Tez-tez verilən suallar
Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.
Tez-tez verilən suallar
“Mənim üçün Sifariş Et” xidməti. “Sifariş et” xidməti nədir? Bu xidmətdən istifadə etdiyiniz zaman Türkiyə sifarişlərinizi biz həyata keçiririk. Türkiyə saytlarından bəyəndiyiniz məhsulun linkini bizimlə bölüşməyiniz kifayətdir. Xidmət tamamilə ödənişsiz və əlavə komissiyasızdır.
Sifarişim neçə gün ərzində çatdırılır?
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra 3-7 iş günü ərzində Azərbaycana çatdırılır.
Məhsulu “satıcı firma iptal edir” nə deməkdir?
Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş Azex Karqo şirkəti tərəfindən edilibsə və onlayn mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma emaili göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən onlayn mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt Azex Karqo şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.
Sifarişi geri qaytarmaq olar?
Azex Karqo şirkəti satıcı firmanın göndərdiyi məhsulun orjinallığına və keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Məhsulun qaytarılması və ya dəyişdirilməsi üçün siz birbaşa satıcı firmaya müraciət etməlisiniz.
Azərbaycan bank kartlarını qəbul etməyən saytlardan necə sifarış edə bilərəm?
Əgər siz məhsulları xarici saytdan sifariş edə bilmirsinizsə, biz sizə kömək edəcəyik. Məhsulun linkini bizə yollayıb ödənişi şirkətimizə onlayn kart vasitəsilə edin. Daha sonra biz məhsulu sizin üçün əldə edəcəyik.
Həcm çəkisi nədir və necə hesablanır?
Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, təyyarələrdə daşınan yüklərin çəkisi ölçülərindən aslı olaraq iki cür hesablana bilər: Fiziki çəki; Həcm çəkisi. Bağlamların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir. Təyin olunmuş qaydalara əsasən həcm çəkisi aşağıdakı kimi hesablanır: (En(sm) x Uzunluq(sm) x Hündürlük(sm))/6000 = Həcm çəkisi (kg)
Bəyannamənin doldurulma qaydası
Azex.az saytında bəyannamə növbəti şəkildə doldurulur: İnvoysu sifariş etdiyiniz saytda “sifarişlər” bölməsindən və ya mailinizdan(order confirmation) əldə edə bilərsiniz. İnvoysda məhsulun adı, qiyməti, sayı və ödənilən ümumi məbləğ kimi məlumatlar mütləq qeyd olunmalıdır. “Bəyan et” bölməsindən bəyannamə satıcı bağlama üçün trek nömrə təqdim etdiyi andan anbara təhvil verilənə qədər doldurula və invoys əlavə oluna bilər.
«Tracking» Nədir?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya trek nömrəsi təyin edir. Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
300 dollar limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Xahiş edirik, sifariş verərkən diqqətli olun!
Daşınması qadağan olan məhsullar
- Dezodorantlar.
- Mobil telefonlar.
- Müxtəlif növ batareyalar, powerbank-lar.
- Qida məhsulları.
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
- Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
- Canlı heyvanlar.
- Bitki və toxumlar.
- Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
- Pul əskinasları, sikkələr.
- Akkumulyatorlar.
- Batareyalar.
- Mühərriklər.
- Hover Board skuterlər.
- Maşın yağları və maşın yağının olduğu bütün mallar.
- Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
- Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
- Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
- Türkiyədən sənət əsərləri, müxtəlif sənədlər.
Tez-tez verilən suallar
Sifariş zamanı sizi ən çox maraqlandıran sualları cavabladıq.
Ödənişsiz geri qaytarılma xidməti.
“Mənim üçün Sifariş Et” xidməti.
Dynamex şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir.
Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
Türkiyədə qapıda ödəmə (“Kapıda ödəmə”) xidməti.
Onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri $1-dan başlayan qiymətlər.
Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.
Operativ müştəri xidmətləri.
Dynamex.az – da qeydiyyatdan keçin
Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.
Sifarişi ünvana göndərin
Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.
Çatdırılma haqqı hansı üsulla hesablanır?
