Press "Enter" to skip to content

Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası

14-cü dərəcə – (böyük metodist) – ali ixtisas təhsilinə və metodist vəzifəsində ən azı 5 ilə kimi iş stajına malik olan;

Təhsil haqqında azərbaycan respublikasının qanunu

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

TED.az xəbər verir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun- 20.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.”.

, aşağıdakı məzmunda 20.3-1-ci və 20.3-2-ci maddələr əlavə edilir:

“20.3-1. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

20.3-2. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.”.

– 21.3-cü maddənin ikinci cümləsi üçüncü cümlə hesab olunsun və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.”.

– 21.5-ci maddədə “yüksək nəticələrlə” sözləri “müvəffəqiyyətlə” sözü ilə, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində” sözləri “bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən” sözləri ilə əvəz edilir.

Bundan başqa, qanuna aşağıdakı məzmunda 22.6-1-ci maddə əlavə edilir:

“22.6-1. Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.”.

Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası

Qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu (VTİS) kitabçasının Təhsil, tərbiyə bölməsinə daxil olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri Azərbaycan Respublikası NazirlərKabinetinin 21 aprel 1993-cü il tarixli 205 saylı “Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqımda” və 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümum-respublika təsnifatının və fəhlə peşələrinin, qulluqçu vəzifələrinin, Vahid Tarif-İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarlarının icrası ilə əlaqədar tərtib olunmuşdur.

Tarif-ixtisas sorğu kitabçası əməyin Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilməsinin tətbiqi zamanı normativ sənəd kimi istifadə edilmək üçün hazırlanmışdır.

Burada göstərilməyən vəzifələr üzrə təhsil sahəsində işləyən qulluqçuların və fəhlələrin əməyinin ödənilməsi təhsil müəssisələri işçiləri üçün nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla müvafiq sahələr üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

Tarif ixtisas sorğu kitabçası kadrların seçilməsi və yerləşdirilməsi, onların peşə ixtisasının artırılması, eləcə də əmək funksiyalarının və əməyin ödənilməsi dərəcələri üzrə ixtisas tələblərinin müvafiq qaydada uyğunluğunu təmin edir.

Vəzifə maaşları və stavkalar ştat cədvəli üzrə orta maaşlara riayət olunmadan müəyyən edilir.

TARİF – İXTİSAS XÜSUSİYYƏTLƏRİ

I B Ö L M Ə

TƏHSİL PROBLEMLƏRİ ÜZRƏ RESPUBLİKA ELMİ-METODİK

DİREKTOR

Əmək funksiyası.

Mərkəzin bütün fəaliyyətinə vahid rəhbərlik edir, kollektivin işini istiqamətləndirir, səlahiyyətləri daxilində təhsil sistemində Vahid dövlət siyasətinin həyata keçirilməsini təmin edir, Elmi-metodiki və normativ sənədlərin işlənib hazırlanmasını və mövcud qaydada nəşr etdirilməsini təşkil edir. Mərkəzin səlahiyyəti daxilinə aid olan məsələlər barədə kollegiyaya sənədlər hazırlanmasını təmin edir. Mərkəzin iş planı, onun yerinə yetirilməsinə dair hesabat hazırlayır. Kadrların seçilməsi, yerləşdirilməsi və ixtisasının artırılmasını həyata keçirir, metodiki şuranın işinə rəhbərlik edir. Əsasnamədən irəli gələn vəzifələrin həyata keçiriləsi ilə bağlı problemlərin həlli üçün nazirliyin idarə və şöbələri, sahə, idarə və nazirlikləri və digər ictimai təşkilatlarla işi əlaqələndirir. Respublikanın elmi-metodiki xidmətlə bağlı uyğun struktur qrupları ilə mərkəzin əlaqəsini təşkil edir. Mərkəzin vəzifələrinə daxil olan əməliyyatlar aparır, qüvvədə olan qanunlara əsasən Mərkəzin vəsait və əmlakına nəzarət edir. İdarə, müəssisə, təşkilatlarla və ayrı-ayrı şəxslərlə müxtəlif müqavilələr bağlayır.

Bilməlidir:

Tapşırılan sahənin problemlərini, təşkilatçılıq və idarə-etmənin əsaslarını, təlim və tərbiyə məsələlərində dair dövlət və hökumət orqanlarının qərarlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

19-cu dərəcə – ali təhsilli, pedaqoji və rəhbər işlərdə 15 ildən yuxarı stajı olan

ŞÖBƏ MÜDİRİ

Əmək funksiyası:

Şöbənin işinə rəhbərlik edir və onun bütün fəaliyyəti üçün cavabdehdir. Şöbənin işini istiqamətləndirir, əməkdaşlar arasında vəzifə bölgüsü aparır, cari, rüblük və illik iş planlarının hazırlanması və təsdiqini təmin edir və mərkəzin iş planına dair təkliflər verir. Öz səlahiyyətləri daxilində ali və orta ixtisas məktəbləri, yerli təhsil orqanları, ümumtəhsil məktəbləri və məktəbdənkənar tədris müəssisələrinin işinə elmi-metodiki köməklik göstərilməsində əməkdaşları səfərbər edir.

Şöbənin istiqamətinə müvafiq elmi-metodiki xidmətin vəziyyətini öyrənir, təhlil edir və bu işin yaxşılaşdırılması üçün təkliflər hazırlayıb rəhbərliyə təqdim edir. Təhsil müəssisələri üçün normativ sənədlərin hazırlanmasında fəal iştirak edir. Təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq və pedaqoji kadrlara köməklik məqsədilə elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar, müşavirələr keçirilməsini təşkil edir və elmi-metodiki xarakterli çıxışlar edir. Öz sahəsində pedaqoji rəyi öyrənmək məqsədilə sosioloji axtarışlar edir və müvafiq təkliflər verir.

Şöbənin hazırladığı bütün sənədlərin elmiliyi, aktuallığı, keyfiyyəti, həmçinin əməkdaşların əmək və icra intizamının təmin edilməsi üçün məsuliyyət daşıyır.

Bilməlidir:

Təhsilə dair “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, təhsillə bağlı qanunvericilik aktlarını, Respublika Təhsil Nazirliyinin müvafiq əmr, sərəncam və göstərişlərini, pedaqogika və pedaqoji-psixologiya və metodika elmlərinin nailiyyətlərini, respublikada metodiki işin təşkilini və bu sahədə beynəlxalq təcrübəni, öz əmək funksiyası çərçivəsində təlimlə bağlı tədqiqatların nəticələrini, həmçinin təhsilə dair əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

16-cı dərəcə – ali ixtisas təhsilli, azı 5 il pedaqoji iş stajı, təşkilatçılıq bacarığı olan;

17-ci dərəcə – ali ixtisas təhsilli, azı 10 il pedaqoji iş stajı, təşkilatçılıq bacarığı və rəhbərliketmə təcrübəsi olan.

METODİST (BÖYÜK, BAŞ METODİST)

Əmək funksiyası:

Məşğul olduğu sahə üzrə tədris metodiki və normativ sənədlərin hazırlanması işini bilavasitə həyata keçirir, tədris müəssisələrində, elmi-tədqiqat institutlarında, idarələrində, təşkilatlarında və digər müəssisələrdə çalışan mütəxəssislərlə bir-başa əlaqə saxlayır, onları tədris vasitələrinin işlənib hazırlanmasına cəlb edir, hazırlanmış tədris vasitələrinin müzakirəsini, müsabiqəsini, rəy verilməsini və çapa hazırlanmasını təşkil edir, normativ sənədlər hazırlayır, qabaqcıl pedaqoji təcrübəni öyrənir və onu ümumiləşdirərək yayır. Təhsil müəssisələri işçilərinə təlimin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verir və əməli köməklik göstərir. Hazırladığı tədris metodiki və normativ sənədlərin keyfiyyətinə görə məsuliyyət daşıyır, tədris müəssisələri işçilərinə və təhsilin digər sahələrində çalışan mütəxəssislərə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün bu və ya digər elmi təcrübi eksperimentlərin keçirilməsinə əməli köməklik göstərir; ixtisası üzrə fənnin tədrisi keyfiyyətini müntəzəm olaraq öyrənir, təhlil edir və fənnin tədrisi keyfiyyətini yaxşılaşdırmaq üçün müvafiq təkliflər hazırlayır: öz işi haqqında şöbə rəhbərinə hesabat verir.

Bilməlidir:

Təhsilə dair “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, təhsillə bağlı qanunvericilik aktlarını, respublikada metodiki işin təşkilini və bu sahədə beynəlxalq təcrübəni, öz əmək funksiyaları çərçivəsində təlimlə bağlı tədqiqatların nəticələrini, həmçinin təhsilə dair əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) – ali ixtisas təhsilli, pedaqoji iş stajı 5 ildən az olmayan, professional cəhətdən Hazırlıqlı, qabaqcıl pedaqoji təcrübə ilə dövrü mətbuatda ardıcıl çıxış edən və pedaqoji-təşkilatı bacarığı olan;

14-cü dərəcə (böyük metodist) – stajı 8 ildən az olmayan, öz fəaliyyətində keçmiş və müasir mütərəqqi ideyalardan, təlimin müasir forma və metodlarından istifadə etməyi bacaran, elmi-metodiki tövsiyə, məqalələri və s. olan

15-ci dərəcə (baş metodist) – ali ixtisas təhsilli, pedaqoji iş stajı 10 ildən az olmayan, dərslik, dərs vəsaitləri, pedaqogika, psixologiya və metodist sahəsində dəyərli yazıları, həmçinin fəxri adı olan.

II B Ö L M Ə

RESPUBLİKA BAŞ PEDAQOJİ KADRLARIN İXTİSASININ

ARTIRILMASI VƏ YENİDƏN HAZIRLANMASI İNSTİTUTU

TƏDRİS-METODİKA KABİNETİNİN MÜDİRİ

Əmək funksiyası:

Tədris-metodika kabitetinin bütün fəaliyyət sahələrinə rəhbərlik edir, onun işinin cari və perspektiv planlaşdırılmasını həyata keçirir, təlim-tərbiyə fəaliyyətinin elmi-metodik təminatı üzrə işi təşkil edir, lazımi elmi tədqiqatları keçirir, rəhbər və digər pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində səmərəli forma və metodlardan istifadə olunmasına köməklik edir. Yerli MTİ-lərin, rayon (şəhər) metodik kabinetlərinin, TPM və orta ixtisas tədris müəssisələrinin metodik, ixtisasartırma və yenidən hazırlanma sahəsindəki işlərini əlaqələndirir. Metodik məsləhətlər hazırlayır. Qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və təşkil edir. Respublika miqyasında təlimatı seminar, müşavirə və PK-nın keçirilməsini təşkil edir və bu işə rəhbərlik edir. Kabinetin lazımi tədris avadanlığı, əyani vasitə və TTV ilə zənginləndirilməsini təmin edir. Əməyin mühafizəsi və avadanlığın saxlanması tələblərinin yerinə yetirilməsinə, ayrılmış vəsaitin düzgün xərclənməsinə nəzarət edir. Qəbul edilmiş hesabatların tərtibində uçot və kargüzarlıq işlərinin aparılmasını təşkil edir.

Bilməlidir:

Təhsil müəssisələrinin işinin təşkili üzrə yuxarı orqanların və digər rəhbər təşkilatların qərar, sərəncam, əmr, metodik və digər normativ sənədlərini, şagirdlərin təlim və tərbiyə üzrə müasir metod və formaları, psixoloji və pedaqoji elm sahəsində ölkənin və xarici ölkələrin nailiyyətlərini, pedaqoji kadrların ixtisasının artırıması və yenidən hazırlanmasının ənənəvi, yeni forma və metodlarını, tədris metodik sənədlərin işlənməsinə verilən tələb və qaydaları, yerli MTİ, rayon (şəhər) metodik kabinetlərinin, TPM və orta ixtisas tədris müəssisələrinin metodik, ixtisasartırma və yenidən hazırlanma sahəsində nailiyyətlərinin təhlilini, qəbul edilmiş hesabatların uçotunun aparılması və tərtibi qaydalarını.

Mühazirəçilər və müəllim heyətinin əməyinin ödənilməsi qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

16-cı dərəcə – ali təhsilli, 15 ildən az olmayaraq pedaqoji iş

stajı olan və bundan ən azı 5 ilədək rəhbər pedaqoji iş stajı olan;

17-ci dərəcə – ali ixtisas təhsilli, 15 ildən çox pedaqoji iş stajı və bundan ən azı 10 il rəhbər pedaqoji iş stajı olan.

TƏDRİS – İSTİNAD MƏNTƏQƏSİNİN MÜDİRİ

Əmək funksiyası:

Tədris-istinad məntəqəsinin fəaliyyətinə rəhbərlik edir. Məntəqə üzrə tədris-metodik işi təşkil edir. Məntəqənin əhatə etdiyi rayon və şəhərlər üzrə ixtisasartırma kurslarına cəlb ediləcək pedaqoji kadrların kontingent planını, illik və beşillik, müəyyənləşdirilir. Kurslar üzrə çağırış qrafikinin və yerlərdə keçiriləcək kursların müddətlərini dəqiqləşdirir. Kursların keçirilməsinə nəzarət və rəhbərlik edir. Kurs sənədlərinin (tədris ləvazimatı, dərs cədvəlləri, tabel və s.) aparılmasını təmin edir. Müdavimlərin kurslara müntəzəm davam etməsini təşkil edir. Bu sahədə yerli təhsil orqanları ilə sıx əlaqə saxlayır. Məntəqənin tədris-metodika kabinetləri vasitəsilə yerlərdə metodik işin vəziyyətini öyrənir, bu sahədə təhsil orqanlarına, pedaqoji kollektivlərə əməli köməklik göstərir. Baş institunun professor-müəllim heyətinin köməkliyi ilə tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir. Məntəqənin maddi-texniki şəraitinin yaxşılaşdırılmasını təmin edir. Yuxarı təşkilat qarşısında məntəqədə aparılan işlərin daha da yaxşılaşdırılması üzrə təkliflər hazırlayır.

Bilməlidir:

Təhsil və maliyyə təsərrüfat fəaliyyəti üzrə qanunvericilik və normativ sənədləri; əmək qanunvericiliyini və əməyin təhlükəsizliyi əsaslarını; tədris-proqram sənədləşdirilməsi üzrə işi; iqtisadiyyat, idarəetmə məsələlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli, pedaqoji sahədə və idarəetmə orqanlarında 10 ildən az olmayan iş stajına malik olanlar.

16-cı dərəcə – müdavimləri sayı 500 nəfərədək olduqda;

17-ci dərəcə – müdavimlərin sayı 500 nəfərdən çox olduqda.

METODİST (BÖYÜK, BAŞ METODİST)

Əmək funksiyası:

Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanmasının bütün forma və növləri üzrə tədris metodik işi təşkil edir və həyata keçirir; tədris prosesinin planlaşdırılmasında, tədris və proqramlarının vəsait və metodik tövsiyələrinin işlənməsində, mühafizəçilər heyətinin seçilməsində, tədris qrupları üçün dərs cədvəlinin hazırlanmasında iştirak edir, kütləvi pedaqoji tədbirləri təşkil edir. Qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və təbliğini təşkil edir. Yerli “MTİ” rayon (şəhər) metodik kabinetlərinin, TPM və orta ixtisas tədris müəssisələrinin metodist heyətinə ixtisasartırma və yenidən hazırlanma sahəsində metodik köməklik edir. Keçirilən məşğələlərin keyfiyyətinə və məşğələlərə davamiyyətə, tədris planı və proqramlarının yerinə yetirilməsinə lazımi sənədləşmə işinin düzgün aparılmasına nəzarət edir, mühazirəçilər heyəti və müdavimləri müvafiq tədris və metodik ədəbiyyatla təmin edir. Metodik kabinetləri təlimi əyani vasitələrlə və TTV ilə təmin edir, kadrlarla aparılan işin forma və metodlarını təkmilləşdirir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və təbliğ edir. Yekun məşğələlərin keçirilməsində iştirak edir, görülən işlərin qəbul edilmiş qaydada uçotunu aparır, onun nəticələrini və səmərəliliyini təhlil edir.

Bilməlidir:

Təhsil üzrə direktiv və normativ sənədləri, ölkənin və xarici ölkələrin pedaqoji-psixoloji elmi sahəsindəki nailiyyətləri; təhsil sahəsində pedaqoji kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması üzrə forma və metodları, tədris plan, proqram. və digər tədris-metodik sənədlərin işlənməsini, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi üzrə qayda və normaları, yerli MTİ, rayon (şəhər) metodik kabinələri, TPM və orta ixtisas tədris müəssisələrinin xitisasartırma və yenidən hazırlanma sahəsində işlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) – ali ixtisas təhsilli, 10 il pedaqoji iş stajı və bundan 5 ildən az olmayaraq metodist iş stajı olan;

14-cü dərəcə (böyük metodist) – ali ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji iş stajı və bundan 5 ildən az olmayaraq metodist iş stajı olan;

15-ci dərəcə (baş metodist) – ali ixtisas təhsilli, 15 ildən yuxarı pedaqoji iş stajı və bundan 10 ildən az olmayaraq metodist iş stajı olan.

III B Ö L M Ə

MÜƏLLİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTU

DİREKTOR

Əmək funksiyası:

İnstitutun direktoru elmi-pedaqoji və ixtisasıartırma işini dərindən bilən, Təhsil Nazirliyi tərəfindən təyin olunmuş, institutun bütün fəaliyyətini müasir tələblər baxımından istiqamətləndirməyi bacaran şəxs rəhbərlik edir.

Direktor institutun əmlak və avadanlıqlarından məqsədyönlü istifadə olunmasına sərəncam verir, saxlanılmasına nəzarət edir, ayrı-ayrı müəssisələrlə müqavilələr bağlayır, maliyyə və digər hesablar açır, səlahiyyəti daxilində əmrlər verir, işə qəbul edir və işdən azad edir, kadrların düzgün seçilməsi və yerləşdirilməsini həyata keçirir.

Direktor institutun adından yuxarı təşkilatlar qarşısında çıxışlar edir, təkliflər verir və məsələ qaldırır. İxtisasartırma məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarını yerinə yetirir, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması və ümumiləşdirilməsi sahəsində xarici ölkələrin təhsil sistemindəki nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirir.

Tədris-metodiki işin aparılmasını, ixtisasartırmanın bütün növləri üzrə plan və proqramların yerinə yetirilməsini, mühazirəçilər heyətinin işinin keyfiyyətinə nəzarəti həyata keçirir. İnstitutun tədris-metodik kabinetlərinin fəaliyyətini müəllimlərin və təhsilin digər işçilərinin ixtisasının artırılmasında yüksək və effektivliyə nail olmağa yönəldir.

İnstitutun işçilərinin yaradıcı təşəbbüsünün inkişafına hərtərəfli kömək göstərir, işini istiqamətləndirir. İnstitutun maddi-texniki bazasının genişləndirilməsini təmin edir.

Bilməlidir:

Hökumətin təhsil məsələlərinə aid qərarlarını, təhsil orqanlarının, pedaqoji işçilərin ixtisasının artırılması məsələlərinə aid əmrlərini, tədqiqatlarını, sərəncamlarını və digər normativ sənədlərini, pedaqoji və psixoloji elmi nailiyyətlərini; ixtisasartırmanın məzmununu, metodlarını, əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

17-ci dərəcə – ali təhsilli pedaqoji və rəhbər vəzifələrdə ixtisas üzrə iş stajı 5 ildən az olmayan:

18-ci dərəcə – ali təhsilli pedaqoji və rəhbər vəzifələrdə ixtisas üzrə iş stajı 10 ildən çox olan.

TƏDRİS – METODİKA KABİNETİNİN MÜDİRİ

Əmək funksiyası:

Kabinet müdirləri institutda tədris-metodika kabinetinin iş planını, lazım olan sənədləri hazırlayır, ixtisasartırma və tərbiyə işinin, mühazirə, seminar və praktik işlərin tələb olunan səviyyədə keçirilməsini təşkil edir.

Ümumtəhsil məktəblərində bütün fənlər üzrə tədris prosesinin vəziyyətini öyrənir, onu təhlil edir, tədrisin elmi-metodik və tərbiyəsi baxımından effektivliyinin yüksəldilməsinə gömək göstərir və təkliflər verir. Elmi-metodiki tövsiyələr, məqalələr, tədris planı və proqramların, didaktik materialların, cədvəl, diaqram, xəritə, testlərin hazırlanması və dərsliklərin yazılmasında, olimpiadaların keçirilməsində təşəbbüs göstərir və iştirak edir. Kabinet müdiri metodistin işini düzgün istiqamətləndirir, eksperimental xarakterli tədris prosesinin təhlilini verir, rəhbər və pedaqoji işçilərin qabaqcıl təcrübəsini öyrənib, ümumiləşdirib yayılmasını təşkil edir. Bu işə aid arayış və sənədləri Baş idarə və Respublika Təhsil Nazirliyi kollegiyasında müzakirəyə çıxarır.

Kabinet şurasının və ictimai və ictimai metodistlərin işini, qrupların komplektləşdirilməsini, əyani və qiyabi kursların işini, özünütəhsil yolu ilə öz ixtisasını artıran şəxslərə metodik köməyi təşkil edir.

Mühazirə və məşğələlərin keyfiyyəti, tədris plan və proqramlarının yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir.

Bilməlidir:

Hökumətin təhsil məsələlərinə aid qərarlarını, xalq təhsil orqanlarının pedaqoji işçilərin ixtisasının artırılması məsələlərinə aid əmrlərini, təlimatlarını, sərəncamlarını və digər normativ sənədləri, ixtisasartırmanın forma və metodlarını, tədris-metodik sənədlərin, hesabatların hazırlanması qaydasını, əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

16-cı dərəcə – ali ixtisas təhsilli, 10 ildən çox pedaqoji stajı olan;

17-ci dərəcə – ali ixtisas təhsilli, 15 ildən çox pedaqoji stajı olan.

TƏDRİS – METODİKA KABİNETİNİN METODİSTİ

Əmək funksiyası:

Metodistlər kabinetin iş planında nəzərdə tutulmuş tədbirlərin keçirilməsini, qrupların komplektləşdirilməsini təşkil edir. Məktəblərdə tədrisin vəziyyətini öyrənir, onu təhlil edir və metodik kömək göstərir. Proqramların planlaşdırılmasında, metodbirləşmə işinin təşkilinə istiqamət verir. Görkəmli şəxslərlə görüşlər, olimpiada, müsabiqə və sərgilərin, ədəbi-bədii gecələrin, yubileylərin keçirilməsində müəllimlərə məsləhətlər verib orada fəallıq göstərir. Elmi metodik tövsiyyə, testlər hazırlayır, onların nəşrinə çalışır. Qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və mətbuat vasitəsilə yayır.

Müəllimləri və təhsilin digər işçilərini yuxarı təşkilatların təlimatı-metodik göstərişləri ilə, yeni elmi və metodik ədəbiyyatla təşkil edir. Şagirdlərin təlim-tərbiyəsi sahəsində təcrübələr aparılmasında məktəblərin və təhsilin digər müəssisələrinin işlərinə kömək göstərir. İnstitutun rəhbərliyi üçün hesabat və digər məlumat materialı hazırlayır.

Bilməlidir:

Hökumətin təhsil məsələlərinə aid qərarlarını, yuxarı təhsil orqanlarının pedaqoji işçilərin ixtisasının artırılması məsələlərinə aid əmr, sərəncamlarını və digər normativ sənədlərini, ixtisasartırmanın forma və metodların, tədris-metodik sənədlərin, hesabatların hazırlanması qaydasını, əmək qanunvericiliyinin əsaslarını

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) – ali təhsilli və pedaqoji stajı 5 ildən az olmayan;

14-cü dərəcə – (böyük metodist) – ali ixtisas təhsilinə və metodist vəzifəsində ən azı 5 ilə kimi iş stajına malik olan;

15-ci dərəcə (baş metodist) – ali ixtisas təhsilinə və metodist vəzifəsində nə azı 8 ildən az olmayan iş stajına malik olan.

IV B Ö L M Ə

TEXNİKİ – PEŞƏ TƏHSİLİ ÜZRƏ RESPUBLİKA

TƏDRİS – METODİKA KABİNETİ

DİREKTOR

Əmək funksiyası:

Direktor respublikada fəaliyyət göstərən peşə məktəbi və peşə litseylərində ixtisaslı fəhlə kadrları hazırlığının metodiki təminatı və onun təkmilləşdirilməsi üçün məsuliyyət daşıyır.

Təhsil Qanununu, Təhsil Nazirliyinin normativ sənədlərini və texniki-peşə təhsili üzrə respublika tədris metodika kabinetinin əsasnaməsinə uyğun olaraq onun fəaliyyətini respublikada ixtisaslı fəhlə kadrları hazırlanması işinin yaxşılaşdırılmasına istiqamətləndirir.

Respublikada ixtisaslı fəhlə kadrlarının hazırlanmasının vəziyyətini təhlil edir, onun yaxşılaşdırılması üçün nazirliyə konkret və əsaslandırılmış təkliflər verir. Peşə məktəbi və peşə litseylərini plan və proqramlarla, tədris metodika ədəbiyyatı ilə əyani vasitələrlə, didaktik materiallarla, elektron hesablama texnikası üçün pedaqoji proqramlarla, təlim-tərbiyə prosesinin kompleks təminatı üçün lazım olan digər vasitələrlə, uçot və blank sənədlərilə təmin edilməsi üçün tədbirlər görür.

Rəhbər və mühəndis-pedaqoji işçilərin metodiki hazırlığını və ixtisasartırma vəziyyətinin təhlilini təşkil edir.

Elmi-pedaqoji konfransların, seminar-praktikumların keçirilməsini təşkil edir. Təlimin yeni forma və metodlarının tətbiqinə dair eksperimentlərin keçirilməsinə və onun nəticələrinin ümumiləşdirilməsinə rəhbərlik edir.

Respublikada ixtisaslı fəhlə kadrları hazırlığı sahəsində nazirlik, baş idarələr, özəl təşkilatlar və müəssisələrlə əlaqə saxlayır, xalq təsərrüfatının inkişafına uyğun olaraq yeni peşələrin müəyyənləşdirilməsi işini təşkil edir.

Bununla yanaşı, texniki peşə təhsili üzrə respublika tədris metodika kabinetinin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Bilməlidir:

Kollektivin fəaliyyətinə rəhbərliyi təmin etmək üçün qüvvədə olan müvafiq qanunları; Təhsil Qanununu; Təhsil Nazirliyinin normativ sənədlərini, maliyyə-təsərrüfat işlərini idarə etməyin forma və metodlarını; elmin və texnikanın yeniliklərini; pedaqogika və psixologiyanın əsaslarını; təlim-tərbiyə prosesinin forma və metodlarını, normativ sənədlərin tərtibi qaydalarını;

peşə məktəbi və peşə litseylərinin rəhbər və mühəndis-pedaqoji işçilərinin ixtisas xarakteristikasını; peşə məktəbi və peşə litseylərinin attestasiya aparılma qaydalarını. Tədris planlaşdırma sənədlərinin unifikasiya, diferensiasiya və inteqrasiyasının forma və metodlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

18-ci dərəcə – ali təhsil, 10 il pedaqoji və 5 il rəhbər işlərdə staj.

DİREKTOR MÜAVİNİ

Əmək funksiyası:

Direktor müavini respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrində ixtisaslı fəhlə kadrları hazırlığının metodiki təminatı və onun təkmilləşdirilməsi üzrə iş aparır.

Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə və texniki peşə təhsili üzrə respublikada tədris-metodika kabinetinin əsasnaməsinə uyğun olaraq onun laboratoriyalarının fəaliyyətinə nəzarət edir, onların işini ixtisaslı fəhlə kadrlarının hazırlanması keyfiyyətinin yüksəldilməsinə istiqamətləndirir və bu işin daha da təkmilləşdirilməsi üçün təkliflər verir.

Rəhbər və mühəndis-pedaqoji işçilərin metodiki hazırlığı və ixtisasının artırılması vəziyyətinin təhlil edilməsi, təlim və tərbiyənin yeni forma və metodlarının tətbiqinə dair eksperimentlərin keçirilməsi və onların nəticələrinin ümumiləşdirilməsi işlərində iştirak edir.

Respublikanın xalq təsərrüfatının inkişafına uyğun olaraq yeni peşələrin müəyyənləşdirilməsi, onların peşə məktəbi və peşə litseylərində hazırlanması üçün təkliflərin verilməsində iştirak edir.

Peşə məktəbi və peşə litseylərində tədris plan və proqramların yerinə yetirilməsində, metodiki işlərin təşkilində rəhbər və mühəndis-pedaqoji işçilərə metodiki köməklik göstərir və bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün lazımi məsləhətlər verir.

Direktor olmayanda müvafiq qaydada onu əvəz edir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Təhsil Nazirliyinin normativ sənədlərini, maliyyə-təsərrüfat işlərini idarə etməyin forma və metodlarını, pedaqogika və psixologiyanın əsaslarını, normativ sənədlərin tərtibi qaydalarını, tədris plan və proqramların tərtibinə dair tələblərin, kabinet və peşə təhsili müəssisələri işçilərinin ixtisas xarakteristikasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsil, 10 il pedaqoji və 3 il rəhbər işlərdə stajı. Direktorun vəzifə maaşından 10-20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.

LABOROTORİYA MÜDİRİ

Əmək funksiyası:

Laboratoriyanın işini planlaşdırır və təşkil edir. Normativ sənədlərin, tədris plan və proqramların, dərslik və dərs vəsaitlərinin, metodik tövsiyələrin işlənilməsinə və onların nəşrə hazırlanmasına rəhbərlik edir.

Peşə məktəbi və peşə litseylərinin metodiki təminatı üçün tədbirlər görür.

Peşə məktəbi müəssisələrinin rəhbər və mühəndis-pedaqoji işçiləri ilə metodika bölmələrinin, seminarların, seminar-praktikumların, təlimat-metodika müşavirələrinin keçirilməsini təşkil edir və fənn olimpiada və baxış-müsabiqələrin təşkilində məktəblərə köməklik edir.

Qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması, təlimin yeni forma və üsullarının tətbiqi, eksperiment-təcrübə işlərinin aparılması, tədris müəssisələrində metodiki orqanların işinin səmərəliliyinin artırılması sahəsində laboratoriya metodistlərinin fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.

Fənlərin tədrisinin, peşələrin təlimi vəziyyətinin, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsinin öyrənilməsi və təhlili sahəsində metodistlərin işini təşkil edir, nəticələri ümumiləşdirir, təkliflər işləyib hazırlayır, texniki peşə təhsili üzrə Respublika Tədris-Metodika Kabineti haqqında əsasnamədən irəli gələn digər vəzifələri həyata keçirir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Təhsil Nazirliyinin əmr və sərəncamlarını, peşə məktəbləri və peşə litseylərinin normativ sənədlərini, əmək qanunvericiliyinin, pedaqogika və psixologiyanın əsaslarını, tədris plan və proqramlarının quruluşu və məzmununu, idarəetmə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə – ali təhsili, pedaqoji stajı 5 ildən az olmayan və rəhbərlikdə səriştəsi olan;

16-cı dərəcə – ali təhsili, pedaqoji stajı 10 ildən çox, rəhbərlikdə səriştəsi olan.

METODİST (BÖYÜK, BAŞ METODİST)

Əmək funksiyası:

Texniki peşə təhsili üzrə Respublika Tədris Metodika Kabineti haqqında əsasnaməyə uyğun olaraq peşə məktəbi və litseylərində təlim-tərbiyə və metodiki işlərin vəziyyətini öyrənir və təhlil edir, onun səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir. Konkret ixtisas üzrə tədris plan və proqramların, dərs vəsaitlərinin, tədris-metodiki sənədlərin, didaktik materialların, təlim vəsaitlərinin hazırlanmasında iştirak edir. Tədris müəssisələrində eksperimental işlərin nəticələrini təhlil edir və ümumiləşdirir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və yayır. Metodiki bölmələrin, seminar və seminar-praktikumların, keçirilməsində olimpiada, baxış müsabiqə və metodiki sərgilərin təşkilində iştirak edir. Elmi-texniki tərəqqinin tələblərinə uyğun olaraq tədris-proqram sənədlərində lazımi dəyişikliklər aparır və onların tətbiqi sahəsində tədris müəssisələrinə köməklik göstərir.

Fənlərin tədrisi, peşələrin təlimi keyfiyyətini öyrənir. Bu məqsədlə dərs və məşğələlərdə iştirak edir, yoxlama və sınaq işlərinin, imtahanlarının nəticələrini ümumiləşdirir, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi sahəsində peşə təhsili müəssisələrinin pedaqoji kollektivlərinə məsləhət və tövsiyələr verir, açıq dərslər, təlimat-metodika müşavirələrini təşkil edir.

Məktəbin pedaqoji şurası və metodiki komissiyalarının (fənn birləşmələrinin) işində iştirak edir.

İstehsalat təcrübəsinin dəqiq proqramlarının, tədris istehsalat işlərinin siyahılarının, nəzarət və yoxlama işlərinin, mövzuların və mətnlərin işlənib hazırlanmasında iştirak edir. Peşə təhsili müəssisələrində qabaqcıl pedaqoji təcrübənin, elm və texnika nailiyyətlərinin, təlimin yeni forma və metodlarının tətbiqi sahəsində pedaqoji kollektivlərə kömək edir.

Baş metodist göstərilənlərdən əlavə aşağıdakı vəzifələri də yerinə yetirməlidir:

– metodist bölmələrə (birləşmələrə) rəhbərlik etməyi, şəxsən açıq dərslər keçməyi;

– tədris-proqram sənədlərinin, didaktik materialların, dərslik və dərs vəsaitlərinin işlənib hazırlanmasına rəhbərlik etməyi;

– tədris müəssisələrində təcrübə-eksperimental işlər aparır, elmi-tədqiqat işlərinin nəticələri üzrə təkliflərin hazırlanmasında iştirak edir.

Bilməlidir:

Təhsil Qanununu, normativ sənədləri, pedaqogika və psixologiyanın əsaslarını, ümumi və xüsusi metodikanı, tədris prosesinin təşkili sistemini, ixtisaslar üzrə tədris planlarının və fənlər üzrə proqramların tərtibi və onların istifadə qaydalarını, peşə təhsili müəssisələrində pedaqoji işin səmərəli forma və metodikalarının müəyyənləşdirilməsi və ümumiləşdirilməsi metodikasını, metodiki işin təşkili prinsiplərini və məzmununu, nəşriyyat işlərinin əsaslarını, elmi-texniki və pedaqoji informasiya materiallarının sistemləşdirilməsi prinsiplərini, əmək qanunvericiliyi əsaslarını, əməyin mühafizəsi qaydalarını və normalarını, yanğın təhlükəsizliyi tələblərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) – ali təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək;

14-cü dərəcə (böyük metodist) – ali təhsilli, pedaqoji stajı 10 ildən yuxarı:

15-ci dərəcə (baş metodist) – ali təhsilli, 10 il metodist stajı olan.

V B Ö L M Ə

ESTETİK TƏRBİYƏ ÜZRƏ RESPUBLİKA TƏDRİS-METODİK MƏRKƏZİ

DİREKTOR

Əmək funksiyası:

Direktor Respublikada fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə məktəbli və tələbə gənclərin estetik tərbiyə işinin təşkilinə, onların bədii zövqlərinin formalaşdırılmasına, sağlam və fiziki cəhətdən qüsurlu (kar-lal, kor və zəif görən, paralic və s.) olan uşaqların bədii tərbiyəsi üzrə eksperimentlərin qoyulmasına və estetik tərbiyə işinin təkmilləşdirilməsinə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına, Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə və Respublika Tədris-Metodik Mərkəzin Əsasnaməsinə uyğun olaraq Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzə rəhbərlik edir. Tabeliyində olan mütəxəssis və işçilərin fəaliyyətini respublikada məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyələrinin inkişaf etdirilməsi işinə istiqamətləndirir. Onun üçün lazımi şərait yaradır. Respublikada fəaliyyət göstərən təhsil müəssisələrində estetik tərbiyə işinin vəziyyətini təhlil edir, onun yaxşılaşdırılması üçün nazirliyə konkret və əsaslandırılmış təkliflər verir. Tədris müəssisələrinin plan, proqram, metodik tövsiyə, vəsait və əyani vəsaitlərlə təmin olunmasını təşkil edir.

Məktəbli və tələbə gənclərin estetik tərbiyə işi ilə məşğul olan müəllim, pedaqoq, tərbiyəçi və dərnək rəhbərlərinin ixtisaslarının təkmilləşdirilməsi sahəsində seminar, müşavirə, təcrübə mübadiləsi, elmi-nəzəri konfransların keçirilməsini təşkil edir. Respublikanın rayon və şəhərlərində mərkəzin filiallarının, şəkil qalereyalarının, sərgi salonları və incəsənət kabinetləri yaradılmasını təşkil edir.

Məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyəsini, yaradıcılığını əks etdirən filmlər, bukletlər, mahnı topluları hazırlatdırır.

Xalq yaradıcılığı, festival, olimpiada və müsabiqələrinin təsviri incənət və dekorativ-tətbiqi sənət sərkilərinin təşkil edilməsinə rəhbərlik edir. Respublikanın Yaradıcılıq Birlikləri və Cəmiyyətləri ilə canlı əlaqə yaradır, məktəbli və qələbə gənclərin bədii estetik tərbiyə işində onların imkanlarından istifadə edir.

Tədris-metodik mərkəzin təşkilati və təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Dövlət və ictimai təşkilatlarda onu təmsil edir. Bankda hesablar açır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ayrılan büdcə vəsaitindən öz səlahiyyəti daxilində müəyyən edilmiş qaydada istifadə edir.

Bilməlidir:

Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Təhsil Qanununu, Təhsil Nazirliyinin bütün normativ sənədlərini; maliyyə-təsərrüfat işlərini idarə etməyin forma və metodlarını; yaş psixologiyasını və təlim-tərbiyə prosesinin üsullarını; tədris plan və proqramlarının tərtibinə qoyulan tələbləri; əyani və texniki vasitələrdən estetik tərbiyə işində istifadə etmək qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə – müvafiq ixtisas üzrə ali təhsilli, 5 ildən çox pedaqoji stajı və rəhbərlikdə səriştəsi olan.

