Vətəndaşların bank kartlarına qanunsuz müdaxilələr var – GÜNAHKAR KİMDİR
Kredit kartının hədiyyələri
Sual: Kredit kartından istifadə etdikdə verilən hədiyyə ballarını, telefon konturlarını istifadə etmək caizdirmi?
CAVAB
Bəli, bir zərəri yoxdur.
Tesco kredit kartına nə qədər qaytarmalı olduğumu necə görə bilərəm?
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə İqtisadiyyat Kredit borcuna görə cəza: Borclu vətəndaşlar üçün həbs təhlükəsi
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Oktyabr 13, 2017 – 13:32
!Reklam – Yazi
Banklara olan kredit borcunu qaytara bilməyən vətəndaşlar barəsində həbs cəzasının tətbiqi məsələsi gündəmə gətirilib.
Yenicag.az xəbər verir ki, Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir. Məlumata görə, Cinayət Məcəlləsinin qeyd edilən maddələrinə təklif olunan dəyişikliklərdə aşağıdakı müddəalar yer alır: “Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Maddə 196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”. Bildirilir ki, qanun layihəsi oktyabrın 20-də Milli Məclisin müzakirəsinə çıxarılacaq (Modern.az). Bu barədə Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa kredit borcunu ödəyə bilməyən vətəndaşlara qarşı cəzaların sərtləşdirilməsinin deyil, onlara yönələn güzəştlərin tətbiqinin tərəfdarı olduğunu deyib: Fazil Mustafa “Mənim fikrimcə, kredit borcu olan vətəndaşlara müəyyən səbəblərdən yanaşma fərqli olmalıdır. Ən əsası, vətəndaşların borc məsələsində vəziyyətlərini yüngülləşdirəcək addımlar atılmalıdır. Bu addımlar atılmasa, vətəndaşların əksəriyyəti borc yükünün altından qalxmaq imkanına malik deyil. Dövlət tərəfindən xüsusi komissiya yaradılaraq, o kreditlərin kimlər tərəfindən hansı məqsədlərlə (ehtiyac, fırıldaq, asan gəlir əldə etmək və s.) götürüldüyü araşdırılmalıdır. O baxımdan, hesab edirəm ki, belə məsələlərdə müəyyən problemlərin qalması təəccüblü deyil. Əvvəllər də dəfələrlə deyilib ki, yaranmış vəziyyətdə kreditlərin ödənilməsi üçün vətəndaşlara güzəşt edilməli və bu məsələdə dövlət öz dəstəyini verməlidir. Yəni vətəndaşın ondan asılı olmayan səbəblər üzündən kredit borcunu ödəyə bilməməsi nəzərə alınmalıdır. Belə vəziyyətdə vətəndaşa həbs cəzası tətbiq edilməkdənsə, güzəşt olunması daha məqsədəuyğundur”. İqtisadçı Vüqar Bayramov isə mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında vətəndaşların kredit borcuna görə həbs cəzasına məruz qalmalarının qəbuledilməz olduğunu deyib: Vüqar Bayramov “Kredit borclarına görə vətəndaşların həbs olunması nə arzuediləndir, nə də qəbulolunan. Bu məsələdə vətəndaşlarla şirkətləri bir-birindən fərqləndirmək lazımdır. Çünki bəzi şirkətlər yetərincə iri məbləğdə kredit götürüblər və o vəsaitlərdən doğru istifadə etməyiblər. Beynəlxalq Bank nümunəsi də göstərir ki, həmin şirkətlərlə bağlı belə addımlar atıla bilər. Ancaq kredit borcu olan vətəndaşların həbs olunması qətiyyən məqbul deyil. Ümumiyyətlə, kredit borcuna görə həbs cəzası tətbiq edən ölkələrin sayı azdır və inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunmur. Nəzərə alınmalıdır ki, götürülmüş kreditlərin qaytarılmaması bir çox hallarda sırf vətəndaşla yox, digər