Press "Enter" to skip to content

Deputat: “Təhsil haqqında” Qanuna yenidən baxılmalıdır”

“Bizim qanunvericiliyə baxsaq, görərik ki, bir az sovet hökumətindən, bir az Rusiyadan, bir az ABŞ-dan, bir az Türkiyədən götürülmüş sistem var”.

Emin Əmrullayev: “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”.

Pravda.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır:

“Kollec məzunlarında bu problem daha dərindir. Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır”.

Tarix: 13 Mart 2023, 10:38
Xəbər lenti

  • Avropa İttifaqı Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pislədi 23 Mart 19:02
  • XİN-dən Ermənistana ÇAĞIRIŞ 23 Mart 17:49
  • Rəsmi Bakı: Paşinyana tövsiyə edirik ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin 23 Mart 17:47
  • Azərbaycan XİN Paşinyana cavab verdi 23 Mart 17:42
  • Oqtay Əliyevin atası ürəkləri dağladı: “Belimizi qırdı, evimizi yıxdı” – VİDEO 23 Mart 17:18
  • Murad Dadaşov: “Oqtay Əliyev həmişə mənə dəstək olub” 23 Mart 17:13
  • Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi? 23 Mart 16:40
  • İbrahim Borçalı: “Oqtayın ürəyində heç vaxt problem olmayıb” 23 Mart 16:15
  • Uçot dərəcəsi artırıldı 23 Mart 15:42
  • Zaxarovadan qərbi azərbaycanlıların Ermənistan ərazisinə qaytarılması məsələsinə MÜNASİBƏT 23 Mart 15:25
  • “O qədər Yeni Ulduz qaldı Oqtaydan. ” – Mirşahin 23 Mart 15:08
  • Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk etnosuna mənsubdur? Bunun özü hələ sualdır. ” 23 Mart 14:15
  • Elçin Əlibəyli qəzanın detallarını açıqladı 23 Mart 14:06
  • Xalq artisti: “Oqtay Əliyevlə layihəmiz var idi” 23 Mart 14:01
  • Oqtay Əliyev dəfn olundu 23 Mart 13:51
  • Dilarə Əliyeva: “Oqtay, kaş sənin yerinə mən ölərdim” – VİDEO 23 Mart 13:44
  • Manaf Ağayev həbs olunmuş oğlundan danışdı: “Bir səhv idi etmişdi” 23 Mart 13:00
  • Havanın temperaturu 23 dərəcəyədək artacaq 23 Mart 12:40
  • Hacı Qalib: “Əmimin 6 arvadı var idi, xəbər tutdu ki, arvadın biri ərə gedib. ” 23 Mart 12:36
  • Manatı nə gözləyir? 23 Mart 12:19
  • Bakıda bayram günü gənc qız itkin düşdü 23 Mart 12:14
  • Oqtay Əliyevin öldüyü qəzanın təfərrüatı məlum oldu 23 Mart 12:09
  • Müəssisədən 8000 manatlıq dəmir löhvələr oğurlandı 23 Mart 12:06
  • Bakıda evdə 55 yaşlı kişinin meyiti tapılıb 23 Mart 12:04
  • İri məbləğli tenderlərin qalibi olan sirli iş adamı kimdir? 23 Mart 12:00
  • Medvedev: Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir 23 Mart 11:47
  • Oqtay Əliyevin evindən video 23 Mart 11:38
  • Sabahın hava proqnozu açıqlandı 23 Mart 11:32
  • Azərbaycanlı qadın boksçu dünya çempionatında ilk dəfə medalı təmin edib 23 Mart 11:30
  • Deputat: “Novruzda pul istəmək, şirniyyatlar tələb etmək düzgün deyil, bu, papaq atanın nadanlığıdır” 23 Mart 11:27
  • Bakıda ticarət mərkəzindən oğurluq olub 23 Mart 11:22
  • Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqını təbrik edib 23 Mart 10:47
  • Oqtay Əliyevin dəfn yeri dəyişdi 23 Mart 10:46
  • Jurnalist McDonalds-dan şikayət etdi: “Peşmanam” – FOTO 23 Mart 10:41
