Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib
– Geniş fəaliyyətim olmasa da, bəzi fəaliyyətlərim olur. Çalışacağam ki, bundan sonra daha fəal olum.
Təhminə rüstəmov
“Dünən atamı səngərdə tək qoyanlar bu gün üzümüzə baxa bilmir”
Modern.az saytı “Milli Qəhrəman övladı” layihəsini davam etdirir. Budəfəki müsahibimiz Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun qızı Təhminə Rüstəmovadır. O, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin 4 kurs tələbəsidir.
Milli Qəhrəman haqda arayış: Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirib. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və 1986-cı ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində işləməyə başlayıb. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində “Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi”nin müdiri vəzifəsində çalışıb. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetirilməsi Məzahiri də narahat edib. O, 1992-ci il 23 mart tarixində könüllü olaraq Milli Orduya yazılıb. Məzahir Şınıx cəbhəsinə gəlib və komandir müavini vəzifəsinə təyin edilib.
Döyüşlər müddətində bir sıra qəhrəmanlıqlar göstərən M.Rüstəmov “Milli Qəhrəman” adı almağa qədər uzun bir yol keçib.
Milli Qəhrəmanın qızı ilə söhbəti təqdim edirik.
– Mən ailənin tək övladıyam. Anamla bir yerdə Xətai rayonunda yaşayırıq.
– Atanızla bağlı ananız sizə nələri danışır?
– Onun ailəsini sevən və hörmət edən yaxşı ailə başçısı olduğu haqda anam hər zaman ürək dolusu danışır. Atam hətta döyüşə gedərkən arxasında bir körpəsinin belə, olduğunu düşünmədən öz vətəni, torpağı uğrunda savaşda iştirak üçün könüllü olaraq Milli Orduya yazılıb, vətəni üçün canından keçməyə hazır insan olub.
– Məzahir Rüstəmov şəhid olduqdan sonra sizə kimlər dəstək oldu?
– Atam rəhmətə gedəndən sonra bizə yaxın qohumlarımız həm maddi, həm də mənəvi cəhətdən dəstək olublar. Onlar bizə atamın yoxluğunu əllərindən gəldiyi qədər hiss etdirməməyə çalışıblar.
– Milli Qəhrəman övladı olmaq sizi atacağınız hansı addımlardan çəkindirib?
– Atdığım bütün addımlarımda ilk öncə atamı, sonra isə anamı düşünmüşəm. Ailəmi hər zaman başa düşməyə çalışıram, davranışlarıma, istəklərimə hər zaman öz içimdə sədd qoymuşam. Tələbə olaraq mənim əlimdən gələn yaxşı oxumaq və təhsilimdə uğurlar əldə etməkdir. İstər universitet həyatımda, istərsə də gələcəkdə atamın adına layiq olmağa çalışacağam. Təhsilimi xaricdə davam elətdirmək fikrindəyəm.
– Bəs ananız necə?
– Mən hara getsəm anamı da özümlə aparacağam. Çünki o mənim həm atam, həm də anamdır. Bütün dəstəyimi, dayağımı anamdan alıram.
– İstər məktəbdə oxuyanda, istərsə də universitet illərində Milli Qəhrəman övladı olaraq yoldaşlarınız arasında özünüzü fərqləndirirsiniz?
– Xeyr, mən heç vaxt belə bir davranış göstərməmişəm. Bunu hər zaman içimdə yaşamışam və Milli Qəhrəman övladı olmağımı istər məktəbdə oxuyanda, istər universitet həyatımda heç kimə hiss elətdirməmişəm. Nəticədə hər birimiz bərabərhüquqlu insanlarıq.
– Milli qəhrəmanların İctimai Birliyi var. Orda tez-tez tədbirlər keçirilir. Keçirilən tədbirlərə dəvət alırsınız?
– Orda heç vaxt olmamışam və məni keçirilən tədbirlərə dəvət etməyiblər. Amma çağırsalar əlbəttə gedərəm.
