Təhlükəli malların daşınma kodları
Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması sahəsində müvafiq qayda və prosedurların unifikasiyası (vahid şəklə salınması) üçün aviasiya sahəsində bir çox beynəlxalq konvensiyalar və aktların tənzimlənməlidir. Hava yolu ilə daşıma qaydalarının unifikasiyası və sistemləşdirilməsi üzrə əsas işi Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) həyata keçirir. ICAO təhlükəli materialların hava yolu ilə təhlükəsiz daşınması üzrə ətraflı texniki təlimatları tətbiq edib. Texniki təlimatlar təhlükəli yüklərin vahid təsnifatını və sistemini gətirir. Təlimat “təhlükəli yük” anlayışın tərif edir və təhlükə mənbəyi kriteriyası üzrə maddələri doqquz kateqoriyaya (sinfə) ayırır: tezalışan, zəhərli, alışan, korroziya, radioaktiv və s. Bəzi siniflərin daha mürəkkəb strukturu var. Məsələn, 6-cı sinfə aid yüklər zəhərli (6.1 yarımsinfi) və yoluxucu (6.2 yarımsinfi) maddələrə bölünür. Texniki təlimatlarda markalama, qablaşdırma, təsbit etmə, aşırma, çatdırılmas qaydaları, habelə avisiya təhlükəsizliyinin təmin edilməsi üzrə xüsusi tədbirlər, hava gəmisinin heyət üzvünü tələblər və s. ətraflı nizama salınıb. Bəzi maddələrin hava nəqliyyatı ilə daşınmasına ciddi qadağa qoyulub. ICAO müəyyən karroziyalı, zəhərli və radioaktiv maddələri hava gəmisinin göyərtəsinə almağı qadağan edir. BMT təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınması sahəsində qaydaların unifikasiyası üçün xüsusi beynəlxalq sazişin hazırlanması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün nəticəsində təhlükəli maddələrin yollar ilə daşınması üzrə ADR sazişi yaradıldı. ADR sazişi yükdaşımalar sahəsində ən geniş formada qəbul edilmiş unifikasiyalardan biridir: o, təkcə Avropa İttifaqı ölkələrində deyil, həm də Azərbaycan, Qazaxıstan, Mərakeş və Rusiyada (DOPOQ adı ilə – “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişi) fəaliyyət göstərir. ADR sazişi, həmçinin təhlükəli yüklərinvahid şəklə salınmış təsnifatını müəyyənləşdirir, bu da hava yolu ilə daşımalar sahəsində qəbul edilmiş təsnifatlara bənzəyir. Bu təsnifata əsasən, həmçinin təhlükə mənbəyinin kriteriyası üzrə maddələr doqquz kateqoriyaya (sinfə) ayrılır. Hər bir sinif özünün fiziki və kimyəvi xüsusiyyətləri ilə fərqlənir. ADR sazişi bu xüsusiyyətlərdən asılı olaraqtəhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydaları və şərtlərini tənzimləyir.
Təhlükəli yüklərin daşınması
BMT-nin statistikasına əsasən, ümumi yük dövriyyəsinin təqribən 50 faizini təhlükəli yüklər təşkil edir. Hava, dəniz və dəmir yolu ilə, habelə avtomobil nəqliyyatı ilə təhlükəli yüklərin daşımasının təşkilinin düzgün qurulması sənayenin bir çox sahələri üçün strateji önəm kəsb edir. Bir qayda olaraq, kimya, neft kimyası, əczaçılıq və hasilat sənayesində məşğul olan müəssisələr təhlükəli yükləri göndərənlər və alanlar qismində çıxış edir. Bu müəsssisələrin nizamlı işi və müvafiq sahələrdə yeni iqtisadi əlaqələrin qurulması ölkə iqtisadiyyatının dayanıqlı artımının təmin edilməsində həlledici rol oynayır. “AsstrA” beynəlxalq əlaqədə təhlükəli yüklərin bütün nəqliyyat növləri ilə daşınmasının hər cür üstünlüklərindən yararlanmaqda, logistik prosesləri optimallaşdırmaqda və MDB, Qərbi Avropa və Asiyanın yeni bazarlarına çıxmaqda müştərilərinə kömək göstərir. Əməkdaşlarımız yükün xüsusiyyətlərini nəzərə alaraq ən münasib çatdırılma marşrutunu tərtib edirlər, hüquqi, texniki və sanitar şərtlərə əməl olunmasına nəzarət edirlər. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
Daha ətraflı –>
AsstrA kimyəvi məhsulların daşınmasında maraqlı olan hər bir müştəriyə etibarlı həll yolları təklif edir
AsstrA sürətli, təhlükəsiz və ekoloji uyğundur
AsstrA neft-kimya məhsullarının daşınma həcmlərini artırır
ƏLAVƏ MƏLUMAT
DAŞINMA QAYDASI
Təhlükəli yüklərin daşınması qaydaları dar mənada ayrı-ayrı dövlətlərin səlahiyyətli orqanları, ümumi və məhdud kompetensiyalı regional birliklərin, beynəlxalq təşkilatların qəbul etdiyi hüquqi və texniki sənədər sistemindən ibarətdir. Tənzimləmə mənbələrinin kompleksliyi və müxtəlifliyi beynəlxalq əlaqədə təhlükəli yüklərin çatdırılmasının həyata keçirilməsini bir çox halda çətinləşdirir, çünki hər dövlətdə qəbul edilmiş təsnifatlar və prosedurlar bir-birindən fərqlənə bilər.
Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması sahəsində müvafiq qayda və prosedurların unifikasiyası (vahid şəklə salınması) üçün aviasiya sahəsində bir çox beynəlxalq konvensiyalar və aktların tənzimlənməlidir. Hava yolu ilə daşıma qaydalarının unifikasiyası və sistemləşdirilməsi üzrə əsas işi Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) həyata keçirir. ICAO təhlükəli materialların hava yolu ilə təhlükəsiz daşınması üzrə ətraflı texniki təlimatları tətbiq edib. Texniki təlimatlar təhlükəli yüklərin vahid təsnifatını və sistemini gətirir. Təlimat “təhlükəli yük” anlayışın tərif edir və təhlükə mənbəyi kriteriyası üzrə maddələri doqquz kateqoriyaya (sinfə) ayırır: tezalışan, zəhərli, alışan, korroziya, radioaktiv və s. Bəzi siniflərin daha mürəkkəb strukturu var. Məsələn, 6-cı sinfə aid yüklər zəhərli (6.1 yarımsinfi) və yoluxucu (6.2 yarımsinfi) maddələrə bölünür. Texniki təlimatlarda markalama, qablaşdırma, təsbit etmə, aşırma, çatdırılmas qaydaları, habelə avisiya təhlükəsizliyinin təmin edilməsi üzrə xüsusi tədbirlər, hava gəmisinin heyət üzvünü tələblər və s. ətraflı nizama salınıb. Bəzi maddələrin hava nəqliyyatı ilə daşınmasına ciddi qadağa qoyulub. ICAO müəyyən karroziyalı, zəhərli və radioaktiv maddələri hava gəmisinin göyərtəsinə almağı qadağan edir. BMT təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınması sahəsində qaydaların unifikasiyası üçün xüsusi beynəlxalq sazişin hazırlanması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün nəticəsində təhlükəli maddələrin yollar ilə daşınması üzrə ADR sazişi yaradıldı. ADR sazişi yükdaşımalar sahəsində ən geniş formada qəbul edilmiş unifikasiyalardan biridir: o, təkcə Avropa İttifaqı ölkələrində deyil, həm də Azərbaycan, Qazaxıstan, Mərakeş və Rusiyada (DOPOQ adı ilə – “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişi) fəaliyyət göstərir. ADR sazişi, həmçinin təhlükəli yüklərinvahid şəklə salınmış təsnifatını müəyyənləşdirir, bu da hava yolu ilə daşımalar sahəsində qəbul edilmiş təsnifatlara bənzəyir. Bu təsnifata əsasən, həmçinin təhlükə mənbəyinin kriteriyası üzrə maddələr doqquz kateqoriyaya (sinfə) ayrılır. Hər bir sinif özünün fiziki və kimyəvi xüsusiyyətləri ilə fərqlənir. ADR sazişi bu xüsusiyyətlərdən asılı olaraqtəhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydaları və şərtlərini tənzimləyir.
Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması qaydaları1974-cü il tarixli universal beynəlxalq konvensiyasında möhkəmləndirilib. Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınmasının ətraflı qaydaları Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən hazırlanıb və bu təşkilatın xüsusi aktlarında yer alır. IMO-nun hazırladığı təhlükəli yüklər üzrə Beynəlxalq Dəniz Məcəlləsi də “təhlükəli yüklər” anlayışını tərif edir, təhlükə mənbəyindən asılı olaraq maddələri doqquz sinfə ayırır. Təhlükəli yüklər üzrə dəniz məcəlləsi təhlükəli maddələrin və materialların daşınmasının dəqiq qaydalarını təyin edən kompleks hüquqi aktdır. IMO-nun məcəlləsi təkcə dəniz nəqliyyatı, dəniz gəmisinin heyət üzvü və digər daşınan yüklər üçün bəzi maddələrin potensial təhlükəsini nəzərə almır, həm də ətraf mühitin və dəniz sahəsinin çirklənməsinin yüksək risklərini diqqətə alır. Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması COTİF (Beynəlxalq dəmir yolu daşımaları haqqında konvensiya) və BDYS (SMQS –rus abreviaturası ilə – Beynəlxalq dəmir yolu yükdaşımları haqqında saziş) konvensiyalarına əlavələr, habelə MDB çərçivəsində qəbul edilmiş regional hüquqi aktlar ilə tənzimlənir. Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması qaydalarının strukturu təhlükəli yüklərin digər nəqliyyat növləri ilə daşınması qaydaları ilə eynidir. Belə ki, dəmir yolu ilə daşımalar sahəsində qəbul edilmiş müvafiq sənədlər təhlükəli maddələrin unifikasiya olunmuş təsnifatından, xüsusi fərqləndirici nişanların vurulması və qablaşdırmaya, eləcə də dəmir yolu ilə daşımalara xidmət göstərmək üçün cəlb edilmiş heyətə qarşı tələblərdən ibarətdir. Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınmasının vacib şərti onun yaşayış tikililərindən kifayət qədər arılad həyata keçirilməsidir.
Təhlükəli yüklərin daşınması beynəlxalq və millii hüquqi sənədlərlə tənzimlənir. Xüsusən Rusiyada təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydaları təkcə ADR (DOPOQ) sazişi ilə deyil, həm də hökumətin 15.04.2011 tarixində təsdiq etdiyi yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydaları, digər federal və yerli əhəmiyyətli aktrlarla təyin edilir. Təhlükəli yüklərin hava və su nəqliyyatı ilə daşınması sahəsində təkcə məhdud səlahiyyətli dövlət orqanlarının aktları deyil, həm də xüsusi məcəllələr mövcuddur: Hava məcəlləsi, Su məcəlləsi. Yuxarıda sadalanan bütün qaydaları bir neçə kateqoriyaya bölmək olar: daşıyıcılara qarşı qaydalar; nəqliyyat vasitələri və konteynerlərin hazırlanması və təchiz olunması qaydaları; təhlükə sinfindən asılı olaraq maddələrin daşınması qaydaları; təhlükə sinfindən və nəqliyyat növündən asılı olaraq yükləmə-boşaltma fəaliyyətinin həyata keçirilməsi qaydaları; və təhlükə nişanlarının vurulması və markalama qaydaları; təhlükəli maddələrin qablaşdırılmasına qarşı qaydalar; sənədləşdirməyə qarşı qaydalar. “AsstrA” Rusiyanın daxilində və beynəlxalq aləmdə təhlükəli yüklərin daşınması üzrə tənzimləmələrdəki dəyişiklikləri diqqətlə izləyir və hər bir konkret maddənin xüsusiyyətlərindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
TƏLƏB, TƏLİMAT, SƏNƏDLƏR
- beynəlxalq əlaqədə təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması üzrə sertifikat (lisenziya);
- əgər federal avtomobil yolları ilə hərəkət edilirsə və digə bəzi hallarda təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınmasına icazə (yuxarıda qeyd edilənin eynisi);
- ad, identifikasiya (eyniləşdirmə) nömrəsi, təhlükə yükün sinfi və s. haqqında müvafiq qeydlərlə birlikdə qaimə-faktura;
- digər sənədlər.
Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması üçün sənədlər paketinə aşağıdakılar daxildir:
- hava nəqliyyatı ilə çatdırmaq üçün təhlükəli yüklərin qəbulu və emalını həyata keçirmək üzrə sertifikat (lisenziya);
- təhlükəli yük üzrə gömrük bəyannaməsi;
- ad, identifikasiya (eyniləşdirmə) nömrəsi, təhlükəli yükün sinfi və s. haqqında müvafiq qeydlərlə birlikdə hava yol qaiməsi
- digər sənədlər.
Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması üçün sənədlər paketinə aşağıdakılar daxildir:
- yüklərin daxili su və dəniz nəqliyyatı ilə daşınması fəaliyyətinin həyata keçirilməsi üzrə sertifikat (lisenziya);
- daxili su və dəniz nəqliyyatında təhlükəli maddələrin və materialların yüklənməsi/boşaldılmasının aparılması üzrə sertifikat (lisenziya);
- ad, identifikasiya (eyniləşdirmə) nömrəsi, təhlükəli yükün sinfi və s. haqqında müvafiq qeydlərlə birlikdə dəniz qaiməsi;
- digər sənədlər.
Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması üçün sənədlər paketinə aşağıdakılar daxildir:
- təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınmasının həyata keçirilməsi üzrə sertifikat (lisenziya);
- dəmir yolu tərkibində təhlükəli maddələrin və materialların yüklənməsi/boşaldılmasının aparılması üzrə sertifikat (lisenziya);
- istifadə olunan dəmir yolu nəqliyyat vasitəsinin texniki reqlament tələblərinə uyğunluq sertifikatları;
- ad, identifikasiya (eyniləşdirmə) nömrəsi, təhlükəli yükün sinfi və s. haqqında müvafiq qeydlərlə birlikdə qaimə-faktura;
- digər sənədlər.
Təhlükəli yüklərin daşınmasına qarşı əsas tələblər ixtisaslaşmış nəqliyyat və konteynerlərdən istifadə olunmasıdır. “AsstrA” təhlükəli yüklərin daşınması sahəsində geniş təcrübəsi və ixtisası olan beynəlxalq hava yolları və nəqliyyat tərəfdaşları ilə əməkdaşlıq edir. Şirkətimizin öz avtoparkı təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması üçünkomplektləşdirilib: təhlükəli maddələrin çatdırılması üçün iriyüklü və kiçiktonnajlı nəqliyyat vasitələri mövcuddur.
Ştatımızda təhlükəli maddələrlə iş görməyə haqq qazanmış və hazırlıq keçmiş ixtisaslı təcrübəli əməkdaşlar çalışırlar. Bütün nəqliyyat növləri ilə təhlükəli yüklərin daşınması üzrə sertfikasiya almış mütəxəssislər ofisdən daşınmasının müşayiəti ilə məşğul olurlar. Podratçılarımız olan etibarlı nəqliyyat şirkətləri, həmçinin zəruri lisenziya və sertifikasiyalara malikdirlər.
“AsstrA” Avropa Kimya Sənayesi Şurasının (CEFIC) SQAS şəhadətnaməsini alıb, bu da texniki təhlükəsizliyə, əməyin və ətraf mühitin mühafizəsi üzrə qanunveriliciyə əməl olunmasını, təhlükəli kimyəvi maddələrin çatdırılması prosesində yüksək səviyyəli keyfiyyəti idarəetmə sistemini təsdiq edir.
Şirkətimiz təhlükəli yüklərin daşınması üzrə beynəlxalq hüququn tələblərinə cavab verən təhlükəsiz, innovativ, səmərəli xidmətlər göstərir. “AsstrA” 2-ci, 3-cü siniflərə, 4.1., 4.3., 5.1., 5.2. yarımsiniflərə, 6-cı sinfə, 6.1., 6.2., 8, 9 yarımsiniflərə aid təhlükəli maddələr və materialların çatdlrılması üzrə xidmətlərin tam kompleksini təqdim edir. Təhlükəli yüklərin daşınması yüksək risklərlə bağlı olduğuna görə “AsstrA” yüklərin sığortalanmasını təmin edir.
“AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.
Təhlükəli malların daşınma kodları
Təhlükəli yük —insanlar, canlılar və ətraf mühit üçün təhlükəli olan yüklərdir və onlar daşınma və ya nəqliyyat hadisəsi zamanı insan sağlamlığı və həyatına və (və ya) ətraf mühitə zərər vura bilər. Təhlükəli yüklərin daşınması beynəlxalq müqavilələr və sazişlər vasitəsilə tənzimlənir. Belə sazişlərdən ən əsası “Təhlükəli yüklərin beynəlxalq yollarda daşınmasına dair Avropa Sazişi”dir.
Təhlükəli yüklərə xas olan xüsusiyyətlər daşınma prosesində, yükləmə-boşaltma işlərinin həyata keçirilməsində və saxlanmasında ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, həmçinin, insanların, heyvan və quşların zəhərlənməsinə, xəstələnməsinə, zədə almasına və ölümünə səbəb ola bilən maddələrə, materiallara, məmulatlara, məhsullara və təhlükə potensiallı tullantılara aiddir.
