Terrorizmin mənası
Təlimatlar aşağıdakı əsas məsələləri ehtiva edir:
Müharibə və Terrorizm
That until the basic human rights are equally
Guaranteed to all, without regard to race
Dis a war
That until that day
The dream of lasting peace, world citizenship
Rule of international morality
Will remain in but a fleeting illusion
To be pursued, but never attained
Now everywhere is war, war.
Bob Marley 1
Bütün üzvlər beynəlxalq əlaqələrində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə zidd olan hər hansı bir təhlükə və ya güc tətbiqindən çəkinməlidirlər.
BMT Nizamnaməsinin 2 (4)-cü maddəsi
Müharibə, terrorizm və insan hüquqları
Müharibə və ya terror hərəkətləri insan hüquqları çərçivəsinin dağılacağı nöqtəyə qədər ona meydan oxuyur. İnsan həyatı qəsdən hədəf alındıqda və ya birbaşa və ya dolayısı ilə xəstəlik, zülm, evlərin dağıdıllması və ölümə gətirib çıxaran kütləvi bombalama kampaniyalarının gedişində insan həyatına “ikinci dərəcəli zərər” kimi baxıldıqda, insan hüquqları üçün hər hansı bir yer görmək çətindir. Müharibə dövründə, xüsusilə illər boyu davam edən müharibələr zamanı hər bir insan hüququ mənfi təsirlərə məruz qalır. Səhiyyə sistemləri dağılır, təhsilə zərbə vurulur, ev, iş, ərzaq və su təchizatı, hüquqi sistem, mətbuat azadlığı və söz azadlığı tam şəkildə yox olmadığı halda belə, dövlət tərəfindən və ya “düşmən” dövlət tərəfindən məhdudlaşdırılır. Sülh zamanı zəif müdaifə mövcud olsa belə, uşaqların, qadınların, azlıq qruplarının və qaçqınların hüquqları müharibə dövründə daha da kasadlaşırr.
İnsan hüquqları konvensiyaları tərəfindən təklif olunan müdafiə silahlı münaqişəni dayandırmır. Beynəlxalq Ədalət Məhkəməsi 2 .
Müharibə və terrorizm, həqiqətən, insanlığın dağıdılmasıdır, insan hüquqlarının mərkəzində olan dəyərləri və onları qoruyan hüquqi sistemi sarsıtmağa yönələn fəaliyyətlərdir. Ancaq böhranın, dağılmanın ortasında ən zəifləmiş dövlətdə belə, insan hüquqları öz fəaliyyətini davam etdirir və bütün pislikləri düzəldə bilməsələr də, bəzi minimum müdafiəni təmin edə və ədalətə dair ümid verə bilirlər.
Müharibələr və milli fövqəladə hallar dövlətlərin insan hüquqlarına dair bəzi öhdəliklərindən “uzaqlaşmaq” və ya müvəqqəti olaraq həmn öhdəlikləri kənara qoymaq imkanı verir. Buna baxmayaraq, yaşamaq hüququ, işgəncədən, qeyri-insani və ləyaqəti alçaldan rəftardan azad olmaq kimi müəyyən insan hüquqları heç vaxt kənara qoyulmur. Bunlar, dövlətin təhlükəsizliyinin risk altında olmasına baxmayaraq, yenə də mühüm və əsaslı sayılırlar.
2011-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mühakimə zamanı 3 (Əl-Skeyini və Başqaları – Böyük Britaniyaya qarşı) Böyük Britaniyanın İraqın Bəsrə şəhərində təhlükəsizlik əməliyyatları apararkən bir sıra mülki şəxslərlə davranışında İnsan Hüquqları üzrə Avropa Konvensiyasının yaşamaq hüququnu təmin edən 2-ci maddəsini pozduğunu müəyyən etdi. Bu, Avropa Konvensiyasının müharibə dövründə, xarici ərazilərdə və Konvensiyanı imzalamış olan bütün regionda effektiv nəzarətə malik olduğunun aşkar olunmasında ilk belə iş idi. Digər işlərdə isə məhkumların həbsxanalarda saxlanılan zaman işgəncələrə məruz qaldığı müəyyənləşdirilmişdir.
Nə zaman müharibə “müharibə” hesab edilir?
Müharibə və terrorizm bir çox cəhətdən oxşardır. Hər ikisi də həddindən artıq zorakılıq hərəkətlərini əhatə edir, ikisi də siyasi, ideoloji və ya strateji məqsədlər ilə motivasiya edilir və ikisi də bir qrup şəxs tərəfindən digərinə qarşı edilir. Nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, hər birinin nəticəsi əhali üçün qorxuludur. Müharibə daha geniş yayılmağa meyllidir və daha da dağıdıcı ola bilər, çünki müharibə daha çox orduları olan dövlətlər və onların əlində olan böyük silahlar vasitəsilə həyata keçirilir. Terrorist qruplar nadir hallarda dövlətlərin malik olduğu peşəkar və ya maliyyə resurslarına malik olurlar.
Lakin istifadə olunan üsullardan və zorakılığın dərəcəsindən başqa, müharibə və terrorizm beynəlxalq hüquqda fərqləndirilir. Fərqlər həmişə aydın deyil və hətta ekspertlər zorakı bir kampaniyanın terror, vətəndaş müharibəsi, üsyançılıq, özünümüdafiə, öz müqəddəratını qanuni təyin etmə və ya başqa bir hal kimi qiymətləndirilməsi ilə bağlı razılaşmaya bilərlər
Sual: 20-ci əsrdə çeçenlər, abxazlar, kürdlər, fələstinlilər və irlandiyalı milliyyətçilər özlərinin müstəmləkəçi bir millətə qarşı müharibə apardığını hesab edirdilər. Milli dövlətlər bu kimi qrupların hərəkətlərini həmişə terrorizm olaraq qiymətləndirmişlər. Doğru terminlə bağlı necə qərar verə bilərik?
Müharibəni müəyyənləşdirməkdə problemlər
Müharibələr bəzən onların milli dövlətlər arasında baş verməsi faktı ilə müəyyən edilir: amma vətəndaş müharibəsi və ya “terrorizmlə mübarizə” barədə nə demək olar? Bəzən rəsmi müharibə bəyanı müharibəni müəyyənləşdirən vasitə kimi qəbul edilir, lakin bu, ABŞ-ın Pakistan sərhədlərinə və ya 1990-cı illərdə İraq üzərində elan edilmiş qeyri-uçuş zonalarına hücumları kimi bir neçə il ərzində baş verən aşağı səviyyəli bombalama kampaniyalarını əhatə etmir.
Müharibə tərifinə insan həyatı üçün dağıdıcı ola bilən iqtisadi və ticarət müharibələri daxil edilə bilər? Sanksiyalar bir müharibə formasıdır? YUNİSEF 1990-cı illərdə İraqdakı sanksiyaların yarım milyondan çox uşağın (və bir çox böyüklərin) ölümünə səbəb olduğunu hesablamışdır.
