Press "Enter" to skip to content

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT

https://static.report.az/photo/d3154ad1-699b-31e5-9c8d-c481c8733d89.jpg

Azərbaycanın yeni Təhsil naziri kimdir?

Azərbaycanın yeni Təhsil naziri kimdir? Təhsil Nazirliyi yeni təyin olunan Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halını təqdim edib.

27 İyul , 2020 15:29

https://static.report.az/photo/d3154ad1-699b-31e5-9c8d-c481c8733d89.jpg

Emin Əmrullayev

Azərbaycanın yeni təyin olunan Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halı açıqlanıb. “Report” xəbər verir ki, E.Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib. 2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib. Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir. Ailəlidir, 2 övladı var. Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla E.Əmrullayev Təhsil naziri təyin edilib.

  • Emin Əmrullayev
  • Təhsil Nazirliyi

Təhsil nazirliyi müştəriyə yönəlmə proqramı

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – İyul 13, 2019 – 14:40

!Reklam – Yazi

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, əvvəlki illərin təcrübəsi də nəzərə alınaraq, məzunların təhsil almaq istədikləri ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən bir sıra əsas məqamlara diqqət yetirməsi tövsiyə edilir. Məzunlar ali təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməlidirlər. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərlər. Məzunlar təhsilalma formasının Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun olmasına da diqqət yetirməlidirlər. Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, distant, eksternat, fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə etməyiniz tövsiyə olunur. Məzunlar seçim zamanı bunlarla yanaşı, təhsilin keyfiyyətini də nəzərə almalıdırlar: “Təhsil Nazirliyi vətəndaşları xaricdə əldə edəcəkləri təhsilin keyfiyyətinə xüsusi diqqət yetirməyə çağırır. Bu səbəbdən təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini seçərkən, onun beynəlxalq reytinq cədvəllərindəki (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) ümumi və konkret ixtisaslar üzrə yerini araşdırmağınız tövsiyə olunur. Əlavə olaraq, xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara dair zəruri məlumatları özündə əks etdirən ani.edu.gov.az internet səhifəsinin “Mütəmadi verilən suallar” bölməsi ilə tanış ola bilərsiniz. Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır. Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir”.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Təhsil Nazirinə Necə Bir Məktub Yazmaq Olar

Təhsil Nazirliyində həll edilə bilən bir sualla qarşılaşırsınızsa, o zaman müraciət etmək üçün qanuni hüququnuz var. Məktub yaza bilərsiniz, Nazirliyin mütəxəssisləri ilə fərdi görüş üçün qeydiyyatdan keçə bilərsiniz. Hər halda, müraciətiniz yaxşı yazılmalıdır ki, geribildirimə güvənəsiniz. Təhsil Nazirinə necə bir məktub yazmaq olar

Təlimat

Addım 1

Əlbətdə ki, Təhsil Nazirinə şəxsən bir məktub yazmamalı və onun oxuyacağına ümid etməməlisən. Təhsil və Elm Nazirliyində vətəndaşların müraciətləri ilə iş şöbəsi var. Qəbul olunmuş bütün məktublar və müraciətlər bu şöbəyə göndərilir. Daha sonra şöbə konkret mütəxəssislərə məktublar göndərir.

Addım 2

Qəbz təsdiqlə bir məktub yaza bilərsiniz. Beləliklə, mütləq ünvan sahibinə çatdığından əmin olacaqsınız və məktubu aldığınız tarixdən etibarən 30 gün ərzində cavab almaq hüququnuz var. 125993, Moskva, GSP-3, Tverskaya küçəsi, 11 ünvanına bir məktub göndərə bilərsiniz.

Addım 3

Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin rəsmi veb saytından istifadə edə və “Əlaqə” bölməsində bir sual verə və ya bir sorğu buraxa bilərsiniz. Məktubunuzun oxunması üçün əlaqə məlumatınızı və özünüz barədə məlumatları tərk etməlisiniz. Sual təcili olarsa, ilkin cavab sizə elektron poçtla göndəriləcək. Gələcəkdə rəsmi bir məktuba etibar edə bilərsiniz.

Addım 4

Bu məsələ ilə bağlı başqa orqanlara müraciət etmisinizsə, aldığınız cavabların surətlərini kağız məktuba əlavə edin. Bu cür məktubların tez-tez digər tabe təşkilatlara göndərildiyi heç kimə sirr deyil. Və hər təşkilat məktubu araşdırmaq üçün 30 gün çəkərsə, cavab almaq üçün nə qədər vaxt lazım olduğunu hesablaya bilərsiniz.

Addım 5

Müraciətinizin necə tərtib edilməsi də vacibdir. Uzun, qarışıq cümlələr yazmamağa çalışın. Sualınız, istəyiniz və ya minnətdarlığınız mahiyyəti üzrə 5-6 cümləni keçməməlidir. Düşüncələrinizi aydın şəkildə formalaşdırın, bir neçə sualınız varsa, onları alt hissələrə bölün. Məktubda qanunun maddələrinə istinad edə, tənzimləyici sənədlərin nömrələrini göstərə bilərsiniz. Duyğulara qapılsanız da (mübahisəli bir vəziyyət haqqında yazsanız), şəxsi, təhqir və tənqid olunmasına icazə verməyin. Əks təqdirdə məktubunuz qətiyyən nəzərə alınmayacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.