Təhsil qanunvericiliyi
Təhsil müəssisələrinin təsisçiləri aşağıdakılar ola bilərlər: dövlət orqanları; bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, müəssisələr, idarə və təşkilatlar; ictimai birlik və təşkilatlar; Azərbaycan Respublikasının vətəndaşları xarici ölkə vətəndaşları.
Təhsil qanunvericiliyi
HR Option İnkişaf Mərkəzi (Turan Biznes Mərkəzi 2-ci mərtəbə, Albert Aqarunov 14 A)
Vaxt
10th Mart 2020 – 14th Nisan 2020 07:00 PM – 09:00 PM
Kalendara əlavə et 2020-03-1007:00 PM 2020-04-1409:00 PM Europe/London Əmək Qanunvericiliyi Təlimi HR Option İnkişaf Mərkəzi (Turan Biznes Mərkəzi 2-ci mərtəbə, Albert Aqarunov 14 A)
TƏLİM HAQQINDA
Təlimin məqsədi
Təlimin məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində insan resursları əməliyyatlarının aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair iştirakçıların nəzəri biliklər qazanması və onların praktiki bacarıqlara yiyələnməsinə yardımçı olmaqdır.
Təlimin iştirakçıları
İnsan resursları əməliyyatları sahəsində ixtisaslaşmaq istəyən şəxslər, hal-hazırda İR-nın müxtəlif funksiyaları üzrə çalışan və əmək qanunvericiliyi sahəsində səriştələrini artıraraq rəqabətli əmək bazarında mövqeyini gücləndirmək niyyətində olan peşəkarlar.
Təlimin sessiyaları:
- Giriş
- Əmək Münasibətlərinin Rəsmiləşdirilməsi
- İş və İstirahət Vaxtı
- Məzuniyyətlərin Tənzimlənməsi
- Ezamiyyətlərin Tənzimlənməsi
- Əmək Münasibətlərinə Xitam Verilməsi
- İşçi və İşəgötürənin Hüquq və Məsuliyyətləri
- İşəgötürənin Məsuliyyətləri və Proqramın Yekunu
- İmtahan
Təlimin müddəti: 1 ay / 18 saat
Təlimin başlama tarixi: 10.03.2019
Tədris tezliyi: Həftədə 2 gün / hər gün 2 saat
Tədris saatları: 19:00-21:00
Təlimin keçirilmə ünvanı: HR Option İnkişaf Mərkəzi
(Turan Biznes Mərkəzi 2-ci mərtəbə, Albert Aqarunov 14 A)
Tədris metodikası: Təqdimatlar, interaktiv müzakirələr, praktiki çalışmalar, yekun yoxlama imtahanı
Tədris materialları: Təqdimat və paylama materialları, Əmək Məcəlləsi
Mükafatlandırma: İmtahan nəticəsində topladığı baldan asılı olaraq tədris sessiyalarının ən azı 2/3-ə qatılan iştirakçılara aşağıdakı sertifikatlar təqdim ediləcəkdir:
- 75%-dən yuxarı – Müvəffəqiyyət sertifikatı
- 50%-74% – Təlimi bitirmə haqqında sertifikat
- 49%-dən aşağı – İştirakçı sertifikatı
TƏDRİS PROQRAMI
1. Giriş
- Əmək qanunvericiliyi haqqında ümumi anlayış
- Əmək müqaviləsi və müqavilədə yer alan şərtlərin ətraflı izahı
- Elektron hökümət portalı haqqında ümumi məlumatlar
- Sınaq müddəti və onun tənzimlənməsi
- Əmək funksiyası, Başqa işə keçirmə qaydaları
2. Əmək Münasibətlərinin Rəsmiləşdirilməsi
- Əmək müqaviləsinin doldurulması qaydası ilə bağlı praktik çalışma
- İşə qəbul zamanı kadr kargüzarlığı ( işə qəbul əmrinin verilməsi, E-GOV-a işçinin daxil edilməsi ), işçinin şəxsi işinin formalaşdırılması
- Əmək kitabçasının doldurulması qaydası
- Ştat cədvəlinin hazırlanması, ştat əmrlərinin verilməsi
- Vəzifə dəyişikliyi, əmək şəraiti şərtlərinin dəyişdirilməsinin rəsmiləşdirilməsi ilə bağlı praktiki çalışma
3. İş və İstirahət Vaxtı
- İş və istirahət vaxtı haqqında ümumi məlumat
- Tam, natamam, qısaldılmış iş vaxtı
- Gecə vaxtı və gecə növbəsi arasındakı fərqlərin ətraflı izahı
- İş vaxtının cəmlənmiş uçotu
- İş vaxtından artıq iş və onun tənzimlənməsi qaydaları
- İstirahət vaxtı, qeyri iş günlərində iş cəlb edilmə
- İşə davamiyyət cədvəlinin hazırlanması qaydası
- İş və istirahət vaxtının əmək müqaviləsində düzgün əks etdirilməsi ilə bağlı praktiki çalışma
4. Məzuniyyətlərin Tənzimlənməsi
- Məzuniyyət anlayışı və onun növləri
- Əmək məzuniyyəti, əsas və əlavə məzuniyyət növləri
- Əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi qaydası
- Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geri çağırılma qaydası
- Əmək məzuniyyətinin planlaşdırılması
- Təhsil, yaradıcılıq, ödənişsiz və sosial məzuniyyətlər
5. Ezamiyyətlərin Tənzimlənməsi
- Ezamiyyə qaydaları haqqında ümumi məlumat
- Ölkədaxili və ölkəxarici ezamiyyələrin rəsmiləşdirilməsi
- Ezamiyyə vəsiqəsinin doldurulması qaydası, ezamiyyə əmrlərinin verilməsi
- Müəssisədaxili nizam-intizam qaydaları
- İntizam tənbehinin növləri haqqında ümumi məlumat
- İntizam tənbehinin verilməsinin rəsmiləşdirilməsi haqqında praktiki çalışma
6. Əmək Münasibətlərinə Xitam Verilməsi
- Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
- İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi
- Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi qaydası
- İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası
- Əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilmə qaydasına dair praktiki çalışma
7. İşçi və İşəgötürənin Hüquq və Məsuliyyətləri
- İşçi və işəgötürənin maddi və tam maddi məsuliyyəti
- Qadınların və yaşı 18-dən aşağı olan işçilərin əmək hüquqları
- İş tapmaqda çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası
- Məşğulluq hesabatların tərtib edilməsi
- Əməyin mühafizəsi ilə bağlı ümumi müddəalar
8. İşəgötürənin Məsuliyyətləri və Proqramın Yekunu
- Əmək qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan cərimələr
- İşçilərin sosial sığortası
- Yekun təkrar
- Təlim üzrə bütün açıq qalan sualların cavablandırılması
- Praktik çalışmalar
9. İmtahan
TƏLİMÇİ
Əmək Qanunvericiliyi kursunun təlimçi Fərid Nəcəfovdur.
Fərid Nəcəfov
İnsan Resurslarının İdarə Edilməsi sahəsində fəaliyyətə 2011-ci ildə Azersun Holding-də başlamışdır. Daha sonra o karyerasını Azərinşaatservis, Veysəloğlu və Gilan Holding kimi iri müəssisələrdə davam etdirməklə, istehsalat, tikinti, pərakəndə sektorlarında ciddi təcrübə qazanmışdır. Gilan Retail Group Portfelinin İR Meneceri vəzifəsində çalışarkən Holdingin əmək qanunvericiliyi sahəsində daxili təlimçisi kimi 50-dən çox İR mütəxəssisinə təlimlər keçmişdir. Müəssisədaxili təlimçilik fəaliyyəti ilə yanaşı Əmək Qanunvericiliyi sahəsində son 3 ildə dəfələrlə korporativ və fərdi təlim kurslarının təlimçisi kimi çıxış etmişdir. Hal-hazırda Paşa Holding Agro Food İnvestment qrupa daxil olan Grand Agro MMC-də İR və İnzibati işlər üzrə Menecer vəzifəsində çalışır.
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Təlimin qiyməti: 220 AZN
Ödəniş şərtləri: Məbləğ tam şəkildə əvvəlcədən ödənilir
Endirimlər: 3 mart 2020-ci il tarixədək qeydiyyatdan keçib ödəniş edənlər 20% ENDİRİM əldə edəcək.
Qeyd: Təlim iştirakçılarına Əmək Qanunvericiliyinə Dair Materiallar Toplusu kitabı və Əmək Məcəlləsi hədiyyə olunur.
Təhsil qanunvericiliyi
Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dövlətimizi vətəndaş müharibəsindən, parçalanmadan, yox olmaq təhlükəsindən xilas etmiş, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın təməlini qoymuşdur. Tariximizin şanlı səhifəsini təşkil edən 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir.
Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırmış, “Doing Business-2019” hesabatına əsasən dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer almışdır.
Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir
Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır.
Təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılmışdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcəkdir.
Təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib
2018-2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olmuşdur. Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaratmışdır. Belə ki, “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” Qanun qəbul edilmişdir. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə etmişdir.
Həmin qanunların və 2017-ci ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” Qanunun tətbiqi də nəzərə alınmaqla 25-dək normativ hüquqi sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuş, onların böyük əksəriyyəti təsdiq edilmişdir. Cari ildə isə “Ümumi təhsil haqqında” Qanun qəbul olunmuşdur.
Məktəbəhazırlığın əhatəliliyi genişlənir
Təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75%-ə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir. Təməl bacarıqların erkən yaş dövründən əldə edildiyi nəzərə alınaraq, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilmiş, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanmış, Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilməkdədir.
Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilmiş, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 144-ə çatmışdır.
Müəllim nüfuzu yüksəlir
Məlumdur ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır.
Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmişdir. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. Cari tədris ilinə ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilmişdir ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olmuşdur. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırmış, 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artmış, müraciət edənlərin sayı 51 mini ötmüşdür. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşmış, 20 mindən çox gənc müəllim işə qəbul olunmuşdur.
2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmış, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşmışdır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artmış, onlar arasında sağlam rəqabət və motivasiya güclənmiş, müəllimlik rəqabətli bir peşəyə çevrilmiş, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir. 2018-ci ildə 500 baldan yuxarı toplamış abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçmişdir ki, bu da strategiyanın icrasına başladığımız ilin eyni göstəricisindən 2,3 dəfə çoxdur. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına və yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcəkdir.
Müəllimlərin peşəkarlıq səviyyəsi artırılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illərdə müəllimlərlə bağlı həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirərək müəllimlərin XV qurultayının iştirakçılarına təbrik məktubunda demişdir: “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilmiş, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilmişdir ki, onların 25 mini 2018-ci ilin payına düşür. Bununla yanaşı, elektron resurslardan istifadə və rəqəmsal bacarıqların inkişafı üzrə ümumilikdə 4000 nəfər müəllim təlimlərdən keçirilmişdir.
Şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşır
Keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlmişdir. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artmışdır.
İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşmışdır. 2018-ci ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 1 qızıl, 8 gümüş, 20 bürünc medal, 7 həvəsləndirici sertifikat əldə etmiş, son illərdə isə 4 qızıl, 29 gümüş və 107 bürünc medal olmaqla ümumilikdə 140 medal qazanmışlar. 2019-cu ilin ilkin nəticələri də uğurlu olmuşdur. Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixində ən gənc qalib olmuşdur. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 4 gümüş və 1 bürünc medal əldə etmiş, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olmuşdur. Əminliklə demək olar ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə etməsi olimpiada hərəkatının daha da genişlənməsinə səbəb olacaqdır. Şübhəsiz, cari ildə informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsi də ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olacaqdır.
Yeni qiymətləndirmə modelləri tətbiq olunur
2018-2019-cu tədris ili ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə yadda qalmışdır. Məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılmışdır.
Ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları sahəsində başlanmış islahatlar XI siniflərdə davam etdirilmişdir. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olduğuna görə, onların buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə DİM tərəfindən yeni qaydalar tətbiq edilmiş, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilmiş, ilk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılacaqdır. Əminik ki, yeni imtahan modeli təhsil alanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaqdir.
Təmayülləşmənin müsbət nəticələri
Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilmiş, 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilmişdir ki, bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil etmişdir. Təmayül siniflər üçün tədris planları və proqramları hazırlanmış və tətbiq edilmişdir. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirir və akademik nailiyyətləri ilə fərqlənirlər. Hər bir şagirdə təmayül istiqamətinə uyğun peşəkar bacarıqların aşılanması məqsədilə “Ümumi təhsil haqqında” Qanunda təmayül siniflərində şagird sayı əvvəlki 20 nəfərdən 15 nəfərə endirilmişdir. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanmışdır.
Dərslik hazırlığı sahəsində yeniliklər
Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilmişdir. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Qeyd olunan prosedurlar gözlənilməklə cari tədris ilinə I-XI siniflər üçün 338 adda 7,2 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait çap edilib məktəblərə paylanmışdır. Bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici olmuşdur. Cari tədris ilində yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanmış, beləliklə I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatmışdır.
