Press "Enter" to skip to content

Thsilin formalar inklziv oxmdniyytli thsil v onlarn funksiyalar

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili isə xüsusi təhsil adlanır.

Xüsusi şərait dedikdə, sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, so- sial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.

1.1.Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:

-sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;

-xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
-xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;
-xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;

-sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;

-sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat verilməsi;

-xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasına təminat verilməsi;

-xüsusitəhsilihəyatakeçirənmüəssisələrinmaddi-texnikibazasının möhkəmləndirilməsi.
1.2.Sağlamlıqimkanlarıməhdudşəxslərinxüsusitəhsilsahəsində hüquqları aşağıdakılardır:
psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komissiyada pulsuz müayinə olunmaq;

psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yolxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıqdır;

psixi ləngimə psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji korreksiyası;

psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;

müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada xüsusi təhsil almaq;
təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.

1.3.Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri aşağıdakılardır:

psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;

psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;

fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata keçirilməsində iştirak etmək;
xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;

sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar.

1.4.Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar;

karlar və zəif eşidənlər; korlar və zəif görənlər;

ağır nitq qüsurları olanlar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cəhətdən geri qalanlar (debillər, imbisillər);

emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;
psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;
mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu) olanlar.
2.Xüsusi təhsilin təşkili.

Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir.

2.1.Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir.

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.2.Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.3.Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ vardır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir.

2.4.Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiya təlimli təhsil təşkil edilir.

İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisələrində təh- silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.5.Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər üçün yaradıla bilər:

-nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;

-eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonradan karlaşanlar);
-görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);

-əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;

-dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar;
-ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;
-emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;
-xroniki somatik xəstəlikləri olanlar.

Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.6.Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır.

Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.

Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.7.Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır.

Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada göndərilirlər. Azadlıqdan məhrum etmə yerlərində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə müəyyən olunmuş qaydada təşkil edilir.

3.Xüsusi təhsilin dövlət standartları.

Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi təhsil dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.

4.Xüsusi təhsil sisteminin idarə olunması.

Xüsusi təhsil həyata keçirilən dövlət müəssisələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının koreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür.

Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir.

Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xüsusi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidənhazırlanma müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssisələ- rində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

5.Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial ekspert komissiyasının vəzifələri.

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər nümayəndələrinə müvafiq məsləhət vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılır.

Psixoloji-tibbi-pedaqoji komis- siyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tibbi-pedaqoji komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında münasibətlər qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir. Psixoloji-tibbi-pedaqoji komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

-uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;

-sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;

-sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;

-fərdi təlim planına dair tövsiyələr vermək;
-təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək.

2.İnklüziv təhsilin əsas xüsusiyyətləri, prinsirləri və xüsusi təhsilə ehtiyacı olan şagirdlərlə pedaqoji işin təşkili

Dünyanın bir şox ölkələrində(məsələn,Böyük Bbritaniya, ABŞ,İsveçrə və s.) əlil uşaqlar adi uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər.Bu, başqa bir yanaşmadır və bu cür inteqrasiyaya inklüziv təhsil deyilir.İnklüziv(fransızca- “inclusive”-“özünə daxil edən”,latınca-“includo”- “nəticəyə gəlmək” mənasını verir)termini xüsusi qayğıya ehtiyacı olan uşaqların tədris, təlim prosesinin təşkili ilə bağlı məsələlərin həllinə istiqamətləndirilmişdir.İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir.

Başqa sözlə, inklüziv təhsilin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi, onların sosial mühitə inteqrasiyasına şərait yaratmaq , valideynlərin maarifləndirilməsi və onlarla müvəkkillik sahəsində işin aparılmasına köməklik göstərmək və bu sahədə çalışan müəllimlərin metodik hazırlığını inkişaf etdirməkdir.

Xüsusi qayğıya ehtiyacı olan uşağın inklüziv təhsilin tarixinə nəzər saldıqda məlum olur ki, cəmiyyətin ayrı-ayrı inkişaf dövründə ona münasibət eyni olmamışdır.Məsələn, bir mərhələdə cəmiyyət onlara qarşı mərhəmət hissi ilə yanaşmaq səviyyəsinə qədər gəlmişdir (eramızdan əvvəl XI-XIIəsr və eramızın XII əsri).

