Press "Enter" to skip to content

Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb

Bu bölməyə aid digər xəbərlər

Təhsil nazirliyi15 iyul 2019 əmrf-447

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün ölkə başçısı tərəfindən müəllimlərimiz üçün yüksək tədris şəraiti yaradılır, onların maddi rifahı yaxşılaşdırılır və əməklərinə yüksək qiymət verilir. Elə bu qayğının nəticəsidir ki, muxtar respublikada 400-dən çox müəllim “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Naxçıvanda məzunların 96 faizi Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verib

16.03.23 15:09

Ölkə başçısı tərəfindən təhsil sistemində yeni islahatların həyata keçirilməsi, bu istiqamətdə Dövlət pro­qramları və sərəncamların imzalanması, məktəblərdə yaradılan müasir tədris şəraiti təhsilin səviyyəsini yüksəldib.
Təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada da öz nəticələrini verir, məktəblilərin təhsilə, elmə olan marağı ildən -ilə artır. Mart ayının 1-dən, 15-nə dək ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri təhsillərini davam etdirmək üçün fəallıq nümayiş etdirib. Belə ki, Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla ümumtəhsil məktəblərini bitirən 3166 şagirddən, 3043-ü sənədvermədə iştirak edib ki, onlardan 2877-si ali, 166-sı isə orta ixtisas təhsili müəssisələrini seçib. Ümumilikdə sənəd qəbulunda məktəblilərin 96 faizi iştirak edib. Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Qızlar və Şərur Şəhər Fizika –Riyaziyyat Təməyüllü liseylərini bitirən şagirdlərin 100 faizi ali məktəblərə sənədvermədə iştirak edib.

Şərur rayonunun Vərməziyar kəndində məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib

16.03.23 10:17

Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub.
Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə olan qayğısından danışılıb, məktəbdə müəllim və şagirdlərin hazırlıq səviyyəsinin ürəkaçan olmaması, şagirdlərin innovativ yanaşmaları çətin qavraması və müəllim heyətinin qarşısında duran vəzifələr diqqətə çatdırılıb.
Səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə tanış olub, xidmət və kənd mərkəzlərində yaradılan şəraitlə maraqlanıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olmaq məqsədilə muxtar respublikada səfərdə olublar

16.03.23 09:50

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseydə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüblər.
Görüşdə təhsil naziri Rəhman Məmmədov qonaqların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən 6 minə yaxın kompüter və 700-dən artıq elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Qeyd olunub ki, 2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur, 156 məktəbdə STEAM kabinələri yaradılıb.

Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb

Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb.

22 İyul , 2019 11:56

https://static.report.az/photo/1c6d9e08-0499-4a2b-9ff0-7f9bed59e78f.jpg

Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur. İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər. İctimai Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Seçki komissiyasının ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib. İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet səhifəsinin elan bölməsində tanış olmaq olar.

Təhsil nazirliyi15 iyul 2019 əmrf-447

2019-09-04 12:00:00

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyiyanında İctimai Şuraya seçkilər keçirilib. AzEdu.az xəbər verir ki, Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini İctimai Şuranın təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacağını deyib. Firudin Qurbanov qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb. Təhsil nazirinin müşaviri, Seçki Komissiyasının üzvü Elnur Məmmədov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlərdən, İctimai Şuranın fəaliyyət növlərindən danışıb. Nazir müşaviri İctimai Şuranın Təhsil Nazirliyinin fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə inandığını deyib. Daha sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən aşağıdakı şəxslər Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvi seçiliblər: Orucov İlqar; Mikayılova Ülviyyə; Əsgərov Şahlar; Kazımzadə Elmina; Əliyev Etibar; İsrafilov Nadir; Vəliyev Anar; Cəfərzadə Mirzə; Cahangirov Asif; Əliyev Mais; Əlizadə Hikmət. Qeyd edək ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunan Seçki Komissiyası tərəfindən yoxlanılıb. Seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

Bu bölməyə aid digər xəbərlər

Emin Əmrullayevdən Novruz paylaşımı

2023-03-20 11:47:38

Nazirlik deputatı təkzib etdi

2023-03-17 20:16:02

Daha 10 məktəbin inkişaf planı hazırlanır

2023-03-17 16:41:58

Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək – FƏRMAN

2023-03-17 15:32:38

Məktəblərin istilik təminatı – nazirliyə 1,7 min müraciət daxil olub

2023-03-17 13:36:01

Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub

2023-03-16 17:54:00

Nazirlik 5 universiteti təltif etdi – SİYAHI

2023-03-16 17:42:58

Pilot məktəblərin direktor müavinlərinə təlim keçilir

2023-03-16 15:41:19

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

2023-03-16 14:12:00

Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlandı

Comments are closed, but trackbacks and pingbacks are open.