səbəblərlə bağlı problemdir. Xüsusilə, xarici valyutada olan kreditlərin qaytarılmaması həmin kreditlərin borc faizlərinin vətəndaşdan asılı olmayan artımı ilə əlaqədardır. Eyni zamanda, bankların kreditlər üçün olduqca yüksək faiz dərəcələri müəyyənləşdirmələri də bu problemin əsas şərtlərindəndir. Ona görə də vətəndaşların kredit borclarına görə qanunvericiliyin sərtləşdirilməsi və həbs cəzalarının tətbiqinə nə ehtiyac, nə də zəmin yoxdur. Rusiya və digər ölkələrin təcrübəsi göstərir ki, belə hallarda vətəndaşlara müəyyən güzəştlərin tətbiq edilməsi daha münasibdir, nəinki onların sərt şəkildə cəzalandırılması… Kredit borclarının yığılmasına görə bankların məsuliyyəti də mütləq nəzərə alınmalıdır. Etiraf edək ki, əksər özəl banklar 2014-cü ilə qədər kreditlərin verilməsi zamanı vətəndaşın o borcu qaytarmaq riskini düzgün qiymətləndirməyiblər. Həmçinin, banklar bir çox müştərilərinin ödəniş qabiliyyətini təsdiqləyən sənədləri də doğru-düzgün araşdırmadan onlara kredit veriblər. Nəticədə də belə acınacaqlı vəziyyət yaranıb. Ona görə də vətəndaşlara qarşı həbs cəzası deyil, onlara güzəştlərin tətbiqinin daha məqbul və zəruri olduğunu düşünürəm”. A. Zeynalov
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Vətəndaşların bank kartlarına qanunsuz müdaxilələr var – GÜNAHKAR KİMDİR?
Son dövrlərdə Azərbaycan vətəndaşlarının kəşbek və depüt kartlarından heç bir səbəb olmadan müəyyən miqdarda vəsaitlərin qanunsuz silinməsi halları baş verir. Bu hal daha çox Kapital Bankın müştərilərə təqdim etdiyi “Birkart” kəşbek kartlarında baş verir.
Bununla bağlı Bizim.Media-ya müraciət edən Bakı şəhər sakini, jurnalist İlhamə Əli, bir neçə gün əvvəl “Birkart-kəşbek” kartına qanunsuz müdaxilə olunduğunu bildirdi.
Yalnız “Trendyol” və başqa bir ticarət platformasına qoşulduğunu və onlarla alış-veriş etdiyini söyləyən İlhamə xanım qeyd etdi ki, ABŞ-a məxsus adı açıqlanmayan bir bankdan kartına daxil olaraq, heç bir səbəb olmadan 9,99 USD, yəni 17 manata yaxın pul tutulub.
İ.Əli bununla bağlı Kapital Bankın əvvəlcə müştəri midməti, sonra isə mətbuat xidməti əlaqə yaradıb və bu barədə onlara məlumat verib. Cavabında isə, bu barədə kömək edə bilməyəcəklərini bildiriblər və buna görə də Daxili İşlər Nazirliyinə müraciət etməsini tövsiyə ediblər.
İş orasındadır ki, problem təkcə İlhamə xanımla bitmir. May ərzində daha bir neçə vətəndaşın “Birkart-kəşbek” kartına müxtəlif ölkələrin bankları tərəfindən icazəsiz müdaxilələr edilib və müxtəlif məbləğlərdə vəsait çıxarılıb. Bu da onu göstərir ki, bank müştərilərinə aid məlumatlar kifayət qədər qorunmur.
Mövzu ilə fikirlərini açıqlayan sosial media və kibertəhlükəsizlik üzrə ekspert Şəhriyar Tağızadə Bizim.Media-ya açıqlamasında bildirib ki, kimsə hər hansı bir platformaya qoşulmasa, onun pul kartından vəsaitin çıxarılmasına icazə yoxdur:
“Hətta kart məlumatlarını heç kim öyrənə bilməz. Elə ödəniş sistemləri var ki, ödəniş çıxan zaman mütləq şəkildə “3D security” kodu tələb edir. Əgər həmin xanımın kartından pul silinibsə, deməli, kartını mobil telefon vasitəsilə ya “Google”a, ya da “Apple”a əlavə edib və nəyinsə ödənişini edib.
