Ekspert: “Əks-tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək”
Hələ 10 gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib və hamını panikaya düşmədən ayıq-sayıq olmağa çağırıb. DTX həmçinin son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib. “Səfirliklərin xəbərdarlıqları dəqiq və konkret informasiyalara əsaslanır” Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Report”a açıqlamasında bildirib ki, ABŞ səfirliyinin də son xəbərdarlığı məhz erməni terroru ilə bağlı təhdidlərlə əlaqəlidir: “Hamının yadındadır ki, sentyabrın 25-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfilriyi əməkdaşlarına və vətəndaşlarına konkret istiqamətlər göstərməklə Bakını tərk etməmək haqqında xəbərdaredici informasiya vermişdi. Oktyabrın 27-də isə Ermənistan tərəfinin təxribatlarına cavab olaraq cəbhə bölgəsində döyüşlər başladı. Yəni ABŞ və digər Qərb ölkələrinin səfirlikləri öz vətəndaşlarına təhlükəsizlik haqqında xəbərdarlıq edəndə, kifayət qədər dəqiq və konkret informasiyalara əsaslanır və belə bir informasiya olmasa, onlar bunu yaymırlar. Belə bir informasiyanın əsaslılığına erməni terrorunun keçmişi də dəlalət edir. Bilirlər ki, keçmişdə də ermənilər kifayət qədər terror hadisələri törədiblər”. “Əks tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək” Ekspert bildirir ki, ABŞ səfirliyinin son xəbərdarlığında diqqəti çəkən “Abşeron Marriot” otelinin adının çəkilməsidir. Adətən belə məsələlərdə konkret yer göstərilirsə, bu, çəkindirici faktor olaraq edilir. Yəni terroru hazırlayan qüvvələrə xəbərdarlıq etmək istəyirlər ki, biz sizin işinizdən xəbərdarıq, hansı yerlərdə nə etmək istədiyinizi bilirik, əks-tədbirlər də görəcəyik. Təbii ki, bu tədbirləri səfirlik yox, Azərbaycanın öz təhlükəsizlik orqanları edəcək. Bu da o deməkdir ki, təhlükəsizlik məsələlərində bizim Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və digər təhlükəsizlik orqanları ilə ABŞ səfirliyinin təhlükəsizliyə məsul şəxsləri arasında kifayət qədər koordinasiyalı əməkdaşlılq mövcuddur. Həmçinin Ermənistan məğlub duruma düşüb və hamı bilir ki, onlar belə vəziyyətdə mütləq terorra əl atırlar. Terror onlar üçün bir növ ideoloji-siyasi təsir, təzyiq vasitəsidir və bu təzyiqi də göstərirlər. Hesab edirəm ki, konkret ad və ünvan göstərməklə daha çox terroru hazırlayanları xəbərdar edib”.
Təhlükəsizlik tedbirleri
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Banner Tikintidə təhlükəsizlik tədbirləri daha da sərtləşdirilməlidir – Ekspert
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyun 28, 2018 – 09:00
!Reklam – Yazi
“Bəzi hallarda işçilərin mövcud iş saatından artıq işlədilməsi, əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinə heç də həmişə riayət olunmaması tikintidə ölümlə nəticələnən bədbəxt hadisələrin təəssüf ki, hələ də davam etməsinə rəvac verir. Digər tərəfdən, həmin bədbəxt hadisələr daha çox tikinti sahəsində peşəkar və mütəxəssis olmayanların başına gəlir. Bu da ondan qaynaqlanır ki, şirkətlər bir çox hallarda mütəxəssis olmayan, yoldan keçən hər hansı bir fəhlə və ustanı da işə götürürlər”. Rövşən Talıbzadə
