ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ
Amma anomal hadisələrin tədqiqatı ilə məşğul olan beynəlxalq “Kosmik axtarış” cəmiyyətinin sədri Vadim Çernobrovun fikrincə, Teymurun qalıqları xüsusi hərbi təyyarəyə yığılaraq, Moskva cəbhəsinin təhlükəli əraziləri üzərində bir müddət uçub. Bu isə yoldaş Stalinin əmri ilə olub. Vadimin fikrinə görə, bu, müharibə zamanı baş verən birinci hadisə deyil. Başqa vaxtlarda da müəyyən xristian təbərrükləri təyyarəyə yığılaraq, cəbhə üzərindən “uçub”.
Teymurilər imperiyası
Əmir Teymur 1336-cı ildə Türküstanın Kiş şəhərinin Yaşılşəhər qəsəbəsində anadan olmuşdu. Çağatayların türkləşmiş Barlas tayfasının Gürgan qolundan idi (Gürgan gözəl deməkdir). Teymur 20 yaşında Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına hərbi işi öyrənməyə gəlir. O, hərbi yürüşlərdə Əmir Qazanın etimadını qazanır. 1356-cı ildə Xorasana hərbi yürüş zamanı Teymur düşmənin məğlub edilməsində fərqlənir, qiymətli hədiyyələrlə mükafatlanır. Əmir Qazan öləndən sonra hakimiyyətə oğlu Hüseyn gəlir və o, düşmənlərinə qarşı Teymurla ittifaqa girir. Teymur onun bacısı ilə evlənir. Teymur eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girir və Qaşqadərya vadisini idarə edir. Teymur və Toğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar.
Teymur və qayını Hüseynin ordusu 1365-ci ildə Toğluq Teymur tərəfindən məğlub edildi. Toğluq Səmərqənd üzərinə yeridi. Həmin il Səmərqənddə sərbədarilər hərəkatı (farsca «dara çəkilənlər» deməkdir), yəni İran və Mərkəzi Asiyada monqol əsarətinə qarşı xalq azadlıq hərəkatı baş verdi. Onlar əsasən Səmərqənd sənətkarlarından ibarət idi. Sərbədarilər qrupuna Əbubəkr Kələvi, mədrəsə tələbələri Mövlanzadə və Xurdaq, Buxari başçılıq edirdilər. Onlar Səmərqəndin müdafiəsini təşkil etdilər, xalqı silahlandırdılar. Toğluq Teymurun qoşunu Səmərqəndə girdi, lakin məğlub edildi. Üsyançılar bütün Səmərqənd vilayətində hakim oldular. Teymur ilə Hüseyn 1366-cı ildə özlərini üsyançıların tərəfdarı kimi göstərdilər, sonra isə üsyançılara divan tutdular (1366).
Teymurilər dövlətinin yaranması
Teymurla Hüseyn arasında mübarizədə 1370-ci ildə Teymur qələbə çaldı.Teymur sərkərdələrin qurultayında «Əmir» titulunu qəbul edir,Teymurilər dövlətinin əsasını qoydu. Teymur möhkəm dövlət yaratmağa, feodal dağınıqlığını ləğv etməyə, xalq hərəkatını yatırmağa çalışırdı. Teymur köçəri monqol əyanlarının etimadını doğrultmaq üçün işğalları genişləndirdi.
Teymur bütün Mərkəzi Asiyanı işğal etdi. 1388-ci ildə Urgənc dağıdıldı. Teymur digər qüdrətli rəqibi Qızıl Ordunu üç böyük yürüşdə (1389, 1391) məğlub etdi.
1380-1404-cü illərdə İran, Azərbaycan, Qafqaz, İraq, Suriya, Kiçik Asiya Teymurilər dövlətinə qatıldı. Sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Əmir Teymur Fransa kralı VI Karla (1368-1422) yazdığı məktubunda göstərirdi ki, «Dünya tacirlərin fəaliyyəti sayəsində şən və firavan olur». Teymur siyasətini həyata keçirmək üçün nüfuzlu ruhanilərdən də istifadə edirdi.