KABİNET, ŞÖBƏ VƏ LABORATORİYA MÜDİRLƏRİ

Əmək funksiyası:

Mərkəzdə fəaliyyət göstərən kabinetin, şöbənin, laboratoriyanın işini planlaşdırır və təşkil edir. Onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Metodistlərin işini təşkil edir və istiqamətləndirir. Əsasnamə, təlimat, metodik tövsiyə və vəsait, plan, proqram və s. sənədlərin tərtib edilməsini, nəşrə hazırlanmasını, nəşr etdirilməsini və yerlərə çatdırılmasını həyata keçirir, onların hazırlanmasında bilavasitə iştirak edir.

Müəllim və dərnək rəhbərləri üçün metodiki tədbirlərin, metodiki bölmələrin, seminarların, müşavirələrin, festival, olimpiada, baxış və müsabiqələrin, sərgilərin, açıq dərslərin təşkilinə rəhbərlik edir.

Qabaqcıl təcrübənin öyrənilib yayılmasını həyata keçirir, onların tətbiqini təşkil edir.

Bədii və estetik tərbiyə üzrə eksperimentlərin aparılmasında, onların təhlilində, tətbiq edilməsində iştirak edir, müəllim, dərnək rəhbəri və təhsil şöbələrinə əməli və metodik köməyi həyata keçirir. Metodiki işin səmərəliliyini artırmaq üçün kabinet, şöbə və laboratoriya metodistlərinin işini əlaqələndirir və istiqamətləndirir. Dərnək studiya və eksperimental məktəblərin işinə rəhbərlik edir.

Mərkəzin Əsasnaməsindən irəli gələn digər vəzifələri planlı və keyfiyyətli şəkildə yerinə yetirir.

Kabinetin, şöbənin, laboratoriyanın işinin nəticələrini ümumiləşdirir, təhlil edir və onun yaxşılaşdırılması üçün təkliflər verir.

Bilməlidir:

Təhsil haqqında respublikanın qanun və qərarlarını, Təhsil Qanununu, Respublika Təhsil Nazirliyinin normativ sənədlərini, Mərkəzin Əsasnaməsini, tədris plan və proqramlarının quruluş və məzmununu, estetik tərbiyə işinin əsaslarını və istiqamətini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə – ali təhsilli, ixtisas üzrə 3 ildən yuxarı stajı olan laboratoriya müdiri;

14-cü dərəcə – müvafiq ixtisas üzrə ali təhsilli 4 il pedaqoji stajı olan şöbə müdiri.

METODİST

Əmək funksiyası:

Estetik tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi haqqında Əsasnaməyə uyğun olaraq ali, orta ixtisas və ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyə işinin qoyuluşu vəziyyətini öyrənir, təhlil edir, onun səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir, bu istiqamətdə müəllim, dərnək rəhbəri və təhsil müəssisələrinə əməli kömək göstərir.

Bədii və estetik tərbiyə işi üzrə metodik tövsiyə, vəsait, tədris plan və proqramları, tədris-metodiki sənədlər, konkret sahə üzrə tədbirlər üçün ssenarilər işləyib hazırlayır. Onların rəy və təsdiq edilməsini təşkil edir. Mərkəzdə və tədris müəssisələrində qoyulan eksperimentlərin nəticəsini təhlil edir, ümumiləşdirir, qabaqcıl müəssisələrin müəllim, dərnək rəhbəri və s. iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Metodik bölmələr seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər və məsləhətlər keçirir, sərkilər, baxış-müsabiqələr, olimpiada və toplanışlar təşkil edir. Bədii tərbiyə və xalq yaradıcılığı üzrə baxış-müsabiqələr təşkil edir, onların təbliğ və inkişaf etdirilməsi üçün əməli tədbirlər həyata keçirir. Ən istedadlı məktəblilərin fərdi sərgilərini, çıxışlarını təşkil edir, onları mətbuat vasitəsilə təbliğ edir. Dərnək, studiya və eksperimental məktəblərə uşaqların cəlb olunmasını təşkil edir.

Yaradıcılıq Birliyi müəssisələri ilə əlaqə yaradır, onların köməyindən məktəbli və tələbə gənclərin bədii və estetik tərbiyəsinin formalaşması işində istifadə olunmasını planlaşdırır və istiqamətləndirir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, tədris müəssisələrinin fəaliyyətini təmzimləyən normativ sənədləri; estetik tərbiyə işinin psixoloji və pedaqoji əsaslarını, yaş xüsusiyyətlərini; bədii və estetik tərbiyə işinin metodikasını.

Metodik tövsiyə, vəsait, tədris planı və proqramların, konkret sahə üzrə tədbirlərin ssenarisinin işlənib hazırlanması prinsipini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə metodist – ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 3 ilə qədər stajı olan;

12-ci dərəcə (II kateqoriya metodist) – ali təhsilli, 5 ildən artıq pedaqoji və ya müvafiq ixtisas üzrə iş stajı olan;

13-cü dərəcə (I kateqoriya metodist) – ali təhsilli, kateqoriya metodist vəzifəsində 2 il stajı olan;

14-cü dərəcə (ali kateqoriya metodist – ali təhsilli, I kateqoriya metodist vəzifəsində 2 il iş stajı olan.

VI BÖLMƏ

TƏHSİL ALAN GƏNCLƏRİN RESPUBLİKA BƏDİİ YARADICILIQ EVİ

DİREKTOR

Əmək funksiyası;

Respublikada təhsil alan gənclərin arasında yaradıcılıq işinin təşkilinə, istedadlı uşaqların seçilib aşkara çıxarılmasına, onların bədii zövqlərinin formalaşmasına bilavasitə başçılıq edir. Tələbə-gənclərin estetik tərbiyə işinin təşkilinə, uşaqların bədii tərbiyəsi üzrə eksperimentlərin qoyulmasına məsuliyyət daşıyır. Təhsil Nazirliyinin qüvvədə olan təlimatlarına, normativ sənədlərinə, Təhsil Qanununa uyğun olaraq, Bədii Yaradıcılıq Evinə rəhbərlik edir. Tabeliyində olan işçiləri məktəbli və tələbə gənclərin bədii və estetik zövqünün inkişaf etdirilməsinə istiqamətləndirir. İşçilər üçün lazımi iş şəraiti yaradır. Respublikada fəaliyyət göstərən təhsil müəssisələrində bədii yaradıcılıq işini və özfəaliyyətin vəziyyətini təhlil edir, onların yaxşılaşdırılması üçün əlaqədar təşkilatlara əsaslandırılmış təkliflər verir. Təhsil müəssisələrində bədii fəaliyyət yaradıcılığının inkişafı üçün tələb olunan ssenarilər, plan, proqram, metodiki tövsiyə, vəsait və əyani vəsaitlər ilə təmin olunmasını təşkil edir. Bədii Yaradıcılıq Evinin təşkilatı və təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Dövlət və ictimai təşkilatlarda onu təmsil edir. Bankda hesablar açır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ayrılan büdcə vəsaitindən öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada istifadə edir.

Bilməlidir:

Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Təhsil Qanununu, Təhsil Nazirliyinin normativ sənədlərini; maliyyə və təsərrüfat işlərini, idarəetmənin forma və metodlarını; bədii yaradıcılıq işinin metodlarını; plan, ssenari, proqram və başqa yaradıcılıq işi üçün lazım olan sənədlərin tərtib edilməsini; əyani və texniki vəsaitlərdən istifadə etmə qaydalarını;

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə – ali pedaqoji təhsilli, 5 ildən artıq pedaqoji stajı və rəhbərlikdə səriştəsi olan.

ŞÖBƏ MÜDİRİ

Əmək funksiyası;

Şöbənin işini planlaşdırır və təşkil edir. Metodistlərin işini təşkil edir və istiqamətləndirir. Əsasnamə, təlimat, metodiki tövsiyə və vəsait, plan və proqram, ssenari və s. sənədlərin tərtib edilməsini, yerlərə çatdırılmasını həyata keçirir. Nümunəvi dərnək rəhbərlərinin iş təcrübəsini müəyyənləşdirir. Bu təcrübələrin yayılması üçün metodiki tədbirlərin, bölmələrin, seminarların, seminar müşavirələrin, festival, olimpiada, müsabiqə, açıq dərs, yaradıcılıq və hesabat konsertlərinin təşkil edilməsində iştirak edir. Bədii yaradıcılıq işi sahəsində eksperimentlər aparılmasında, onların təhlilində, tətbiqində fəal iştirak edir. Metodistlərlə dərnək rəhbərlərinin, müşayiətçilərin, ifaçıların işini əlaqələndirir. Bədii Yaradıcılıq Evinin Əsasnaməsindən irəli kələn digər vəzifələri yerinə yetirir. Şəhər, rayon və zonalar üzrə özfəaliyyət baxış müsabiqələrinin, festivalların keçirilməsində iştirak edir. Bədii yaradıcılıq işi üzrə eksperimental məktəblərin, studiyaların, klubların, dərnək və digər yaradıcılıq birliklərinin yaradılmasında iştirak edir.

Bilməlidir:

Təhsil haqqında respublikanın qanun və qərarlarını, Təhsil Qanununu, Respublika Təhsil Nazirliyinin normativ sənədlərini, Bədii Yaradıcılıq Evinin Əsasnaməsini, tədris plan və proqramlarının quruluş məzmununu, estetik tərbiyə işinin əsaslarını və istiqamətini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə – ali təhsilli, incəsənət ixtisaslı mütəxəssis-metodist vəzifəsində 5 ildən çox stajı olan;

14-cü dərəcə – ali təhsilli, incəsənət ixtisaslı mütəxəssis-metodist vəzifəsində 3 ildən çox stajı olan.

METODİST

Əmək funksiyası:

Bədii Yaradıcılıq Evi haqqında Əsasnaməyə uyğun olaraq təhsil alan gənclərin bədii yaradıcılığının, fərdi qabiliyyətinin inkişaf etdirilməsi, estetik zövqlərinin, maraq və meyllərinin düzgün istiqamətləndirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün şərait yaradır. Gənclərin özfəaliyyət kollektivlərinə cəlb olunması işinə səmərəli və məqsədyönlü köməklik göstərir. Dərnək rəhbərlərinə təkliflər verir. Onların işini günün tələbləri səviyyəsində qurur. Bədii Yaradıcılıq işləri, özfəaliyyət kollektivlərinin təşkili üzrə metodiki tövsiyə, vəsait, konkret tədbirlər üzrə ssenarilər, plan və proqramlar işləyib hazırlayır. Seminar müşavirələr, fərdi konsertlər, hesabat konsertləri. yaradıcılıq gecələri, müəllif konsertləri, görüşlər, yubiley şənlikləri, bayram şənlikləri, baxış-müsabiqələr, sual-cavab gecələri; müsahibə və məsləhət saatları, toplanışlar təşkil edir. Xalq yaradıcılığı adət-ənənələrini, yeniliklərini yüksək qayğı və tələbkarlıqla öyrənib yeniyetmələr arasında təbliğ etməlidir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, tədris müəssisələrinin fəaliyyətinə aid olan normativ sənədləri, bədii yaradıcılıq işini, tərbiyə işinin psixoloji yaş xüsusiyyətlərini; bədii yaradıcılıq və özfəaliyyət işinin metodikasını, metodiki tövsiyə, təlimat, vəsait, plan və proqramların, ssenarilərin işlənib hazırlanması qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə – ali incəsənət və ya pedaqoji təhsili olan;

12-ci dərəcə – ali incəsənət və ya pedaqoji təhsilli, 3 ildən çox ixtisas üzrə iş stajı olan; 13-cü dərəcə – ali incəsənət təhsilli, 5 ildən artıq ixtisas üzrə iş stajı olan;

14-cü dərəcə – ali incəsənət təhsilli, 10 ildən çox ixtisas üzrə iş stajı olan.

VII BÖLMƏ

RESPUBLİKA EKOLOJİ TƏRBİYƏ VƏ TƏCRÜBƏÇİLİK MƏRKƏZİ

Əmək funksiyası:

Fəaliyyətinin bütün istiqamətləri üzrə mərkəzin işini təşkil edir. Mərkəzin metodiki şurası ilə birlikdə müəssisənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda onun mənafeyini müdafiə edir. Kadrların seçilməsi və onların yerləşdirilməsini həyata keçirir, əmək qanunvericiliyi və dəxili intizam qaydalarına uyğun olaraq işçilərin əmək funksiyalarını müəyyənləşdirir. Təbiəti mühafizə, ekologiya və gənc təbiətçilərin işlərini genişləndirmək məqsədilə respublikanın rayon və şəhərlərində dərnək və digər birləşmələrin şəbəkələrinin genişləndirilməsi üçün tədbirlər görür.

Tədris, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ekoloji tərbiyə və kənd təsərrüfatı təcrübəçilik işlərinin düzgün təşkili ilə əlaqədar respublika zona, şəhər, rayon tədbirləri (konfranslar, təlimatı seminarlar, müşavirələr, sərgilər, olimpiadalar və s.) təşkil edir.

Tədris, məktəbdənkənar, məktəbəqədər müəssisələrin pedaqoji kollektivlərinə ekoloji tərbiyə, təcrübəçilik, gənc təbiətçilərin işlərinin düzgün təşkilinə əməli və metodiki köməkliklər göstərir.

Müəssisənin metodiki şurasına rəhbərlik edir, təlim-tərbiyə işinin məzmunu, effektliyi üzərində nəzarəti həyata keçirir. Pedaqoji kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir.

Bilməlidir:

Təhsil müəssisələrinin işinin təşkili üzrə təhsil və tərbiyə məsələlərinə dair hökumət və digər dövlət orqanlarının, normativ sənədlərini, pedaqogikanı, uşaqların fiziologiyasını, gigiyenasını, əmək qanunvericiliyini və maliyyə-təsərrüfat məsələlərini, əməyin mühafizəsini, texniki təhlükəsizlik, yanğından mühafizə qaydaları və normalarını, təşkilatçılıq və idarəetmənin əsaslarını, ictimai təşkilatların gənc nəslin tərbiyəsi ilə əlaqədar funksiyalarını və hüquqlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

15-ci dərəcə – bioloq və ya kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssis, 5 ildən yuxarı pedaqoji və ya müvafiq rəhbər vəzifələrdə iş stajı və rəhbərlikdə səriştəsi olan.

ŞÖBƏ MÜDİRİ

Şöbənin fəaliyyətinə rəhbərlik edir, bilavasitə ona tabe olan işçilərin iş keyfiyyətinə nəzarət edir. Plan və proqramların yerinə yetirilməsini təmin edir. Kütləvi tədbirlərin keçirilməsinə aid metodiki tövsiyələrin, əsasnamələrin hazırlanmasına, metodiki işə və proqram-metodiki materialların hazırlanmasına rəhbərlik edir və aidiyyatı təşkilatlara vaxtında çatdırılmasını təmin edir. Mərkəzin maddi bazasının inkişafının və möhkəmləndirilməsinin, avadanlıq və inventarların saz saxlanmasının, sanitariya-gigiyena tələblərinin gözlənilməsini, əmək mühafizəsi qaydalarına əməl edilməsini təmin edir.

Təhsil məsələlərinə dair qanunvericilik və normativ sənədləri; əmək qanunvericiliyinin əsaslarını; pedaqogika və psixologiyanı; peşə təliminin metodikalarını; gigiyena və fiziologiyanın əsaslarını; biologiya və kənd təsərrüfatı üzrə müasir nailiyyətləri; uşaq və gənclərin təlimi və tərbiyəsi məsələləri üzrə hökumət və digər dövlət orqanlarının qərarlarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri

14-cü dərəcə – ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 il iş stajı olan.

METODİST

Mərkəzin şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir. Metodiki və tərbiyə işinin vəziyyətini təhlil edir, metodiki materialları sistemləşdirir və informasiya materialları hazırlayır. Konkret sahələr üzrə tədris metodiki sənədlərin, vəsaitlərin, didaktik materialların, metodiki tövsiyələrin, kütləvi tədbirlərin əsasnamələrinin işlənməsi, rəyə və təsdiqə verilməsini təmin edir; metodiki tərbiyəvi işlərin təşkilində təhsil müəssisələrinin pedaqoji işçilərinə məsləhətlər verir; müsabiqə, sərgi, olimpiada, toplanış, yarış, elmi-praktik konfrans və seminarların keçirilməsi üzrə zəruri sənədləşdirmə işlərini təşkil edir və işləyib hazırlayır; qabaqcıl iş təcrübəsinin ümumiləşdirilməsi və yayılmasına köməklik edir.

Təhsil Qanununu, təhsil haqqında normativ sənədləri, pedaqogika və yaş psixologiyasının əsaslarını, metodbirləşmələrin təşkili prinsipləri və məzmununu; nəşriyyatlarda iş əsaslarını, metodiki və informasiya materiallarının sistemləşdirilməsi prinsiplərini, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi qaydaları və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

11-ci dərəcə (metodist) – ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 ilədək iş stajı;

12-ci dərəcə (II kateqoriya metodist) – ali təhsilli, 5 ildən artıq pedaqoji və ya müvafiq iş stajı;

13-cü dərəcə (I kateqoriya metodist) – ali təhsilli, II kateqoriya metodist vəzifəsində 2 il iş stajı;

14-cü dərəcə (ali kateqoriya metodist) – ali təhsilli, II kateqoriya metodist vəzifəsində 2 il iş stajına malik olan

VIII BÖLMƏ

RESPUBLİKA GƏNC TURİSTLƏR VƏ DİYARŞÜNASLIQ MƏRKƏZİ

DİREKTOR

Mərkəzin iş planlarının vaxtında yerinə yetirilməsinə, təlim-tərbiyə, metodiki və kütləvi işlərin vəziyyətinə-maliyyə-təsərrüfat fəaliyyətinə, kadrların seçilib yerləşdirilməsinə, müəyyən olunmuş əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul və işdən azad edilməsinə, əmək intizamına əməl olunmasına görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Hökumətinin təhsil üzrə qərarlarının, əmr və göstərişlərinin yerinə yetirilməsini təmin edir. İşçilərin təşəbbüskarlığının inkişaf etdirilməsinə onların peşə səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Müəssisənin sosial inkişafı, onun pedaqoji, maliyyə, təşkilat-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə tədbirlər görür. Yanğından mühafizə olunma qaydalarının yerinə yetirilməsini təmin edir, büdcə vəsaitlərindən düzgün səmərəli istifadə olunmasını təmin edir. Turizm-diyarşünaslıq və ekskursiya işlərini genişləndirməkməqsədilə respublikanın şəhər və rayonlarında, gənc turistlər stansiyalarında orta ixtisas, ümumtəhsil, texniki peşə və ali məktəblərdə, yaşayış sahələrində dərnək şəbəkələrinin daha da artırılması üçün tədbirlər görür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyinə görülən işlər barədə hesabat verir.

RGTDM-in fəaliyyətini Turist klubu, Təbiəti Mühafizə Cəmiyyəti, Respublika Turizm və Ekskursiya Şurasının digər təşkilatları ilə işi əlaqələndirməyi təmin edir.

Təhsil sisteminin və pedaqoji elmlərin əsas istiqamətlərini və inkişafı perspektivlərini; məktəbdənkənar müəssisələrin təlim-tərbiyə proqramlarını; qabaqcıl pedaqoji təcrübəni; əmək qanunvericiliyini və əməyin elmi təşkilinin əsaslarını; Təhsil Qanununu və təhsilə dair direktiv sənədləri; məktəbdənkənar müəssisələr üzrə normativ sənədləri.

Ödəniş dərəcəsinə ixtisas tələbləri

15-ci dərəcə – ali ixtisas təhsilli, ixtisas üzrə 5 il iş stajı və rəhbərlikdə səriştəsi olan.

ŞÖBƏ MÜDİRİ

Şöbə işi planlaşdırır, rüblük və illik iş planı tutur, iş planının şöbə işçiləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir. Metodiki və təlimati vasitələrin və tövsiyələrin işlənməsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və s. işlərə rəhbərlik edir. Təlim-tərbiyə müəssisələri üçün turizm-diyarşünaslıq üzrə kadrların hazırlanması ilə əlaqədar seminarlar, kurslar, konfranslar təşkil edir. Metodiki kömək məqsədilə respublikanın şəhər və rayon məktəbləri ilə, məktəbdənkənar müəssisələrlə, XTŞ ilə əlaqədə dərnək rəhbərləri ilə pedaqoji iş aparır. Ekspedisiya, diyarşünaslıq və turizm işlərinin təbliği və bununla əlaqədar tərtibat işlərinə – plakatların, afişaların, sorğu kitablarının və s. çapına nəzarət edir. Daxili nizam-intizama nəzarət edir. Direktor və direktor müavini tərəfindən verilən göstəriş və tapşırıqları yerinə yetirir.

İş planlarının düzgün tutulmasını; kütləvi tədbirlərin təşkili və keçirilməsinə rəhbərliyi; müəssisənin nizamnaməsini; turizm-diyarşünaslıq üzrə normativ sənədləri.

Ödəniş dərəcəsinə ixtisas tələbləri

14-cü dərəcə – ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 il iş stajı

METODİST

Məktəbdənkənar tərbiyə müəssisələrinin pedaqoji işçilərinə proqramların, dərnəklərdə, bölmələrdə, studiyalarda və digər birliklərdə şagirdlərdə aparılan işlərin məzmun, forma və metodlarının hazırlanmasında və təkmilləşdirilməsində metodik köməyi həyata keçirir. Pedaqoji prosesin və onun nəticələrinin təhlili əsasında məktəbdənkənar tərbiyə müəssisələri işçilərinin pedaqoji ustalığının yüksəldilməsi ilə məşğul olur. Dərsdən sonrakı iş sahəsində qazanılan qabaqcıl təcrübəni öyrənir və yayır. Şagirdlərin dərsdən sonrakı fəaliyyətinin təşkili üzrə məktəblilərlə, valideynlərlə, məktəbdənkənar və digər təlim-tərbiyə müəssisələrinin işçiləri ilə məsləhət xarakterli işlər aparır. Məktəbdənkənar tərbiyə müəssisəsinin inkişafının perspektiv yollarını proqnozlaşdırır, informasiya fəaliyyətini həyata keçirir, sinifdənxaric və məktəbdənkənar işlər üzrə metodik tövsiyələr, məktəbdənkənar tərbiyə müəssisəsinin fəaliyyətinin məqsədli proqramını işləyib hazırlayır.

Elmi-tədqiqat işlərinin və məqsədli planlaşdırmanın metodlarını; məqsədli kompleks proqramların tərtibini; uşaq şəxsiyyəti inkişafının əsas qanunauyğunluğunu, onun ehtiyac və maraqlarının spesifikasını, tərbiyənin nəzəriyyə və metodlarını, pedaqogikasını və pedaqoji psixologiyanı, təlimin və şagirdlərin tərbiyəsi və inkişaf metodlarını; elmin, texnikanın, mədəniyyətin və incəsənətin müasir nailiyyətlərini; məktəbdənkənar müəssisələri fəaliyyətinin məzmununu və onların işini nizama salan normativ sənədləri; əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə norma və qaydaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

11 -ci dərəcə (metodist) – ali ixtisas təhsilli, müvafiq ixtisas üzrə 5 ilə qədər iş stajı;

12-ci dərəcə (II kateqoriya metodist) – ali təhsilli, 5 ildən artıq pedaqoji və ya müvafiq ixtisas üzrə iş stajı;

13-cü dərəcə (I kateqoriya metodist) – ali təhsilli, II kateqoriya metodist vəzifəsində 2 il iş stajı;

14-cü dərəcə (ali kateqoriya metodist) – ali təhsilli, I kateqoriya metodist vəzifəsində 2 il stajı olan.

IX BÖLMƏ

TEXNİKİ YARADICILIQ MƏRKƏZİ

DİREKTOR

Fəaliyyətinin bütün istiqamətləri üzrə mərkəzin işini təşkil edir. Mərkəzin metodiki şurası ilə birlikdə müəssisənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda onun mənafeyini müdafiə edir. Kadrların seçilməsi və onların yerləşdirilməsini həyata keçirir, əmək qanunvericiliyini və daxili intizam qaydalarına uyğun olaraq işçilərin əmək funksiyalarını müəyyənləşdirir. Uşaqların qorunması, şagirdlərin və müəllimlərin əməyin mühafizəsinin tələblərinə əməl etməsinə nəzarət edir.

Tədris, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə uşaq və yeniyetmələrin texniki yaradıcılığının inkişafına dair respublika, zona, şəhər, rayon tədbirləri, elmi-praktik konfranslar, təlimati seminarlar, yarışlar, müşavirələr, sərkilər, olimpiadalar və s. təşkil edir. Həmin müəssisələrin yaradıcılıq dərnəklərinin rəhbərlərinə dərnək işlərinin təşkili və aparılmasına dair metodiki tövsiyələrin, nümunəvi proqramların hazırlanmasını, şagird elmi cəmiyyətlərinin, klubların, texniki dərnəklərin qabaqcıl iş təcrübələrinin öyrənilib yayılmasını təşkil edir.

Tədris və məktəbdənkənar müəssisələrin pedaqoji kollektivlərinə texniki yaradıcılıq, səmərələşdiricilik və ixtiraçılıq işlərinin düzgün təşkilinə əməli və metodiki köməklik göstərilməsini təşkil edir.

Müəssisənin metodiki şurasına rəhbərlik edir, təlim-tərbiyə işinin məzmunu və effektliyi üzərində nəzarəti həyata keçirir. Müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi, yaradıcılıq səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradır, pedaqoji kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir.

Ayrılmış dövlət vəsaitindən səmərəli istifadə olunmasını təmin edir.

Təhsil müəssisələrinin işinin təşkili üzrə təhsil və tərbiyə müəssisələrinə dair hökumət və digər dövlət orqanlarının qərarlarını, Təhsil Nazirliyinin normativ sənədlərini, pedaqogikanı, uşaqların fiziologiyasını, gigiyenasını, əmək qanunvericiliyini, əməyin mühafizəsini, texniki təhlükəsizlik, yanğından mühafizə qaydaları və normalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri

15-ci dərəcə – ali təhsilli, pedaqoji və ya rəhbər işlərdə 5 il iş stajı.

ŞÖBƏ VƏ LABORATORİYA MÜDİRLƏRİ

Şöbənin və laboratoriyanın fəaliyyətinə rəhbərlik edir, bilavasitə ona tabe olan işçilərin iş keyfiyyətinə nəzarət edir. Plan və proqramların yerinə yetirilməsini təmin edir. Kütləvi tədbirlərin keçirilməsinə aid metodiki tövsiyələrin, əsasnamələrin hazırlanmasına, metodiki işə və proqram-metodiki materialların hazırlanmasına rəhbərlik edir və aidiyyatı təşkilatlara vaxtında çatdırılmasını təmin edir. Mərkəzin maddi-texniki bazasının inkişafını və möhkəmləndirilməsini, avadanlıq və inventarların saz saxlanılmasını, sanitariya-gigiyena tələblərinin gözlənilməsini, əmək mühafizə qaydalarına əməl edilməsi təmin edir. Tədris və məktəbdənkənar müəssisələrin pedaqoji kollektivlərinə, texniki yaradıcılıq dərnəklərinin rəhbərlərinə metodiki və əməli köməklik göstərir. Dərnək üzvləri ilə müxtəlif kütləvi tədbirlər keçirir.

Təhsil müəssisələrinə dair qanunvericilik və normativ sənədləri, əmək qanunvericiliyinin əsaslarını, pedaqogika və psixologiyanı, peşə təliminin metodlarını, gigiyena və fiziologiyanın əsaslarını; texniki yaradıcılıq, səmərələşdiricilik və ixtiraçılıq üzrə müasir nailiyyətləri; uşaq və gənclərin təlimi üzrə hökumət və digər dövlət orqanlarının qərarlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

13-cü dərəcə (laboratoriya müdiri) – ali təhsilli, 3 il iş stajı və ya orta ixtisas təhsilli, 5 il iş stajı;

14-cü dərəcə (şöbə müdiri) – ali ixtisas təhsilli, pedaqoji və ya müvafiq ixtisas üzrə 5 il iş stajı.

METODİST

Mərkəzin şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir. Metodiki və tərbiyə işinin vəziyyətini təhlil edir; metodiki materialları sistemləşdirir və informasiya materialları hazırlayır. Konkret sahələr üzrə tədris-metodiki sənədlərin, vəsaitlərin, didaktik materialların, metodiki tövsiyələrin, kütləvi tədbirlərin Əsasnamələrinin işlənməsini, rəyə və təsdiqə verilməsini təmin edir. Metodiki və tərbiyəvi işlərin təşkilində təhsil müəssisələrinin pedaqoji işçilərinə məsləhət verir; müsabiqə, sərgi, olimpiada, toplanış, yarış, elmi-praktik konfrans və seminarların keçirilməsi üzrə zəruri sənədləşmə işlərini təşkil edir və işləyib hazırlayır; qabaqcıl iş təcrübəsinin ümumiləşdirilməsi və yayılmasına köməklik edir.

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu; təhsil haqqında normativ sənədləri, pedaqogika və yaş psixologiyasının əsaslarını; nəşriyyatla işin əsaslarını; metodiki və informasiya materiallarının sistemləşdirilməsi prinsiplərini; məktəbdənkənar müəssisələrin fəaliyyətinin məzmununu və onların işini nizama salan normativ sənədləri; əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə norma və qaydaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

11-ci dərəcə (metodist) – ali ixtisas təhsilli, müvafiq sahə üzrə 5 ilədək iş stajı;

12-ci dərəcə (II kateqoriya metodist) – ali təhsilli, 5 ildən yuxarı pedaqoji və ya müvafiq ixtisas üzrə iş stajı;

13-cü dərəcə (I kateqoriya metodist) – ali təhsilli, II kateqoriya metodist vəzifəsində 2 il iş stajı;

14-cü dərəcə (ali kateqoriya metodist) – ali təhsilli, I kateqoriya metodist vəzifəsində 2 il iş stajı olan.

X B Ö L M Ə

DİREKTOR

Rayon (şəhər) filmotekalarını tədris kinofilmləri və kinofraqmentləri ilə təmin edərək, kinofondun saxlanması və istifadəsinə rəhbərlik edir. Ümumtəhsil məktəblərində və başqa təlim-tərbiyə müəssisələrində tədris kinofilmlərinin geniş tətbiq və təbliğ edilməsini təşkil edir. Təhsil konsepsiyasının əsas istiqamətlərinin həyata keçirilməsi məqsədilə tədris filmlərinin təbliğinə aid tədbirlər keçirir, məktəb kinoqurğularına dərs ilinin sonunda baxış keçirir və profilaktiki təmir işini təşkil edir. Müəllim və laborantları kinoqurğuların idarə edilməsini öyrətmək məqsədi ilə müəllimləri təkmilləşdirmə institutları tərəfindən təşkil edilən kursların keçirilməsində və onlara vəsiqələrin verilməsində iştirak edir, hər bir tədris ilinin sonunda rayon (şəhər) filmotekalarında filmofondun inventarizasiyasının keçirilməsini təşkil edir. Filmoteka əməkdaşlarının ixtisasartırma kurslarından keçməsini, yeni dərs ili üçün rayon (şəhər) filmotekalarının iş planını təsdiq edir. Yeni tədris filmlərinin çəkilməsi və çoxaldılması üçün lazım olan sənədləri tərtib edib bu işi təşkil edir: Müəssisənin təsərrüfat fəaliyyətini həll edir, ayrılmış dövlət vəsaitindən səmərəli surətdə istifadə olunmasını təmin edir. Tədris maddi bazanın uçotunu, qorunmasını və artırılmasını, sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir. Kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirir, filmoteka işçilərinin attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir.

Təlimin texniki vasitələrinə və təhsilə dair hökumət və digər dövlət orqanlarının qərarlarını, tədris kinosuna dair normativ sənədləri, respublikamızda və xaricdə pedaqogika, psixologiya elminin son nailiyyətlərini, hər bir orta məktəbin bir tədris ili müddətində nə qədər kinofilmdən və eləcə də digər ekran vasitəsindən istifadə etməsini, əmək qanunvericiliyi və maliyyə təsərrüfat fəaliyyətinin əsaslarını, əməyin mühafizəsini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını, respublikanın ümumtəhsil məktəblərindəki tədris kinoaparatlarının istifadə vəziyyətini və s.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

15-ci dərəcə – ali ixtisas təhsilli, pedaqoji və ya rəhbər işlərdə 5 ildən çox iş stajı olan.

METODİST

Yeni alınmış tədris filmlərinə və kinofraqmentlərinə baxış keçirir. Bu filmlərin tədris prosesində istifadəsinə dair metodiki rəylər, annotasiya hazırlayıb məktubla yerlərə göndərir, rayon filmotekalarına və məktəblərinə metodiki təşkilatı işlərin həyata keçirilməsində, ekran vasitələrindən istifadə edilməsində praktik köməklik göstərir. Elmi-praktik konfransların, seminarların keçirilməsində yaxından iştirak edib, mövcud vəziyyəti təhlil etmək məqsədilə məruzə ilə çıxış edir. Kino nümayişçilərinin hazırlanması və vəsiqələrin verilməsi, aparatların bölüşdürülməsi işini təşkil edir. Məktəblərdə təlimin texniki vasitələrinin saxlanması, istifadə edilməsi və silinməsi haqda arayış tərtib edir, fondun yararsız kinofilmlərinin silinməsində iştirak edir. Rayon (şəhər) filmoteka metodistlərinin gördükləri işlərə dair hesabatlarını dinləyir, onlardan irəli gələn məlumatları ümumiləşdirir. Məktəb kinoteatrlar üzərində nəzarət və uçotun aparılması, festival, kinoteatrlar, səhərciklər və digər işlərin təşkili işini aparır. Məktəblərdə müxtəlif fənlər üzrə tədris kinofilmlərindən istifadə edilməsinə dair açıq dərslər təşkil edir. Qabaqcıl müəllimlərin tədris filmlərindən istifadə etmək sahəsində qazandıqları təcrübəni öyrənib, ümumiləşdirib məktəblər arasında yayır. Yeni Təhsil Qanununun tələblərinə müvafiq olaraq məktəblərin filmoteka ilə əlaqələrinin gücləndirilməsi işini təşkil edir. Rayon filmotekalarının tədris kinofilmləri ilə təmin olunmasında iştirak edir. Müntəzəm olaraq ayrı-ayrı fənn müəllimlərinin dərslərində tədris filmlərindən istifadə vəziyyətini öyrənmək məqsədi ilə iştirak edir.

Filmoteka metodistinin əsas vəzifələrini, filmotekadan tədris kinofilmlərinin alınması üçün sənədlərin rəsmiləşdirilməsi və onun prokat qaydalarını, təlimin vasitələri və təhsillə əlaqədar olan dövlət qərarlarını, pedaqoji və psixoloji ədəbiyyatdakı yeniliyi, məktəblərin tədris filmlərindən və kinoaparatlarından istifadə etməsi vəziyyətini, məktəblərdəki kinonümayişçilərin sayını, filmotekanın fondunda saxlanılan tədris filmlərinin fənnlər üzrə sayını və s.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

11-ci dərəcə (metodist) – ali təhsilli, 5 il pedaqoji stajı olan;

12-ci dərəcə (II kateqoriya metodist) – ali təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı olan;

13-cü dərəcə (I kateqoriya metodist) – ali təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan;

14-cü dərəcə (ali kateqoriya metodist) – ali təhsilli, 15 ildən yuxarı pedaqoji stajı olan.

XI B Ö L M Ə

T.İSMAYILOV ADINA BAKI UŞAQ-GƏNCLƏR YARADICILIQ SARAYI

DİREKTOR

Fəaliyyətinin bütün istiqamətləri üzrə sarayın işini təşkil edir. Müəssisənin metodiki şurasının qərarı ilə mərkəzin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimaiorqanlarda onun mənafeyini müdafiə edir. Kadrların seçilməsi və onların yerləşdirilməsini həyata keçirir, əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun olaraq işçilərin əmək funksiyalarını müəyyənləşdirir. Uşaqların qorunması, şagirdlərin və müəllimlərin əməyinin mühafizəsi tələblərinə nəzarət edir. Müəssisənin metodiki şurasına rəhbərlik edir, təlim-tərbiyə işinin məzmunu və effektivliyi üzərində nəzarəti həyata keçirir. Müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi, şagirdlərin yaradıcılıq səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradır, pedaqoji kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir. Müəssisənin və onun şöbələrinin, bölmələrinin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində iş aparır. Təlim-tərbiyə, metodiki, kütləvi işlərə nəzarət edir. Eyni zamanda ümumtəhsil məktəblərinin, uşaq birlikləri təşkilatının rəhbərlərinə və məktəb pedaqoji kollektivinə profil üzrə metodiki köməklik göstərilməsini planlaşdırır.

Ayrılmış dövlət vəsaitindən səmərəli istifadə olunmasını təmin edir. Müəssisənin maddi bazasının uçotunu, qorunmasını və artırılmasını, sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir.

“Azərbaycan Respublikası Təhsil Qanununu, təhsil müəssisələrinin işinin təşkili üzrə təhsil və tərbiyə məsələlərinə dair hökumət qərarlarını, Təhsil Nazirliyinin normativ sənədlərini, pedaqogikanı, uşaqların fiziologiyası və gigiyenasını, əmək qanunvericiliyi və maliyyə-təsərrüfat məsələlərinin əsaslarını, əməyin mühafizəsini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını və normalarını, təşkilatçılıq və idarəetmənin əsaslarını, ictimai təşkilatların gənc nəslin tərbiyəsi ilə əlaqədar funksiyalarını və hüquqlarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri

15-ci dərəcə – ali təhsilli (pedaqoji, incəsənət) təhsil-tərbiyə müəssisələrində pedaqoji və rəhbər vəzifələrdə 5 ildən az olmamaqla iş stajı.