Brauzerlərdə “cook” deyilən bir vasitə var, yəni əgər bir şəxs gün ərzində komputer və ya telefon vasitəsilə hansısa iş görürsə, “cook” sisteminə əlavə olunur.
Bunu da öyrənməyin yalnız bir üsulu var. Kartı hansısa bir sayta və ya ticarət platformasına əlavə etdikdə, “Google Chrome” və ya başqa bir brauzer kart məlumatlarının yaddaşa salınıb-salınmaması ilə bağlı təklif göndərir. Əgər məlumatlar yaddaşa salınırsa, istənilən şəxs “cook” vasitəsilə komputerdə görülən istənilən işi təyin edə və hesablara daxil ola bilər.
Buna görə də platformalarla ticarət əməliyyatları aparan şəxslərə təklif olunur ki, “Google Chrome”dakı işlərini bitirdikdən sonra ayarlara daxil olaraq, bütün keş məlumatlarını silsinlər. Keş silindikdən sonra vətəndaş öz təhlükəsizliyini təmin etmiş olur”.
Ş.Tağızadə onu da bildirib ki, banklar arasında Kapital Bank texniki cəhətdən çox zəifdir:
“Bu bank qədər texniki problem yaşayan başqa bir bank yoxdur. “Birbank” sisteminə daxil olan proqram hər gün müəyyən saatlarda işləmir. Dünən də (mayın 6-da – red:) bu sistemdə problem vardı və heç kim kartdan-karta ödəniş edə bilmirdi.
Hətta digər banklar da bu banka köçürmə edə bilmədilər. Deməli, “Kapital Bank” hələ də öz sistemini təmir edə bilmir. Bankın işçiləri də texniki problemin hansı səbəbdən baş verdiyini izah edə bilmirlər”.
Onun sözlərinə görə, bəzən banklar səhvən hər hansı karta köçürmə edir, yaxud da həmin kartdan pul silir:
“Bunu da daha çox Azərbaycan bankları edirlər, amma səhvi etiraf etmirlər. Ümumiyyətlə, bəzi banklarımızın müştərilərinin məlumatlarının toxunulmazlığı, texniki və kebertəhlükəsizliyin təmin olunması baxımından fəaliyyəti çox zəifdir. Çünki, ciddi boşluqlar var.
Əgər bir vətəndaş başqa birinin kartından pul oğurlasa, banklar həmin məbləğin 40 gün ərzində geri qaytarılacağını bildirir. Halbuki, xarici banklarda problem 3 iş günü ərzində həll olunur”.
Ekspert vurğulayıb ki, Azərbaycanda hakerlikdən bir qədər anlayışı olan istənilən şəxs bank sistemlərinə daxil olaraq, heç bir əziyyət çəkmədən şifrələri qıra və istənilən əməliyyatı həyata keçirə bilər.
Rövşən Ziya, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Kredit götürmək və kredit kartından istifadə etmək
Sual: Bank krediti ilə ev və avtomobil almaq caizdirmi?
CAVAB
Zərurət olmasa da ev nəfəqəyə aid olduğu üçün evi olmayanın kreditlə ev alması caiz olar, lakin zərurətsiz avtomobil və ya ticarət üçün kredit götürmək olmaz. Komissiya haqqı adlanan bir miqdar pul alınaraq, faizsiz kredit verilərsə, belə verilən krediti də götürmək caizdir.
Sual: Hər növ alış-verişdə kredit kartından istifadə etmək caizdirmi?
CAVAB
Kredit kartından istifadə etmək caizdir. Kredit kartı ilə bir malı taksitlə daha bahasına almaq da caizdir. Zərurətsiz kredit kartından nəğd çəkib, faiz ödəmək caiz deyildir. Bir də, zərurət olmadıqca kredit kartı borcunu vaxtında ödəməyib, qalanı üçün cərinə ödəmək caiz deyil. Həmçinin, kommunal ödənişləri də ödəməyib, cərimə ödəmək caiz deyildir. Pul olmayıbsa və ya unudaraq gecikdirilibsə, günah olmaz.