ADR müqaviləsəndəki bölgüyə əsasən təhlükəli yüklər aşağıdakı siniflərə bölünür:
1 ci sinif — Partlayıcı ma ddələr (Explosives) ;
dinamit, detonator, partlayıcılar, hava fişəngləri, pirotexnik əşyalar və oyuncaqlar, benqal kibriti və s.
2 ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar (Gases);
arqon, azot, butan, hidrogen qazları, sıxılmış qaz, soyuducular üçün nəzərdə tutulan qazlar, yanğın söndürücülər, propilen, xlor, etilen, hidrogen sulfid .
3 cü sinif —Yanıcı mayelər (Flammable liquids);
benzin, dizel yanacağı, spirt, parfum, alkoqol, yapışdırıcılar, aseton, metanol, ağ neft, boyalar və laklar
4 cü sinif — tez alışan bərk maddələr (Flammable solids);
termokibrit, fosfor amorf, kükürd, aktiv kömür, nəm pambıq, quru ağ və ya sarı fosfor.
5 ci sinif —Oksidləşən maddələr və üzvi peroksidlər. (Oxidizing Agents & Organic Peroxides) ;
kalsi xlor, xrom turşusu, xlorlu əhəng, natri brom
6 cı sinif — Zəhərli və infeksiyalı maddələr. (Oxic and Infectious Substances) ;
həşərat dərmanları, dizinfeksiya edici vasitələr, parça boyaları, bakteriyalar, diaqnostik nümunələr, infeksiyalı maddələr, tibbi tullantılar
7 ci sinif — Radioaktiv maddələr . (Radioactive Substances)
pluton, uran və onların filizləri
8 ci sinif —Aşındırıcı və korroziyaedici maddələr. (Corrosive Substances);
turşular və qələvilər
9 cu sinif — Digər təhlükəli maddələr (Miscellaneous Dangerous Substances);
Digər təhlükəli maddələr: su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən bərk yanan maddələr, zəhərli maddələr, havanın oksigenini udan maddələr, maqnitləşdirilmiş maddələr.
Şahbaz xvduoğlu tərtibçilər
ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları” təsdiq edilsin (əlavə
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasizadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə
Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması
Əlavə və dəyişikliklər:
13 sentyabr 2000-ci il, Qərar N° 169
12 avqust 2002-ci il, Qərar N° 133
7 noyabr 2002-ci il. Qərar Ns 173
13 sentyabr 2006-cı il, N? 207
Ümumi müddəalar
Bu Qaydalar Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə
təhlükəli yüklərin* daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə əsas tələbləri müəyyən
Bu Qaydalar xüsusi tələblə və təlimatla daşman hərbi təyinatlı maddə və məmulatlara,
eləcə də, “Təhlükəli yüklərin sinifləri. Təsnifatı Təhlükə nişanlan”nda nəzərdə tutulmuş 9.2
sinİfaltma** aİd məmulatların, həmçinin məhdud miqdarda təhlükəli maddə və məmulatlarm
(güclə təsirə malik zəhərləyici və partlayıcı maddə və məmulatlar istisna olmaqla) daşınmasına
Bir avtomobil nəqliyyatı vasitəsi ile*** məhdud miqdarda təhlükəli maddə və məmulat
təhlükəsiz yük kimi daşma bilər. Bu zaman həmin təhlükəli maddə və məmulatm miqdarı,
“Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşınmaları haqqında
Avropa Sazişinin
müddəaları****, həmçinin digər müvafiq normativ sənədlərin tələbləri əsasında
təsbit edilir və müəyyən növ təhlükəli yüklərin daşınması şərtlərində qeyd olunur (əlavə 3).
Məhdud miqdarda təhlükəli maddə və məlumatlarm daşınması zamanı onlann qabları,
qablaşdırması, qablarm nişanlanması və s. üzrə müvafiq tələblərə əməl edilməlidir. Məhdud
miqdarda təhlükəli maddə və məmulatlan daşıyan nəqliyyat vasitələrində bu Qaydalarda
nəzərdə tutulan digər təhlükəli yüklər daşınmalıdır.
Çıxarılıb (3)
*TəhläkəU yüklər – insanlar, canlılar və ətraf mühüit üçün təhlükəli olan maddə və məmulatlardır.
Təhlükəli yüklər haqqında əsas məlumatlar 2 nömrəli əlavədə verilmişdir.