ŞÖBƏ (BÖLMƏ) MÜDİRLƏRİ

Şöbənin işini planlaşdırır və təşkil edir, iş planlarının yerinə yetirilməsinə nəzarət edir. Şöbənin işini yoxlayır. Şöbə inventarının qorunub saxlanmasına cavabdehdir. Şöbə (bölmə) işçilərinin fəaliyyətinə və əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət edir, şöbənin (bölmənin) işinə dair işçilərə göstəriş verir, öz səlahiyyəti həcmində şöbənin (bölmənin) bütün işçilərindən daxili qayda qanuna riayət edilməsini tələb edir, şöbə (bölmə) işçilərinin işinə qiymət verir, onların işinin keyfiyyəti haqqında qərar qəbul edir. Şöbənin işçiləri işdən azad olunarkən yaxşı işinə görə mükafat verilməsi haqqında təkliflər verir, müdiriyyət tərəfindən verilən bütün tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir. Müəssisədə, ondan kənarda profilə uyğun tədbirlərin təşkili və keçirilməsinə rəhbərlik edir, məktəblərə və digər tərbiyə müəssisələrinə profilə uyğun tədbirlərin keçirilməsində metodiki və praktiki kömək göstərir. Dərnək rəhbərlərinə metodiki və praktiki köməklik göstərir. Tədris prosesində şagirdlərin yaradıcılığının, profil üzrə tərbiyənin qoyuluşunu öyrənir və yayılması təşəbbüsündə olur. Metodiki şuraya məsələlər hazırlayır. Profil üzrə müsabiqələr, yarışlar, seminarlar, sərgilər təşkil edir.

“Azərbaycan Respublikası Təhsil Qanunu”nu, Azərbaycan Uşaqlar Birliyinin Əsasnaməsini, təhsil məsələlərinə dair qanunvericilik və normativ sənədləri, əmək qanunvericiliyinin əsaslarını, pedaqogika və psixologiyanı, peşə təliminin metodikalarını, gigiyena və fiziologiyanın əsaslarını, uşaq və gənclərin təlim-tərbiyə məsələləri üzrə hökumət və digər dövlət orqanlarının qərarlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

14-cü dərəcə – müvafiq ixtisas üzrə ali təhsilli və 5 ildən az olmayaraq müvafiq iş stajı olan;

13-cü dərəcə – müvafiq ixtisas üzrə ali təhsilli və 3 ildən az olmayaraq müvafiq iş stajı olan.

METODİST

Respublikada və Bakı şəhərində yerləşən məktəbdənkənar uşaq yaradıcılıq mərkəzləri və müəssisələri ilə iş aparır, bu kateqoriyalar üçün seminar məşğələlər, konfranslar, kütləvi tədbirlər təşkil edir, məktəblərə, uşaq yaradıcılıq mərkəzlərinə gedir, onlara təşkilati, təlimi-metodiki kömək göstərir, məsləhət saatları təşkil edir. Profilli şöbələrin, dərnək rəhbərlərinin, metodistlərin yığıncaqlarında iştirak edir, onların təlimi-metodiki işinə nəzarət edir, məktəbdənkənar müəssisələrin ən yaxşı iş təcrübəsinin öyrənilməsi və yayılmasına, metodiki tövsiyələrin hazırlanmasına nəzarət edir. Təhsil Nazirliyi tərəfindən verilən əmr, sərəncam, təlimatlar, əmək qanunvericiliyinə riayət olunmasına dair sənədlərin öyrənilib məktəbdənkənar müəssisə işçilərinə və sarayın metodistlərinə çatdırılmasına nəzarət edir.

“Azərbaycan Respublikası Təhsil Qanununu, Təhsil haqqında normativ sənədləri, Azərbaycan Uşaqlar Birliyinin Əsasnaməsini, pedaqogika və psixologiyanı, metodbirləşmələrin təşkili prinsipləri və məzmununu.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

14-cü dərəcə (ali kateqoriyalı metodist) – ali təhsilli, I kateqoriyalı metodist vəzifəsində 2 il iş stajı;

13-cü dərəcə (I kateqoriyalı metodist) – müvafiq ixtisas üzrə ali təhsilli və II kateqoriya metodist vəzifəsində 2 il iş stajı;

12-ci dərəcə (II kateqoriyalı metodist) – müvafiq ixtisas üzrə ali təhsilli və 5 ildən artıq iş stajı;

11-ci dərəcə (metodist) – müvafiq ixtisas üzrə ali təhsilli və 5 ilə qədər iş stajı.

XII B Ö L M Ə

UŞAQLAR BİRLİYİ TƏŞKİLATI RƏHBƏRİ HAZIRLAYAN MƏKTƏB

DİREKTOR

Kadrların seçilib yerləşdirilməsini həyata keçirir, təhsil alanlar üçün mənzil-məişət şəraitinin yaradılmasını təmin edir. Təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik edir. Şagirdlərin qabiliyyət və maraqlarının inkişafına köməklik göstərir, tərbiyə prosesinin həyata keçirilməsini təmin edir. Müdavimlərin dərsdən sonrakı boş vaxtlarında dərnək məşğələlərinə, idman yarışlarına, bədii özfəaliyyət birliklərinə cəlb olunmasına, məktəbə müdavim qəbuluna, müdavimlərin dərsə davamiyyətinə, tədris proqramlarının yerinə yetirilməsinə cavabdehdir. Məktəbin özünün idarə orqanına kömək göstərir.

Təhsil məsələlərinə dair hökumətin qərar və göstərişlərini, təhsilin iqtisadi əsaslarını, təlimati-normativ sənədləri, müəssisələrin fəaliyyəti məsələlərinə dair təhsil orqanlarının metodik tövsiyələrini və sanitar qaydalarını, əmək qanunvericiliyini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

14-cü dərəcə – ali pedaqoji təhsil, 5 ildən az olmayan pedaqoji iş stajı və rəhbər işlərdə təcrübəsi olan.

XIII B Ö L M Ə

ALİ MƏKTƏBLƏR

REKTOR

Əmək funksiyası:

Ali məktəbə onun profilinə uyğun yüksək ixtisaslı elmi-pedaqoji işçilər arasından mövcud qaydada seçilmiş və ya təyin olunmuş rektor rəhbərlik edir.

Rektor ali məktəbin fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıyır və mövcud qanunvericiliyə uyğun olaraq ali məktəb adından fəaliyyət göstərir. Bütün orqanlarda, yuxarı təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. onu təmsil edir, müqavilələr bağlayır; etibarnamələr verir, bankda hesab açır. Öz səlahiyyəti daxilində bütün işçilər, aspirantlar, doktorantlar, dinləyicilər, tələbələr üçün məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir. O, prorektorların konkret vəzifələrini və məsuliyyətlərini müəyyən etmək, öz səlahiyyətlərinin bəzilərinin icrasını onlara vermək hüququna malikdir. Rektor əmək qanunvericiliyinə uyğun olaraq ali məktəbin fəhlə və qulluqçularını (təsisçinin nomenklaturasında olanlardan başqa) işə götürür və işdən azad edir, kadrlarIn seçilməsini və yerləşdirilməsini həyata keçirir.

Bilməlidir:

Təhsil və tərbiyə məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarını, ali təhsillə bağlı normativ sənədləri, ali məktəb pedaqogikasını, psixologiyasını, elementar tibbi gigiyena məsələlərini, təhsilin iqtisadiyyatının əsaslarını, əmək qanunverici və maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını, əməyin mühafizəsini, texniki təhlükəsizliyi və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri.

Müvafiq profilli təhsil müəssisələrində pedaqoji, yaxud rəhbər vəzifələrdə 5 ildən az olmamaqla iş stajı, ali təhsil sahəsində iş təcrübəsi. Müvafiq elmi dərəcəsi və elmi adı.

17-ci dərəcə – III kateqoriya ali məktəbin rektoru;

18-ci dərəcə – II kateqoriya ali məktəbin rektoru;

19-cu dərəcə – I kateqoriya ali məktəbin rektoru.

BİRİNCİ PROREKTOR

Əmək funksiyası: Rektor qarşısında cavabdehlik daşımaqla bütün işçilər, tələbələr, aspirantlar, doktorantlar və dinləyicilər üçün məcburi olan sərəncam və göstərişlər verir. Tədris, elmi-tədqiqat işlərinə, elmi və elmi-pedaqoji kadrların hazırlanması, beynəlxalq əlaqələr, humanitar, təsərrüfat və digər sahələr üzrə işlərə nəzarət etməklə rektor qarşısında hesabat verir.

Rektor olmadıqda onun səlahiyyətlərini icra edir.

Bilməlidir: Təhsil, elm və tərbiyə məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarını, ali təhsillə və elmi-tədqiqatla bağlı normativ sənədləri, xarici ölkələrin elm və təhsil sahəsindəki nailiyyətlərini, ali məktəb pedaqogikası və psixologiyasını, təhsilin iqtisadiyyatını, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını, tədrisin təşkilini, əmək qanunvericiliyi və əməyin mühafizəsini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

18-ci dərəcə – müvafiq profil üzrə alimlik dərəcəsi, elmi adı, pedaqoji sahədə və ya rəhbər vəzifələrdə 5 ildən az olmayan əmək stajı olmaqla özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən ali məktəblərdə çalışdıqda.

ALİ MƏKTƏB FİLİALININ DİREKTORU

Əmək funksiyası:

Ali məktəbin filialında tədris, tədris-metodiki və elmi işlərə bilavasitə rəhbərlik edir; kafedraların və fakültələrin işinə istiqamət verir; filialın tərkib hissəsi olduğu ali məktəbin keçirdiyi tədbirlərdə (konfrans, müşavirə və iclaslarda) iştirak edir; filial üçün elmi-pedaqoji kadrların hazırlanmasını və onların ixtisasının artırılmasını nəzarətdə saxlayır. O, tələbə elmi cəmiyyətinin TEC tədris və elmi tədqiqat laboratoriyalarının normal işinə şərait yaradır, filialda öyrədilən ixtisaslar üzrə tədris planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir. Filialın direktoru tabe olduğu ali məktəb qarşısında müntəzəm olaraq hesabat verir.

Bilməlidir:

Təhsillə bağlı qərarları, əmrləri, sərəncamları, göstərişləri, normativ sənədləri, tədris planlarını, ixtisasların xarakteristikasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Pedaqoji sahədə və rəhbər işlərdə 5 ildən az olmamaqla iş stajı. Elmi dərəcəsi və elmi adı olan.

16-cı dərəcə – elmlər namizədi, elmi dərəcəsi olan;

17-ci dərəcə – professor adı və ya elmlər doktoru elmi dərəcəsi olan.

TƏDRİS İŞLƏRİ ÜZRƏ PROREKTOR

Əmək funksiyası:

Ali məktəblərin tədris işləri üzrə prorektorları həmin müəssisənin tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Onun əsas vəzifələrinə aşağıdakılar daxildir: fakültə və kafedralarda tədris, tədris-metodiki və tərbiyəvi işlərin təşkilinə, tədris-köməkçi qurumların (tədris emalatxanaları, tədris təsərrüfatları və s.) işinə rəhbərlik, tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət; tədris metodiki konfransların təşkili işinə rəhbərlik; rektor olmadıqda onun səlahiyyətlərini icra etmək.

Bilməlidir:

Təhsil və gənclərin tərbiyə məsələləri ilə bağlı hökumətin, Milli Məclisin, prezidentin qərar və göstərişlərini; ali təhsillə əlaqədar normativ sənədləri; ali məktəb pedaqogikasını və psixologiyasını, elementar tibbi-gigiyena normalarını, tədris planlarının tərtibi və tətbiqi qaydalarını; ali təhsil sahəsindəki son nailiyyətləri, təhsilin iqtisadiyyatının və maliyyələşdirilməsi prinsiplərinin əsaslarını; tədris prosesinin təşkili və idarə olunması qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Müvafiq profilli təhsil müəssisələrində pedaqoji, yaxud rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı, elmi dərəcəsi, yaxud elmi adı

16-cı dərəcə – III kateqoriyalı ali təhsil müəssisələrində

17-ci dərəcə – II kateqoriyalı ali təhsil müəssisələrində

18-ci dərəcə – I kateqoriyalı ali təhsil müəssisələrində

ELM VƏ TEXNİKA ÜZRƏ (ELMİ İŞLƏR ÜZRƏ) PROREKTOR

Əmək funksiyası:

Elmi-metodiki və elmi işlərə bilavasitə rəhbərlik etmək, kafedraların elmi-metodiki və elmi-tədqiqi işlərinin təşkili, elmi konfransların təşkili; aspirantların (tədqiqatların) hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına nəzarət; elmi nailiyyətlərin xalq təsərrüfatına tətbiqi üzrə tədbirlərin işlənməsi; tələbə elmi cəmiyyətlərinə rəhbərlik; elmi tədqiqat bölməsinə rəhbərlik; elmi tədqiqat laboratoriyalarına rəhbərlik.

Bilməlidir:

Elmi-tədqiqat işləri və texnika ilə bağlı dövlət və hökumət orqanlarının qərar, göstəriş və tövsiyələrini, normativ sənədləri və metodik sənədləri, xarici ölkələrin (o cümlədən MDB dövlətlərinin) elm sahəsindəki nailiyyətlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Müvafiq profilli elm və ya təhsil müəssisəsində pedaqoji, yaxud rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı, elmi dərəcəsi, yaxud adı.

16-cı dərəcə – elmlər namizədi elmi dərəcəsi və dosent elmi adı olan;

17-ci dərəcə – elmlər doktoru elmi dərəcəsi olan.

TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ PROREKTOR

Əmək funksiyası:

Ali məktəbdə tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır.

Fakültə və kafedralarda, digər struktur bölmələrdə tərbiyəvi işləri əlaqələndirir, ona nəzarət və rəhbərliyi həyata keçirir. Tələbələrin tədris proseslərində və dərsdən kənar vaxtlarda tərbiyəsi ilə bağlı keçirilən tədbirlərə nəzarət edir və istiqamət verir. Tərbiyə işləri ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir. Tərbiyə işləri üzrə prorektoru olduğu ali məktəbin tərbiyəvi tədbirlərini digər ali məktəblərdə aparılan tərbiyəvi işlərlə əlaqələndirir.

Bilməlidir:

Tərbiyə məsələləri ilə bağlı direktiv orqanların qərar və göstərişlərini; tərbiyə ilə əlaqədar normativ sənədləri; ali məktəb psixologiyası və pedaqogikasını (xüsusilə tərbiyə nəzəriyyəsini); müəllim-tələbə münasibətlərinin əsaslarını, tərbiyə sahəsində yenilikləri

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Təhsil, təlim və ya tərbiyə sahələrində 5 ildən az olmayaraq iş stajı və elmi dərəcəsi olan.

16-cı dərəcə – elmlər namizədi elmi dərəcəsi olan;

17-ci dərəcə – elmlər doktoru elmi dərəcəsi olan.

QİYABİ VƏ AXŞAM ŞÖBƏSİ ÜZRƏ PROREKTOR

Əmək funksiyası:

Qiyabi və axşam şöbələrində tədris-tərbiyə və metodiki işlərə bilavasitə rəhbərlik edir. Həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Qiyabi təhsil alan tələbələrin yoxlama və kurs işi mövzularının vaxtında götürülməsi və təhvil verilməsinə nəzarət edir, rektor və I prorektor qarşısında hesabat verir.

Bilməlidir:

Axşam və qiyabi şöbələrində təhsilin məzmununu. Axşam və qiyabi təhsillə bağlı normativ sənədləri, hökumətin qərar, əmr, göstəriş və sərəncamlarını; təlimatlarla işləməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı, elmi dərəcəsi, yaxud elmi adı.

16-cı dərəcə – elmlər namizədi elmi dərəcəsi olan;

17-ci dərəcə – elmlər doktoru elmi dərəcəsi olan.

BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ PROREKTOR

Əmək funksiyası:

Ölkələrin təhsil və elm müəssisələri ilə birbaşa əlaqələrin yaradılmasını, inkişaf etdirmə və həyata keçirilməsini təmin edir, beynəlxalq səviyyəli tədbirlərdə ali məktəb nümayəndələrinin iştirakını əlaqələndirir və təmin edir. Təhsil Nazirliyinin müvafiq idarəsi vasitəsilə beynəlxalq proqram və proyektlərdə öz ali məktəbinin iştirakını təmin etmək üçün əməkdaşlığın üstün istiqamətlərinin hazırlanmasını təşkil edir. Xarici tələbələrin tədris-tərbiyə və metodiki işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Xarici ölkələrdə təhsilin quruluşunu, bəzi ölkələrdə tədris-tərbiyə işlərinin məzmun və xüsusiyyətlərini öyrənir.

Bilməlidir:

Xarici tələbələrin regional xüsusiyyətlərini, xarici dillərdən birini, normativ sənədləri, əlaqə saxladığı xarici ölkələrdə ehtiyac hiss olunan fəaliyyət sahələrini, xarici tələbələr üçün tərtib olunmuş tədris planları və proqramlarından baş çıxarmağı və s.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi, yaxud elmi adı, idarəetmə sahəsində təcrübəsi olmalıdır. Təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

15-ci dərəcə – xarici tələbələrin sayı 300 nəfərə qədər olduqda;

16-cı dərəcə – xarici tələbələrin sayı 300 nəfərdən çox olduqda.

İNZİBATİ-TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ PROREKTOR

Əmək funksiyası:

Tədris müəssisələrinin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir. Ali məktəblərin auditoriyalarında kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena vəziyyətini və qayda-qanunu təmin edir, tikintiyə, kapital və cari təmirə rəhbərlik edir, tədris binasını, laboratoriyaları, kabinetləri, təsərrüfat və mədəni-məişət müəssisələrini avadanlıqlarla, inventar və materiallarla təmin edir; tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər keçirir; rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələsi üzrə digər müəssisələrlə müqavilə bağlayır.

Bilməlidir:

Tədris müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş qərar, əmr və sərəncamları; texnika və texnologiya sahəsindəki yenilikləri; normativ sənədləri, tikinti və onun iqtisadiyyatı məsələlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, inzibati və təsərrüfat fəaliyyəti sahəsində təcrübəsi və 3 ildən az olmayaraq iş stajı.

14-cü dərəcə – III kateqoriyalı ali məktəbin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsini icra edən;

15-ci dərəcə – II kateqoriyalı ali məktəbin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsini icra edən;

16-cı dərəmə – I kateqoriyalı ali məktəbin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsini icra edən.

FİLİAL DİREKTORUNUN MÜAVİNİ

Əmək funksiyası:

Filialda tədris-tərbiyə işlərinə bilavasitə rəhbərlik edir. Filialın Elmi şurasının katibi kimi ictimai iş aparır. Baza təhsil proqramları və tədris planlarına uyğun olaraq tədris proqramlarının tətbiqinə rəhbərlik edir. Tədris prosesinə, tələbələrin tədris və istehsalat təcrübəsinə nəzarət edir. Dekanlarla birgə dərs cədvəlini hazırlayıb direktorun təsdiqinə verir. Filialda dərs deyir, tədris məşğələlərində, semestr imtahanlarında iştirak edir, onlara lazımi elmi-metodiki köməklik göstərir. Onların fərdi planlarının yerinə yetirilməsinə nəzarət edir. Kafedralarda elmi-tədqiqat işlərinin vaxtında müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir.

Bilməlidir:

Fakültə və kafedraların iş prinsipini, tədris, tərbiyə və elmlə bağlı əmr və göstərişləri, metodiki tövsiyələrdən istifadə etməyi, tədris planlarının tərtibi qaydalarını, işçi planlarının hazırlanmasını, ali məktəb pedaqogikasını, psixologiyasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və adı; tədris-tərbiyə sahəsində pedaqoji iş təcrübəsi. Vəzifə maaşı filial direktoru vəzifəsinə görə verilən vəzifə maaşından 10-20% aşağı miqdarda ödənilir.

FAKÜLTƏ DEKANI

Əmək funksiyası:

Fakültədə tədris, tərbiyə və elmi işlərə, təhsil proqramlarının və tədris planlarının yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir və bunlar üçün cavabdehdir. Fakültə elmi şurasına sədr və yekun buraxılış attestasiyası sədrinin müavinidir. Fakültədə dərs və imtahan cədvəllərinin tərtibinə rəhbərlik edir və onların düzgün icrasına, eləcə də fakültənin tələbələrinin semestr-kurs məqbul və imtahanlarının, dövlət imtahanlarının gedişinə nəzarət edir. Buraxılış imtahanlarına və ya buraxılış işlərinin müdafiəsinə tələbələrin buraxılması işinin obyektiv təşkilinə cavabdehdir. Mövcud qaydalara uyğun olaraq tələbələrin təqaüd almaları üçün təkliflər verir. Fakültədə tədris yüklərinin hesablanması və bölgüsünə nəzarət edir. Fakültədə aspirantların və doktorantların hazırlanması işinə rəhbərlik edir. Fakültə elmi şurasında keçirilən vəzifəyə seçkilər (dosent, baş müəllim, müəllim, assistent və s.) üçün tam cavabdehdir. Fakültənin professor, müəllim heyətinin ixtisasının artırılması üzrə plan və qrafiki tərtib edir. Fakültənin tərkibinə daxil olan kafedralar üzrə tədris olunan fənlərin proqramlarının hazırlanması, dərsliklərin yazılması və tədris metodiki vəsaitlərin hazırlanmasının təşkilatçısıdır, Fakültədə və həmçinin kafedralararası elmi və elmi-metodiki konfransları elmi seminarları təşkil edir, birbaşa fakültənin profilinə uyğun simpoziumların və konfransların təşkilində, keçirilməsində iştirak edir. Fakültə tələbələrinin və əməkdaşlarının elmi-metodiki işlərinə şərait yaradır və hesabatlarını tələb edir. Mütəxəssis hazırlığına lazım olan digər tədbirləri həyata keçirir, Fakültə tələbələri və əməkdaşlarını öz səlahiyyətləri daxilində həvəsləndirir və ya inzibati tənbehlər görür. Ali məktəb rektoruna və ali məktəbin elmi şurasına fakültə ilə bağlı təkliflərlə müraciət edir. Fakültənin istehsalatla və xarici əlaqələrini təşkil etmək məqsədilə təkliflər verir və ya təmin edir. Fakültənin elmi-pedaqoji, eləcə də tədrisə yardımçı heyətinin seçilib yerləşdirilməsinə nəzarət edir.

Bilməlidir:

Tədris və tərbiyə ilə bağlı dövlət və hökumətin qərar və göstərişlərini; tədrislə bağlı normativ sənədləri, metodiki tövsiyələri; tədris planlarının tərtibini və məzmununu, tədris planlarının tərtib qaydasını, tədris-tərbiyə sahəsində xarici ölkələrdə qazanılmış son nailiyyətləri, tələbələrə təqaüd müəyyənləşdirməyi, onların tərbiyəsi və istirahəti üçün tədbirlər görməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və elmi adı; tədris-tərbiyə sahəsində pedaqoji iş təcrübəsi;

Kafedrada tutduğu vəzifə maaşının 10%-i həcmində əlavə haqq ödənilir.

FAKÜLTƏ DEKANININ MÜAVİNİ

Əmək funksiyası:

Fakültədə tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir. Təhsil proqramlarına uyğun olaraq tədris planlarının tərtib olunmasına rəhbərlik edir. Fakültədə tədris prosesinə, tələbələrin tədris-istehsalat təcrübəsinə nəzarət edir, dərs və imtahan cədvəlini hazırlayıb dekanın təsdiqinə verir, fakültədə tədrisin keyfiyyətinə nəzarət edir, müəllimlərin tədris məşğələlərində iştirak edir, onlara lazımi metodiki köməklik göstərir, semestr imtahanlarının hazırlanmasında və keçirilməsində iştirak edir. Kafedralarda elmi-tədqiqat işlərinin vaxtında müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir. Dekanlıqda və kafedralarda tədris prosesilə bağlı işlərin təşkilini təmin edir. Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir. Tədrisin təşkili ilə bağlı dekana təkliflər verir, dekan olmadıqda onu əvəz edir.

Bilməlidir:

Tədris-tərbiyə və elmlə bağlı qərar, sərəncam və göstərişləri, tədrislə bağlı normativ sənədləri, metodiki tövsiyələri, tədris planlarının tərtib olunması və işçi planların hazırlanması qaydalarını, ali məktəb pedaqogikasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və elmi adı; tədris-tərbiyə sahəsində pedaqoji iş təcrübəsi; dekan vəzifəsinə görə verilən haqdan 10% aşağı haqq ödənilir.

KAFEDRA MÜDİRİ

Əmək funksiyası:

Təhsilin bütün formaları üzrə mühazirələrin, laborator, praktik seminar məşğələlərinin və s. təşkili və keçirilməsində kafedra üzvlərinə rəhbərlik edir. Yekun buraxılış imtahanlarına, istehsalat təcrübəsinə kurs və diplom layihələrinə, tələbələrin müstəqil işlərinə, kurs imtahan və məqbullarının keçirilməsinə, tələbələr arasında tərbiyəvi işlərin təşkilinə rəhbərlik edir; Kafedranın professor-müəllim heyətinin dərs yükünün bölgüsünü aparır, onun müzakirəsi və təsdiqini təşkil edir. Professor-müəllim heyətinin fərdi və təqvim planlarını təsdiq edir. Kafedrada təsdiq olunan fənlər üzrə müəyyən olunmuş qaydada tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik edir və onları təsdiq etdirir. Bu proqramlara uyğun dərsliklərin tədris metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin edir. Digər kafedralarla kafedralararası əlaqələr yaradır. Təsdiq olunmuş plana uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparılmasına şərait yaradır, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirir və onların nəticələrinin istehsalata tətbiqinə nəzarət edir. Professor-müəllim heyəti seçkiləri ilə bağlı kafedrada müzakirə təşkil edir. Kafedrada vakant yerlərə və saathesabı işləyənlərə təqdimat verir. Ali məktəb rəhbərliyinin göndərişi ilə daxil olmuş kənar tədqiqatçıların, eləcə də kafedra əməkdaşlarının müdafiəyə təqdim etdiyi dissertasiyaların müzakirəsini təşkil edir.

Digər kafedralarla, idarə, müəssisə və təşkilatlarla əlaqələr yaradır. Ali məktəb məzunları, kafedranın aspirant məzunları ilə sistematik əlaqələr yaradılmasını təşkil edir; kafedra üzvlərinin ixtisasartırmaya (yaxud staj keçməyə) göndərilməsi üçün təkliflər verir.

Bilməlidir:

Tədris və tərbiyə, o cümlədən ali təhsillə bağlı dövlət və hökumətin qərarlarını, əmrləri, göstərişləri. Ali təhsil və kafedraların fəaliyyəti ilə bağlı normativ sənədləri, metodiki tövsiyələri, professor-müəllim heyətinin arasında dərs yükünü bölməyi, tədris planlarının tərtibi və qaydalarını. Kafedrada tədris olunan hər bir fənn üzrə proqramların, kafedranın laborant-texniki heyətinin və professor-müəllim heyətinin görəcəyi auditoriyadan kənar işlərin məzmununu; müəllim və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik etmək qaydalarını, başqa kafedra və təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsini öyrənməyi və yaymağı, tədris prosesində təlimin texniki vasitələrindən istifadə etmək qaydalarını; aspirant və doktorantlara rəhbərlik etməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Elmi dərəcəsi və elmi adı, pedaqoji iş təcrübəsi. Kafedrada tutduğu vəzifə üzrə əmək haqqının 10%-i həcmində əlavə haqq ödənilir.

TƏDRİS-METODİKA ŞÖBƏSİNİN MÜDİRİ

Əmək funksiyası:

Ali məktəbin fakültə və kafedralarında tədris-metodiki işlərin təşkilinə və tədris-metodik şöbənin işlərinə rəhbərlik edir.

Ali məktəbin tədris planları və proqramlarının yaradılması və təkmilləşdirilməsi üzrə bütün işləri istiqamətləndirir.

Tədris yükünün bölüşdürülməsi prinsiplərinin əsaslarını təyin edir. Dərs yüklərinin kafedralar üzrə bölgüsünə və yerinə yetirilməsinə nəzarət edir. Kafedraların ştat cədvəlini planlaşdırır.

Tədris-metodiki işlərlə bağlı bütün məsələlərin həllində iştirak edir.

Bilməlidir:

Təhsil prosesini, tədris və tədris-metodiki işlərlə bağlı normativ sənədləri, qanun, qərar, əmr, göstəriş və sərəncamları, tədris plan və proqramlarının quruluşunu, məzmununu və tətbiqini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

14-cü dərəcə – elmlər namizədi elmi dərəcəsi olmayan dosent;

15-ci dərəcə – elmlər namizədi, dosent;

16-cı dərəcə – elmlər doktoru elmi dərəcəsi olmayan professor;

17-ci dərəcə – elmlər doktoru, professor.

TƏDRİS ŞÖBƏSİNİN MÜDİRİ

Əmək funksiyası:

Ali məktəbin fakültə və kafedralarında tədris işlərini təşkil edir. Tədris yüklərinə dair tapşırıqları fakültələrə çatdırır, onların əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir. Kafedralarda professor-müəllim, eləcə də tədrisə yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyatı üzrə göndərilməsinə, tədris şöbəsinin (hissənin) işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir. Tələbələrin tədris planına uyğun dərslərinin normal keçirilməsini təşkil edir. Tələbələrin kurs imtahan və məqbullarının keçirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin dərsə davamiyyətinə nəzarət edir, tədris-tərbiyə və elmlə bağlı bütün məsələlərin həllində iştirak edir.

Bilməlidir:

Tədris-tərbiyə və elmlə bağlı normativ sənədləri, qərar, göstəriş və sərəncamları, tədris planının quruluşunu və məzmununu, dərs yüklərinin kafedralar üzrə və ayrı-ayrı müəllimlər arasında bölgüsünü və s.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, tədris sahəsində təcrübəsi.

12-ci dərəcə – III kateqoriya ali məktəbdə;

13-cü dərəcə – II kateqoriya ali məktəbdə;

14-cü dərəcə – I kateqoriya ali məktəbdə.

TƏDRİS LABORATORİYASININ MÜDİRİ

Əmək funksiyası:

Laborant-texniki heyətlə birlikdə laboratoriya cihaz və avadanlıqlarını tədris məşğələlərində istifadə etmək üçün hazırlayır. Laboratoriya işlərinin yerinə yetirilməsində tələbələrə elmi-pedaqoji istiqamət verir.

Bilməlidir:

Laboratoriyada saxlanılan cihaz və avadanlıqların xüsusiyyətlərini, iş prinsipini, laboratoriyanın profilinə uyğun fənni

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, yaxud elmi adı və dərəcəsi

11-ci dərəcə – ali təhsilli;

12-ci dərəcə – elmi adı və elmi dərəcəsi olan.

TƏDRİS-MƏSLƏHƏT MƏNTƏQƏSİNİN MÜDİRİ

Əmək funksiyası:

Müvafiq struktur bölmənin fəaliyyətinə rəhbərlik; Qiyabi təhsil alan tələbələrin imtahan və məqbullara hazırlanması, yoxlama və kurs işlərinin qəbulunu və s. işləri təşkil etmək.

Bilməlidir:

Tədrislə bağlı məsləhət işlərinin təşkilini; Müəllimləri məsləhət işinə cəlb etməyi; pedaqogika və psixologiyanı, müvafiq normativ sənədləri

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli, tədris müəssisəsinin profilinə uyğun ideoloji iş təcrübəsi olan

11-ci dərəcə – III kateqoriya ali məktəblərdə

12-ci dərəcə – II kateqoriya ali məktəblərdə

13-cü dərəcə – I kateqoriya ali məktəblərdə

DOKTORANTURA VƏ ASPİRANTURA ŞÖBƏSİNİN MÜDİRİ

Əmək funksiyası:

Aspiranturaya (doktoranturaya) qəbulu planlaşdırır, elm və texnika üzrə prorektorun imzası ilə Təhsil Nazirliyinə təqdim edir. Aspiranturaya sənəd qəbul edir və müzakirə üçün müvafiq kafedralara göndərir, müzakirə nəticələrini aspirantın sənədləri ilə birlikdə elmi şuraya təqdim edir; Aspirant və dissertantların mövzularını təsdiq etdirir və onların plan üzrə işləməsinə nəzarət edir. Aspirantların təhsilini təşkil edir, onların təyinatı ilə bağlı məsələnin həllində iştirak edir.

Bilməlidir:

Aspirant və dissertantlarla ünsiyyətdə olmağı; pedaqogikanı, psixologiyanı, elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı sənədləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsili, elmi-pedaqoji kadrların hazırlanması sahəsində iş təcrübəsi olan.

12-ci dərəcə – elmi dərəcəsi olmadıqda;

13-cü dərəcə – elmi dərəcəsi olduqda.

KADRLAR ŞÖBƏSİNİN RƏİSİ

Əmək funksiyası:

Təhsil-tərbiyə müəssisələrinik kadrlarla təmin olunması işinə rəhbərlik edir. Müəssisənin iqtisadi və sosial inkişaf planlarının əsasında kadrlara tələbatın müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir. Əmək haqqının düzgün hesablanması, işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən təhsil işçilərini qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə nəzarət edir. Müəssisə rəhbəri ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunması, staj keçməsi və tərbiyəsi məsələləri ilə məşğul olur. Vəzifə və ixtisas dərəcələrini artırmaq üçün vaxtaşırı olaraq mütəxəssislərin işgüzarlıq keyfiyyətini öyrənir. Təhsil işçilərinin ixtisasının təşkilində iştirak edir. Əməkdaşların işə qəbul olunması, bir vəzifədən digərinə köçürülməsi və işdən azad edilməsi ilə bağlı sənədləşmə işlərini vaxtında təşkil edir. Həmkarlar təşkilatı ilə birlikdə müəssisə işçilərinə və onların ailələrinə pensiya təyin etmək üçün zəruri olan sənədlərin hazırlanmasını və sosial təminat orqanlarına verilməsini təmin edir. Kadrlar üzrə inspektorlarla metodiki rəhbərliyi həyata keçirir. Kadrlarla bağlı qərar, əmr və göstərişlərin bölmə rəhbərləri tərəfindən icra olunmasına nəzarət edir. Bütün kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlər görür. Kadrlarla işlərin yekunlarını öyrənir və ümumiləşdirir, kadr axıcılığının, üzrsüz işburaxma hallarının şöbələrini və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər hazırlayır, sərbəstləşmiş fəhlə və qulluqçuların işə düzəldilməsi üzrə tədbirlər görür; tabel uçotunu, ezamiyyət qrafiklərinin tərtibi və yerinə yetirilməsini təşkil edir.

Bilməlidir:

Yuxarı orqanların qərar, göstəriş və əmrlərini, kadrlarla işə dair metodiki, normativ və digər rəhbərlik üçün nəzərdə tutulan materialları; təhsil müəssisəsinin şəxsi heyətinin uçotunu; xalq təsərrüfatı sahələrinin inkişaf perspektivlərini; təhsil müəssisəsinin kadrlarla komplektləşdirilməsi planlarının təyin olunması və ödənilməsi qaydası haqqında əsasnaməni; əməkdaşların işə qəbul edilməsi, keçirilməsi və işdən azad edilməsi, onların əmək kitabçaları və şəxsi işlərinin aparılması və qorunması qaydasını; müəssisənin işçilərinə və onların ailələrinə pensiya təminatını rəsmiləşdirməyi; tabel uçotunun təşkili; peşəyönümünün, əməyin sosiologiyasını, iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkilini, istehsalatın və idarəetmənin təşkilini, əmək qanunçuluğunu, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının istehsalat sanitariyasının və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli, mütəxəssislərlə və rəhbər işçilərlə idarəetmənin təşkili üzrə 5 ildən az olmayaraq stajı olan;

11-ci dərəcə – III kateqoriya ali məktəblərdə;

12-ci dərəcə – II kateqoriya ali məktəblərdə.

13-cü dərəcə – I kateqoriya ali məktəblərdə

HÜQUQ ŞÖBƏSİNİN MÜDİRİ (BAŞ HÜQUQŞÜNAS)

Əmək funksiyası:

Təhsil-tərbiyə müəssisəsində qanunçuluğun gözlənilməsini və onun hüquqi maraqlarının müdafiəsini təmin edir: Qanunçuluğun tələblərinə uyğun olaraq müəssisədə hazırlanmış əmr, təlimat, əsasnamə layihələrinə nəzarəti həyata keçirir, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak edir. Müəssisədə əmək intizamını möhkəmləndirmək üçün tədbirlər həyata keçirilməsində iştirak edir. Müəssisə tərəfindən verilmiş əmrlərin və digər normativ aktların tətbiqi işinə dair məsləhətlər verir. İctimai təşkilatlara köməklik göstərir. Hüquqi bilikləri təbliğ edir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanununu, yuxarı orqanların qərar, sərəncam və əmrlərini, hüquqi fəaliyyət üzrə metodiki, normativ və digər sənədləri; fəaliyyətdə olan qanunları; mülki əmək; maliyyə; inzibati-hüquq; qanunçuluq və normativ aktlar üzrə məlumat-informasiya işlərinin avtomatlaşdırılması və mexanikləşdirilməsinə dair texniki vasitələri; tədris müəssisəsinin təsərrüfat-maliyyə fəaliyyəti haqqında hesabat tərtibi və uçotunun aparılması qaydasını; müqavilələrin tərtibi və bağlanması qaydasını; iqtisadiyyatın, əməyin, istehsalatın təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik; istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

14-cü dərəcə – ali hüquq təhsilli və ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı.

Əmək funksiyası:

Ali məktəb rektorunun köməkçisi yuxarı təşkilatlardan ali məktəbə daxil olan əmr və sərəncamları rəhbərliyə çatdırır. Rektorluğun bütün tədbirlərinin keçirilməsinin təşkilinə köməklik göstərir. Rektora lazım olan sənədləri toplayır, sahmana salır və ona təqdim edir. Rektorun qəbul günlərində iştirak edir, müraciət və şikayətləri qeydə alır və onları icra etmək üçün aidiyyatı olan şəxslərə (kafedra müdirlərinə, dekanlara, dekan müavinlərinə, şöbələrə, bölmələrə və s.) çatdırır, nəticəsi barədə məlumat toplayır və rektora təqdim edir.