Faizlə kredit götürmək
Sual: Ev və qida kimi nəfəqəyə daxil olan şeylər istisna olmaqla, zərurətsiz kredit götürüb, faiz ödəmək caiz deyil. Nəfəqəyə daxil olmayanların caiz olması üçün bir yol, bir çarə yoxdurmu?
CAVAB
Zərurət olduqda faizlə də kredit pul götürmək caizdir, çünki “Zərurət haramları mübah qılar” buyurulur. Elə bir iş var ki, zərurətə girərmi-girməzmi bilinmirsə, belə hallarda faizsiz pul almağın bir neçə yolu belədir:
1- Dövrümüzdə kredit kartıyla alış-veriş etmək mümkündür. Bir mal taksitlə, kredit kartıyla 500 manata alınıbsa, bu malı başqasına 450 manata sata bilərik.
2- Kredit kartıyla bir qızılı taksitlə 500 manata almışıqsa, başqa zərgərə nəğd pulla 450 manata sata bilərik.
3- Əmələ gələcək faizə xidmət haqqı, komissiya haqqı kimi bir şey deyilirsə, yenə faizsiz alınmış sayılır, çünki alış-verişdə, hədiyyədə, and içməkdə, nikahda, nəzirdə niyyətə, məqsədə deyil, sözə baxılır.
4- Avtomobil, iş yeri, avadanlıq kimi bir şey alarkən, kredit təşkilatı və ya hər hansı bir bank almaq istənilən şeyi özü alıb vədəli olaraq daha bahalı satarsa, məsələn, 3 min manatlıq malı 4 min manata satarsa faiz olmaz, caiz olar.
Yəni dinimizə tabe olmaq istəyənə, bir çarə tapılar.
Nəfəqə və faiz
Sual: Din kitablarında, “Nəfəqə, qida, geyim və məskəndir” deyə bildirilir. Bunların birini təmin edə bilməyən bir kimsə zərurət qarşısında faizsiz borc tapa bilməsə, nəfəqəsini təmin edə biləcək miqdarda faizlə borc pul alması caiz olarmı?
CAVAB
Bəli, zərurət olduqda nəfəqə üçün caiz olar. (Əşbah şərhi, Uyunül-bəsair)
Avtomobil almaq
Sual: Müasir dövrün şərtlərində bank krediti ilə avtomobil almaq caizdirmi?
CAVAB
Müasir dövrün şərtlərində Bakı kimi böyük şəhərlərdə, Müsəlmanın özünü və ailəsini günahdan qorumaq üçün avtomobil almaq şərt olub, çünki haramdan qurtulmaq üçün çalışmaq fərzdir. Haram işləmə təhlükəsi yoxdurs,a avtomobil almağa ehtiyac yoxdur. Zərurət olduqda bankdan kredit götürmək də caiz olar. Əsas odur ki, avtomobilin zərurət olub- olmadığını müəyyən etməkdir.
Kredit kartındakı ballar
Sual: İki və ya daha artıq ortaqlı şirkətlərdə aktiv olaraq çalışan və ya arxa planda olan ortaqlar şirkətin müəyyən etdiyi hissədə maaş alırlar. Şirkətin qazanc və zərərinə ortaq olurlar. Ortaqlardan biri şəxsi adına və ya şirkət adına qurulmuş olan bank və ya şirkətin kredit kartını şirkətə mal tədarükü üçün istifadə edir. Bu kartlarla xərclərə görə bal adı altında, nəğd pul və ya müəyyən bir alış-veriş qarşılığında yenə bal indeksli təyyarə bileti və ya bu qədər bu məkanda tətil kimi müxtəlif mənfəətlər verir. Bu alınan mənfəətlər şirkətə aiddir, yoxsa kredit kartı sahibinə aiddir? Həmçinin, şirkətin ortaqlarından birinə və ya işçilərindən birinə firmalardan müxtəlif hədiyyələr gəlir. Bu hədiyyələr şirkətə aiddir, yoxsa hədiyyə göndərilən şəxsə aiddir?