Bu sözləri Yenicag.az-a açıqlamasında tikinti sahəsində ölümlə nəticələnən hadisələrin hələ də davam etməsinə münasibət bildirərkən Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə deyib: “Əslində ötən illərlə müqayisədə tikinti zamanı baş verən bədbəxt hadisələr, ölüm halları müəyyən qədər azalıb. Bu da onunla bağlıdır ki, həmin istiqamətdə fəaliyyət göstərən dövlət qurumları tərəfindən nəzarət gücləndirilib. Lakin bununla yanaşı, tikintidə ölüm hallarının qarşısını almaq üçün təhlükəsizliklə bağlı qanunların daha da sərtləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu istiqamətdə nəzarətin daha da gücləndirilməsi vacibdir. Bədbəxt hadisələr əksər hallarda texniki təhlükəsizlik tədbirlərinin görülməməsi və işə sayğısız yanaşma ilə bağlı olur. Bir çox hallarda tikinti şirkətləri tərəfindən hələ də əməyin mühafizə qaydaları tətbiq olunmur. Məsələn, hündürmərtəbəli binalarda işləyən işçilər üçün xüsusi geyimlər alınmalıdır. Yaxud da binanın fasadında xüsusi təhlükəsizlik setkaları asılmalıdır. Bundan əlavə, işə götürən işçidən sağlamlıq haqqında tibbi arayış də tələb etməli,işçilər vaxtaşırı icbari tibbi müayinədən keçməlidirlər. Fövqəladə Hallar Nazirliyinin “Hündürlükdə iş zamanı texniki təhlükəsizliklə bağlı qaydaları” müəyyən edilib ki, burada işə götürənlə işçi arasında münasibətlərin tənzimlənməsi qaydaları öz əksini tapıb. Xüsusi mütəxəssislər tərəfindən işçilərə təhlükəsizliklə bağlı təlimlər keçirilməlidir, onlar hər gün təlimatlandırılmalıdır. Amma əksər hallarda bunları müşahidə etmirik”. Digər tərəfdən, ekspert bildirib ki, küləyin sürəti saniyədə 15 metri keçdikdə iş dayandırılmalı olduğu halda, bu şərtə də ciddi əməl olunmur: “İşçilər mühafizə vasitələrilə təmin olunmalıdırlar. Ümumiyyətlə, texniki təhlükəsizlik qaydalarına daha geniş ölçüdə riayət olunsa, bədbəxt hadisələrin sayı minimuma enər. Ona görə də, təhlükəsizliklə bağlı mövcud qayda və qanunların tətbiqi istiqamətində iş daha da gücləndirilməlidir. Gecə saatlarında tikintidə işə gəldikdə isə, buna hər hansı bir məhdudiyyət qoyulmayıb. Amma məsələ ondadır ki, əmək məcəlləsinə görə işçi 7 saat işləməli olduğu halda, onu 10-12 saat işlədirlər ki, bunun da bir hissəsi günün qaranlıq vaxtına düşür. Bu qədər işləyən işçidə müəyyən yorğunluq yaranır ki, onun özü də bəzi hallarda müəyyən neqativ hadisələrin baş verməsinə belə deyək ki “şərait” yaradır”. Qeyd edək ki, ötən gün gecə saatlarında Səbail rayonunda “20-ci Sahə” adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılaraq ölüb. Təəssüf ki, görülən tədbirlərə rəğmən hələ də tikintidə bədbəxt hadisələrlə nəticələnən olayların şahidi olmaqda davam edirik. Bir müddət qabaq “Absheron Citi” yaşayış kompleksinin tikintisi zamanı da anoloji bədbəxt hadisə baş vermişdi. ELÇİN
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Ekspert: “Əks-tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək”
Ekspert: “Əks-tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək” Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi məlumat yayaraq vətəndaşlarını Bakıda baş verə biləcək terror ehtimalı barədə xəbərdar edib.
25 Oktyabr , 2020 16:30
https://static.report.az/photo/c6dc7449-f7ea-33b3-92ce-af112779db97.jpg
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi məlumat yayaraq vətəndaşlarına Bakıda baş verə biləcək terror ehtimalı barədə xəbərdarlıq edib. Xəbərdarlıqda xüsusilə “Abşeron Marriott” otelindən, ümumilikdə isə əcnəbilərin kütləvi olduğu yerlərdən uzaq durmaqla terror hücumları və qaçırmalara qarşı ehtiyatlı davranmaq barədə məlumatlar yer alıb.