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:
1. Fiziki çəki
2. Həcm çəkisi
Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.
Hər hansı bir uzunluq gösətiricisi 60 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.
Hesablanma qaydasını nəzərinizə çatdırırq.
En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)
Sifarişim neçə gün ərzində çatdırılır?
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 7 gün, 24 saat ərzində həyata keçirilir.Amerikadan yüklərin göndərişi isə həftədə 1 dəfə, 5-7 gün ərzində həyata keçirilir.
Bəyənnamə nədir? Necə doldurulur?
Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə – müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Dynamex.az şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, “Gönderi numarası”, Kargo takip numarası, Barkod no) mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.
İstisnalar:
Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.
Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.
Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza video təlimatda cavab tapa bilərsiniz.
https://youtu.be/Grh5fu9mnw0
Ünvan və iş saatlarımız
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu, Dilarə Əliyeva Küçəsi 235, 28 may m/s,Dəmir yolu vağzalı,2-ci mərtəbə AZ 1020
Ünvan: Gəncə : Kəpəz r-nu, N.Nərimanov pr-ti 42C,Bank of Bakunun yanı
Ünvan: Sumqayıt şəhəri. Heydər Əliyev prospekti 493-503, 14 mərtəbənin yanı.
Ünvan: Yasamal, Abbas Mirzə Şərifzadə küç,Şəbəkə xidmət mərkəzi AZ1138
Ünvan: Xalqlar Dostluğu, İ smayıl Məmmədov küçəsi 6,AZ1142
Ünvan: Əhmədli, Ukrayna dairəsi, Gəncə pr, Vunq Tau küç 2
Ünvan: Xırdalan, H.Əliyev pr 11,Kristal Abşeron 2
Ünvan : Sabunçu r-nu, Bakıxanov qəs., S, Qocayev küç , AZ1132-ın yanı
İş saatları 28 May : Hər gün 09:00-22:00
İş saatları Gəncə : Hər gün 09:00-20:00
İş saatları Sumqayıt : Hər gün 10:00-20:00
İş saatları Yasamal : Həftə içi 09:00-19:30, Şənbə 09:00-18:00, Bazar 09:00-17:00
İş saatları Xalqlar : Həftə içi 09:00-19:30, Şənbə Bazar 09:00-18:00
İş saatları Xırdalan : Hər gün 10:00-21:00
İş saatları Əhmədli : Hər gün 10:00-21:00
İş saatları Bakıxanov : Hər gün 10:00-21:00-dək
Bağlamanın daşınma haqqının ödəmə üsulları
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Dynamex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər. Qeyd edək ki, POS-terminal vasitəsiylə ödəniş zamanı POS-terminal tərəfindən 2% komissiya hesablanır.
Başqa bir şəxs Sizin bağlamanı necə təhvil ala bilər?
Əgər Siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz saytımızda hesabınıza daxil olub, şəxsi hesabda “Etibarnamələr” bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs Sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.
Daşınma haqqı necə nəğdləşdirilir?
Daşınma haqqını nağdlaşdırmaq üçün müştəri kassaya müraciət edə bilər
300 dollar limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!
“Mənim üçün Sifariş Et” xidmətinin detalları nədir?
Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.
Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı bu linkdən əldə edə bilərsiniz:
İzləmə nömrəsi ( “Tracking number”) nədir?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”,PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
Onlayn kuryer sifarişi
“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.Qeyd edək ki, kuryer sifarişini yalnız 28 May filialından sifariş edə bilərsiniz.
Kuryer sifarişini Dynamex.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Dynamex.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.
Bağlamalarınızı 48 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamanızın ünvana göndərilməsi üçün kuryer haqqı və bağlama üzrə borcları qapıda ödəyə bilərsiniz.
Bütün bölgələrə poçtla çatdırılma xidməti
Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama 28 May ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir. Yuxarıda yazılan şərtlər tamamlandıqdan sonra bağlamanızın poçtla çatdırılması üçün saytımızda şəxsi kabinetinizə daxil olub “Azərpoçt” bölməsindən onlayn poçt sifarişini həyata keçirə bilərsiniz.Poçt sifarişi yalnız 28 may filialından mövcuddur.