Əmir Teymur Hindistanın sərvətini və münbit torpaqlarını ələ keçirmək üçün bu ölkəyə hücum etdi. O, 1398-ci ildə Sultan Mahmudu məğlub edib Dehlini tutdu. 1399-cu ildə Teymur Səmərqəndə qayıtdı və bu münasibətlə bayram edildi.
Bundan sonra əsas rəqibi Osmanlı dövlətinə qarşı müharibəyə hazırlaşdı. Osmanlı sultanı İldırım Bayazidə məktub yazıb tabe olmasını tələb etdi. Sultan ona təhqiredici cavab məktubu yazdı. 1402-ci il iyulun 28-də Kiçik Asiyada Ankara düzənliyində onlar arasında döyüş baş verdi. Əmir Teymur döyüşdə fillərdən istifadə etməsi sayəsində qələbə çaldı və İldırım Bayazidi əsir aldı. O, İzmirə qədər irəlilədi. Bu döyüş Osmanlıları xeyli zəiflətdi və onların Avropanın içərilərinə doğru irəliləməsini ləngitdi.
Beləliklə, XIV əsrin sonu — XV əsrin əvvəllərində şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edən Teymuri imperatorluğu yaradıldı. Əmir Teymur imperiyasını genişləndirmək üçün Çinə yürüşə hazırlaşırdı. Bu yürüş ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat etdi.
Teymuri imperatorluğunun parçalanması
Əmir Teymur hələ sağlığında yaratdığı dövləti öz oğlanları və nəvələri arasında bölmüşdü. Xorasan, Gürcan, Mazandaran və Sistan mərkəzi Herat olmaqla Şahruha (1409-1447); Qərbi İran, Azərbaycan, İraq və Gürcüstan mərkəzi Təbriz olmaqla Miranşaha; Cənubi İran, Mərkəzi Asiya mərkəzi Şiraz olmaqla Ömər Şeyxə; Əfqamstan və Şimali Hindistan mərkəzi Qəznə olmaqla Pir Məhəmmədə verilmişdi. Teymuri dövləti mərkəzləşmiş dövlət deyildi. O, inzibati cəhətdən uluslara bölünmüşdü. Ulusların bir qismi tümənlərə çevrilmişdi, əmirlərə tümən rəisi titulu verilmişdi. Onlar müəyyən qədər əsgər verir, vergilərin yığılması və mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət edirdilər. Divan əmrlərin yerinə yetirilməsinə, maliyyə və hərbi işlərə baxırdı. Çingiz xandan fərqli olaraq, Teymur müəyyən iqtisadi məqsədlər də güdürdü. O, sənətkarlığın, ticarətin inkişafına diqqət yetirirdi. Onun səyləri nəticəsində Səmərqənd dünyada ən böyük ticarət, sənətkarlıq və mədəni mərkəzlərdən birinə çevirmişdi.
Əmir Teymurun ölümündən sonra daxili çəkişmələr, varislər arasında hakimiyyət uğrunda mübarizə Teymuri dövlətini zəiflətdi və onun parçalanmasını sürətləndirdi. Əmir Teymur ölərkən iki oğlu — Miranşah və Şahruh sağ idilər. Lakin o, nəvəsi Pir Məhəmməd Mirzəni vəliəhd elan etmişdi. Pir Məhəmməd babasının sağlığında Əfqanıstan və Hindistanı idarə edirdi. O, babasının hüzr yerinə gecikdiyinə görə əyanlar Miranşahın oğlunu hökmdar elan etmişdilər. Şahruh bundan narazı qalmışdı. Pir Məhəmməd qoşun toplayıb Səmərqəndə hücum etsə də, məğlubiyyətə uğramışdı. Teymurun digər nəvəsi Xəlil Mirzə onu geri oturtmuşdu.