  • Azərbaycanda tələbə faciəli şəkildə öldü 23 Mart 10:28
  • Mehriban Zəkinin səhhəti ilə bağlı vəziyyəti açıqlandı 23 Mart 10:23
  • Dilarə Əliyeva evə buraxıldı 23 Mart 09:13
  • Yardımlıdan Bakıya külli miqdarda narkotik daşımaq istəyən şəxs saxlanılıb 23 Mart 09:11
  • Blinken Putinin ABŞ-da həbs edilməsi ehtimalını şərh etdi 23 Mart 09:08
  • Veteran hərbçi uşaqlarını güllələyib, 5 nəfər ölüb 23 Mart 09:05
  • Adil Əliyev: Üçüncü ildir, bu müqəddəs ayı qalib xalq olaraq qarşılayırıq 23 Mart 09:00
  • Bakıda avtomobil “Qış parkı”na girdi, ağacları qırdı 23 Mart 06:15
  • Uçot dərəcəsi artırıldı 23 Mart 06:12
  • Məhbuslar həbsxanadan diş fırçasının köməyi ilə qaçıblar 23 Mart 06:05
  • Oqtay Əliyevin son açıqlaması – VİDEO 23 Mart 06:00
  • Vladimir Putin Braziliyada həbs oluna bilər 23 Mart 05:51
  • Blinken Azərbaycan və Ermənistanın tezliklə sülhlə bağlı razılığa gələ biləcəyini açıqladı 23 Mart 05:42
  • Ərdoğan: “Qarabağ dediyimizdə bunu anlayanlarla birlikdə yolumuza davam edirik” 23 Mart 05:40
  • Çingiz Əhmədov: “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yuxu tutub” 23 Mart 01:30
  • Dilarənin həyat yoldaşı Oqtay Əliyev barədə dedikləri ürək sızlatdı – VİDEO 23 Mart 01:26
  • Dilarə Əliyeva dəfndə iştirak edə biləcək? 23 Mart 01:23
  • Oqtay Əliyevin ölümü ilə bağlı gerçəklər üzə çıxdı 23 Mart 01:17
  • Azərbaycanda Ramazan ayı başladı 23 Mart 01:16
  • Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib – Dəfn ediləcəyi yer açıqlandı 22 Mart 23:19
  • Qəzada xəsarət Mehriban Zəki və Dilarə Əliyeva ilə bağlı MÜHÜM XƏBƏR 22 Mart 23:08
  • Ülviyyə: “Dilarə ərinin ölüm xəbərindən şokdadır” 22 Mart 22:36
  • Deputat: “Oqtay Əliyevlə görüşməyi planlaşdırırdıq, qismət olmadı” 22 Mart 22:18
  • Bakıda yanğın olub, xəsarət alan var 22 Mart 22:09
  • Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI 22 Mart 21:48
  • Qəzada ölən Oqtay Əliyevin evindən reportaj 22 Mart 21:15
  • Mədəniyyət Nazirliyi Oqtay Əliyevlə bağlı məlumat yaydı 22 Mart 20:53
  • Azərbaycanın İsraildəki Səfirliyi bu tarixdə açılacaq – Pulsuz bilet kampaniyasına başladı 22 Mart 20:50
  • Oqtay Əliyevin öldüyü, Dilarə Əliyeva və Mehriban Zəkinin xəsarət aldığı qəza ilə bağlı cinayət işi başlanıldı 22 Mart 20:47
  • Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? – DOSYE 22 Mart 20:46
  • Zaur Oktay Əliyevdən yazdı – FOTO 22 Mart 20:23
  • Müdafiə Nazirliyi məlumat yaydı 22 Mart 20:12
  • Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı 22 Mart 20:02
  • Oqtay Əliyevin vəfat etdiyi qəzanın səbəbi bilindi: Ürəyi tutub 22 Mart 19:47
  • TƏBİB Mehriban Zəki və Dilarə Əliyeva ilə bağlı məlumat yaydı 22 Mart 19:44
  • Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Mehriban Zəki xəsarət alıb – FOTO 22 Mart 19:01
  • Mələkxanım Əyyubova: Qızımın aparıcı olaraq seviləcəyinə əminəm 22 Mart 18:38
  • “Nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar” 22 Mart 18:37
  • Nüsrət Kəsəmənlinin nəvəsi evləndi 22 Mart 18:31
  • Dəhşətli qəzada ölən musiqiçi imiş. 22 Mart 18:26