Bir neçə əsr sonra cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara mərhəmət hissini onların öyrənmə bacarıqlarını önə çəkmək addımı əvəz etmişdir. Daha sonra VII əsrin 70-80-cı illəri –XX əsrin əvvəllərində cəmiyyət xüsusi qayğıya ehtiyacı olan uşaqların öyrənmə bacarıqları ilə yanaşı, onları öyrətmək zərurətini də dərk etmişdir.

Keçən əsrin əvvəlindən həmin əsrin 60-cı illərinədək olan dövrü tibbi modelə, qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssiələrinin yaradılması və onlara fasiləsiz tibbi xidmətlərin göstərilməsi və müalicələrinin təmin olunması təşkil edirdi.Bu zaman sosial və inkişaf adaptasiya amilləri bir qədər arxa plana keçirilir.1960-1980 cı illəri əhatə edən növbəti mərhələ “normallaşdırma modeli” kimi tanınır.

Bu proses inteqrasiya adlanır.Sözügedən model ilk dəfə 1970-ci ildə Skandinaviyada, daha sonra ABŞ və Kanada da tətbiq edilərək inkişaf etdirilmişdir.

”Normallaşdırma modeli”nin mahiyyətində aşağıdakı amillər təsbit olunmuşdur:
-xüsusi qayğıya ehtiyacı olan uşaqlar yüksək səviyyəli normal həyata yaxın bir mühitdə yaşamalıdır;
-xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ən əlverişli şərait öz evləridir;

-hakimiyyət orqanları tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə tərbiyə oiunmasına səy göstərilməlidir;

-xəstəliyin dərəcəsindən asılı olmayaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün şərait yaradılmalıdır.

Sonuncu üçüncü mərhələ keçən əsrin 80-cı illəridən indiyədək davam etməkdə olan müddəti əhatə edir və “Sosial model” adlanır.”

Sosial model” sağlamlıq imkanlarından, ailə vəziyyətindən, bacarıqlarından, dinindən, irqindən asılı olmayaraq bütün uşaqların təhsil prosesində və həyatda bərabərhüquqlu olmasını nəzərdə tutur.Müşahidələr göstərir ki, XIX əsrin 90-cı illərindən etibarən inklüziv təhsilin məqsəd və mahiyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir.Yəni o, peşəkar təcrübənin əldə edilməsinə doğru yönəlmişdir.

Azərbaycan Respublikasında təhsil hüququnun konstitusiya təminatı vardır , hansı ki bu, ölkəmizdə inklüziv təhsilin də təşkilinə əsas yaradır.İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir.Təhsilin bütün uşaqların ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu da xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almasını təmin edir.

”Məktəblər bütün uşaqları,fiziki, intellektual, sosial, emosional, dil və digər xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir.

Bu, əqli və fiziki ləngiməsi olan , xüsusi istedada malik olan, kimsəsiz, işləyən uşaqlara. etnik və mədəni azlıqlara da aiddir..”.(Salamanka Bəyənnaməsi,1994-cü il).

Azərbaycan cəmiyyətində baş verən demokratik dəyişikliklər sağlamlıq, inkişaf və digər problemlərdən asılı olmayaraq, hər bir şəxsin ehtiyaclarının ödənilməsinə yönəldilən prosesləri ön plana çəkir.

Qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində olduğu kimi , respublikamızın xüsusi təhsil sistemində də interaktiv proseslər həyata keçirilir, inklüziv təlimin təşkilinə şərait yaradılır.

Azərbaycanın təhsil sistemində xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində inteqrasiyalı (inklüziv) təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər məqsədəmüvafiq şəkildə davam etdirilir.

Məlumdur ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəbinin təlim prosesinə fəal daxil olmasından daha çox kütləvi təhsil prosesinin bir sistem kimi yenidən qurulmasını və bütün uşaqların təhsil ehtiyaclarının təmin edilməsini nəzərdə tutur.

İnklüziv təhsilin ən üstün cəhətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sağlam uşaqların bir yerdə təhsil almasıdır.Bildiyimiz kimi, bu çox çətin prosesdir. Belə ki, burada həm pedaqoq, həm həkim, həm də psixoloq olmalıdır.

lnklüziv təhsil alan uşaqların öz yaşıdları olan sağlam uşaqlarla bir yerdə təhsil alması onların hərtərəfli inkişafına səbəb olur.Həmin uşaqlar öz yoldaşlarının nailiyyətlərini təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstəməyə özlərində güc- qüvvət axtarırlar. Belə uşaqlar özlərini yararsız hesab etmir, kollektivə adaptasiya olunur, özlərinin gərəkli olduqlarını hiss edirlər. Belə uşaqların kollektivə, cəmiyyətə adaptasiyasına müəllim və valideynlər diqqət göstərməlidirlər.