Dərslik hazırlığı sahəsində daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılmış və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanmışdır. İlkin mərhələdə I siniflər üçün Ana dili və riyaziyyat dərslikləri hazırlanmışdır və hazırda 100-dən çox məktəbdə sınaqdan keçirilməkdədir. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklərin hazırlanması olacaqdır.
Tədrisdə İKT-dən istifadə imkanları genişləndirilir
İnformasiya cəmiyyətinin yarandığı, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı indiki şəraitdə İKT-nin inkişafı ölkənin rəqabətqabiliyyətliliyinin, intellektual və elmi potensialının vacib göstəricilərindən birinə çevrilmişdir. Məhz bu tendensiyalar nəzərə alınaraq, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Sazişi çərçivəsində 2018-ci ildə ümumi təhsil müəssisələrinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor verilmiş, İKT əsaslı infrastrukturun yaradılması işi davam etdirilmişdir. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya (62%) çatdırılmış, şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85%-ni, pedaqoji heyətin isə 73%-ni əhatə etmişdir.
Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Uğurlu nəticələr nəzərə alınaraq növbəti tədris ilində layihə 100-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edəcəkdir. Layihə müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən Parisdə Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində təqdim edilmiş və böyük maraqla qarşılanmışdır.
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil hüququ təmin olunur
Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili və inkişafı fəaliyyətimizin əsas prioritetlərindən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların təhsil hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və təsdiq edilmiş, 2018-ci ildən həyata keçirilməsinə başlanmışdır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və inkişafı sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Belə ki, fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, ölkənin bütün internat və xüsusi məktəbləri əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, əlilliyi olan şəxslər üçün əlverişli təhsil mühiti yaradılmışdır.
Cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsil almaqdadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, inkişafı və cəmiyyətə inteqrasiyası bundan sonra da ölkəmizin təhsil siyasətində prioritet olaraq nəzərə alınacaqdır.
Peşə təhsilinin inkişafı
Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Peşə təhsilinin inkişafı işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə əhəmiyyətli təsir göstərir. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilmiş və icrasına başlanmışdır.
Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılmış, beləliklə, mərkəzlərin sayı 24-ə çatmışdır. Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılmışdır. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilməkdədir.
Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilmiş, 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanmışdır, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilmiş və kadr hazırlığına başlanmışdır. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində müasir peşə təhsili mərkəzinin tikintisi başa çatmaq üzrədir. Artıq Koreyadan ən müasir avadanlıqlar gətirilib quraşdırılmışdır. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış həmin mərkəzdə 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçməsi təmin edilmişdir.
İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilmişdir.
Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər növbəti illərdə də davam etdiriləcəkdir.
Orta ixtisas təhsilinin inkişafına yeni yanaşmalar
Son illərdə orta ixtisas təhsilinin inkişafı ilə bağlı Təhsil Nazirliyi tərəfindən yeni yanaşmalar tətbiq edilmişdir. Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılmış, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilmişdir. Bununla əlaqədar, həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunmuşdur.
Cari ildə “Təhsil haqqında” Qanuna dəyişikliklər əsasında orta ixtisas təhsilinin inkişafına təkan verəcək yeni qərarlar qəbul edilmiş, bakalavrlar orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul hüququ, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququ qazanmışlar. Bunlarla yanaşı, bakalavriat səviyyəsini başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququ əldə etmişlər. Yeni qayda vətəndaşların əmək bazarına çevik uyğunlaşmasına, məşğulluğun və təhsilin əlçatanlığının təmin edilməsinə, eyni zamanda, kollec təhsilinin nüfuzunun artırılmasına öz töhfəsini verəcəkdir.
Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
Ali təhsilin əlçatanlığı artırılır
İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur.
Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə prezidentinin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə etmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılmış, ümumi qəbul planının 42 faizini təşkil etmişdir. Ötən il bu göstərici 27 faiz təşkil edirdi. Həmin tədbirlərin davamı kimi, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə prezidentinin sərəncamı imzalanmışdır. Dövlət başçısının təhsilin davamlı inkişafına xidmət edən bu təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Qəbul edilən mühüm qərarlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsidir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur. Aidiyyəti dövlət qurumları ilə birlikdə proqramın icrası istiqamətində tədbirlərə başlanmışdır.
Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olmuş, bu göstərici ötən il 41 mini ötmüşdür. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilmiş, bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlmiş, yəni 6.4% artmışdır.
Əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılmış, 70-ə yaxın ixtisas birləşdirilmiş və ya çıxarılmış, təsnifata 46 yeni ixtisas əlavə edilmişdir.
Ali təhsil müəssisələri yeni idarəetmə modelinə keçir
Ali təhsil müəssisələrində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaratmışdır. Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər.
Ali təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün dövlət-özəl partnyorluğu əsasında 100 faiz özəl sektorun vəsaiti hesabına 800 yerlik müasir yataqxana kompleksinin tikintisi başa çatdırılmışdır və istifadəyə hazırdır. Bu istiqamətdə təşəbbüslər növbəti illərdə də davam etdiriləcəkdir. Bununla yanaşı, dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.
Elmin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər öz bəhrəsini verməkdədir. Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti ilə səmərəli əməkdaşlıq nəticəsində “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlmiş, son məlumata əsasən, “Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınmışdır. Son 5 ildə isə alimlərimizin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 96 faiz, ali təhsil müəssisələri üzrə 2.6 dəfə artmışdır. Əminliklə deyə bilərik ki, bu nəticələr ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşmasına ciddi təkan verəcəkdir. Əldə olunan uğurlu nəticələr nəzərə alınaraq, 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Yeni təşəbbüslər, yeni hədəflər
Əldə edilmiş nailiyyətlərlə yanaşı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflər baxımından təhsil sistemi qarşısında bir sıra vəzifələr də durur. Onlardan bəzilərini diqqətə çatdırmaq istərdim.
Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.
Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bununla əlaqədar növbəti illərdə bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir.
Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara və ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nanotexnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi prioritet hesab olunmalıdır.
Ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, bu istiqamətdə növbəti tədris ilində 20 məktəbdə tam orta təhsil səviyyəsində peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilmişdir. İnanırıq ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı, gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcəkdir.
Daha bir prioritet ümumi təhsildə STEM yanaşmasının tətbiqidir. Bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsini və şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılmasını nəzərdə tutur. Bu istiqamətdə növbəti tədris ilindən məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır.
Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə Təhsil Nazirliyi tərəfindən dəfələrlə vurğulanmışdır. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması və internatura modelinə keçid, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi əsas hədəflər kimi müəyyən edilmişdir.
Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq yeni məzmunun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.
Keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir.
Elm sahəsində növbəti illərdə həyata keçirəcəyimiz əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi olacaqdır. Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.
Məktəblərdə mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib iş istiqamətlərindəndir. Müasir dövrdə şagirdlərin zərərli informasiyaya çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir. Məktəb rəhbərləri üçün məktəb-aliə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir. “Məktəblinin dostu” layihəsinin əhatəliliyinin növbəti tədris ilindən təxminən 5 dəfə artırılaraq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji-öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin təşkili də qarşıda duran hədəflərdəndir.
Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.
İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
Təhsil qanunvericiliyi
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1992, Nəşr nömrəsi: 24, Maddə nömrəsi: 1031)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
[1] AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL QANUNU
Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.
Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır.
Təhsil sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına, Azərbaycan Respublikasının Konstitusiyalarına, Təhsil Qanununa və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.
Təhsil Qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir.
Maddə 1. Təhsil qanunvericiliyi və onun vəzifələri
1. Təhsil qanunvericiliyinə daxildir: həmin Təhsil Qanunu; ona müvafiq olaraq Azərbaycan “Respublikasında verilmiş digər təhsil qanunvericiliyi aktları; Azərbaycan Respublikası tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında həmin Təhsil Qanunu əsasında qəbul edilmiş qanunvericilik aktları.
Təhsil Qanunu Azərbaycan ərazisində olan-bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilir. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərir.
Təhsil qanunvericiliyini pozanlar qanuna müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
2. Təhsil qanunvericiliyinin vəzifələri aşağıdakılardır: təhsil sahəsində dövlət siyasəti prinsiplərin müəyyən edilməsi; təhsil sisteminin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat yaradılması; hüquqi şəxslər və təhsil subyektlərinin hüquq və vəzifələrinin, səlahiyyət və məsuliyyətinin müəyyən olunması; vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi.
Maddə 2. Təhsil sahəsində dövlət siyasətinik əsas prinsipləri
Azərbaycan Respublikası fasiləsiz təhsil sistemi yaratmaq siyasəti yeridir. Dövlətin təhsil siyasəti aşağıdakı prinsiplərə əsaslanır.
hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması; bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər şərait yaradılması; təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xarakter daşıması; təhsil müəssisələrinin müstəqilliyinin artırılması; təhsilin humanistləşdirilməsi; ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafını üstün tutulması; təhsilin humanitarlaşdırılması; təhsildə milli zəminin və bölgə komponentinin gücləndirilməsi; təhsilin fərdiləşdirilməsi və differensiallaşdırılması; təhsilin məzmununun inteqrasiya edilməsi; təhsilin elmi-dünyəvi xarakter daşıması; elm, istehsalat, xarici ölkələrin təhsil müəssisələri və orqanları ilə sıx əlaqə təhsil müəssisələrinin partiyalardan, ictimai-siyasi və dini təşkilatlardan, hərəkatlardan asılı olmaması; təhsildə azadlıq və plüralizm; yaradıcılıq; tamlıq; varislik; çeviklik; təhsilin dünya standartları səviyyəsində olması.
Maddə 3. Vətəndaşların təhsil hüquqları
1. İrqindən, milli və diki mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilir.
Müəyyən peşələr və ixtisaslar üzrə hökumət tərəfindən yaş həddinə, habelə cinsə, sağlamlığa, mühakimə olunmaya görə məhdudiyyətlər qoyula bilər.
Dövlət, mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. [2]
2. Dövlət təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər. həmin təhsil müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər.
3. Vətəndaşların təhsil formasını, təhsil müəssisəsini və təlim dilini seçmək azadlığı təmin olunur.
4. Sosial müdafiəyə və yardıma ehtiyacı olan vətəndaşların təhsil hüququnu təmin etmək məqsədilə dövlət onların təhsil xərcinin qismən, yaxud bütünlüklə öz üzərinə götürür.
5. Pullu təhsil müəssisələrində təhsil alan aztəminatlı vətəndaşlara eyni növdən və tipdən olan dövlət təhsil müəssisələrinin normativləri əsasında dövlət tərəfindən ödənc verilir.
6. Dövlət xüsusi istedada malik olan və sosial yardıma ehtiyacı olan şəxslərin respublikada və ya xaricdə təhsil ala bilməsi üçün tam şərait yaradır.
7. Dövlət ali məktəb tələbələrinə təhsilini başa vurduqdan sonra beş il müddətində ödəmək şərtilə kredit verə bilər.
8. Vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi (ali təhsilin birinci—bakalavr pilləsi də daxil olmaqla) almaq hüququna malikdirlər.
9. Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı pillədən olan növbəti təhsil müəssisəsinə qəbul olunarkən bərabər hüquqa malikdirlər.
Maddə 4. Təhsil prosesi və ictimai-siyasi fəaliyyət
1. Təlim-tərbiyə prosesi pozulmazdır. Siyasi partiyalar, ictimai-siyasi cəmiyyətlər və təşkilatlar, dini və digər qurumlar təhsil müəssisələrinin fəaliyyətinə və təlim-tərbiyə prosesinə müdaxilə edə bilməzlər.
2. Təhsil işçisinin konstitusiya çərçivəsində fəaliyyət göstərən hər hansı partiyanın, habelə digər ictimai-siyasi və ya dini təşkilatın üzvü olması onun pedaqoji fəaliyyətinə mane ola bilməz.
3. Yetkinlik yaşına çatmayanların siyasi aksiyalara cəlb olunmasına yol verilmir.
4. Təhsil müəssisələrində və təhsil orqanlarında siyasi partiyaların, ictimai-siyasi hərəkatların təşkilat strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Maddə 5. Təhsil və din
Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər.
Maddə 6. Təhsil dili
1. Azərbaycan Respublikasının təhsil müəssisələrində təlim dili Azərbaycan dilidir.
2. Cəmiyyətin tələbinə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin arzusuna müvafiq olaraq müəyyən təlim-tərbiyə müəssisəsi bazasında, dövlət standartları çərçivəsində, mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və Azərbaycan coğrafiyası da tədris olunmaqla azsaylı xalqların dillərində, həmçinin xarici dillərdə də təhsil aparıla bilər.