Fakültə dekanları, kafedra müdirləri, nəşriyyat, mətbəə, təsərrüfat sahəsi və digər struktur bölmələrin rəhbərləri ilə əlaqə saxlayır, ali məktəb rəhbərliyinin tapşırıqlarını onlara çatdırır.

Bilməlidir:

Rektorluğa müraciət edən şəxslərlə nəzakətli davranmağı, mövcud etik normalara riayət etməyi, müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə – ali təhsilli, adamlarla iş sahəsində təcrübəsi olan.

REKTORUN MƏSLƏHƏTÇİSİ

Rektorun məsləhətçisi ali məktəb işini yaxşı bilən, yüksək təşkilatçılıq qabiliyyətinə və kollektivdə yüksək nüfuza malik olan elmi ad və dərəcəyə malik professor-müəllimlər sırasından təyin edilir.

Əmək funksiyası:

O, ali məktəbin elm və tədris işlərinin təşkil olunmasında yaxından iştirak edir, təsisçinin və dövlət orqanlarının əmr və göstərişlərinin icrasına nəzarət edir. Rektorluğun və elmi şuranın keçirilməsində fəal iştirak edir Fakültə kafedra və digər struktur bölmələrdə irəli qurulub qaldırılan məsələləri öyrənir, müvafiq bölməni məsləhətlər verir. Ali məktəbin elmi şurasında. Habelə rektorun iştirakı ilə keçirilən müşavirələrdə irəli sürünən təklifləri təhlil edib, qəbul olunan qərarların icra vəziyyətini öyrənib, müvafiq rəy və təkliflər hazırlayır. Rektorun göstərişi ilə aparılan yoxlamaların nəticələrini ümumiləşdirir və rektora məsləhət xarakterli məlumatlar hazırlayır. Rektorun qəbul günlərində ərizəçi və şikayətçilərə müvafiq məsləhətlər verir.

Bilməlidir:

Ali təhsillə bağlı mövcud qərar və göstərişləri, əmr və sərəncamları, normativ sənədləri, ali məktəb pedaqogika və psixologiyasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

14-cü dərəcə – elmi adı və elmi dərəcəsi, pedaqoji və ya rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı.

DİSPETÇER (BÖYÜK DİSPETÇER DƏ DAXİL OLMAQLA)

Əmək funksiyası:

Ali məktəbdə hazırlanan peşə ixtisasları üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq, hər bir fakültədə mühazirə, seminar və praktik (laborator) məşğələlər üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərinə nəzərə almaq; semestr və dövlət (buraxılış) imtahanları üçün auditoriyalar ayırmaq və bu barədə fakültə dekanlarına məlumat vermək. Baş dispetçer ali məktəb rəhbərləri qarşısında, hər bir fakültənin dispetçeri isə ali məktəbin baş dispetçeri qarşısında məsuliyyət daşıyır.

Bilməlidir:

Dərs cədvəllərini tənzimləməyi; müəllim və tələbələrlə səmimi ünsiyyətdə olmağı və s.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə – dispetçer;

5-ci dərəcə – böyük dispetçer.

EMALATXANA MÜDİRİ

Əmək funksiyası:

Tədris-istehsalat emalatxanasının fəaliyyətinə rəhbərlik etmək; emalatxananın tikinti materialları, alət və avadanlıqlarla təchiz olunmasını təmin etmək; tədris-istehsalat emalatxanalarında dərsin normal keçməsini təşkil etmək.

Bilməlidir:

Öz ixtisasını; emalatxanadakı cihaz, dəzgah, alət və avadanlıqların xüsusiyyətlərini və işləmə prinsipini, onlardan istifadə etmək qaydalarını; müəllimlərə metodiki istiqamət verməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali və ya orta ixtisas təhsilli, istehsalatda 3 ildən az olmayaraq iş stajı.

11-ci dərəcə – orta ixtisas təhsilli;

12-ci dərəcə – ali təhsilli.

İSTEHSALAT TƏCRÜBƏSİNİN RƏHBƏRİ

Əmək funksiyası:

Ali məktəbdə istehsalat təcrübəsinin təşkili, aparılması və yekunlaşdırılmasına ümumi rəhbərliyi həyata keçirir, müəyyən edilmiş vaxtlarda nazirlik, idarə, müəssisə və təşkilatlara tələbələrin istehsalat təcrübəsini təşkil etmək üçün sifarişlər verir; hər il təcrübə bazaları ilə müqavilələr bağlayır, təcrübənin keçirilməsi qrafiklərini və proqramlarını təcrübə bazaları ilə razılaşdırır; təcrübə rəhbərlərini kafedra müdiri və dekanlıqla birlikdə müəyyən edir və onu lazımi təlimatlarla təmin edir; təcrübə ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir.

Bilməlidir:

İstehsalat təcrübəsi ilə bağlı normativ sənədləri, qərar, əmr, sərəncam və göstərişləri; təcrübə bazalarının iş xüsusiyyətlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsil; pedaqoji və ya istehsalat sahəsində iş təcrübəsi.

11-ci dərəcə – III kateqoriya ali məktəbdə;

12-ci dərəcə – II kateqoriya ali məktəbdə;

13-cü dərəcə – I kateqoriya ali məktəbdə.

LABORANT (BÖYÜK LABORANT DA DAXİL OLMAQLA)

Əmək funksiyası:

İşlədiyi kafedradakı laboratoriyaların lazımi cihaz və avadanlıqlarla təchiz olunmasına köməklik edir; kafedranın tədris və elmi işlərinin təşkilində yaxından iştirak edir; Tədris məşğələlərinin gedişi prosesində fənn müəlliminə kömək göstərir. Laboratoriyada keçiriləcək dərslərin qrafikini tənzimləyir; kafedranın təşkilati tədbirlərində iştirak edir.

Bilməlidir:

İşlədiyi kafedranın iş xüsusiyyətlərini, mühazirə, seminar və praktik məşğələlərə əvvəlcədən hazırlıq işləri görməyi, dərs cədvəlini tərtib etməyi, dərs yükünü hesablamağı, tələbələrlə davranmağı, ünsiyyətdə olmağı və onlara lazımi elmi-metodiki göstərişlər, izahatlar verməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-6-cı dərəcə – laborant, orta təhsilli və ya ali təhsilli;

7-ci dərəcə – böyük laborant, orta ixtisas təhsilli;

8-ci dərəcə – böyük laborant, ali təhsilli;

9-cu dərəcə – böyük laborant, ali təhsilli, elmi dərəcəsi olan.

PROFESSOR

Əmək funksiyası:

Təhsilin bütün formalarında (əyani, qiyabi, axşam) tədris planlarına və proqramlarına uyğun olaraq ixtisaslar üzrə mühazirələr aparır, praktik, laborator və seminar məşğələlərinə rəhbərlik edir; dosent, baş müəllim, müəllim və assistentlərin, habelə tabeliyində olan laborant və texniki heyətin fəaliyyətinə istiqamət verir. İstehsalat təcrübəsinə rəhbərlik edir; tələbələri kurs və diplom layihələrinə, müstəqil işlərinə rəhbərlik edir; dövlət və kurs imtahanlarını, habelə məqbulları qəbul edir; fərdi plana uyğun olaraq elmi-tədqiqat işini yerinə yetirir, digər müəllimlərin elmi işlərinə, dissertasiyalara rəy verir; aspirant və dissertantlara, tələbə elmi-tədqiqat yerinə rəhbərlik edir, tələbələrin tərbiyəsi ilə əlaqədar tədbirlər görür; dərslik, dərs vəsaitləri, metodik tövsiyələr yazır, proqramlar tərtib edir. Tədqiq etdiyi problemlərlə bağlı respublika və xarici ölkələrdə keçirilən simpoziumlarda, konfranslarda müşavirələrdə və digər elmi məclislərdə məruzə və məlumatlarla çıxışlar edir.

Bilməlidir:

Təhsil-tərbiyə, o cümlədən ali təhsil və elmlə bağlı hökumətin və dövlətin qərar, əmr və göstərişlərin, ali təhsillə bağlı normativ sənədləri; metodik tövsiyələri, tədris planlarının məzmununu, müəllimlərin, laborant-texniki heyətin vəzifələrini, dərslik, dərs vəsaiti yazmağı, proqram tərtib etməyi, elmi məclislər (simpoziumlar, konfrans, müşavirə və s.) təşkil etməyi və ona rəhbərlik etməyi, elm adamları ilə əlaqə yaratmağı, aspirant, dissertantlara rəhbərlik etməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

16-cı dərəcə – elmlər doktoru elmi dərəcəsi olmayan;

17-ci dərəcə – elmlər doktoru elmi dərəcəsi olan;

18-ci dərəcə – akademik, akademiyanın müxbir üzvü.

DOSENT

Əmək funksiyası:

Təhsilin bütün formalarında (əyani, qiyabi, axşam) ixtisası üzrə tədris planlarına uyğun olaraq mühazirələr, seminar, laborator və praktik məşğələlər aparır; istehsalat təcrübəsinə rəhbərlik edir; kurs və diplom layihələrinə, tələbələrin müstəqil işlərinə rəhbərlik edir; tələbələrdən dövlət və kurs imtahanları, habelə məqbulları qəbul edir; kafedranın təsdiq olunmuş elmi-tədqiqat planlarına uyğun olaraq elmi iş aparır; elmi-tədqiqat işlərinə və dissertasiyalara rəy verir; tələbə elmi-tədqiqat işlərinə rəhbərlik edir; tələbələrin tərbiyəsi məsələsi ilə bağlı tədbirlər görür; dərslik, dərs vəsaitləri, metodik tövsiyələr yazır, proqramlar tərtib edir.

Bilməlidir:

Təhsillə bağlı qərar, əmr və göstərişləri; normativ sənədləri; tədris planlarının məzmununu; tələbələrlə ünsiyyətdə olmağı; onların psixoloji xüsusiyyətlərini; elmi-tədqiqat işi aparmağı,eksperimentlər keçirməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

14-cü dərəcə – elmi dərəcəsi olmayan;

15-ci dərəcə – elmlər namizədi elmi dərəcəsi olan;

16-cı dərəcə – elmlər doktoru elmi dərəcəsi olan.

BAŞ MÜƏLLİM

Əmək funksiyası:

Təhsilin bütün formalarında (əyani, qiyabi, axşam) ixtisası üzrə tədris planlarına və fərdi plana uyğun olaraq mühazirə, seminar, laborator və praktik məşğələlər aparır; istehsalat təcrübəsinə rəhbərlik edir; kurs və diplom layihələrinə, tələbələrin müstəqil işlərinə rəhbərlik edir; tələbələrdən kurs və dövlət imtahanları, habelə məqbulları qəbul edir; elmi-tədqiqat işi aparır; elmi-tədqiqat işlərinə və dissertasiyalara rəy verir. Tələbə elmi-tədqiqat işlərinə rəhbərlik edir; tələbələrin tərbiyəsi ilə bağlı tədbirlər görür və s.

Bilməlidir:

Təhsillə bağlı qərar, əmr, sərəncam və göstərişləri, normativ sənədləri. Tədris planlarını; tələbələrlə ünsiyyətdə olmağı; elmi-tədqiqat işi aparmağı, eksperimentlər keçirməyi.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə – elmi dərəcəsi olmayan;

14-cü dərəcə – elmlər namizədi elmi dərəcəsi olan.

MÜƏLLİM (ASSİSTENT)

Əmək funksiyası:

Təhsilin bütün formaları üzrə seminar, laborator və praktik məşğələlər aparır. Kafedranın tədqiq etdiyi problem üzrə elmi-tədqiqat işi aparır. Tələbələrin müstəqil işlərinə istiqamət verir,

Bilməlidir:

Təhsil və tərbiyə məsələləri ilə bağlı hökumətin və dövlətin fərman, qərar, əmr və göstərişlərini, təhsil və tərbiyə ilə bağlı normativ sənədləri və metodik tövsiyələri; tədris etdiyi fənni; ixtisasını; tələblərin psixoloji xüsusiyyətlərini; tələblərə fərdi yanaşmağı.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

12-ci dərəcə – ali təhsilli və 1 ildən az olmayan elmi pedaqoji stajı;

13-cü dərəcə – elmlər namizədi.

MÜƏLLİM – STAJÇI

Əmək funksiyası:

Stajçı müəllim vəzifəsi staj keçməyə rəhbərliyi təmin edə bilən, aspirant hazırlığını müvəffəqiyyətlə həyata keçirə bilən, müasir elmi metodik bazası olan ali məktəblərin ştatına daxil edilir. Stajçı müəllimlər müvafiq kafedra müdirlərinin ümumi rəhbərliyi altında işləyirlər. Stajçı müəllimin işinə elmi-metodik rəhbərliyi bilavasitə rektorun təyin etdiyi təcrübəli professor və ya dosentlər edirlər.

Stajçı müəllimlər ixtisasları üzrə biliklərini genişləndirir və dərinləşdirir, pedaqogika və psixologiyanı öyrənir, sınaq dərsləri (mühazirə, seminar, praktik məşğələ) hazırlayır və deyirlər.

Bilməlidir:

Tədris prosesini, tədrisin məzmununu (tədris, plan və proqramları və s.) öz ixtisasını və s.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Stajçı müəllim vəzifəsinə 1 il müddətinə yaşı 35-dən çox olmayan ali təhsilli şəxslər götürülür. 10-11-ci dərəcə ilə əmək haqqı ödənilir.

TƏHSİL MÜƏSSİSƏSİNDƏ METODİST

Əmək funksiyası:

Təhsil müəssisəsində metodik işi təşkil edir. Tədris metodiki işlərini təhlil edir. Tədris prosesi və metodiki işin səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər verir. Tədris şöbəsinin metodisti baza təhsil proqramlarına uyğun tədris iş imkanlarının tərtibinə nəzarət edir, onu təsdiq üçün hazırlayır. Tədrisin semestr və dövlət buraxılış imtahanlarının təşkili üçün sənədlərin hazırlanmasına kömək edir. Statistik məlumatlar hazırlayır. Təhsil müəssisəsinin qiyabi şöbəsinin metodisti qiyabiçi tələbələrin tədris metodiki işlərinə rəhbərlik edir.

Bilməlidir:

Bütün təhsillə bağlı normativ sənədləri, pedaqogika və psixologiyanın metodikasının təşkilini; tələbələrlə ünsiyyətdə olmağı.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsil. 5 il pedaqoji iş stajı olan;

11-ci dərəcə – 5 il pedaqoji stajı olan;

12-ci dərəcə – 5 ildən 10 ilədək pedaqoji stajı olan;

13-cü dərəcə – 10 ildən 15 ilədək pedaqoji stajı olan;

14-cü dərəcə – 15 ildən yuxarı pedaqoji stajı olan.

KONSERTMEYSTER

Əmək funksiyası:

Orta, orta ixtisas və ali musiqi tədris müəssisələrində tələbələrin bir ifaçı mütəxəssis kimi hazırlanmasında iştirak edir.

Müəllim heyətinə kömək edərək tələbələrin ifaçılıq vərdişlərinin, peşəkarlığının artırılmasında; gələcək ifaçıların estetik və bədii zövqünün inkişaf etməsində iştirak edir. İxtisas üzrə vokal, ifaçılıq, xor dirijorluğu, idman, bədii gimnastikada müəllim ilə birlikdə tədris prosesində iştirak edir. Dərslərdə, məqbullarda, konsertlərdə, semestr və dövlət imtahanlarına hazırlıqda tələbələrlə məşğələlər aparır və onları imtahanda müşayiət edir. Musiqi əsərlərini notdan oxuyur və ifa edir. Tələbələrdə ansambl və müşayiət etmə vərdişlərini aşılayır.

Bilməlidir:

Müxtəlif dövrlərdə və stillərdə kamera, xor və orkestr üçün yazılmış əsərləri, opera və baletlərin klavirlərindən dərs repertuarına salınmış musiqi fraqmentlərini, müxtəlif alətlərin ifaçılıq xüsusiyyətlərini, dərs məşğələlərini və tələbələri müşayiət etməyin metodikasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə – (konsertmeyster) orta ixtisas musiqi təhsilli, iş stajına tələb qoyulmadan;

9-cu dərəcə – (konsertmeyster)

a) ali ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;

b) orta ixtisas təhsilli, 3 il pedaqoji stajı olan;

v) orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən.
10-cu dərəcə – (konsertmeyster)

a) ali ixtisas təhsilli və 3 ildən çox pedaqoji stajı olan;

b) ali məktəbi fərqlənmə diplomu ilə qurtaranlar.

v) orta ixtisas təhsilli, 3 ildən 10 ilədək pedaqoji stajı olan.

11-ci dərəcə – (konsertmeyster)

a) ali ixtisas təhsilli, 3 ildən 3 ilədək pedaqoji stajı .olan;

b) orta ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan;

12-ci dərəcə – (II kateqoriya konsertmeyster)

a) orta ixtisas təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan;

b) orta ixtisas təhsilli, 15 ildən yuxarı pedaqoji stajı olan;

13-cü dərəcə – (I kateqoriya konsertmeyster)

a) ali ixtisas təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;

b) orta ixtisas təhsilli, fəxri adı, müsabiqələr qalibi olan;

14-cü dərəcə – (ali kateqoriya konsertmeyster) ali ixtisas təhsilli, 18 ildən çox pedaqoji stajı

TYUTOR

Əmək funksiyası. Tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edir. Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir. Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verir. İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil edir.

Müəyyən edilmiş müddətlərdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar, proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak edir. Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərir. İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların vaxtında hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət edir. Ali məktəbin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir.

Bilməlidir: ali təhsillə bağlı qanunvericilik aktlarını; pedaqogika və psixologiyanı; fənn tədris metodikasını; təlim-tərbiyənin təşkili prinsiplərini; tədrisin təşkili məsələlərini; Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ sənədlərini; tələbələrlə ünsiyyətdə olmaq qaydasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan.

11-ci dərəcə: III kateqoriyalı ali təhsil müəssisələrində;

12-ci dərəcə: II kateqoriyalı ali təhsil müəssisələrində;

13-cü dərəcə: I kateqoriyalı ali təhsil müəssisələrində.

ARXİV MÜDİRİ

Əmək funksiyası:

Müəssisə, təşkilat və idarələrdə arxiv işinin aparılmasını və sənədlərinin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin edir. Struktur bölmələrin rəhbərləri ilə birgə cari kargüzarlığın nomenklaturunu tərtib edir. Arxiv sənədlərinin istifadəsini və qeydiyyatını asanlaşdırmaq üçün aparatın sorğu kitabçasının tərtib olunma işinə rəhbərlik edir. Lazımi metodik yardım edir, sənədlərin formalaşması, hazırlanması və arxivə təhvil verilmə qaydaları haqqında müəssisə, idarə, təşkilatın struktur bölmələrinin işçilərinə təlimat keçir. Başa çatmış kargüzarlıq sənədlərinin vaxtlı-vaxtında arxivə verilməsinə nəzarət edir.

Mühafizə müddəti keçmiş arxiv sənədlərinin elmi-praktiki ekspertiza işinin keçirilməsini, daimi və müvəqqəti mühafizə üçün sənədlərin seçilməsini, sənədlərin dövlət arxivlərinə verilməsi, silinməsi və ləğv edilməsi aktlarının tərtibini təmin edir. Sənədlərin saxlanılma vəziyyətinə, vaxtlı-vaxtında onların təzədən tərtib olunmasına və dəyişdirilməsinə, arxivin yerləşdiyi yerdə sənədlərin saxlanmasını təmin edən şəraitin olmasına nəzarət edir. Arxiv sənədlərinə olan məlumatlar əsasında lazımi arayışların hazırlanmasını təşkil edir, müəyyən olunmuş hesabatı tərtib edir. Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılması və arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak edir. Arxiv işçilərinə rəhbərlik edir.

Bilməlidir:

Müəssisə, idarə və təşkilat arxivlərinin işinin nizamlanması üçün orqanların rəhbər tutduğu sənədləri, arxivə daxil olan sənədlərin qüvvədə olan dərəcələrə ayırma sistemini və qaydaya salınmasını, kargüzarlığın vahid dövlət sistemini, müəssisə, idarə və təşkilatın strukturunu, əməyin təşkilinin əsaslarını, daxili əmək intizamının qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı müdafiənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli, 3 ildən az olmayaraq arxiv işləri üzrə iş stajı və ali təhsil məktəblərində arxiv müdiri vəzifəsini yerinə yetirən;

7-ci dərəcə – Sənəd dövriyyəsinin həcmi ildə 400 min sənədə qədər və buna müvafiq

mühafizə vahidləri olmaqla;

8-ci dərəcə – Sənəd dövriyyəsinin həcmi ildə 400 mindən yuxarı, sənəd və müvafiq

mühafizə vahidləri olmaqla.

ARXİVÇİ

Əmək funksiyası:

Arxivə daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanmasını təmin edir. Kargüzarlıqda başa çatmış sənədləri müəssisə, idarə, təşkilat və onların struktur bölmələrindən qəbul edir. İş nomenklaturasının işlənib hazırlanmasında iştirak edir, arxivə təhvil verilməsində onların formalaşdırılmasını və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır. Qüvvədə olan qaydalara uyğun olaraq mühafizə vahidlərini şirləşdirir, sistemləşdirir və işləri yerləşdirir, onların hesabını aparır. Daimi və ya müvəqqəti mühafizədə olan vahidlərin siyahıya alınan məlumatını, eləcə də dövlət mühafizəsinə veriləcək sənədli mühafizə vaxtı keçmiş materialların silinməsi və məhv edilməsi aktlarını hazırlayır. Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak edir. Arxivin yerləşdiyi yerdə yanğına qarşı müdafiə qaydasının gözlənilməsinə nəzarət edir. Arxiv sənədlərini və surətlərini verir və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlara, tələblərə cavab tərtib edir və onların hesabını aparır. Arxivin işi haqqında hesabatı tərtib etmək üçün məlumatlar hazırlayır.

Bilməlidir:

Sənədlərin arxivə qəbul edilməsi, onların istifadə və mühafizəsi qaydaları haqqında əsasnamə və təlimatları; kargüzarlığın vahid dövlət sistemi; daimi və müvəqqəti mühafizədə olan sənədlərin təsvirinin tərtib edilmə qaydasını; işlərin rəsmiləşdirilməsini, onları mühafizə etməyi və istifadəsi üçün hazırlanma qaydasını; müəssisə, idarə və təşkilatın strukturunu; daxili əmək intizamı qaydasını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizəsinin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə – ali məktəblərdə arxiv işlərində çalışan, orta ixtisas təhsilli və iş stajına tələb

6-cı dərəcə – ali məktəblərdə arxiv işlərində çalışan orta təhsilli, 3 ildən az olmayaraq iş

stajına və yaxud ali təhsilli iş stajına tələb qoyulmadan.

TƏLƏBƏ ŞƏHƏRCİYİNİN DİREKTORU

Əmək funksiyası:

Tələbə şəhərciyində yaşayış və yardımçı sahələrin hesabatının aparılması və onların qorunması, mühəndis qurğuların normal istismarına nəzarət, fonda daxil olan bütün əşyaların hesabatının aparılması və qorunması, sanitariya-gigiyena vəziyyətinə nəzarət, işçilərin işinə nəzarət, yataqxanaya ehtiyacı olan tələbələrin yerləşdirilməsi, tələbələrin oxuduğu müddət ərzində pasport qeydiyyatına alınması, qeydiyyatdan çıxarılması, işçilərin əmək mühafizəsinə və təhlükəsizlik texnikasının yerinə yetirilməsinə nəzarət, müvafiq rəhbərliklərin köməyi ilə yataqxanalara lazım olan bərk və yumşaq əşyaların, eləcə də digər lazım olan əşyaların alınmasına; aparılan təmir və tikinti işlərinə nəzarət edir.

Bilməlidir:

Təhsil məsələlərinə və maliyyə-təsərrüfat fəaliyyətinə dair qanunvericilik və normativ sənədləri, əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə – orta ixtisas təhsilli, 5 ildən çox stajı olanlar, ali təhsilli staja tələb qoyulmadan;

11-ci dərəcə – ali təhsilli, 3 ildən çox stajı olanlar. Orta ixtisas təhsilli, 10 ildən yuxarı stajı

12-ci dərəcə – ali təhsilli, 5 ildən çox stajı olanlar.

XIV B Ö L M Ə

BAKI DÖVLƏT UNİVERSİTETİNİN NƏŞRİYYATI

DİREKTOR

Əmək funksiyası:

Nəşriyyatın bütün fəaliyyətinə rəhbərlik edir, çap əsərlərinin yüksək ideyasiyasi, nəzəri, elmi və bədii səviyyəsinin lazımi dərəcədə təminində məsuliyyət daşıyır. Direktor nəşriyyatın işçi ştatını müəyyənləşdirir, əsasnaməyə müvafiq olaraq direktor müavinləri və digər müəlliflərlə müqavilələr bağlayır, müəllif qonorarlarına, ştatdankənar redaktə və rəylərə pul ödənilmələrinə müvafiq qaydalara uyğun olaraq nəzarət edir. Müqavilələrin ləğvi və nəşrin dayandırılmasına dair aktları imzalayır, nəşriyyatın strukturunun yaxşılaşdırılması haqqında yuxarı orqanlara təkliflər verir, nəşriyyatın direktoru, baş redaktor və redaksiya müdirləri ilə birlikdə nəşriyyatın bədii şurasını təşkil edir və sədr vəzifəsini icra edir.

Bilməlidir:

Nəşriyyatın illik tematik planını tərtib etməyi, maliyyə-təsərrüfat sahəsində və nəşriyyat sahəsində normativ sənədləri, kollektivə rəhbərlik və kadrların düzgün yerləşdirilməsini. Əmək qanunvericiliyi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

17-ci dərəcə – ali təhsilli, nəşriyyat sahəsində təcrübəsi olan rəhbər işlərdə 5 ildən çox stajı olanlar.

BAŞ REDAKTOR

Əmək funksiyası:

Nəşriyyatın redaksiya fəaliyyətinə rəhbərlik edir, tematik planların vaxtında tərtib və icrasında, nəşr əsərlərinin ideya-təcrübi, elmi-bədii səviyyəsinin yüksəldilməsi sahəsində şəxsi məsuliyyət daşıyır. Müəllif tərkibinin yaradılmasında, ixtisas redaktorlarına, nəşriyyatın redaksiya müdirlərinə illik, rüblük tematik planların tərtib olunmasına dair göstərişlər verir; titul, ixtisas redaktoru və rəyçiləri təsdiq edir; nəşri yığıma, çapa və buraxılışa imzalayır, müəllif və redaksiyalar arasında əlaqələri tənzimləyir.

Müəlliflər, ştatdankənar redaktorlar və rəyçilərlə əlaqədar hesabat sənədlərini imzalayır: redaksiya müdirlərinin işinə nəzarət edir: redaksiya aparatının dəqiq işinin təmin üçün tədbirlər görür, redaktor kadrlarının təkmilləşdirilməsi, ideya-siyasi səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlər hazırlayır və həyata keçirir.

Bilməlidir:

Nəşriyyatın tematik planının tərtib edilməsini, nəşr ediləcək əsərlərin elmi-bədii səviyyəsini, redaksiya tərkibinin seçilməsi və onların işinin təşkilini, direktor tərəfindən təsdiq edilmiş şuraların həyata keçirilməsini təmin edir.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

15-ci dərəcə – ali təhsilli, nəşriyyat sahəsində təcrübəsi olan, dövri mətbuatda məqalələri dərc edilən, jurnalistika sahəsində 5 ildən çox stajı olan.

MƏTBƏƏDƏ (ŞÖBƏDƏ) BAŞ MÜHƏNDİS

Əmək funksiyası:

Nəşriyyat və mətbəədə olan avadanlıqların normal işlənməsini təmin edir. Texniki nəzarət şöbəsinin və mexaniklərin işinə nəzarət və rəhbərlik edir.

Avadanlıqların təmiri qrafikini tərtib edir, onun yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya işinə rəhbərlik etməklə yanaşı məhsulun keyfiyyətli buraxılmasına cavabdehlik daşıyır. Müqavilələr bağlamaqla mətbəə avadanlıqlarını yeni texnika və texnologiyaya uyğunlaşdırır, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların hesabdan silinməsini təşkil edir.

Bilməlidir:

Mətbəənin işini, texnikanın istismarını, alətlərin təmirinin qrafikini və s.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə – ali təhsilli ixtisas üzrə 5 il iş stajı olan

ŞÖBƏ MÜDİRİ (REDAKSİYA MÜDİRİ)

Əmək funksiyası:

Müvafiq şöbəyə rəhbərlik edir, nəşriyyat və poliqrafiya işini düzgün təşkil edir, redaksiya əməkdaşları ilə birgə işləyir, direktor və baş redaktor tərəfindən verilən göstərişləri yerinə yetirir, tematik plan üzrə əsərlərin nəşrini təmin edir, onların vaxtında buraxılmasına nəzarət edir və bu işə məsuliyyət daşıyır. Təhsil sahəsində problemlərin həllində aktiv iştirak edir.

Bilməlidir:

Nəşriyyatın illik nəşr planını, əlyazmalarının qəbul edilməsi və nəşrə hazırlanmasını, maliyyə vəsaitinin normal xərclənməsini, nəşriyyat və mətbəə üçün lazımi materialın alınmasını təşkil edir.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

14-cü dərəcə – ali təhsilli və mətbəə işini bilən, jurnalistika və poliqrafiya üzrə 5 ildən çox iş stajına malik olan.

KORREKTOR

Əmək funksiyası:

(Böyük korrektor, redaksiya əməkdaşı) – əlyazmanı redaktordan sonra oxuyur və lazımi düzəlişlər edir;

Korrektura oxunuşuna başlamazdan əvvəl böyük korrektor, korrektor, redaksiya əməkdaşı ona təqdim olunan materialın tamlığını və keyfiyyətini yoxlayır;

Korrektura oxunuşu zamanı nəzərinə çarpan bütün səhvləri (orijinalla uyğunsuzluğu, orfoqrafik səhvləri, yığım və səhifələmə zamanı texniki pozuntuları) aradan qaldırır;

Düzəlişləri qəbul olunmuş korrektura işarələri vasitəsilə aparır. Sonuncu mərhələdə üz qabığını, titul vərəqini, həmçinin bütün buraxılış məlumatlarını yoxlayır. Korrektura işinin səviyyəsinə görə məsuliyyət daşıyır.

Bilməlidir:

Nəşr işlərini komplektləşdirməyi, orijinala əsasən düzəlişlər etməyi, korrekturanın növlərini və işarələrini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri.

12-ci dərəcə – ali təhsilli, korrektura işarələrini və redaksiya işini bilən, 10 ildən çox nəşriyyat işində çalışan mütəxəssis;

11-ci dərəcə – ali təhsilli, redaksiya işini bilən, 10 ilədək iş stajına malik olan;

10-cu dərəcə – ali təhsilli, 5 il iş stajı olan və orta ixtisas təhsilli, 10 il iş stajına malik, mətbəə və redaksiya işini bacaran;

9-cu dərəcə – orta ixtisas təhsilli, 5 il iş stajına malik;

8-ci dərəcə – staj tələbi qoyulmadan ixtisaslı kadrlar.

XV B Ö L M Ə

ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏSİ

DİREKTOR

Əmək funksiyası: “Orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi”nə uyğun olaraq fəaliyyətin bütün istiqamətləri üzrə müəssisənin işini təşkil edir; pedaqoji şura ilə birlikdə inkişafın əsas istiqamətlərini müəyyənləşdirir; dövlət orqanlarında, digər müəssisə və ictimai təşkilatlarda onun mənafeyini müdafiə edir; pedaqoji şuranın işinə rəhbərliyi həyata keçirir, təlim-tərbiyə prosesinin bütün mərhələlərində işin səmərəli təşkilinə nail olur; tədris planı və proqramlarının yerinə yetirilməsi, tələbələrin bilik keyfiyyəti, təlim-tərbiyə işinin məzmunu və effektivliyi üzərində nəzarətin həyata keçirilməsi, müəssisənin pedaqoji kollektivi və digər işçilərinin yüksək məhsuldarlıqla işləməsi, yaradıcılıq səviyyəsinin yüksəldilməsi, pedaqoji tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır; gənclərin öz həyat yollarını və gələcək peşələrini seçərkən səhvlərə və təsadüflərə yol verməmələri üçün peşə yönümü və peşə təbliği işinin təşkilində yaxından iştirak edir; dövlət ixtisas komissiyasının səmərəli fəaliyyətinin təşkilinə, məzunların gələcək iş fəalliyyəti üçün zəruri tədbirlərin həyata keçirilməsinə rəhbərlik edir; özünüidarə orqanlarının fəaliyyətinə istiqamət verir və onlara əməli kömək göstərir; ayrılmış dövlət vəsaitlərindən, həmçinin digər mənbələrdən müəssisənin büdcəsinə daxil olan vəsaitin aidiyyətı üzrə səmərəli istifadə olunmasını təmin edir, mövcud qaydalara uyğun olaraq əmlaka və vəsaitlərə aid sərəncamlar verir; tədris maddi-texniki bazasının gücləndirilməsi, qorunması və uçotunu təmin edir; müəssisənin inkişaf istiqamətlərini müəyyənləşdirir, strateji və cari planlar hazırlayıb onların həyata keçirilməsinə bilavasitə rəhbərlik edir; keyfiyyətli kadr hazırlığı üçün məsuliyyət daşıyır; əmək bazarının durumunu öyrənir, təhlil edir və yeni perspektivli sahələr üzrə kadr hazırlığına dair müvafiq qurumlar qarşısında təşəbbüslə çıxış edir; kadrların seçilib yerləşdirilməsini, tələb olunan qaydalara əsasən onlarla müvafiq işlərin aparılmasını həyata keçirir, əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun olaraq işçilərin vəzifə borclarını müəyyənləşdirir; müəllim heyətinin peşə ustalığının yüksəldilməsi üçün şərait yaradır; pedaqoji kadrların attestasiyaya hazırlığını və keçirilməsini təşkil edir; kollektiv müqavilə bağlayır, onun yerinə yetirilməsinə cavabdehlik daşıyır; əməkdə xüsusi fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir, öz səlahiyyətləri daxilində intizam tənbehi tətbiq edir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır.

Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;

2. Pedaqoji və ya rəhbər işlərdə ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün 3 il) staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

14-cü dərəcə- təhsil alan tələbələrin sayı 200 nəfərədək olduqda;

15-ci dərəcə- tələbələrin sayı 201-500 nəfərədək olduqda;

16-cı dərəcə- tələbələrin sayı 500 nəfərdən çox olduqda.

TƏDRİS ÜZRƏ DİREKTOR MÜAVİNİ

Əmək funksiyası: təlim-tərbiyə və metodiki işləri təşkil edir, onların yerinə yetirilməsinə və tədris plan-proqramlarının yerinə yetirilməsinə məsuliyyət daşıyır, zərurət yarandıqda operativ surətdə tədris plan-proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir; müəllimlərin ixtisasartırma və stajkeçmə işini təşkil edir, bu məqsədlə müvafiq müəssisə və təşkilatlarla əlaqə yaradıb sənədlərin tərtibi məsələsini həll edir, müəssisədə ixtisasartırma və qısaldılmış müddətə mütəxəssis hazırlığı üzrə təhsilin təşkilinə dair sənədləri hazırlayır, təsdiq üçün müvafiq qurumlara təqdim edir və bu işlərlə məşğul olan qurumların normal fəaliyyət göstərməsini təmin edir.

Müəssisə rəhbəri tərəfindən verilmiş tapşırığa əsasən müəllimlər üçün dərs yüklərinin müəyyənləşdirilməsi və rəsmiləşdirilməsini, dərs cədvəlinin tərtib edilməsini, tədris və təcrübə dərslərinin həftələr və semestrlər üzrə bölünməsini, kurs işi və diplom layihələrinin hazırlanmasını və müdafiəsini təşkil edir; dövlət Attestasiya Komissiyasının işində, imtahanların keçirilməsi üçün sənədlərin hazırlanmasında bilavasitə iştirak edir; pedaqoji şuranın qərarlarının yerinə yetirilməsinə, həll olunan məsələnin müzakirəsinə, fənn birləşməsi komissiyalarının fəaliyyətinə rəhbərlik edir; orada fəal tədris-metodiki məsələlərin müzakirəsində iştirak edir və onun fəaliyyətini istiqamətləndirir; qrup rəhbərləri, kabinet və laboratoriya müdirləri, fənn dərnəkləri, fənn birləşmələri rəhbərlərinin fəaliyyətinə nəzarət edir və onların vaxtaşırı hesabatlarını dinləyir; dərsdənkənar tədbirlərin, fiziki tərbiyə, idman və çağırışaqədərki hazırlıq işlərinin yerinə yetirilməsini, tədris-istehsalat və diplomqabağı təcrübə, laborator və təcrübə məşğələlərinin aparılmasını təşkil edir və yerinə yetirilməsinə nəzarəti həyata keçirir; direktor olmadıqda onun funksiyalarını icra edir.

Bilməlidir: gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrinin inkişaf istiqamətlərini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1.Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;

2.Ən azı 3 il pedaqoji staj;

3.Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

Direktorun vəzifə maaşından 10% aşağı vəzifə maaşı müəyyənləşdirilir.

TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Əmək funksiyası: normativ sənədlərə uyğun olaraq tərbiyə işinə rəhbərlik edir; məktəbdə müəllimlərin, tərbiyəçilərin, kitabxanaçıların, qrup və dərnək rəhbərlərinin, psixoloqun və tələbə təşkilatlarının köməyi ilə gənclərin hərtərəfli tərbiyə edilməsinə nail olur, fərdi tərbiyə üsullarının tətbiqi yolu ilə müvafiq problemləri həll edir; tərbiyənin bütün sahələri üzrə müzakirələrə məsələlər hazırlayır; yataqxanalarda tərbiyə işini həyata keçirir, gənclərin milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmalarını təşkil edir; gənclər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik tədbirlərin aparılmasına rəhbərlik edir; xidmət sahələri üzrə müşavirələr, seminarlar, elmi-praktik konfranslar keçirir; tərbiyə işi ilə bağlı pedaqoji işçilərin təcrübəsini öyrənir, gənclərin asudə vaxtının səmərəli təşkilini təmin edir.

Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;

2. Bir qayda olaraq, humanitar və ya ictimai fənlər ixtisası üzrə ən azı 3 il pedaqoji staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

Direktorun vəzifə maaşından 15% aşağı vəzifə maaşı müəyyənləşdirilir.

ŞÖBƏ MÜDİRİ

Əmək funksiyası:

Şöbədə tədris-tərbiyə işlərini təşkil edir və bilavasitə ona rəhbərlik edir. Tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir. dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır. Dərs cədvəlinin yerinə yetirilməsinə nəzarət edir. Tələbələrin dərsə davamiyyətinə, intizamına nəzarət edir. Pedaqoji şurada baxılacaq materialın hazırlanmasında iştirak edir. Tələbələr tərəfindən kurs və diplom işlərinin yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya – imtahan sessiyasının təşkilində, şöbədə hesabatların hazırlamasında iştirak edir. Gündüz şöbəsində təqaüdlərin müəyyənləşdirilməsində qiyabi şöbədə tələbələrin tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir. Şöbə müdiri şöbənin bütün işlərinə cavabdehlik daşıyır və fəaliyyəti barədə məktəbin direktoru qarşısında hesabat verir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanununu, tədrislə bağlı normativ sənədləri, qərar və sərəncamları, tədris göstərişlərini, əmək qanunvericiliyi əsaslarını, əməyin mühafizəsi

normalarını; yanğından mühafizə və təhlükəsizlik texnikasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali pedaqoji və ya ixtisas təhsilli, 5 ilə qədər pedaqoji və ya ixtisas üzrə iş stajı.

13-cü dərəcə – axşam (qiyabi) şöbəsinin müdiri;

14-cü dərəcə – gündüz şöbəsinin müdiri.

FİLİAL RƏHBƏRİ

Əmək funksiyası:

Fəaliyyətinin bütün istiqamətləri üzrə təlim-tərbiyə müəssisəsinin işini təşkil edir. Filialın tabe olduğu tədris müəssisəsi şurası ilə birlikdə filialın inkişafının əsas istiqamətlərini müəyyənləşdirir, dövlət orqanlarında və ictimai təşkilatlarda onun mənafeyini müdafiə edir. Filialın təsərrüfat fəaliyyətinə, təlim-tərbiyə prosesinə kömək göstərən valideynlər (yaxud onları əvəz edən şəxslər), ictimaiyyət və idarələrlə işin təşkili ilə əlaqədar bütün məsələləri həll edir. Filialın pedaqoji kollektivinə rəhbərlik edir, təlim-tərbiyə prosesinin bütün mərhələlərində işi təşkil edir. Tədris proqramlarının yerinə yetirilməsi, tələbələrin bilik keyfiyyəti, təlim-tərbiyə işinin məzmunu və effektivliyi üzərində nəzarəti həyata keçirir. Müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi, yaradıcılıq səviyyəsinin yüksəlməsi, pedaqoji eksperimentlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Tələbə qəbulu planının yerinə yetirilməsi üçün peşəyönümü işlərin təşkilində yaxından iştirak edir, dövlət ixtisas komissiyasının səmərəli fəaliyyətini təşkil edir, məzunların gələcək iş fəaliyyəti üçün zəruri tədbirlərin yerinə yetirilməsinin təşkilinə rəhbərlik edir. Tələbələrin sağlamlığının qorunması, tələbə və müəllimlərin əməyinin mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət edir. Özünüidarə orqanlarının inkişafına istiqamət verir və ona əməli köməklik göstərir. Tələbələrin tədris müəssisəsinə çatdırılmasını, yataqxanada zəruri məişət şəraitinin yaradılmasını, peşəyönümü üzrə işlərini, yay sağlamlıq tədbirlərini, eləcə də yeməyi təşkil edir. Ayrılmış dövlət vəsaitinin, həmçinin digər mənbələrdən müəssisənin büdcəsinə daxil olan vəsaitdən filiala düşən payın səmərəli surətdə istifadə olunmasını təmin edir, mövcud qaydalara uyğun olaraq filialın əmlakına və vəsaitlərinə aid texnikum direktorunun verdiyi sərəncamların yerinə yetirilməsini təmin edir. Tədris maddi bazanın uçotunu, qorunmasını və artırılmasını, sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir. Kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirir, əmək qanunvericiliyi və daxili əmək qaydalarına uyğun olaraq işçilərin əmək funksiyalarını müəyyənləşdirir. Müəllim heyətinin peşə ustalıqlarının yüksəldilməsi üçün şərait yaradır, pedaqoji kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir. Müdiriyyət və əmək kollektivi arasında kollektiv müqavilənin yerinə yetirilməsini təmin edir.

Bilməlidir:

Təhsil və gənclərin məsələlərinə dair dövlət hökumət orqanlarının qərarlarını, təhsil orqanlarının normativ sənədlərini, pedaqogikanı, tələbələrin fiziologiyasını, gigiyenanı, respublikamızda və xarici ölkələrdə pedaqogika, psixologiya elminin son nailiyyətlərini, təhsil iqtisadiyyatının əsaslarını; dövlət institutlarının, ictimai təşkilatların gənc nəslin tərbiyəsi ilə əlaqədar funksiyalarını və hüquqlarını, əməyin mühafizəsini, texniki təhlükəsizlik, yanğından mühafizə qaydaları və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali ixtisas təhsilli, 5 ildən çox pedaqoji stajı olan. Filialı olduğu texnikum direktorunun vəzifə maaşından 10-20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.

İBTİDAİ HƏRBİ HAZIRLIQ RƏHBƏRİ

Əmək funksiyası:

İbtidai hərbi hazırlıq üzrə tədris, fakültətiv və sinifdən-xaric məşğələlərin yüksək elmi-nəzəri və metodik səviyyədə planlaşdırılmasını və aparılmasını təşkil edir. Müəllimlərin mülki və tibbi biliklərin əsasları üzrə apardıqları işlərə rəhbərliyi həyata keçirir. Məşğələlərdə dərsə davamiyyətin və mənimsəmənin uçotunu aparır. Təlim-tərbiyə işlərinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür. Daha səmərəli forma, metod və vasitələri tətbiq edir. Şagirdlərin-gənclərin şəxsi keyfiyyətlərini və fərdi xüsusiyyətlərini öyrənir, onları hərbi xidmətə hazırlayır. Hərbi işlərin əsaslarının öyrənilməsi üzrə fəaliyyət göstərən bölmələrin işinə rəhbərlik edir, Hərbi idman oyunlarının keçirilməsini təşkil edir. Bədən tərbiyəsi müəllimi ilə birlikdə şagirdlərin atıcılıq, qumbaraatma və mülki-müdafiə üzrə ƏMHO kompleksi normalarını ödəməyə hazırlayır. Təlim-tərbiyə müəssisəsinin vətənpərvərlik və beynəlmiləlçilik işləri üzrə apardıqları tədbirlərin planlaşdırılmasında iştirak edir. Hərbi hissələrin hamiliyinin həyata keçirilməsi üzrə işləri təşkil edir və təlimin təkmilləşdirilməsində, həmçinin şagirdlərin vətənpərvərlik tərbiyəsində onların köməyindən maksimum istifadə edir. İbtidai hərbi hazırlıq işlərinin tədris-maddi bazasının yaranmasını və təkmilləşdirilməsini təmin edir. Uçot işlərini aparır, silahların, hərbi əmlakın qorunmasını və təmirini təşkil edir. Silahla, hərbi texnika və döyüş sursatı ilə keçən məşğələlər zamanı təhlükəsizlik tədbirlərinin gözlənilməsini təmin edir. Qəbul edilmiş formada hesabatlar tərtib edir.

Bilməlidir:

Şagirdlərin ibtidai hərbi hazırlıq işlərinin təşkilini, onlara vətənpərvərlik və beynəlmiləlçilik tərbiyəsi üzrə xidmətin və digər orqanların qərarını, Silahlı Qüvvələrik Nizamnaməsini və təlimatlarını, silahların, cihazların, təlimin hərbi texnika vasitələrinin maddi hissəsini, ibtidai hərbi hazırlıq və Hərbi vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsinin forma və metodlarını, pedaqogika və psixologiya elminin əsaslarını, hesabat və tədrislə bağlı sənədlərin forma və tərtib qaydalarını, təhlükəsizlik texnikası, şagirdlərin həyat və sağlamlığının qorunması keşiyində durmaq qaydaları və normalarını,

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə – xüsusi hazırlıq keçmiş, ümumi orta təhsilli, pedaqoji stajı ən azı 5 il;

12-ci dərəcə – xüsusi hazırlıq keçmiş, ümumi orta təhsilli, pedaqoji stajı 10 ildən çox və ya orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər;

13-cü dərəcə – orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və ya orta hərbi təhsilli, yaxud ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər;

14-cü dərəcə – ali təhsilli, pedaqoji stajı 5 ildən artıq; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən artıq; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq, ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan.

BƏDƏN TƏRBİYƏÇİ RƏHBƏRİ (TƏLİMATÇI)

Əmək funksiyası:

Bədən tərbiyəsi proqramı və metodikasına uyğun olaraq uşaqların təlimi üzrə iş aparır. Şagirdlərin yaşlarına uyğun fərdi psixi-fiziki xüsusiyyətlərini və hazırlığını nəzərə alaraq məşğələlərin məqsəd və məzmununu müəyyənləşdirir. Vərdişlərə və tapşırıqların yerinə yetirilməsi texnikasına yiyələnməkdə uşaqlara kömək göstərir. onlarda mənəvi-iradi keyfiyyətlər formalaşdırır. Yorulma və soyuqlamaya imkan verməyərək, onların tam təhlükəsizliyini təmin edir. Lazım gəldikdə həkimə qədər ilk tibbi yardım göstərir. Məşğələ keçirilən otaqda sanitariya-gigiyena normalarının gözlənilməsini daimi nəzarətdə saxlayır, Bədən tərbiyəsi metodikası, onun sağlamlaşdırıcı funksiyaları və bədbəxt hadisələrin profilaktikası üzrə tərbiyəçilərə və valideynlərə məsləhətlər verir, sağlamlığın qorunması üçün tədbirlər görür.

Bilməlidir:

Pedaqogika və psixologiyanı, yaş fiziologiyası və anatomiyasını, sanitariya və gigiyenanı, müxtəlif yaşlı uşaqların üzgüçülük təlimi metodikasını, idman-sağlamlıq tədbirləri zamanı texniki təhlükəsizlik tələbləri ki, uşaqların suda özlərini aparma qaydalarını, fiziki, yaxud əqli inkişafında çatışmazlığı olan uşaqlarla işdə defektologiyanı və müvafiq metodikanı.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə – ali təhsilli, pedaqoji stajı tələb qoyulmadan; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən yuxarı;

11-ci dərəcə – ali təhsilli, 3 ildən çox pedaqoji stajı; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox olduqda;

12-ci dərəcə – ali təhsilli, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda; orta ixtisas təhsilli, idman üzrə fəxri adı olan; orta ixtisas təhsilli, pedaqoji stajı 18 ildən çox olduqda;

13-cü dərəcə – ali təhsilli, 8 ildən çox pedaqoji stajı olan.

XVI BÖLMƏ

PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ

DİREKTOR

Əmək funksiyası: “Peşə təhsili müəssisələrinin Əsasnaməsi”nə müvafiq olaraq məktəbin bütün fəaliyyətinə rəhbərlik edir, təhsil müəssisəsinin ayrı-ayrı bölmələrinin işini, şagirdlərin təlim-tərbiyə prosesini səmərəli təşkil edir; kollektivin fəaliyyətini yeni texnikadan istifadə olunmasına, əməyin elmi təşkilinə, qabaqcıl pedaqoji təcrübənin tətbiqinə, tədrisin yüksək səviyyədə qurulmasına yönəldir; təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək və istehsalat fəaliyyəti üçün şərait yaradır, pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin edir, işində fərqlənən mühəndis-pedaqoji işçilərin əməyinin qiymətləndirilməsi üçün müvafiq tədbirlər görür, öz hüququ çərçivəsində, lazım gələrsə, intizam tənbehi tətbiq edir, müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin işinə nəzarət edir; istehsalat və təsərrüfat planlarının, tədris plan və proqramlarının yerinə yetirilməsi üçün kollektivi təşkil edir; işçilər və şagird kollektivi arasında aparılan mədəni-kütləvi, tərbiyə işlərinə rəhbərlik edir; təhsil müəssisəsinin maddi-texniki bazasının inkişafı və genişləndirilməsi, işçilər və şagirdlər üçün təhlükəsiz iş şəraitinin yaradılması sahəsində tədbirlərin həyata keçirilməsini, işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini müəyyənləşdirir; kadr hazırlığını planlaşdırır, gənclərin məktəbə qəbulunu, ixtisaslı fəhlə kadrlarının hazırlanmasını həyata keçirir; bu işlərin yerinə yetirilməsinə məsuliyyət daşıyır; yataqxanada yaşayan şagirdlər üçün lazımi məişət şəraitinin yaradılmasını təmin etməklə yanaşı, onların sağlamlığına nəzarəti təşkil edir; müvafiq sahələr üzrə planlaşdırılmış işlərin müəyyən hissəsini müavinlərə və bölmə rəhbərlərinə həvalə edir, onların işini əlaqələndirir, mühəndis-pedaqoji işçilərin ixtisas və pedaqoji səviyyəsinin yüksəldilməsi və metodiki işlərin səmərəli təşkili üçün tədbirlər görür; kadrların seçilib yerləşdirilməsi işini həyata keçirir, kollektivdə sağlam mühit yaradır, yüksək mənəvi-əxlaqi və liderlik nümunəsi göstərir; tədris müəssisəsinin işini müasir idarəetmənin tələblərinə uyğun qurur, büdcədənkənar gəlirin əldə olunmasını təşkil edir, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşıyır; inzibati-təsərrüfat işlərinə rəhbərlik edir və nəzarəti həyata keçirir; müəssisədə yeni peşələr üzrə fəhlə kadrların hazırlanması barədə müvafiq orqanlar qarşısında təşəbbüslə çıxış edir.

Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını; “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; peşə təhsilinə dair direktiv sənədləri, təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji, yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;

2. Pedaqoji və ya ixtisasına uyğun sahədə ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün 3 il) staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

14-cü dərəcə- təhsil alan şagirdlərin sayı 200 nəfərədək olduqda;

15-ci dərəcə – təhsil alan şagirdlərin sayı 201-500 nəfərədək olduqda;

16-cı dərəcə – təhsil alan şagirdlərin sayı 500 nəfərdən çox olduqda.

TƏDRİS-İSTEHSALAT ÜZRƏ DİREKTOR MÜAVİNİ

Əmək funksiyası: məktəbin tədris və istehsalat fəaliyyətinə rəhbərlik edir; müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin seçilib-yerləşdirilməsində, tədrisin təşkilində iştirak edir; tədris işlərinin planlaşdırılması və uçotunu, metodik işləri təşkil edir; baş usta ilə birlikdə müəllim və istehsalat təlimi ustalarının işini əlaqələndirir; müəllimlərin tədris yükünü müəyyənləşdirir, dərs cədvəlini hazırlayır, onun yerinə yetirilməsinə rəhbərlik və nəzarət edir; məktəbə şagird qəbulu, tədris qruplarının komplektləşdirilməsi, şagirdlərin kursdan-kursa keçirilməsi və buraxılışı, məzunların işə göndərilməsi sahəsində iş aparır; tədris plan və proqramlarının yerinə yetirilməsinə, şagirdlər tərəfindən tədris materiallarının mənimsənilməsi səviyyəsinə, onların intizamına və dərsə davamiyyətinə, mühəndis-pedaqoji işçilərin fəaliyyətinə nəzarəti həyata keçirir; şagirdlərin texniki yaradıcılıq işini, kabinetlərin əyani vəsait və təlimin texniki vasitələrlə təmin olunmasını təşkil edir; tədris proqram sənədlərinin tərtibini, məktəbin tədris-istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərini həyata keçirir; mühəndis-pedaqoji işçilərin ixtisasartırma təhsilini və stajkeçməsini təşkil edir; qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə rəhbərlik edir.

Müvafiq normativlərə görə şagird kontingentinin sayına əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini ştatı nəzərdə tutulmamışdırsa, onda həmin vəzifənin adı “Tədris-tərbiyə və istehsalat işləri üzrə direktor müavini” adlanır. Bu halda yuxarıda qeyd olunanlarla yanaşı, direktor müavini eyni zamanda tərbiyə işlərinin təşkili ilə də məşğul olur və müvafiq vəzifələri həyata keçirir; şagirdlərin istehsalat təlimini vətənpərvərlik, hüquqi, mənəvi tərbiyə ilə sıx əlaqə şəraitində aparmasını təmin edir; onların mədəni istirahətinin və sinifdənkənar tədbirlərinin təşkilinə rəhbərlik edir; istehsalat təlimi ustalarının, sinif rəhbərlərinin, tərbiyəçilərin, kitabxanaçıların, ictimai və humanitar fənn müəllimlərinin fəaliyyətini əlaqələndirir, onların işinə nəzarət edir; istehsalat təcrübəsi zamanı şagirdlər arasında tərbiyə işlərinin aparılmasını təmin edir; fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə birlikdə kütləvi idman və hərbi-vətənpərvərlik işlərini təşkil edir; tərbiyə sahəsində qabaqcıl təcrübəni öyrənir və yayır; sinifdənkənar tədbirlər və tərbiyə işlərinə dair pedaqoji şuraya materiallar hazırlayır; peşəyönümü işlərini, tədris müəssisəsinin valideynlərlə qarşılıqlı əlaqəsini təşkil edir.

Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununu; peşə təhsilinə dair direktiv sənədləri, təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji, yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;

2. Pedaqoji və ya ixtisasına uyğun sahədə ən azı 3 il staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

Direktorun vəzifə maaşından 10% aşağı vəzifə maaşı müəyyənləşdirilir.

TƏRBİYƏ İŞLƏRİ ÜZƏR DİREKTOR MÜAVİNİ

Əmək funksiyası:

Tərbiyə işləri üzrə direktor müavini tədris müəssisəsində tərbiyə işlərinə rəhbərlik edir. Şagirdlərin istehsalat təliminin onların vətənpərvərlik, hüquqi, mənəvi tərbiyəsi ilə sıx əlaqə şəraitində aparılmasını təmin edir. Şagirdlərin mədəni istirahətinin və sinifdənkənar tədbirlərinin təşkilinə rəhbərlik edir. Şagirdlərlə tərbiyə işi aparan ustaların, sinif rəhbərlərinin, tərbiyəçilərin, kitabxanaçıları və digər işçilərin fəaliyyətini əlaqələndirir və onların işinə nəzarət edir.

İstehsalat təcrübəsi zamanı şagirdlər arasında tərbiyə işlərinin aparılmasını təmin edir. Məktəbdə şagirdlərin mənzil-məişət şəraitinə, intizam və davranışına nəzarət edir. Bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq rəhbərləri ilə birlikdə kütləvi-idman və hərbi vətənpərvərlik işləri təşkil edir, tərbiyə sahəsində qabaqcıl təcrübəni ümumiləşdirir və yayır. Sinifdən-kənar tədbirlər və tərbiyə işlərinə dair pedaqoji şuraya materiallar hazırlayır, peşəyönümü və şagird qəbulu işlərini bilavasitə təşkil edir. Şagirdlərin hüquqi biliklərə yiyələnməsi, onların sağlam, öz peşəsinin bacarıqlı ustası və əsl vətənpərvər kimi yetişməsi üçün tədbirlər görür. Tədris müəssisəsinin valideynlərlə qarşılıqlı əlaqəsini təmin edir.

Bilməlidir:

Təhsil Qanununu, Təhsil Nazirliyinin əmr, sərəncam və göstərişlərini, təlim-tərbiyə]ə aid normativ sənədləri və psixologiyanın əsaslarını, tərbiyə sahəsində olan qabaqcıl təcrübəni, məktəbdaxili nəzarətin, tərbiyə işlərinin uçot-hesabatının təşkili və aparılması qaydalarını, əməyin və idarəetmənin təşkilini və iqtisadiyyatını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli, pedaqoji sahədə 3 ildən az olmayan iş stajı. Direktorun vəzifə maaşından 15 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.

İNZİBATİ TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR

MÜAVİNİ

Əmək funksiyası:

Tədris binalarının, yataqxana və digər tikililərin qorunub saxlanılmasını, düzgün istismarını və vaxtında təmir olunmasını təmin edir.

Tədris müəssisəsinin elektrik enerjisi, istilik və kanalizasiya sisteminin saz saxlanması işinə və su ilə təchizatına cavabdehdir.

Tədris müəssisəsini tələbatına uyğun sinif, laboratoriya avadanlığı, mebel, yataqxana ləvazimatı ilə təmin edir.

Müəyyən olunmuş qaydada tədris müəssisəsinin əmlakının uçotunu və inventarlaşdırılmasını təşkil edir.

Qiymətli malların və materialların qorunub saxlanmasına cavabdehdir.

Təhsil Nazirliyinin və məktəb direktorunun əmr və sərəncamlarını yerinə yetirir.

Bilməlidir:

Peşə təhsili sahəsində direktiv orqanların və Təhsil Nazirliyinin normativ sənədlərini.

Azərbaycan Respublikasının əmək qanunvericiliyini, peşə məktəbi və peşə litseyinin əsasnaməsini, inventarlaşdırma qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali və ya orta ixtisas təhsilli, inzibati-təsərrüfat işlərində təcrübəsi olan.

Direktorun vəzifə maaşından 20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.

ÜMUMTƏHSİL FƏNLƏRİ ÜZRƏ TƏDRİS HİSSƏ MÜDİRİ

Əmək funksiyası:

Peşə litseyində ümumtəhsil fənləri üzrə tədrisin təşkili və planlaşdırılmasını, tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, müəllimlərin fəaliyyətinə rəhbərliyi həyata keçirir.

Tədrisin yüksək milli, mənəvi ruhda aparılması, mənimsəmə, dərsə davamiyyət, şagirdlərin nümunəvi davranışı üzərində nəzarəti təşkil edir. Ümumtəhsil və ixtisas fənləri arasında qarşılıqlı əlaqələrin yaradılması, fənn kabinetlərinin təşkili və təchizi məsələlərini həll edir.

Qabaqcıl təcrübəni öyrənib yayır, metodiki işlərə rəhbərlik edir, Ümumtəhsil fənn müəllimlərinin dərs yükünü müəyyənləşdirir, dərs cədvəlinin tərtibində iştirak edir. Ümumtəhsil fənləri üzrə imtahanlara hazırlığı və keçirilməsini təşkil edir, təlim-tərbiyə işləri barədə hesabat hazırlayır. Ümumtəhsil fənn müəllimlərinin seçilməsi və ixtisaslarının artırılmasında iştirak edir.

Bilməlidir:

Təhsil Qanununu, təlim-tərbiyə işlərinin təşkilini, ixtisaslı fəhlə kadrların hazırlığı sahəsində nazirliyin əmr, sərəncam və digər normativ sənədlərini, ümumtəhsil fənləri üzrə plan-proqramların quruluşu və məzmununu, təlim-tərbiyə prosesinin təşkilini, peşə təhsili müəssisələrində əməyin ödənilməsini, şagirdlərin ümumtəhsil hazırlığının təşkilinin forma və metodlarını, dərs və imtahan cədvəllərinin tərtibi qaydalarını, pedaqogikanın, psixologiyanın və əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə – Ali pedaqoji təhsilli və 3 ildən az olmayaraq pedaqoji stajı olan

BAŞ USTA

Əmək funksiyası:

İstehsalat təlimi ustalarının və tədris emalatxanalarının işinə rəhbərlik edir. Hər bir tədris qrupu tərəfindən istehsalat təlimi proqramlarının yerinə yetirilməsini təmin edir. Tədris-istehsalat emalatxanalarında məhsul istehsalını planlaşdırır və hesabat işlərini təşkil edir. İstehsalat təlimi planlarının yerinə yetirilməsinə nəzarət edir. İstehsalat təlimi dərslərinin aparılmasında istehsalat təlimi ustalarına texniki və metodiki köməklik edir. İstehsalat təliminin təkmilləşdirilməsi, tədris emalatxanalarında əməyin elmi təşkili, lazımi əmək və tədris şəraitinin yaradılması, kadrların ixtisasının və istehsalat mədəniyyətinin yüksəldilməsi sahəsində iş aparır. Texniki məlumatların əldə edilməsini və texniki yaradıcılıq sahəsində şagirdlərin fəaliyyətini təşkil edir, tədris emalatxanalarında istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi və istehsalat təlimi prosesində qabaqcıl təcrübənin tətbiqi sahəsində iş aparır. Tədris emalatxanalarında əməyin təhlükəsizliyini təmin edir. Şagirdlərin istehsalat təcrübəsi keçmələri üçün müəssisələrlə müqavilələrin bağlanması və ixtisas imtahanlarına hazırlıq işlərini təşkil edir.

Bilməlidir:

Təhsil Qanununu, Təhsil Nazirliyinin normativ sənədlərini, təlim-tərbiyə işlərinin təşkilinin forma və metodlarını, təhsil müəssisələrinin hazırladığı peşələr üzrə tədris plan və proqramlarını, emalatxana avadanlığından istifadə qaydalarını, tədris-istehsalat işlərinin təşkili və iqtisadiyyatın əsaslarını, planlaşdırılmasını, normallaşdırılmasını, əmək qanunvericiliyinin əsaslarını, istehsalat pedaqogikasının, psixologiyasının və metodikanın əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə – orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək stajı;

12-ci dərəcə – ali ixtisas təhsilli, ixtisas üzrə 3 il stajı, orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək stajı;

13-cü dərəcə – ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək stajı; orta ixtisas təhsilli, ixtisası üzrə 13 ildən yuxarı stajı;

14-cü dərəcə – ali ixtisas təhsilli, 8 ildən yuxarı ixtisas üzrə stajı;

– təhsilindən asılı olmayaraq təcrübəsi respublika səviyyəsində yayılmış və ya ixtirası və səmərələşdirici təklifləri olan.

TƏDRİS-İSTEHSALAT EMALATXANASININ RƏİSİ

(MÜDİRİ)

Əmək funksiyası:

Tədris-istehsalat emalatxanasının rəisi (müdiri) bilavasitə tədris müəssisəsinin tədris-istehsalat işləri üzrə direktor müavini və baş ustasının rəhbərliyi altında işləyir.

O, öz işini Təhsil Nazirliyinin əmrlərinə, normativ sənədlərinə, həmçinin məktəb direktorunun əmr və sərəncamlarına, tədris-istehsalat işləri üzrə direktor müavininin və baş ustanın göstərişlərinə əsasən qurur.

İstehsalat təlimi üzrə tədris proqramına uyğun olaraq baş usta birlikdə istehsalat fəaliyyəti planlarını, layihələrini hazırlayır. Tədris emalatxanasında əmək və istehsalat intizamına riayət olunması üçün məsuliyyət daşıyır. İstehsalat fəaliyyəti planlarını keyfiyyətlə yerinə yetirmək üçün baş usta ilə birlikdə tədris-istehsalat emalatxanasını avadanlıq, material və başqa maddi vasitələrlə təchiz edir. Məktəbin mexaniki ilə birlikdə avadanlıqdan düzgün istifadə olunmasını təmin edir, emalatxanada təhlükəsiz iş şəraiti yaradır.

Tədris-istehsalat emalatxanasının mühəndis-texniki işçilərinin işini təşkil edir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanununu, peşə təhsili haqqında normativ sənədləri, pedaqogikanın əsaslarını və istehsalat təliminin metodikasını.

Tədris proqramına uyğun olaraq tədris-istehsalat işləri siyahısının tərtibi, şagird və fəhlə əməyinin normalaşdırılması qaydalarını.

Əmək məhsuldarlığının yüksəldilməsi, məhsulun maya dəyərinin aşağı salınması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üsullarını, yeni texnika və texnologiyanın tətbiqini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə – ali və ya orta ixtisas təhsilli, 3 il stajı; 10-cu dərəcə – ali təhsil, ixtisası üzrə 3 ildən 8 ilə qədər stajı; – orta ixtisas təhsilli, ixtisası üzrə 3 ildən 10 ilə qədər stajı;

11-ci dərəcə – ali təhsil, ixtisası üzrə 8 ildən 13 ilə qədər stajı; – orta təhsil, ixtisası üzrə 10 ildən 15 ilə qədər stajı;

12-ci dərəcə – ali təhsil, ixtisası üzrə 13 ildən çox stajı; – orta ixtisas təhsili, ixtisas üzrə 15 ildən çox stajı.

MAŞIN TRAKTOR PARKININ MÜDİRİ

Əmək funksiyası:

Məktəbin maşın-traktor parkında olan bütün traktorların, avtomobillərin, kombaynların, kənd təsərrüfatı maşınlarının və başqa avadanlığın fasiləsiz və təhlükəsiz işini təmin edir.

Mövcud təlimatlara əsasən maşın-traktor parkında olan texnika və avadanlığın illik, rüblük, aylıq təmirini və texniki qulluq qrafiklərini tərtib edir və onların icrasını təmin edir.

Təmirin və texniki qulluqların qiymətlərinin, tələb olunan ehtiyat hissələrinin və materialların hesabatını aparır. Parkda məşğələ saatlarına görə lazım olan yanacaq-yağlama materiallarının sifarişinin hazırlanmasında iştirak edir. Texnikanın və avadanlığın təmirinə tələb olunan ehtiyat hissələri üçün sifariş verir.

Texnikanın və avadanlığın vəziyyətinə baxış keçirir. Parkda olan kənd təsərrüfatı texnikasına Dövlət Texniki Nəzarət Müfəttişliyində, avtomobil nəqliyyat vasitələrinə, DYP-də texniki baxışların keçirilməsini təşkil edir. Tədris müəssisəsinə daxil olan texnika və avadanlığın müəyyən olunmuş qaydada təhvil alınmasını və istismara verilməsini təşkil edir.

Tədris müəssisəsinin mühasibi ilə birlikdə texnikanın, avadanlığın uçotunu və onun hərəkəti üzrə inventar kitabını aparır, əsasnaməyə müvafiq olaraq yararsız hala düşən texnika və avadanlıqların silinməsi üçün sənədləri hazırlayır.

Maşın – traktor parkında əməyin təhlükəsizliyi və yanğından mühafizə tədbirlərini təşkil edir. Texnikanın və avadanlığın müvəqqəti və daimi saxlanmaya qoyulması və konservasiya qaydalarının yerinə yetirilməsini təmin edir.

Bilməlidir:

Təhsil Qanununu, Təhsil Nazirliyinin əmr və göstərişlərini, texnikanın və avadanlığın silinməsinin normalarını, məktəb direktorunun əmr və sərəncamlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə – iş stajına tələb qoyulmadan orta ixtisas təhsili;

9-cu dərəcə – orta ixtisas təhsili, 3 ildən 8 ilə qədər stajı;

10-cu dərəcə – ali təhsil, 3 il stajı; orta ixtisas təhsili, 8 ildən 13 ilə qədər stajı;

11-ci dərəcə – ali ixtisas təhsili, 3 ildən 10 ilə qədər stajı; orta ixtisas təhsili, 13 ildən 15 ilə qədər stajı;

12-ci dərəcə – ali ixtisas təhsili, 10 ildən çox stajı; – orta ixtisas təhsili, 15 ildən yuxarı stajı.

İSTEHSALAT TƏLİMİ USTASI

Əmək funksiyası:

İstehsalat təlimi proqramına uyğun olaraq qrup şagirdlərinə peşə bacarıq vərdişləri aşılayır. İstehsalat təlimi dərsləri üçün avadanlığı və lazımi materialları hazırlayır, tədris dövrləri üzrə şagirdlərin tədris-istehsalat işlərini planlaşdırır və müəyyən edilmiş normalara əsasən bu işlərin texniki tələblər səviyyəsində yerinə yetirilməsini təmin edir. Tədris emalatxanasında və ya istehsalat təcrübəsində şagirdlər tərəfindən tədris tapşırıqlarında və ya istehsalat təcrübəsində şagirdlər tərəfindən tədris tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Şagirdlər tərəfindən iş üsullarının, yeni texnika və texnologiyanın öyrənilməsini, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin edir, istehsalat təlimi və təcrübəsi proqramlarının yerinə yetirilməsi üçün lazımi şərait yaradır. Şagirdlərə təhkim olunmuş avadanlığın saz saxlanmasını təmin edir. İstehsalat təcrübəsinin keçirilməsi üçün müəssisə və təsərrüfatlarla müqavilələrin bağlanmasında bilavasitə iştirak edir. Daxili intizam qaydalarına hər bir şagird tərəfindən əməl olunmasını təmin edir. Şagirdlərlə müxtəlif tərbiyə işləri aparır.

Şagirdlər tərəfindən ixtisas (sınaq) istehsalat işlərinin yerinə yetirilməsində, ixtisas imtahanlarına hazırlıq və onların keçirilməsində iştirak edir.

Bilməlidir:

Təhsil Qanununu, peşə məktəbi və peşə litseyinin əsasnaməsini, təlim-tərbiyəyə aid normativ sənədləri, tədris plan və proqramlarının quruluşu və məzmununu, avadanlıqlardan düzgün istifadə qaydalarını, istehsal təliminin metodikasını, pedaqogikasını və psixologiyasının əsaslarını, təhlükəsizlik texnikasını və əməyin mühafizəsi qayda və normalarını, əmək qanunvericiliyinin əsaslarını, istehsalat təlimi prosesinin təşkilini və iqtisadiyyatını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə – ümumi orta təhsil, ixtisas üzrə 3 ildən az olmayan iş stajı və ya iş stajı nəzərə alınmadan orta ixtisas təhsili;

10-cu dərəcə – iş stajına tələb qoyulmadan ali ixtisas təhsili;

– orta ixtisas təhsilli, 3 ildən 8 ilə qədər ixtisas üzrə stajı;

orta ixtisas məktəblərini fərqlənmə diplom ilə bitirənlər;

11-ci dərəcə – ali ixtisas təhsilli və 3 il ixtisas üzrə iş stajı;

– orta ixtisas təhsilli, 8 ildən 13 ilədək ixtisas üzrə stajı

– ali məktəbi fərqlənmə diplomu ilə bitirənlər;

12-ci dərəcə – (II kateqoriyalı istehsalat təlimi ustası)

– ali ixtisas təhsilli, 3 ildən 8 ilədək ixtisası üzrə stajı;

– orta ixtisas təhsilli, ixtisası üzrə 13 ildən 18 ilədək stajı;

13-cü dərəcə – (kateqoriyalı istehsalat təlimi ustası)

– ali ixtisas təhsilli, 8 ildən çox ixtisas üzrə stajı və ya usta vəzifəsində 5 ildən çox iş stajı;

– orta ixtisas təhsilli, 18 ildən çox ixtisas üzrə iş stajı;

– təhsildən asılı olmayaraq, respublika səviyyəsində təcrübəsi yayılmış və səmərələşdirici təklifləri olan.

İSTEHSALAT TƏLİMİ USTASI – SÜRÜCÜ-TƏLİMATÇISI

Əmək funksiyası:

İstehsalat təlimi proqramına uyğun tədris qrupu şagirdlərinin peşə bacarıq və vərdişlərinə, o cümlədən avtomobil nəqliyyatı vasitələrinin idarə olunması vərdişlərinə yiyələnməsi üçün dərsləri lazımi texniki və metodiki səviyyədə aparır. İstehsalat təlimi məşğələlərinin təşkili üçün lazım olan avadanlıq və materialları, avtomobil və digər nəqliyyat vasitələrini hazırlayır.

İstehsalat təlimi proqramına uyğun olaraq şagirdlərin tədris-istehsalat işlərini planlaşdırır, avtomobil nəqliyyatı vasitələrinin sürülməsi və texniki qulluq qrafikini hazırlayır və müəyyən edir. Şagirdlər tərəfindən tədris emalatxanalarında, avtomobillərin quruluşu və istismarı laboratoriyalarında, təlim poliqonlarında və ya avtomobil nəqliyyatı müəssisələrində istehsalat təlimi və təcrübəsi tapşırıqlarının yerinə yetirilməsinə şərait yaradır. Şagirdlərə təhkim edilən avadanlığın və avtomobil nəqliyyatı vasitələrinin saz vəziyyətdə olmasını təmin edir. Şagirdlərlə müntəzəm olaraq sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirir. Şagirdlər tərəfindən ixtisas (sınaq) işlərinin yerinə yetirilməsi və buraxılış ixtisas imtahanlarına hazırlıq işlərində və onların keçirilməsində iştirak edir.

Bilməlidir:

Təhsil Qanununu, Təhsil Nazirliyinin peşə təhsilinə aid normativ sənədləri, istehsalat təlimi üzrə tədris plan və proqramlarını, avadanlığın və avtomobil nəqliyyatı vasitələrinin istismarı qaydalarını, istehsalat təliminin metodikası və pedaqogikasının əsaslarını, təhlükəsizlik texnikası, əməyin mühafizəsi qaydaları və normalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin və tədris-istehsalat prosesinin təşkili və iqtisadiyyatını, tədris emalatxanalarının idarə olunmasına dair normativ sənədləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə – təhsildən və iş stajından asılı olmayaraq “S” və yaxud “VS” kateqoriyası olan;

10-cu dərəcə – təhsildən və iş stajından asılı olmayaraq “VSD” kateqoriyası olan;

– təhsilindən asılı olmayaraq ixtisas üzrə 3 ildən çox iş stajı və “VSD” kateqoriyası;

11-ci dərəcə – orta ixtisas təhsilli, “VSD” kateqoriyası, – təhsilindən asılı olmayaraq 6 ildən 13 ilə qədər ixtisas üzrə stajı və “VSD” kateqoriyası;

12-ci dərəcə – ali ixtisas təhsilli, staja tələb qoyulmadan “VSD” kateqoriyası;

– orta ixtisas təhsilli, ixtisası üzrə 8 ildən yuxarı stajı və “VSD” kateqoriyası;

– təhsilindən asılı olmayaraq ixtisası üzrə 13 il-dən çox stajı və “VSD” kateqoriyası;

13-cü dərəcə – ali ixtisas təhsilli, ixtisası üzrə 8 ildən yuxarı stajı və “VSD” kateqoriyası;

– təhsilindən asılı olmayaraq, ixtisası üzrə 8 ildən çox stajı və “VSD” kateqoriyası.