Geri qaytarma xidmətinin ( “İade”) qaydaları
Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.
Xidmət qaydalarını nəzərinizə çatdırırıq:
Dynamex Express şirkəti “Mənim üçün Sifariş Et” xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir.
Dynamex Express şirkəti vasitəsi ilə yalnız daşınması həyata keçirilən bağlamaların qaytarılması isə ödənişli əsaslarla həyata keçiriləcəkdir.
Qaytarılma tarifi daşınma tariflərinə görə bağlamanın çəkisi əsasında müəyyən edilir.
Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu (Qüsur ofisdə aşkarlanmalıdır.) olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır.
Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş gün ərzində məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə qəbul olunur.
Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.
Geri qaytarılma yalnız satıcı mağazanın qaytarma şərtləri daxilində həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki, online alış-veriş zamanı elektronik məhsuların 14 gün ərzində geri qaytarılma xidməti mövcud deyil !
İstehlakçı telefon, kompüter kimi məhsulların qabını açmasa belə, məhsulu geri qaytara bilməyəcək. Qalan bütün məhsullar üçün, əgər məhsul qüsurlu deyilsə, geri göndərmə haqqı istehlakçıya aid olacaq.
Ödənişsiz sığortalama xidmətinin qaydaları
Biz anbarımıza daxil olan bütün bağlamaları ödənişsiz olaraq sığortalayırıq. Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.
Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan,
fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.
Sifariş anbara təhvil verilib sadəcə sistemdə əks olunmur, nə etməliyəm?
Bağlamalar Türkiyə daxili kargoya verildikdə saytımızda bəyan edilməlidir. Bağlama düzgün bəyan edildiyi təqdirdə 48-72 iş saatı ərzində xarici anbar statusu alır. Qeyd olunan zaman ərzində bağlamanız sistemdə əks olunmadıqda bağlamanın teslimat detaylarını bizə sosial media üzərindən və ya [email protected] mail adresinə sorğu yönəldərək araşdırılmasını tələb edə bilərsiniz.
Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq.
Bakı anbarında ödənişsiz saxlanma müddəti nə qədərdir?
Bağlamalar bütün filial və təhvil məntəgələrində 7 gün ödənişsiz saxlanıla bilər. 7 gün sonra isə hər gün üçün 0.50 AZN saxlanc haqqı hesablanılır.
Poçt sifarişini hardan həyata keçirmək lazımdır?
Poçt sifarişi üçün saytımızda Şəxsi kabinetinizə daxil olub Azərpoçt bölməsinə keçid edib poçt sifariş edə bilərsiniz.
TL və Dollar (USD) balansı fərqləri nədir?
TL balansı “Mənim üçün sifariş et” xidmətindən istifadə etmək istəyən müştərilərin saytımıza yerləşdirdikləri linklərdə qeyd olunan məhsulların ödənişinin edilməsi üçündür.
USD balansı daşınma haqqı və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Qeyd edək ki, daşınma haqqı həm nağd həmçinin onlayn olaraq yerinə yetirilə bilir.
Həmçinin bu balanslar arasında transfer mümkün deyildir. Balansınızda olan pulun geri qaytarılması üçün isə [email protected] mail adresinə sorğu ünvanlamanız tələb olunur.
Türkiyədən maye məhsulların daşınması mümkündür mü və maye məhsullar hansı tariflə hesablanır?
Türkiyədən maye məhsulların daşınması mümkündür və maye məhsullar da adi məhsul tarifi ilə hesablanır.
Kuryer sifariş etdikdə kuryer haqqı hər bağlama üçün ayrı mı hesablanır?
Kuryer haqqı bağlama sayından aslı olmayaraq standart tarfilə hesablanır. Onlayn kuryer sifarişi qaydası ilə bu linkdən tanış ola bilərsiniz : https://youtu.be/zBNho51Y6yg
Dynamex saytındaki balansımı necə artıra bilərəm?