Teymurun oğlu Şahruh dövlətin paytaxtını Herata köçürdü. Xorasanı özü idarə etdi. Oğlu Uluqbəyi Mavəraənnəhrə vali təyin etdi (1446-1444). Atasından fərqli olaraq, Şahruh yeni işğallardan imtina etdi. Dövlətin idarə edilməsində İran məmurlarına və ruhanilərə arxalandı. Onun ölümündən sonra hakimiyyət Uluqbəyə (1447-1449) keçdi. Lakin o, oğlu tərəfindən öldürüldü. Belə bir vəziyyətdə Mərkəzi Asiyada yaranmış Şeybanilər dövləti ilə Teymurilər arasında mübarizə başladı. 1469-cu ildə Şeybanilər Buxara və Səmərqəndi tutdular. Teymurilərin əlində ancaq Xorasan qaldı. 1470-ci ildə hakimiyyətə keçən Hüseyn Baykara Mavəraənnəhri və Xarəzmi Şeybanilərdən aldı. Lakin 1505-ci ildə onun ölümündən sonra Şeybanilərin hücumları gücləndi. 1507-ci ildə Məhəmməd Şeybani xan Xorasanı tutdu və Teymurilər dövlətinin varlığına son qoydu.
- Teqlər:
- Teymurilər
- , Teymurləng
- , Əmir Teymur
- , Teymurilər imperiyası
- , Teymuriler dovleti
ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ
Бизнесмен ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ ИНН: 773464587540
Регистрация: ГОРОД МОСКВА
РЕЕСТР ДИСКВАЛИФИЦИРОВАННЫХ ЛИЦ: Отсутствует
Предпринимательский рейтинг: МАЛО ДАННЫХ
По компаниям, которыми руководит или руководил ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ не было выставленных претензий от партнёров и клиентов на 23.03.2023.
У Вас есть претензии к компаниям которыми руководит ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ?
Выставьте публичную претензию на портале inJust.
Является действующим руководителем в следующих компаниях:
Действующая ОГРН 1107847350621 от 19.10.2010
Должность: ГЕНЕРАЛЬНЫЙ ДИРЕКТОР
Ранее руководил(а) следующими компаниями:
Ликвидирована
Должность: ГЕНЕРАЛЬНЫЙ ДИРЕКТОР, с 24.09.2015
Ликвидирована
Должность: Генеральный директор, с 06.12.2007
Является в настоящее время учредителем или совладельцем в следующих компаниях:
Действующая ОГРН 1107847350621 от 19.10.2010
Доля: 1000000 – 100%
Был(а) ранее учредителем или совладельцем в следующих компаниях:
Ликвидирована
Доля: 10000 – 50%, с 30.07.2012
Ликвидирована
Доля: 5000 – 50%, с 29.09.2009
Ликвидирована
Доля: 12000, с 24.09.2015
Имеет регистрацию в качестве ИП/ГФКХ:
ОГРН 318774600183802 от 04.04.2018
ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ не имеет по состоянию на 23.03.2023 аннулированных регистраций в качестве индивидуального предпринимателя или главы фермерского хозяйства по данным ФНС.
Информации о полученных государственных субсидиях, грантах и помощи нет.
ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ ИНН: 773464587540 – краткая справка, биография.
В этом отчёте вы можете проверить в каких компаниях является руководителем или учредителем ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ, а так же был ли ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ зарегистрирован в качестве индивидуального предпринимателя или главы фермерского хозяйства. По мере появления данных о реальной хозяйственной деятельности связанных компаний, ЯХЬЯЕВ ТЕЙМУР ГЕЙДАРОВИЧ получит рейтинг как бизнесмен. Рейтинг бизнесмена может косвенно влиять на все связанные компании.
Все данные получены их открытых источников: федеральной налоговой службы, федеральной службы судебных приставов, электронного правосудия, реестра банкротств и реестра залогов. Администрация портала не несёт ответственность за ошибки содержащиеся в источнках данных.
Для использования всех возможностей портала необходимо перейти в личный кабинет. Вход возможен только с помощью ГосУслуг или ЭЦП (для ЮЛ).