  • Gömrükdə 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar müsadirə edildi 22 Mart 18:24
  • Mirzoyan: “Yaxın vaxtlarda üçtərəfli görüş keçirilə bilər” 22 Mart 18:21
  • İynə vurmaq və ya sistem qoşdurmaq üçün aptekə müraciət edirsinizsə. – VİDEO 22 Mart 18:19
  • Makron yenidən prezidentliyə namizəd olmaq niyyətində deyil 22 Mart 18:17
  • “Tehran Nizamini “fars şairi” adlandırmaqla İranda yaşayan azərbaycanlıları da təhqir edir” 22 Mart 18:16
  • Nigar Camal: “Təbiət insanların verdiyi vədlərə əhəmiyyət vermir” 22 Mart 18:00
  • Lavrov: Britaniyanın Ukraynaya tükənmiş uran sursatları verməsi münaqişəni daha da gərginləşdirəcək 22 Mart 17:56
  • Brüssel və Vaşinqton demokratiya müdafiəsi adı altında daxili siyasi mühitə legitim və qeyri-legitim xarici təsir konsepsiyasını hazırlayacaqlar 22 Mart 17:52
  • Bank kartlarından xəbərsiz pul çıxılır – SƏBƏB 22 Mart 17:14
  • Pensiya islahatı ilə bağlı qanun bu tarixdə qüvvəyə minəcək 22 Mart 17:09
  • Nazim Amerikada Elarizlə görüşdü – FOTO 22 Mart 17:06
  • Operativ Qərargah məlumat yaydı 22 Mart 17:00
  • İranda növbəti güclü zəlzələ olub 22 Mart 16:57
  • Məşhur icra başçısı yola salınır – FOTO 22 Mart 16:27
  • Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü 22 Mart 16:26
  • Kamal Cəfərova yeni vəzifə verildi 22 Mart 16:25
  • Azərbaycanda stadionu satdılar 22 Mart 16:23
  • Keçmiş hakim: “Kriminal avtoritetin ölümündə günahlandırılan şəxsə bəraət verdim” – VİDEO 22 Mart 16:21
  • Yaşı 50-dən yuxarı qadınlara xəbərdarlıq: Bunu etməyin, şiş əmələ gəlir 22 Mart 16:05
  • Azərbaycanəsilli araşdırmaçı-yazarın Türkiyədə deputatlığa namizədliyi qeydə alındı 22 Mart 16:00
  • “Müslüm Maqomayev məni otağından qovdu” 22 Mart 15:59
  • Niyaməddin Musayevdən mahnısının yeni aranjimanına reaksiya: “Təəssüflər olsun ki, müsabiqədə onların çıxışlarını dinləməmişəm” – VİDEO 22 Mart 15:55
  • 240 manata görə döyüldü, təhdid edildi: “Sənin qulağını kəsərəm” – VİDEO 22 Mart 15:50
  • Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu – VİDEO 22 Mart 15:49
  • Əli Əlizadə: “Xarici nümayəndələr bu qanunsuzluğa niyə susurlar?” – VİDEO 22 Mart 15:45
  • Maşın nömrələrində hansı rəqəmlərdən istifadə etməmək daha yaxşıdır 22 Mart 15:43
  • “Müslüm Maqomayev məni otağından qovdu“ – Teymur Əmrah 22 Mart 15:33
  • Diqqət! Sabah saat 08:00-dan martın 24-ü saat 22:00-a qədər. 22 Mart 14:47
  • Bakıda yaşayış binası yanır – FOTO 22 Mart 14:44
  • Dollar çökəcək, pul yığmaq istəyənlər. – Məşhur iqtisadçıdan ÇAĞIRIŞ 22 Mart 14:39
  • “Maşını sürə-sürə intim təklif etdi, mən isə. ” – Tərtərdə dəhşətli hadisə 22 Mart 14:04
  • Heydər Əliyevin sürücüsü: “Onu istər Azərbaycanda, istərsə də Moskvada yaxın ünsiyyətdə olan hər kəs sevirdi” 22 Mart 13:40
  • Sabah da külək əsəcək? 22 Mart 12:55
  • Bakıda “Prius”la pakistanlının mopedi toqquşdu, əcnəbi xəsarət aldı 22 Mart 12:31
  • Ağcabədidə avtomobilin aşması ilə bağlı cinayət işi açıldı 22 Mart 12:25
  • Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu – VİDEO 22 Mart 12:18
  • Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı 22 Mart 11:47