– Atanıza daha çox nə zaman ehtiyacınız olduğunu hiss edirsiniz.
– Elə bir məqam yoxdur ki, mən atamı xatırlamayım və onun yoxluğunu hiss etməyim. Çünki ata hər bir övladın arxası, dayağıdır. Atamın yoxluğunu sadəcə içimdə çəkirəm və bunu əlimdən gəldiyi qədər heç kimə hiss elətdirməməyə çalışıram.
– Təhsil aldığınız universitetdə sizin Milli Qəhrəman övladı olduğunuzu bilirlər?
– Bəli. Bütün tələbələr kimi mən də universitetə qəbul olanda ailələrimiz haqqında anket doldurduq və o zamanda bilmişdilər ki, mən Milli Qəhrəman övladıyam.
– Bunu biləndən sonra sizə qarşı münasibət dəyişdimi?
– Çox dəyişdi. İstər müəllimlərim, istərsə tələbə yoldaşlarım mənə daha həssas yanaşmağa çalışırlar. Və heç vaxt xətrimə dəymirlər.
– Atanızın döyüş yoldaşlarından kimlərsə sizinlə əlaqə saxlayırmı?
– Sağ ikən gəlib gedirdilər. Amma atam rəhmətə gedəndən sonra onların heç biri bizimlə əlaqə saxlamadı. Biz o insanlardan sadəcə mənəvi dəstək gözləyirik.
– Sizcə, atanızın döyüş dostlarının bu gün sizi axtarmamağının əsas səbəbi nədir?
– Bu gün o insanların bizi axtarmamağının səbəbi səngərdə atamı tək qoyub getmələri ilə bağlıdır. Bəlkə elə bu səbəbdən onlar bizimlə üz-üzə gəlməyə utanırlar. Çünki ən azından bilirlər ki, mən onlardan atamı səngərdə nəyə görə tək qoyub qaçdıqlarını soruşacağam. Və onlarda mənə atamla bağlı heç nə danışa bilməyəcəklər.
– Bu il universiteti bitirəcəksiniz. Gələcəklə bağlı hansı planlarınız var?
– Hələ orta məktəbdə oxuyandan diplomat olmaq arzusunda olmuşam. Və Allah qismət edərsə, uşaqlıq arzumu reallaşdırmaq istəyirəm. Bu da olmasa, ata-baba yurdumuz olan Gədəbəydən millət vəkili seçilməyə çalışacağam.
– Sizcə, orda yaşayan insanların daha çox nəyə ehtiyacı var? Və onlara necə köməklik etmək istəyərdiniz?
– Mən demirəm ki, o insanların nəyəsə ehtiyacı var. Əgər gələcəkdə mənim arzum gerçəkləşərsə ilk öncə onlara mənəvi dəstək olmaq istəyərəm. Daha sonra isə onların problemlərini və istəklərini ictimaiyyətə çatdıraram.
– Atanızın adı əbədiləşdirilibmi?
– Bəli, hazırda yaşadığımız küçə atamın adınadır. Atamın təhsil aldığı 32 saylı orta məktəbə də onun adı verilib. Eyni zamanda Gədəbəydə atamın adına büst qoyulub.
– Rayonla əlaqələriniz varmı?
– Orda nənəm-babam yaşayır. Tez-tez də olmasa da, arada imkan olanda onlara gedib baş çəkirik.
– Bu gün bir çox gəncimiz Milli qəhrəmanlarımızın dəqiq sayını belə, bilmir. Milli Qəhrəman övladı olaraq təhsil aldığınız ali məktəb ocağında bununla bağlı hansısa təbliğat aparırsınız?
– Mən tək universitetdə deyil, sosial şəbəkələrdə də əlimdən gəldiyi qədər bu məsələlərin təbliğinə geniş yer verirəm. Xarici səhifələrdə paylaşmalar edirəm ki, orda yaşayan gənclərə də Azərbaycan həqiqətlərini çatdırıram.