Əmir Teymur lənəti: müharibəyə səbəb olan sərdabə – FOTOLAR
Qızıl Orda dövlətini darmadağın edib. İran, Qafqaz, Hindistan, kiçik Asiya və digər dövlətlərə istilaçı səfərlər edib. Bu səfərlər adətən bir çox şəhərlərin dağıdılması və Teymurilər dövləti sərhədlərinin genişlənməsi ilə nəticələnib. Əmir Teymur 1405-ci ildə hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib. Paytaxt Səmərqənddə dəfn edilib.
Yüksək dərəcəli elmi ekspedisiya
1941-ci ilin martında Stalinin şəxsi icazəsi ilə elmi ekspedisiya təşkil edildi. Onun vəzifəsi Teymurun məqbərəsini tapmaq idi. Dəstənin rəhbəri tanınmış özbək tarixçi və riyaziyyatçısı, Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Taşmuhammed Karı-Niyazov idi. Ekspedisiyanın tərkibinə Şərqin qədim dillərinin mahir bilicisi, tarixçi Aleksandr Semyonov, məhşur leninqradlı arxeoloq, antropoloq və heykəltəraş Mixail Gerasimov (Gerasimov tapılan skelet qalıqları əsasında insanın xarici görünüşünü unikal üsullarla hazırlaya bilirdi – müəl.), tacik yazıçısı, alim və ictimai xadim Ayni (sonralar Tacikistan elmlər akademiyasının prezidenti oldu) və 4 kinooperator daxil edilmişdi. Kinooperatorlar ekspedisiyanın işini mərhələli formada lentə köçürməli idilər.
Operatorlardan biri, 28 yaşlı özbək əsilli Malik Kayumov, sonralar məhşur sənədli film rejissoru oldu, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi tutullarını qazandı.
1941-ci ilin may ayının sonlarında ekspedisiyanın bütün üzvləri Səmərqəndə, Teymur imperiyasının paytaxtına toplaşdılar. Onlar əmirin məqbərəsini axtarmağa başladılar.
Əsas hipotezlər
Alimlərin əksəriyyətinin fikrincə, Əmir Teymur Qur-Əmir mavzoleyində dəfn edilib. Bu mavzoley 1403-1404-cü illər arasında inşa edilib. Bu versiya ilə yanaşı, dünyanın məşhur sərkərdələrindən sayılan Teymurun başqa yerlərdə də dəfn edildiyi barədə iddialar vardı. Aleksandr Semyonovun fikrincə, Teymur Otrar şəhərində dəfn edilib. Otrar Sırdərya çayının kənarında yerləşir və XVI əsrin ortalarına qədər mövcud olub. Otrar şəhərinin dağıntıları Qazaxıstan ərazisində, Teymur adlı dəmiryolu stansiyası rayonunda yerləşir. Teymur 1405-ci ildə Çini fəth etməyə gedəndə məhz bu şəhərdə dünyasını dəyişib. Semyonov hipotezini müdafiə etmək üçün bu arqumenti səsləndirdi: hökmdarın yaxın ətrafı uğurlu səfər və külli miqdarda hərbi qənimət əldə etmək üçün bir müddət onun ölümünü gizlədə bilərdilər. Buna görə də Teymur Otrarda dəfn edilib.
Karı-Niyazov isə öz növbəsində Teymurun qəbrini qədim əfqan şəhəri Heratda axtarmaq lazım olduğunu düşünürdü. Alimin fikrincə, Teymurun meyiti oğlu Şahrux tərəfindən Herata aparılıb.
Başqa bir hipotezə görə, Teymur Özbəkistanda, doğma şəhəri Şəhrisəbzdə dəfn edilib. Əmirin atası və anası üçün bu şəhərdə elə onun əmri ilə möhtəşəm mavzoley kompleksi ucaldılmışdı. Mavzoleyin yeraltı hissəsində xüsusi sarkofaq qurulub. Sarkofaqın üstü çəkisi 3 ton yarım olan mərmər plitə ilə örtülüb. Onun içərisində nə olduğunu 1941-ci ilə qədər heç kəs bilmirdi.