3. Təhsil dili seçmək hüququ müvafiq qaydada siniflər, qruplar açılması və onların fəaliyyəti üçün şərait yaradılması yolu ilə təmin edilir.
Maddə 7. Dövlət təhsil standartları
Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.
Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [3]
Maddə 8. Təhsil haqqında sənəd
1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.
II bö lm ə
TƏHSİL SİSTEMİ
Maddə 9. Təhsil sistemi və onun başlıca vəzifəsi
Təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının məcmusundan, onları həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir.
Təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq, soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onları qoruyan və daim inkişaf etdirən, ailəsinin, vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan i n s a n tərbiyə etməkdir.
Maddə 10. Təhsil proqramları
1. Azərbaycan Respublikasında həyata keçirilən təhsil proqramları bunlardır: ümumtəhsil proqramları; peşə-ixtisas təhsili proqramları.
2. Ümumtəhsil proqramlarına daxildir: məktəbəqədər təhsil proqramları; ibtidai, əsas, orta ümumtəhsil proqramları.
3. Peşə-ixtisas təhsili proqramlarına daxildir: texniki-peşə təhsili proqramları; orta ixtisas təhsili proqramları; ali ixtisas təhsili proqramları; ali təhsildən sonrakı ixtisas təhsili proqramları (ordinatura, magistratura, doktorantura və s).
M addə 11. Təhsil sisteminin quruluşu
Təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil:
orta ixtisas təhsili;
ali ixtisas təhsili.
Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura.
Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı.
Maddə 12. Təhsil formaları
Təhsil aşağıdakı formalarda həyata keçirilir: istehsalatdan ayrılmaqla və ayrılmamaqla təhsil müəssisəsində; ailədə; sərbəst yolla.
Müxtəlif təhsil formalarının əlaqələndirilməsi mümkündür.
Bütün təhsil formaları üçün müvafiq təhsil proqramları çərçivəsində vahid dövlət standartı tətbiq edilir.
İstehsalatdan ayrılmadan və eksternat yolu ilə qazanılması qadağan olunan peşə və ixtisasların siyahısını Azərbaycan Respublikası hökuməti müəyyən edir.
Maddə 13. Təhsil müəssisələri
1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. T ə hsil m üə ssis ə l ə ri müvafiq icra hakimiyy ə ti orqanında dövl ə t qeydiyyatından keçdikd ə n sonra hüquqi şə xs statusu alırlar . Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnam ə ni t ə hsil m üə ssis ə sinin t ə sisçil ə ri t ə sdiq edirl ə r . [4]
Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
3. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
4. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir.
Maddə 14. Məktəbəqədər tərbiyə müəssisələri
1. Təhsilin əsasında məktəbəqədər tərbiyə durur. Məktəbəqədər tərbiyə ailədə və məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilir. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar ailə ilə sıx əməkdaşlıq şəraitində tərbiyə olunurlar. Dövlət körpələrin tərbiyəsi, sosial müdafiəsi üçün maliyyə və maddi yardım göstərilməsinə təminat verir.
2. Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir: körpə evləri, körpə evləri-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar, bağça-internatlar, uşaq evləri, ahıl evləri yanında uşaq evləri-internatlar, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri və s.
Məktəbəqədər tərbiyə müəssisələrinə uşaqlar valideynlərin (və ya onları əvəz edənlərin) arzusu ilə qəbul olunurlar. Uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə qəbulu qaydası xüsusi əsasnamə ilə tənzim olunur.
Qeyri-dövlət məktəbəqədər tərbiyə müəssisəsi ilə valideynlər (yaxud onları əvəz edənlər) arasındakı hüquqi münasibətlər müqavilə ilə tənzimlənir.
3. Məktəbəqədər müəssisələrdə tərbiyə işinin məzmunu müəyyən olunarkən ümumbəşəri dəyərlərə istinad olunmaqla milli zəmin əsas götürülür. Evdarlıq, cəngavərlik, qəhrəmanlıq və vətənpərvərliklə bağlı oyunlar, xor mahnıları, dövlət rəmzləri, o cümlədən himni öyrədilir. Xalq ədəbiyyatından götürülmüş süjetlər əsasında yaradılmış proqramlar üstünlük təşkil edir. Xüsusi metodika əsasında xarici dillərin öyrədilməsinə başlanılır. Azərbaycan dilinin Öyrənilməsinə üstünlük verilir. Nadir istedada malik uşaqlar üçün xüsusi bağçalar və ya qruplar açılır. Əlavə məşğələlərin—xoreoqrafiya, nitq məharəti, üzgüçülük, bədii gimnastika, musiqi, rəsm, əmək, xarici dil, evdarlıq və s. müxtəlifliyi təmin edilir. Pedaqoji kadrlar hazırlanarkən bu cür ixtisaslaşdırma nəzərə alınır.
Məktəbəqədər tərbiyə qruplarında uşaqların sayı müvafiq əsasnamə ilə tənzim olunur.
Maddə 15. Ümumtəhsil məktəbləri
1. Ümumi təhsil üç pillədən ibarətdir:
ibtidai təhsil (I—IV siniflər);
əsas təhsil (V — VIII siniflər);
orta təhsil (IX—XI siniflər).
Üçüncü pilləni başa vuranlar tam orta ümumi təhsil alırlar. İbtidai, əsas və orta təhsil müəssisələri ayrı-ayrılıqda da fəaliyyət göstərə bilərlər.
İbtidai təhsil 6 yaşdan başlayır.
2. 14 yaşı bitmiş şagirdlər məktəb nizamnaməsinə əsasən məktəbdən çıxarıla bilər. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar qəyyumluq və himayə orqanlarının razılığı olmadan məktəbdən çıxarıla bilməzlər.
3. İbtidai və əsas təhsil pillələrində siniflərdə, günü uzadılmış qruplarda şagirdlərin orta sıxlığı, maddi-texniki baza imkan verdikcə, 20 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənədlə tənzim olunur.
4. Kənd yerlərində, zəruri hallarda, ibtidai və əsas təhsil pillələrində məktəb və ya ayrıca siniflər yaradılarkən şagirdlərin sayı nəzərə alınmır. Bu cür məktəblər və ya siniflər yerli təhsil orqanlarının qərarı ilə açılır.
5. Əsas təhsil məcburidir.
6. Əsas təhsili başa vurmuş şagirdlər öz təhsillərini ümum-təhsil məktəblərinin orta təhsil pilləsində, incəsənət məktəblərində, peşə məktəblərində və peşə litseylərində davam etdirirlər, Həmin məktəblərə qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə qaydası məktəb nizamnaməsi ilə müəyyən olunur.
7. Ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsində təlim təbiət—riyaziyyat və humanitar təmayüllər üzrə aparılıb. Xüsusi istedada malik şagirdlər üçün ixtisas sinifləri açılır.
8. Orta təhsil pilləsində, maddi-texniki baza imkan verdikcə, siniflərdə şagirdlərin orta sıxlığı 15 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənəd əsasında həyata keçirilir. Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə-aparılan siniflərdə Azərbaycan dili dərslərində, ixtisas siniflərində, bədən tərbiyəsi və əmək təlimi dərslərində siniflər iki yerə bölünür
9. Xüsusi istedadı olan şagirdlər üçün ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsindən başqa ixtisaslaşdırılmış fənn məktəbləri, gimnaziyalar, litseylər və digər təlim-tərbiyə ocaqları yaradılır. Ayrı-ayrı fənn məktəbləri müvafiq ali məktəblərin nəzdində də fəaliyyət göstərə bilər.
10. İşləyən yurddaşların orta təhsil ala bilməsi üçün ümumtəhsil müəssisələri bazasında axşam və qiyabi təhsil sinifləri, qrupları açılır.
Ümumi təhsilin müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına da yol verilir.
11. Şagirdlərin təlimdə fərqləndirilməsi bilik yarışının səmərəli təşkilinə yönəldilir. Mükəmməl bilik və bacarıq başlıca məqsəddir.
Maddə 16. Sosial yardıma və sağlamlıqlarının bərpasına ehtiyacı olan uşaqlar üçün təlim-tərbiyə müəssisələri
Sosial yardıma və sağlamlıqlarının bərpasına ehtiyacı olan uşaqlar üçün aşağıdakı təlim-tərbiyə müəssisələri açılır: ailədə tərbiyə və təhsil alması üçün zəruri şəraiti olmayan uşaqlar-üçün ümumtəhsil internat-məktəbləri; yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri, internat-məktəblər, uzunmüddətli müalicəyə ehtiyacı olan uşaqlar üçün sanatoriya tipli məktəblər, internat-məktəbləri, uşaq evləri (bu cür uşaqlara: həmçinin xəstəxanalarda, sanatoriyalarda, evlərdə də dərs keçilir); əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi məktəblər, internat-məktəblər, uşaq evləri; əlahiddə şəraitdə tərbiyə olunması zəruri olan uşaqlar və yeniyetmələr üçün xüsusi ümumtəhsil və peşə məktəbləri, yaşayış yerlərindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin uşaqları üçün təhsil standartlarına uyğun olan məktəbəqədər və ümumi orta təhsil müəssisələri və s. [5]
Maddə 17. Peşə məktəbləri və peşə litseyləri
Peşə məktəbləri və peşə litseyləri müxtəlif peşədən olan sənətkarlara tələbi ödəyən, həmçinin Azərbaycanın unudulmuş və sıradan çıxmaqda olan nadir və ənənəvi sənətkarlıq sahələrinin dirçəldilməsinə yönələn ilkin peşə təhsili müəssisələridir.
Peşə məktəblərinə icbari təhsili başa vuran sənətə meyilli şəxslər, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəsini dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar. Ayrı-ayrı hallarda ümumi əsas təhsili olmayanların da ilkin peşə təhsili almasına şərait yaradılır. Orta təhsilli gənclər də arzularına uyğun olaraq ilkin peşə məktəblərində təhsil ala bilərlər. Peşə məktəblərində orta təhsil verilmir.
Vətəndaşların müxtəlif peşələr öyrənməsi, ixtisasını artırması və yeni ixtisasa üçün peşə məktəblərindən əlavə tədris kombinatları—kurslar, ipi istehsal müəssisələri nəzdində müxtəlif peşə kursları da fəaliyyət göstərir.
Peşə litseylərinə qəbul olunan gənclər üç-dörd il ərzində nisbətən mürəkkəb peşələrə yiyələnməklə bərabər, orta təhsil də alırlar. Peşə litseylərində ümumi orta təhsili başa vurmuş gənclər üçün də müvafiq qruplar təşkil olunur.
Peşə məktəbləri və peşə litseylərinin tədris qruplarında orta sıxlıq , maddi-texniki bazadan asılı olaraq 15 nəfər müəyyən edilir. Qrupların iki yerə bölünməsi müvafiq normativ sənədlə tənzim olunur. Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə aparılan siniflərdə Azərbaycan dili dərslərində, ixtisas siniflərində peşə-ixtisas fənləri istehsalat təlim və bədən tərbiyəsi dərslərində siniflər iki yerə bölünür.
Peşə tədris müəssisələri dövlət sifarişi, həmçinin idarə, müəssisə, təşkilat, ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilələr əsasında fəaliyyət göstərir. Peşə-tədris müəssisələrinin uzunmüddətli müqavilələr əsasında kadr hazırladığı baza müəssisələri də ola bilər. Ayrı-ayrı rayonlarda, o cümlədən kənd yerlərində ənənəvi sənət və məşğulluq sahələri üzrə peşə məktəbləri və peşə litseyləri açılır. Birliklərin, istehsal komplekslərinin, ali məktəblərin nəzdində də peşə-tədris müəssisələri: peşə məktəbi zavod, peşə məktəbi fabrik, peşə məktəbi fermer təsərrüfatı və digər özünümaliyyələşdirmə peşə ocaqları yaradıla bilər. Peşə məktəbləri və peşə litseyləri digər hüquqi şəxslərlə ortaq istehsalat müəssisəsi yarada bilərlər.
Peşə-tədris müəssisələrinin məzunlarına öyrəndikləri peşəyə müvafiq olaraq müxtəlif dərəcələrdən olan “sənətkar” ixtisası verilir.
Peşə-tədris müəssisələrində təhsilin gündüz və axşam formaları olur.
Fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi peşə kursları, məktəbləri və litseyləri açılır.
Maddə 18. Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər)
Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar.
Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər.
Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir.
Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır.
Maddə 19. Ali məktəblər
Ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir.
Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s), elmi tədqİqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir.
Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər.
Ali məktəblərin seminar və praktiki məşğələ qruplarında tələbələrin orta sıxlığı, maddi-texniki baza və kadr hazırlığına olan tələbat nəzərə alınmaqla, 12—15 nəfər müəyyən olunur.
Ali məktəblərin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: müxtəlif dərəcədən olan ali təhsilli mütəxəssislər hazırlamaq; elmi-araşdırmalar aparmaq; yüksək ixtisaslı elmi-pedaqoji, elmi kadrlar hazırlamaq; elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin etmək; mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, kommersiya fəaliyyəti; xarici əlaqələr.