  • Bakıda marketdən işçi 10 min manatlıq oğurluq edib 22 Mart 10:57
  • FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 21 nəfər saxlanılıb 22 Mart 10:44
  • İnsanlar ölümdən sonra bir müddət ətrafı izləyir – Alimlərdən şok tədqiqat 22 Mart 10:41
  • Xaçmaz sakininin əl-qolunu bağlayıb, fotolarını çəkib şantaj ediblər 22 Mart 10:29
  • Ramazan bayramı ilə əlaqədar bu tarixlərdə iş olmayacaq 22 Mart 10:28
  • Barmağı sınan aktrisa, pilləkəndən yıxılan aktyor, ilk rəngli film 22 Mart 10:18
  • Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb 22 Mart 10:14
  • Müğənni faciəvi şəkildə öldü 22 Mart 10:10
  • Şeyx Hacı Şahinin yerinə adam tapa bilmir 22 Mart 10:09
  • Daxili İşlər Nazirliyi məlumat yaydı 22 Mart 10:07
  • Məşhur idmançı xərçəng xəstəliyinə qalib gəldi 22 Mart 09:51
  • Avtomobil ağaca çırpıldı, sürücü öldü 22 Mart 09:35
  • Xankəndi-Laçın yolu: aksiyanın 101-ci günü ruh yüksəkliyi ilə davam edir 22 Mart 08:43
  • Dietoloq: “Dəriyə yod sürtmək faydasızdır” 22 Mart 08:00
  • Vaşinqton Suriya ilə münasibətlərin normallaşmasını istisna etdi 22 Mart 07:58
  • Pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanıldı 22 Mart 07:55
  • İlin ən kədərli günü açıqlandı 22 Mart 07:54
  • Sibirə sürgün olundu, Xalq artisti ilə eşq yaşadı, filmə çəkilməsinə qadağa qoyuldu 22 Mart 07:52
  • “Elzanın şeirlərini başa düşmək üçün 11 dəfə oxumalısan” 22 Mart 07:49
  • Parisdə etirazların fəsadları ilə mübarizə üçün Böhran Qərargahı fəaliyyətə başladı 22 Mart 07:46
  • Si-Cinpinin Rusiyaya səfəri ölkə iqtisadiyyatına baha başa gəldi 22 Mart 07:44
  • ABŞ polisi Trampa ittiham irəli sürüləcəyi halda baş verəcək iğtişaşlara hazırlaşır 22 Mart 07:43
  • Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı 22 Mart 07:40
  • Yeddinci mərtəbədən yıxılan şəxs qalxıb evinə getdi 22 Mart 07:37
  • Bu proqramları telefondan silin 22 Mart 07:31
  • Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində bir neçə nəfər ölüb, 150 nəfər yaralanıb 22 Mart 00:53
  • Türkiyədə prezident seçkilərində iştirak edəcək namizədlərin adları açıqlandı – SİYAHI 22 Mart 00:32
  • Tanınmış bloqerə qarşı cinayət işi başladıldı 22 Mart 00:27
  • SEPAH-ın Bakıya yeni hədəsində SENSASİON DETAL 22 Mart 00:07
  • Dövlət Xidməti vətəndaşlara və təşkilatlara abidələrin qorunması ilə bağlı müraciət edib 21 Mart 23:59
  • Əfqanıstanda baş verən zəlzələ Hindistan, Pakistan və Qazaxıstana da təsir edib, dağıntılar var 21 Mart 23:23
  • Şəmkir sakini kabab manqalında yandı 21 Mart 22:48
  • Operativ Qərargah məlumat yaydı 21 Mart 22:45
  • Xalq artistinin oğlu: “Küçədə yaşayıram, evim yoxdur, kiçik qardaşım Amerikada yaşayır, mənə dəstək olmur” 21 Mart 22:38
  • Qarabağ qazisi vəfat etdi – FOTO 21 Mart 22:30
  • Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? – VİDEO 21 Mart 22:11
  • Doğuş Xoşqədəm barədə: “İldə iki dəfə yemək bişirir“ 21 Mart 22:03
  • Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib 21 Mart 22:01
  • Azərbaycanda ağır qəza: Bir ailənin 5 üzvü. 21 Mart 21:18

