əhəmiyyətli tikililər, hətta anti-terrorizm hərəkatı haqqında ola bilər.

4) maliyyələşmə – məsələn, IRA-nın rəsmi veb səhifəsində ziyarətçilər plastik və kredit kartlar vasitəsilə təşkilata maliyyə yardımı edə bilərlər.

5) səfərbərlik – İnternet təşkilata maliyyə yardımları ilə kifayətlənməyən daha aktiv fəalları təşkilata cəlb etməkdə xüsusi rol oynayır.

6) şəbəkələşmə – internet terror təşkilatlarının öz daxilində vahid şəbəkə yaratması imkanı ilə yanaşı, eyni zamanda digər təşkilatlarla da əlaqələrin qurulması ilə xarakterikdir.

7) informasiya mübadiləsi – İnternet informasiyaların daha dolğun, daha sürətli və daha ucuz başa gəlməsində böyük rol oynayır. Xüsusən də, kimyəvi və partlayıcı silahların hazırlanma texnologiyası, onlardan istifadə metodları haqqında müzakirələrin aparılması internet vasitəsilə çox asanlıqla həyata keçirilir.

8) planlaşdırma və koordinasiya – terroristlər internetdən tək yuxarıda sadalanan səbələrə görə istifadə etmirlər, eyni zamanda internet vasitəsilə həyata keçiriləçək aktları planlaşdırır və onları koordinasiya edirlər. Məsələn, 11 sentyabr hadisələrinin planlaşdırılmasında əsas pay internet üzərinə düşüb.

1. Мировая политика и международные отношения / Под ред. С.А.Ланцова, В.А.Ачкасова. – СПб: Питер, 2006

2. Musayev H. Beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin prinsip və xüsusiyyətləri. Üçüncü nəşr. Bakı, Çaşıoğlu, 2010

3. Həsənov A. Beynəlxaq Terrorizm. I hissə. Bakı, 2003

Terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi ŞƏT-nin məqsədləri arasında yer alan məqamlar ölkəmiz üçün əhəmiyyətlidir – Səttar Möhbalıyev

“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş Azərbaycanın uğurlu xarici siyasi strategiyası ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini artırıb, dünya miqyasında böyük söz sahibinə çevirib. Mövzunun nə olmasından asılı olmayaraq, istənilən regional və beynəlxalq müzakirələrdə Prezidentimiz ön sıralarda yer alır, onun baş verən proseslərə baxışı və münasibəti diqqətlə izlənilir. Cənab İlham Əliyevin beynəlxalq münasibətləri həm nəzəri, həm də praktik səviyyədə peşəkarcasına bilməsi, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi baxışlara malik oması imkan verir ki, bütün beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin etsin. Bu baxımdan dövlətimizin başçısı beynəlxalq və regional təşkilatların, əhəmiyyətli toplantıların kürsüsündən böyük ustalıqla yararlanaraq hər mövzuda ölkəmizin mənafeyini ləyaqətlə təmsil edir və ölkəmizi söz sahibinə çevirib. Ərazi və əhali baxımından dünyanın ən böyük ölkələrindən bir neçəsini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu regional təsisatın Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması, aparılan müzakirələrdə fikirlərinin öyrənilməsi və dəstəklənməsi dediklərimizin əyani təsdiqi, həmçinin onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramın əlamətidir.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olan Azərbaycanın bu təşkilatla dərinləşən və genişlənən münasibətləri ölkəmizin maraqlarına tam cavab verir: “ŞƏT-nin məqsədləri arasında yer alan terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı kimi məqamlar ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələri əhatə edən hərtərəfli inkişafı, regionun lider dövlətinə çevirilməsi, həmçinin əlverişli təbii-coğrafi movqeyidə yerləşməsi ölkəmizin bu təşkilat üçün də əhəmiyyətini artırır. Tədbirdə çıxışı zamanı Prezidentimiz Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək, həmçinin perspektivlər barədə məlumat verdi. Qürurverici haldır ki, Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına sahibdir, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Qeyd olunan bu məqamlar ölkəmizin dinamik inkişafının uğurlu davamıdır”.

“Dövlətimizin başçısı Zəngəzur dəhlizinin əhəmiyyətini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Təbii ki, dəhlizin açılması ŞƏT-də təmsil olunan ölkələr, eləcə də bu yolun üzərindəki bütün dövlətlər üçün səmərəli olacaq. Təbii ki, Ermənistan tərəfinin də bunu anlaması vacibdir. Amma bu dövlətin son zamanlar ard-arda törətdiyi hərbi təxribatlar deməyə əsas verir ki, Ermənistan hələ də movcud reallıqlardan qaçmağa çalışır. Sozsüz ki, onların bu kimi çirkin niyyətləri baş tutmayacaq. Çünki diktə edən tərəf qalib ölkədir. Yeri gəlmişkən, Zirvə görüşündə dövlətimizin başçısı sentyabrın 13-də dövlət sərhədində Ermənistanın hərbi təxribatlarını qeyd etdi və bu tribuna vasitəsilə əsl həqiqəti dünya ictimaiyyətinə çatdırdı. Görünür, təxribatçı dövlət münasibətlərin normallaşmasında, sülh danışıqlarının aparılmasında maraqlı deyil, təcavüzkar xislətindən əl çəkmək istəmir. Bu cür əməllər Ermənistanın, onsuz da, ağır olan vəziyyətini daha da gərginləşdirməkdədir. Qarabağ münaqişəsini parlaq qələbə ilə başa çatdıran müzəffər Ali Baş Komandan dəfələrlə bəyan etmişdir ki, “Dəmir yumruq” yerindədir. Ermənistan tərəfinin istənilən hərbi təxribatına layiqli cavab veriləcək. Son hadisələr bunu bir daha göstərdi. Təcavüzkar dövlət bundan dərs çıxarmalı, bu kimi təxribatlardan çəkinməlidir. Çünki başlarına enəcək yumruğun gücünə bələddirlər”, – Milli Məclisin deputatı bildirib.

“Sammit çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşləri, apardığı danışıqları ölkəmiz üçün əhəmiyyətli hesab edirəm. İlk növbədə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın normallaşma prosesini əngəlləyən əməlləri dost və qardaş ölkələrin diqqətinə çatdırıldı və onlar tərəfindən pislənildi”, – AHİK sədri vurğulayıb.

  • Şanxay Əməkdaşlıq Təşkilatı
  • Səttar Möhbalıyev

Comments are closed, but trackbacks and pingbacks are open.