Siz zəlzələyə qalib gələ bildiyiniz kimi müharibəyə qalib gələ bilməzsiniz.
Jinet Rankin 4
Sual: Siz zəlzələyə qalib gələ bildiyiniz kimi müharibəyə qalib gələ bilməzsiniz.
Terrorizm nədir?
Terrorizm məqsədli şəkildə həyata keçirilən hədə-qorxudur: o, digər insanlara etməyəcəyi şeyləri etdirir.
Igor Primoratz
Terrorizm hər kəsin istifadə etməyə hazır olduğu terminlərdən biridir, lakin heç kim dəqiq bir təriflə razılaşmır. Hətta ekspertlər terminin necə tətbiq olunması barədə mübahisə etməyə davam edirlər və terrorizm anlayışının heç biri ümumi qəbul edilməyən 100-dən çox müxtəlif tərifi olduğu deyilir.
Razılığın olmaması bir çox praktiki nəticələrə malikdir: sadəcə bir nümunəyə nəzər salaq, BMT-nin 60 ildən artıq müddətə çalışmasına baxmayaraq, terrorizmə qarşı konvensiya qəbul edə bilmədi, çünki üzv dövlətlər bu terminə dair tərif müəyyənləşdirə bilmirdi. BMT Baş Assambleyası terrorizmə dair bildirişlərdə aşağıdakılardan istifadə etmək istəmişdir:
Ümumi ictimaiyyətə, insan qrupuna və xüsusi bir şəxsə qarşı siyasi məqsədlərlə istənilən şəraitdə edilən terror hərəkətlərinə heç bir halda bəraət qazandırmaq olmaz, bu hala bəraət qazandırmaq üçün hər hansı siyasi, fəlsəfi, ideoloji, irqi, etnik, dini və digər ünsürlərin cəlb olunması əsassızdır. 5
Qədim terroristlər
18-ci əsrdən öncə mövcud olan ən məşhur üç “terrorist” qrupu dini ideyalardan ilhamlanaraq yaradılmışdı (və onların hamısı ingilis dilinə fəaliyyətləri ilə əlaqəli sözlər kimi daxil olmuş adlara malik idilər: fanatiklər zilotlar kimi tanınır, asasinlər qatillər, thuglar isə zorakı və səfeh şəxslərdir).
• Zilotlar kimi tanınan Sicarii 1-ci əsrdə qaraçıları Fələstindən çıxarmaq istəyən bir yəhudi hərəkatı idi. Onlar amansız üsullardan istifadə edirdilər, ictimai toplantılarda dəstəyə qarışaraq kütlənin içində yox olmazdan öncə qurbanı bıçaqlayırdılar.
• Asasinlər İslamı təmizləmək məqsədi daşıyan Orta əsr Şiəmüsəlman məzhəbidir və tanınma əldə etmək üçün Sicariiyə oxşar metodlardan istifadə edərək tanınmış dini liderləri hədəfləyirdilər.
• Tuqi (Thuggee) bəzən bir qrup ya da məzhəb kimi təsnif edilən, təxminən 600 il boyunca fəaliyyət göstərən, səyahət edənləri boğaraq vəhşicəsinə öldürən və çox xüsusi qaydalara uyğun hərəkət edən bir qrup idi. Onlar ən uzun ömürlü qrup olmuş və 19-cu əsrdə qrup daxilində xəbərçilərin cəlb edilməsi nəticəsində məhv edilmişdir.
Sual: Nüvə bombasından istifadə terrorizm kimi təsnif edilməlidir?
Terrorizm: təsnifat
Aşağıdakı meyarlardan bəziləri aktın “terrorizm” olub-olmadığını müəyyənləşdirməkdə mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin hamısının bununla razılaşmadığından xəbərdar olun!
- Akt siyasi cəhətdən təsirə məruz qalır.
Terror hərəkətləri adətən hərəkətin dərhal yaratdığı təsirdən “daha böyük” və daha strateji bir məqsədə malik olur. Məsələn, vətəndaşlara qarşı bomba hücumu hökumətə təzyiq göstərmək üçün ictimai rəyi dəyişdirməyə hədəflənir.
- Hərəkət zorakılıq və ya zorakılıq təhdidini əhatə etməlidir.
Bəziləri düşünürlər ki, həqiqətən, inanıldıqda zorakılıq təhdidi də terror aktı hesab oluna bilər. Çünki bu, onun yönəldiyi şəxslər arasında qorxu yaradır və siyasi məqsədlər üçün istifadə edilə bilər.
Terrorizm aktı = Müharibənin sülh zamanı ekvivalenti
A.P. Schmid, BMT Cinayət Departamentinin 1991-ci il hesabatı
- Terror aktı güclü psixoloji təsir göstərmək üçün nəzərdə tutulmuşdur
Terrorist hərəkətlərin bir çox hallarda özbaşına və ya təbiətcə təsadüfi olduğu deyilir, lakin əslində qruplar maksimum reaksiyanı törətmək məqsədi ilə hədəfləri diqqətlə seçmək məcburiyyətindədirlər və mümkün olduğu təqdirdə rejimin simvollarına zərbə vururlar.
- Terrorizm dövlətlərin deyil, sub-dövlət qruplarının hərəkətidir.
Bu, yəqin ki, müxtəlif müşahidəçilər və ekspertlər arasında ən çox mübahisə edilən məsələdir. Milli dövlətlər bunu terrorist hərəkətin mahiyyəti kimi istifadə edirlər, amma terroristləri sub-dövlət qrupları ilə məhdudlaşdırdığımız təqdirdə, biz artıq bir dövlətin həyata keçirdiyi zorakı hərəkətin terrorizm ola bilməyəcəyinə qərar vermiş oluruq, bu hərəkət nə qədər qorxunc olsa da!
- Terrorizm qəsdən vətəndaşları hədəf alır.
Bu meyar da mütəxəssislər arasında mübahisə mövzusudur, çünki terrorizm aktlarının hərbi qulluqçuları, polis işçilərini və dövlət məmurlarını hədəf alması istisna edilmir.
Sual: Terrorizmə tərif verə bilərsiniz?
Terrorizm aktını zorakılığın digər növlərindən necə fərqləndirə bilərsiniz?
Terrorizmi dövlətlər törədə bilər?
Əminəm ki, terrorizmi təcrid etmək və məğlub etmək üçün yeganə strategiya insan hüquqlarına hörmətlə yanaşmaq, sosial ədalətin, demokratiyanın gücləndirilmək və qanunun aliliyinin üstünlüyünü təmin etməkdir.
Sergio Vieira de Mello
xüsusilə 1793-1794-cü illər arasında Maksimilian Robespyer dövründə baş verən hadisələri təsvir etmək üçün istifadə olunmuşdur. Bu illər İnqilab Məhkəməsi (siyasi cinayətkarları cəzalandırmaq üçün yaradılan məhkəmə) tərəfindən səlahiyyət verilən kütləvi edamlar da daxil olmaqla, repressiyanın zorakı metodlarının tətbiqi ilə xarakterizə olunurdu. Xüsusilə, bu dövrün sonuna doğru insanlar ədalətli məhkəmə prosesində yalnız şübhə əsasında və ədalətsiz olaraq məhkum edilmişlər.
