Təhsil sistemi
Fəsil 1 : Təhsil hüququna dövlət təminatı, təhsil sahəsində dövlət standartları tədris dili kimi məsələlər öz əksin tapmışdır;
Azərbaycanda təhsilin formaları
Təhsil sistemi anlayışı. Təhsil sistemi dedikdə bütün təhsil tərbiyə müəssisələrinin məcmusu başa düşülür. Pedeqoji proses təhsil sistemi vasitəsi ilə həyata keçirilir. Təhsil sistemi cəmiyyətin iqtisadi-ictimai münasibətlər sisteminə xidmət edir və ona qüvvətli təsir göstərir. Cəmiyyətin inkişafı onun üzvlərinin təhsil səviyyəsi ilə şərtlənir. Yaxşı təhsil almış mütəxəsislər cəmiyyətin bütün sahələrində uğurla və yaradıcılıqla çalışıb həmin sahələrin inkişafına kömək göstərə bilərlər. Elm cəmiyyətin strateji vəzifəsi sayılır və inkişaf etmiş ölkələrdə elmə daha çox əhəmiyyət verilir. Cəmiyyətin, dövlətin gücü təhsillə, elmlə bağlıdır.
Dövlətin, millətin tərəqqi yolu təhsildən, elmdən keçir. N.Nərimanovun dediyi kimi ” Heç bir millət qılıncla, tüfənglə irəli getmir. Hansı millət qabağa gedirsə, ancaq təhsilin, elmin gücünə irəli gedir”.
Təhsil qanunu. Təhsil sisteminin prinsipləri. Azərbaycan Respublikasında təhsil sistemi Təhsil qanunu ilə idarə və tənzim olunur. Təhsil qanunu vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsi şərtlərini müəyyən edir. Təhsil qanunu 19 iyun 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclis tərəfindən qəbul olunmuş 5 sentyabr 2009-cu ildə qüvvəyə minmişdir. Təhsil qanunu 6 fəsildən ibarətdir:
Fəsil 1 : Təhsil hüququna dövlət təminatı, təhsil sahəsində dövlət standartları tədris dili kimi məsələlər öz əksin tapmışdır;
Fəsil 2 : Azərbaycan Respublikasının təhsil sistemi şərh olunur. Təhsilə aid məsələlərdən bəhs edir;
Fəsil 3 : Təhsilin idarə olunması, təhsil hüquqları vəzifələri və sosial müdafiəsi;
Fəsil 4 : Təhsil iqtisadiyyatı və təhsil müəssislərində sahibkarlıq fəaliyyəti;
Fəsil 5 : Təhsil sahəsində beynəlxalq əlaqələr;
Fəsil 6 : Keçid və yekun müddəalarına həsr olunmuşdur.
Təhsil Qanununda təhsil sisteminin əsas prinsipləri öz əksini tapmışdır. Təhsil sistemi bu prinsiplərə əsaslanır:
- Humanistlik prinsipi – Təhsil-tərbiyə işinin mərkəzində insan onun maraq və qabiliyyətləri inkişafı durmalı hər şey ona xidmət etməlidir. Necə deyərlər, şagird müəllim üçün yox, müəllim şagird üçündür. Təhsilalanların zehni mənəvi cəhətdən inkişafına qayğı göstərmək hər bir müəllimin vəzifəsidir;
- Bərabərlik prinsipi – İnsanların bərabər şərtdə təhsil alması üçün imkanlar yaradılmasını və təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur;
- Keyfiyyətlik prinsipi – Təhsilin standartlara normalara cəmiyyətin tələblərinə şəxsiyyətin maraqlarına uyğun qurulmasını nəzərdə tutur.
Təhsil sisteminin quruluşu və idarə olunması. Təhsil sisteminin quruluşu Azərbaycan Respublikasının Təhsil Qanununda öz əksini tapmışdır. Qanunda təhsil müəssisələrinin tipləri :
- Məktəbəqədər təhsil – 3 yaşdan başlayır. 5 yaşından uşaqların məktəbə qoyulmağı zəruri sayılır. Bu cür hazırlıq bağçada, məktəbdə və ya ailədə həyata keçirilə bilər;
- Ümumtəhsil məktəblər – İbtidai (1ci-4cü), ümumi orta (5ci-9cu), tam orta təhsil (10cu-11ci) pillələri əhatə edir. Buraya digər ümumtəhsil müəssisələri də daxildir. Məsələn: gimnaziya əsasən humanitar təmayüllü orta təhsil məktəbidir;
- Məktəbdənkənar təhsil müəssisələri – Bura: idman, şahmat, texniki, bədii yaradıcılıq, ekoloji tərbiyə, turizm və s.;
- Peşə-ixtisas təhsil müəssisləri – Peşə məktəbləri və liseyləri;
- Orta ixtisas təhsili – Kollec orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən peşə ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisədir;
- Ali təhsil müəssisələri – Universitetlər, institutlar, akademiyalar və s.
