Təhsil haqqında” qanunda dəyişikliklər edildi – FƏRMAN
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək?
Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ali təhsil” haqqında qanun layihəsinə münasibət bildirərkən deyib.
B.Əliyev qeyd edib ki, ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır.
“Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 saylı Fərman imzalayıb. Hesab edirik ki, bu fərmanla elm və təhsilin vəhdətinin təmin edilməsinin hüquqi bazasının yaradılmasının əsası qoyulub.
Həmin Fərmanın 2-ci bəndində “Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər” Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Hesab edirik ki, bu, təhsillə elmin vəhdətini təmin etməyə, koordinasiyanın, nəticə əsaslı elmi araşdırılmaların maliyyələşdirilməsində şəffaflığın və hesabatlılığın, elmi dürüstlüyün və digər məsələlərin həllinə imkan verəcəkdir. “Ali təhsil haqqında” qanun layihəsində də bu məsələ öz həllini tapır”, – deyə B.Əliyev bildirib.
O qeyd edib ki, qloballaşma dövründə yeni çağırışlar, mövcud dünya təcrübəsinin təhlili və Azərbaycanın sürətli və davamlı iqtisadi inkişafının yaratdığı yeni gerçəkliklər ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsinin qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.
“Qanun layihəsi hazırlanarkən Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycan milli təhsil sisteminin inkişaf strategiyası, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyası, qarşıda dayanan vəzifələr və hədəflər əsas götürülmüş, inkişaf etmiş ölkələrin ali təhsil sahəsində təcrübəsi və qanunvericiliyi, beynəlxalq konvensiyalar və tövsiyələr öyrənilib.
Qanun layihəsində ali təhsil sahəsində dövlət siyasətinin məqsədi, prinsipləri və istiqamətləri, ali təhsil sisteminin quruluşu, Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı, ali təhsil proqramları və təhsil prosesinin təşkili, ali təhsildə keyfiyyət təminatı, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və təhsil müddətinin tanınması, ali təhsilin idarə olunması, ali təhsil prosesi iştirakçıları, onların hüququ və vəzifələri, ali təhsildə elmi tədqiqat və innovasiyalar, ali təhsil müəssisəsində ictimai qurumlar, ali təhsilin iqtisadiyyatı, ali təhsilin beynəlmiləlləşməsi və ali təhsil rəqəmsallaşdırılması və digər məsələlərin hüquqi bazası müəyyən edilir.
Tələbə nailiyyətinin qiymətləndirilməsi və ona dair tələblər, təhsilverənlər və təhsilalanlar, mobillik, kreditlərin daşınması və tanınması məsələləri də qanun layihəsində nəzərə alınıb”, – deyə B.Əliyev əlavə edib
Onun sözlərinə görə, qanun layihəsində “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə” və “Milli Təhsil Təsnifatına” uyğun olaraq ali təhsilin qısamüddətli təhsil mərhələsi və ali təhsilin üç səviyyəsi (bakalavriat, magistratura, doktorantura) və onlara verilən tələblərin müəyyən edilir.
“Həmçinin qanun layihəsində inteqrasiya edilmiş ali təhsil proqramları da nəzərdə tutulur. Bu isə ali təhsilin səviyyələri arasında keçidlərin və təhsil müddətlərinin müəyyən edilməsində ali təhsil müəssisəsi üçün mühüm alətdir.
Qanun layihəsində doktorantura təhsil səviyyəsi birmərhələli nəzərdə tutulur və fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə tamamlanır. Ali təhsilin bu səviyyəsində akademik kredit sistemi əsasında təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Tibb təhsilinin keyfiyyətinin artırılması məqsədilə səciyyəvi xüsusiyyətlər nəzərə alınaraq ali tibb təhsili ayrıca maddədə verilir. Amma burada müzakirə ediləsi bir neçə mühüm məqam da var ki, bu istiqamətdə işimizi müvafiq qurumlarla davam etdirməliyik.