Yuxarıda qeyd olunanlar ümumi qorxu mühitinə gətirib çıxardı: insanlar artıq özlərini özbaşına zorakılıq təhdidindən təhlükəsiz hiss edə bilməyəcəkləri bir dövlətdə yaşayırdılar. Belə başlanğıclardan, terrorizm anlayışı lüğətə daxil oldu.
19-cu əsrdə terrorizm dövrü dövləti devirmək üçün işləyən qruplarla, daha az dövlət terroru sistemi ilə əlaqələndirilmişdir. Avropadakı inqilabçı qruplar tez-tez repressiv və ədalətsiz gördükləri hökmdarlar və ya dövlət qurumlarını devirmək üçün zorakılıq tətbiq edirdilər. Ümumiyyətlə, ən əlverişli üsul sui-qəsd idi və “müvəffəqiyyətlər” arasında rus çarı, Fransız prezidenti, Avstriya-Macarıstan imperatoru və bir İtalyan kralına qarşı sui-qəsd var idi.
20-ci əsr həm qurbanların sayı, həm də metodların daha dəhşətli olması ilə yadda qalmışdır, bu dövrdə hökumətin və sub-dövlət qruplarının hədəflərinə çatmaq üçün zorakılıqdan istifadə etməsi müşahidə olunurdu. Dəhşətli dramların bu seriyasındakı icraçı və təşəbbüskarlar dövlət məmurlarını və sub-dövlət qruplarını da əhatə edirdi. Lakin əsrin sonuna qədər, demək olar ki, müstəsna olaraq sonuncular terrorist adlandırılırdı. Sub-dövlət qrupları daha çox başqa dövlətlər tərəfindən silahlandırılır, maliyyələşdirilir və hazırlanır: bu, həmin qrupları hazırlayan və dəstəkləyən dövlətləri terrorçu dövlətlərə çevirir?
Sual: Əgər əhali üzərində terrora səbəb olarsa, dövlət hərəkətlərini “terrorist” hərəkətləri adlandırmaq olar?
Beynəlxalq hüquqda gücdən istifadə
Müharibədə həqiqət ilk qurbandır.
Esxil
Beynəlxalq hüquq dövlətlər tərəfindən gücdən istifadə ilə bağlı bir sıra müxtəlif halları əhatə edir. Bəzən (fəslin başlanğıcında qeyd olunduğu kimi) qanun bir dövlət başqa bir dövlətə qarşı güc tətbiq etdiyi və ya təhdid etdiyi hallarda tətbiq olunur. Belə hallar adətən müharibə kimi təsnif edilir və BMT Nizamnaməsi və Təhlükəsizlik Şurası tərəfindən tənzimlənir. Bəzən qanun müharibə dövründə – qanuni və ya qeyri-qanuni olmayaraq – gücdən istifadəyə tətbiq olunur. Bu, ümumiyyətlə beynəlxalq humanitar hüququn sahəsidir. Hər hansı bir müharibə baş versə də, insan hüquqları fəaliyyətini davam etdirir, buna baxmayaraq, müəyyən hüquqlar üçün dövlət tərəfindən məhdudiyyətlər sülh zamanında olandan daha çox tətbiq edilə bilir.
Beynəlxalq hüquqda müharibə
BMT Nizamnaməsi, Brian-Kelloq paktı
Yüksək Razılığa gələn Tərəflər müvafiq xalqları adından beynəlxalq ziddiyyətlərin həlli üçün müharibəyə baş vurulmasını qınadıqlarını, milli siyasətlərində bir vasitə kimi bundan imtina etdiklərini bəyan edirlər.
Kelloq-Brian Paktından
(Müharibədən imtina haqqında Ümumi Müqavilə və ya Paris Paktı kimi tanınır)
Birinci Dünya müharibəsindən sonra bir sıra sülhməramlı səylər nəticəsində 1928-ci ildə 15, sonra isə 47 dövlət ən möhtəşəm fəaliyyət olaraq Kelloq-Brian Paktını imzaladılar. Müqavilə onu imzalayanlar arasında sonrakı hərbi əməliyyatlara və İkinci Dünya müharibəsinin başlanmasına mane olmasa da, “sülhə qarşı cinayətlər” ideyası üçün əsas yaratdı və Nürnberq məhkəmələrində mərkəzi rol oynadı. 6 Nürnberq prinsiplərinə əsasən, sülhə qarşı cinayətlərə “təcavüzkar müharibələrin planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya beynəlxalq müqavilələri pozan müharibələr” daxildir.
Müharibədən milli siyasət vasitəsi kimi imtina edilməsi mütləq şəkildə müharibənin beynəlxalq hüquqda qanunsuz olduğuna dair təklifi ehtiva edir; bu müharibəni planlaşdıran və ehtiyatlarını qarşılayan şəxslər [. ] bunu edərək bir cinayət törədirlər.
Nürnberq məhkəməsi
Nürnberq məhkəmələrindən sonra Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi üzv dövlətlərin bir-birinə qarşı güc tətbiq etməsini tənzimləyən əsas beynəlxalq müqavilə olmuşdur. Nizamnamə müharibəni tamamilə qadağan etmir: ciddi şəkildə müəyyən edilmiş bəzi hallarda, özünü müdafiə etmək üçün zəruri olan müharibədən istifadə etməyə imkan verir. Bununla belə, özünü müdafiə etmək üçün aparılan müharibələr, təcili tədbirlərin görülməməsi və Təhlükəsizlik Şurasına müraciət üçün vaxtın kifayət etmədiyi hallar istisna olmaqla, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməlidir.
Qorumaq üçün məsuliyyət (R2P)
Son illərdə bəzi ölkələr insanlar bir dövlətin əlində ağır zorakılığa məruz qaldıqları zaman, məsələn, soyqırım təhdidi ilə üz-üzə olduqda BMT-nin xalqı qorumaq məqsədilə addım atmalı olduğu iddiasını irəli sürürlər. Bu, məsuliyyət daşıyan dövlətə qarşı hərbi əməliyyatlar ehtimalını da ehtiva edir. Beynəlxalq ictimaiyyətin müdaxilə etməməsi ilə nəticələnən Ruanda soyqırımı müzakirəyə səbəb olmuşdur. Kosovodakı müharibə hərbi vasitələrlə “humanitar müdaxilənin” ilk nümunələrindən biri olub və 2011-ci ildə NATO-nun Liviyaya hərbi müdaxiləsi oxşar prinsipə əsaslanıb.