– Millət vəkili olmaq arzusunda olduğunuz dediniz. Bunun üçün universitetdə hansısa ictimai işlərlə məşğul olursunuzmu?
– Geniş fəaliyyətim olmasa da, bəzi fəaliyyətlərim olur. Çalışacağam ki, bundan sonra daha fəal olum.
– Milli Qəhrəman övladı olaraq bugünkü gənclərin vətənə sevgisindən və davranışlarından hansı nəticəni çıxarmaq olar?
– Çox xoşbəxtəm ki, ətrafımda olan gənclər vətənini sevən və xalqına bağlı vətənpərvər insanlardır. Amma tək ətrafı nəzərə almasam, elə gənclərimiz var ki, bəzi şeyləri hakimiyyətlə əlaqələndirir. Əslində bu tamamilə fərqli şeylərdir. Vətəni sevməyin hakimiyyətə aidiyyatı yoxdur. Bir neçə ay bundan əvvəl çox acınacaqlı bir hadisənin şahidi oldum. Almaniyada təhsil alan bir qrup tələbə Xocalı soyqırımı ilə bağlı məsələni təbliğ etmədilər ki, hakimiyyət dəyişilməlidir. Amma bu hadisələrə bir az real baxmaq lazımdır. Bu gün gənclərimiz belə məsələlərə bəsit yanaşırlar.
– Milli Qəhrəman övladlarının status məsələsini necə qiymətləndirirsiniz? Sizcə onlara bu status verilməlidirmi?
–Yaxşı olardı ki, onların övladlarının da status məsələsi qaldırılsın və məsələ öz həllini tapsın. 90-cı illərdən ta bu vaxta qədər bu məsələ müzakirə olunur. Ailə vəziyyətimiz hələ ki pis deyil. Anam pensiya ilə təmin olunur. Dövlət tərəfindən mənə verilən pulu isə müəyyən yaşıma qədər ala bilərəm. Daha sonra işlə bağlı problemim ola bilər. Zənnimcə, bütün Milli Qəhrəman övladları işlə təmin olunmalıdırlar.
– Bu gün gənclərimiz Milli qəhrəmanları tanımır. Sizcə bu təbliğatın zəif olmasından irəli gəlir?
-Yaxşı olardı ki, radio və televiziyada gedən verilişlərdə Milli qəhrəmanlarımızla bağlı təbliğata geniş yer verilsin. Televiziyada mənasız və bayağı verilişlər hazırlanır. Onun yerinə vətənpərvərliklə bağlı verilişlər hazırlanarsa, daha yaxşı olar. Çünki nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, hər an müharibəyə hazır olmalıdır və gənclərə vətənpərvərlik hissi aşılanmalıdır.
Çox istərdim ki, təhsil aldığım ali məktəbdə də Milli qəhrəmanlara aid guşə yaradılsın. Mənim fikrimcə, hər bir ictimai yerdə bu guşələr olmalıdır. Bu gün şəhərin mərkəzində parklar yaradılır. Və yaradılan bu parklarda görkəmli dövlət xadimlərinin, ictimai-siyasi adamların büstləri qoyulmaqla yanaşı, yaxşı olardı ki Milli qəhrəmanlara aid bir guşə də yaradılsın. Bunlar tək gənclərimizin deyil, ölkəmizə gələn turistlərin də diqqətini cəlb edəcək. Həm də Dağlıq Qarabağ məsələsində onlarda müəyyən fikirlərin formalaşmasına yardımçı olacaq.