Ali məktəblər dövlət sifarişləri, həmçinin idarələr, təşkilatlar, müəssisələr, habelə ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər.
Maddə 20. Ali təhsilin pillələri və ixtisas dərəcələri
Ali təhsil tədris müəssisələrinin kadr potensialı, maddi-texniki bazası və ixtisasın xüsusiyyətindən asılı olaraq birpilləli, ikipilləli və üçpilləli ali məktəblərdə həyata keçirilir. Ayrı-ayrı pillələrdə təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Xalq Təhsili Nazirliyi tərəfindən təsdiq edilir.
Birpilləli ali məktəblərdə (institutlarda, konservatoriyalarda, ali kolleclərdə və s.) müəyyən peşə istiqaməti və ya konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlanır, sahə (fakültə) elmi şurasının qərarı ilə “bakalavr” ixtisas və elmi dərəcəsi verilir.
İkipilləli ali təhsil müəssisələrinin birinci pilləsini bitirənlər müvafiq dövlət standartına uyğun olaraq ümumi ali təhsili başa vurur, sahə (fakültə) elmi şurasının qərarı ilə “bakalavr” elmi və ixtisas dərəcəsi alır, əmək fəaliyyətinə başlayır. Ali təhsil müəssisələrinin “bakalavr” pilləsində tələbələr əsas ixtisas fənlərindən, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən, kafedra qarşısında yekun dövlət imtahanları verirlər. Təhsil müddəti boyunca veriləcək yekun imtahanları və diplom ixtisası tədris planında göstərilir. “Bakalavr” dərəcəsi almış mütəxəssislərin ən istedadlı və ümidverən hissəsi müsabiqə əsasında magistraturada saxlanılır. Magistratura üçün keçirilən müsabiqələrdə əvvəllər “bakalavr” dərəcəsi almış məzunlar, birpilləli ali məktəblərin məzunları da iştirak edə bilərlər. Magistraturada dərin ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarığı və vərdişləri formalaşdırılmasına, xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirilir. Magistraturanı başa vuranlar müdafiə etdikləri elmi işə görə ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə “magistr” ixtisası və elmi dərəcəsi alır və ixtisas üzrə fəaliyyətə başlayırlar. “Magistr” dərəcəli mütəxəssislər ali məktəblərin “bakalavr” pilləsində, habelə institutlarda, kolleclərdə, konservatoriyalarda və başqa birpilləli institutlarda, həmçinin elmi-tədqiqat mərkəzlərində və institutlarında, müxtəlif pillədən olan tədris müəssisələrində fəaliyyət göstərə bilərlər.
Kadr potensialı və maddi-texniki bazası imkan verən bəzi universitetlər və akademiyalar üçpilləli təhsil sisteminə keçirlər. Bu cür ali məktəblərdə “magistr” dərəcəsi verilərkən xüsusi elmi hazırlıq, bacarıq və konkret elmi nəticə nümayiş etdirmiş məzunlar ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə üçüncü pillədə—doktoranturada saxlanmağa məsləhət görülür, müvafiq imtahanlar verdikdən sonra doktoranturada araşdırmalarını davam etdirirlər. Ancaq doktoranturanı başa vurub ixtisaslaşdırılmış elmi şurada doktorluq dissertasiyası müdafiə etmiş və “doktor” elmi dərəcəsi almış yüksək ixtisaslı mütəxəssislər ali məktəblərin “magistratura” pilləsində fəaliyyət göstərə bilərlər. Doktorlar həmçinin elmi-tədqiqat mərkəzlərində və institutlarında, müxtəlif pillədən olan tədris müəssisələrində və başqa sahələrdə fəaliyyət göstərirlər.
Maddə 21. Ali və orta ixtisas məktəblərinə qəbul
Ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir.
Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir.
Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir.
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir . [6]
Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir . [7]
Maddə 22. Elmi dərəcələr və elmi adlar
Ali ixtisas təhsili sistemində elmi dərəcələr aşağıdakı kimi: müəyyən olunur:
“bakalavr”—birpilləli ali tədris müəssisələrinin, ikipilləli. və üçpilləli ali məktəblərin “bakalavr” pilləsinin məzunlarına elmi işinə görə sahə (fakültə) elmi şurasının qərarı əsasında-verilən birinci elmi dərəcə; “bakalavr” həm də ixtisas dərəcəsidir.
“magistr”—ikipilləli və üçpilləli ali məktəblərin ixtisaslaşdırılmış elmi şuraları tərəfindən verilən ikinci elmi dərəcə; “magistr” həm də ixtisas dərəcəsidir;
“doktor”—ixtisaslaşdırılmış elmi şuralar tərəfindən verilən üçüncü—ən yüksək elmi dərəcə.
həmin Qanunla fəaliyyətə başlayan təhsil sistemində ilk doktoranturalar açılana qədər “elmlər namizədi” elmi dərəcəsi saxlanılır. Yeni doktoranturalar fəaliyyətə başlayarkən elmlər namizədlərinin attestasiyası keçirilir. Attestasiyanın nəticələrinə uyğun olaraq onlara “magistr” və ya “doktor” elmi dərəcəsi verilir.
“Dosent”, “professor”, “baş elmi işçi” və b. elmi adları ali: məktəblərin, elmi-tədqiqat institutlarının elmi şuraları verir və müəyyən olunmuş qaydada təsdiq olunur. Magistrdan sonra birbaşa doktor elmi dərəcəsinə keçilməsi ilə əlaqədar olaraq “dosent” və “professor” elmi adlarının verilməsinə tələbkarlıq artırılır. Ali məktəb vəzifələrinə seçkilərdə ancaq doktorlar iştirak edir.
Maddə 23. Ali təhsil sistemində elmi araşdırmalar
Ali məktəblər həm də mühüm elm mərkəzləridir. Ali məktəb elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər dövlət sifarişlərinin, müqavilə və bağlaşmalar əsasında proqramların, layihələrin yerinə yetirilməsində fəal iştirak edir. Bu məqsədlə ali məktəblərdə kafedralarla yanaşı elmi-tədqiqat laboratoriyaları, mərkəzləri, institutları, yaradıcılıq kompleksləri və s. yaradılır. Dövlət milli dirçəlişi təmin edən elm sahələrində, o cümlədən təhsil və mədəniyyət problemləri sahəsində əsaslı araşdırmalara üstünlük verir. Elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq bəzi ali” məktəb mütəxəssislərinin fəaliyyətlərinin mühüm hissəsi elmi-tədqiqat sahəsində cəmləşdirilir. Bu cür mütəxəssislər ümumi dərs yükünün azaldılması hesabına ixtisas kursları, seminarlar, kurs və” diplom işlərinin hazırlanmasına, yüksək ixtisaslı kadrlar yetişdirilməsinə yaxından cəlb edilirlər.
Maddə 24. Ali məktəblərin müstəqilliyi
Ali məktəblər dünya standartlarına tam müvafiq olan və Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçirilən tədris planlarını müstəqil surətdə yerinə yetirirlər. Onlar tədrisin, həmçinin elmi araşdırmaların səmərəli və qabaqcıl metodlarını müstəqil surətdə tətbiq edirlər. Tədris planlarında nəzərdə tutulmuş tədris vaxtının 20 faizinə qədərindən sərbəst istifadə olunur.
Kadr potensialı, maddi-texniki bazası, tədris-elmi uğurları nəzərə alınaraq ali məktəblərə müəyyən olunmuş qayda əsasında muxtariyyət verilir. Muxtariyyət hüququ almış ali məktəblər aşağıdakı əlavə hüquqlara malikdir: dünya standartlarından aşağı olmamaq şərtilə təhsilin məzmununu müəyyən etmək; dövlət sifarişi nəzərə alınmaqla tələbə (bakalavr, magistr) və doktorant qəbulu planını müəyyən etmək; sərbəst surətdə elmi dərəcə vermək, öz elmi adlarını təsis etmək və vermək; təhsil müəssisəsinin yerləşdiyi binaya, maddi-texniki bazaya, torpağa və başqa əmlaka mülkiyyət hüququ; əsasnaməyə müvafiq olaraq dövlət idarə orqanlarına aid olan səlahiyyətləri həyata keçirmək.
Muxtariyyət əldə etmiş ali təhsil müəssisəsi özünün ayrı-ayrı səlahiyyətlərini dövlət təhsil orqanlarına verə bilər.
Maddə 25. İxtisasartırma və kadrların yenidən hazırlanması
İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələrinin fəaliyyəti cəmiyyətin tələbi əsasında sifariş prinsipi ilə qurulur, dövlət sifarişi nəzərə alınmaqla müəssisə, təşkilat, idarə və tək-tək vətəndaşlarla bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təlimin forması, müddəti və məzmunu sifarişçi ilə razılıq əsasında müəyyən olunur.
Pedaqoji təhsili olmadan tədris müəssisələrində işləyən müəllim heyətinin pedaqogika və psixologiya elmləri üzrə yenidən hazırlanması təmin olunur.
İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələri aşağıdakılardır: ixtisasartırma və kadrların yenidən hazırlığı institutları; ali məktəblərin müvafiq fakültələri; iri istehsal müəssisələri yanında fəaliyyət göstərən müvafiq kurslar; peşə tədris-tərbiyə müəssisələri; tədris-kurs kombinatları; təhsil orqanlarından xüsusi icazəsi olan başqa tədris müəssisələri.
İxtisasartırma və yenidən kadr hazırlığı müəssisələrinin gündüz və axşam şöbələri, həmçinin müvafiq peşə və ixtisaslar üzrə ayrı-ayrı yerlərdə filialları da ola bilər.
İxtisasartırma və yenidən kadr hazırlığı müəssisələrində müvafiq problemlər ətrafında araşdırmalar aparılır.
Mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, peşələrini dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil aldıqdan və imtahan verdikdən sonra müvafiq sertifikat almalıdırlar. [8]
Maddə 26. Məktəbdənkənar təlim-tərbiyə
Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır.
Məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, stansiyaları, klubları, idman və incəsənət məktəbləri, studiyaları, kitabxanaları, sağlamlıq müəssisələri və s.
Uşaq tərbiyə müəssisələrində tərbiyə olunan uşaqlar, şagirdlər, tələbələr, dövlət məktəbdənkənar idman və mədəniyyət müəssisələrinin xidmətindən pulsuz və güzəştlə istifadə edirlər. [9]
Məktəbdənkənar təlim və tərbiyə müəssisələrində işin məzmunu və formalarını həmin müəssisələrin şuraları müəyyən edir.
Maddə 27. Sərbəst təhsil
Vətəndaşların sərbəst surətdə təhsil ala bilmələri üçün xalq universitetləri, mühazirə salonları, kitabxanalar, məlumat mərkəzləri, klublar, tele və radio tədris proqramları və s. fəaliyyət göstərir.
Sərbəst təhsil alan vətəndaşlar müvafiq icazə əsasında müxtəlif təhsil müəssisələrində mühazirə dinləmək və praktiki məşğələlərdə də iştirak edə bilərlər.
Maddə 28. Təhsil müəssisələrinin təsisçiləri
Təhsil müəssisələrinin təsisçiləri aşağıdakılar ola bilərlər: dövlət orqanları; bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, müəssisələr, idarə və təşkilatlar; ictimai birlik və təşkilatlar; Azərbaycan Respublikasının vətəndaşları xarici ölkə vətəndaşları.
Qeyri-dövlət təhsil müəssisələri maarifçilik-xeyriyyəçilik niy yətilə yaradılır və şəxsi qazanc məqsədi güdmür.
Təsisçilərlə təhsil müəssisələri arasında münasibətlər təhsil qanunvericiliyinə müvafiq müqavilələr əsasında qurulur.
TƏHSİL SİSTEMİNİN İDARƏ OLUNMASI
Maddə 29. Təhsilin idarə olunması
Təhsili idarə etmək üçün dövlət və ictimai özünüidarə orqanları sistemi yaradılır. həmin orqanlar təhsil qanunvericiliyinin müəyyənləşdirdiyi səlahiyyətlər hüdudlarında fəaliyyət göstərir və qanunla qadağan olunmamış qaydada təşəbbüskarlıq fəaliyyəti göstərirlər. Təhsilin idarə olunması Təhsil Qanunu, müvafiq qanunvericilik aktları, əsasnamələr və təhsil müəssisələrinin nizamnamələri ilə tənzim edilir.
Azərbaycan Respublikası hökuməti, Xalq Təhsili Nazirliyi, ha belə yerli təhsil orqanları təhsil sistemini idarə edən başlıca subyektlərdir.
Təhsil müəssisələrinin idarə olunmasında yerli dövlət orqan ları, müvafiq elmi-pedaqoji kollektivlər, peşə yaradıcılıq ittifaqları, cəmiyyətlər, ictimai-siyasi qurumlar və ictimaiyyət iştirak edir.
