Press "Enter" to skip to content

Cinsi zəiflik üçün dərman adları

– doppler nəzarəti altında düyünlərin dezarterizasiyası.

Təzyiqi dərmansız necə salmaq olar? HƏKİM TÖVSİYƏLƏRİ

Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.

Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.

İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:

– Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

– Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).

– Böyrəküstü vəzilərin şişləri.

– Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).

– Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.

Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.

Həkimlərin tövsiyələrini sizə təqdim edirik:

1. Duzun qəbulunu azaldın!

Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.

Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.

Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.

2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!

İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).

Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.

3. Daha çox hərəkət edin!

Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha “ağır” hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.

Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir – piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.

Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.

4. Kifayət qədər yatın və dincəlin!

Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.

Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.

Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın – mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.

5. Neqativ xəbərlərdən uzaq olun!

Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.

6. Düzgün qidalanın, artıq çəki yığmayın!

Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.

Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.

Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.

Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.

Saglamolun.Az

Cinsi zəiflik üçün dərman adları

İntim cəhətdən sağlamlıq kişi həyatının önəmli bir hissəsidir. Cinsi partnyorun stabilliyi və spesifik stimulyatorlar kişiyə hər zaman özünü gümrah hiss etməyə kömək edir. Erektil disfunksiya, yəni cinsi zəiflik həm psixoloji, həm də patoloji faktorlardan yaranır.

Bu problemlə mübarizə aparan cinsi zəiflik üçün dərman adları aşağıda qeyd edilmişdir. Potensiyanı stimulə edən və gec qurtarmaq üçün dərmanlar 2 qrupa bölünür: sintetik və təbii yolla alınmış vasitələr.

Cinsi zəiflik üçün dərman preparatları haqqında ümumi məlumat

  • potensiya üçün həblər libidonu (cinsi həvəsi) artırır, aktı uzadaraq əlaqənin keyfiyyətlini yüksəldir. Həmçinin dolayı yolla kişilərdə özünəgüvən hissi yaradır.
  • cinsi funksiyanın tənzimləyiciləri arzuolunan effekti uzunmüddətli edir. Preparatlar birdəfəlik və ya müntəzəm istifadə üşün nəzərdə tutulmuşdur. Onlar asılılıq yaratmır.
  • ən məşhur dünya brendləri – Viaqra, Levitra, Sialis FDE5 (fosfodiesteraza) inhibitorlarıdır. 18 yaşdan yuxarı kişilər üçündür.
  • bütün FDE5 inhibitorları oxşar təsir mexanizminə malikdir. Onlar cinsi orqana qan axınını artırır. Bu dərmanlar yalnız libido oyandıqdan sonra effektivdir.
  • əgər kişidə xroniki xəstəliklər varsa və yanaşı olaraq, digər preparatlardan istifadə edirsə, bu vasitələrin qəbulu, dozalanması barədə yalnız mütəxəssislə məsləhətləşməlidir. Tərkibində istənilən doza və formada üzvi nitratlar (nitroqliserin, mononitrat, dinitrat və.s) olan dərman vasitələrindən istifadə zamanı bu preparatların qəbulu qəti qadağandır.

Cinsi zəiflik üçün dərman adları: 7 preparat

  • Viaqra. Aktiv maddəsi sildenafildir. Cinsi zəiflik və impotensiyanın müalicəsində yararlıdır. Daxilə qəbul edilir. Tövsiyə olunan doza 100 mq-dır (1 tablet). Minimal doza 50mq-dır. Cinsi aktdan 1 saat öncə qəbul edilir. Nəticə 40-50 dəqiqə sonra əldə edilir və 4 saata qədər qüvvədə qalır. Preparatı alkoqol və yağlı qidalarla birlikdə içmək olmaz. Aptekdə sildenafil Jenaqra, Siaqra, Suxaqra, Koneqra, Penimeks adları ilə də satılır.
  • Levitra tabletləri. Təsir maddəsi vardenafildir. Klinik təcrübələrdə preparat öz effektivliyini sübut etmişdir. Təhlükəsiz vasitədir. Sutkalıq dozalanma kişinin bədən kütlə indeksindən və yaşından asılıdır. Standart doza -10mq, maksimal isə 20 mq-dır. 65 yaşdan yuxarı kişilərdə ilkin doza sutkada 5 mq təşkil edir. Tabletlər intim yaxınlıqdan 15-30 dəqiqə əvvəl içilir. Alkoqol və yağlı qida qidaların effektivliyə təsiri yoxdur.