Dynamex saytındaki balansınızı nağd və onlayn şəkildə artıra bilərsiniz. Saytımızda şəxsi kabinetinizə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. Eyni zamanda E-manat terminalları vasitəsiylə də balansınızı artıra bilərsiniz və yaxud ofisimizə yaxınlaşıb balansınızı artırmanız mümkündür.
“Smart Customs”-ın üstünlükləri nələrdir?
Müştərilər Smart Customs tətbiqində vəya e.customs.gov.az saytında bağlamalarını bəyan etdikdə 300 dollar limitini keçdikləri təqdirdə ödənilməli olan vergi məbləğini onlayn olaraq ödəyə bilirlər və bağlamalarını təhvil almaq üçün Gömrük orqanlarına yaxınlaşmalarına ehtiyaç qalmır. Müştərilər eyni zamanda bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN, sonraki hər gün üçün 2 AZN) azad edilirlər. Beləliklə müştərilər bütün bağlamalarını “Smart Customs”- da bəyan edərək həm saxlanc haqqından həm gömrüyə getməkdən həm də broker xidmətindən istifadə etməkdən azad edilirlər.
300 dollar Gömrük limiti keçildiyi halda bağlamanı gömrüyə getmədən necə təhvil ala bilərəm?
Ay ərzində bütün bağlamalar Smart Customs mobil tətbiqində və e.customs.gov.az saytında bəyan edildikdə və Limit aşımı olduqda, qeyd olunan vergi ödənişini anında onlayn olaraq həyata keçirib, bu barədə məlumat verdikdə bağlamalar gömrükdə saxlanılmadan Bakı Ofisinə göndərilə bilər.
Dynamex saytında bəyannamə nə vaxt doldurulmalıdır?
Sifariş hazırlanıb Türkiyə daxili kargoya verildikdə müştərilər Dynamex şəxsi hesablarında bağlamaları bəyan etməlidirlər.
Problemlərlə bağlı mail ünvanına yönləndirilən məsələlər neçə müddətə həll edilir?
Mail vasitəsi ilə problemli şöbəyə yönləndirilmiş məsələlər 1 ay ərzində araşdırılıb, həll edilir.
Sənəd daşınması həyata keçirilir mi?
Bəli, Türkiyədən sənədlərin daşınması həyata keçirilir. Daşınma haqqı isə 10 AZN olaraq müəyyən edilmişdir.
Daşınması qadağan məhsullar hansılardır?
- Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar;
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
- Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
- Canlı heyvanlar
Bitki və toxumlar - Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
Dini kitablar ; - Akkumulyatorlar;
- Amortizatorlar;
- Mühərriklər;
- Hover Board skuterlər;
- Maşın yağları və maşın yağının olduğu bütün mallar.
- Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar.
- Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
- Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar.
*Odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl və döyüş üçün nəzərdə tutulan əşyaların ixracatına icazə yoxdur.
2023 Dynamex.az. Bütün hüquqlar qorunur
Menu
Kömək
- Tez-tez verilən suallar
- Şərtlər
- Gizlilik siyasəti
- İstifadəçi Razılaşması
- Yeniliklər
Əlaqə
28 may, Dəmir yolu vağzalı 2-ci mərtəbə AZ 1020 Gəncə ş., AZ 2013 Kəpəz r-nu, N.Nərimanov pr, 42C, Sumqayıt ş,H.Əliyev pr,493-503,14 mərtəbənin yanı. Xalqlar Dostluğu,İsmayıl Məmmədov küçəsi 6,AZ1142 Yasamal,A,M,Şərifzadə küç,Şəbəkə xidmət mərkəzi AZ1138 Xırdalan ş. H. Əliyev pr. 11, Kristal Abşeron 2 Əhmədli Ukrayna dairəsi, Gəncə pr, Vunq Tau küç 2 Bakıxanov qəs., S, Qocayev küç , AZ1132-ın yanı M.Əcəmi: Cavadxan küçəsi, 17. (Euromed klinikasının yanında)
2023 Dynamex.az. Bütün hüquqlar qorunur
Müsahibə zamanı tez-tez verilən 23 sual
Siz müsahibədə iştirak edən zaman hansı sualların veriləcəyini bilirsinizmi? Müsahibədə iştirak etməzdən əvvəl ortaya çıxa biləcək sualları bilsəniz, əla olmazdımı? Bunun üçün də verilə biləcək 23 sualı sizinlə paylaşacağıq.