Soyqırım “milli, etnik, irqi və ya dini bir qrupu tamamilə və ya qismən məhv etməyə yönələn fəaliyyətdir”.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya 7
R2P ideyası qarşıdurma deyil. Soyqırım və digər hadisələr ciddi və dəhşətli hadisələrdir. Lakin tənqidçilər R2P-nin bəhanə kimi istifadə oluna biləcəyini və bəzi hərbi müdaxilələrin, həqiqətən, “kütləvi zülm cinayətləri” ehtimalına əsaslanmadığını, bir çox hallarda, siyasi xarakter daşıdığını iddia edirlər. Bir çox kütləvi vəhşiliklər R2P-ə uyğun hesab edilmir və ya müdaxilənin baş verdiyi yerlərdə insanların qarşılaşdığı təhlükələrlə müqayisədə daha az ciddi görünür. Hətta qorunma məsuliyyəti müdaxilə edən dövlətlərin hərbi əməliyyatlar aparmazdan əvvəl bütün mümkün vasitələri araşdırması fikrini də özündə əks etdirir. Bu vasitələrin araşdırıldığı hər zaman aydın olmur. Nəhayət, insanlar özlüyündə qorxunc və dağıdıcı bir hərəkət olan müharibənin əzablara son qoymaq üçün əlverişli vasitə olmasını sorğulayırlar. Bir ölkənin bombalanması, bütün təsirləri ilə birlikdə, sülhü təşviq etmək və iki tərəf arasında daha dərin bir qarşıdurmanı həll etmək üçün ən yaxşı yol ola bilər?
Sual: Müharibə iki pislikdən ən yaxşısı ola bilər?
Müharibənin qanunları
Müharibə dövründə belə müharibə edən tərəflərin hərəkətlərinə, məsələn, müharibə əsirləri ilə rəftar, mülki əhalinin hədəf seçilməsi və yaralılara tibbi yardım göstərilməsinə ilə bağlı məhdudiyyətlər qoyan müəyyən qanunlar mövcuddur. “Müharibə qanunları” əsasən Cenevrə Konvensiyaları kimi tanınan beynəlxalq humanitar qanunla tənzimlənir.
İlk Cenevrə Konvensiyası
Cenevrə Konvensiyalarının birincisi 1864-cü ildə imzalanıb. Konvensiya, Cenevrə vətəndaşı Henri Dunant 1859-cu ildə İtaliyada, Solferinoda böyük bir müharibənin şahidi olduqdan sonra yaradılıb. O, müharibə dövründə ölümə tərk edilən yaralıların köməksizliyinin qarşısını almaq və müharibə dövründə humanitar yardım göstərmək üçün neytral bir qurumun yaradılması məqsədilə beynəlxalq razılaşma təklif etmişdir. Onun təklifləri daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin yaradılması və ilk Cenevrə Konvensiyasıilə nəticələndi. Konvensiya kimin tərəfində olursa-olsun, döyüşdə iştirak etməyənlərə qarşı humanist və ləyaqətli davranılması üzrə müddəaları əhatə edir.
Cenevrə Konvensiyaları dördüncü Cenevrə Konvensiyası qəbul edildiyi və əvvəlki üçü yenidən nəzərdən keçirildiyi və genişləndiyi 1949-cu ilə qədər inkişaf etdirildi. Daha sonra üç dəyişiklik protokolu əlavə edildi. Bu Konvensiyalar 194 ölkə tərəfindən tam və ya qismən təsdiq edilmişdir.
Cenevrə Konvensiyalarına əlavə olaraq, beynəlxalq humanitar qanunvericiliyin, o cümlədən Haaqa Konvensiyalarının və bir sıra beynəlxalq müqavilələrin də müharibədə istifadə edilə biləcək və istifadə edilə bilməyəcək silahlarla bağlı standartları mövcuddur. 1990-cı illərdə QHT-lərin koalisiyası minaların istehsalı və istifadəsi ilə bağlı beynəlxalq qadağa üçün müvəffəqiyyətlə birləşə bildi. Ottava müqaviləsi və ya Qazma Minalar əleyhinə Konvensiya 1997-ci ildə qəbul edilmişdir və o vaxtdan bütün dünyada 157 ölkə tərəfindən təsdiq edilmişdir. Koalisiya kaset bombaların istifadəsini qadağan edən müqavilə üçün kampaniyaya davam edir. Bu bomba növü qazma minalar kimi müharibə başa çatdıqdan sonra belə məhv üçün iz buraxır.
Müharibə cinayətləri
Beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları müharibə cinayətləri hesab edilir. Müharibə cinayətləri fərdi şəxslərin cinayət məsuliyyətinə cəlb edilə biləcəyi cinayət növləridir.
War crimes
Müharibə cinayətləri
Dördüncü Cenevrə Konvensiyasına əsasən (1949), müharibə cinayətləri (Konvensiyada “ağır pozuntular”) aşağıdakılardan ibarətdir:
Bioloji təcrübə də daxil olmaqla, heç bir hərbi zərurət olmadığı halda, qəsdən adam öldürmə, işgəncə və ya qeyri-insani davranış, bədənə və ya sağlamlığına böyük zərər vuran davranış, mühafizə altında olan insanların qeyri-qanuni şəkildə deportasiyası və ya köçürülməsi, qorunma altında olan şəxsin düşmən qüvvələrində xidmət etməyə məcbur edilməsi, qorunan bir şəxsin qəsdən hüquqlarından məhrum edilməsi, girov götürülməsi, əmlakın məhv edilməsi və mənimsənilməsi”. 9
Bəşəriyyətə qarşı cinayətlər, kütləvi qırğın və soyqırım kimi şəxslərin məsuliyyətə cəlb edilə biləcəyi digər aktlar da vardır. İnsanlığa qarşı cinayətlər, məsələn, qətl, təcavüz, işgəncə, köləlik və deportasiya dinc əhaliyə qarşı törədilən ağır cinayətlərdir.
Bu cür cinayətlərə görə şəxslərin ilk məhkəmələri İkinci Dünya müharibəsindən sonra Nasist və Yaponiyanın siyasi və hərbi liderlərinin Nürnberq və Tokio məhkəmələri idi. O vaxtdan etibarən keçmiş Yuqoslaviya, Ruanda, Kamboca, Livan və Sierra-Leone münaqişələri ilə məşğul olmaq üçün bir sıra tribunallar yaradılmışdır. Eyni dərəcədə ciddi olan digər münaqişələr üçün xüsusi məhkəmələrin yaradılması müşahidə olunmamışdır, bəzən tənqidlərə səbəb olan bu qərarın siyasi amillərdən təsirləndiyi düşünülür.
Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cəza Məhkəməsi
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cəza Məhkəməsi (ICTY) keçmiş Yuqoslaviyada müharibələr zamanı törədilmiş ciddi cinayətləri təqib etmək və bu cinayəti törədənləri mühakimə etmək üçün BMT tərəfindən yaradıldı. Şübhəlilərin əksəriyyəti serblər idi və bu, bəzi müşahidəçilərin qərəzliliyi ilə bağlı ittihamlara səbəb oldu. Beynəlxalq Amnistiya və Human Rights Watch həm də ICTY-ni NATO qüvvələrinə qarşı dinc sakinlərin vurulması ilə nəticələnən Serbiya Dövlət Televiziyasını bombalama və dəmir yolu körpüsünə hücumla bağlı ittihamları araşdırmadığı üçün tənqid etdi. Beynəlxalq Amnistiya humanitar qanunvericiliyin pozulması hallarına dair hesabatında “NATO-nun vətəndaş itkisini minimuma endirmək üçün lazımi tədbirlər görməmiş” olduğunu qeyd etmişdir. 10
Sual: Müharibə Məhkəmələri – Nürnberq Tədqiqatları da daxil olmaqla – bəzən “Qalibin ədaləti” kimi görünür. Bir müharibədə hər iki tərəf eyni prinsiplərə görə mühakimə edilməlidir?
Müharibəni ortaya çıxaranlar və edənlər müharibə zülmünə qarşı zəmanətin paralel nəticələrini görməlidirlər.
Giovanni Bonello, Al-Skeini və digərləri Birləşmiş Krallığa qarşı işinin mühakiməsi zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi 11
Beynəlxalq Cinayət Məhkəməsi
20-ci əsrin ikinci yarısında insanlığa qarşı ən dəhşətli cinayətlərin mühakiməsi məqsədilə daimi məhkəmənin yaradılması üçün fəaliyyətlər həyata keçirildi. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) yaradılması üçün hüquqi əsas təmin edən Roma Statutu qəbul edildi. ICC 2002-ci ilin iyul ayında yaradıldı və baş qərargah olaraq Niderland, Haaqa şəhəri seçildi.
İCC ilk daimi beynəlxalq məhkəmədir və müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, soyqırım və təcavüzkarlıq cinayətlərini mühakimə etmək üçün yaradılmışdır. Roma Statutu dövlətlər tərəfindən təsdiqlənsə də, ICC dövlətləri deyil, cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri təqib edir. 2012-ci il yanvar ayının 1-nə olan vəziyyətə görə, 119 ölkə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna üzvdür, buraya demək olar ki, bütün Avropa ölkələri daxildir, lakin ABŞ, Hindistan, Çin və Rusiya daxil deyil. Məhkəmə Sudan, Keniya, Konqo Demokratik Respublikası, Uqanda, Mərkəzi Afrika Respublikası və Liviyadakı münaqişələrə dair araşdırmalara başlamışdır.
Sual: İnsanlığa qarşı cinayətlər, soyqırım və ya təcavüz cinayəti üzrə məsuliyyət daşıyan istənilən bir insanın Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxarılmalı olduğunu düşünürsünüz?
Buna görə də, təcavüzkarlıq müharibəsini başlamaq yalnız beynəlxalq cinayət deyil; bu, digər müharibə cinayətlərindən fərqli olan, ən yüksək beynəlxalq cinayətdir.
Nürnberqdəki baş amerikan prokuror, Robert Jacksone.
Beynəlxalq hüquqda terrorizm
Beynəlxalq qanunvericiliyin terrozimi tədqiq etməq üçün cəlb edilməsi, əsasən, terminin ümumi tərifini tərtib etməyin çətinliyi üzündən problemlərlə üzləşmişdir. Avropa Şurası digər beynəlxalq müqavilələri və ya sazişləri pozmamaq məqsədilə sərhəd çəkmək üçün bir sıra qaydalar hazırlamışdır. 12
Təlimatlar aşağıdakı əsas məsələləri ehtiva edir:
- İnsan hüquqları və qanunun aliliyinə hörmət və ayrı-seçkiliyin qadağan edilməsi.
- İşgəncələrin mütləq qadağan edilməsi: “İşgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın istifadəsi istənilən hər bir şəraitdə tamamilə qadağandır . “
- Şəxsi məlumatların toplanması və işlənməsi qanuni və müəyyən edilmiş məqsədə mütənasib olmalıdır.
- Məxfiliyə müdaxilə edən tədbirlər qanunla nəzərdə tutulmalıdır.
- Terrorist fəaliyyətdə şübhəli bilinən hər kəs yalnız əsaslı şübhələr olduqda və bu səbəblərdən xəbərdar edildikdə həbs edilə bilər.
- Terrorist fəaliyyətdə şübhəli bilinən şəxs qanunla müəyyən edilmiş müstəqil, qərəzsiz məhkəmə tərəfindən ağlabatan müddətdə ədalətli məhkəmə mühakiməsi hüququna malikdir. Onlar da təqsirsizlik prezumpsiyasından faydalanırlar.
- “Terrorist fəaliyyətə görə azadlıqdan məhrum edilmiş şəxsə hər cür şəraitdə insan ləyaqətinə lazımi hörmətlə davranmalıdır”.
- “Bir insan ölüm cəzasına məhkum olma təhlükəsi və ya işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan davranışa məruz qalma riski olan ölkəyə verilə bilməz”.
- “Dövlətlər heç bir zaman [. ] bu beynəlxalq sənədlərlə zəmanət verilmiş yaşamaq hüququnu, işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı olan qadağanı, bu cəzalar və tədbirlərin qanunilik prinsipini, həmçinin, cinayət qanunvericiliyinin retrospektiv təsirinin qadağan edilməsini poza bilməz”.
Terrorizmə qarşı mübarizə aparan dövlətlər tərəfindən aparılan bütün tədbirlər insan hüquqlarına və qanunun aliliyi prinsipinə riayət etməlidir, hər hansı bir özbaşınalıq formasını, habelə hər hansı bir ayrı-seçkilik və ya irqçi davranışı istisna etməlidir.
Avropa Şurasının İnsan Hüquqları və Terrorla Mübarizə üzrə Təlimatları
İnsan hüquqları və terrorizm
İnsan hüquqları və terrorizm anlayışlarının toqquşa biləcəyi iki əsas sahə var: birincisi, ən açıq şəkildə, terrorun özüdür; ikincisi isə terrora qarşı mübarizə aparmaq üçün rəsmi orqanlar tərəfindən qəbul edilə biləcək tədbirlər.
Terrorizmin müəyyənləşdirilməsindən, arxasında olan səbəblərdən və ya bununla məşğul olmaq üçün motivasiyadan asılı olmayaraq, əhalinin üzvlərini vahiməyə salmaq ən yaxşı halda onların ləyaqətini və şəxsi təhlükəsizliyini pozmaqdır və ən pis halda isə yaşamaq hüququnun pozulmasıdır. İnsan hüquqlarına dair qanunda məsələ elə də sadə deyil, çünki insan hüquqları haqqında qanun əsasən fərdlərin hüquqları və azadlıqları hökumət tərəfindən pozulmaqdan müdafiə etmək üçün hazırlanmışdır. Məsələn, bir terrorçu qrupu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət emək mümkünsüzdür!
Ancaq hökumətlər müəyyən öhdəliklərə malikdirlər: birincisi, vətəndaşları öz şəxsi təhlükəsizliyinə hücumlardan müdafiə etmək baxımından; ikincisi, terror hücumlarından əziyyət çəkən qurbanları kompensasiya etmək baxımından; və üçüncüsü, əlbəttə, terrorizmlə məşğul olmamaq baxımından.