Qeyri-dövlət təhsil müəssisələri təhsil qanunvericiliyinə əsaslanan nizamnamələr əsasında idarə olunur.
Maddə 30. Azərbaycan Respublikasının Nazirlər Kabineti
Nazirlər Kabineti təhsilin strategiyasını müəyyənləşdirir. Bu məqsədlə: Təhsil Qanununun, bu barədə müvafiq qanunvericilik aktlarının və sənədlərin icrasına nəzarət edir; təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir; təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; dövlət idarəçiliyində olan peşə-ixtisas təhsili müəssisələrini yaradır, yenidən təşkil edir və ləğv edir; peşə-ixtisas təhsili müəssisələri üçün ixtisasların siyahısını təsdiq edir, sosial sifarişdən asılı olaraq belə ixtisasları açır və bağlayır; dövlət təhsil standartlarını təsdiq edir, təhsil barədə qəbul olunan sənədlərin həmin standartlara müvafiq olmasına nəzarət edir; təhsil, müəssisələri, onların attestasiyası, akkreditasiyası və lisenziyalaşdırılması barədə dünya standartına müvafiq olan əsasnamələri təsdiq edir; təhsilin inkişafına dair dövlət, həmçinin beynəlxalq proqramlar hazırlayıb həyata keçirir; təhsilin maliyyələşdirilməsi üçün milli gəlirdən pay ayrılması, təhsillə bağlı respublika büdcəsinin, təhsilin inkişaf fondlarının formalaşdırılması barədə təkliflər verir; təhsilin maliyyələşdirilməsinin dövlət normativlərini, təhsil sistemi işçilərinin əmək haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt və imtiyazları, tələbələrin təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan pedaqoji işçilərin, təhsil və tərbiyə alanların sosial müdafiəsinin norma və qaydalarını müəyyən edir; təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir; yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik edir; təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə məsələ qaldırır. [10]
Maddə 31. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi
Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. [11]
Maddə 32. Yerli təhsil orqanları
Yerli təhsil müəssisələrini idarə etmək üçün Xalq Təhsili Nazirliyinin yerli orqanları—təhsil şöbələri yaradılır. Yerli təhsil şöbələrinin fəaliyyəti aşağıdakı istiqamətlərə yönəldilir: səlahiyyətləri daxilində dövlətin təhsil siyasətini həyata keçirmək; təhsil qanunvericiliyinin pozulmasına yol verməmək; tədris-tərbiyə müəssisələrinin elmi-metodiki təminatının təşkili; təhsil işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və onların yenidən hazırlanması; pedaqoji kollektivlər, istehsal müəssisələri ailə və ictimaiyyətin uşaqların təlim-tərbiyəsi sahəsində fəaliyyətini əlaqələndirmək; yerli tələbatı müəyyənləşdirmək əsasında pedaqoji kadrlar, həmçinin müxtəlif kateqoriyalardan olan mütəxəssislər yetişdirmək barədə dövlətə sifarişlər hazırlamaq, bu barədə müvafiq müqavilələr bağlamaq; təhsilin səviyyəsinə, təhsil işçilərinin peşə hazırlığına və yerli əhəmiyyətə malik olan tədris-tərbiyə müəssisələrinin attestasiyasına olan dövlət tələblərinin yerinə yetirilməsinə nəzarət.
Yerli təhsil orqanları Xalq Təhsili Nazirliyinə tabedirlər.
Maddə 33. Yerli dövlət idarə orqanları
Yerli dövlət idarə orqanları öz səlahiyyətləri çərçivəsində dövlətin təhsil siyasətinin həyata keçirilməsində iştirak edirlər. Yerli dövlət idarə orqanlarının səlahiyyətinə daxildir: ərazilərində yerləşən tədris-tərbiyə müəssisələrini maliyyələşdirmək; bölgənin xüsusiyyətləri, perspektivləri və sosial-iqtisadi inkişafını nəzərə almaqla təhsilin inkişafı qayğısına qalmaq, maddi bazasını möhkəmləndirmək, təsərrüfat təchizatını təmin etmək; təhsil işçiləri və təhsil alanların sosial müdafiəsini təmin etmək; könüllü ayırmalar hesabına təhsil fondu yaratmaq; məktəbyaşlı uşaqların qeydiyyatını və təhsil almasını təmin etmək; valideyn himayəsindən məhrum olmuş və yetim qalmış yetkinlik yaşına çatmamış uşaqların himayəyə götürülməsini təmin etmək; yaşayış yerlərində uşaqların tərbiyəsi, qabiliyyətlərinin inkişafı və maraqlarının təmin olunması üçün zəruri şərait yaratmaq; kənd yerlərində, zəruri hallarda uşaqların təhsil müəssisəsinə nəqliyyatla pulsuz aparılıb-gətirilməsini təmin etmək; müvafiq tədris-tərbiyə müəssisələrinin açılması, ləğv olunması və yenidən təşkil edilməsi barədə məsələ qaldırmaq. [12]
Yerli dövlət idarə orqanları təhsil müəssisələrinin idarə olunması ilə əlaqədar məsələlərə müdaxilə etmirlər.
Maddə 34. Təhsil sistemində ictimai özünüidarə orqanları
Təhsil sistemində ictimai özünüidarə orqanları aşağıdakılardır: təlim-tərbiyə müəssisəsinin ümumi yığıncağı (konfransı); təlim-tərbiyə müəssisəsinin şurası; təhsil işçilərinin rayon, şəhər konfransları; rayon, şəhər təhsil şuraları; təhsil işçilərinin respublika qurultayı; Azərbaycan Respublikasının Təhsil Şurası.
İctimai özünüidarə orqanları təhsil müəssisələrinin təlim-tərbiyə, elmi-tədqiqat, metodika, maliyyə-təsərrüfat, kommersiya-iqtisadi, kadr fəaliyyətinin müxtəlif məsələlərinin həllinə yönəlmiş səmərəli təkliflər verir, bununla idarəçilikdə iştirak edirlər.
Maddə 35. Təlim-tərbiyə müəssisələrinin özünüidarəsi
Təhsil müəssisələrinin özünüidarə hüququna aşağıdakılar daxildir: öz işini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodiki, maliyyə-təsərrüfat, iqtisadi-kommersiya və s. məsələləri sərbəst surətdə həll etmək; dövlət sifarişini, həmçinin ayrı-ayrı müəssisə, təşkilat, idarə və vətəndaşların sifarişlərini nəzərə almaqla qəbul planının müəyyənləşdirilməsində iştirak etmək; təhsilin məzmununun məktəb komponentini, təlimin forma və metodlarını müəyyən etmək; müəssisəni kadrla komplektləşdirmək, o cümlədən başqa dövlətlərin vətəndaşlarını işə qəbul etmək; müəyyən olunmuş əmək haqqı fondu çərçivəsində müəssisənin quruluşu və ştat cədvəlini təsdiq etmək; maliyyələşdirmənin müxtəlif növlərindən sərbəst istifadə etmək; tədris-tərbiyə müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək.
Maddə 36. Təlim-tərbiyə müəssisələrinin təsis olunması şərtləri
Təlim-tərbiyə müəssisəsi cəmiyyətin tələbinə uyğun olaraq yaradılır. Bunun üçün müvafiq kadr potensialı, maddi-texniki və elmi-metodiki baza olmalıdır. Tədris-tərbiyə müəssisəsi, onun Statusu və mülkiyyət formasından asılı olmayaraq, dövlət standartının tələbinə müvafiq tərbiyə və təhsil verməlidir.
Dövlət əhəmiyyətli təlim-tərbiyə müəssisələrinə olan tələbatı və bu cür tədris-tərbiyə müəssisələrinin şəbəkəsini Nazirlər Kabineti, yerli əhəmiyyəti olan tədris-tərbiyə müəssisələrinin açılmasına olan tələbi isə yerli dövlət idarə orqanları müəyyənləşdirir. [13]
Maddə 37. Dövlət təhsil müəssisəsinin idarə olunması
1. Dövlət təhsil müəssisələri təhsil qanunvericiliyi və təlim-tərbiyə müəssisəsinin buna müvafiq olan nizamnaməsi əsasında idarə olunur. Nizamnam ə t ə sisçil ə r t ə r ə find ə n t ə sdiq olunur v ə m üə ssis ə Az ə rbaycan Respublikasının müvafiq qanunu il ə m üə yy ə nl əş dirilmiş qaydada dövl ə t qeydiyyatına alınır. Dövl ə t qeydiyyatından keçməmiş təlim-tərbiyə müəssisəsi hüquqi şəxs sayılmır. [14]
2. Yerli təlim-tərbiyə müəssisələrinin, həmçinin dövlət əhəmiyyətli təhsil müəssisələrinin təlim-tərbiyəni təşkil edən ilkin strukturlarının səlahiyyətləri artırılır, onların fəaliyyəti xüsusi əsasnamələrlə tənzim olunur.
3. Dövlət təlim-tərbiyə müəssisəsinə müvafiq olaraq müdir, direktor, rektor, prezident və s. başçılıq edir. Təhsil müəssisəsinin başçısı həmin müəssisənin nizamnaməsinə əsasən 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir. Özünü doğrultmayan başçı nizamnaməyə əsasən geri çağırıla bilər. [15]
4. Hərbi və polis məktəblərinin rəisləri müvafiq qaydada təyin olunurlar.
Maddə 38. Qeyri-dövlət təlim-tərbiyə müəssisələrinin idarə olunması
Qeyri-dövlət təlim-tərbiyə müəssisələri respublikanın təhsil qanunvericiliyinə və xüsusi normativ aktlara müvafiq olan nizamnamə əsasında idarə olunur. Bu müəssisələrin təsisçiləri təhsilin dövlət standartlarına müvafiq qurulmasına məsuliyyət daşıyırlar; təhsil müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi məqsədilə istifadə olunur, təhsilin maddi-texniki bazası genişləndirilir və müasirləşdirilir, təlim stimullaşdırılır, təkmilləşdirilir, elmi araşdırmalar dərinləşdirilir, uşaqların, şagird və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilir, təhsil müəssisələrinin xarici ölkələrlə əlaqələri genişləndirilir.
Əldə olunan gəlirdən şəxsi qazanc məqsədilə istifadə olunmur.
Maddə 39. Təhsil müəssisələrinin elmi-metodiki və informasiya təminatı
Ali məktəblər, elmi-tədqiqat institutları, pedaqogika və psixologiya sahəsində araşdırmalar aparan elmi-tədqiqat kollektivləri, ixtisasartırma institutları, kitabxanalar, informasiya orqanları və başqa elmi-metodiki müəssisələr müvafiq təhsil Ocaqları, təşkilatları və kollektivləri ilə, habelə yaradıcılıq bir likləri, cəmiyyətləri, assosiasiyaları ilə sıx əməkdaşlıq şərai tində təhsilin elmi-metodiki və informasiya təminatını həyata keçirirlər. Respublikanın məktəbəqədər və ümumi orta təhsil müəssisələrinin kadr, elmi-nəzəri, praktiki və metodiki problemlərini həll edən vahid pedaqoji mərkəz—üçpilləli tədris, elmi-tədqiqat və təcrübə kompleksi olan ali təhsil müəssisəsi—Pedaqoji Universitet, həmçinin Azərbaycan Dövlət Elmi Tədqiqat Təhsil Problemləri Mərkəzi yaradılır. Xalq Təhsili Nazirliyi bütün pillələrdən olan tədris müəssisələrinin tədris planları və proqramlarının tənzimlənməsini, buna müvafiq olaraq yeni dərsliklər yaradılmasını təmin edir.
Pedaqoji mətbuat, dərsliklər, tədris-metodiki vəsaitlərin nəşri, ali məktəblərin nəşriyyatları dövlət vəsaiti hesabına maliyyələşdirilir.
Maddə 40. Təhsil sistemində psixoloji xidmət
Təhsil müəssisələrində dövlət-psixoloji xidməti fəaliyyət göstərir. Psixoloji xidməti psixoloq-praktik həyata keçirir. Psixoloq-praktik öz statusuna görə pedaqoji işçilərə bərabər tutulur.
Maddə 41. Təhsil sistemində sosial-pedaqoji himayə
Təhsil sistemində sosial-pedaqoji himayə xidməti fəaliyyət göstərir. Bu xidməti sosioloq-pedaqoqlar həyata keçirirlər. Onlar tədris-tərbiyə müəssisələri ilə ailə və cəmiyyət arasında əlaqə yaradılmasında iştirak edir, mühitin dəyişməsi ilə əlaqədar olaraq valideynlərə məsləhət verirlər. Sosioloq-pedaqoqlar öz statusuna görə pedaqoji işçiyə bərabər tutulur.