Deputat: “Təhsil haqqında” Qanuna yenidən baxılmalıdır”

“Bizim qanunvericiliyə baxsaq, görərik ki, bir az sovet hökumətindən, bir az Rusiyadan, bir az ABŞ-dan, bir az Türkiyədən götürülmüş sistem var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, ərazi bütövlüyümüz təmin olunandan sonra “Təhsil haqqında” Qanun yenidən müzakirəyə çıxarılmalıdır:

“20 ildir, Boloniya eşidirik. Amma hələ də bilinmir ki, bu sistemə keçdik ya yox. Təbii ki, təhsil sahəsində xeyli islahat həyata keçirilib. Bir çox neqativ hal təhsil sistemindən çıxarılıb. İndi artıq qanunvericilik və təşkilati məsələlərdə islahatlar həyata keçirilməlidir. Təhsil millətin gələcəyidir. Burada elə islahatlar aparmalıyıq ki, gələcək nəsil düzgün istiqamətdə yönəlsin. Bakalavrdan sonra magistratura, aspirantura, sonra nə gəlir, bilinmir. Bu, nə qədər davam edəcək?! Bu gün universitetdə dərs deyənə Ali Attestasiya Komissiyası qiymət verir. Belə müəllimlərin çoxunu heç tələbələr dərsə buraxmır. Biz ciddi şəkildə “Təhsil haqqında” Qanuna yenidən baxmalıyıq”.

Deputat Razi Nurullayev isə qeyd edib ki, bu gün güclü təhsil sistemimiz var desək, yalan olar:

“O qədər kiçik xalqlar var ki, möcüzələr yaradıb. Sinqapur, Vatikan kimi ölkələr elmi kəşflərlə tarix yazır. Biz də bunu edə bilərdik, amma bu təhsil sistemi ilə mümkün deyil. Azərbaycanda kosmik sahədə peyklərimiz olsa da, kadrlarımız yoxdur. Bizdə tibb sahəsində elmi araşdırmalar aparılmır. Aparılırsa, nəticə yoxdur.

Elmin İnkişaf Fondu fəaliyyət göstərir, amma nə fəaliyyət göstərir, bəlli deyil. Təklif edirəm ki, bu fondun nümayəndələrini Milli Məclisə dəvət edək bizə görülən işlərlə bağlı hesabat versinlər. Təhsillə bağlı yeni nazirdən gözləntilər var, amma bu tək nazirlə olan iş deyil. Bu gün təhsil sahəsində görülən işlər dəryada damladır. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı qalmalıyıq?! Biz İsrail kimi dövlət olmalıyıq”.

Milli Məclisin sədri Sahibə Qafarova isə Razi Nurullayevə cavabında bildirib ki, Azərbaycanda təhsil bitməyib :

“Biz bu sahədə qanunvericiliyi təkmilləşdirməliyik, həmkarlarımın dediyi kimi”.

Deputat Emin Hacıyev isə bildirib ki, bütün uşaqlara xarici dil öyrənmək əlçatan olmalıdır:

“Ölkədə dil öyrənməyi müxtəlif qlobal güclərin təsiri altına düşmən kimi qələmə verənlər yanılırlar. Bu gün müharibə şəraitində müharibədə qalib olmaq üçün xarici dil bilməyin nə qədər vacib olduğunu gördük. Hansı təbəqəyə aid olmasından asılı olmayaraq, dil öyrənmək əlçatan olmalıdır.