Sual: Mülki şəxslərə qarşı istifadə edilən silah ixrac edən bir ölkə silahların istifadə olunmasına görə məsuliyyət daşımalıdır? Hökumətinizin hansı qruplar və ya ölkələrə silah satdığını bilirsiniz?
Terrorizmə qarşı mübarizəyə dair bir sıra insan hüquqları məsələləri ortaya çıxır və hökumətin əhalini qorumaq üçün gördüyü tədbirlər və bunu etmək üçün məhdudlaşdırılmalı olduğu hüquqlar arasında ziddiyyət yarana bilər.
Gizli icraatlar
Avropa Şurası Parlament Assambleyası üçün Dik Marty tərəfindən 2006-cı ildə yazılan hesabat müxtəlif Avropa ölkələrinin Amerika Birləşmiş Ştatlarına şübhəli bilinən terroristləri işgəncə ilə üzləşdikləri ölkələrə “vermək” üçün etdiyi yardımları nəzərdən keçirir. Hesabatda bildirilmişdir ki, 7 ölkə – İsveç, Bosniya-Herseqovina, Böyük Britaniya, İtaliya, Makedoniya, Almaniya və Türkiyə – “xüsusi şəxslərin hüquqlarının pozulması” üçün məsuliyyətə cəlb edilə bilərlər, çünki onlar fərdlərin bir neçə il mühakiməyə cəlb edilmədən işgəncəyə məruz qalaraq saxlanmasına səbəb olan proqrama dəstək veriblər. İspaniya, Kipr, İrlandiya, Yunanıstan, Portuqaliya, Rumıniya və Polşa da daxil olmaqla, digər ölkələr də ABŞ-la “razılaşmada” günahlandırılıblar. Marty Rumıniya və Polşanın gizli həbs mərkəzlərinin yaxınlığında saxlanılan məhbus məntəqələri olduğunu sübut etmək üçün dəlil tapdığını söylədi.
Müasir münaqişələrdə qadın olmaq əsgər olmaqdan daha qorxuldur.
General-mayor Patrick Cammaert, 2008 (keçmiş Konqo DR BMT Sülhməramlı əməliyyatlar komandiri)
Münaqişə qurbanları
Müharibə və terrorizm çox sayda insana dəhşətli və davamlı təsir göstərir. Münaqişə zamanı ölümlər yalnız bir elementdir: psixoloji travma, fiziki və iqtisadi infrastrukturun çökməsi, insanların yerini dəyişməsi, yaralanma, xəstəlik, yemək, su və enerji qaynaqlarının olmaması, etibarın və normal insan əlaqələrinin parçalanması və digərləri. Bu təsirlər gələcək nəsillər üzərində davam edə bilər.
Dövlətlərarası müharibələrin azalması, vətəndaş müharibələrinin artması və müharibənin yeni metodları ilə mülki əhali daha çox təhlükə altında qalır və peşəkar əsgərlərə nisbətən daha yüksək itkilərə məruz qalır. BMT-nin Qadınlar Təşkilatı hesab edir ki, müasir münaqişələrdə itkilərin əksəriyyəti, 90% -dən çoxu qadın və uşaqlar olan mülki şəxslərdir. Təcavüz və cinsi zorakılıq müharibə silahı, cəmiyyətləri təhqir etmək, onlara hökmranlıq etmək və qorxutmaq üçün bir taktika kimi istifadə olunur.
Silahlı qarşıdurmalarda qadınlar
2000-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurası silahlı münaqişədə qadınların qarşılaşdığı problemləri həll etmək üçün 1325 saylı qətnamə qəbul etmişdir. Qətnamə münaqişələrin həlli və sülh quruculuğu ilə bağlı qərarların qəbul edilməsində bütün səviyyələrdə iştirakı tələb edir. Təhlükəsizlik Şurası həmin vaxtdan etibarən daha dörd qətnamə qəbul etmişdir. Bu beş sənəd üç əsas hədəfə yönəlir:
– Qərarların qəbul edilməsində qadınların iştirakının gücləndirilməsi
– Cinsi zorakılıq və cəzasızlığın sonlandırılması
– Hesabatlılıq sisteminin təmin edilməsi
Uşaq əsgərlər
Müharibədə, xüsusən son on il ərzində acınacaqlı bir hal qəddar münaqişələrdə əsgərlər olaraq uşaqların istifadəsidir. Uşaq əsgərlər dünyanın bütün bölgələrində mövcuddur və ən çox qarşıdurmalarda iştirak edirlər. Bununla belə, problem xüsusilə Afrikada aktualdır, burada doqquz yaşdan kiçik olan uşaqlar silahlı münaqişədə iştirak edirlər. Uşaq əsgərlərinin əksəriyyəti 14 və 18 yaş arasındadır. Uşaq əsgərlər həm üsyançı qruplar, həm də hökumət qüvvələri tərəfindən işə götürülür.
BMT-nin Uşaq Hüquqları Konvensiyası dövlət tərəfindən 15 yaşınadək olan uşaqların hərbi əməliyyatlarda iştirak etməməsini təmin edilməsini tələb edir. Ancaq bu, çoxları tərəfindən aşağı bir yaş göstəricisi olaraq qarşılanmış və ən azı 18 yaşa qədər yüksəltməyə təşəbbüs göstərilmişdir. Uşaqların silahlı münaqişəyə cəlb olunmasına dair Uşaq Hüquqları haqqında Konvensiyaya Əlavə Protokol (2011-ci ilin noyabr ayından etibarən 143 tərəfdaş dövlətlə) minimum yaşı 18-ə yüksəltdi.
Avropa ölkələrində uşaqlar 17 yaşınadək işə qəbul edilmir və əsgərlər 18 yaşınadək döyüşə göndərilmir. Böyük Britaniyada ən aşağı işə qəbul yaşı 16-dır və bu yalnız təlim məqsədləri üçündür. Böyük Britaniya BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən buna görə geniş şəkildə tənqid olunur. Çeçenistanda 18 yaşdan kiçik uşaqların üsyançı qüvvələrə xidmət etdiyi bildirilir.
Gənclər, müharibə və terrorizm
2011-ci ildə Nobel Sülh Mükafatı Ellen Johnson Sirleaf, Leymah Gbowee və Tawakkul Karmana “qadınların təhlükəsizliyi və qadınların hüquqları və onların sülh quruculuğu işində tam iştirak etməsi uğrunda apardıqları zorakı olmayan mübarizəyə görə” birgə verilmişdir.
Gənclər bir çox yollarla müharibəyə görə narahat edilirlər. Yuxarıda göstərilən uşaq əsgərlərinin işi ilə yanaşı, gənclər, xüsusilə ölkələrdə milli hərbi xidmət dövrlərində, əsgərlərin əksəriyyətini təşkil edirlər. Buna görə də, gənclərin müharibə qurbanlarının cəbhəsində olduğu deyilə bilər. Professionallaşmış ordularda əksər hallarda silahlı qüvvələrə daxil olanlar aztəminatlı sosial mənşəli gənclərdir, çünki onların layiqli yaşayış qazanmaq imkanları azdır.