Keçirilən tədbirlərdə , yarışlarda belə şagirdləri müəllimlər diqqətdə saxlamalıdırlar. Bütün bunlar onların hərtərəfli inkişafına stimul yaradır. Bununla bərabər inklüziv təhsilin inkişafını təkmilləşdirmək üçün müəyyən işlərin görülməsi və tədbirlərin həyata keçirilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üçün faydalı olar.

Dövlət strategiyasında sağlamlığı məhdud uşaqların təhsilini yaxşılaşdırmaq məqsədilə görüləcək işlər öz əksini tapmışdır. Bunlar aşağıdakılardır:

-Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf vı inklüziv təlim proqramlarının hazırlanması;

-Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması;

-Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;

-Məktəbəqədər və ümumtəhsil müəssisələri təhsil verənlərinin ivklüziv təhsili üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.

İnklüziv təhsilin vacib komponentləri aşağıdakılardır: müvafiq inklüziv təcrübəni dəstəkləyən bir fəlsəfə hazırlamaq; inklüziv təhsildə əməkdaşlıq; qiymətləndirmə; fərdi tədris proqramı; inklüziv təhsildə reabitasiya xidmətinin təşkili; inklüziv təhsildə pedaqoq və psixoloqların rolu; inklüziv təhsildə digər xidmətlərin rolu; inklüziv təhsildə valideynlərlə işin təşkili; peşə təhsili.

İnküliziya haqqında yanlış təsəvvürlər: məktəbdə olmaq hər şey demək deyil; üzməyi bilməyəni suya atmaq məqsədəuyğun deyil; diqqəti məqsədə deyil, hərəkətə yönəltmək; proqramin əsas meyarı, hər bir uşağın fərdi təhsil ehtiyaclarının ödənilməsi deyil onun öyrənilməsidir; sakitcə oturmağı fəal iştirakın alternativi kimi qəbul etmək.

Mövcud maneələr:
-Məktəblərin arxitextura cəhətdən əlçatmazlığı;
-Xüsusi təhsil ehtiyacları olan uşaqların oxumağa qadir olmamalarının qəbul edilməsi;

-Məktəbin pedaqoji kollektivinin əlillik məsələləri haqqında kifayət qədər məlumatının olmaması; -Sinfin öyrənmə prosesinə sağlamlıq imkanları məhdud olan uşaqların daxil olması;

-Sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri uşaqların təhsil hüquqlarını mmüdafiə etməyi bacarmırlar, onları təhsilə cəlb etməyə çəkinirlər.

Thsilin formalar inklziv oxmdniyytli thsil v onlarn funksiyalar

Təhsilin formaları Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təhsil formaları tətbiq olunur. • formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır; • qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. • informal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti or-qanı tərəfindən müəyyən edilir.

Davamı. . . Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafə-dən), sərbəst təhsilalma formaları müəyyən olunmuşdur və təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Fərdi təhsil – müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

İnklüziv təhsil Azərbaycanda https: //www. youtube. com/watch? v=Ykuf. Dbiz. Kls UNİCEF https: //www. youtube. com/watch? v=rf. Wh. QUz 2 J 70

All children can learn.

İnklüziv təhsil nədir? İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Bu proqram fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların öz potensiallarına nail olma imkanını dəstəkləyir. Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarla bərabərhüquqlu olmasını təmin edir. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir. Bu tip təhsil fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil şəkildə qərar vermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır. Belə olan halda, sağlamlığı məhdud olan uşaqların yaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır.

Təhsil qanunu Maddə 5. Təhsil hüququna dövlət təminatı 5. 1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. 5. 2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. 5. 3. Dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

Təhsil strategiyası Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir. 7. Strateji hədəflər və tədbirlər 1. 2. 4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması;