1. Bizə bir az özünüz haqqında məlumat verə bilərsinizmi?
Bu sual sadə görünür, bir çox insan onu çox sadələşdirir və fikir vermir. Amma bu müsahibə sualı çox vacibdir. İş təcrübənizdən danışmayın. Bunun əvəzinə qısa bir şey söyləyin və niyə bu işə uyğun olduğunuzu vurğulayın. İşə götürənin bilməsini istədiyiniz 2-3 xüsusi nailiyyət və ya təcrübə ilə başlayın, sonra bu vəzifənin əvvəlki təcrübənizlə uyğunluğu haqqında danışın.
2. İş elanı haqqında harada eşitmisiniz?
Bu, əslində müsahibədəki ən zərərsiz müsahibə sualıdır! Bu, fərqlənmək və onlara şirkəti izlədiyinizi, onun fəaliyyətini bildiyinizi və şirkətlə əlaqə saxladığınızı bildirmək üçün mükəmməl fürsətdir. Məsələn, şirkət haqqında dostunuz vasitəsilə öyrənmisinizsə, onların adını qeyd edin və belə bir iş elanını eşitdikdə necə həyəcanlandığınızı qeyd edin. Əgər şirkəti tədbir vasitəsilə kəşf etmisinizsə, paylaşın.
3. Şirkətimiz haqqında nə bilirsiniz?
Müsahibədən əvvəl şirkətin “Haqqında” səhifəsini oxuya və hətta əzbərləyə bilərsiniz. Əslində, işəgötürənlər bunu soruşduqda, axtardıqları cavab şirkətin missiyasını başa düşməyiniz deyil. Onlar sizin buna əhəmiyyət verdiyinizi bilmək istəyirlər. Şirkətin məqsədlərini başa düşdüyünüzü göstərən bir və ya iki cümlə ilə başlayın. Veb saytdan bir neçə açar söz tapın və onlardan istifadə edin. Yəqin ki, hamı bunu edəcək. Ancaq sonra onu bir az daha fərdiləşdirin. “Mən bu işə müraciət etdim, çünki…” və ya “Mən sizin məqsədlərinizə həqiqətən inanıram. ” deyin və misal çəkərək ətraflı izah edin.
4. Niyə bu işi istəyirsən?
Şirkətlər işə həvəsli insanları işə götürmək istəyir, ona görə də müsahibə zamanı işi niyə istədiyinizi soruşduqda yaxşı cavab verməlisiniz. Birincisi, mövqeyi sizin üçün mükəmməl edən bir neçə əsas amili müəyyənləşdirin. (Məsələn: “Müştəri dəstəyini sevirəm, çünki insanlarla ünsiyyət qurmağı və onlara kömək etməyi xoşlayıram.) Sonra şirkəti nə üçün sevdiyinizi izah edin (məsələn, mən hesab edirəm ki, siz əla işlər görürsünüz, ona görə də onun bir hissəsi olmaq istəyirəm. .)
5. Niyə səni işə götürməliyik?
Bu müsahibə sualı perspektivli görünür. Burada etməli olduğunuz üç şeyi əhatə edən cavab verməkdir: əla nəticələr əldə edə bilərsiniz; həqiqətən komanda işinə və şirkət mədəniyyətinə uyğunlaşacaqsınız; və digər namizədlərdən daha yaxşı olmaq.
6. Ən güclü nöqtəniz nədir?