Pərvin ARZUQIZI
Foto: Elçin AĞAYEV
Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib
Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib Bakı. 7 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
7 Avqust , 2018 16:54
https://static.report.az/photo/6818cbf5-08d8-46dd-88ec-971c415fa484.jpg
Bakı. 7 avqust. REPORT.AZ/ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Xatirə günü tədbirlərinə şəhid zabitin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsi qarşısında keçirilən anım mərasimi ilə start verilib. Müdafiə Nazirliyinin rəsmiləri, qəhrəmanın valideynləri, vaxtilə xidmət etdiyi hərbi hissənin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhidin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər. Şəhidin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Layihənin müəllifi, əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bu kimi tədbirlərin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin vətənpərvərlik nümunələri, qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsində ordumuzda layiqli əsgərlərin yetişməsində xüsusi əhəmiyyət kəsb etdiyini və Müdafiə Nazirliyi rəhbərliyinin bu işə xüsusi önəm verdiyini vurğulayıb. Qeyd olunub ki, Məzahir Rüstəmov 1960-cı ilin baharında Bakı şəhərində doğulub. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, dədə-baba yurdu olan Gədəbəydə vəziyyət gərginləşəndə, Başkənd erməni quldurlarının şeytan yuvasına çevriləndə (bu kənd 1920-ci ildə sovet hakimiyyəti rəhbərliyinin ikili siyasəti nəticəsində ermənilərə bağışlanmış və Azərbaycanın ərazisi olmasına baxmayaraq, Ermənistanın xəritəsinə salınmış, anklav kimi rəsmiləşdirilmişdir) Dövlət Mətbuat Komitəsində tutduğu məsul vəzifədən imtina edərək könüllü Azərbaycan ordusuna yazılmış və Gədəbəy rayonuna yollanmışdır. Bu o vaxtlar idi ki, Gədəbəy rayonunun da sərhəd kəndləri intensiv olaraq atəşə tutulurdu, dinc əhali vəhşicəsinə qətlə yetirilirdi və Başkənd isə bir kabusa çevrilmişdi. Professor İzzət Rüstəmov oğlunun dincliyini, vəzifəsini buraxıb könüllü cəbhəyə getməsi çoxlarına təəccüblü görünsə də, o, həqiqətən ön səngərdə, qanlı döyüşlərdə idi və Vətənə övladlıq borcunu nümunəvi xidməti ilə ödəyirdi. Nəzərə çatdırılıb ki, 1992-ci il avqust ayının 6-da düşmənlər tank və digər zirehli texnikalar, canlı qüvvə ilə qəflətən Mutudərə istiqamətində hücuma keçəndə bölük komandirinin müavini leytenant Məzahir Rüstəmov bölüyün əsgərləri ilə birlikdə döyüş növbəsində idi. Onlar muhasirəyə düşsələr də son gülləyə, son nəfəslərinədək mübarizə aparırlar. Erməni quldurlarına əsir düşməmək üçün gənc zabit son qumbaranı sinəsinə sıxaraq həm özünü, həmdə onu əsir götürmək istəyən bir neçə düşməni məhv edir. Azərbaycan ordusunun əks-hücumu nəticəsində Məzahirin və onun silahdaşlarının intiqamı tezliklə alınır. Başkənd quldurlardan tamamilə azad edilir, bir çox strateji əhəmiyyətli zirvələr ələ keçirilir, Gədəbəyin sərhədyanı kəndlərinin təhlükəsizliyi təmin edilir. Məzahir Rüstəmovun nəşi isə avqustun 9-da Bakıya gətirlir və izdihamın iştirakı ilə Şəhidlər xiyabanında son mənzilə uğurlanır. A.Qurbani bildirib ki, qəhrəman döyüşçü ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Adı əbədiləşdirilərək Bakı şəhərində təhsil aldığı orta məktəbə və küçələrdən birinə verilib, yaşadığı binaya xatirə löhvəsi vurulub, Gədəbəy şəhərində abidəsi ucaldılıb. Məzahirin ailəsi də digər şəhidlərimiz kimi həmişə dövlətimizin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Məzahir döyüşə gedərkən altı aylığında olan qızı Təhminə isə artıq boya-başa çatıb, ailə həyatı qurub və bir övladı var. O, dövlət