Təhsil qanunu təhsilalanların hüquq və vəzifələrini müəyyən edir.
- Təhsilalanların hüquqları – Təhsil dilini sərbəst seçmək, keyfiyyətli təhsil almaq, fasiləsiz təhsil almaq, təhsil şəraiti ilə təmin olmaq, təhsil prosesində fəal iştirak etmək və s.;
- Təhsilalanların vəzifələri – Müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnmək. Nizamnaməyə riayət etmək, üzərinə düşən məsuliyyəti dərk etmək, etik normalara əməl etmək;
- Təhsilin formaları
– Dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır (Formal təhsil);
– Dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır (Qeyri-formal təhsil);
– Özünütəhsil yolu ilə biliklərə yiyələnmə formasıdır (İnformal təhsil).
İbtidai təhsil. İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq yazmaq və hesablama qabiliyyəti yaratmaq onlarda insan cəmiyyət və təbiət haqqında həyati biliklər, məntiqi təfəkkür elementləri və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
Ümumi orta təhsil. Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurrikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi – şəhadətnamə verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil. Tam orta təhsil pilləsində şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının (kurrikulumların) tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.
Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu – on birinci sinifləri əhatə edir və bu pillədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
İlk və orta peşə-ixtisas təhsili. İlk peşə-ixtisas təhsili ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsil müəssisələrində, ayrı-ayrı təşkilat, müəssisə, əmək birjaları, məşğulluq idarələri və s. qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.
İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında təşkil olunur. İlk peşə-ixtisas məktəblərini ümumi orta təhsil bazasında bitirənlərə ixtisas sertifikatları ilə yanaşı tam orta təhsil haqqında müvafiq dövlət sənədi – attestat verilir.
Orta peşə-ixtisas təhsili ümumi orta məktəb təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta peşə-ixtisas təhsili əsasən kollec və ali təhsil müəssisəsinin müvafiq strukturlarında həyata keçirilir və sub-bakalavr peşə-ixtisas dərəcəsi verilməklə başa çatır. Ümumi orta təhsil bazasından orta peşə-ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta peşə-ixtisas təhsili müvafiq proqramları (kurrkulumları) əsasında təşkil olunur. Orta peşə-ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir. Orta peşə-ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olma hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Ali təhsil. Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir:
Birinci tsikl: bakalavriat;
Ikinci tsikl: magistratura;
Üçüncü tsikl: doktorantura.
- Bakalavriat– Bakalavriat təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Ali təhsilin bakalavriat pilləsini bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsil pilləsini bitirmiş məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla bütün digər sahələri əhatə edir.
- Magistratura– Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat fəaliyyəti ilə və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara “magistr” ali elmi-ixtisas dərəcəsi verilir. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə hər bir pilləsini müvəfəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd-diplom verilir.
- Doktorantura – Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturlar) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasında doktorantura iki pilləlidir və aşağıdakı elmi dərəcələr müəyyənləşdirlir:
1) Fəlsəfə doktoru (elm sahələri göstərilməklə)
2) Elmlər doktoru (elm sahələri göstərilməklə)
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar. Fəlsəfə və elmlər doktoru elmi dərəcələrinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin qəbulu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, həmçinin ödənişli əsaslarla ali təhsil müəssisəsi ilə əcnəbi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.
Doktoranturada təhsilini başa vuran və müvafiq elmi dərəcə alan şəxslərə müəyyən olunmuş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Azərbaycan Respublikasında elmi dərəcələrin verilməsi dissertantura yolu ilə də reallaşdırılır. Dissertanturaya ali təhsil müəssisələrində və elmi təşkilatlarda çalışan elmi-pedaqoji kadrlar qəbul olunurlar. Dissertanturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təhsilin dövlət himayəsində olması və ictimai xarakter daşıması. Təhsil bütövlükdə dövlət himayəsindədir. Təhsil quruculuğuna görə dövlət öz büdcəsindən müəyyən qədər pul ayırır. Ölkədə təsis olunan bütün təhsil müəssisələrinin fəaliyyətinə dövlət icazə verir.
Təhsilin idarə olunmasında ictimai təşkilatlar da yaxından iştirak edirlər.