Bu tip müsahibə suallarına cavab verərkən işə götürənin eşitmək istədiyini deyil, əsl güclü tərəflərinizi paylaşın. Sonra bu xüsusiyyətləri biznesdə necə istifadə etdiyinizə dair bir nümunə verin. Amma bu barədə yalan məlumat verməyin. Güclü olduğunu düşündüyünüzü deməyin. Özünüzün həqiqətən güclü olduğuna inandığınız tərəfləri haqqında danışın. Bu aspektləri sınaqdan keçirmək olarsa, onları mütləq sınaq mexanizmindən keçirin. Məsələn, Facebook-dan necə istifadə edəcəyini bilmək yaxşı kompüter istifadəçisi olmaq demək deyil. “Çox yaxşı kompüter istifadə edirəm” deyirsən, işə başlayanda onu görmək istəyirlər.
7. Zəif cəhətləriniz nələrdir?
İşə götürənin bu müsahibə sualı ilə nə etməyə çalışdığına əmin deyilsiniz? Onun etmək istədiyi şey sənin özünü tanıma və dürüstlüyünü ölçməkdir. Ona görə də “Deadline-yə çata bilmirəm” kimi cavab verməyin. Amma “mən mükəmmələm” demək düzgün deyil. Təkmilləşdirməyə çalışdığınız bir şeyi paylaşın. Məsələn, nitqdə güclü olmaya bilərsiniz. Ancaq qeyd edin ki, 1 ay əvvəl natiqlik qabiliyyətinizi artırmaq üçün kursa başlamısınız. Ya da İngilis dilini yaxşı bilçədiyinizi və kursa getdiyinizi qeyd edə bilərsiniz.
8. Ən böyük nailiyyətiniz nədir?
Heç bir şey keçmiş təcrübənizdə uğur qazanmaqdan daha yaxşı “məni işə götür” demir. Odur ki, bu müsahibə suallarını cavablandırarkən utanmayın! Bunu etmək üçün əla bir yol var! STAR metodundan istifadə edin. Həqiqətən nə etdiyinizi və nəyə nail olduğunuzu (nəticəni) təsvir edən şeyləri söyləyin. Məsələn, “Bir ay ərzində hesab-fakturalardakı səhvləri 25% azaltdım və prosesi sürətləndirdim.” Sizcə də möhtəşəm deyil?
9. İş həyatınızda qarşılaşdığınız bir problemdən və necə həll etdiyinizdən danışın?
Bu müsahibə sualını soruşduqda, “işəgötürən problemin həllini necə tapdığınız barədə fikir əldə etmək istəyir. Müsahibədə hər kəs peşəkar görünə bilər, lakin işə qəbul zamanı işçidən gözlənilən şey işçinin namizədliyini irəli sürərkən dedikləri ilə üst-üstə düşməyə bilər. Düşünürəm ki, bu, iş həyatında qarşılaşacağınız ən böyük problemlərdən biridir. Həll etmək çətin deyil. Problemi necə həll etdiyinizi izah edin. Onu həll edərkən hansı üsuldan istifadə etdiyinizi qeyd edin.
10. Beş ildən sonra özünüzü harada görürsünüz?
Bu tip müsahibə suallarına cavab verərkən “Sizin yerinizdə görürəm” deməyin. Gülməlidir, amma yenə də bəziləri buna cəhd edəcək kimi görünür. Bu suala cavab verəndə gələcək hədəflərinizlə bağlı dürüst və konkret olun. Həmçinin nəzərə alın ki, işəgötürən bunları bilmək istəyir:
a) Karyeranız üçün real məqsədləriniz varmı?
b) İddiali birisinizmi?
c) Pozisiyanız və məqasədləriniz uyğun gəlirmi?
11. Xəyalındakı iş nədir?
İşəgötürən bu vəzifənin həqiqətən karyera məqsədlərinizə uyğun olub olmadığını öyrənmək istəyir. Cavabınız POP Ulduzu olmaqdırsa, onlar sizə gülə bilərlər. Belə bir şey desən, həqiqətən gülürlər. Odur ki, əsl hədəfləriniz haqqında danışmaq daha yaxşıdır. Çox böyük hədəfləriniz ola bilər. Xəyalpərəst də ola bilərsiniz. Bəli, xəyalpərəst insanlar olmasaydı, bəşəriyyət bu qədər inkişaf etməzdi. Biz bununla razıyıq. Amma indi onlar haqqında danışmağın vaxtı deyil. Bu tip müsahibə sualları bir az daha real cavab tələb edir.