XVII B Ö L M Ə

ÜMUMTƏHSİL MƏKTƏBİ

DİREKTOR

Əmək funksiyası: “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”nə və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəbin fəaliyyətini idarə edir; məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil edir; pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir, təlim və tərbiyənin vəhdətini təmin edir, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir, bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil edir; tədris planı və proqramlarının yerinə yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirləri həyata keçirir; şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, şagirdlərin dərin və keyfiyyətli bilik almalarını, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir; şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə kömək göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin məzmunu və təşkili üzərində nəzarəti həyata keçirir, şagirdlərin peşəyönümü üzrə işlərini təşkil edir; icbari orta təhsilin həyata keçirilməsini təmin edir; qabaqcıl iş təcrübəsini tətbiq edir; təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir; kadrların düzgün seçilib-yerləşdirilməsi məsələlərini həyata keçirir; əmək qanunvericiliyinə və daxili intizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır; əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir; direktor müavinlərinin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır; pedaqoji heyətin peşə ustalıqlarının yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma və yenidənhazırlanma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir, pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə yaradılmış dayaq məntəqələrində onların iştirakını təmin edir, attestasiyanın keçirilməsi üçün hazırlıq işlərini görür və onun obyektiv keçirilməsini təşkil edir; rəhbərliklə əmək kollektivi arasında bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinin əsaslarını, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir; daxili intizam qaydalına riayət olunmasına məsuliyyət daşıyır, işçilərə verilən tapşırıqları əmək qanunçuluğuna uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur, öz hüquqları dairəsində intizam tənbehi tətbiq edir; valideynlərlə (onları əvəz edən şəxslərlə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələrlə, xeyriyyə cəmiyyətləri, sponsorlarla və ictimaiyyətlə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir; dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.

Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;

2. Azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom ( sertifikat).

I. Ümumi tipli əsas və orta məktəb (internat məktəb) direktorları üçün əməyin ödəniş dərəcələri:

13-cü dərəcə – şagirdlərin sayı 100 nəfərədək olduqda;

14-cü dərəcə – şagirdlərin sayı 101-dən 300-dək olduqda;

15-ci dərəcə – şagirdlərin sayı 301-dən 800-dək olduqda;

16-cı dərəcə – şagirdlərin sayı 801-dən çox olduqda.

II. Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi tipli internat məktəbi direktorlarının əməyinin ödəniş dərəcələri:

13-cü dərəcə – şagirdlərin sayı 100 nəfərədək olduqda;

14-cü dərəcə – şagirdlərin sayı 101-dən 150-dək olduqda;

15-ci dərəcə – şagirdlərin sayı 151-dən 200-dək olduqda;

16-cı dərəcə – şagirdlərin sayı 201-dən çox olduqda.

TƏLİM-TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Əmək funksiyası: təlim-tərbiyə və metodiki işləri təşkil edir; tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir; həmçinin zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır; zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir; təlim-tərbiyə prosesinin, həmçinin fakultativ və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olur; şagirdlərin meyl-maraqları əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir; tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; fənn kabinetlərinin qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir; təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir; pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində iştirak edir, onların təkmilləşmələrinə, ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb olunmalarına, eləcə də kadrların peşə ustalıqlarının artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur; təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına məsuliyyət daşıyır, şagirdlərin rüblük, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, imtahanların təlimata müvafiq keçirilməsini təşkil edir; təlim keyfiyyətinin idarə olunması məqsədilə vaxtaşırı monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.

Bilməlidir: gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;

2. Ən azı 3 il pedaqoji staj, təhsilin təşkili və idarə olunması üzrə diplom (sertifikat).

Direktorun vəzifə maaşından 10-15% aşağı vəzifə maaşı müəyyənləşdirilir.

TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ (TƏŞKİLATÇI)

Əmək funksiyası:

Azərbaycan Respublikasının qanunlarına, Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə və məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir.

Gənclərin milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinin yaxşılaşdırılmasına rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir.

Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işə rəhbərlik edir.

Bilməlidir:

Tərbiyə məsələləri ilə bağlı dövlətin qərar və sərəncamlarını, təhsil-tərbiyə ilə əlaqədar normativ sənədləri, pedaqogikanı, psixologiyanın əsaslarını, tərbiyənin tədrislə vəhdətini, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, fəal təlim metodlarını, sosial-psixoloji ünsiyyət metodlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali pedaqoji təhsili, təlim-tərbiyə sahəsində 3 il iş stajı olan;

Direktorun vəzifə maaşından 15 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Əmək funksiyası:

Məktəbin təsərrüfat işlərinə rəhbərlik edir. Təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərinin və sinif otaqlarının, həyətinin təmiz saxlanılmasını təmin edir. Kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyena vəziyyətini və qayda-qanunu təmin edir. Məktəb binasının vaxtında təmir olunmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını təmin edir.

Bilməlidir:

Təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini; xidmətçi heyətin əməyinin mexanikləşdirilməsi vasitələrini; binanın istismar olunması qaydalarını, əməyin elmi təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunçuluğunun əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından müdafiə qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali və ya orta ixtisas təhsilli; 3 ildən yuxarı əmək stajı olan; direktorun vəzifə maaşından 20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.

MÜƏLLİM

Əmək funksiyası:

Konkret pedaqoji vəziyyət və tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Müxtəlif formalardan, üsullardan, metodlardan istifadə edir. Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir. Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri, yaxud onları əvəz ödən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Metodbirləşmələrin və həyata keçirilən digər metodik iş formalarının fəaliyyətində iştirak edir. Təlim-tərbiyə işləri prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltmək qeydinə qalır.

Bilməlidir:

Zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı, məktəb gigiyenasını, fənnin tədris metodikasını, tərbiyə işlərinin metodikasını, informatikanın, elektron-hesablama texnikasının əsaslarını, müvafiq fənn üzrə təlimin məzmunu və təşkili prinsiplərini; tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla təchiz olunmasına verilən tələbləri: əməyin elmi təşkilini, uşaqların və gənclərin təlim-tərbiyəsi məsələləri üzrə hökumətin və digər dövlət orqanlarının qərarlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə – (müəllim) orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan:

9-cu dərəcə – (müəllim) orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;

10-cu dərəcə – (müəllim) a) ali təhsilli, iş stajına tələb qoyulmadan;

b) orta ixtisas təhsilli, 5 ildən 10 ilədək stajı;

11-ci dərəcə – (müəllim) a) ali təhsilli, 3 ildən ilədək pedaqoji stajı olan və ya məktəbi fərqlənmə diplomu ilə bitirən;

b) orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən 15 ilədək olan;

12-ci dərəcə – ( müəllim) a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan;

b) orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan;

13-cü dərəcə – (II kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 13 ildən 18 ilədək olan;

b) orta ixtisas təhsilli, iş təcrübəsi Təhsil (Maarif) Nazirliyi tərəfindən bəyənilib yayılmış;

14-cü dərəcə – (I kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 18 ildən çox olan;

15-ci dərəcə – (ali kateqoriyalı müəllim) a) elmlər doktoru və ya elmlər namizədi elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən;

b) “xalq” və “əməkdar” fəxri adı olanlar;

v) dərslik, metodik tövsiyələr müəllifləri;

q) iş təcrübəsi Təhsil (Maarif) Nazirliyi tərəfindən bəyənilmiş, yayılmış.

PSİXOLOQ (TƏHSİL SİSTEMİNDƏ)

Əmək funksiyası:

Psixoprofilaktik və psixodiaqnostik iş prosesində, təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq edir.

Uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyən edərək onları ibtidai məktəbdən natamam orta, natamam orta məktəbdən orta ümumtəhsil və peşə məktəblərinə keçərkən psixoloji müayinə edir və müəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlayır.

Psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan uşaqları, habelə ümumi və xüsusi istedadı olan uşaqları üzə çıxarır.

Peşəyə yararlığı üzə çıxarmaq və peşə seçməkdə kömək etmək məqsədi ilə psixoloq xüsusi olaraq şagirdlərin maraq və meyllərini öyrənir.

Alkoqolizmin, narkomaniyanın cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparır.

Aparılmış psixodiaqnostik tədqiqatların əsasında psixoloq şagirdlərin inkişafı, təlimi və davranışında aşkara çıxarılmış çatışmazlıqları təhlil edir və səbəblərini müəyyənləşdirir; psixoloq əqli geriliyi, psixi inkişafın ləngliyini, pedaqoji cəhətdən özbaşına buraxılmış, psixogen məktəb dezadatasiyası (didaktogen və didaskapoken) olan uşaqları müəyyən edərək məktəbdə müvəffəqiyyətsizliyin arxasında duran konkret səbəbləri aşkara çıxarır. Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında psixoloq uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlayır. Buraya təlimlə (məktəb müvəffəqiyyətsizliyi, disleksiya, disqrafiya və s.) şəxsiyyətlərarası və emosional pozulmalarla (qorxu, yüksək həyəcanlılıq, depressiya və s.) sosial dezaptasiya və pis davranışla (yüksək təcavüzkarlıq, yalançılıq, oğurluq, proqullar və s.) bağlı müxtəlif növ çətinliklərin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlər daxildir.

Məktəbdə, sinifdə sosial-psixoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə şagirdlər, müəllimlər və məktəbin müdiriyyəti ilə treninq keçirir.

Uşaqların və istedadlı şagirdlərin daha optimal inkişafı məqsədi ilə psixoloq müəllimlərlə birgə şagirdlərin fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir.

Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərinə və tərbiyəçilərə məsləhətlər verir; uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı məsləhətlər verir. Pedaqoji şuranın iclaslarında, metodbirləşmələrdə, ümum-məktəb və valideyn yığıncaqlarında iştirak edir.

Tibbi-pedaqoji komissiyaların, uşaqların və yeniyetmələrin sosial-hüquqi müdafiəsi üzrə komissiyaların işində iştirak edir; müvafiq instansiyaların valideyn hüququndan məhrum etmə, uşaqların xüsusi məktəblərə və s. göndərilməsi zamanı daha əsaslandırılmış qərar verməsi məqsədi ilə xalq məhkəməsi, himayə və qəyyumluq orqanlarının, həddi-buluğa çatmamış uşaqlarla işləyən komissiyaların, rayon polis şöbələrinin həddi-buluğa çatmamışların işi üzrə müfəttişliyinin tələbnamələri üzrə uşaqların psixi vəziyyətini, ailə tərbiyəsi şəraitini müəyyən edən psixoloji ekspertiza keçirir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanununu, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi haqqında normativ sənədləri, əməyin mühafizəsi, sağlamlığının qorunması, ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedoqogikanı, şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını, fərdi və qrup məsləhətinin müasir metodlarını, uşağın normal və anormal inkişafının diaqnostikası və korreksiya metodlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə (psixoloq) – baza psixoloji təhsili olan (staj tələb olunmamaqla) psixoloq;

11-ci dərəcə (psixoloq) – baza psixoloji təhsili olan, müvafiq ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və ya ixtisası üzrə 1 ildən az olmayaraq iş stajına malik olan;

12-ci dərəcə (psixoloq) – baza psixoloji təhsili olan, ixtisası üzrə 1 ildən 3 ilədək stajı olan.

13-cü dərəcə (II kateqoriya psixoloq) – baza psixoloji təhsili olan, ixtisası üzrə 3 ildən 5 ilə qədər stajı olan psixoloq. Testləşdirməni və diaqnostikanı, psixotreninq və korreksiya işlərinin mürəkkəb formalarını həyata keçirilməsinə xüsusi icazəsi olan.

14-cü dərəcə (I kateqoriya psixoloq) – baza psixoloji təhsili olan ixtisas üzrə 5 ildən az iş stajı olmayan psixoloq. Psixoloji təhsildən əlavə xüsusiləşdirilmiş elmi-praktiki psixoloji mərkəzlərin birində əlavə hazırlıq keçmiş, şəxsiyyətin psixoemosional inkişaf korreksiyası, qruplarda psixotreninq keçirilməsi ilə, sosial psixoloji təsir və təhsil müəssisələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı metodlardan istifadə üçün mürəkkəb növlü psixokorreksiya işlərini aparmağa icazə verən sertifikatı olduqda.

15-ci dərəcə (ali kateqoriya psixoloq) – baza təhsilli, ixtisası üzrə 5 ildən 10 ilə qədər stajı olan psixoloq. Əlavə, xüsusiləşdirilmiş hazırlıq keçmiş (aspirantura, doktorantura), psixodiaqnostik, konsultativ və psixokorreksion işlərin mürəkkəb formalarının aparılmasına xüsusi icazə olduğunu sübut edən sertifikatı olduqda, elmi və praktiki psixologiya sahəsində elmi işləri, elmi adları p.e.n. və ya p.e.d.

MÜƏLLİM – DEFEKTOLOQ

(müəllim-loqoped, loqoped)

Əmək funksiyası:

Əqli və ya fiziki cəhətdən qüsurlu uşaq və yeniyetmələrdə olan müvafiq çatışmazlıqların mövcud imkanlar və şərait daxilində aradan qaldırılması, korreksiya edilməsi üzrə kompleks işləri planlaşdırır. təşkil edir və yerinə yetirir, təlim-tərbiyə işlərinin həmin istiqamətdə həyata keçirilən tədbirlərlə üzvü bağlılıq təşkil etməsi istiqamətində işlər görür. Uşaqların əqli və ya fiziki qüsurlarının xarakteri nəzərə alınmaqla onların təlim imkanlarını müəyyənləşdirir, korreksiya tədbirləri aparır. Uşaq və yeniyetmələrə sosial-psixoloji köməklik göstərir, onlarda cəmiyyət haqqında təsəvvür yaradır, sosial uyğunlaşmalarına, peşəyönümünə, nitq qüsurlarının aradan qaldırılmasına yardım edir, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etmək vərdişləri aşılayır, uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkili və təkmilləşdirilməsi ilə bağlı metodik işlər aparır. Valideynlərə uşaqlarının əqli və ya fiziki çatışmazlıqları ilə bağlı təhsil, yaxud müalicə müəssisələrinə göndərilməsi barədə məsləhətlər verir, tibbi pedaqoji komissiyaların işində yaxından iştirak edir.

Bilməlidir:

Əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin əsasnamələrini, bu sahə ilə bağlı müvafiq normativ sənədləri. həmin qəbildən olan uşaq və yeniyetmələrin yaş psixologiyasını, onlarla iş metodikalarını, fənlərin tədrisi metodikasını, defektologiya sahəsindəki qabaqcıl təcrübə nümunələrinin praktik fəaliyyətdə tətbiqini, qüsurlu uşaqlarla iş üzrə proqramları, metodik ədəbiyyatları, tədris kabinetlərinin təchizinə verilən müasir tələbləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsilli və ya ixtisas üzrə kurs bitirmiş şəxslər

8-ci dərəcə – müəllim-defektoloq, ali pedaqoji təhsilli, ixtisas üzrə kurs bitirmiş, iş stajına tələb qoyulmadan;

9-cu dərəcə – müəllim-defektoloq, ali ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;

10-cu dərəcə – müəllim-defektoloq, ali ixtisas təhsilli, 3 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən;

11-ci dərəcə – müəllim-defektoloq, ali ixtisas təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan;

12-ci dərəcə – müəllim-defektoloq, ali ixtisas təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan;

13-cü dərəcə – II kateqoriya müəllim-defektoloq, ali ixtisas təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;

14-cü dərəcə – ali kateqoriyalı müəllim-defektoloq, ali ixtisas təhsilli, elmi dərəcəsi və ya elmi adı olan, iş təcrübəsi bəyənilib yayılan, dərslik və metodik tövsiyələri olan.

MÜƏLLİM KÖMƏKÇİSİ

Əmək funksiyası. Müəllim köməkçisi sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) üzrə qanunvericilik aktlarında, uşaq hüquqları ilə bağlı normativ-hüquqi aktlarda, habelə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qəbul olunmuş qərarlarda nəzərdə tutulan aidiyyəti məsələlərlə məşğul olur.

İnkluziv təhsil həyata keçirilən siniflərdə sağlamlıq imkanları məhdud uşaqların fərdi inkişaf, plan və fənn proqramlarına uyğun olaraq onların təlim-tərbiyəsini təşkil edir. Sağlamlıq imkanları məhdud uşaqların inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, müvafiq təlim-tərbiyə işlərinin aparılması üçün məktəbin psixoloqu və müəllim-defektoloqu ilə məsləhətləşmələr aparır. Şagirdlərin valideynlərinə və yaxud himayəsində olduqları qanuni nümayəndələrinə onların əqli və fiziki inkişafında müşahidə olunan yeniliklər barədə vaxtaşırı məlumat verir. Sağlamlıq imkanları məhdud uşaqların qabiliyyət və imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün istiqamətlər müəyyənləşdirir.

Bilməlidir: pedaqogikanı; psixologiyanı; fizioloji inkişafı; məktəb gigiyenasını; fənn tədris metodikasını; tərbiyə işlərinin metodikasını; informatikanı; təlim-tərbiyənin təşkili prinsiplərini; tədrisin təşkili məsələlərini; təhsillə bağlı qanunvericilik aktlarını; Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ sənədlərini; təhlükəsizlik texnikası qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;

9-cu dərəcə: ali təhsilli, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji stajı olan;

10-cu dərəcə: ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən və yaxud orta ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji stajı olan;

11-ci dərəcə: ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan və yaxud orta ixtisas təhsili və 15 ildən çox pedaqoji stajı olan;

12-ci dərəcə: ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;

13-cü dərəcə: ali təhsilli, 18 ildən yuxarı pedaqoji stajı olan.

DƏRNƏK RƏHBƏRİ

Əmək funksiyası:

Dərnəyin tərkibini komplektləşdirir və onun dərs ili müddətində saxlanması üzrə tədbirlər görür. Aparılan işin pedaqoji cəhətdən əsaslandırılmış forma, vasitə və metodlarını müəyyən edir. Məşğələlərin planını, proqramını tərtib edir və onların yerinə yetirilməsini təmin edir. Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarır, onların meyl və maraqları üzrə inkişafına kömək edir. İstedadlı şagirdlərin üzə çıxarılmasına köməklik göstərir, şagirdlərlə fərdi iş aparır, olimpiada, yarış, sərgi və s. tədbirlərdə dərnək üzvlərinin iştirakını təmin edir. Valideynlərə və məktəbin pedaqoji işçilərinə istedadlı şagirdlərin inkişafı üzrə məsləhətlər verir. Məşğələ zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar gigiyena normalarına əməl olunmasını təmin edir.

Bilməlidir:

Şagird şəxsiyyətinin inkişafının əsas qanunauyğunluqlarını, onların yaş xüsusiyyətlərini və maraqlarını; pedaqogikanın, psixologiyanın, fiziologiya və gigiyenanın əsaslarını: təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını, elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərini; müvafiq təmayül üzrə dərnək və digər məşğələlərin proqramlarını, sinifdənxaric və məktəbdənkənar işin təşkili üzrə normativ sənədləri, texniki vasitələrdən istifadə, əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə (dərnək rəhbəri) – orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;

9-cu dərəcə (dərnək rəhbəri) – orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;

10-cu dərəcə (dərnək rəhbəri) – a) ali təhsilli, iş stajına tələb qoyulmadan; b) orta ixtisas təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı olan;

11 -ci dərəcə (dərnək rəhbəri) – a) ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən; b) orta ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan;

12-ci dərəcə (II kateqoriya dərnək rəhbəri) – a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; b) orta ixtisas təhsilli, 15 ildən çox pedaqoji stajı olan;

13-cü dərəcə (I kateqoriya dərnək rəhbəri – a) ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;

14-cü dərəcə (ali kateqoriyalı dərnək rəhbəri – a) ali təhsilli, 18 ildən çox pedaqoji stajı olan.

UŞAQ BİRLİYİ TƏŞKİLATININ RƏHBƏRİ

Əmək funksiyası:

Uşaq ictimai birlikləri və təşkilatının fəaliyyətini təşkil edir. Uşaq birlikləri təşkilatının rəhbəri iş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir. Öz işini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur. Təşəbbüslərə yaradıcı yanaşır, yeniyetmələrin qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır.

Uşaq Birlikləri Təşkilatlarının fəaliyyətinin məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir. Uşaq və yeniyetmələrin öz istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir. Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır. Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir, öz professional biliklərini artırır. Uşaq təşkilatını maddi texniki bazasını qoruyur və inkişaf etdirir. Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.

Bilməlidir:

Uşaq hərəkatının qanunauyğunluğunu, ənənələrini, uşaq və gənclərin hüquqlarını, tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini, uşaq birlikləri təşkilatının rəhbərlərinin vəzifələri qarşısında duran tələbləri.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə – iş stajına tələb qoyulmadan ümumi orta təhsili olanlar;

8-ci dərəcə – iş stajına tələb qoyulmadan orta ixtisas təhsili olanlar, uşaq birliyi təşkilatı rəhbərləri hazırlayan Respublika məktəbini bitirənlər:

9-cu dərəcə – a) ali təhsilli, iş stajına tələb qoyulmadan: b) 5 ildən çox iş stajı olan, orta ixtisas təhsilli: 10-cu dərəcə – ali təhsilli, 5 ildən çox iş stajı olanlar.

LABORANT

Əmək funksiyası:

Laboratoriya avadanlığının, cihazlarının, təlimin texniki vasitələrinin saz halda olmasına çalışır, onların vaxtında əldə edilməsi, xüsusi zavod və emalatxanalarda təmiri üçün sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir. Avadanlıqların, cihazların, aparaturaların, reaktivlərin laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlayır. Filmotekalarla müntəzəm olaraq işgüzar əlaqə saxlayır. Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir. Müəyyən olunmuş formada hesabatlar hazırlayır.

Bilməlidir:

Laboratoriya işləri və digər dərs məşğələlərinin keçirilməsi üzrə rəhbər və normativ sənədləri: onlardan istifadə edilməsi metodlarını; tədris avadanlıqlarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərini, avadanlıqlardan istifadə qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

4-cü dərəcə – ümumi orta təhsilli, iş stajına tələb qoyulmadan;

5-ci dərəcə – orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan.

XVIII B Ö L M Ə

UŞAQ BAĞÇASI, KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI

MÜDİR

Əmək funksiyası: “Məktəbəqədər tərbiyə müəssisələrinin Əsasnaməsi”nə və öz Nizamnaməsinə uyğun olaraq müəssisənin bütün fəaliyyətini idarə edir; tərbiyə-təlim işlərinin keyfiyyəti, müəssisənin uşaqlarla komplektləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti, tərbiyə-təlim sahəsində yüksək səmərəlilik əldə etmək məqsədilə pedaqoji kollektivin və başqa işçilərin fəaliyyətini elmi əsaslar üzərində qurur; proqram materiallarının yerinə yetirilməsinə nəzarət edir; uşaqların həyatının mühafizəsi və sağlamlığının möhkəmləndirilməsi, rasional yeməyin təşkili, sanitariya-gigiyena vəziyyəti üçün məsuliyyət daşıyır; öz səlahiyyəti çərçivəsində işçiləri işə təyin və azad edir, kadrların düzgün seçilməsi və yerləşdirilməsinə məsuliyyət daşıyır; pedaqoji, tibbi və xidmət heyətinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır; pedaqoji şuraya rəhbərlik edir, valideynlər arasında pedaqoji və gigiyena biliklərinin təbliğini təşkil edir; valideyn komitəsinin işini istiqamətləndirir, məktəblə və müvafiq təşkilatlarla əlaqə yaradır; avadanlıqların saxlanmasına, eləcə də təhlükəsizlik texnikası qaydalarına düzgün əməl olunmasına məsuliyyət daşıyır; müvafiq təşkilatlar qarşısında müəssisənin işi haqqında hesabat verir; işçilərinin profilaktik tibbi müayinədən keçməsini təmin edir; əmək qanunvericiliyinə, əməyin hüquqi tənzimlənməsi və daxili intizam qaydalarına əməl edilməsinə nail olur; işçilərin vəzifələrini müəyyənləşdirir, ştat cədvəlində metodist nəzərdə tutulmadığı halda onun vəzifələrini yerinə yetirir; pedaqoji işçilərin attestasiyadan keçirilməsinə şərait yaradır.

Bilməlidir: “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, məktəbəqədər tərbiyə və təlimə aid hökumət qərarlarını; rəhbər təşkilatların məktəbəqədər tərbiyə haqqında əmr, təlimat və sərəncamlarını, digər aidiyyəti normativ sənədləri; pedaqogika və pedaqoji-psixologiya elmlərinin yeni nailiyyətlərini, müvafiq təlim-tərbiyə proqramlarını; yeni pedaqoji texnologiyaları, uşaqların həyatının və səhhətinin qorunması qaydalarını; pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Bir qayda olaraq məktəbəqədər pedaqoji ixtisası və ya idarəetmə sahəsi üzrə ali təhsil;

2. Məktəbəqədər tərbiyə müəssisəsində azı 3 illik pedaqoji staj, yaxud müstəsna hallarda müvafiq ixtisaslı orta pedaqoji təhsil və məktəbəqədər tərbiyə müəssisəsində azı 5 illik pedaqoji staj;

3. Hər iki halda həmin vəzifəni aparmağa səlahiyyət verən təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

Ümumi təyinatlı uşaq bağçası, körpələr evi-uşaq bağçasının müdiri:

12-ci dərəcə – qrupların sayı 1 – 4 olduqda;

13-cü dərəcə – qrupların sayı 5 – 8 olduqda;

14-cü dərəcə – qrupların sayı 9 və daha çox olduqda.

Xüsusi tipli (əqli və fiziki qüsuru olan uşaqlar üçün) uşaq bağçasının müdiri:

13-cü dərəcə – qrupların sayı 1 – 3 olduqda;

14-cü dərəcə – qrupların sayı 6 – 4 olduqda;

15-ci dərəcə – qrupların sayı 7 – 8 olduqda;

16-cı dərəcə – qrupların sayı 9 və daha çox olduqda.

BAŞ TƏRBİYƏÇİ

Əmək funksiyası:

Məktəbəqədər uşaq müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirir. Uşaq bağçasında uşaqların tərbiyəsi və təlimi proqramının yerinə yetirilməsini təmin edir və nəzərdə saxlayır, bütün yaş qruplarında təlim-tərbiyə işlərinin düzgün təşkili üçün məsuliyyət daşıyır. Tərbiyəçilərin və tibbi personalın işlərinə nəzarət edir və onları istiqamətləndirir. Qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və yayır, pedaqoji şuraların müzakirəsinə, uşaqların tərbiyəsinə dair aktual və zəruri materiallar hazırlayır və tərbiyəçilərin pedaqoji şuranın iclasında fəal iştirakını təmin edir, qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edir. Uşaqların yaşına müvafiq olaraq pedaqoji vəsait və oyuncaqların seçilməsini həyata keçirir. Valideynlər arasında pedaqoji biliklərin təbliği, müxtəlif yaş qrupları tərbiyəçilərinin, eləcə də məktəbəqədər uşaq müəssisəsi ilə məktəbin fəaliyyətində varisliyin təmin olunması üzrə işi təşkil edir.

Məktəbəqədər uşaq müəssisəsində metodkabinetin işini təşkil edir. Tərbiyəçilərə praktiki kömək göstərmək məqsədilə məsləhət saatları keçirir.

Bilməlidir:

“Azərbaycan Respublikası Təhsil Qanunu”nu, hökumət qərarlarını, rəhbər orqanların məktəbəqədər tərbiyəyə dair əmrlərini, sərəncamlarını və digər sənədlərini; tərbiyə proqramlarını, təlim-tərbiyə işinin məzmununu və metodlarını, onun forma və metodlarına nəzarəti, uşaqların həyat və səhhətinin qorunma qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali ixtisas təhsilli və nə azı 10 il pedaqoji stajı olan.

13-cü dərəcə – ali təhsilli, 10 il pedaqoji stajı olan;

14-cü dərəcə – ali təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan;

15-ci dərəcə – stajından asılı olmayaraq təcrübəsi respublika səviyyəsində yayılmış.

TƏRBİYƏÇİ

Əmək funksiyası:

Uşaqların tərbiyəsini və hərtərəfli harmonik inkişafını təşkil edir və həyata keçirir, onları məktəbdə təlimə hazırlayır. Qrupda hər bir uşağın səhhətinin vəziyyətini və onun möhkəmləndirilməsi işini izləyir, tibbi heyətin tələblərini yerinə yetirir. Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir. Təlim-tərbiyə işini planlaşdırır. Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir. Uşaqların səhhəti haqqında bağçanın rəhbərliyinə və tibbi heyətə müntəzəm olaraq məlumat verir. Əhali arasında pedaqoji biliklərin yayılmasını təşkil edir, uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, hökumətin məktəbəqədər məsələlərə dair qərarlarını, tərbiyə işinin məzmununu və metodunu, məktəbəqədər pedaqogika və psixologiyanın, gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali və ya orta ixtisas təhsilli;

8-ci dərəcə (tərbiyəçi) – orta ixtisas təhsilli, staja tələb qoyulmadan;

9-cu dərəcə (tərbiyəçi) – orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;

10-cu dərəcə (tərbiyəçi) – ali təhsilli, iş stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı olan;

11-ci dərəcə (tərbiyəçi) – ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirənlər; orta ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji stajı olan;

12-ci dərəcə – (II kateqoriya tərbiyəçi) – ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan;

13-cü dərəcə – (I kateqoriya tərbiyəçi) – ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan; orta ixtisas təhsilli, təcrübəsi respublika səviyyəsində yayılmış;

14-cü dərəcə (ali kateqoriya tərbiyəçi) – ali təhsilli, 18 ildən çox pedaqoji stajı olan və ya stajından asılı olmayaraq təcrübəsi respublika səviyyəsində yayılmış.

TƏRBİYƏÇİ KÖMƏKÇİSİ

Əmək funksiyası:

Məktəbəqədər müəssisələrdə tərbiyəçinin rəhbərliyi altında məşğələlərin hazırlanması və təşkilində, uşaqların soyunmasında, geyinməsində, yuyunmasında, yedizdirilməsində, çimizdirilməsində, yatağa salınmasında, sağlamlaşdırma tədbirlərinin aparılmasında, gəzintidə kömək edir. Binanın, avadanlığın, inventarın sanitariya vəziyyətini təmin edir. Uşaqların paltarlarını qurudur.

Bilməlidir:

Müəssisənin daxili əmək qaydalarını; uşaqlara xidmət qaydalarını; binanı, avadanlığı, inventarı saxlama qaydalarını, sanitariya və gigiyena qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Təhsilindən asılı olmayaraq 4-5-ci dərəcələrə müvafiq əmək haqqı müəyyənləşdirilir.

4-cü dərəcə – 10 ilədək iş stajı olanlar;

5-ci dərəcə – 10 ildən yuxarı stajı olanlar.

XIX B Ö L M Ə

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ

METODİKİ KABİNET

MÜDİR

Əmək funksiyası: Azərbaycan Respublikasının Konstitutsiyasına, Azərbaycan Respublikasının Təhsil Qanunu”na, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin direktiv sənədlərinə, “Ümumitəhsil məktəbin nümunəvi Əsasnaməsinə”, Təhsil Nazirliyinin əmr, sərəncam və təlimatlarına, eləcə də hüquqi-normativ aktlara uyğun olaraq metodik kabinetin bütün istiqamətlərdə işinin təşkilinə və fəaliyyətinə rəhbərlik edir; öz fəaliyyətində təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi prinsipini əsas tutaraq, tədris prosesinin keyfiyyətli təşkilini, plan və proqramların yerinə yetirilməsini, texniki və əyani vasitələrdən, metodik materiallardan istifadə olunmasını təmin edir; məktəblərdə və digər təlim-tərbiyə müəssisələrində təlim və tərbiyənin vəziyyətinin araşdırılmasını, dərindən təhlil aparılmasını, qabaqcıl təcrübənin öyrənilməsini, ümumiləşdirilməsini, həyata keçirir; pedoqoji mühazirələrdə, elmi-praktik konfranslarda, sərgilərdə, mətbuat sahələrində yeniliklərin yayılmasını, müəllimlərin gündəik fəaliyyətində müasir təhsil innovasiyalarının, pedoqoji texnologiyaların tətbiq olunmasını təşkil edir; pedoqoji kadrların tələb və maraqlarını nəzərə alaraq onların təkminləşdirilməsinin, ixtisasının aparılmasının və yenidən hazırlanmasının daha effektiv forma və metodlarını müəyyənləşdirir; müəllimlərin və digərtəhsil işçilərinin ixtisasının artırılması üzrə cari və perspektiv plan-qrafikləri tərtib edir; müəssisə rəhbəri ilə birlikdə onların ixtisasartırma təhsilinə cəlb edilməsi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün digər tədbirləri həyata keçirir; dayaq məntəqələri mexanizminin tətbiqi ilə əlaqədar bu işin səmərəli icra olunmasını təşkil edir; şəxsi təhsil yolu ilə ixtisaslarını artıran dinləyicilərə hər cür metodiki yardım göstərir; dərslik, dərs vəsaiti və yeni proqramları müzakirə edir, onların müəllifləri ilə görüşlər keçirir; müəllimlərin fəaliyətini monitorinq-qiymətləndirmə yolu ilə izləyir; tədris prosesinin yaxşılaşdırılması üçün təkliflər verir, metodik materialların alınması, paylanması və istifadə olunmasını təşkil edir; təlim-tərbiyə müəssisələrində psixoloji xidmətin təşkilinə, istedadlı, həmçinin əqli və ya fiziki cəhətdən qüsurlu uşaqların aşkara çıxarılmasına, onlarla işin təşkilinə əməli kömək göstərir; metodiki işin təşkilində və pedoqoji kadrların attestasiyadan keçirilməsində təlim-tərbiyə müəssisələrininrəhbərlərinə zəruri kömək göstərir; fənn olimpiadalarının, müsabiqə və treninqlərin, eləcə də tədbirlərin keçirilməsini təşkil edir; rayonda (şəhərdə) tərbiyə işinin yüksək səviyədə təşkilinə metodiki kömək göstərir; fənlərin dövlət standartları səviyyəsində tədrisinə nail olmaq üçün bütün pedoqoji-təşkilatı tədbirləri həyata keçirir; fənn müəllimlərinin assosasiyalarını yaradır və onun fəaliyyətini istiqamətləndirir; müəyyən olunmuş qaydalar çərçivəsində tabeliyindən olan metodislərin fəaliyyətini idarə edir, onlar arasında vəzifə bölgüsünü müəyyənləşdirir, işin səmərəli təşkilinə nail olur, vaxtaşırı onların hesabatını dinləyir; metodiki kabinetdə uçot və kargüzarlıq işlərinin yerinə yetirilməsini təmin edir; müəyyən olunmuş qaydada müvafiq orqanlara hesabat verir.

Bilməlidir: “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, direktiv orqanların təlim-tərbiyə sahəsinə dair normativ sənədlərini; Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun və yerli təhsil orqanlarının əmr, sərəncam və təlimatlarını; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; müvafiq kateqoriyalı pedoqoji işçilərlə metodiki işin təşkili üçün zəruri olan normativ və direktiv sənədləri; pedaqogikanın və pedaqoji-psixologiyanın son elmi və təcrübi nailiyyətlərini; metodiki işin ənənəvi metod, forma və müasir texnologiyalarını, tədris proqramları və tədris-metodik sənədlərin işlənməsi ardıcıllığını, metodistlərin işini qiymətləndirməyi və hesabat tərtib etməyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Ali pedaqoji təhsil;

2. Ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və ya elmi adı olduqda 3 il) pedaqoji staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

14-cü dərəcə-R (Ş) TŞ üzrə işçilərin sayı 2000-ə qədər olduqda;

15-ci dərəcə-R (Ş) TŞ üzrə işçilərin sayı 2000-dən çox olduqda.

METODİST

Əmək funksiyası:

Təlim-tərbiyə müəssisələrində metodiki işləri planlaşdırır və təşkil edir. Tədris metodiki və tərbiyə işinin keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə çalışır. Metodik materialları sistemə salır, informasiya bankı yaradır və onlardan istifadə olunmasını təşkil edir.

Konkret ixtisaslar üzrə tədris planları və proqramlarının, tərbiyəvi tədbirlərin tərtibində iştirak edir, pedaqoji kadrların fənn metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Təlim-tərbiyə müəssisələri işçilərinin ixtisasının artırılması və yenidən hazırlanmasının təşkilində iştirak edir. Proqnozlaşdırma və planlaşdırmanı yerinə yetirir, kursdan qabaq və kursdan sonrakı dövrlərdə şəxsi təhsilə nəzarət və rəhbərlik edir.

Məktəb, rayon (şəhər) səviyyəsində təlimatı tematik problemli seminarlar, aktual mövzular üzrə elmi-praktik müşavirələr keçirir.

Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki, olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində bilavasitə iştirak edir. Qabaqcıl müəllim, metodist və ya alimlərin hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris vasitələrinin müzakirəsini, rəy verilməsini, çapa hazırlanmasını təşkil edir.

Qabaqcıl iş təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Metodşuranın işində fəal iştirak edir, ixtisas fənni üzrə tədrisin keyfiyyətini və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır, onların aradan qaldırılması üçün rayon (şəhər) TŞ şurasına təkliflər verir.