** Üst-üstə yığılmaqla dıştndıqda təhlükə təmayüllü yüklər
*** Sonralar “nəqliyyat vasitəsi” kimi işlənir.
**** BMT-nin TYVA YD barədə Avropa Sazişi 30sentyabr 1957-ci ildə Cenevrədə imzalanmış və
1968- ci il 29 yanvar tarixində qüvvəyə minmişdir. 29 iyun 1968-ci və 1 yanvar 1997-ci illərdə müvafiq
əlavələr edilmişdir. Azərbaycan Respublikası “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşınmaları
haqqında ” Avropa Sazişinə (DOPOQ) və İmzalama Protokoluna 2000-ci it 18 iyul tarixli 9I3-İQ nömrəli
Qanunla qoşulmuşdur (2).
Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq da:jinmalan haqqında” Avropa
Sazişinin (DOPOQ) müddəaları (2), eləcə də digər nomıativ aktlar əsasında işlənib hazırlanmış,
müəyyən nÖv və qrupdan olan təhlükəli yüklərin təhlükəsiz daşınma şərtləri Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi (4) ilə razılaşdırılmaqla, onlan istehsal edən
(göndərən) və ya qəbul edən dövlət, qeyri-dövlət orqanlan və hüquqi şəxslər tərəfindən təsdiq
Təhlükəli yüklərin daşınma şərtləri yüklərin daşınmasmı həyata keçirən dövlət, qeyri- dövlət
və hüquqi şəxslər tərəfindən hazırlandığı təqdirdə istehsalçı ilə (yükü göndərənlə)*
Güclü təsirə malik zəhərləyici və partlayıcı, eləcə də xüsusi aktivliyi 7,4×103 Bk.kq- 1,
yaxud 0,002 mkKi. q-i-dən artıq olan radioaktiv maddələrin təhlükəsiz daşınma şərtləri
Azərbaycan Respublikasınm Fövqəladə Hallar Nazirliyi (4) və Daxili İşlər Nazirliyinin Dövlət
Yol Polisi İdarəsi (DİN DYPİ) ile, partlayıcı materiallar və güclü təsirə malik zəhərləyici
maddələrin təhlükəsiz daşınma şərtləri isə Azerbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin (^jmüvafiq sənaye sahələri üzrə orqanlan və DİN-in İctimai Təhlükəsizlik İdarəsi ilə
Təhlükəli yüklərin boş qabları əmtəə-nəqliyyat sənədlərində qablan təmizləyən
təşkilatın “Qab təmizləni, təhlükəsizdir” qeydi olduqda təhlükəsiz yük kimi ümumi əsaslarla,
həmin qeyd olmadıqda isə onlarda olmuş təhlükəli yüklərin daşınma şərtlərinə uyğun daşınır.
Avtomobil nəqliyyatı vasitələri ilə təhlükəli yüklərin daşındığı qablar, maddə və
məmulatlar istehsalçılar və ya onlan göndərənlər tərəfindən nişanlamr və dövlət standartları ilə
müəyyən olunmuş qaydada təhlükə nişanları ilə təchiz edilirlər.
Bəzi təhlükəli yüklərin daşınması üçün yükü göndərən və ya qəbul edən tərəfindən
təhlükəsiz daşınma şərtlərində nəzərdə tutulduğu hallarda məsul şəxs və mühafizə təyin edilir.
Təhlükəli yüklərin daşınması zamanı baş vermiş qəza hadisələri barədə ilkin təcili
məlumatı Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə (4^yük göndərən və yaxud
alan təşkilat verməlidir.
Təhlükəli yük daşıyan avtomobil sürücüsü, İxtisaslaşdınlımş təhsil kurslarında DYP və
Fövqəladə Hallar Nazirliyi (4) ilə razılaşdırılmış proqram əsasmda xüsusi hazırlıqdan keçdikdən
sonra avtomobil idarə etməyə buraxıhr.
Təhlükəli yüklərin daşınmasında nəqliyyat vahidi kimi istifadə edilən avtonəq- liyyat
vasitəsi və qoşqularmın növü və dərəcəsindən asılı olaraq müəyyən olunmuş texniki şərtlər
Beynəlxalq (TYBAYD) standartların tələblərinə uyğun olmaldır.
Xarici ölkələrdən radioaktiv və toksik tullantılann saxlanmaq və basdırılmaq üçün
Azərbaycan ərazisinə daşınmasına və ölkə ərazisindən tranzit yolu ilə aparılmasına (1) yol
Qaydalarda işlənmiş terminlərin izahı 1 nömrəli əlavədə
Comments are closed, but trackbacks and pingbacks are open.