Axtarışlar
Bununla belə, axtarışlara Qur-Əmir mavzoleyindən başladılar. Çünki tarixi sənədlərə əsasən, Teymurun yaxın qohumlarının, oğlunun, nəvə və nəticələrinin məzarı burada yerləşirdi.
1941-ci il iyunun 1-də birinci məzarın açılması üçün iş başladı. Mixail Gerasimovun fikrinə görə, bu məzar Teymurun oğlu Şahruxa aid idi. Alimlər daş plitələr üzərinə həkk edilmiş təsvir və yazıların surətini çıxardılar. Çünki qazıntı zamanı bu təsvirlər zədələnə bilərdi. Operatorlar isə bütün prosesi həm kinokameranın, həm də fotoaparatın yaddaşına köçürdülər.
Aleksandr Semyonov birdən mərmər plitələrdən birinin üzərinə həkk edilmiş qədim ərəb dilində yazı gördü. Yazıda Teymurun 16 adı və Qurani-Kərimdən bir ayə var idi. Mətn bu sözlərlə bitirdi: “Hər birimiz ölümə məhkumuq və bu dünyadan köçəcəyik. Bizdən əvvəl də böyük insanlar olub və bizdən sonra da olacaqlar. Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir”.
Semyonov bu yazının tam mətnini iyunun 17-də oxuyub qurtardı. Qazıntı işləri davam edirdi. Qədim hökmdarların sakitliyini pozanların lənətlənəcəyi barədə qabaqcadan verilmiş xəbər alimlərə ciddi təsir etdi. Amma heç kəs işi dayandırmaq barədə düşünmədi. Daha doğrusu, heç kəsin buna cəsarəti çatmadı. Çünki Qur-Əmirdə aparılan qazıntı işlərinə həm yerli, həm də xarici jurnalistlər göz dikmişdilər. Ən dəhşətlisi də bu idi ki, yoldaş Stalin özü hər an yaxşı xəbər gözləyirdi. Əgər iş dayansaydı, Stalinin qəzəbinə düçar olmaq an məsələsi idi. Bu isə 500 il əvvəl daş üzərinə yazılmış lənətdən daha real idi. Bu səbəbdən, qısa məşvərətdən sonra Karı-Niyazov, Gerasimov və Semyonov işə davam etməyi, tapılan yazıya əhəmiyyət verməməyi və bu barədə susmağı qərara aldılar. Eyni zamanda, Şahrux Mirzənin məzarı açılmış, məhşur astronom və riyaziyyatçı, Teymurun sevimli nəvəsi Uluqbəyin qəbri də açılmaq üzrə idi. Amma bu müddət ərzində qeyri-adi heç bir hadisə baş vermədi.
Məqbərədə qəribə hadisələr
İyunun 21-də səhər çağı üçüncü qəbri, yəni Teymurun məzarı saydıqları qəbri qazmağa başladılar. Ekspedisiyanın işində əvvəlcədən axsamalar yarandı. Daş plitələri qaldırmaq üçün istifadə edilən qurğu sıradan çıxdı. Bu səbəbdən ekspedisiya üzvləri növbəti mərmər plitəni qəbirdən kustar üsulla çıxardılar. Plitə çıxarıldıqdan sonra çuxurun torpaqla dolu olduğunu gördülər. Ekspedisiyanın bəzi üzvləri qəbrin boş olduğunu deyib, Teymurun cəsədini başqa yerdə axtarmaq barədə qərara gəldilər. Birdən qəflətən sərdabədə olan bütün insanları eyni anda qəribə bir həyəcan hissi bürüdü. Ekspedisiya üzvləri susqun halda baxışdılar və əsəblərini sakitləşdirməyə çalışdılar. Onlar qəbri qazmağa davam etdilər.