Təhsilin humanitarlaşdırılması. Təhsilin humaniitarlaşdırılması tədris planlarında humanitar fənlərə üstünlük verilməsi kimi də izah edilə bilər. 1988-ci ilə qədər Azərbaycan məktəblərində tədris olunan fənlərin yalnız 40 faizi humanitar fənlər idisə həmin ildən sonra və hazırda ölkəmizdə həyata keçirilən təhsil islahatlarının tələblərinə müvafiq olaraq həmin fənlərin sayı artmışdır. Hazırda humanitar fənlərin həcmi digər fənlərə nisbətən 50 faizdən də bir qədər artıqdır.
Təhsilin humanistləşdirilməsi. Bu prinsip təkcə humanitar fənlərin tədrisində yox, digər fənlərin tədrisində hətta dərsdən və tədrisdənkənar tədbirlərdə də yetişən nəslin nümayəndələrinə humanist əxlaqın aşılanmasını zəruri hesab edir. Bu gün hər hansı bir şəxsin cəmiyyət üzvlərinə humanist mövqedən yanaşması, məsələn, qaçqına, əlilə, xəstəyə, şikəstə maddi-mənəvi cəhətdən köməklik göstərməsi, onlara dayaq durması çox vacib sayılır. Bütün bu humanist keyfiyyətlərin aşılanması isə təhsildən keçir.
Təhsil sistemi
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.
İbtidai təhsil:
İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına (kurrikulumuna) əsasən həyata keçirilir. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlayır və birinci-dördüncü sinifləri əhatə edir.
Ümumi orta təhsil
Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurrikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi – şəhadətnamə verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil
Tam orta təhsil pilləsində şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının (kurrikulumların) tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.
Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu – on birinci sinifləri əhatə edir və bu pillədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
İlk və orta peşə-ixtisas təhsili
İlk peşə-ixtisas təhsili ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsil müəssisələrində, ayrı-ayrı təşkilat, müəssisə, əmək birjaları, məşğulluq idarələri və s. qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.
İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında təşkil olunur. İlk peşə-ixtisas məktəblərini ümumi orta təhsil bazasında bitirənlərə ixtisas sertifikatları ilə yanaşı tam orta təhsil haqqında müvafiq dövlət sənədi – attestat verilir.
Orta peşə-ixtisas təhsili ümumi orta məktəb təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssis hazırlığını təmin edir.
Orta peşə-ixtisas təhsili əsasən kollec və ali təhsil müəssisəsinin müvafiq strukturlarında həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsi verilməklə başa çatır. Ümumi orta təhsil bazasından orta peşə-ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar.
Orta peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında təşkil olunur. Orta peşə-ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.
Orta peşə-ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olma hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Ali təhsil
Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir:
birinci tsikl – bakalavriat;
ikinci tsikl – magistratura;
üçüncü tsikl – doktorantura.
Bakalavriat
Bakalavriat təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Ali təhsilin bakalavriat pilləsini bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsil pilləsini bitirmiş məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla bütün digər sahələri əhatə edir.
Magistratura
Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat fəaliyyəti ilə və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara «magistr» ali elmi-ixtisas dərəcəsi verilir.
Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.
Doktorantura
Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir.. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasında doktorantura iki pilləlidir və aşağıdakı elmi dərəcələr müəyyənləşdirilir:
1. Fəlsəfə doktoru elm sahələri göstərilməklə;
2. Elmlər doktoru elm sahələri göstərilməklə.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar. Fəlsəfə və elmlər doktoru elmi dərəcələrinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin qəbulu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, həmçinin ödənişli əsaslarla ali təhsil müəssisəsi ilə əcnəbi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.
Doktoranturada təhsilini başa vuran və müvafiq elmi dərəcə alan şəxslərə müəyyən olunmuş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Azərbaycan Respublikasında elmi dərəcələrin verilməsi dissertantura yolu ilə də reallaşdırılır. Dissertanturaya ali təhsil müəssisələrində və elmi təşkilatlarda çalışan elmi-pedaqoji kadrlar qəbul olunurlar. Dissertanturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təhsil sistemi
Dünyanın hər bir yerində, ictimai inkişafın bütün mərhələlərində cəmiyyətin təhsillə üzvi bağlılığı olub. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Bütün tarixi dövrlərdə təhsilin ictimai həyatda mərkəzi rolu qeyd-şərtsiz hamı tərəfindən qəbul edilib. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Əvvəlcə bir zəruri məsələni dərindən dərk etməliyik ki, müasir təhsil nə deməkdir və cəmiyyətdə inkişaf stimulu yaradan bu sistem nəyə xidmət edir? Bu zəruri sahənin incəliklərini və sonrakı perspektiv imkanlarını araşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “Təhsil haqqında” Qanunun ilk müddəasına nəzər yetirmək kifayətdir: “Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır”.