Əsas məsələlərdən biri də təhsilin keyfiyyətinin təmin olunmasıdır. Bununla əlaqədar qanun layihəsində kvalifikasiyaların müvafiq peşə standartlarına və ali təhsilin dövlət standartına əsaslanması, ali təhsildə daxili keyfiyyət təminatı sistemi və xarici keyfiyyət təminatı sisteminin yaradılması nəzərdə tutulur. Ali təhsildə xarici keyfiyyət təminat sistemi təhsil müəssisəsinin institusional akkreditasiyasını və təhsil proqramlarının akkreditasiyasını nəzərdə tutur. Bu mexanizmin yaradılması ali təhsil müəssisəsinin statusunu, təhsilalanların say həddini, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu və yeni təhsil proqramlarına tələbatı, həmçinin təhsil müəssisəsinin inkişafına əlavə maliyyə vəsaitinin ayrılması ilə baaşlı məsələləri həll etməyə imkan verəcəkdir. Qanun layihəsində səriştə əsaslı ali təhsil proqramlarına, təhsil proqramlarının akkreditasiyasına və reyestrinin yaradılmasına verilən tələblərin müəyyən edilməsi nəzərdə tutulur.
Hesab edirik ki, ali təhsil müəssisələri əmək bazarının tələblərindən çıxış edərək yeni peşələr üzrə yeni təhsil proqramlarının hazırlanması təşəbbüsünə malik olmalıdırlar. Bu, həm elmi araşdırmaların, həm də kadr hazırlığının ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyə imkan verən alətlərdən biri olmalıdır. Fikrimizcə, ən mühüm məsələlərdən biri ali təhsil müəssisəsində elmi tədqiqatların gücləndirilməsi, tələbələrin tədqiqat işlərində iştirakının təmin edilməsi və elmi nəticələrin kommersiyalaşdırılmasıdır. Bunun üçün dövlət tərəfindən və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa, ölkənin müdafiə qabiliyyətinin artırılmasına və Azərbaycanın tarixinin və mədəni irsinin araşdırılmasına investisiyaların cəlb edilməsi olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü insan kapitalının formalaşdırılması konsepsiyasının gerçəkləşdirilməsi üçün təhsilə və elmə sərmayələrə artırılmalıdır”, – deyə komitə sədri əlavə edib.
Milli.Az
“Təhsil haqqında” qanunda dəyişikliklər edildi – FƏRMAN
Fərmana əsasən qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.20-ci maddəsinə uyğun olaraq, təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.3. həmin Qanunun 17.4-cü maddəsinə uyğun olaraq, vətəndaşların ilk peşə-ixtisas təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.4. həmin Qanunun 21.2-1-ci maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.5. həmin Qanunun 26.1-1-ci maddəsinə uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 26.5-2-ci maddəsinə uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısını və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.7. həmin Qanunun 26.5-3-cü maddəsinə uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.8. həmin Qanunun 36-1.1-ci maddəsinə uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.9. həmin Qanunun 36-1.2.4-cü maddəsinə uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.10. həmin Qanunun 36-2.2-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.11. həmin Qanunun 29.0.44-cü və 29.0.45-ci maddələri ilə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.55-ci, 7.2-ci, 14.20-ci, 17.4-cü maddələrində, 19.14-cü maddəsinin ikinci cümləsində, 21.2-1-ci maddəsinin ikinci cümləsində, 22.11-ci maddəsində, 22.14-cü maddəsinin ikinci cümləsində, 22.16-cı, 26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü, 36-1.3-cü, 36-2.1-ci və 36-2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 22.14-cü maddəsinin ikinci cümləsində və 22.16-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
3.3. həmin Qanunun 22.11-ci maddəsində “orqan (qurum)” dedikdə elmi dərəcələrin verilməsi qaydasının müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, doktoranturaların yaradılması, doktoranturaya qəbul qaydalarının müəyyən edilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.4. həmin Qanunun 14.20-ci, 17.4-cü maddələrində, 21.2-1-ci maddəsinin ikinci cümləsində, 26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü və 36-2.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.5. həmin Qanunun 29.0.43-cü maddəsində nəzərdə tutulmuş vəzifələri dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasının müəyyən edilməsi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sertifikatlaşdırmanın həyata keçirməsi üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyihəyata keçirirlər;
3.6. həmin Qanunun 7.2-ci maddəsində, 19.14-cü maddəsinin ikinci cümləsində, 36-2.1-ci və 36-1.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;
3.7. həmin Qanunun 1.0.55-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.
Thsil haqqında qanun 2018
Milli Məclisin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Bildirilib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.
Belə ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.
Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Murad Əhməd
Son xəbərlər
- 10:23 | Türkiyədə minimum pensiya artırılır
- 10:04 | Kahramanmaraşda zəlzələ oldu
- 09:54 | FED-in yeni qərarından sonra manatı nə gözləyir?