UNESCO və inklüziv təhsil İnsan Hüquqları 1948 -ci Bəyannamənin 26 -cı maddəsinə təsbit kimi inklüziv təhsil haqqı daxil olunmuşdur. O vaxtdan sonra bir neçə qanunlar və normativ aktlar bir daha bu hüququ təsdiq etmişdir. Üç məsələ xüsusi qeyd olunmuşdur. Təhsildə ayrı-seçkilik əleyhinə YUNESKO-nun 1960 Konvensiya Amerika Birləşmiş Ştatlarında ibtidai təhsildən məhrum qalanların bütün təhsil imkanlarının genişləndirilməsi öhdəliyini nəzərdə tutur. İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə 1966 Beynəlxalq Pakt bütün təhsil hüququnu təsbit edir və icbari təhsilin prinsipi vurğulayır. Nəhayət, Uşaq Hüquqları Konvensiyası, ən çox ratifikasiya insan hüquqları müqavilə, ayrı-seçkiliyə məruz qalan uşaqların hüququ müdafiə edir. Bundan əlavə, şagirdin öyrənmə təcrübəsi mərkəzində olduğunu qəbul edərək, təhsil məqsədləri barədə öhdəlikləri müəyyən edir.

Davamı. . . Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində İnklüziv Təhsil proqramının meneceri Lamiyə Şərəfxanova bizimlə söhbətində bildirib ki, onların təşkilatları və digər QHT-lər bu proqramın tətbiqinə 2004 cü ildən başlayıblar. Bu müddət ərzində 7 məktəb, 8 uşaq bağçası – ümumilikdə 15 təhsil müəssisəsi proqrama cəlb edilib. Respublika üzrə isə Sumqayıt, Bakı, Mingəçevir və Yevlax şəhərində proqram icra edilib. Müsahibimizin sözlərinə görə, hazırda müəssisələrin sayı artaraq 20 -yə çatıb, rayonların sırasına isə 4 rayon əlavə edilib. Ölkəmizdə 60 minə yaxın fiziki və əqli qüsurlu uşaq var. Lamiyə Şərəfxanovanın sözlərinə görə, bunlardan 268 nəfər sağlamlığı məhdud olan uşaq inklüziv təhsilə cəlb edilib.

Davamı. . . İnklüziv təhsil proqramı 2005 -2009 -cu illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdi. Proqramın vaxtının bitməsinə baxmayaraq, inklüziv təhsil məktəblərdə və bağçalarda davam etdirilir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı mövcud problemlərin kompleks həlli istiqamətində UNİCEF-in texniki dəstəyi ilə “2012 -2019 -cu illərdə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” ikinci dəfə hazırlanaraq, təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Proqram Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzin və bir sıra QHT təşkilatlarının nümayəndələrinin köməkliyi ilə hazırlanıb. Yeni tədris metodu: https: //www. youtube. com/watch? v=Tevg. Lwqn. S 9 w

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri (1) Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014 -cü il tarixində imzalanmış “ 2014 -2015 -ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13. 5 -ci bəndini rəhbər tutaraq Ə M R

Davamı. . . 18 mart, 2015 -ci il, 311 saylı əmr aşağıdakı kimidir: 1. BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur). 2. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə təyin edilsinlər. 3. Pilot müəssisələrdə loqopedik xidmət yaradılsın. 4. Layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M. Hacıyeva) tapşırılsın. 5. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin. 6. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə (E. Əliyev) həvalə olunsun. Əsas: C. Bayramovun 2015 -ci il 09 fevral tarixli 863 nömrəli xidməti məlumatı, BMT-nın Uşaq Fondunun (UNİCEF) Təhsil Nazirliyinə ünvanladığı 2015 -ci il 04 mart tarixli 1034 GOV 1501 KM nömrəli məktubu.

Davamı. . . İnklüziv şagirdlər olan siniflərdə onların bacarıq səviyyəsi müxtəlif olsa da, onlar öz yaş qrupu eyni sinifdə təhsil alırlar. Müəllimlər sinifdə icma yaratmaq üçün oyunlardan istifadə edirlər Şagirdlər qrup təqdimatlar hazırlayırlar Bir masada oturaraq qrup kimi görülən sinif tapşırıqlarını edirlər Şagirdlərin bir-birindən fərqliliyi haqqında açıq müzakirələr edirlər Müəllimlər şagirdlərə tədris zamanı bir-birlərinə kömək etmənin yollarını öyrədirlər Müəllimlər şagirdləri həvəsləndirirlər ki, onlar müəllim funksiyasını yerinə yetirsinlər (məs. inklüziv şagird üçün kitab oxusunlar)

İnklüziv təhsilin üstünlükləri Dostluq Ümumi təhsilə böyük çıxış Başqaları ilə münasibət qurmaq imkanları Akademik, sosial və davranış bacarıqlarının formalaşması Artan sosial təşəbbüsləri, münasibətləri və şəbəkələri Gələcək mühitə qoşulmaq, cəmiyyətin yararlı üzvü olmaq imkanları Gələcək həyatlarına müstəqil davam etmək bacarıqları Həyata, yaşamağa artan inam və ümidləri