Maddə 42. Dövlət, ictimai, kooperativ və özəl müəssisələrin, təşkilatların, habelə ayrı-ayrı vətəndaşların təhsil prosesində iştirakı
Dövlət, ictimai, kooperativ və özəl müəssisələr, təşkilatlar, həmçinin ayrı-ayrı vətəndaşlar tədris-tərbiyə müəssisələrinə, şagird və tələbələrə, aspirant və doktorantlara maliyyə yardımı, maddi və s. kömək göstərməklə təhsil prosesində iştirak edirlər. Dövlət idarə və müəssisələri (büdcəyə daxil olmayan), ictimai idarə və təşkilatlar, kooperativlər və assosiasiyalar dövlət təhsil müəssisələrinə mütəxəssis hazırlanması barədə sifarişlər verə bilərlər. Belə sifarişlər dövlət təhsil müəssisəsi və sifarişçi arasında bağlanan müqavilə əsasında tənzim edilir.
Təhsil müəssisəsi şurasının qərarı ilə idarə, təşkilat və müəssisələrin nümayəndələri, elm, mədəniyyət xadimləri, başqa sahələrdən olan vətəndaşlar təhsil müəssisəsinin idarəçiliyinə və təlim-tərbiyə işinə cəlb olunur, uşaqların və gənclərin intellektual, mədəni inkişafına kömək edir, tərbiyəçilərə və müəllimlərə məsləhət verirlər.
Maddə 43. Təhsil sistemində tibb xidməti
Təhsil sisteminə daxil olan bütün təlim-tərbiyə müəssisələrində tibb xidməti təşkil olunur Tibb xidmətini Səhiyyə Nazirliyinin müvafiq idarə və müəssisələri, sahə tibb müəssisələri göstərirlər. Tibb xidmətinin göstərilməsini yerli dövlət orqanları təmin edirlər.
Maddə 44. Təhsil müəssisələrində iaşənin təşkili [16]
Təhsil müəssisələrində iaşə xidmətinin təşkilinə müvafiq icra hakimiyyəti orqanları cavabdehdirlər. Təhsil müəssisələri özləri də iaşə xidməti təşkil edə bilərlər. Yeməyin keyfiyyətinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir .
Maddə 45. Təhsil prosesi üçün sağlam və təhlükəsiz şərait yaradılması
Təhsil müəssisəsində sağlam və təhlükəsiz şərait yaradılmasına cavabdeh onun mülkiyyətçisidir. Yetişməkdə olan nəslin sağlamlığını təmin etmək məqsədilə təlim-tərbiyə müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı göstərilir. Milli idman növləri dirçəldilir. Tədris planları yenidən nəzərdən keçirilir. İdman-sağlamlıq kompleksləri şəbəkəsi genişləndirilir.
Təhsil və təlim-tərbiyə müəssisəsində, həmçinin ondan 100 metrədək məsafədə spirtli içki və tütün məmulatlarının reklam yayımına yol verilmir. [17]
TƏHSİL PROSESİNİN İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ
Maddə 46. Təlim-tərbiyə prosesinin iştirakçıları
Təlim-tərbiyə prosesinin iştirakçıları sırasına daxildir: tərbiyə və təhsil alanlar—uşaqlar, şagirdlər, tələbələr (bakalavrlar), kursantlar, müdavimlər, stajkeçənlər, ordinatorlar, magistrlər (aspirantlar), doktorantlar;
pedaqoji işçilər—dayələr, tərbiyəçilər, pedaqoji işlə məşğul olan magistrlər, müəllimlər, psixoloq-praktiklər, sosioloq-pedaqoqlar, əmək təlimi ustaları, metodistlər, məktəbdənkənar müəssisələrin pedaqoji işçiləri, elmi işçilər, mühəndis-texniki işçilər, tədris-köməkçi heyət, kitabxana işçiləri, pedaqoji mətbuatın əməkdaşları, təhsil orqanlarının işçiləri, təlim-tərbiyə müəssisələrinin başçıları;
valideyn və ya onları əvəz edənlər, ailə tipli uşaq evlərinin valideyn-tərbiyəçiləri;
təlim-tərbiyə prosesində iştirak edən müəssisə, idarə, təşkilat, fond, assosiasiya, cəmiyyət və birliklərin nümayəndələri.
Maddə 47. Tərbiyə və təhsil alanların hüquqları və vəzifələri
1. Tərbiyə və təhsil alanların hüquqları aşağıdakılardır: nəzərdə tutulmuş qaydada təlimin profil və formasını, fərdi proqram və sinifdənkənar məşğuliyyəti seçmək; təlim-tərbiyə müəssisəsinin tədris-istehsalat, elmi, mədəni-məişət, idman, iaşə, sağlamlıq bazasından istifadə etmək; informasiyadan sərbəst istifadə etmək; elmi fəaliyyətin bütün növ və sahələrində iştirak etmək; peşəli və ixtisası üzrə təhsilini davam etdirmək; təhsilin təşkili, idarə olunması və təkmilləşdirilməsində iştirak etmək; özfəaliyyət birliklərində iştirak etmək; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təlim və iş şəraiti ilə təmin olunmaq; əsas təhsil pilləsini başa vurmuş uşaqların dərsdən sonra və iş vaxtından əlavə saatlarda əmək fəaliyyəti ilə məşğul olmaq; peşə və ali ixtisas məktəblərində təhsili müvəqqəti olaraq dayandırmaq; təhsil yerini dəyişmək; müəssisənin səhiyyə və sağlamlıq xidmətindən istifadə; istismar, fiziki və psixi zorakılığın bütün növlərindən hüquqa zidd, insan ləyaqəti və şərəfini alçaldan hərəkətlərdən müdafiə olunmaq. Müəyyən olunmuş hallar istisna edilməklə, uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, stajkeçənlər, ordinatorlar, aspirantlar, və doktorantların təhsil prosesi ilə bilavasitə bağlı olmayan işlərə və tədbirlərə cəlb olunması qadağandır. [18]
2. Tərbiyə və təhsil alanların vəzifələrinə daxildir: biliyini daim artırmaq və dərinləşdirmək, praktiki bacarığını, peşə-ixtisas hazırlığını təkmilləşdirmək və durmadan dərinləşdirmək-ümumi mədəni səviyyəsini yüksəltmək; təlim-tərbiyə müəssisəsinin! nizamnaməsinə və daxili qaydalarına əməl etmək; təhsil qanunvericiliyinə, əxlaq və etika normalarına, təlim-tərbiyə prosesi ilə bağlı birgəyaşayış qaydalarına riayət etmək.
Maddə 48. Tərbiyə və təhsil alanlar üçün əlavə sosial-maddi təminat
Dövlət büdcəsindən maliyyələşdirilməyən müəssisələr, idarələr, təşkilatlar, assosiasiyalar, birliklər, cəmiyyətlər, fondlar, ayrı-ayrı vətəndaşlar, habelə xaricdə yaşayan və fəaliyyət göstərən şəxslər, müəssisə və cəmiyyətlər öz vəsaitləri hesabına tərbiyə və təhsil alanlara əlavə olaraq sosial-maddi köməklik göstərə bilərlər. İstehsalatdan ayrılmaqla təhsil alan şəxslər iş yerindən əlavə” məzuniyyət almaq hüququna, qısaldılmış iş vaxtı, həmçinin qanun-vericiliklə müəyyən edilmiş başqa imtiyazlara malikdirlər. Ümumtəhsil məktəblərində məktəblilərə maddi yardım göstərilməsi məqsədilə icbari təhsil fondu yaradılır. Fond məktəbin saxlanılması üçün sərf olunan illik xərclərin bir faizindən az olmayaraq ayrılmış vəsait, həmçinin müəssisə təşkilat, cəmiyyət və ayrı-ayrı vətəndaşların vəsaiti hesabına yaradılır. Ümumtəhsil məktəblərinin şagirdləri güzəştli qiymətlər əsasında ildə bir dəst məktəbli forması ilə təmin olunur. Aztəminatlı ailələrə forma və dərsliklər pulsuz verilir. Aztəminatlı ailədən olan ibtidai sinif şagirdlərinə pulsuz isti nahar yeməyi müqabilində pul ödənişi verilir. Kənd: yerlərində məktəbdən 3 kilometr artıq məsafədə yaşayan şagirdlərin məktəbə nəqliyyatla pulsuz gətirilib aparılması təmin edilir. İstehsalat təlimi və praktika zamanı şagird və tələbələrə (o cümlədən tibb təhsili alan tələbələrə) gördükləri iş müqabilində tam. əmək haqqı verilir, təhlükəsiz və sağlamlıq üçün zərərsiz iş şəraiti təmin olunur. İndeksasiya aparılmaqla tələbə və aspirantların təqaüdü 1993-cü ildən başlayaraq tədriclə qabaqcıl ölkələrin tələbə və aspirantlarının təqaüdü səviyyəsinə çatdırılır. Əlavə ayırmalar hesabına elmi araşdırmaların genişləndirilməsinə vəsait ayrılır. [19]
Maddə 49. Pedaqoji fəaliyyət, pedaqoji işçilərin hüquq və vəzifələri
Pedaqoji fəaliyyətlə yüksək mənəvi keyfiyyətləri, müvafiq təhsili, zəruri hallarda praktiki peşə-ixtisas hazırlığı olan, sağlamlığına görə pedaqoji işə yarayan şəxslər məşğul ola bilərlər. Məhkəmənin qərarına əsasən, yaxud hökumət tərəfindən təsdiq olunmuş siyahıda göstərilən tibbi səbəblərə görə pedaqoji fəaliyyət göstərilməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Təhsil müəssisəsinin pedaqoji heyəti həmin müəssisənin Nizamnaməsi əsasında komplektləşdirilir. Pedaqoji işçilərin attestasiyası keçirilir. Attestasiya nəticəsində işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, onun peşə-ixtisas səviyyəsi və praktiki hazırlıq dərəcəsi müəyyənləşdirilir. Attestasiya komissiyasının qərarı qanunvericiliyə müvafiq olaraq pedaqoji işçinin tutduğu vəzifədən çıxarılması üçün əsasdır.
Pedaqoji işçilər aşağıdakı hüquqlara malikdirlər: peşə şərəfi və ləyaqətini müdafiə etmək; normal iş şəraiti yaradılmasını tələb etmək; təlimin forması, metod və vasitələrini seçməkdə sərbəstlik, pedaqoji təşəbbüskarlıq göstərmək; fərdi pedaqoji fəaliyyətlə məşğul olmaq; müəssisənin Nizamnaməsinə uyğun olaraq təhsilin idarə olunmasında iştirak etmək; rəhbər vəzifələrə seçmək və seçilmək; ixtisasını artırmaq və yenidən ixtisaslaşmaq;
uzadılmış pullu məzuniyyətə çıxmaq; qanunvericilik yolu ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək.
Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla pedaqoji işçiləri işdən ayırmaq qadağandır.
Pedaqoji işçilərin vəzifələrinə daxildir: dövlətin təhsil siyasətini yerinə yetirmək; tərbiyə və təhsil alanların tədris və elmi araşdırma proqramlarını dövlət standartları səviyyəsində mənimsəmələri üçün zəruri şərait yaratmaq; əməyi və şəxsi nümunəsi ilə milli zəminə və ümumbəşəri sərvətlərə, bütün insanlıq üçün qiymətli olan mənəvi dəyərlərə—həqiqətə, ədalətə, sədaqətə, vətənpərvərliyə, humanizmə, rəhmdilliyə, əməksevərliyə, demokratikliyə, prinsipiallığa və başqa keyfiyyətlərə hörmət və məhəbbət aşılamaq, valideynə, ailəsinə, qadınlara, yaşlılara, uşaqlara, ətraf mühitə, bütövlükdə Azərbaycan təbiətinə, Azərbaycanın və Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət hissi yaratmaq; tərbiyə və təhsil alanları xalqlar, etnik, milli və dini qruplar arasında qarşılıqlı anlaşma, sülh və razılığa əsaslanan şüurlu həyata hazırlamaq, pedaqoji etikaya, əxlaqa riayət etmək; uşağın, şagirdin, tələbənin ləyaqətinə, şərəfinə hörmət bəsləmək; uşaqları və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları spirtli içkilər, narkotik maddələr işlətməkdən və digər zərərli vərdişlərdən çəkindirmək; müntəzəm olaraq peşə-ixtisas səviyyəsini, praktiki hazırlığını, pedaqoji ustalığını, ümumi mədəniyyətini yüksəltmək, əlavə məşğələlər və sinifdənkənar tədbirlər keçirmək.