Mən nə etdim? . Biri ərini, biri atasını, biri uşağını, biri doğulmamış uşağını itirdi . Cəsədlərin bu dağıntıları nədir? Bu zəfər yoxsa məğlubiyyət izləridir? Bu, qarğalar, quzğunlar pislik və ya ölümün carçısıdır?
Aşoka
YGənclər, 2005-ci ildə Londondakı hücumlarda göründüyü kimi, motivasiyasından asılı olmayaraq, mümkün terrorist qruplar tərəfindən hədəf alınırrlar. Bu, çox vaxt gənclərin yaşadıqları şəxsiyyət axtarışlarını ilə bağlıdır və bu zaman onlar ekstremist ideyalara və ideallara həssas olurlar. Gənclər 2011-ci ildə Norveçdəki hücumlarda və Qafqazdakı məktəblərə hücumlarda olduğu kimi terror hücumlarının xüsusi hədəfi ola bilərlər.
Gənclər təşkilatları ənənəvi olaraq müharibə cəfəngiyatı və nəticələri barədə məlumatlılığın artırılmasında mühüm rol oynayıblar. Birinci Dünya müharibəsidən sonra bir sıra razılaşma və mübadilə proqramları yaradılmışdır; Onların bir çoxu bu gün də mövcuddur, məsələn, könüllü gənclik layihələri və işgüzarlarını təşviq edən Sülh üçün Xristian Hərəkatı/Sülh Üçün Gənclik hərəkatı buna nümunə olaraq göstərilə bilər.
Avropa Vicdan Etirazı Bürosu, əsgərlikdən azad olunmanın vicdani hüququnun tanınması üçün Avropa və hüdudlarından kənarda fəaliyyət göstərir. Bu həm də öldürməkdən imtina etmək hüququdur.
Beynəlxalq Müharibə Əleyhdarları 1921-ci ildə yaradılan beynəlxalq bir hərəkatdır: “Müharibə insanlığa qarşı bir cinayətdir, buna görə də, istənilən müharibəni dəstəkləməməli və hər cür müharibə səbəblərinin aradan qaldırılması üçün səy göstərməliyəm”. Bu hərəkat zorakılığın aradan qaldırılmasına və barışdırmağa kömək edir və vicdani imtina hallarında əsgərlikdən yayınan və fərarilik edən şəxslərə sığınacaq dəstəyi verir.
Terrorizmin mənası
Terrorizm a əhaliyə terror aşılamaq üçün müəyyən ekstremist təşkilatlar tərəfindən istifadə edilən şiddət formasıümumiyyətlə siyasi, ideoloji və ya dini məqsədlər üçün.
Terrorizm müxtəlif formalarda fəaliyyət göstərir fiziki zorakılıq (adam qaçırma, qətllər, hücumlar, işgəncə və s.) və ya mənəvi şiddət (malların, partlayıcı maddələrin, atəşlərin məhv edilməsi), mülki əhaliyə qarşı və ya bəzi hərbi hədəflərə qarşı sosial həyəcan yaratmasına və təsir göstərməsinə və ya hökumətləri və cəmiyyətləri terrorçuların hədəflərini maraqlandıran bəzi qərarlar qəbul etməsinə və ya etməməsinə məcbur etmək üçün dəfələrlə və seçilmədən həyata keçirilən.
Terrorizm, bəzi idealları müdafiə etmək üçün özlərini siyasi təşkilat elan edən milli və ya qlobal səviyyədə bir çox təşkilat tərəfindən istifadə olunur. Bu mənada, onlar sağ və ya sol, siyasi və ya dini, müstəmləkəçi və ya müstəqil, inqilabi və ya mühafizəkar təşkilatlar ola bilərlər.
Beləliklə, terrorizm anlayışı güclü bir siyasi ittihamdan irəli gəlir ki, bəzən hökumətlərin və ya siyasi təşkilatların spikerləri tərəfindən düşmənlərini ittiham etmək və mübarizələrini leqallaşdırmaq üçün istifadə olunur. Eyni şəkildə, bu qədər ixtisaslı olanların bunu rədd etmələri olur, çünki döyüşlərinin qanuni olduğunu düşünürlər.
Beynəlxalq terrorizm
Terror milli sərhədləri aşan səviyyələrdə ortaya çıxdıqda və dünyanın müxtəlif ölkələrində və bölgələrində müəyyən təşkilati strukturlara sahib qruplar tərəfindən beynəlxalq səviyyədə tətbiq edildikdə, beynəlxalq terrorizmlə məşğul olduğumuz deyilir. Bu tip terrorizmin məqsədləri və ölçüləri ilə əlaqədar bəzi xüsusiyyətləri var. Bu mənada beynəlxalq terrorizm bu təşkilatlar tərəfindən dünyanın müxtəlif yerlərində törədilən şiddət hadisələri, adam qaçırma və ya hücumlar şəklində olur. Ümumiyyətlə müəyyən ideoloji, siyasi və ya dini hədəfləri var. Beynəlxalq terrorizmin nümunələri 11 sentyabr 2001-ci il, bunlar 11 Mart 2004 Madriddəvə ya bunlar 13 Noyabr 2015 Parisdə.
Dövlət terrorizmi
Dövlət terrorizmi, bir ölkənin dövlət qurumları tərəfindən terror aşılamaq məqsədi ilə əhaliyə qarşı tətbiq olunan terror adlanır. Müəyyən siyasi hədəflərə çatmaq üçün psixoloji və fiziki şiddətdən istifadə edir. Dövlət terrorizmi açıq şəkildə və ya gizli şəkildə siyasi rejimə qarşı çıxan insanlara qarşı edilən adam qaçırma, itkin düşmə, işgəncə, sui-qəsd və ya məhkəmədən kənar edam şəklində olur. Bu növ tətbiqlər Latın Amerikasındakı hərbi diktaturalar tərəfindən 20-ci əsrin çox hissəsində istifadə edilmişdir.
Terror anlayışları
Dünyada razılaşdıqları terrorizmin rəsmi təsviri yoxdur və təriflər kimin təyin etdiyini və hansı məqsədlə istifadə etdiyinə çox güvənirlər. Bəzi təriflər terrorçu taktikaya, termini müəyyən etmək, digərləri isə aktyora yönəlir. Halbuki, digərlər kontekstə baxır və hərbi və ya olub olmadığını soruşurlar.
Yəqin ki, biz hamımızın razılığa gələ biləcəyimiz mükəmməl tərifə heç vaxt gəlməyəcəyik, baxmayaraq ki, hər şeyə şiddət və ya təhlükə kimi baxırıq. Həqiqətən terrorizmin yalnız müəyyən keyfiyyəti, “terrorizm” və ya “terrorist” ziddiyyətli bir hərəkətin haqlı olub olmadığına dair fikir ayrılıqları olduqda (və özlərini haqlı olanlar ” “və ya” azadlıq döyüşçüləri “və s.). Beləliklə, bir mənada, terrorun şiddətin (və ya şiddət təhdidinin) olduğu vurğulanmaq ədalətli ola bilər ki, bu zorakılığın istifadəsi ilə bağlı fikir ayrılığı olacaq.