CAVAB
Kredit kartıyla şirkətə alınan mallardan əldə edilən mənfəətlərin və şirkəti təmsilən aldığı hədiyyələrin hamısı şirkətin haqqıdır. İşçi və ya ortaqlardan biri, mən şəxsi kredit kartımla aldım və ya hədiyyə mənim adıma gəldi deyərək bu hədiyyələri özü götürərsə, şirkətə xəyanət etmiş olar. Bir hədisi-şərif məalı belədir:
“Allahü təala buyurur ki: Ortaqlardan biri digərinə xəyanət etmədiyi müddətdə Mən iki ortaqdan üçüncüsüyəm. Xəyanət edərsə aralarından çəkilərəm.” [Əbu Davud]
Bir ortaqlıqdan ki, Allahü təala çıxarsa, oraya şeytan girər və o şirkətdə narazılıqlar başlayar. Bu hədiyyələr mənim səylərimlə gəldi, bu ballar mənim kredit kartıma aiddir deyərək sahiblənməyə çalışmaqdan çox çəkinmək lazımdır.
Kredit kartının hədiyyələri
Sual: Kredit kartından istifadə etdikdə verilən hədiyyə ballarını, telefon konturlarını istifadə etmək caizdirmi?
CAVAB
Bəli, bir zərəri yoxdur.
Kreditlə ev tikmək
Sual: S. Əbədiyyədə, “Heç bir ölkədə, heç kimdən, bankdan və kooperativdən, zərurət olmadıqca, heç bir səbəblə borc pul alıb, faiz ödəmək caiz deyildir” deyilir. Heç bir ölkə qeyd olunduğuna görə, Fransa, Almaniya kimi qeyri-müsəlman ölkələrdə də kreditlə ev almaq caiz olmur?
CAVAB
Qida, geyim və qalmaq üçün yer [ev] nəfəqəyə daxildir. Bunun üçün evi olmayan şəxsin Fransa, Almaniya kimi qeyri-müsəlman ölkələrdə kreditlə [faizlə] ev alması caizdir. Çünki yenə S. Əbədiyyədə deyilir ki:
Fransa, Almaniya darül-hərbdir. Mültəqada bildirilir ki, “Darül-hərbdə Müsəlmanla kafir arasında faiz olmaz.” Məcmaul-ənhürdə deyilir ki, hədisi-şərifdə, “Darül-hərbdə Müsəlmanla kafir arasında faiz yoxdur” buyuruldu.
Görüldüyü kimi, evi olmayanın kirayə ev tuta bilsə də, ev nəfəqəyə aid olduğu üçün əksəriyyət Müsəlmanların yaşadığı bir məhəllədən kreditlə ev almaq caiz olur. “Caiz olmaz” demək, bu mötəbər kitabları qəbul etməmək sayılır.
Tələbə krediti
Sual: Ehtiyacı olan bir tələbə verilən tələbə kreditini götürə bilərmi?
CAVAB
Ehtiyac olduqda caiz olar.
Ev nəfəqəyə daxildir
Sual: S. Əbədiyyədə, “Kirayə ev tutmaq varkən, ev satın almaq zərurət deyildir” deyilir. Bu ifadə, “Kirayə ev tutmağa gücü çatanın faizli kreditlə ev alması caiz deyildir” mənasına gəlməzmi?
CAVAB
Bəli, o mənadadır, amma bu hissəni S. Əbədiyyə kitabını hazırlayan mərhum Ustadımızdan soruşmuşduq. Bu hökmün qeyri-müsəlman ölkələr üçün keçərli olmadığını, məsələn, Avropadakı bir Müsəlmanın, ev nəfəqəyə daxil olduğu üçün kreditlə ev ala biləcəyini bildirmişdilər. Yəni kirayə ev tuta bilən də kreditlə ev ala bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.