İnklüziv təhsilin çətinlikləri • Bütün müəllimlər inklüziv sinifdə dərs deməyə hazır deyillər • Şagirdlərin çoxu kütləvi sinifdə olarkən daha çox diqqət və kömək tələb edirlər • Şagirdlərin bəziləri sinifdə inklüziv şagirdləri qəbul edə bilmirlər

Xarici təhsildə inklüzivliyin modelləri • «Push in» deyilən müəllimlərin bu cür siniflərdə dərs demək üçün xüsusi təhsili var. Onlar həm dərs deyirlər və həm də qüsurlu şagirdlərə dəstək olurlar. Bu müəllimlər həm də adi müəllimlərə onların işlərində yardımçı ola bilirlər. • «Full inclusion» adlandırılan müəllimlər xüsusi təhsil almış müəllimlərdir və onlar adi müəllimlərə birgə eyni sinifdə tamhüquqlu müəllim kimi eyni zamanda dərs deyə bilərlər.

İnklüziv təhsilin uğurları • Müntəzəm təhsil alan tələbələr və müəllimlərin təsiri yüksək qiumətləndirilir • İnklüziv təhsilin uğurlarının və uğursuzluqlarının aydınlaşdırılması • Araşdırmalar inklüziv təhsilin uğurlu olduğunu göstərir • İnklüziv təhsilə cəlb olunan şagirdlər sonda işlə təmin edilirlər

İnklüziv təhsilə kimləri qoşmaq olar? • Bütün şagirdlər inklüziv təhsilə qatılmaq üçün yaxşı namizəd deyillər. Bəzi inklüziv şagirdlərin davranışları digərləri üçün təhlükəli ola bilər. • Təhsilə cəlb olunan şagirdlər fənlərin çoxundan uğurlu nəticələr göstərməlidirlər • İnklüziv təhsilə cəlb olunan şagirdlərin çoxu fiziki cəhətdən qüsurlu olanlar, yüksək dərəcəli əlil olmayanlar və xüsusi qayğıya az ehtiyacı olanlardır

İnclusion https: //www. youtube. com/watch? v=x 8 Tn. Ki_Ybl. Q

Çoxmədəniyyətli təhsil https: //www. youtube. com/watch? v=Rjq. B 21 rn. Yf E

Çoxmədəniyyətli təhsil müxtəlif millətlərin nümayəndələrinin eyni vaxtda təhsil alması üçün nəzərdə tutulmuş təhsil formasıdır. Bu təhsil forması zamanı eyni sinifdə olan şagirdlərin irqi, dini, rəngi və adətlərinə görə bir-birindən fərqləndirilməməsi əsas götürülür. Şagirdlər qarşılıqlı anlaşma, bir-birinə hörmət, digər irqlərin və dinlərin nümayəndələrinin qarşılıqlı anlaşması təmin olunur. Bütün şagirdlərin eyni hüquqa malik olması, öyrətmə və öyrənmənin dini, irqi, rəngi olmaması və əksinə belə bir mühitin şagirdlərin daha da inkişaf etməsinə, digər mədəniyyətləri öyrənməsinə kömək etdiyini müəllimlər unutmamalıdırlar.

Növbəti dərs Seminar Tapşırıq: indiyə qədər keçirilən mövzuları oxumaq. Quizə və diskussiyalara hazır olmaq!

Sevgi şerləri

O süzgün baxışdan öldüm əzizim,
Hər baxışın mənə bir işgəncədir.
Baxışların oldu sevda dənizim,
Gülən baxışların qəlb sevincimdir.

Gözümə zillənib baxanda gözlər,
Sanki bir dikanı battı hər gülün.
Elə ki çəkildi o gülən gözlər,
İndi de əzizim mən necə gülüm.

Bəzən baxışların sevincim oldu,
Kədəri qoymadı bir dəyqə yaxın.
O baxış bəzəndə bir him-cim oldu,
Bəzən ürək deyir bir az çox baxın.

Güldürmə demə ki baxmıram sənə,
Sevən gözlər heç vaxt yalan söyləmir.
Sevirəm denən sən mənə bir dənə,
Gözlər yorulubdur tabda gətirmir.