qulluğunda çalışır. Milli Qəhrəmanın atası professor İzzət Rüstəmov və anası Rəfiqə xanım bütün şəhid ailələrinə, Qarabağ müharibəsinin veteranlarına, döyüşlərdə sağlamlığını itirənlərə dövlət qayğısının yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyi rəhbərliyinə minnətdarlıq ediblər. Məzahir Rüstəmovun döyüşçü dostu Maarif Abbasov, xidmət etdiyi hərbi hissənin zabiti Eldəniz Nəsirov və başqaları çıxış edərək Milli Qəhrəmanın şücaətindən danışıb və bu gün də şəhidlərimiz intiqamını almaq üçün Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan ediblər. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifadəsində təqdim edilən “Bir bayraq altında cəm olsun hamı, cənnət Qarabağa səfərimiz var!” ədəbi-bədii kompozisiya tədbir iştirakçılarının işğal altında olan şəhər və rayonlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini daha da artırıb. Növbəti tədbir Milli Qəhrəmanın 26 il öncə şəhidlik zivəsinə ucaldığı Mutudərə kəndinin üstündəki yüksəklikdə keçirilib. Bir il öncə şəhid qəhrəmanın valideynləri bu bölgədə vətən müdafiəçiləri ilə görüşəndə arzu etmişdilər ki, bu yerdə xatirə abidəsi ucaldılsın, bu həm ailə üçün, həm mutudərəlilər üçün təsəlli, həm də burdan keçib zirvələrə döyüş növbəsinə gedən gənc əsgərlər üçün nümunə olardı. Abidənin üzərindəki bəyaz örtük götürülüb. Əsgərlər yaylım atəşi ilə qəhrəmanlara ehtiramlarını bildirib, Mutudərə ağsaqqalları, Məzahir Rüstəmovun silahdaşları, bölgənin keşiyində ayıq-sayıq dayanan, düşmən təxribatlarının qarşısını mərdliklə alan igid döyüşçülər çıxış edərək Azərbaycan Ordusunun güc və qüdrətindən danışıb, istənilən döyüş əmrini yerinə yetirməyə hər an hazır və qadir olduqlarını bəyan ediblər. Qara mərmər lövhədən boylanan igid oğlunu bayatı, ağılarla oxşayan Rəfiqə ana hər bir Vətən əsgərinin simasında Məzahiri gördüyünü deyib, heç bir əsgər anasının sinəsinə oğul dağının çəkilməməsinə, Vətən keşiyində duran oğulların sağ-salamat xidmətlərini başa vuraraq evlərinə dönmələrini arzulayıb. Professor İzzət Rüstəmov şəhid ailəsinin bu arzusunu reallaşdırdığına görə bir neçə gün öncə bölgəyə səfər edən, döyüşçülərlə yanaşı yerli sakinlərlə də görüşən, onların problemləri ilə maraqlanan Müdafiə naziri general-polkovnik Zakir Həsənova və nazirliyin digər rəhbər heyətinə dərin minnətdarlığını bildirib. Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Bədii Təşviqat Dəstəsi qəhrəmanlıq, vətənpərvərlik mövzusunda ədəbi-musiqili kompozisiya təqdim edib. Milli Qəhrəman Məzahir Rüstəmovun xatirə günündə bölgədəki hərbi hissələrdə dayaq məntəqələrində, döyüş mövqeylərində, anım tədbirləri, görüşlər keçirilib, qəhrəman haqqında çəkilmiş sənədli filmlərin nümayişi və kitabların təqdimatı olub.
Təhminə rüstəmov
Xəbər verdiyimiz kimi, Rövşən Rüstəmov Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
Bu məqamda “Qafqazinfo” yeni sədrin bioqrafiyasını təqdim edir:
Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.
O, 1997-2001-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra həmin Akademiyasda təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
R. Rüstəmov 2004-2012 “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan sonra “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində (2012-2014-cü illər) işləyib.
ADY-nin yeni sədri 2014-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. Üç il sonra – 2021-ci ildə Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. Bu gün sözügedən vəzifədən azad olunub.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Cavid Qurbanov cari ilin mayın 24-ü Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.