- 09:39 | Ulduz futbolçu millimizlə oyunu buraxacaq
- 09:18 | Şəkidə 3 nəfər dəm qazından zəhərləndi
- 09:05 | Dilarə Əliyeva evə buraxıldı
- 00:20 | Oqtay Əliyevin dəfn yeri açıqlandı – Yenilənib
- 00:14 | 58 gün sonra 55 yaşında. – Video+Fotolar
- 00:08 | Ukraynanın yenidən bərpasına nə qədər pul lazımdır?
- 22.03.2023 23:50 | Dünyanın ən məşhur musiqiçilərinin siyahısını açıqladı
- 22.03.2023 23:21 | Ağdərədə qanunsuz erməni silahlılarının postu yanır – Video
- 22.03.2023 23:08 | İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı
- 22.03.2023 22:45 | Bir həftə sonra.
- 22.03.2023 22:26 | Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
- 22.03.2023 22:02 | Bakıda evdə yanğın oldu, bir nəfər xəsarət aldı
- 22.03.2023 21:45 | Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
- 22.03.2023 21:29 | Ramazan ayının ilk gününün duası – İmsak və iftar vaxtı
- 22.03.2023 21:06 | Ruslan Lunyovdan gümüş medal
- 22.03.2023 20:59 | Mədəniyyət Nazirliyi Oqtay Əliyevin vəfatı ilə bağlı nekroloq yaydı
- 22.03.2023 20:11 | Müdafiə Nazirliyi açıqlama yaydı
- 22.03.2023 20:02 | BOS hazırdır – Fotolar
- 22.03.2023 19:44 | Mehriban Zəki ilə Dilarə Əliyevanın vəziyyəti açıqlandı – Yenilənib
- 22.03.2023 19:23 | “Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib” – Qəza ilə bağlı rəsmi açıqlama
- 22.03.2023 19:09 | Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi – Fotolar
- 22.03.2023 18:55 | Nüsrət Kəsəmənlinin nəvəsi evləndi – Fotolar
- 22.03.2023 18:27 | Azərbaycanın təhdid olunması SEPAH-dakı ziddiyyətlərin törəməsidir – Şərh
- 22.03.2023 18:08 | Dəhşətli qəzada ölən musiqiçi imiş. – Yenilənib
- 22.03.2023 18:04 | Ermənistan – Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu
- 22.03.2023 17:25 | Avropa İttifaqı demokratiyanı necə müdafiə edir?
- 22.03.2023 17:21 | Zelenski yenidən Baxmutda – Fotolar
- 22.03.2023 16:59 | Bu gün heç kim vaksin vurdurmayıb
- 22.03.2023 16:58 | Yoluxanların sayı açıqlandı
- 22.03.2023 16:43 | Mesut Özil karyerasını başa vurdu
- 22.03.2023 16:37 | Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 22.03.2023 16:19 | “Turan Tovuz” panamalının transferini açıqladı
- 22.03.2023 16:10 | İti avtomobilə bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu – Video
- 22.03.2023 15:48 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
- 22.03.2023 15:30 | Kiyev bu gecə – Fotolar
- 22.03.2023 15:25 | Ukraynaya bir gecədə 20 PUA hücumu olunub
- 22.03.2023 15:07 | Ölkəyə 93 ədəd “İphone” keçirmək istədi
- 22.03.2023 14:45 | Putin Si Cinpinlə sülh planını müzakirə etməyib
- 22.03.2023 14:15 | “Çox xoşbəxtəm” – Şakiradan ayrılan Pike
- 22.03.2023 13:38 | HDP seçki ilə bağlı qərarını açıqladı
- 22.03.2023 13:23 | Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü – Yenilənib
- 22.03.2023 13:18 | Sabah hava necə olacaq?
- 22.03.2023 12:55 | “Avropa Şurasında “Novruz bayramı” ilə bağlı tədbir təşkil edilib” – Təmraz Tağıyev
- 22.03.2023 12:20 | Orucluq zamanı susuzluğun qarşısını almaq üçün – Məsləhətlər
- 22.03.2023 12:07 | Xətaidə Novruz münasibətilə şəhid övladları üçün tədbir keçirildi – Fotolar
- 22.03.2023 11:41 | 90 yaşlı kişi itkin düşdü – Foto
- 22.03.2023 11:33 | Rusiyanın itkiləri açıqlandı
Comments are closed, but trackbacks and pingbacks are open.