Dil bilgisi heç bir ölkənin maraqlarına xidmət etmir. Prezident İlham Əliyevin xarici dillərdə verdiyi müsahibələr diplomatik sahədə qələbəmizi şərtləndirir. Heç bir dildə düzgün danışmayan Paşinyanla yanaşı, informasiya savaşında bizə qarşı olan xarici kanalları da Prezident xarici dillərdə möhtəşəm müsahibələri ilə mat qoydu”.

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi nə vəd edir?

Valideynlər uşaqları üçün məktəbəqədər təhsil müəssisəsi axtararkən çox vaxt xəyal qırıqlığına uğrayırlar. Tez-tez sosial şəbəkələrdə də rastlaşdığımız bu kimi narazılıqlar məktəbəqədər təhsil müəssisələri sahəsində böyük problemlərin olduğunu təsdiqləyir. Məcbur qalan valideynlər bəzən fərdi şəkildə övladlarına dayə tutur, ya da özəl hazırlıq müəssisələrindən istifadə etməli olurlar. Dövlət məktəbəqədər müəssisələrinin fəaliyyəti isə valideynlərin ehtiyacını tam ödəyə bilmir. Üstəlik bu sahədə peşəkar kadrların azlığı da övladlarının inkişafı üçün çalışan valideynlərin ümidlərini qırır. Ölkə prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda məktəbəqədər təhsilin inkişafı nəzərdə tutulsa da, 2018-ci ilə kimi birinci sinifə gedəcək uşaqlar üçün birillik məktəbəhazırlıq təhsilinin icbari olacağı qeyd edilsə də, mövcud problemlər həllini tam tapmır. Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin Milli Məclisin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarılma ehtimalı bu sahədə olan ümidlərin artmasına təkan verə bilər. Belə ki,qanun layihəsi üzərində Təhsil Nazirliyi, ekspertlərlə birgə ciddi iş aparılır və layihənin ilkin variantı artıq hazırdır. İlkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq.

İstər-istəməz sual yaranır: qanun layihəsi məktəbəqədər təhsil sisteminə hansı yeniliklər vəd edir? Bu, övladının təlim və tərbiyəsini evdən sonra etibar etməyə yer axtaran valideynlərin ümidini dogruldacaqmı? Hər şeydən əvvəl təhsilin əsas özülünün möhkəmliyini təmin etməyə yardım edəcəkmi?