Arxeoloqlar sarkofaqdan torpağı əllərinin köməyi ilə boşaltdılar. Tezliklə torpağın altından başqa bir mərmər plitə çıxdı. Plitəni çıxarmaq və kənara qoymaq yarım gün vaxt apardı. Plitənin altından ağacdan hazırlanmış tabutun qapağı göründü. Elə bu an mavzoleydəki bütün işıqlar söndü. İçəridəki insanlar isə, havasızlıqdan boğulmağa başladılar. Ekspedisiya üzvləri həmən çölə, nahar fasiləsinə çıxmaq barədə qərar qəbul etdilər. Operator Malik Kayumov isə fasilədən istifadə edərək çay içməyə yollandı.
Yeni xəbərdarlıq
Yaxınlıqdakı çayxanaya gedib çay sifariş edən Malik masa arxasında əyləşən üç qoca kişiyə yaxınlaşdı. Onların qabağında qədim bir kitab var idi. Kitab ərəbcə yazılmışdı. Onlar operatora kitabdan bir cümlə oxumağı təklif edirlər. Məktəbdə ərəb dili öyrənən Kayumov bu cümləni oxuyur: “Böyük Sərkərdənin ruhunu narahat edən şəxs böyük müharibəyə səbəb olacaq”. Kitabdan bu cümləni oxuduqdan sonra operator Karı-Niyazov və Semyonoviçin dalınca gedir. Qocalarla söhbət edən alimlər mübahisəyə başlayırlar. Çünki elm belə bir hipotezi qəbul etmir, rədd edirdi. Mübahisədən inciyən qocalar kitabı da götürərək, çayxanadan çıxdılar. Onların ardınca çıxan operator təşvişə düşür. Çünki döngəyə dönən qocalar əriyərək havaya qarışırlar.
Nəticədə, Kayumov Səmərqənd əhalisi arasında çayxanada gördüyü kitab barədə sorğu keçirdi. Bir çoxları bu barədə eşitsələr də, kitabı heç kəs yaxından görüb ona toxunmamışdı.
Arzu olunan tapıntı
Günün ikinci yarısında da qazıntılar davam etdi. Gerasimov sarkofaqın içinə girərək tabutun qapağını çıxarmağa başladı. Tabut açıldıqdan sonra hündür və iri başı olan kişi skeleti üzə çıxdı. Alimlər ehtiyatla sümükləri yığmağa başladılar. Sol ayağın bud sümüyü sınıq olmasa da, ciddi zədən izləri qalmışdı. Bu sümüyü gördükdən sonra alimlər, həqiqətən də, Əmir Teymurun qəbrini tapdıqlarına əmin oldular.
Teymur xüsusilə də Azərbaycanda Teymurləng ləqəbi ilə məhşur idi. Onun axsaqlığının səbəbi barədə müxtəlif versiyalar var. Bir versiyaya görə, uşaq vaxtı o, atdan yıxılaraq möhkəm zədələnir. Başqa bir versiyaya əsasən, 1362-ci ildə baş tutan bir döyüşdə yaralandıqdan sonra Teymur ayağını çəkirmiş. Tarixçilərin əksəriyyəti Teymurun məhz sol ayağını çəkdiyini bildirir.
Tapdıqları qəbrin Əmir Teymura məxsusluğuna əmin olan alimlər sevinclərini gizlətmədilər. Çünki ekspedisiya Sovet İttifaqının rəhbəri Stalinin tapşırığını uğurla yerinə yetirmişdi.
Qədim mətnin aqibəti
Amma ekspedisiya üzvlərinin sevinci uzun çəkmədi. Növbəti gün Hitler Almaniyasının SSRİ-yə qarşı müharibəyə başladığı barədə məlumat radio vasitəsilə verildi. Böyük Vətən müharibəsi başladı.
Belə bir vəziyyətdə bütün qazıntı işləri dayandırıldı. Ekspedisiya Səmərqəndi tərk etdi. Gerasimov Teymurun sümüklərini Moskvaya apardı. Malik Kayumov könüllü olaraq ordu sıralarına qoşuldu. Tezliklə o, hərbi müxbir kimi cəbhədə fəaliyyətə başladı. Amma Teymurun lənəti onun beynindən çıxmırdı. Kayumov bu barədə ordu rəhbərliyinə məlumat vermək qərarına gəldi.