Cinsi zəiflik üçün növbəti qrup dərman adları

  • Sialis tabletləri. Aktiv maddəsi tadalafildir. Kliniki araşdırmalara görə əlavə mənfi təsirləri çox azdır. Ağır dərəcəli cinsi zəiflik hallarında da effektivdir. Hətta şəkərli diabetdən əziyyət çəkən xəstələr bu dərmanı qəbul edə bilər. İntim yaxınlıqdan 15-20 dəqiqə əvvəl içilir. Tövsiyə olunan gündəlik doza 1 tabletdir (20mq). Təsiri digər preparatlarla müqayisədə daha uzunmüddətlidir. Qida qəbulu dərmanın sorulmasını zəiflətmir. Analoqlar Tadalafil, Apkalis, Tadasip adları ilə apteklərdə satılır.
  • Zidena. Tərkib komponenti udenafildir. Cinsi zəiflik zamanı istifadə olunur. İntim əlqədən 30 dəqiqə əvvəl içilir. Tövsiyə olunan sutkalıq doza 100 mq-dır. Preparatı gündə maksimum 1 dəfə içmək olar. Alkoqol və yağlı qidalar dərmanın təsirini zəiflətmir.

Cinsi zəiflik üçün bitkilərdən hazırlanmış dərman adları

  • Lavetron. Cinsi zəiflik üçün bitki tərkibli kombinəolunmuş preparatdır. Effekti libido yüksəldikdən sonra bilinir. Reproduktiv funksiyaya təsiri yoxdur. Toksiki deyil və asılılıq yaratmır. Əlaqədən 40-60 dəqiqə əvvəl 1 tablet qəbul edilir. Təsiri maksimum 6 saat davam edir.
  • Orqazeks. Kapsul formasında bitki mənşəli kombinəolunmuş preparatdır. Ereksiyanı stimulə edir, libidonu artırır. Təhlükəsizdir. Qəbuldan 1 saat sonra öz təsirini göstərir. Asılılıq törətmir.
  • Oqopleks. Təbii bitki formulasıdır. Kurs şəklində içilir. Prostatit və prostat adenomasından əziyyət çəkən kişilər də ondan istifadə edə bilər. Potensiyanı artırır, spermatogenezi normallaşdırır. Asılılıq yaratmır. 1 kapsul olmaqla gündə 2 dəfə içilir. Müalicə müddəti 1 aydır.

Cinsi zəiflik üçün preparatlar hər nə qədər təhlükəsiz və yoxlanılmış vasitələr olsa da, istifadədən öncə androloqdan soruşmağınız tövsiyə edilir.

Babasil xəstəliyi

Babasil (digər adı hemorroy) düz bağırsaq damarlarının varikoz genişlənməsidir. Bu məqalədə babasil xəstəliyi nədir və nədən yaranması barədə məlumat verəcəyik.

8 saat və ya daha uzun zaman ərzində oturaq vəziyyət, qeyri-sağlam qidalanma, xroniki stress, qəbizlik, artıq çəki və s. kimi faktorlar babasilin inkişafına şərait yaradır.

Bu xoşagəlməz xəstəlik ağrı, qanaxma, daimi narahatlıq hissi və hətta tualetə getmək qorxusu ilə özünü büruzə verir.

Babasil xəstəliyi barədə yanlış fikirlər

– təkcə zahı qadınlar hemorroydan əziyyət çəkir;

– xəstəlik yalnız babasil mazları və babasil üçün şamlar vasitəsilə müalicə olunur;

– düyünlər ancaq kəsilməklə aradan qalxa bilər.

Vaxt itirmə, həkimə müraciət et!

Keçmiş əsrlərdə yaranmış bu cür fikirlərin təsirindən insanlar babasili ciddiyə almır və ya proktoloq həkimin müayinəsindən keçməyə utanırlar.

Sadəcə anlamaq lazımdır ki, babasil xəstəliyi öz-özünə sağalmır. Müalicə gecikdirildikdə proses daha da kəskinləşir, ciddi fəsadların yaranma riski artır.

Babasil xəstəliyi haqqında mifləri dağıdaq

Babasil xəstəliyi adətən oturaq həyat tərzi keçirən ofis işçilərində, sürücülərdə rast gəlinir. Az hərəkətlilik, qeyri-sağlam qidalanma, piylənmə nəticəsində qəbizlik yaranır, düz bağırsaqda qan dövranı pozulur və nəhayət babasil inkişaf edir.