12. Başqa hansı şirkətlərlə görüşmüsünüz?
İşə götürənlər bunu hansı sahədə işləmək istədiyinizə əmin olub-olmadığınızı öyrənmək üçün soruşurlar. Burada edəcəyiniz şey, şirkətin yerləşdiyi sahədəki digər oxşar şirkətlərə müraciət etdiyinizi göstərməkdir. Məsələn, informasiya texnologiyaları sahəsində konsultasiya verən şirkətlərlə müsahibə apardım. Deyə bilərsiniz ki, müştərilərin uzaqdan dəstək ala biləcəyi şöbələrə müraciət etmişəm və s.
13. İndiki işinizdən niyə ayrılırsınız?
Bu çətin sualdır, amma müsahibədə mütləq veriləcək. Hətta iş təcrübəniz olmasa belə, ona müdaxilə etmək istəyənlər olacaq. Məsələn, heç işləmisən? Hətta ailə və ya qohumlarınızın yanında belə işləməmisiniz? kimi suallar verənlər var. Onun bu işi niyə tərk etməsi sualı işə götürənləri çox cəlb edir. Hesab edirik ki, namizədlərin demək olar ki, yarısı bu barədə həqiqəti demir. Bununla belə, bu sual hələ də verilməkdədir. Bəli, soruşulmalıdır, lakin cavabı aldıqdan sonra bu, namizəd haqqında çox şey öyrənməyə imkan verməyəcək. Bu suala cavab verəndə mütləq müsbət şeylər deyin. Keçmiş işəgötürəninizi günahlandırmaq sizə heç bir xeyir verməyəcək. Köhnə iş yerinizi pisləməklə heç nə qazana bilməzsiniz. Bunun əvəzinə yeni imkanlar axtardığınızı və müsahibə verdiyiniz vəzifənin köhnəsindən daha yaxşı olduğunu və inkişafınızı davam etdirmək üçün buna ehtiyacınız olduğunu söyləyin.
14. Niyə işdən çıxarıldınız?
İşdən çıxarıla bilərsiniz. Dünya olduqca kiçikdir və bunu bilmək olar. Köhnə iş yerinizdə bəzi problemlər üzündən anlaşa bilmədiyinizi və ya bəzi işləri tam yerinə yetirə bilmədiyinizi qeyd edin. Qeyd edək ki, indi bu məsələlərlə bağlı daha aydın mövqeyiniz var. Əlavə edin ki, keçmişdə baş verənlər sizin üçün təcrübədir.
15.Bu pozisiyada axtardığınız şey nədir?
Ən asan müsahibə sualları siyahısında ikinci yeri tutur. Bu suala cavab verəndə bu pozisiyada təqdim olunan bütün detalları təsvir edə bilərsiniz.
16. Hansı iş mühitinə üstünlük verirsiniz?
İş yerinə girəndə artıq ətrafı gördünüz. Əgər axtardığınız yer bu deyilsə , müsahibəni çox uzatmayın. Əgər orada xoşbəxt olacaqsınızsa, ətraf mühitin xüsusiyyətlərini izah edin.
17. Rəhbərləriniz və həmkarlarınız sizi necə təsvir edər?
Hər şeydən əvvəl, dürüst olun (unutmayın ki, bu işi əldə etsəniz, işə götürən şəxs keçmiş menecerinizə və həmkarlarınıza zəng edəcək!). Sonra güclü iş münasibətləriniz və ya lazım olduqda digər layihələrdə iştirak etmək istəyiniz kimi güclü və xüsusiyyətlərinizi aşkar etməyə çalışın.
18. Niyə iş təcrübələriniz arasında uzun boşluqlar var?
Əgər bir müddət işsizsinizsə, nə etdiyinizi təsvir edin (və ümid edirəm ki, bu, könüllülük, blog yazmaq və ya dərs almaq kimi fəaliyyətlərdir). Sonra, söhbəti işi necə yerinə yetirmək və təşkilata fayda vermək barədə yönləndirin: “O zaman fasilə vermək qərarına gəldim, lakin bu gün bu təşkilata aşağıdakı yollarla fayda verməyə hazıram.”