Bütün məktəbəqədər uşaq müəssisələrini əhatə edəcək layihə

«Təhsil haqqında» qanunda 5 yaşlı uşaqların məktəbə hazırlığı zərurətinin qeyd edildiyini deyən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bu sahədə xeyli işlər görüldüyünü və işlərin davam etdiyini bildirib. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə çoxlu uşaq bağçaları tikilib, təmir olunub və istifadəyə verilib. O cümlədən Təhsil Nazirliyi bu sahədə mühüm addımlar atıb. Bu mənada artıq məktəbə hazırlıqla bağlı görüləcək tədbirlərin böyük bir hissəsi həyata keçirilib. Ancaq bunların hüquqi bazası da formalaşmalıdır. Bununla bağlı Elm və təhsil komitəsi tərəfindən işçi qrupunun yaradıldığını bildirən deputat bu qrupa Təhsil Nazirliyinin nümayəndələri, ekspertlər, eləcə də deputatların cəlb olunduğunu bildirib: «Artıq işçi layihə hazırdır və sənəd işçi qrupu ilə müzakirə olunub. Ümid edirik ki, payız sessiyasının ilk iclaslarında bu layihəni müzakirəyə çıxaracağıq”. Azərbaycanda təhsilin inkişaf strategiyasına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən kifayət qədər böyük işlər görüldüyünü deyən millət vəkilinin sözlərinə görə, yeni sənədə əsasən məktəbəqədər təhsil təkcə 5 yaşlıları əhatə etməyəcək. Yəni bu, bütövlükdə məktəbəqədər uşaqların hamısını əhatə edən sənəddir: “Bilirsiniz ki, uşaq bağçalarında kiçik yaş qrupları var. Bu yaş qruplarında uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi lazımdır. Əgər o yaş dövründə buna kifayət qədər fikir verilməsə, sonradan inkişaf etdirilməsi çətindir. Burda yük heç də bütünlüklə məktəbin üzərinə qoyulmur. Həmçinin ailənin üzərinə qoyulur. Çünki uşaq ilk tərbiyəni ailədən alır. Günün sonuna qədər də bu tərbiyə prosesi davam edir. Bu da uşağın sosiallaşmasına təsir edir”. B.Əliyevin sözlərinə görə, bütün məktəbəqədər uşaq müəssisələrini əhatə edəcək layihəni hazırlamaq üçün Azərbaycanda aparılan işlər ümumiləşdirilməklə yanaşı, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi də öyrənilib: «Bu nüansların hamısı qanun layihəsində yığcam şəkildə öz əksini tapıb. Məktəbəqədər təhsil və uşaqların hazırlığı, onların həm fiziki, həm də psixi cəhətdən sağlamlığı, eyni zamanda, məktəb proqramını ciddi mənimsəməsi, ən başlıcası, müstəqil şəxsiyyət kimi formalaşması əsas məsələlərdir».

Tam qənaətbəxş deyil

Məktəbəqədər təhsil haqqında qanunun hazırlanmasını vacib hesab edən professor Əjdər Ağayevin sözlərinə görə, əslində bu sənəd çoxdan hazırlanmalı idi. Belə ki, Azərbaycan təhsil sistemində məktəbəqədər təhsil sistemi diqqətdən kənar qalıb və passiv fəaliyyət göstərir: “Bildiyiniz kimi, ölkədə məktəbəqədər təhsil sisteminin əhatə etdiyi uşaqların sayı olduqca azdır. Yəni uşaq bağçalarında uşaqlar lazımınca təlim-tərbiyə almırlar, ailələrdə olurlar. Bu əvvəldən qalma məsələdir və indi də davam edir”. Ekspertin sözlərinə görə, işin xoşa gəlməyən bir cəhəti də məktəbəqədər təhsilin Təhsil Nazirliyinin deyil, rayon icra hakimiyyətlərinin səlahiyyətində olmasıdır: “Bu orqanlar təhsil sahəsinə nə məsuliyyət daşıyırlar, nə də cavabdehdirlər. Bəzi icra hakimiyyətləri məktəbəqədər təhsilin maddi-texniki bazasına diqqət yetirsələr də, təlim-tərbiyə işinin keyfiyyətinə, kadrların düzgün seçilməsinə diqqət yetirmirlər. Çünki onlar bu sahədə özləri də məlumatlı deyillər”. Ekspert hesab edir ki, yeni qanun hazırlandıqdan sonra ölkədə məktəbəqədər təhsil sahəsi də inkişaf edər, uşaq bağçalarının sayı artar və nəticədə uşaqların heç olmasa yarısı məktəbəqədər təhsil müəssisələrinin təlim-tərbiyəsindən keçər: “Təhsil Nazirliyi bir tərəfdən məktəbə hazırlıq qrupları yaradır və bu cür qrupları əsasən məktəblərdə təşkil edir. Çünki icra hakimiyyətlərinin tabeliyində olduğundan məktəbəqədər təhsil müəssisələrinə müdaxilə edə bilmir. Nazirlik nə qədər çalışsa və metodik kömək göstərsə də, dövlət hesabına hazırlıq qrupları yaratsa da, bunların hamısı tam qənaətbəxş deyil. Yaxşı olar ki, təhsil sistemi bütövlükdə nəzərə alınsın. Çünki məktəbəqədər təhsil sisteminin özülünü təşkil edir. Qanun həmçinin əmək haqqının artırılmasına diqqət yetirərsə, mövcüd uşaq bağçalarındakı qanundankənar pul yığımlarının aradan qalxmasına xidmət edərsə, onda bu, işin xeyrinə olar».

