Press "Enter" to skip to content

Thlükli yüklrin avtomobil nqliyyatı il daşınması qaydaları

Bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın yerinə yetirilməsinə nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən də həyata keçirilirməsinə dair müddəa həmin qaydalara əlavə edilib.

Azərbaycanda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarına dəyişiklik edilib

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nda dəyişikliklər edilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hökuməti avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarına dəyişiklik edib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nda dəyişikliklər edilib.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 936-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 409 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda dəyişikliklər edilsin.

Dəyişiklərə əsasən, daşıyıcının avtonəqliyyat vasitəsinin, habelə Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında” Qanununun 53-cü, 54-cü və 55-ci maddələri ilə nəzərdə tutulmuş məsuliyyətinin sığortası könüllü qaydada həyata keçiriləcək.

10-cu hissənin adında “pretenziya və iddiaların” sözləri “pretenziyaların” sözü ilə əvəz edilib. 10.9-cu bəndin birinci cümləsindən hər iki halda “və ya iddia” sözləri çıxarılıb.

Bundan əlavə, 10.14-cü və 10.22-ci bəndlər ləğv edilib. 5. 40-cı hissənin adında “Pretenziya və iddiaların” sözləri “Pretenziyaların” sözü ilə əvəz edilib. 42.1.13-cü yarımbənd ləğv edilsin.

48.14-cü bənddə “Pretenziya və ya iddianı” sözləri “Pretenziyanı” sözü ilə əvəz edilib, “pretenziya təqdim edilmədikdə isə iddianın təqdim edildiyi gündən” sözləri çıxarılıb.

  • yüklərin daşınması
  • avtomobil nəqliyyatı

Thlükli yüklrin avtomobil nqliyyatı il daşınması qaydaları

Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə münasibətdə müvafiq normativ aktlarında dəyişikliklər edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilərək, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli şəxslərin sırasından çıxarılıb.

Belə ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş peşəkarlıq səriştəsinə dair proqram üzrə hazırlıq keçirlər.

Qeyd edilənlərlə əlaqədar beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin fəaliyyətini əhatə edən Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş sürücülərin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamədən, sərnişin və baqaj daşınması qaydalarından, yüklərin daşınması qaydalarından, sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə xüsusi proqramdan beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə dair müddəalar uyğunlaşdırma çərçivəsində çıxarılıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edən orqanların dairəsi müəyyənləşdirilib.

Bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın yerinə yetirilməsinə nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən də həyata keçirilirməsinə dair müddəa həmin qaydalara əlavə edilib.

Məlumatlanmaq üçün Facebook səhifəmizi

“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilib

“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilib Bakı, Sumqayıt və Gəncədə sərnişin avtobuslarının hərəkət cədvəlinin monitorinqini aparmaq səlahiyyəti Nəqliyyat Nazirliyindən alınıb

3 May , 2016 00:48

https://static.report.az/photo/56a5242c-e934-493e-9415-9a3a9e28e268.jpg

Bakı. 3 may. REPORT.AZ/ Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib. “Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qaydaya əsasən, indiyədək ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyətdə olması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət texniki baxışın keçirilməsi, lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilirdi. İndi isə, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyətdə olması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət texniki baxışın keçirilməsi, lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində müvafiq olaraq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Azərbaycan Respublikasının digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq ediləcək. Bundan əlavə, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilir. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və bunun əsasında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq ediləcək. Müntəzəm marşrutlarda işləyən sərnişin avtonəqliyyat vasitələrinin həmin marşrutlar üzrə hərəkət cədvəlləri Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyi tərəfindən mütəmadi monitorinq edilir və digər nəqliyyat növləri, həmçinin təkrarlanan marşrutlar üzrə hərəkət cədvəlləri ilə əlaqələndirilərək tənzimlənəcək. Qaydanın “Hər bir avtobus dayanacaq məntəqəsi üçün Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən müəyyən olunmuş formada pasport təsdiq edilir və dayanacağın yeri yerli şəhər (rayon) icra hakimiyyəti və BDYPİ-nin müvafiq ərazi bölmələri ilə razılaşdırılır” bəndi ləğv edilib. Bu, taksilərə də aiddir.

Comments are closed, but trackbacks and pingbacks are open.