Bundan əlavə, xəstəliyin formalaşmasına ağırlıq qaldırma, hamiləlik və doğuş da təkan verə bilər.

Adətən babasil xəstəliyi sadalanan amillərin birgə təsirindən meydana çıxır. Bu səbəbdən hemorroidin effektiv müalicəsi üçün kompleks tədbirlər aparılır. Təkcə yerli müalicə vasitələri ( babasil kremləri və şamlar) ilə hemorroyu sağaltmaq mümkün deyil.

Təbabətin hazırki inkişafı, babasilin hətta xroniki formasını cərrahi müdaxilə aparmadan anesteziyasız, qansız və ağrısız yolla müalicə etməyə imkan verir. Bu vəziyyətdə xəstə əməliyyatdan 1-2 gün sonra gündəlik həyat tərzinə qayıdır.

Səbəbləri

Babasil – düyünlərin böyüməsi, qanaxma hallarının təkrarlanması, düyünlərin iltihabı və onların anal dəlikdən xaricə sallanması (boğulması) ilə müşayiət olunan xəstəlikdir. Hemorroyun əsas inkişaf səbəblərinə anal sfinkter və kanalda qan dövranının pozulması, əzələ toxumasının zəifləməsi aiddir.

Əlamətləri

– anal nahiyədə yad cisim hissi;

– defekasiyadan (nəcis ifrazından) sonra bağırsağın tam boşalmaması hissi;

– defekasiya zamanı ağrı;

– müxtəlif intensivlikli qanaxma;

– babasil düyünlərinin sallanması (boğulması).

Xəstəliyin inkişafı babasil düyünlərinin vaxtaşırı sallanmasına səbəb olur. Anal dəlikdən qanın axması anemiyaya gətirib çıxara bilər. Hemorroyun irəliləmiş mərhələlərində ağrı hissi güclənir, dözülməz olur. Xəstə defekasiyadan qorxaraq, nəcis ifrazını bilərəkdən gecikdirir. Bu da öz növbəsində qəbizilik törədir. Nəticədə xəstəlik daha da ağırlaşır.

Anal çat çox zaman hemorroidal düyünlərlə yanaşı inkişaf edir. Babasil xəstəliyi əksər hallarda düz bağırsağın çatı ilə ağırlaşır. Düz bağırsaq çatının müalicəsi zamanı metilurasildən (maz və ya şam şəklində) istifadə olunur. Drotaverin və ya No-şpa spazmı aradan qaldırmaq, ağrını azaltmaq və sağalmanı sürətləndirmək məqsədilə gecə və səhər saatlarında qəbul edilir.

Babasil xəstəliyi zamanı tətbiq edilən müasir müalicə üsulları

Proktologiya sahəsində babasil xəstəliyindən əziyyət çəkənlər üçün müxtəlif minimal invaziv (az travmatik) üsullar mövcuddur:

skleroterapiya;

– lateks üzüklər ilə bağlama;

– doppler nəzarəti altında düyünlərin dezarterizasiyası.

Müalicə üçün müəyyən bir metod və ya prosedur həkim tərəfindən xəstənin fərdi göstəriciləri – ümumi vəziyyəti, xəstəliyin mərhələsi, yanaşı gedən patologiyalar nəzərə alınmaqla seçilir.

Hemorroyun inkişaf mərhələsindən asılı olaraq, aparılan müalicə metodları

I-II mərhələlərin müalicəsində xüsusi pəhriz, maz, rektal şam və digər dərmanlardan istifadə etmək kifayətdir. Bəzən minimal invaziv üsullara – skleroterapiya, infraqırmızı laxtalanma və s. ehtiyac yaranır.

II-III mərhələlərdə Doppler nəzarəti ilə düyünlərin dezarterizasiyası icra olunur.

Xəstə artıq IV mərhələyə çatıbsa, dezarterizasiya texnologiyasının tətbiqi, həmçinin cərrahi müdaxiləyə ehtiyac yaranır. Manipulyasiyanın mahiyyəti düyünləri qidalandıran damarları bağlanmaqla onlara qan axınını dayandırmaqdan ibarətdir.

Comments are closed, but trackbacks and pingbacks are open.