Kalinin cəbhəsində general Jukovla görüşən Kayumov ekspedisiya və sərdabədə başına gələnlər barədə söhbətləşdi. Jukov Kayumovun danışdıqlarını ciddi qəbul etdi. Kayumov da öz növbəsində generaldan məsələni yoldaş Stalinə çatdırmağını istədi. Amma Jukov bu barədə söz versə də, vədinə xilaf çıxdı.
Stalinin reaksiyası
1942-ci ilin oktyabrında Kayumov yenidən Jukovla görüşür. Teymurun qəbri ilə bağlı məsələni generalın yadına salır. Jukov ali baş komandana zəng edərək məsələni ona çatdırır.
Bu telefon zəngindən sonra Stalin Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili surətdə Əmir Teymurun qalıqlarını Qur-Əmir mavzoleyinə qaytarmaq lazım olduğunu bildirir.
Stalinin əmrini yerinə yetirmək o qədər də asan olmur. Çünki qalıqlar Gerasimovun laboratoriyasında idi. O, sərkərdənin qalıqları üzərində işləyirdi. Teymurun, oğlu Şahruxun və nəvəsi Uluqbəyin üz quruluşunun bərpası oktyabrım 28-də başa çatdı. Noyabrın 15-də isə Teymurun və digərlərinin sümükləri Özbəkistana aparılmaq üçün laboratoriyadan çıxarıldı. Amma müharibə ilə əlaqədar keçirilən hərbi əməliyyat səbəbindən bir aydan sonra Səmərqəndə çatdı.
Amma anomal hadisələrin tədqiqatı ilə məşğul olan beynəlxalq “Kosmik axtarış” cəmiyyətinin sədri Vadim Çernobrovun fikrincə, Teymurun qalıqları xüsusi hərbi təyyarəyə yığılaraq, Moskva cəbhəsinin təhlükəli əraziləri üzərində bir müddət uçub. Bu isə yoldaş Stalinin əmri ilə olub. Vadimin fikrinə görə, bu, müharibə zamanı baş verən birinci hadisə deyil. Başqa vaxtlarda da müəyyən xristian təbərrükləri təyyarəyə yığılaraq, cəbhə üzərindən “uçub”.
Qur-Əmir mavzoleyinə qayıdış
Teymurilərin qalıqları 1942-ci il dekabrın 20-də yenidən mavzoleyə gətirildi. Hadisə ilə bağlı 4 dildə (fars, özbək, rus və ingilis) xüsusi protokol tərtib edildi. Sənədin bir surətini germetik kapsula yerləşdirərək Teymurun qalıqlarını dəfn etdikləri tabuta qoydular.
İki gün sonra Stalinqrad ətrafında alman ordusunun (330 minlik) darmadağın edildiyi barədə xəbərlər gəlməyə başladı. 1943-cü ilin fevralında başda general-feldmarşal Paulyus olmaqla 91 min nəfərlik altıncı alman ordusu təslim oldu.
1943-cü ilin yay aylarında məhşur Kursk döyüşündən sonra (almanların 30 diviziyası məhv edildi. Oryol, Belqorod, Xakrov şəhərləri azad edildi) Stalinin əmri ilə Səmərqənd mavzoleyinin bərpası üçün milyon rubl pul ayrıldı. Bu pulla 16 tank istehsal etmək və ya bir ordu diviziyasını bir ay müddətinə ərzaqla təmin etmək mümkün idi.
Amma ortada bir reallıq var. Barbarossa planı alman komandanlığı tərəfindən 1940-cı ildə hazırlanmışdı. Sovet ittifaqına hücum əmri 1941-ci il 10 iyun tarixində qəbul edilib. Qazıntılara isə 10 gün sonra start verilib. Bu, bir təsadüfmü? Həyatda isə təsadüf deyə bir şey yoxdur.
Hikmət Həsənov
Comments are closed, but trackbacks and pingbacks are open.