Hələ 10 gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib və hamını panikaya düşmədən ayıq-sayıq olmağa çağırıb. DTX həmçinin son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib. “Səfirliklərin xəbərdarlıqları dəqiq və konkret informasiyalara əsaslanır” Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Report”a açıqlamasında bildirib ki, ABŞ səfirliyinin də son xəbərdarlığı məhz erməni terroru ilə bağlı təhdidlərlə əlaqəlidir: “Hamının yadındadır ki, sentyabrın 25-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfilriyi əməkdaşlarına və vətəndaşlarına konkret istiqamətlər göstərməklə Bakını tərk etməmək haqqında xəbərdaredici informasiya vermişdi. Oktyabrın 27-də isə Ermənistan tərəfinin təxribatlarına cavab olaraq cəbhə bölgəsində döyüşlər başladı. Yəni ABŞ və digər Qərb ölkələrinin səfirlikləri öz vətəndaşlarına təhlükəsizlik haqqında xəbərdarlıq edəndə, kifayət qədər dəqiq və konkret informasiyalara əsaslanır və belə bir informasiya olmasa, onlar bunu yaymırlar. Belə bir informasiyanın əsaslılığına erməni terrorunun keçmişi də dəlalət edir. Bilirlər ki, keçmişdə də ermənilər kifayət qədər terror hadisələri törədiblər”. “Əks tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək” Ekspert bildirir ki, ABŞ səfirliyinin son xəbərdarlığında diqqəti çəkən “Abşeron Marriot” otelinin adının çəkilməsidir. Adətən belə məsələlərdə konkret yer göstərilirsə, bu, çəkindirici faktor olaraq edilir. Yəni terroru hazırlayan qüvvələrə xəbərdarlıq etmək istəyirlər ki, biz sizin işinizdən xəbərdarıq, hansı yerlərdə nə etmək istədiyinizi bilirik, əks-tədbirlər də görəcəyik. Təbii ki, bu tədbirləri səfirlik yox, Azərbaycanın öz təhlükəsizlik orqanları edəcək. Bu da o deməkdir ki, təhlükəsizlik məsələlərində bizim Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və digər təhlükəsizlik orqanları ilə ABŞ səfirliyinin təhlükəsizliyə məsul şəxsləri arasında kifayət qədər koordinasiyalı əməkdaşlılq mövcuddur. Həmçinin Ermənistan məğlub duruma düşüb və hamı bilir ki, onlar belə vəziyyətdə mütləq terorra əl atırlar. Terror onlar üçün bir növ ideoloji-siyasi təsir, təzyiq vasitəsidir və bu təzyiqi də göstərirlər. Hesab edirəm ki, konkret ad və ünvan göstərməklə daha çox terroru hazırlayanları xəbərdar edib”.
“Təlaş və panika yaratmadan kifayət qədər ayıq-sayıq olmaq lazımdır” İ.İsmayıl əlavə edir ki, burada terroru hazırlayanlar dedikdə Ermənistan xüsusi xidmət orqanları ilə yanaşı, həmçinin ermənilərə məxsus terror təşkilatları, terrora meylli şəxsləri də nəzərə almaq lazımdır: “Bilıdiyimiz kimi, “Daşnaksyutun” da, “Qınçaq” da terror təşkilatları kimi yaranıb, sonradan partiyaya çevriliblər. Əgər Parisin ortasında Fransanın dövlət televiziyasını Azərbaycandan çəkilən süjetə görə ASALA ilə hədələyirsə, deməli, bizim də ehtiyat tədbirləri görməyimiz vacibdir”. Ekspert vurğulayır ki, DTX-nin ötən həftə yaydığı xəbərdarlıqda da qeyd edildiyi kimi, xüsusi təlaş və panika yaratmadan kifayət qədər ayıq-sayıq olmaq lazımdır: “Çünki biz mühribə şəraitində – hərbi vəziyyətdə müharibə günlərini yaşayırıq, düşmən isə terrora meyllidir. Ona görə də kütləvi yerlərdə maksimum az olmaq, ictimai nəqliyyatda hər bir şübhəli əşyaya, bağlamaya xüsusi diqqət yetirmək, belə bir halla rastlaşan zaman sürücün, daha sonra müvafiq orqanları xəbərdar etmək lazımdır”. Şübhəli hallarla bağlı (012) 405-99-99 nömrəsinə zəng edin! Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidməti oktyabrın 15-də Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları tərəfindən terror aktı törədilməsi ehtimalı ilə bağlı məlumat yayıb və əhalini diqqətli olmağa çağırıb. Məlumatda bildirilib ki, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir. DTX vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırıb. Həmçinin vətəndaşlardan yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 405-99-99 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələrini xahiş edilib. Eyni zamanda DTX son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.