Ancaq bu, heç kimin terrorizmi müəyyən etməyə çalışmadığı anlamına gəlmir! Terror hərəkətlərini təqib etmək və ya onları müharibədən və digər zorakılıqlardan ayırd etmək üçün milli və beynəlxalq qurumlar, eləcə də digərləri termini müəyyən etməyə çalışırlar. Burada ən çox istinad edilən bəzi təriflər.
02/10
Millətlərin Liqası Konvensiyası Terrorizm Tədqiqi, 1937
1930-cu illərdə etnik separatçı şiddət, dünya müharibəsi və sülhü təşviq etmək, ilk dəfə terrorizmi müəyyənləşdirmək üçün Dünya müharibəsindən sonra formalaşan Millətlər Birliyini təhrik etdi:
Bütün cinayət əməlləri bir dövlətə qarşı yönəldilmiş və xüsusi şəxslərin və ya bir qrup şəxsin və ya ümumi ictimaiyyətin nəzarəti altında terror vəziyyəti yaratmaq üçün nəzərdə tutulmuş və ya hesablanmışdır.
03/10
Çoxtərəfli konvensiyalar vasitəsilə müəyyən edilmiş terrorizm
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsi 1963-cü ildən bəri imzaladığı 12 universal konvensiya (beynəlxalq müqavilələr) və terrorizmlə mübarizə protokollarını birləşdirdi. Bir çox dövlətlər bunları imzalamamış olsa da, müəyyən hərəkətlərin terrorizm kimi sayıldığını (məsələn, oğurluq bir təyyarə) imzalayan ölkələrdə təqib etmək üçün vasitələr yaratmaq.
- Aviasiya təhlükəsizliyi, qaçırma, bombalama, terrorist maliyyə və daha çox konvensiya və protokolların orijinal mətnləri üçün burada əlaqə tapın .
04/10
ABŞ Müdafiə Nazirliyi Terrorun Təsviri
Müdafiə Departamenti, Hərbi Terimler Sözlüğü, terrorizmi aşağıdakı kimi tanımlar:
Qeyri-qanuni şiddət və ya qanunsuz zorakılıq təhdidi qorxu törətmək üçün hesablanmış istifadə; ümumiyyətlə siyasi, dini və ya ideoloji olan məqsədlərə nail olmaq üçün hökumətləri və ya cəmiyyətləri təhqir etmək və ya təhqir etməkdir.
05/10
ABŞ Qanununa əsasən terrorizm anlayışı
Amerika Birləşmiş Ştatları Qanunvericiliyi Məcəlləsi – bütün ölkəni tənzimləyən qanun – Terrorizmə dair illik hesabatın Dövlət katibi tərəfindən hər il Konqresə təqdim edilməsi tələbinə uyğundur. ( ABŞ Kodu 22-ci bənddən, S.38, Para 2656f (d)
(d) Təriflər
Bu bölmədə istifadə olunduğu kimi –
(1) “beynəlxalq terrorizm” termini vətəndaşları və ya birdən çox ölkənin ərazisini əhatə edən terrorizm deməkdir;
(2) “terrorizm” termini submilli qruplar və ya gizli agentlər tərəfindən qeyri-məcburi hədəflərə qarşı törədilmiş, siyasi motivli zorakılıq deməkdir;
(3) “terrorçuluq qrupu” termini hər hansı bir qrupu, yaxud fəaliyyət göstərən əhəmiyyətli alt qrupları, beynəlxalq terrorizm deməkdir;
(4) “ərazilər” və “ölkənin ərazisi” termini ölkənin torpaqlarını, sularını və hava sahəsini ifadə edir; və
(5) “terrorist müqəddəs” və “müqəddəs yer” ifadələri ölkənin ərazisində bir sahə deməkdir –
(A) terrorçu və ya terror təşkilatı tərəfindən istifadə edilən-
(i) təlim, maliyyələşdirmə, maliyyələşdirmə və işə götürmə daxil olmaqla terror fəaliyyətini həyata keçirmək; və ya
(ii) tranzit nöqtəsi kimi; və
(B) Hökumət açıq şəkildə razılıq verdiyi və ya biliyi ilə öz ərazisinin belə istifadəsinə imkan verən, tolerantlıq edən və ya həssas edən,
(i) 50-ci Əlavəyə Əlavənin 2405 (j) (1) (A) bölməsi;
(ii) bu başlığın 2371 (a) bölməsi; və ya
(iii) bu başlığın 2780 (d) bölməsi.
06-dan 10-a
Terrorizmin FBI tərifi
FBI terrorizmi aşağıdakı kimi təyin edir:
Hökuməti, mülki əhalini və ya onun hər hansı bir seqmentini siyasi və ya sosial məqsədlərə çatdırmaq üçün təhqir etmək və ya zorlamaq üçün şəxslərə və ya əmlaka qarşı zorakılıq və ya zorakılıqdan qanunsuz istifadə.
07/10
Terrorizmin Böhranı üçün Ərəb Konvensiyasından tərif
Daxili İşlər Nazirləri Şurasının və Ərəb Ədliyyə Nazirləri Şurasının 1998-ci ildə Qahirədəki Misirdə qəbul etdiyi Terrorizmin Böhlmə üzrə Ərəb Konvensiyası. Konvensiyada terrorizm aşağıdakı kimi müəyyən edilmişdir:
Hər hansı hərəkət və ya zorakılıq təhdidi, fərdi və ya kollektiv günahlandırma gündəliyində irəlilədikdə və insanlar arasında vahimə yaratmaq, qorxuya düçar etmək, ya da həyatı, azadlığı və ya təhlükəsizliyini təhlükə altında yerləşdirmək istəyi, ya da ətraf mühitə və ya ictimai və ya xüsusi tikililərə və ya əmlaka ziyan vurmaq, yaxud işğal etmək və yaxud ələ keçirmək və ya milli qaynaqları təhlükə altına almaq istəyərkən.
08/10
Xristian Elm Monitöründən Terror Təlqinləri üzrə Interaktiv Series
Xristian Elm Monitoru Terrorizmin Perspektivləri adlı çox yaxşı interaktiv yüklənə bilən bir seriya yaratmışdır: Terrorun təriflərini araşdıran Xəttin Defini. (Qeyd edək ki, tam versiya 800 x 600-də flaş fiş və minimum ekran çözünürlüğü tələb edir).
Buna Terrorizmin Perspektivləri daxil edilə bilər.
09/10
Xristian Elm Monitöründən Terror Təlqinləri üzrə Interaktiv Series
10-dan 10-a
Comments are closed, but trackbacks and pingbacks are open.