Maddə 50. Pedaqoji işçilərin sosial müdafiəsi və imtiyazları
Pedaqoji işçilərin sosial müdafiəsi və imtiyazları aşağıdakı kimi müəyyən olunur və buna dövlət təminatı verilir:
1. Təlim-tərbiyə müəssisəsi işçisinin əmək haqqı (vəzifə maaşı) vəzifə borcunun və müqavilə ilə (kontraktla) nəzərdə tutulmuş işlərin icrasına görə verilir; təlim tərbiyə müəssisələri .işçilərinin minimum əmək haqları və vəzifə maaşları Azərbaycan Respublikası üzrə orta əmək haqqından yuxarı səviyyədə müəyyən olunur, onların əmək haqqı indeksasiya aparılmaqla 1993-cü ildən başlayaraq tədriclə qabaqcıl ölkələrin təhsil işçilərinin əmək haqqı səviyyəsinə çatdırılır; məktəbəqədər tərbiyə, ibtidai, əsas orta ümumtəhsil məktəbləri, peşə məktəbləri, peşə litseyləri, habelə buna müvafiq olan təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji işçilərin əmək haqlarındakı fərq aradan qaldırılır; elmi dərəcəsi və elmi adı olan mütəxəssis orta ümumtəhsil məktəblərində, peşə məktəbləri, litseylər, gimnaziyalar, kolleclər, texnikumlarda işlədikdə ali məktəblərdə olduğu qədər əmək haqqı alır; təlim-tərbiyə müəssisələri onların ixtiyarında olan əmək haqqı vəsaiti daxilində ştatlarda dəyişiklik etməklə tarif stavkalarını artırmaq hüququna malikdirlər; yuxarıda göstərilənlər nəzərə alınmaqla təhsil müəssisələrində kateqoriya prinsipi əsasında əmək haqqı sisteminə keçirilir. Müəssisənin kateqoriyası dövlət attestasiyası zamanı təlim-tərbiyə işində əldə olunmuş nəticələrə görə müəyyən edilir.
2. Normal əmək və məişət şəraiti, istirahət, tibb xidməti, beş ildə bir dəfədən az olmayaraq ixtisasının artırılması, zəruri hallarda yenidən ixtisaslaşdırılması təmin olunur.
3. Sosial müdafiəyə və peşə-ixtisas fəaliyyətinə hüquqi təminat verilir.
4. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada altı saatlıq iş günü, qısaldılmış iş həftəsi və uzadılmış pullu məzuniyyət hüququna malikdirlər.
5. Ümumtəhsil, texniki-peşə müəssisələrinin, idman və incəsənət məktəblərinin həftəlik tarif stavkası 12 saatdır. Həmin müəssisələrdə və məktəblərdə həftəlik dərs yükü tarif stavkalarının sayına müvafiq surətdə hesablanır və tarif stavkalarının sayına uyğun olaraq tam həcmdə ödənilir.
Qalan təhsil müəssisələrinin professor-müəllim heyətinin ümumi dərs yükü 450—500 saatdır və onların 1,5 stavka həcmində dərs aparmasına müstəsna hallarda yol verilir. [20]
6. Birinci növbədə mənzil almaq, növbədənkənar xidmət göstərilmək hüququna malikdirlər; yaradıcı pedaqoji işçilər hər on illik fasiləsiz pedaqoji, fəaliyyətdən sonra təhsil müəssisəsinin nizamnaməsində nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq müddəti bir ilədək uzadıla bilən və haqqı ödənilən əlavə yaradıcılıq məzuniyyəti götürə bilərlər.
8. Pedaqoji fəaliyyətin spesifik xüsusiyyətləri ilə bağlı olaraq, təhsil işçilərinin müəyyən kateqoriyalarına səhhətinə dəyən zərəri ödəmək üçün əmək haqlarının (vəzifə maaşlarının) 15—25 faizindən az olmayaraq ödənc verilir.
9. Qanunvericilik əsasında struktur dəyişiklikləri aparılarkən iş yerini itirdiyi üçün axırıncı əmək haqqı məbləğində ödənc verilir.
10. Xəstəliyə görə pedaqoji fəaliyyətdən məhrum olduqda və ya müvəqqəti olaraq başqa işə keçməyə məcbur olduqda əmək haqqı həcmində birdəfəlik müavinət verilir.
Maddə 51. Pedaqoji işçilərin həvəsləndirilməsi
Təlim-tərbiyə sahəsində uğurlarına görə pedaqoji işçilər dövlət mükafatları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlar, pul mükafatları və s. ilə mənəvi və maddi cəhətdən rəğbətləndirilirlər. Bu zaman təlim-tərbiyə sahəsindəki nailiyyətlərlə yanaşı ictimai rəy də nəzərə alınır. Pedaqoji işçilərə verilən fəxri adlar və onların mükafatlandırılması xüsusi əsasnaməyə müvafiq olaraq tənzim edilir.
Maddə 52. Valideynlərin hüquq və vəzifələri
Valideynlərin (və ya onları əvəz edənlərin) hüquqları aşağıdakılardır: yetkinlik yaşına çatmamış uşaqlar üçün təlim-tərbiyə müəssisəsi, həmçinin tərbiyəçi və müəllim seçmək; təhsil müəssisələrinin ictimai özünüidarə orqanlarına seçkilərdə iştirak etmək (seçmək və seçilmək); uşaqlarının tərbiyəsi və təhsili ilə bağlı olaraq müxtəlif orqanlara müraciət etmək müxtəlif dövlət və məhkəmə orqanlarında öz uşaqlarının qanuni hüquqlarını müdafiə etmək.
Valideynlər və ya onları əvəz edənlərin vəzifələrinə daxildir: uşaqların fiziki və psixi sağlamlıqlarının, fitri istedadları. və təbii imkanlarının inkişafı qayğısına qalmaq; onların ləyaqətinə hörmət etmək; valideynə, ailəyə, soykökünə, Vətənə, doğma dilinə, xalqına, onun tarixinə, qardaş xalqların, başqa ölkələrin və xalqların ümumbəşəri dəyərlərinə hörmət və məhəbbət hissi yaratmaq, əməksevərlik, xeyirxahlıq və mərhəmət hissi aşılamaq; məktəbə-qədər tərbiyə və ümumtəhsil müəssisələrində tərbiyə və təhsil almalarına qayğı göstərmək və ya ailədə dövlət standartları səviyyəsində təhsil almalarını təmin etmək; xalqın ənənələrinə, qanunlarına, insan hüquqlarına hörmət hissi tərbiyə etmək.
Dövlət valideynlərə və ya onları əvəz edənlərə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərir, onların hüquqlarını müdafiə edir.
TƏHSİL SİSTEMİ MÜƏSSİSƏLƏRİNİN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ VƏ MADDİ TEXNİKİ BAZASI
Maddə 53. Təlim-tərbiyə müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti
Təhsil üstün maliyyələşdirilən strateji fəaliyyət sahəsidir. Dövlət təhsili maliyyələşdirərkən onun maddi-texniki bazasını dünya standartlarına uyğunlaşdırmaq xətti yeridir. Təhsil müəssisələrinin maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Dövlət, təhsil sisteminin maliyyələşdirilməsini 1995-ci ildə qabaqcıl dövlətlərin səviyyəsinə çatdırmaq siyasəti yeridir və hər il təhsil sistemi üçün buna müvafiq olaraq büdcə vəsaiti və zəruri valyuta ayırır.
Təhsilin maliyyələşdirilməsi üçün əlavə mənbələr: nazirliklər, müəssisələr, idarə və təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müqavilə əsasında kadr hazırlığı, ixtisasartırma və yenidən kadr hazırlığı üçün ayırdıqları vəsait; təlim-tərbiyə müəssisələrinin müxtəlif növ fəaliyyəti (tədris, elmi, istehsal və s.) və xidmətlər müqabilində əldə etdikləri gəlir; Azərbaycanın və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri, idarələrinin, habelə vətəndaşlarının könüllü ayırmaları hesabına əldə olunan vəsait.
Qeyri-dövlət təlim-tərbiyə müəssisələri öz vəsaitləri hesabına maliyyələşdirilir.
Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə müəssisələrinin maliyyəl əşdirilməsi müvafiq qaydada dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir . [25]
Maddə 54. Təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazası
Təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasına daxildir: binalar, tədris-kliniki bazalar, əczəxanalar, torpaq sahələri, maşın və avadanlıq, müxtəlif qurğular və laboratoriyalar, tədris təsərrüfatı, nəqliyyat növləri və başqa qiymətli maddi-texniki təchizat vasitələri.
Dövlət təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsini, onun yeni tədris-istehsalat və kliniki bazalar, kitabxanalar, maşın və avadanlıqla təchiz olunmasını üstün inkişaf edən fəaliyyət sahəsi hesab edir, onu dünya standartlarına bərabərləşdirmək xətti yeridir.
Təlim-tərbiyə müəssisəsi üçün binalar, idman-sağlamlıq və istirahət kompleksləri, təhsil sistemi işçiləri üçün mənzil və tələbə yataqxanaları tikintisi üstün inkişaf etdirilir. [26]
Nazirliklər, müəssisə, idarə və təşkilatlar tədris, elmi-istehsal xidmətləri və kadr hazırlığı müqabilində tədris müəssisələrinə müxtəlif cür maşın və avadanlıq, nəqliyyat vasitələri, torpaq sahələri və s. vermək hüququna malikdirlər.
TƏHSİL SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 55. Təhsil sahəsində beynəlxalq müqavilə və sazişlər
Təhsil sahəsində xarici əlaqələr və beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilir.
Təhsil müəssisələri, idarə və təşkilatları xarici ölkələrin müvafiq tədris müəssisələri və təşkilatları ilə birbaşa müqavilələr, sazişlər bağlamaq hüququna malikdirlər.
Beynəlxalq müqavilə və sazişlərin şərtləri Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə müvafiq olmadığı ayrı-ayrı hallarda beynəlxalq müqavilə şərtləri tətbiq olunur.
M a ddə 56. Azərbaycan Respublikasının təhsil müəssisələrinin, idarələrinin və təşkilatlarının beynəlxalq əməkdaşlıq hüququ
Təhsil müəssisələri, idarə və təşkilatlarının beynəlxalq əməkdaşlığı təhsil qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Bütün mülkiyyət formalarından olan təhsil müəssisələri, idarələr, təşkilatlar, habelə müxtəlif təhsil qurumları xarici ölkələrin təhsil müəssisələri təşkilatları və qurumları ilə, habelə beynəlxalq təşkilat və müəssisələrlə müstəqil surətdə birbaşa əlaqəyə girmək, təcrübə və kadr mübadiləsi aparmaq, birgə proqramlar həyata keçirmək, təhsil müəssisələri açmaq, beynəlxalq tədbirlərdə iştirak etmək və əməkdaşlığın başqa formalarını həyata keçirmək hüququna malikdirlər.
Təhsil müəssisələri və təşkilatlarının beynəlxalq əməkdaşlıq nəticəsində əldə olunan maliyyə vəsaiti, o cümlədən valyuta ehtiyatı toxunulmazdır və müvafiq təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin həyat şəraitinin yaxşılaşdırılmasına sərf edilir.
Təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıqdan əldə olunan gəlirindən şəxsi qazanc məqsədilə istifadə olunmasına yol verilmir.
Maddə 57. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaq hüququ
Azərbaycan Respublikası vətəndaşları hökumətlərarası müqavilələrə, nazirliklər, təhsil müəssisələri arasında bağlanmış sazişlərə əsasən xarici ölkələrin tədris müəssisələrində təhsil ala bilərlər. Tək-tək şəxslər də fərdi müqavilələr əsasında xarici ölkələrin tədris müəssisələrində təhsil almaq hüququna malikdirlər.
Maddə 58. Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur . [28]
Xarici ölkələrdə yaşayan azərbaycanlılar, həmçinin Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmiş digər millətlərin nümayəndələri Azərbaycan Respublikasının təhsil müəssisələrinə sərbəst surətdə daxil ola bilərlər.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 7 oktyabr 1992-ci il.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 27 iyul 1994-cü il tarixli 860 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 16, maddə 216)
2. 14 fevral 1995-ci il tarixli 973 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 7, maddə 123)
3. 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226)
4. 27 dekabr 1996-cı il tarixli 222-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 287)
5. 13 iyun 1997-ci il tarixli 318-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 450)
6. 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16)
7. 27 dekabr 1997-ci il tarixli 229-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 294)
8. 2 aprel 1999-cu il tarixli 647-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 285)
9. 2 aprel 1999-cu il tarixli 650-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 286)
10. 20 fevral 2001-ci il tarixli 83-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 138)
11. 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672)
12. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)
13. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
14. 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1)
15. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202)
16. 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 415)
17. 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049)
18. 19 iyun 2009-cu il tarixli 833-IIIQ Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 08 sentyabr 2009-cu il, № 199, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2009-cu il, № 09, maddə 684)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 1 9 iyun 2009-cu il tarixli 833-IIIQ Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 08 sentyabr 2009-cu il, № 199, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2009-cu il, № 09, maddə 684) ilə qüvvədən düşmüş hesab edilmişdir.
[2] 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 3-cü maddəsinin 1-ci bəndinə üçüncü abzas əlavə edilmişdir.