İlk dəfə gözlərin baxanda mənə,
Bir anlıq qırıldı qolum qanadım.
Elə hey baxırdın mənə,
Sevgi nə deməkmiş onda anladım.

Qələmin bəs dedi gedirəm indi,
Deyir yenə baxar dur get yanına.
Gördüm yenə baxdın qəlbim sevindi,
Gözlərim hey baxır gələn yoluna.

Vəfasızlara

Qoyma bu məhəbbət bitsin kədərlə,
Məni atıb getmə,getmə sevgilim.
Oynama vəfasız sevən ürəklə,
Dikanlı gül olub bitmə sevgilim.

Gün gələr sevgilim səndə sevərsən,
Onda bu sevgilin düşər yadına.
Əl açıb sən məndən sevgi istərsən,
Bilki bu sevgimdə çatmaz dadına.

Yenədə sən düşün gülüm gedərkən,
Nəyə lazım qüssə kədər sevgilim.
Məni ağlar qoydun səni sevərkən,
Eylədin qəlbimi hədər sevgilim.

Eşitdim başqası olub həmdəmin,
O da çox sevməyib tez atıb səni.
Zəng vurub danışdın mənə dərd qəmin,
Sənə dedim axı axtarma məni.

Sən yoxsan

Sən yoxsan işıqlı dünyam qaralıb,
Sən yoxsan qara saçım ağarıb.
Fikrim xeyalım sanki dağılıb,
Ey fikrim xəyalım söylə hardasan?.

Ağlama deməkdən gecələr bezdi,
Sanki gecələrdə eşq dərdindədir.
Dağlara danışdım dağlar diz çökdü,
Deməli bu ürək gör nə gündədir.

Eşqinlə danışdım gözlər qan tökdü,
Qəddimi bir tək o vefasız bükdü.
Həyatda bu mənə ən ağır yükdür,
Qaldıra bilmədim qəlbim də çökdü.

Həsrətində gözlər birdə mən qaldım,
Sevgidən həyatda dərsimi aldım.
Elə vurdun ki sən yıxılıb qaldım,
Səni isə bəxtsizlər yanına atdım

Ağlama Ürəyim

Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim ağlama daha.

Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim ağlama daha.

Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına.
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim ağlama daha.

Həyatdan ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim ağlama daha.

Yoxsa peşmansanmı sən sevdiyinə,
Təkcə özün inan öz bildiyinə.
Ağlamaqdan qurtar get sevdiyinə,
Ağlama ürəyim ağlama daha.

Satlar tez ötdü dəyqələr bitdi,
Bu da bir taledi tez gəldi keçdi.
Göz yaşı faydasız ağlamaq gecdir,
Ağlama ürəyim ağlama daha.

Sevirəm ilk eşqim sevirəm səni

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Hardasan göz nurum,Hardasan indi

Çıxıb uca dağabaxdım sol sağa,
Dərdimi danısşdım bir daşa dağa.
Gözüm het zillənib baxır yollara,
Hardasan göz nurum hardasan indi.

Bax gülüm solubdu canım dərdindən,
İnan heç bezmədim sənin sevgindən.
Məni ayrı salma o nur üzündən,
Hardasan göz nurum hardasan indi.

Taqətdə qalmıyıb dözməyir bu can,
Sən gəlmirsən onda mən gəlim dayan.
Məni təkcə anlayan duyan,
Hardasan göz nurum hardasan indi.

Bir duysam səsini bir il bəsimdi,
Sevginə bil möhtac mənim qəlbimdi.
Həsrətlə uzanan sənə əlimdi,
Hardasan göz nurum hardasan indi.

Qoyma həsrətindən yanam alışam,
Dərdimi danısşdım əridi bir şam.
Otağım qaranlıq nursuz qalmışam,
Hardasan göz nurum hardasan indi.

Artıq ürəyimdə dayanmır dərdə,
İşıqsız bir yerdə qəlbim əlində.
Ürək çox kiçikdi dözməz bu dərdə,
Hardasan göz nurum hardasan indi.

Nə olar bir səs ver səsimə mənim,
Bir sözun bəs edər yanına gəlim.
Ağlamaqdan daha bezib gözlərim,
hardasan göz nurum hardasan indi.

Daha yazmayacam ayrılıq sözün,
Yenə zillənəcək yollara gözüm.
Nursuzdu yolları bu gözüm,
Hardasan göz nurum hardasan indi.

Baxılıb: 111149 Tarix: 02 aprel 2008

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Comments are closed, but trackbacks and pingbacks are open.