Kadrların öz ixtisası üzrə olmaması

Dünya təcrübəsində məktəb yaşına çatmamış, ancaq məktəbə gedəcək uşaqların psixoloji və fiziki hazırlığına görə məktəbəqədər təhsilin həyata keçirilməsinin əsas prioritetlərdən hesab edildiyini deyən təhsil eksperti Kamran Əsədov Azərbaycanda bu sahədə irəliləyişin olmamasını təəssüflə bildirir. Belə ki, məktəbəqədər təhsil müəssisələrinin sayı məktəb yaşlı və ya 3-5 yaş arasında olanların çox cüzi faizini təşkil edir. Ekspertin sözlərinə görə, bu gün Bakıda məktəbəqədər təhsil müəssisələrinə cəlb edilən uşaqların sayı ümumi uşaqların sayının 27 faizini təşkil edir: “Amma Azərbaycan üzrə məktəbəqədər təhsilə cəlb olunan ümumi uşaqların sayının 21 faizini təşkil edir. Bu, heç də xoşagələn nəticə deyil. Nəzərə alsaq ki, bu, Finlandiyada 90, Kanadada 85 faizdir, onda başa düşərik ki, bu, vacib nüansdır”. Ekspertin fikrincə, ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalı, özəl təhsil müəssisələrinə daha geniş səlahiyyətlər verilməlidir: “Bu gün bizdə belə bir qanun layihəsinin hazırlanması bu sahənin inkişafına gətirib çıxaracaq. Ancaq nəzərə almaq lazımdır ki, bu gün məktəbəqədər uşaqların böyük əksəriyyəti ya özəl təhsil müəssisələrinə, ya da ayrı-ayrı müəllimlərin yanına hazırlığa gedənlərdir. Həmin məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə tabe olmadığına görə, bu, bir qədər ziddiyyət təşkil edir. Həmçinin həmin müəssisələrə rəhbərlik edən və orada dərs deyən şəxslərin pedaqoji hazırlığı yüksək səviyyədə olmalıdır”. K.Əsədov son dövrlər müəllimlər və təhsilə aid şəxslər üçün treninqlər keçirildiyini desə də, məktəbəqədər təhsil müəssisələri ilə bağlı hər hansı bir layihənin həyata keçirilmədiyini də qeyd edir: “Bu sahədəki kadrların öz ixtisası üzrə olmaması çox ciddi problemdir. Hesab edirəm ki, burda maddi-texniki baza dəyişdirilməlidir. Bununla bağlı Heydər Əliyev Fondu müəyyən işlər görür. Kadrlarla bağlı isə ciddi problem var. Həmçinin uşaqların qidalanması üçün ərzaqlarla da bağlı ciddi problemlər mövcuddur. Hesab edirəm ki, bu sahədə yeni qanun layihəsini hazırlayandan sonra layihənin ciddi inkişafı nəzərdə tutula bilər. Çünki bu, vacib məsələlərdən biridir”. Ekspert hesab edir ki, əgər uşaqlar həmin müəssisələrdə yaxşı hazırlanmasa, məktəbdə də yaxşı nəticə əldə etmək olmaz: “Əgər bu sahəyə diqqət ayrılsa, təhsilin sonrakı pilləsində inkişaf gözləmək olar. Həmçinin ümid edirəm ki, qanun layihəsi qəbul olunandan sonra həmin məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin tabeliyindən alınaraq Təhsil Nazirliyinə və aidiyyəti qurumlara veriləcək”.

Ekspertlər həmçinin məktəbəqədər təhsil sahəsində ayrıca idarənin yaradılmasını da bu sahədə problemlərin həlli yolu hesab edirlər. Belə ki, birbaşa nəzarət və idarəetmə daha dəqiq və əhatəli ola bilər.

Mövzu ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız suallara günün sonuna qədər cavab ala bilməsək də, məsələnin həlli ilə bağlı payızda Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsinə ümid edək.

Comments are closed, but trackbacks and pingbacks are open.