Təhlükəsizlik tedbirleri
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, İstanbulda görüş öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
“RİA Novosti”nin müxbirinin sözlərinə görə, media nümayəndələri iki ölkənin heyətlərinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gəlişini gözləyir.
Son xəbərlər
- 19:11 | Tətildə 30 mindən çox ağac əkildi – Fotolar
- 18:56 | TBMM Finlandiyanın NATO-ya üzvlüyünü dəstəklədi
- 18:40 | London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı – Fotolar
- 18:21 | Beş futbolçu Niderland yığmasının düşərgəsini tərk etdi
- 18:14 | “Səfirimiz Niderland XİN-ə çağırılmayıb”
- 17:57 | “Paşinyan təcavüzkar ritorikadan imtina etməlidir”
- 17:44 | Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu
- 17:39 | Azərbaycan XİN-dən Paşinyana cavab
- 17:31 | Vətən müharibəsi şəhidinin atası vəfat etdi
- 17:26 | Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların – Adları
- 17:17 | Sabirabadda növbəti ting paylama aksiyası keçirildi
- 16:46 | “Ermənistan regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə dövlətdir”
- 16:20 | Ronaldo müsəlmanları təbrik etdi – Foto
- 16:16 | “Moskva Rusiya-İran-Azərbaycan formatında görüşün mümkün olacağına ümid edir”
- 15:51 | Azərbaycan Pakistanı təbrik etdi
- 15:34 | Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcək
- 15:16 | “Rusiyanın Baxmutda gücü tükənir”
- 14:47 | AÇ-2024-ün seçmə mərhələsi başlayır
- 14:36 | Elçin Əlibəyli qardaşının ölümündən danışdı
- 14:25 | UNEC və ADU dünyanın ən yaxşı universitetləri arasında
- 14:15 | “Qarabağ” – “Qalatasaray” oyununu “Haber Global” yayımlayacaq
- 13:36 | Oqtay Əliyev dəfn olundu – Fotolar+Yenilənib
- 13:32 | İspaniyanın Baş naziri Çinə gedəcək
- 13:13 | İranda yaşayan soydaşlarımız aksiyalar keçirir
- 12:50 | Vida mərasimində Dilarə Əliyevanın halı pisləşdi – Fotolar+Video
- 12:28 | 101 metrdən qol vurdu – Video
- 12:25 | Sabahın havası açıqlandı
- 12:03 | “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
- 11:48 | Xanım boksçumuz dünya çempionatının yarımfinalında
- 11:41 | Xəzər rayonunda hərbi sursat aşkar edildi
- 11:35 | İstirahət günlərində rayonlarda hava necə olacaq?
- 11:24 | Oqtay Əliyevin dəfn yeri dəyişdirildi
- 11:20 | “Regionda yaranmış yeni reallıqlar İranın yuxusuna haram qatıb”
- 11:11 | Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi – Foto
- 11:05 | Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü
- 10:51 | Oqtay Əliyevlə vida mərasimi keçirildi – Fotolar
- 10:40 | “Oqtay Əliyevgil çəkilişdən gəlirmiş. ” – Fotolar
- 10:38 | Yığmamız Fransaya uduzdu
- 10:23 | Türkiyədə minimum pensiya artırılır
- 10:04 | Kahramanmaraşda zəlzələ oldu
- 09:54 | FED-in yeni qərarından sonra manatı nə gözləyir?
- 09:39 | Ulduz futbolçu millimizlə oyunu buraxacaq
- 09:18 | Şəkidə 3 nəfər dəm qazından zəhərləndi
- 09:05 | Dilarə Əliyeva evə buraxıldı
- 00:20 | Oqtay Əliyevin dəfn yeri açıqlandı – Yenilənib
- 00:14 | 58 gün sonra 55 yaşında. – Video+Fotolar
- 00:08 | Ukraynanın yenidən bərpasına nə qədər pul lazımdır?
- 22.03.2023 23:50 | Dünyanın ən məşhur musiqiçilərinin siyahısını açıqladı
- 22.03.2023 23:21 | Ağdərədə qanunsuz erməni silahlılarının postu yanır – Video
- 22.03.2023 23:08 | İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı
Comments are closed, but trackbacks and pingbacks are open.