Müəllimlərin attestasiyasının hazırlanmasına da, təşkilində və keçirilməsində fəal iştirak edir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu və bu qanundan irəli gələn qanunvericilik aktlarını, Təhsil Nazirliyinin müvafiq əmr, sərəncam və göstərişlərini, pedaqogika və psixologiyanın son nailiyyətlərini, ixtisas fənnini və onun tədrisi metodikasını, metodiki işin təşkili və aparılmasını, bu sahədə respublika və beynəlxalq iş təcrübəsini, həmçinin əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

12-ci dərəcə (metodist) – ali təhsilli, 5 ildən 10 ilə qədər pedaqoji stajı olan;

13-cü dərəcə (II kateqoriyalı metodist) – ali təhsilli, 10 ildən 15 ilə qədər pedaqoji stajı olan;

14-cü dərəcə (! kateqoriyalı metodist) – ali təhsilli, 15 ildən 20 ilə qədər pedaqoji stajı, aktual problemlərə həsr edilmiş məqalə, tövsiyə və metodik işləmələrlə müəllimlərə kömək edən, ixtisas fənni üzrə proqram materiallarını təxmini olaraq planlaşdıran, yoxlama yazı işi mətnlərini tərtib edən.

15-ci dərəcə (ali kateqoriyalı metodist) -1 kateqoriyalı metodistə Qoyulan tələbləri yerinə yetirməklə yanaşı elmi dərəcəsi və ya “əməkdar” fəxri adı olan; rayon (şəhər) qabaqcıl təcrübə məktəbləri, müəllif məktəbləri, yaradıcı müəllim qrupları yaratmağı və onlarla işləməyi, fənlər üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini yoxlamaq üçün testlər hazırlamağı bacaran və onlardan istifadə etmək metodikasını bilən.

MƏKTƏBƏQƏDƏR TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ METODİST

Əmək funksiyası:

Rayonun məktəbəqədər müəssisələrində metodiki işi təşkil edir. Uşaqların tərbiyə-təlim və məktəbə hazırlıq işlərini təkmilləşdirmək üçün məktəbəqədər müəssisələrin işini öyrənir, təhlil edir. Tabeliyindən asılı olmayaraq məktəbəqədər müəssisələrin müdir və tərbiyəçilərinə uşaqların tərbiyə-təlim prosesinin keyfiyyətinin yaxşılaşdırılmasında, pedaqoji prosesin təkmilləşdirilməsində yaxından köməklik göstərir. Bağçaların rəhbər və pedaqoji işçilərinin qabaqcıl iş təcrübəsini ümumiləşdirir və yayılması üçün tədbir görür, pedaqoji işçilərin metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir. Pedaqoji kadrların ixtisaslarının artırılması işini həyata keçirir. Bütün kateqoriyalı məktəbəqədər işçilər üçün kurslar, seminarlar, metodbirləşmələr təşkil edir. Pedaqoji oxular, konfranslar, müşavirələr hazırlayır və onlarda iştirak edir. Valideynlər arasında pedaqoji biliklərin yayılması işini təşkil edir. Məktəbəqədər müəssisələrin fəaliyyətinin yoxlanması işində iştirak edir. Metodiki kabineti lazımi metodik ədəbiyyat, əyani təlim vəsaitləri, təlimatı-metodiki materiallarla təchiz edir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, məktəbəqədər tərbiyəyə aid rəhbər orqanların əmrlərini, təlimatlarını, sərəncamlarını və başqa normativ sənədlərini; məktəbəqədər tərbiyənin nəzəriyyəsi və metodikasını; metodiki işin təşkili və pedaqoji kadrların ixtisaslarının artırılması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; texniki təhlükəsizliyin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali ixtisas təhsilli və məktəbəqədər müəssisələrdə 5 ildən az olmayaraq pedaqoji iş stajı.

12-ci dərəcə (metodist) – 5 ildən 10 ilədək pedaqoji stajı olan;

13-cü dərəcə (II kateqoriyalı metodist) – 15 ildən 20 ilədək pedaqoji stajı olan;

15-ci dərəcə (ali kateqoriyalı metodist) – 20 ildən çox stajı olan; təcrübəsi respublika səviyyəsində yayılmış, elmi dərəcəsi olan.

TƏSƏRRÜFAT-İSTİSMAR BÜROSUNUN RƏİSİ

Əmək funksiyası:

Təhsil şöbəsinin məktəb, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələrini respublika Təhsil Nazirliyi və digər təşkilatlar vasitəsilə inventar, avadanlıq, əyani və texniki təşkilatlar vasitəsilə inventar, avadanlıq, əyani və texniki təlim vasitələri, inşaat materialları, mebel dəstləri, yüngül sənaye məhsulları, yumşaq inventarlar, yanacaq və yanacaq avadanlıqları, idman avadanlıqları və sair mallar və materiallarla təmin edir. Tərtib edilmiş smetalar əsasında təmir işlərinin aparılmasını təşkil edir. Layihə-smeta sənədləri əsasında aparılan təmir və tikinti işlərinə nəzarət edir.

Bilməlidir:

Təhsil məsələlərində və maliyyə, təsərrüfat fəaliyyətinə dair qanunvericilik və normativ sənədləri, əmək qanunvericiliyinin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə – orta ixtisas təhsilli, ixtisas üzrə 5 ildən çox stajı olanlar, ali təhsilli, staja tələb qoyulmadan;

11-ci dərəcə – ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən çox stajı olanlar; orta ixtisas təhsilli, ixtisas üzrə 10 ildən çox stajı olanlar; 12-ci dərəcə – ali ixtisas təhsilli, ixtisas üzrə 5 ildən çox stajı olanlar.

XX B Ö L M Ə

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİNİN MƏKTƏBDƏNKƏNAR MÜƏSSİSƏLƏRİ (UŞAQ YARADICILIQ, EKOLOJİ TƏRBİYƏ VƏ

TƏCRÜBƏÇİLİK, TEXNİKİ YARADICILIQ, GƏNC TURİSTLƏR VƏ

DİYARŞÜNASLIQ, MƏKTƏBDƏNKƏNAR TƏRBİYƏ İŞİ, ESTETİK

TƏRBİYƏ MƏRKƏZLƏRİ, BƏDİİ YARADICILIQ EVİ, UŞAQ RƏSM

QALEREYASI)

MƏKTƏBDƏNKƏNAR MÜƏSSİSƏLƏRİN DİREKTORU

Əmək funksiyası: “Məktəbdənkənar tərbiyə müəssisəsinin Əsasnaməsi”nə və öz Nizamnaməsinə uyğun fəaliyyətin bütün istiqamətləri üzrə müəssisənin işini təşkil edir, inkişafın əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda müəssisəni təmsil edir; öz hüquqları çərçivəsində kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir; əmək qanunvericiliyi və daxili intizam qaydalarına uyğun olaraq işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir; uşaqların sağlamlığının qorunmasını, əməyinin mühafizəsi qaydalarına düzgün əməl olunmasına nəzarət edir; təlim-tərbiyə işinin məzmunu və səmərəliliyini təmin edir; müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi, uşaqların yaradıcılıq səviyyəsinin yüksəldilməsi və asudə vaxtının səmərəli təşkili üçün əlverişli şərait yaradır; pedaqoji kadrların attestasiyaya hazırlığa və onun keçirilməsinə şərait yaradır; müəssisənin və onun struktur qurumlarının fəaliyyətini yaxşılaşdırmaq üçün iş aparır; təlim-tərbiyə və metodiki işlərin, kütləvi tədbirlərin mütəşəkkil və yüksək keyfiyyətlə keçirilməsinə nəzarət edir; ümumtəhsil məktəblərinin uşaq birliyi təşkilatı rəhbərlərinə və məktəbin pedaqoji kollektivinə müəssisənin profilinə uyğun metodiki kömək göstərir; ayrılmış dövlət vəsaitindən səmərəli istifadə olunmasını təmin edir; müəssisənin maddi-texniki bazasının uçotunu, qorunmasını və müasirləşdirilməsini, sanitar-gigiyena rejimi, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl olunmasını tənzimləyir; müəssisənin inkişaf planını hazırlayır və həyata keçirilməsinə məsuliyyət daşıyır.

Bilməlidir: “Azərbaycan Respublikasının Təhsil Qanunu”, təhsil müəssisələrinin işinin təşkili üzrə təlim-tərbiyə müəssisələrinə dair hökumət qərarlarını, Təhsil Nazirliyinin aidiyyəti normativ sənədlərini; pedaqogika, pedaqoji-psixologiya, fiziologiya və gigiyena məsələlərini, əmək qanunvericiliyini, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını; idarəetmənin, statistika, hesabatvermə və aliologiyanın elmi əsaslarını, gənc nəslin tərbiyəsi ilə əlaqədar qabaqcıl xarici təcrübəni.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

1. Pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsil və yaxud müəssisənin profilinə uyğun ali ixtisas təhsili;

2. Pedaqoji və müvafiq sahə üzrə ən azı 3 il staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).

10-cu dərəcə – dərnək üzvlərinin sayı 100-dən 200-ə qədər

11-ci dərəcə-dərnək üzvlərinin sayı 2001-dən 400-ə qədər

12-ci dərəcə-dərnək, klub və studiya üzvlərinin sayı 601-dən 1000-ə qədər

14-cü dərəcə-dərnək, klub və studiya üzvlərinin sayı 1000-dən çox olduqda

ŞÖBƏ MÜDİRİ

Əmək funksiyası:

Şöbənin işini planlaşdırır və təşkil edir, iş planlarının yerinə yetirilməsinə nəzarət edir. Şöbənin işini yoxlayır. Şöbə inventarının qorunub saxlanmasına cavabdehdir. Şöbə (bölmə) işçilərinin fəaliyyətinə və əmək funksiyalarının yerinə yetirilməsinə nəzarət edir, şöbənin (bölmənin) işinə dair işçilərə göstəriş verir, öz səlahiyyəti həcmində şöbənin (bölmənin) bütün işçilərindən daxili qayda-qanunlara riayət edilməsini tələb edir. şöbə (bölmə) işçilərinin işinə qiymət verir, onların işinin keyfiyyəti haqqında qərar qəbul edir. Şöbənin işçilərinin işdən azad olunarkən, yaxşı işinə görə mükafat verilməsi haqqında təkliflər verir, müdiriyyət tərəfindən verilən bütün tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir. Müəssisədə, ondan kənarda profilə uyğun tədbirlərin təşkili və keçirilməsinə rəhbərlik edir.

Məktəblərdə və digər tərbiyə müəssisələrində profilə uyğun tədbirlərin keçirilməsində metodiki və praktiki kömək göstərir. Dərnək rəhbərlərinə metodiki köməklik göstərir. Tədris prosesində şagirdlərin yaradıcılığını, profil üzrə tərbiyənin qoyuluşunu öyrənir və yayılması təşəbbüsündə olur. Metodiki şuraya məsələlər hazırlayır. Profil üzrə müsabiqələr, yarışlar, seminarlar, sərgilər təşkil edir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, “Azərbaycan Uşaqlar Birliyinin Əsasnaməsi”ni, təhsil məsələlərinə dair qanunvericilik və normativ sənədləri, əmək qanunvericiliyinin əsaslarını, pedaqogika və psixologiyanı, peşə təliminin metodikalarını, gigiyena-fiziologiyanın əsaslarını, uşaq və gənclərin təlim-tərbiyə məsələləri üzrə hökumət və digər dövlət orqanlarının qərarlarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə – şöbə müdiri – müvafiq ixtisas üzrə ali təhsilli, 5 ildən az olmayaraq müvafiq iş stajı;

12-ci dərəcə – bölmə müdiri – müvafiq ixtisas üzrə ali təhsilli, 3 ildən az olmayaraq müvafiq iş stajı.

METODİST

Əmək funksiyası:

Təhsil şöbələrinin müvafiq metodistlərinin, məktəblərin tədris işləri üzrə direktor müavinlərinin iştirakı ilə yeni alınmış filmlərə filmotekada baxış keçirir, bu filmlərin təbliğinə dair rayon mətbuatı və radio qovşağı vasitəsilə çıxış edir, məktəblərə ekran vasitələrindən istifadə işində yaxından köməklik göstərir. Rayonun bütün məktəblərində tədris kinofilmlərindən istifadəni təşkil edir. Məktəblərdə müxtəlif fənlər üzrə tədris kinofilmlərindən istifadə edilməsinə dair açıq dərslər təşkil edir. Bu sahədə qabaqcıl müəllimlərin qazandıqları təcrübəni öyrənir, ümumiləşdirir və məktəblər arasında yayır. Təhsil Qanununun tələblərinə müvafiq olaraq məktəblərin filmoteka ilə əlaqələrinin gücləndirilməsi işini təşkil edir. Məktəblərdə tədris kinosuna dair metodiki işi təşkil edib bunun effektivliyini yüksəldilməsi üzrə təkliflər verir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, tədris müəssisələri fəaliyyətinin sahələri üzrə normativ sənədləri, tədris prosesinin təşkili sisteminin, tədris müəssisələrində pedaqoji işin effektiv forma və metodlarının aşkara çıxarılması, ümumiləşdirilməsi və yayılması metodikasını, metodiki və informasiya materiallarının sistemləşdirilməsi prinsiplərini, audiovizual və interaktiv təlim vəsaitlərinin, prokatın təşkilinə, vəsaitlər fondunun məzmununa verilən tələbləri, məktəblərdəki kino nümayişçilərinin sayını, filmotekanın fondunda saxlanılan tədris filmlərinin fənlər üzrə miqdarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə – orta ixtisas təhsili olan;

10-cu dərəcə – ali təhsili olan.

MUSİQİ RƏHBƏRİ

Əmək funksiyası:

Proqrama uyğun olaraq uşaqların musiqi tərbiyəsini həyata keçirir. Uşaqlarda musiqiyə maraq və məhəbbət hissinin yaranmasına, inkişafına, musiqi qabiliyyətinin formalaşdırılmasına xidmət edir, pedaqoji kollektivlərlə və ailə ilə birlikdə uşaqların estetik tərbiyəsinin inkişafı üzrə işlər aparır, onlarda ümumi musiqi mədəniyyətinin, yaradıcılıq qabiliyyətinin formalaşdırılması ilə məşğul olur. Musiqi məşğələləri, ədəbi-musiqili konsertlər, bayramlar təşkil edir, müxtəlif növ əyləncələrin hazırlanması və aparılmasında iştirak edir, uşaqlara musiqi alətində çalmağı öyrədir və onları bir orkestrdə birləşdirir. Musiqi fəaliyyətinin müxtəlif növləri üzrə uşaqlarla müntəzəm olaraq fərdi iş aparır. Musiqi qabiliyyətinə malik istedadlı uşaqları aşkara çıxarır və onların inkişafına hərtərəfli təsir göstərir. Tərbiyəçiləri uşaqlarla musiqi məşğələləri aparmağa hazırlayır, səhər idmanının keçirilməsində, kostyumların hazırlanmasında və zalın bayramsayağı tərtibində onlara köməklik göstərir. Uşaq və yaşlılarla apardığı işdə xalq musiqi alətlərindən və eləcə də müasir texniki vasitələrdən istifadə edir. Tərbiyə prosesində incəsənət ustalarının ifasında lentə yazılan klassik musiqili-ədəbi əsərlərə geniş yer verir, uşaq bağçası işçilərinin musiqi mədəniyyətinin yüksəlməsinə kömək edir.

Bilməlidir:

“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, məktəbəqədər pedaqogikanı, uşaq psixologiyasını, yaş fiziologiyasını, sanitariya və gigiyenanı; musiqi tərbiyəsi nəzəriyyəsini və metodikasını, uşaqlar üçün klassik və müasir musiqi repertuarını, onların tərbiyə və təlim proqramlarını, musiqi alətində peşəkarcasına ifa texnikasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə (musiqi rəhbəri) – orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;

9-cu dərəcə (musiqi rəhbəri) – a) ali ixtisas təhsilli, iş stajına tələb qoyulmadan; b) orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən; v) orta ixtisas təhsilli, 5 ildən 10 ilə qədər pedaqoji iş stajı olan;

10-cu dərəcə (musiqi rəhbəri) – ali ixtisas təhsilli, 3 ildən 8 ilədək pedaqoji iş stajı olan; b) ali məktəbi fərqlənmə diplomu ilə bitirən; v) orta ixtisas təhsilli. 10 ildən 15 ilədək pedaqoji iş stajı olan;

11-ci dərəcə – (II kateqoriyalı musiqi rəhbəri) – a) ali ixtisas təhsilli, 8 ildən 13 ilədək pedaqoji iş stajı olan; b) orta ixtisas təhsilli, 15 ildən çox pedaqoji iş stajı olan;

12-ci dərəcə – (I dərəcəli musiqi rəhbəri) – a) ali ixtisas təhsilli, 13 ildən 18 ilədək pedaqoji iş stajı olan; b) orta ixtisas təhsilli, iş təcrübəsi respublika səviyyəsində yayılmış.

13-cü dərəcə (Ali kateqoriyalı musiqi rəhbəri) – ali ixtisas təhsilli, 18 ildən çox pedaqoji iş stajı olan.

XXII B Ö L M Ə

MƏDƏNİYYƏT TƏHSİLİ ÜZRƏ RESPUBLİKA ELMİ-METODİKİ MƏRKƏZİ

DİREKTOR

Əmək funksiyası: Elmi-Metodiki Mərkəzə rəhbərlik edir. Respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, Bakı Xoreoqrafiya məktəbində tədrisin metodiki təminatı üçün məsuliyyət daşıyır. Bu məktəblərdə tədrisin vəziyyətini təhlil edir, onun yaxşılaşdırılması üçün Mədəniyyət Nazirliyinə konkret və əsaslandırılmış təkliflər verir.

Məktəblərin tədris plan və proqramları ilə, tədris-metodiki ədəbiyyatla, əyani vasitələrlə, uçot və blank sənədləri ilə, jurnallarla təmin edilməsi üçün tədbirlər görür.

Rəhbər və pedaqoji işçilərin metodiki hazırlığının və ixtisasartırma vəziyyətinin təhlilini təşkil edir.

Elmi-pedaqoji konfransların, seminarların keçirilməsini təşkil edir, baxış – müsabiqələrin, festivalların, sərgilərin keçirilməsi üçün təkliflər verir. Təlimin yeni forma və metodlarının tətbiqinə dair eksperimentlərin keçirilməsinə və onun nəticələrinin ümumiləşdirilməsinə rəhbərlik edir. Mərkəzin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Bilməlidir: Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” Qanununu, “Azərbaycan Respublikasının Təhsil Qanununu”, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Mədəniyyət Nazirliyinin normativ sənədlərini, məktəblərdə musiqi, rəssamlıq, xoreoqrafiya tədrisinin əsaslarmı, maliyyə-təsərrüfat işlərinin idarə edilməsinin forma və metodlarmı. Ödəniş dərəcələrinə ixtisas tələbləri: 18-ci dərəcə – ali ixtisas təhsili, 10 il pedaqoji və bunun da 5 ildən az olmayaraq rəhbər vəzifələrdə əmək stajı.

METODİST

(böyük, baş metodist də daxil olmaqla)

Əmək funksiyası: Mərkəzin Əsasnaməsinə uyğun olaraq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, Bakı Xoreoqrafiya Məktəbində təlim-tərbiyə və metodiki işlərin vəziyyətini öyrənir və təhlil edir, bu işlərin səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir. Konkret ixtisası üzrə tədris plan və proqramlarının, dərs vəsaitlərinin hazırlanmasında iştirak edir. Tədris müəssisələrində eksperimental işlərin nəticələrini təhlil edir və ümumiləşdirir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və yayır. Metodiki bölmələrin keçirdiyi seminarlarda, müsabiqələrin, festival və sərgilərin təşkilində iştirak edir.

Fənlərin tədrisi keyfiyyətmi öyrənmək məqsədilə dərs və məşğələlərdə iştirak edir, yoxlama və sınaq işlərinin, imtahanların nəticələrini ümumiləşdirir, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, qabaqcıl pedaqoji təcrübənin, təlimin yeni forma və metodlarının tətbiqi sahəsində tədris müəssisələrinin pedaqoji kollektivlərinə məsləhət və tövsiyyələr verir, açıq dərslər, təlimatı-metodiki müşavirələr təşkil edir.

Məktəblərin pedaqoji şuraları və fənn birləşmələrinin işində, metodiki tövsiyyələrin, tədris proqramlarının tərtibində iştirak edir. Metodiki bölmələrə (birləşmələrə) rəhbərlik edir, şəxsən açıq dərslər keçirir. tədris-proqram sənədlərinin, dərslik və dərs vəsaitlərinin işlənib hazırlanmasına rəhbərlik edir.

Bilməlidir: Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” Qanununu, “Azərbaycan Respublikasının Təhsil Qanununu”, Mədəniyyət Nazirliyinin normativ sənədlərini, məktəblərdə musiqi rəssamlıq, xoreoqrafiya tədrisinin əsaslarını, tədris prosesinin təşkili sistemini, ixtisaslar üzrə tədris planlarının və fənlər üzrə proqramların tərtibi və onlardan istifadə qaydalarını, tədris müəssisələrində pedaqoji işin səmərəli forma və metodlarının müəyyənləşdirilməsi və ümumiləşdirilməsi metodikasını, metodiki işin təşkili prinsiplərini və məzmununu, nəşriyyat işlərinin əsaslarmı, pedaqoji informasiya materiallarının sistemləşdirilməsi prinsiplərin, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi norma və qaydalarını, yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) – ali ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj;

14-cü dərəcə (böyük metodist) – ali ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj və bunun da 5 ildən az olmayaraq metodist vəzifəsində əmək stajı;

15-ci dərəcə (baş metodist) – alı ixtisas təhsili, 15 ildən çox pedaqoji staj və bunun da 10 il-dən çox metodist vəzifəsində əmək stajı.

XXIII B Ö L M Ə

RESPUBLİKA MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ İŞÇİLƏRİNİN HAZIRLIQ

VƏ İXTİSASARTIRMA MƏRKƏZİ

DİREKTOR

Əmək funksiyası: Mərkəzin mədəniyyət və ixtisasartırma işini, kursun bütün fəaliyyətini müasir tələblər baxımından istiqamətləndirir və rəhbərlik edir. Mərkəzin işinin cari və perspektiv planlaşdırılmasını həyata keçirir. Mədəniyyət Nazirliyi sistemində çalışan mədəniyyət işçilərinin bütün kateqoriyalar üzrə ixtisasının artırılması və yenidən hazırlanması sahəsində səmərəli forma və metodlardan istifadə olunmasını təşkil edir. İxtisasartırma məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarmı yerinə yetirir, qabaqcıl mədəniyyət və pedaqoji təcrübənin öyrənilib yayılmasına xüsusi diqqət verir.

Tədris-metodiki işin aparılmasına, ixtisasartırmanın bütün növləri üzrə plan və proqramların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Respublika miqyasında təlimatı seminar, müşavirə keçirilməsini təşkil edir.

Mərkəzin adından yuxarı təşkilatlar qarşısında çıxış edir, təkliflər verir, problem məsələlər qaldırır.

Mərkəzin maddi-texniki bazasının genişləndirilməsini və təkmilləşdirilməsini, ayrılmış vəsaitin düzgün xərclənməsini, əməyin mühafizəsi və avadanlığın saxlanılması tələblərinin yerinə yetirilməsini təmin edir.

Mərkəzin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

Bilməlidir: Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” Qanununu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, təhsil müəssisələrinin işinin təşkili üzrə, işçilərin ixtisaslarının artırılmasına aid yuxarı orqanların və digər rəhbər təşkilatların qərar, sərəncam, əmr, metodik və digər normativ sənədlərini, mədəniyyət sahəsində ölkənin və xarici ölkələrin nailiyyətlərini, kadrların ixtisasının artırılması və yenidən hazırlanmasının ənənəvi, yeni forma və metodlarını, tədris-metodik sənədlərin işlənməsinə verilən tələb və qaydaları. mühazirəçilərin və müəllim heyətinin əməyinin ödənilməsi qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalan.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

18-ci dərəcə – ali ixtisas təhsili, ixtisası üzrə rəhbər vəzifələrdə 10 ildən az olmayaraq əmək stajı.

METODİST

( böyük, baş metodist də daxil olmaqla)

Əmək funksiyası: Kadrların ixtisasının artırılması və yenidən hazırlanmasının bütün forma və növləri üzrə tədris-metodiki işi təşkil edir və həyata keçirir, tədris prosesinin planlaşdırılmasında, tədris plan və proqramlarının, vəsait və metodik tövsiyələrinin işlənməsində, mühazirəçilər heyətinin seçilməsində, tədris qrupları üçün dərs cədvəlinin hazırlanmasında iştirak edir. Kadrlarla aparılan işin forma və metodlarını təkmilləşdirir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir və təbliğ edir. Öz fəaliyyətində müasir mütərəqqi ideya və formalardan, təlimin müasir forma və metodlarından istifadə edir, tövsiyyə xarakterli elmi-metodiki məqalələr yazır. Görülən işlərin qəbul edilmiş qaydada uçotunu aparır, onun nəticələrini və səmərəliliyini təhlil edir.

Bilməlidir: təhsil üzrə direktiv və normativ sənədləri, ölkənin və xarici ölkələrin mədəniyyət sahəsindəki nailiyyətlərini, kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması üzrə forma və metodları, tədris plan, proqram və tədris-metodik sənədlərin işlənməsini, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi üzrə qayda və normaları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

13-cü dərəcə (metodist) – ali ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj;

14-cü dərəcə (böyük metodist) – alı ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj və bunun da 5 ildən az olmayaraq metodist vəzifəsində əmək stajı;

15-ci dərəcə (baş metodist) – ali ixtisas təhsili, 15 ildən çox pedaqoji staj və bunun da 10 il-dən çox metodist vəzifəsində əmək stajı.

XXIV B Ö L M Ə

TƏHSİL (TƏDRİS-TƏRBİYƏ) MÜƏSSİSƏLƏRİ BAŞ MÜHASİB

Əmək funksiyası: Qüvvədə olan “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq təhsil müəssisəsi tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat uçotu və hesabatının məlumatları üzrə təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirir.

Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesabatlarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliyyatlarının uçotunu təşkil edir.

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.

Pul vəsaitləri və əmtəə-mal qiymətlilərinin çatışmazlıqları və oğurlanması haqda materialların tərtibində iştirak edir. Lazımi hallarda materialların hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin mühasibat balansından silinməsi qaydalarının təmin edilməsi işlərini görür.

Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə yetirilməsinə nəzarət edir.

Mühasibatlığın işçiləri arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik və nəzarət edir.

Mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına daima diqqət yetirir.

Bilməlidir: Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, “Azərbaycan Respublikasının Təhsil Qanununu”, mühasibat uçotunun təşkili, hesabatın tərtibi və təhsil müəssisəsinin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını, təhsil müəssisəsinin strukturunu, onun perspektiv inkişafmı, mühasibat uçotunun təhsil müəssisəsində təşkilinin təlimat və müddəalarını, maliyyə hesabatlarının forma və qaydalarmı, pul vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını, pul, əmtəə vəsaitlərinin çatışmazlıqları, debitor borclarının silinməsi qaydalarım, debitor və kreditorlarla hesablaşma qaydalarım, mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını və müddətlərini, yoxlama və sənədli təftiş qaydalarmı, təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində mütərəqqi metodları, işin təşkilini, iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini, vətəndaşlıq hüququnu, əmək, maliyyə, vergi qanunvericiliyini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

Ali təhsil məktəblərində və alı təhsil məktəblərinə bərabər tutulan tədris (təlim) müəssisələrində: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq əmək stajı:

15-ci dərəcə: 3-cü kateqoriya ali təhsil məktəblərində:

16-cı dərəcə: 2-ci kateqoriya ali təhsil məktəblərində;

17-ci dərəcə: 1-ci kateqoriya ali təhsil məktəblərində.

Orta ixtisas, peşə təhsili, ümumtəhsil və digər tədris-tərbiyə müəssisələrində: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

Müvafiq təhsil (tədris-tərbiyə) müəssisənin direktorunun (müdirinin) əməyinin ödəniş dərəcəsindən bir dərəcə aşağı müəyyən edilir (12-15-cı dərəcələr).

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN

SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

Q Ə R A R

29 mart 1997-ci il № 16-4/3

Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin

vahid tarif-ixtisas sorğu kitabçasının /hissə 75/

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası

Q Ə R A R A A L I R:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçası” /hissə-75/ təsdiq edilsin.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 oktyabr 1993-cü il tarixli 18 nömrəli “Büdcədən maliyyələşdirilən Azərbaycan Respublikasının təhsil idarə və təşkilatları işçilərinin vəzifələri üzrə əməyin ödənilməsi dərəcələri haqqında”, 15 noyabr 1993-cü il tarixli 27 nömrəli “Büdcədən maliyyələşdirilən Azərbaycan Respublikasının təhsil idarə və təşkilatları işçilərinin vəzifələri üzrə tarif-ixtisas xüsusiyyətlərinin razılaşdırılması haqqında” qərarları və bu qərarlarda dəyişikliklər və əlavələr edilməsi haqqında 25 fevral 1994-cü il 4 nömrəli və 13 yanvar 1995-ci il 3 nömrəli qərarları (“Təlim-tərbiyə müəssisələrinin rəhbəri /diretoru, rəisi, müdiri/” bölməsindən başqa) öz qüvvəsini itirmiş hesab edilsin.

Əlavə №2

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin 05 sentyabr 1995-ci il tarixli

19 saylı qərarı ilə təsdiq edilmişdir.

BÜTÜN SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN QULLUQÇU VƏZİFƏLƏRİNİN

ƏLİFBA SIRASI İLƏ ADI VƏ DƏRƏCƏLƏR DİAPAZONU

Təhsil haqqında azərbaycan respublikasının qanunu

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1) yol hərəkəti — xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur; 2) yol hərəkətinin təşkili — nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir; 3) yol hərəkətinin təhlükəsizliyi — yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir; 4) beynəlxalq yol hərəkəti — bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir; 5) avtomobil yolu — yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur; 6) avtomagistral — nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki: həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz; ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur; hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.[1] 7) yolun hərəkət hissəsi — yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); 8) yol çiyini — yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, “yol çiyini” digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır; 9) baş yol — kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklüsahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); 10) piyada keçidi — yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur; 11) yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12) nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; 13) nizamlanmayan yolayrıcı — nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; 14) ayırıcı zolaq — yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir;[2] 15) hərəkət zolağı — yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; 16) səki — yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 17) nəqliyyat vasitəsi — yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür); 18) mexaniki nəqliyyat vasitəsi — asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir; 19) avtomobil — yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatəedir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir); 20) operativ nəqliyyat vasitələri — yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir; [3] 21) qoşqu — mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir; 22) yarımqoşqu — avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur; 23) uzun ölçülü nəqliyyat vasitəsi — uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir; 24) özügedən maşınlar — tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir; 25) təkərli traktor — yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir; 26) motosiklet — mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də motosikletlərə bərabər tutulur); 27) moped — iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, motosiklet və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);[4] 28) velosiped — əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir; 29) nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; 30) məcburi dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır; 31) nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; 32) parklanma – nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır.[5] 32-1) parklanma yeri – yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir;[6] 33) yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir; 34) sürücü — hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur); 35) sərnişin — nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir; 36) piyada — nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur); 37) velosipedçi — əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir; 38) mal-qara ötürən — mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir; 39) ötmə – hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;[7] 40) üstünlük — nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur; 41) yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir; [8] 42) məhdudiyyətli görünmə — duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir; 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. 44) ümumi istifadədə olan nəqliyyat vasitəsi – sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay); 45) mütəşəkkil nəqliyyat dəstəsi – qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir; 46) avtoqatar – bir mexaniki nəqliyyat vasitəsinə qoşularaq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən ibarət tərkibdir; 47) icazə verilən maksimum kütlə – istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir; 48) sutkanın qaranlıq vaxtı – sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir; 49) yaşayış məntəqəsi – giriş və çıxışları müvafiq olaraq 5.22-5.25 nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir; 50) yaşayış zonası – yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 5.51 və 5.52 nişanları ilə işarələnmiş hissəsidir;[9] 51) ağırçəkili nəqliyyat vasitəsi – ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir; 52) iriqabaritli nəqliyyat vasitəsi – ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;[10] 53) texnoloji nəqliyyat vasitəsi – küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir;[11] 54) taxoqraf – nəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin nəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.[12]

Maddə 2. Qanunun təyinatı

Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri

Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti, habelə yol hərəkəti standartlarını müəyyən etmək və onları həyata keçirmək; 2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar qəbul etmək, onların icrasını həyata keçirmək; 3) yol hərəkətinin inkişafının və təhlükəsizliyinin təmin edilməsinə dair ölkə və onun inzibati ərazi vahidləri üzrə proqramları və planları qəbul etmək, onların icrası üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək; 4) yol hərəkətinin inkişafına və təhlükəsizliyinə dair proqramları və planları, avtomobil yolları şəbəkəsinin saxlanılması və inkişaf etdirilməsi, yollarda təhlükəsiz hərəkətin, habelə yol hərəkətinə dair ekoloji tələblərin təmin edilməsi sahəsində həyata keçirilən tədbirləri dövlət büdcəsindən maliyyələşdirmək; [13] 5) yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətləri təşkil etmək, o cümlədən texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək; 6) avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə, saxlanılmasına və qorunmasına dair, habelə Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair vahid tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;[14] 7) avtomobil yollarının təmiri və saxlanılması ilə bağlı fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən digər növ fəaliyyətin həyata keçirilməsi, nəqliyyat vasitələrinin təmiri və istismarı, daxili və beynəlxalq sərnişin və yük daşımaları, təhlükəli yüklərin daşınması qaydasınımüəyyən etmək; 8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının və sürücülük vəsiqəsinin nümunələrini müəyyən etmək; 9) ekoloji təhlükəsiz tələblərinə əməl etməklə, yol hərəkəti iştirakçılarının ehtiyaclarının təmin olunması məqsədilə avtomobil yollarının saxlanılmasını, təmirini, yenidən qurulmasını və tikintisini təşkil etmək və onların həyata keçirilməsinə nəzarət etmək, yolların qəza təhlükəli sahələrini aradan qaldırmaq; 10) yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq dövlət yollarında texniki xidmət sahələri təşkil etmək; 11) yol hərəkəti iştirakçılarının tibbi təminatını, o cümlədən yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardımın göstərilməsini təşkil etmək; 12) sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisəsi və kursların açılmasına razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək, nəzəri və təcrübi imtahanlar qəbul etmək, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq;[15] 13) əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbliği işini təşkil etmək, yol hərəkəti təhlükəsizliyi sahəsində bu Qanunla müəyyən olunmuş tələblərə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etmək; 14) yaşayış məntəqələrinin baş planlarına, müfəssəl planlaşdırılması və tikintisi layihələrinə, kompleks nəqliyyat sxemlərinə və yol hərəkətinin təşkili sxemlərinə uyğun olaraq rayon (şəhər) ərazilərində yol hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərini təşkil etmək; 15) pullu duracaqlarda, qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasını müəyyən etmək; 16) yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək; 17) yol hərəkət təhlükəsizliyini təmin etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda təmir-tikinti işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi istifadədə olan nəqliyyatın müntəzəm hərəkəti marşrutlarının açılması qaydasını müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək; 18) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmişnömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; [16] 19) nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək; 20) Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair müvafiq rəylər vermək, onların sınaqlarında iştirak etmək, bu tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək; 21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini vədövlət qeydiyyat nişanlarını vermək;[17] 22) yollarda nəqliyyatın və piyadaların təhlükəsiz, səmərəli və rahat hərəkətini təşkil etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqavilələr əsasında nəqliyyat vasitələrinin müşayiətini təşkil etmək; 23) yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirmək məqsədilə stasionar postların siyahısını və dislokasiyasını müəyyənləşdirmək və təşkil etmək, bu postları texniki vasitələrlə, habelə binalarla, nəqliyyat və rabitə vasitələri ilə, yol-nəqliyyat hadisələrində zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün tibbi ləvazimatla və dava-dərmanla təmin etmək, insanın adi həyati ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitlə təmin etmək; 24) yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək; 25) hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, yol-nəqliyyat hadisələri ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işləri üzrə təhqiqatın aparılmasını və inzibati xətalar haqqında işlər üzrəicraatın həyata keçirməsini təşkil etmək; [18] 26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın mühafizəsini, habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmiş yol hərəkəti iştirakçılarının axtarılmasını təşkil və təmin etmək; 27) yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaq, şəxslərin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almasını təmin etmək;[19] 28) hərəkət üçün ayrılmış yollara nəzarət etmək, hərəkət sürətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək, orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və digər yaşayış məntəqələrindən keçməsini təşkil vətəmin etmək; 29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır: 1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək; 2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq; 3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək; 4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək; 5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək; 6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı formada sövq etməsi qadağandır.

Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri

I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır: 1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq; 2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat almaq; 4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım və digər təcili kömək almaq; 5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək; 6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək; [20] 6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq;[21] 7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək. II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək; 2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək; 3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək; 4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün tədbirləri həyata keçirmək; 5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. Maddə 6-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslərin vəzifələri[22] I. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. II. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. II Fəsil Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə edilməsi[23]

Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır: 1) yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü; 2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması; 4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma. II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir: 1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi; 2) yol hərəkəti təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi; 3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq edilməsi; 4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması; 5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması; 6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması; 7) yol hərəkətinin nizama salınması; 8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili; 9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi; 10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi; 11) ətraf mühitin mühafizəsi; 12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı; 13) yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 14) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və müvafiq qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.

Maddə 8. Yol hərəkətinin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması əsasında təşkil edilməlidir. II. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır. III. Yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün iştirakçıları üçün məcburidir.

Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. II. Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınağı üzrə layihə və podrat işlərinin icrası müsabiqəsi əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə bağlanan podrat müqavilələri əsasında həyata keçirilir. [24] III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların spesifik ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır. [25] IV. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair layihələr yol hərəkətinin təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır. Ekspertiza keçirilməsi zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır. V. Şəhərlərarası avtomobil yollarının sanitariya-mühafizə zonasında yolların tikilməsinə, yol kompleksi tikililərinin ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis kommunikasiyalarının, bionəqliyyat yollarının çəkilməsinə, yaşıllıq zolağısalınmasına, xidmət obyektlərinin açılmasına və hərəkət təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, müəyyənləşdirilmiş qaydada hazırlanan və razılaşdırılan layihələrə uyğun olaraq icazə verilir. Payız-qış mövsümündə yolun sanitariya-mühafizə zonasında müvəqqəti qarsaxlayan qurğunun qurulmasına icazə verilir. VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı məsrəflərin azaldılması qadağandır. VII. Müvafiq razılaşdırma olmadan, layihəçi layihələşdirməyə dair müəyyən edilmiş tələblərdən və ya tapşırıq şərtlərindən kənara çıxdıqda, bu uyğunsuzluğu öz hesabına aradan qaldırır. Layihənin ayrı-ayrı hissələrinin həyata keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda, işlərin icraçısı yol hərəkətinin təhlükəsizliyinə dair əlavə tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir. VIII. Tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş avtomobil yollarının yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu avtomobil yollarının qəbul edilmə aktı ilə təsdiq olunur. Avtomobil yollarının qəbul edilmə aktı yalnız nəzarət qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu komissiyanın avtomobil yollarının və müvafiq yol qurğularının mülkiyyətçilərinin təqdimatı əsasında təşkili qaydasıvə tərkibi, habelə avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [26] IX. Avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır. X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi[27] I. Avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. II. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır. III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir: 1. avtomagistrallarda – bu Qanunun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla; 2. digər avtomobil yollarında – nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda. IV. Bu Qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Maddə 10. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi[28]

I. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə: 1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha da yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədən şərait yarandıqda, yol hərəkəti qadağan edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir;[29] 2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 3) avtomobil yolunun yaxınlığında xəstəxananın olması, onun istiqaməti, yerləşdiyi məsafə, xəstəxananın telefon nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müəssisələrinin yerləşməsi “Tibbi yardım məntəqəsi” yol nişanı iləbildirilməlidir; 4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çəkilməsi, mühafizə işlərinin görülməsi, xidmət obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir; 5) avtomobil yollarında yol şəraiti və hərəkət rejimi haqqında yol hərəkəti iştirakçılarına vaxtında məlumat verilməli, yol şəraitinin xeyli pisləşməsi zamanı (qar yığınları, yolun buz bağlaması) isə, bu məqsədlə radio və televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitindəyol hərəkəti iştirakçılarının təhlükəli yol sahələrini qəzasız keçmələri təmin edilməlidir; 6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməli və təxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir; 7) avtomobil yollarının hərəkət hissəsinin palçıqdan, su, qum və ya qar yığınından, buzdan və yaxud daş düşməsindən təcili olaraq təmizlənməsi üçün tədbirlər görülməlidir; 8) tırtıllı, uzun ölçülü, iri qabaritli, təhlükəli və yükdaşıyan digər ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yollarının üst örtüyünü, yol qurğularını, dəmir yolunu və ya dəmiryol keçidinin avadanlığını zədələyə biləcəyi hallarda, onların hərəkəti qadağan olunmalı və ya yolun təhlükəli olan sahələrini qəzasız keçmələri təmin edilməli, xüsusilə təhlükəli hallarda isə, başqa yol hərəkəti iştirakçılarının hərəkəti məhdudlaşdırılmalıdır; 9) şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemləri qurulmalıdır, nəqliyyat vasitələrinin dayanacaqları, duracaqları, təşkil edilməli və yol hərəkəti iştirakçılarının ilk tibbi yardım almaq, dincəlmək, qidalanmaq, insanın adi həyati və məişət ehtiyaclarının ödənilməsinin təmini məqsədi ilə müvafiq yerlər düzəldilməlidir; 10) avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir. II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına, qorunmamasına və abadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə:[30] 1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;[31] 2) yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları; 3) özəl avtomobil yolları üzrə bu yolların sahibləri; 4) dəmiryol keçidləri üzrə dəmiryol təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. III. Bu maddənin birinci hissəsində göstərilmiş tələblərin hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və həddə bu maddənin birinci hissəsində göstərilmiş tələbləri pozan hüquqi və ya fiziki şəxsləri məsuliyyətə cəlb və tənbeh etmək ixtiyarıvardır. V. Bu maddənin ikinci hissəsində göstərilmiş hüquqi və fiziki şəxslər avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmaması, qorunmaması, onların abadlaşdırılmaması və ya avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmaması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməyə borcludurlar.[32]

Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir. II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. III. Nasaz nəqliyyat vasitələrinin, yüklərin, materialların sahibləri onları ümumi istifadədə olan yolun təhkim zolağı (yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq) hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat vasitələrini, yükləri, materialları təhkim zolağının hüdudlarından kənara çıxarmaq hüququna malikdirlər. Bu zaman avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri nəqliyyat vasitələrinin, yüklərin və materialların salamatlığı üçün məsuliyyət daşımırlar.[33] IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır: 1) örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər), həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti; [34] 2) yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsi, yaxud tutulması, yolda kənd təsərrüfatı məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması; 3) yolların hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;[35] 4) avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;[36] 5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması; 6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi;[37] 7) üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan alması, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsi; 8) avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların və digər yaşıllığın qırılması;[38] 9) kütləvi istirahət yerlərinin təşkil edilməsi; 10) suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi;[39] 11) yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması; [40] 12) müəyyənləşdirilməmiş yerlərdə yola girmə və yoldan çıxma. V. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda aşağıdakılar qadağandır: 1) yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığıhallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması; [41] 2) geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılması, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsi, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi; [42] 3) daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması; 4) yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması; [43] 5) avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması bu Qanunun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi; [44] 6) dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisi, yenidən qurulması, təmiri və ləğvi, çayların və kanalların yatağının dərinləşdirilməsi; 7) bərk örtüklü yollarda avtomobillərin, traktorların, digər özügedən və qoşqulu nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsi; 8) təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi; [45] 9) yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi tədbirlər). VI. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilən hüquqi və ya fiziki şəxslər ilə razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili vəya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarından istifadə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəydikdə, yol örtüyü və yolun mühəndisi konstruksiyası zədələndikdə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edildikdə, onların sahibləri bu zərəri ödəməyə borcludurlar. [46] VII. Bu maddədə sadalanan qadağanlar və məhdudiyyətlər bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən avtomobil yollarının saxlanılması, abadlaşdırılması və avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün görülən işlərə şamil edilmir. VIII. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin bu maddədə göstərilmiş tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər: 1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə; 2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə; 2-1) dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda;[47] 2-2) hərbi vəziyyət rejimi tətbiq edildikdə; [48] 3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda; 4) hava-iqlim şəraiti xeyli pisləşdikdə; 5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə. II. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya özəl yolun sahibi tərəfindən qəbul edilir. Yol şəraiti hərəkət üçün ciddi təhlükəyaradarsa, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarın qəbul edilməsi barədə göstəriş verə bilər. Qərar olmadan, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi, yalnız hərbi vəziyyət rejiminin tətbiqi, fövqəladə hadisələr, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallarda mümkündür. [49] III. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri, qəbul olunan qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər göstərilir. IV. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır. Qərarda göstərilmiş zəruri işlərin icrasına cavabdeh olan şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqanla birlikdə zəruri, o cümlədən dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər. V. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zamanı, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtilə, yalnız bu Qanunda nəzərdə tutulmuş xüsusi işarələrdən, fərqləndirici nişanlardan, svetoforlardan və digər texniki vasitələrdən istifadə olunmalıdır. VI. Yollara xidmət edən yol təsərrüfatı müəssisələri, hərbi vəziyyət rejiminin tətbiqi, fövqəladə və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar istisna olmaqla, avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin planlaşdırılması, habeləbunun üçün müəyyən olunmuş müddətlər haqqında yol istifadəçilərinə qabaqcadan xəbər verməlidirlər. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin hər bir halında yollara xidmət edən yol təsərrüfatı müəssisələri yol hərəkətinin müəyyən olunmuşmüddətdə təcili bərpası üçün zəruri tədbirlər həyata keçirməlidirlər. [50] VII. Bu maddənin müddəalarını, habelə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul olunmuş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

Avtomobil yolları küçələrdən meydanlardan və ya dəmiryol keçidlərindən keçirsə, avtomobil yollarının tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, habelə avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə dair bu Qanunun 9—12-ci maddələrində nəzərdə tutulmuş müddəalar eyni dərəcədə həmin küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsinə, saxlanılmasına və istifadə olunmasına, habelə küçələrdə, meydanlarda və ya dəmiryol keçidlərində hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə də şamil olunur.

Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallardadövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar.[51]

Maddə 15. Yol hərəkətinin nizama salınması

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır.

Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili

I. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış kurslarda həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında” Əsasnamə ilə nizama salınır. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün təhsil müəssisələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota alınmalıdır.[52] II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar, dövlət təhsil standartları əsasında, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən hazırlanır və təsdiq edilir. III. Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələri idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasının qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.[53]

Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması

I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxs: 1) yol-nəqliyyat hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir; [54] 2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil etməlidir; 3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir. II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlayırlar.

Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi

I. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir. II. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyyələr əsasında öyrədilir. III. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilir. IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər. V. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya vasitələrindən də istifadə oluna bilər.

Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı

I. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir. II. Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən edilməsindən ibarətdir. III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir: 1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən; 2) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisəsinə gedərkən və tibb müəssisəsində tibbi yardımın göstərilməsindən. IV. Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili

I. Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər. [55] II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün lazımi tədbirlər görməlidirlər. III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.

Maddə 21. Ətraf mühitin mühafizəsi

I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır. II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi üçün məsuliyyət daşıyırlar.

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli əhəmiyyətli proqramlar işlənib hazırlanır. II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır. III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir: 1) yolların inkişafı və genişləndirilməsi; 2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi; 3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması üzrə tədbirlər; 4) müəyyən dövr üçün proqnozlar; 5) əsaslandırılmış konkret məqsədlər; 6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər; 7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması; 8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi

I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir. II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[56] III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.[57]

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili

I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu aparılır. Bu göstəricilər aşağıdakılardır: 1) yol-nəqliyyat hadisələrinin; 2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin; 3) nəqliyyat vasitələri sürücülərinin; 4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin; 5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı; [58] 6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri. II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır: 1) yaralılar — yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər; 2) həlak olanlar — yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində ölmüş şəxslər. III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və tətbiqini təmin edir. IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi

I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati xətaların, yol-nəqliyyat hadisələrinin, yol-nəqliyyat zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir. II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər.

Maddə 26. Layihə və elmi işlərin aparılması

Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitəçirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində tədbirlər nəzərdə tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar. III Fəsil Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı[59]

I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə dənəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.[60] II. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı vəmodelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 2) tramvayların və trolleybusların — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 3) traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;[61] 4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;[62] 5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır. IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində;[63] 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. IV-I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:[64] 1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili; 3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi;[65] 4) nəqliyyat vasitəsinin müayinəsinin və texniki baxışının növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılması;[66] 5) dövlət rüsumunun, bu Qanunun 27-ci maddəsinin V hissəsində nəzərdə tutulan inzibati cərimənin, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;[67] 5-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;[68] 6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi; 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. [69] V-I. Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən daşınar əmlakın müvafiq rəsmi reyestrində aparılır və reyestrdən çıxarış ipoteka saxlayana təqdim edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir.[70] V-II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir: 1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə; 2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə. Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu Qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.[71] VI. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncühissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin , yaxud ödənclərin ödənilməsi barədə sənəd;[72] 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. VI-I. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.[73] VII. Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur, nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir. VIII. Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuşorqan tərəfindən ona göstəriləcək xidmət üçün rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəkeçirməlidir.[74] IX. Bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:[75] 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda; 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə. X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən, bu maddənin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanında təxirəsalınmadan müvəqqəti uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir. XI. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır. XII. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidirlər: 1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);[76] 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin , yaxud ödənclərin ödənilməsi barədə sənədi;[77] 4) lazım olarsa, nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu təsdiq edən sənədi;[78] 5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini. XIII. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuşmüvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir.[79] XIII-I. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin VI-I hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.[80] Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu maddənin IV-I, V və VI hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.[81] XIII-II. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.[82] XIV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuşsənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. XVI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. XVII. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilənəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. XVIII. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuşqaydada məsuliyyət daşıyırlar. XIX. Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[83]

Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi[84]

I. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir: 1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — “A”; 2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — “B”; 3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — “C”; 4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — “D”; 5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — “E”; 6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “F”; 7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “G”; 8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — “H”. II. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Certificat dimmatriculation”), bu maddənin birinci hissəsinin 1-ci—8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. III. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. IV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir.[85] V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən dövlət rüsumu alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir. VI. Bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər.

Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı

I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.[86] III. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.[87] IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir. VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.[88]

Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi

I. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. II. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:[89] 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər.[90] III. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları (sahələri) tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir stansiyalarında (sahələrində) həyata keçirirlər.[91] IV. Nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinətəminatlı texniki xidmət göstərilməsi haqqında”, “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir.[92] V. İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə.[93] VI-I. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:[94] 1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi; 2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi; 3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi; 4) dövlət rüsumunun, bu Qanunun 30-cu maddəsinin VIII hissəsində nəzərdə tutulan inzibati cərimənin, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;[95] 4-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;[96] 5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi. VI-II. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri – istehsal olunduğu vaxtdan bir il müddətində; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin VI-II hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) – istehsal olunduğu vaxtdan dörd il müddətində.[97] VII. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir: 1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi; 2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; 3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə); 4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi;[98] 5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini.[99] VIII. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir. [100] IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.[101] X. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyəgörə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təminatlı texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması

I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. “Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında” nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir. II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları: 1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar; 2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar. III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların vədayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri: 1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər; 2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar; 3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər; 4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər; 5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər. V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası

I. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. II. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. IV Fəsil Nəqliyyat vasitələrini İdarəetmə hüququ

Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ

I. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır: 1) velosipedi və ya arabanı idarəetmə hüququ – 14 yaşdan; 2) asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 16 yaşdan; 3) “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 18 yaşdan; 4) “BE” – kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 19 yaşdan (“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə); [102] 5) tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan; [103] 5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);[104] 5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə); 6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);[105] “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər “BE” kateqoriyasına, “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər isə müvafiq olaraq “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdirlər. [106] Hərbi qulluqçular “CE”, “D” və “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.[107] III. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir.[108] IV. Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.[109] V. Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. VI. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyəburaxılmırlar. [110]

Maddə 34. Sürücülük vəsiqəsi

I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. II. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: 1) motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; 2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. III. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: 1) sahibinin soyadı; 2) sahibinin adı və atasının adı; 3) sahibinin doğum tarixi və yeri; 4) sahibinin yaşayış yeri; 5) vəsiqəni vermiş orqanın adı; 6) vəsiqənin verilmə tarixi və yeri; 7) vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; 8) vəsiqənin nömrəsi; 9) vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; 10) sahibinin qan qrupu və imzası; 11) xüsusi qeydlər; 12) bu Qanunun 35-ci maddəsinin IV-II hissəsinə müvafiq olaraq nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan zamanı avtomatik transmissiyalı nəqliyyat vasitəsindən istifadə edilmişdirsə yalnız “B” kateqoriyasına aid avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd.[111] IV. Avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir: 1) “A1” – mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; 2) “A” – bütün növ motosikletləri idarə etmək üçün; 3) “B” – aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; 4) “C” – “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; 5) “D” – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; 6) “BE” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; 7) “CE” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; 8) “DE” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; 9) “Tramvay” – tramvayları idarə etmək üçün; 10) “Trolleybus” – trolleybusları idarə etmək üçün.[112] V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. VI. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), bu maddənin üçüncü hissəsinin 1-ci—11-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. VII. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur. VIII. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir. [113]

Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması[114]

I. Bu Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs: 1) müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli; [115] 2) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli; 3) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməlidir. I-I. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.[116] II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:[117] 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;[118] 3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; 4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi.[119] III. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.[120] IV. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən: 1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları; 2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas təhsili müəssisələrinin məzunları; [121] 3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.[122] IV-I. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:[123] 1) dövlət rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;[124] 1-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;[125] 2) növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi; 3) sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera; 4) nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi; 5) nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə. [126] IV-II. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.[127] V. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.[128] VI. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; 2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; 4) onun yararsız hala düşməsi; 5) onun itirilməsi; 6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi; 7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; [129] 8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması. VII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.[130] VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);[131] 2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla); 3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd;[132] 4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.[133] IX. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci— beşinci hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. [134] X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır. XI. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[135] XII. Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya baxılarkən süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilənəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [136] XIII. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:[137] 1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Maddə 35-1. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi[138] I. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. II. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. III. Bu Qanunun 35-1-ci maddəsinin I və II hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. V Fəsil Yol hərəkəti qaydaları

Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları

I. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. II. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. III. Yol hərəkəti iştirakçılarının: 1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək; 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək; 3) hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkət şəraiti haqqında məlumat almaq hüquqları vardır.

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;[139] 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır; 3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; 4) yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir; 5) hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir; 6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyüöyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir; 7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir;[140] 8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir;[141] 9) yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır; 10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir; 11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının — uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal — ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur; 12) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sağ əlindəki üfiqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır; 13) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir; [142] 14) nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir; 15) təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır. II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. III. Mexaniki nəqliyyat vasitələri: 1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə; 2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir. [143] Qeyd: 1) bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə məxsus nəqliyyat vasitələrinə şamil edilmir; 2) nəqliyyat vasitəsindən istifadə etmiş şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalıdırlar, tibb işçiləri isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər; 3) nəqliyyat vasitəsinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim edilməsi ilə əlaqədar xərclər nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir. IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə: 1) nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq; 2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək;[144] 3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək; 4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır. VI. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü Beynəlxalq yol hərəkətində iştirak etdikdə: 1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; 2) nəqliyyat vasitəsində onu qeydə almış dövlətin dövlət qeydiyyat nişanı və fərqlənmə nişanı olmalıdır; 3) bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.[145]

Maddə 38. Velosipedçinin vəzifələri

Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün: 1) texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir; 2) velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

Maddə 39. Mal-qara ötürənlərin vəzifələri

Mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.

Maddə 40. Piyadanın vəzifələri

I. Piyada: 1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habeləmühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər); [146] 2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir; 3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətindəgetməlidirlər); 4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır); 5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır; 6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır; 7) qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar); 8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir; 9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir; 10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında — sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərindəqırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda — ağ, arxada — qırmızı işıq fənəri tutmalıdırlar. V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.

Maddə 41. Sərnişinin vəzifələri

Sərnişin: 1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın); 2) hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır; 3) təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, motosikletdə isə motoşlem geyinməlidir.

Maddə 42. Hərəkətə başlama, manevr etmə

I. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalıvə hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. IV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. VI. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. VII. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. VIII. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. XI. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. [147]

Maddə 43. Avtomagistrallarda hərəkət

I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər. II. Avtomagistrallarda: 1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti; 2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti; 3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq;[148] 4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək; 5) geriyə hərəkət etmək; 6) sürmə təlimi keçmək qadağandır. III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir. IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.

Maddə 44. Dəmiryol keçidlərində hərəkət

I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər. II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir. III. Keçidə girmək: 1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda; 2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq); 3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda); 4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə; 5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində); 6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır. Bundan əlavə: 1) şlaqbaumu özbaşına açmaq; 2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol keçidindən keçirmək; 3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır. IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü: 1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir; 2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir; 3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir. Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı verməkdən ibarətdir.

Maddə 45. Yaşayış zonalarında hərəkət

I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar. II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər. IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər

I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır. II. Velosiped və moped sürücülərinə: 1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək; 2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq; 3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək; 4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək; 5) sərnişin daşımaq; 6) nasaz, müəyyən olunmuş qaydada təchiz edilməyən velosipeddən istifadə etmək; [149] 7) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır. [150] III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər

I. At arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyni ilə də hərəkət etmələri mümkündür. II. Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır. III. Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80—100 metr olmalıdır. IV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. [151] V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. VI. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Qeyd: At arabaları (kirşələr) işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz olunmalıdırlar.

Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri

I. Üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. II. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. [152] Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır. [153] III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir. IV. 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti iləqalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.

Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi

I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. [154] II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar. V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdəsol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. [155] VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi

I. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. II. Nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə;[156] 2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; 3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə; 4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 70 kilometrdən çox olmayan sürətlə; 5) banında adamlar daşıyan yük avtomobilləri — saatda 50 kilometrdən çox olmayan sürətlə; 6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri — saatda 50 kilometrdən çox olmayan sürətlə; 7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri — daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər. III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. [157] IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur. [158] V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər. VI. Sürücülərə: 1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək; 2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq; 3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.[159]

Maddə 51. Ötmə və qarşılıqlı keçmə

I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir.[160] II. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. [161] III. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. VI. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. VII. Qarşılıqlı keçmə çətinləşən hallarda — hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir.

Maddə 52. Dayanma və durma

I. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. II. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. III. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. IV. Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; [162] 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda;[163] 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında;[164] 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. [165] IV-I. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır.[166] V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır. VI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə; [167] 2) yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında; 6) 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında.[168] VII. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. VIII. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. Maddə 53. Parklanma[169] I. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir. II. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir. III. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. IV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. VI. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. VIII. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. IX. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hər biri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinin təşkili qadağandır. X. Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlillər üçün ayrılır. Əlillər üçün ayrılmış parklanma yerləri göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri vasitəsilə işarələnir. Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlil” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. XII. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. XIII. Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur. XIV. Ödənişli parklanma yerlərində istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir: 1) ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; 2) parklanma yerlərindən istifadə qaydaları; 3) bu maddənin XIX hissəsində nəzərdə tutulduğu halda nəqliyyat vasitəsinin aparılacağı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumat; 4) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri. XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. XVI. Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. XVII. Parklanmaya görə ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. XVIII. Parklanmaya görə ödəniş qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi, nəqliyyat vasitəsinin parklanma yerinə daxil olduğu və oranı tərk etməli olduğu vaxt, parklanmaya görə edilmiş ödənişin məbləği göstərilməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən nəqliyyat vasitəsinin parklanma yerinə daxil olmasına dair parkomatdan parklanma qəbzi ala bilər. Bu zaman parklanma qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi və parklanma yerinə daxil olduğu vaxt göstərilir. XIX. Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər. XX. Bu Qanunun XIX hissəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra 1 saat ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.[170] XXI. Sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin XVI hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. XXII. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər. XXIII. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması qadağandır. XXIV. Parklanma yerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsinin parklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yol verilmir. XXV. Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması

I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.[171] II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. III. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. IV. Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir. V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən). VI. “Uşaqlar” tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması

I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. IV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır. V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır: 1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir; 2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir; 3) yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır; 4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir; 5) nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır (yedəyə almaq üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir); 6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır; 7) yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və yük avtomobilinin bort platformasında sərnişin daşınması qadağandır; 8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi yolu ilə həyata keçirilməlidir; 9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları iləişarələnir. VI. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir: 1) buzlu yol şəraitində; 2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda; 3) ikitəkərli motosikletlərlə və ya onları; 4) birdən artıq nəqliyyat vasitəsini.

Maddə 56. Adamların daşınması

I. Banında adamlar daşınan yük avtomobillərini yalnız “S” kateqoriyalı (kabinədəki sərnişinlər də daxil olmaqla 8 nəfərədək adam daşındıqda), habelə “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə icazə verilir. II. Yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır. Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata keçirilir. III. Bort platforması olan yük avtomobili aşağıdakı qaydada təchiz edildikdə onun banında adamların daşınmasına yol verilir: 1) yük avtomobilinin banında oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, bortun üst hissəsindən ən azı 0,3 metr aşağıda bərkidilməlidir; 2) arxa və yan bortlar boyu yerləşən oturacaqların söykənəcək hissəsi möhkəm olmalıdır.[172] IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır. V. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaq olar. VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiət edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş olduqda, gedə bilərlər. VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin önündə və arxasında “Uşaqlar” tanınma nişanı olmalıdır. VIII. Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır. IX. Adamların daşınması: 1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə; 2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq; 3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir. X. Sərnişinlərə: 1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya güclə açmaq; 2) hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat vasitələrinin pillələrində dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq; 3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq; 4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq; 5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək; 6) nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır. XI. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. [173]

Maddə 57. Yüklərin daşınması

I. Daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. II. Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. III. Yükün daşınmasına: 1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması; 2) sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi; 3) yükün yerlə sürünməməsi və yola düşməməsi; 4) yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması; 5) səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir. IV. Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır. V. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır. VI. Ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir. VII. Taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir. VIII. Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır. IX. Mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə: a) nəqliyyat vasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda, onun damında yük daşımaq; b) yük yerinin qarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır. X. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınır.

Maddə 58. Nizamlayıcının siqnalları

I. Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur (2 saylı Əlavə). II. Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır: 1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar: a) “Diqqət. Hərəkət dayandırılsın” siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir; b) “Müəyyən istiqamət üzrə hərəkət” siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir; v) “Sola dönmə” siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağvə arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə qadağan edir; 2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar: a) “Sürəti azaldın” siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaldılmasını tələb edir; b) “Sürəti artırın” siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir; v) “Dayanın” siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir. III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər. IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər. V. Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.

Maddə 59. Svetoforun siqnalları

I. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsindəyerləşdirilir. III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyədönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. V. Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir. VI. Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200´200 mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə olunur. VII. Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər. VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti müvafiq sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır. IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün “T” hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və ya bir neçə siqnal — hərəkətə icazə verir. Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal yananda — sola, ortadakı yananda — düzünə, sağdakı yananda — sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, hərəkət qadağandır. X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı siqnal olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığı halda hərəkətə icazəverir. XI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda svetoforlar qurmaq qadağandır. XII. Yollarda svetoforların qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. XIII. Müvafiq qərar olmadan svetoforların qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar. [174]

Maddə 60. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi

I. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. II. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. III. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. VI. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər.

Maddə 61. Yol nişanları

I. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). II. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. IV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir. VI. Yol nişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmir işləri görülürsə, yolun üstü sürüşkəndirsə və s.) və onların istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdırlar. VII. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağınəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündəqurulurlar. VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə: 1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında — 1,5—2,2 metr; 2) eyni ilə yaşayış məntəqələrində — 2—4 metr; 3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində — 0,6 metrdən az olmadan; 4) yolun hərəkət hissəsinin üstündə — 5—6 metr təşkil etməlidir. IX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5—2,2 metr, 5.20.1, 5.21.1—5.27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5—5 metr olmalıdır. X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır. XI. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. XII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

Maddə 62. Xəbərdarlıq nişanları

I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150—300 metr, yaşayış məntəqələrində isə 50—100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər. IV. Xəbərdarlıq nişanlarını: 1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10—15 metr qalmış (7.1.1 lövhəciyi olmadan); 2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında; 3) yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış; 4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.

Maddə 63. Üstünlük nişanları

I. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. II. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.

Maddə 64. Qadağan nişanları

I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. II. Onların dairəvi forması, ağ fonu, 3.27—3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. IV. 3.2—3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir. V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 1) 3.1—3.3, 3.18.1, 3.18.2, 3.19, 3.27 — ümumi istifadədə olan nəqliyyat vasitələrinə; 2) 3.2—3.8 — işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 3) 3.28—3.30 — taksometri işləyən taksilərə; 4) 3.2, 3.28—3.30 — I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına malik nəqliyyat vasitələrinə; 5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur. VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 1) 3.16 və 3.26 nişanları üçün — 7.2.1 lövhəciyi tətbiq etməklə; 2) 3.20, 3.22, 3.24 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar; 3) 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. IX. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. [175]

Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları

I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. II. Bu nişanların dairəvi forması və mavi fonu vardır. III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. IV. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, ümumi istifadədə olan nəqliyyat vasitələrinin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır. [176]

Maddə 66. Məlumatverici-göstərici nişanlar [177]

I. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. II. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdətutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, ağ fon yaşayış məntəqəsi əlaməti deməkdir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur. [178] III. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur. IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə təchiz edildikdə 5.48.1 və 5.48.2 “Qəza dayanacağı yeri” yol nişanlarının aşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır. V. 5.49.1, 5.49.2 və 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralı olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının istiqamətini və məsafəsini göstərir. VI. 5.50.1, 5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni göstərir.

Maddə 67. Servis nişanları

I. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. II. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60—80 kilometr, 15—20 km və 400—800 metr aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən, göstəriləcək obyektlərdən 100—150 metr aralı məsafədə və onlara yaxın dönəcək yerlərdə quraşdırırlar.

Maddə 68. Əlavə məlumat nişanları

I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar. II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2—7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.

Maddə 69. Yolun nişanlanması

I. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. II. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur. III. Yolun nişanlanmasının aşağıdakı formaları vardır: 1) üfiqi; a) uzununa (1.1—1.11); b) köndələninə (1.12—1.15); v) digərləri (1.16.1—1.24); 2) şaquli. IV. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. V. Yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10 və 1.17 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. VI. Üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 2) 1.2 — avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər); 3) 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 4) 1.4 — 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;[179] 5) 1.5 — iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir; 6) 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər); 7) 1.7 — yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər); 8) 1.8 — sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair yerlərdə); 9) 1.9 — reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır; 10) 1.10 — 3.28, 5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan olunduğu yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;[180] 11) 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; 12) 1.12 (stop-xətt) — 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir; 13) 1.13 — kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir; 14) 1.14.1 — nizamlanmayan piyada keçidini, 1.14.2 — piyadaların hərəkət istiqamətini, 1.14.3 — hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir; 15) 1.15 — velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir; 16) 1.16.1—1.16.3 — nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir; 17) 1.17 — ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir; 18) 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyəicazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir; 19) 1.19 — yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti 1.18.1—1.18.3 nişanları ilə birlikdətətbiq oluna bilər; 20) 1.20 — 1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir; 21) 1.21 (“stop” yazısı) — 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir; 22) 1.22 — yolun (marşrutun) nömrəsini göstərir; 23) 1.23 — ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir. VII. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.5—1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; 4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar. VIII. Yol qurğularının elementlərinə (körpülərə, dəmiryol keçidlərinə, dayaq qurğularına və s.) hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlükə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və həmçinin sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq şəklində şaquli nişanlama çəkilir. IX. Şaquli nişanlanma xətləri aşağıdakılardır: 1) 2.1 — yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini (körpülərin dayaqlarını və s.) göstərir; 2) 2.2 — tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir; 3) 2.3 — ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir; 4) 2.4 — istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir 5) 2.5 — kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir; 6) 2.6 — başqa sahələrdə yol sədlərinin yan səthini göstərir; 7) 2.7 — təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir.

Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması

I. Dəmiryol keçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyən və keçiddən hərəkəti qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir. II. İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər. III. Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir. IV. Şlaqbaum quraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidə daxil olmaq qadağandır. V. Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır. VI. Dəmiryol keçidlərinə yaxınlaşma 1.1 və 1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumla nişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən 1.3.1 və 1.3.2 xəbərdarlıq nişanları quraşdırılmalıdır. VII. Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 1.4.1—1.4.6 lövhələri quraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu zaman onları 1.1 və ya 1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər. VIII. Hərəkət intensivliyi az olan keçidlərdə 2.5 üstünlük nişanı quraşdırılır. Həmin keçidlərdə nəqliyyat vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır.

Maddə 71. Yol işlərində olunan işarələr

I. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə): 1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar; 2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri; 3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar; 4) hərəkətin istiqamətini göstərən maneə; 5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr; 6) yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar. II. Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər. III. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır. IV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır. V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır. VI. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir. VII. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdə tutulmalıdır. VIII. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.

Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları

Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə): 1) “Avtoqatar” — qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda — kabinənin damında bir-birindən 150—300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində; 2) “Tikanlı şinlər” — tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında — bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər); 3) “Uşaqların daşınması” — avtobusda və ya yük avtomobilinin banında dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında — qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər); 4) “Kar sürücü” — lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairəşəklində; 5) “Əlil” — I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində; 6) “Həkim” — sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında — tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində; 7) “Təlim nəqliyyat vasitəsi” — sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında — bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə “təlim” sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir); 8) “Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük” — 400´400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində; 9) “Təhlükəli yük” — belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında — 690´300 mm ölçüdə, onun 400´300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir); 10) “Uzunölçülü nəqliyyat vasitəsi” — yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında — 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200´200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdənişanı yerləşdirmək mümkün olmadıqda, azı 600´200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır; 11) “Qəza dayanma nişanı — yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır; [181] 12) “AZ” fərqlənmə nişanı — beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır; 13) “Təcrübəsiz sürücü” — nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır. Qeyd: “Əlil” tanınma nişanı I və II qrup əlillərə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən və ya onların müraciəti və müvafiq əlillik dərəcəsini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənişsiz təqdim olunur. “Əlil” tanınma nişanı yerləşdirilmiş nəqliyyat vasitəsini idarə edən şəxs əlillik dərəcəsini təsdiq edən sənədi özündə saxlamalı və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə yoxlanılması üçün ona təqdim etməlidir.[182]

Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi

I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir. III. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: 1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində — faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə – faralar və ya fənərlər, at arabalarında – fənərlər; [183] 2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində — qabarit işıqları. [184] IV. Uzaq işıq yaxın işığa: 1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə; 2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa; 3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır; 4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar. V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır: 1) motosiklet və mopedlərdə; 2) uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda; 3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində; 4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində; 5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində; 6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrində.[185] V-I. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdudiyyətli görünmə şəraitində – həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində – faraların yaxın və uzaq işıqları ilə birlikdə; 3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə. [186] Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində – həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində — faraların yaxın və uzaq işıqları ilə birlikdə. VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir. [187] VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər: 1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində hərəkət gərginliyi az olan küçələrdə. VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinəyetirərkən istifadə edə bilərlər. IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır. X. “Avtoqatar” tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır.[188] XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: 1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; 2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı — faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir.

Maddə 74. Xüsusi siqnalların tətbiqi

I. Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalıolmalıdır. II. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. III. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. [189] IV. Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. V. Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərtilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir. VI. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir. VII. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 75. Yolayrıcılarının keçilməsi

I. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. III. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. IV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.

Maddə 76. Nizamlanan yolayrıcıları

I. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. III. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavəbölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir.

Maddə 77. Nizamlanmayan yolayrıcları

I. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. II. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. III. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılıolmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. IV. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. V. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır.

Maddə 78. Sürmə təlimi

I. Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir. II. Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir. III. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır. IV. Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi “Təlim nəqliyyat vasitəsi” tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır. V. Siyahısı müəyyən edilmiş qaydada elan olunan yollarda sürmə təlimi qadağandır. VI Fəsil Yol hərəkəti qaydalarının pozuntuları

Maddə 79.(Çıxarılıb)[190]

Maddə 80.(Çıxarılıb)[191]

Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət

Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [192]

Maddə 82.(Çıxarılıb)[193]

VII Fəsil Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarət

Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi

I. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər. II. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.[194] III. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə olunmasınəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.[195]

Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri aşağıdakılardır: 1) bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək; 2) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq; 3) xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını) özündəsaxlamaq;[196] 4) yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək; 5) yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habeləinzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək; 6) tərəfindən aşkar edilmiş yol hərəkəti qaydalarının bütün pozuntularını qeyd etmək, onların dəqiq uçotunu aparmaq və bu barədə tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxslərinə raportla məruzə etmək; 6-1) inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək;[197] 6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək; [198] 7) nəzarət etdiyi yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək; 8) cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına təhvil vermək (bu mümkün olmadığı halda, tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi iləmüraciət etmək).

Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı: 1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir; 2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda;[199] nəqliyyat vasitəsi axtarışda olduqda; nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; bu Qanunun 37-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda. Qeyd: Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.[200] 3) nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir; Qeyd: Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz. [201] 4) nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verir; 5) nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda, sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparır (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərir).[202] 6) aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir).[203] 7) qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, bu haqda şahidlər barədə məlumatları göstərilməklə raport tərtib edir və onu tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqdim edir; 8) şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. [204] Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. 9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). [205] Qeyd: Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. [206] 10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur. [207] Qeyd: Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmiş məbləğdə haqq ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. [208] 11) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu yol hərəkəti qaydalarını pozduğu haqda, ümumi qaydada inzibati protokol tərtib edir (bu maddənin 9-cu bəndində nəzərdə tutulmuş hallar varsa, hərbi hissənin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verir); Qeyd: Bu protokol müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydanı pozan şəxsin xidmət etdiyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Onlar belə fakt üzrə qərar qəbul edib bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər. 12) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir. [209] Qeyd: (Çıxarılıb) [210] 13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər. [211] Maddə 85-1. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat[212] Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.[213] VIII Fəsil Yekun müddəalar

Maddə 86. Beynəlxalq aktların hüquqi qüvvəsi

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş qaydalar Azərbaycan Respublikasının yol hərəkəti qanunvericiliyində nəzərdə tutulanlardan fərqli olduqda, beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 87. Qanunun qüvvəyə minməsi

I. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. Qüvvəyə mindiyi gündən altı ay müddətində yol hərəkəti qaydalarını tənzimləyən bütün digər normativ-hüquqi aktlar bu Qanuna uyğunlaşdırılmalıdır. II. Bu Qanun qüvvəyə mindiyi gündən sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır. Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 iyul 1998-ci il № 517-IQ “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanuna
1 SAYLI ƏLAVƏ
Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı

Comments are closed, but trackbacks and pingbacks are open.