[3] 27 iyul 1994-cü il tarixli 860 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 16, maddə 216) ilə 7-ci maddənin 2-ci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ Bu funksiyanı müstəqil surətdə həyata keçirmək üçün Xalq Təhsil Nazirliyi sistemində Dövlət Ali Ekspert Komissiyası yaradılır. Komissiyanın Əsasnaməsini hökumət təsdiq edir ”.
[4] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 13-cü maddənin 1-ci bəndinin 1-ci abzasından 3-cü cümlə çıxarılmış, 4-cü və 7-ci cümlə yeni redaksiyada verilmişdir. Bəndin 1-ci abzasının əvvəlki redaksiyasında deyilirdi:
“ Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, ləğv edilir. Təhsil müəssisəsi Azərbaycan Respublikası hökumətinin müəyyən etdiyi qaydada qeydiyyatdan keçdikdən sonra müstəqil hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnamə təhsil müəssisəsinin ali orqanında qəbul olunur və təhsili idarəetmə qanı tərəfindən qeydiyyata alınır ”.
[5] 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672) ilə 16-cı maddədə “peşə məktəbləri” sözlərindən sonra “yaşayış yerlərindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin uşaqları üçün təhsil standartlarına uyğun olan məktəbəqədər və ümumi orta təhsil müəssisələri” sözləri əlavə edilmişdir.
[6] 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 415) ilə 21-ci maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir. Ə vvəlki redaksiyada deyilirdi:
“Dövlət təhsil müəssisələrində tələbə qəbulu qabaqcıl dünya təcrübəsinə əsaslanan “Qəbul qaydaları”na və onların nizamnamələrinə müvafiq olaraq aparılır”.
[7] 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 415) ilə 21-ci maddənin altıncı hissəsi yeni redaksiyada verilmişdir. Ə vvəlki redaksiyada deyilirdi:
“Qeyri-dövlət ali məktəblərinə tələbə qəbulu onların nizamnamələri əsasında aparılır”.
[8] 2 aprel 1999-cu il tarixli 650-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 286) ilə 25-ci maddəyə altıncı hissə əlavə edilmişdir.
[9] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 26-cı maddənin üçüncü hissəsində “tələbələr” sözündən sonra “dövlət” sözü əlavə edilmişdir.
[10] 27 iyul 1994-cü il tarixli 860 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 16, maddə 216) ilə 30-cu maddədə “dövlət idarəçiliyində olan peşə-ixtisas təhsili müəssisələrini yaradır, yenidən təşkil edir və ləğv edir;” sözlərindən sonra “bütün peşə-ixtisas təhsili müəssisələrini dövlət qeydiyyatına alır;” sözləri əlavə edilmişdir.
5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 30-cu madd ə nin 2-ci cüml ə sind ən “t ə hsil m üə ssis ə l ə rinin yaradılması, yenid ə n t əş kili v ə l əğ v edilm ə si qaydasını m üə yy ə n edir ” sözl ə ri v ə “bütün pe şə -ixtisas t ə hsili m üə ssis ə l ə rini dövl ə t qeydiyyatına alır ” sözl ə ri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“Nazirlər Kabineti təhsilin strategiyasını müəyyənləşdirir. Bu məqsədlə: Təhsil Qanununun, bu barədə müvafiq qanunvericilik aktlarının və sənədlərin icrasına nəzarət edir; təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir; təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qaydasını müəyyən edir; dövlət idarəçiliyində olan peşə-ixtisas təhsili müəssisələrini yaradır, yenidən təşkil edir və ləğv edir; bütün peşə-ixtisas təhsili müəssisələrini dövlət qeydiyyatına alır; peşə-ixtisas təhsili müəssisələri üçün ixtisasların siyahısını təsdiq edir, sosial sifarişdən asılı olaraq belə ixtisasları açır və bağlayır; dövlət təhsil standartlarını təsdiq edir, təhsil barədə qəbul olunan sənədlərin həmin standartlara müvafiq olmasına nəzarət edir; təhsil, müəssisələri, onların attestasiyası, akkreditasiyası və lisenziyalaşdırılması barədə dünya standartına müvafiq olan əsasnamələri təsdiq edir; təhsilin inkişafına dair dövlət, həmçinin beynəlxalq proqramlar hazırlayıb həyata keçirir; təhsilin maliyyələşdirilməsi üçün milli gəlirdən pay ayrılması, təhsillə bağlı respublika büdcəsinin, təhsilin inkişaf fondlarının formalaşdırılması barədə təkliflər verir; təhsilin maliyyələşdirilməsinin dövlət normativlərini, təhsil sistemi işçilərinin əmək haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt və imtiyazları, tələbələrin təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan pedaqoji işçilərin, təhsil və tərbiyə alanların sosial müdafiəsinin norma və qaydalarını müəyyən edir; təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir; yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik edir; təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə məsələ qaldırır”.
[11] 27 iyul 1994-cü il tarixli 860 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 16, maddə 216) ilə 31-ci maddədə “təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edən, zəruri normativ sənədlər hazırlayan yüksək ixtisaslı mütəxəssislərdən ibarət Dövlət Ali Ekspert Komissiyası yaradır;” sözləri “təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir;” sözləri ilə, “səlahiyyətinə müvafiq olaraq təhsil müəssisəsini ləğv edir, yenidən təşkil edir, yaradır, onların nizamnaməsini qeydə alır, habelə tabeliyində olub-olmamasından və mülkiyyət formasından asılı olmayaraq, başqa təhsil müəssisələri və təhsil idarələrinin yaradılmasına, ləğvinə və yenidən qurulmasına rəy verir; təhsil müəssisəsinin açılması üçün lisenziya verir və onu qeydiyyata alır; təhsil müəssisələrinin yaradılması və ləğvi ilə əlaqədar vəsatət qaldırır” sözləri “səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir və onları qeydiyyata alır” sözləri ilə əvəz edilmişdir.
5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 31-ci madd ə nin sonundan “v ə onları qeydiyyata alır ” sözl ə ri çıxarılmışdır.
[12] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 33-cü maddə “ daxildir: ” sözündən sonra “yerli büdcə hesabına maliyyələşdirmə nor mativlərini müəyyən etmək ” sözləri çıxarılmışdır.
[13] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 36-cı madd ə nin ikinci hiss ə sinin sonuncu cüml ə si çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“Dövlət əhəmiyyətli təlim-tərbiyə müəssisələrinə olan tələbatı və bu cür tədris-tərbiyə müəssisələrinin şəbəkəsini Nazirlər Kabineti, yerli əhəmiyyəti olan tədris-tərbiyə müəssisələrinin açılmasına olan tələbi isə yerli dövlət idarə orqanları müəyyənləşdirir. Tədris-tərbiyə müəssisəsinin açılması qaydasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir”.
[14] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə 37-ci madd ə nin 1-ci b ə ndinin 2-ci c ü ml əsi yeni redaksiyada verilmiş, 3-c ü c ü ml əsin d ə “nizamnam ə si qeydiyyatdan ” s ö zl ə ri “d ö vl ə t qeydiyyat ı ndan ” s ö zl ə ri il ə ə v ə z edilmişdir. Ə vvəlki redaksiyada deyilirdi:
“1. Dövlət təhsil müəssisələri təhsil qanunvericiliyi və təlim-tərbiyə müəssisəsinin buna müvafiq olan nizamnaməsi əsasında idarə olunur. Nizamnamə müəssisənin Şurasında təsdiq olunur və müvafiq olaraq Xalq Təhsili Nazirliyində və yerli təhsil orqanlarında qeydiyyatdan keçirilir. Nizamnaməsi qeydiyyatdan keçməmiş təlim-tərbiyə müəssisəsi hüquqi şəxs sayılmır ”.
[15] 27 dekabr 1997-ci il tarixli 229-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 294) ilə Azərbaycan Respublikası Təhsil Qanununun yeni redaksiyası qüvvəyə minənədək həmin Qanunun 37-ci maddəsinin 3-cü bəndinin icrası müvəqqəti dayandırılmışdır.
[16] 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1) ilə 44-cü maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“ Maddə 44. Təhsil müəssisələrində iaşənin təşkili
Təhsil müəssisələrində iaşə xidmətinin təşkilinə Ticarət Nazirini və tabeliyində ticarət və ictimai iaşə müəssisəsi olan başqa nazirliklər, idarə və təşkilatlar cavabdehdirlər. İaşə xidmətini yerli dövlət orqanları təmin edirlər. Tədris müəssisələri öz ləri də iaşə xidməti göstərə bilərlər. Yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirirlər ”.
[17] 2 aprel 1999-cu il tarixli 647-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 285) ilə 45-ci maddəyə ikinci hissə əlavə edilmişdir.
[18] 20 fevral 2001-ci il tarixli 83-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 138) ilə 47-ci maddənin 1-ci bəndində “təhsili müvəqqəti olaraq dayandırmaq;” sözlərindən sonra “təhsil yerini dəyişmək” sözləri əlavə edilmişdir.
[19] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 48-ci maddənin 1-ci cümləsində “Nazirliklər, yerli dövlət orqanları” sözləri “Dövlət büdcəsindən maliyyələşdirilməyən” sözləri ilə əvəz edilmişdir.
[20] 14 fevral 1995-ci il tarixli 973 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 7, maddə 123) ilə 50-ci maddənin 5-ci bəndi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“5. Ümumtəhsil və texniki-peşə müəssisələrinin həftəlik tarif stavkası 12 saat müəyyən olunur. həftəlik dərs yükü bir qayda olaraq, 12 saatdan, yəni 1,5 stavkadan çox ola bilməz. Qalan təhsil müəssisələri professor-müəllim heyətinin ümumi dərs yükü 450—500 saatdan çox ola bilməz. Müstəsna hallarda 1,5 stavka həcmində dərs aparılmasına icazə verilir ”.
[21] 13 iyun 1997-ci il tarixli 318-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 450) ilə 50-ci maddənin 7-ci bəndi çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“ Tərkibində pedaqoji işçisi olan ailələr enerji və kommunal xidməti xərclərindən azaddırlar ”.
[22] 13 iyun 1997-ci il tarixli 318-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 450) ilə 50-ci maddənin 11-ci bəndi çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“Pedaqoji işçilər şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) pulsuz istifadə hüququna malikdirlər”.
[23] 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 53-cü maddənin dördüncü hissəsi çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“ Mülkiyyət formasından asılı olmayaraq, təlim-tərbiyə müəssisələri vergi və rüsumlardan, ödənclər verməkdən azaddır ”.
[24] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 53-cü maddənin dördüncü hissəsi çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“ Təhsil üçün ayrılmış büdcə vəsaiti və təlim-tərbiyə müəssisələrinin müxtəlif mənbələrdən toplanılmış gəliri toxunulmazdır ”.
[25] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 53-cü maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir. Ə vvəlki redaksiyada deyilirdi:
“ Təlim-tərbiyə müəssisəsi onun üçün ayrılmış və ixtiyarında olan maliyyə vəsaitini müstəqil xərcləyir, onun tamamlanmış balansı və banklarda hesablaşma hesabı olur ”.
[26] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 54-cü maddənin üçüncü hissəsindən “və dövlət bu sahədə çalışan təmir-tikinti idarələri üçün güzəştli vergi sistemi müəyyən edir” sözləri çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“ Təlim-tərbiyə müəssisəsi üçün binalar, idman-sağlamlıq və istirahət kompleksləri, təhsil sistemi işçiləri üçün mənzil və tələbə yataqxanaları tikintisi üstün inkişaf etdirilir və dövlət bu sahədə çalışan təmir-tikinti idarələri üçün güzəştli vergi sistemi müəyyən edir ”.
[27] 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 54-cü maddənin beşinci hissəsi çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“Mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisəsi üçün maşın, avadanlıq, aparat və s. istehsal edən müəssisələr vergilərdən qismən azad edilir”.
[28] 27 dekabr 1996-cı il tarixli 222-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 287) ilə 58-ci maddənin 1-ci hissəsi yeni redaksiyada verilmişdir. Ə vvəlki redaksiyada deyilirdi:
“ Azərbaycan Respublikasının üzvü olduğu və ya iştirak etdiyi beynəlxalq təşkilatların əsasnamələrinə, Azərbaycan Respublikasının, müxtəlif tədris müəssisələri, idarə təşkilat və qurumların müqavilə və sazişlərinə, habelə Azərbaycan Respublikasında təhsil almaq istəyən tək-tək şəxslərlə bağlanmış fərdi müqavilələrə əsasən əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrinə daxil ola bilərlər ”.
[29] 27 dekabr 1996-cı il tarixli 222-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 287) ilə 58-ci maddənin 3-cü hissəsi çıxarılmışdır. Ə vvəlki redaksiyada deyilirdi:
“Azərbaycan Respublikasında təhsil alan əcnəbilərin təhsil sahəsində hüquq və vəzifələri Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələri ilə eynidir”.
Comments are closed, but trackbacks and pingbacks are open.