19. Təzyiq və ya stresli vəziyyətlərlə necə başa çıxırsınız?
McKee deyir: “Stressli vəziyyəti hazır və müsbət şəkildə qarşılaşa biləcəyinizi,hədəflərinizi gərçəkləşdirməyinizi əngəlləyən bir şey buraxmayacağınızı göstərən bir cavab seçin. Dünyanın ən yaxşı görüləcək işlər siyahısını hazırlamaq, 10 dərin nəfəs almaq və s. kimi nümunələri paylaşın. Sonradan asanlıqla öhdəsindən gəldiyiniz stresli vəziyyətə dair bir nümunə paylaşın. Bizcə, bu cavabdan daha yaxşısı ola bilməz.
20. İlk 30, 60 və ya 90 gündə nə edəcəksiniz?
Sizə hansı məlumat lazımdır? Şirkətinizin hansı hissələrini bilməlisiniz? Başqa hansı şöbənin əməkdaşları ilə danışmaq istərdiniz? Sonra, dərhal mənalı töhfələr verə biləcəyinizi düşündüyünüz bir neçə sahə seçin. (Məsələn, “Düşünürəm ki, e-poçt marketinq kampaniyalarına daxil olmaq və onlar üçün izləmə sistemi qurmaq bir başlanğıc olardı.”)
21. Uşaq sahibi olmağı planlaşdırırsınız?
Burada iki sual növü var. Uşaq sahibi olmağı planlaşdırırsınız? Uşaq sahibi olmağı mı planlaşdırırsınız? İki sualın arxasındakı məna fərqlidir. 4-5 ildir evli olan və hələ övladı olmayan şəxslərə uşaq üçün pul yığmaq baxımından soruşula bilər. Bu cür suallar ilk növbədə qeyri-etikdir. Ailə vəziyyətinizlə bağlı suallar, gender sualları (bütün kişilərdən ibarət komandanı necə idarə edə bilərsiniz?), Milliyyət (harada doğulmusunuz?), Dini inanc və etiqad. Əlbəttə ki, həmişə pis niyyətlə deyil.Bu tip suallara Mən hələ belə suallar barədə düşünməmişəm, amma şirkətinizdə karyera imkanları ilə çox maraqlanıram. Bir az əlavə məlumat verə bilərsinizmi? Kimi cavablar verə bilərsiniz.
22. Heyvan olsaydınız, hansı heyvan olmaq istərdiniz?
Fərqli bier müsahibə sualı! Bu tip suallar hər müsahibədə verilmir. Tez-tez xarakter test suallarında görünür. Əslində tez-tez rastlaşa biləcəyimiz sual deyil, amma soruşula bilər. Bu tip suallarda işəgötürən sizin sürətli düşünmə qabiliyyətinizi ölçmək üçün bu sualı verə bilər. Burada səhv cavab vermək ehtimalı azdır. Dəvə deyə cavab versən, heç kim sənə səbəbini deməyəcək. Hətta yaxşı cavab ola bilər 🙂 Dəvənin çox ağır şərtlərə və uzun səfərlərə dözə biləcəyini düşünsək, burada misal çəkə bilərik. Cavabınız güclü və ya şəxsiyyətinizi əks etdirməlidir.
23. Limuzinə neçə tennis topu yerləşdirmək olar?
1000? 10.000? 100.000?
Xüsusilə bacarıq tələb edən işlərdə belə ağıllı suallar verilə bilər. Ancaq unutmayın ki, işə götürən şəxs dəqiq nömrə tələb etmir. O, sizdən nə soruşulduğunu başa düşdüyünüzə əmin olmaq və rasional düşünüb-düşünmədiyinizi görmək istəyir. Beləliklə, dərindən nəfəs alın və riyazi düşünməyə başlayın. (Bəli, qələm və kağız istəmək problem deyil!)
Comments are closed, but trackbacks and pingbacks are open.