Bu bir təkzibolunmaz həqiqətdir ki, bu günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsidir. Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür. Bütün bunları nəzərə alaraq yəqinliklə deyə bilərik ki, təhsil:
– cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsidir;
– intellektual potensialı formalaşdırır;
– xalqın ümidli gələcək sferasını yaradır;
– yoxsulluğu aradan qaldırır və xalqın rifah halını yaxşılaşdırır;
– hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır;
– vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir;
– fərdin və ya kollektivin ümumi inkişafını təmin edir;
– milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir;
– insan kapitalını formalaşdırır və sair.
Qeyd etmək olar ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagird təhsil alır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird oxuyur. Hazırda respublikada 309 ibtidai məktəb, 3 min 333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4 min 435 məktəb fəaliyyət göstərir.
Prezident İlham Əliyev 2021-ci il dekabrın 20-də “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.
Azərbaycanda ümumilikdə 1825 məktəbəqədər təhsil müəssisəsi var. Bu təhsil müəssisələrinin 1692-si dövlət məktəbəqədər təhsil müəssisələridir. Məktəbəqədər təhsil müəssisələrində təhsil alan 126 min 509 çox uşağın 121 min 385-i dövlət məktəbəqədər təhsil müəssisələrində oxuyur.
2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb.
Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb. Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Həmçinin layihə, məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq məqsədini daşıyır.
2021-22-ci tədris ilində 349 yeni icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayıb. Ümumilikdə respublikanın 55 şəhər və rayonunda 849 qrup fəaliyyət göstərir.
Müasir təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmamışdır. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür. Ümumi olaraq Azərbaycanın təhsil sistemində olan problemləri aşağıdakı kimi şərh etmək olar:
İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir;
Kənd yerlərində müxtəlif fənlər üzrə müəllim çatışmazlığı hələ də tam olaraq həll olunmamışdır;
Ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir;
İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir;
Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir;
Təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməmişdir;
Bundan başqa, ali təhsil müəssisələrində Boloniya sistemi ilə yanaşı köhnə tədris metodlarının da tətbiqi tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur;
Məktəblərdə və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin aşağı səviyyəsi ölkədə təhsil alan tələbələri dil biliyini inkişaf etdirməsi üçün əlavə kurslara üz tutmağa məcbur edir;
Əmək bazarının tələblərinə uyğun olmayan, səmərəsiz kadr hazırlığı ölkədə bəzi sahələrdə kadr çatışmazlığı ilə, bəzi sahələrdə isə işsizlik probleminin yaranması ilə nəticələnmişdir;
Xüsusən ali təhsil müəssisələrini bitirənlərə təyinat sisteminin tətbiq olunmaması təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər.
Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmamışdır. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Təhsildə bu və ya digər problemlərin azaldılması üçün aşağıdakı perspektiv tədbirlərin görülməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yarada bilər:
Yeni kurikulumların hazırlanması və tətbiqi;
Dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, xüsusən ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması;
Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz olunması, eləcə də abituriyentlərə ixtisas seçimi öncəsi ixtisaslarla bağlı ətraflı məlumatların verilməsi (ixtisasların gələcəkdə abituriyentlərə nə qazandıra biləcəkləri, iş prosesində hansı işləri görəcəkləri haqqında ətraflı məlumatları əks etdirən broşuraların yayımlanması ixtisas seçimi səhvlərinin aradan qaldırılmasına yardımçı ola bilər);
Ali təhsil müəssisələrində tətbiq olunan Boloniya sisteminin təkmilləşdirilməsi;
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması;
Ucqar kəndlərdə yeni məktəblərin inşası və burada təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi (xüsusən qızların təhsilə cəlb olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi);
Orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinə yerli müəllimlərlə yanaşı xaricdə təhsil almış, eləcə də xarici müəllimlərin cəlb edilməsi və ya xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün onların müvafiq ölkələrdə kurs keçmələrinə imkanlar yaradılması;
Ali təhsil müəssisələrində təyinat sisteminin tətbiqi; (əgər bakalavr pilləsində bunu etmək mümkün deyilsə, magistratura pilləsini bitirənlərə təyinatla iş imkanı yaratmaq. Bu da mümkün olmasa, həmin pilləni fərqlənmə ilə bitirənlərə təyinat tətbiq etmək həm təhsilin səmərəsini artırmış olar, həm də tələbə və magistrantlara əlavə stimul olar)
“Müəllimlərin əlavə qazanc mənbəyi axtarması” probleminin həlli üçün əməkhaqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması;
Təhsildə maliyyələşdirmə sisteminin tədrisin keyfiyyətinə görə müəyyən edilməsi;
Onu da qeyd edim ki, orta və ali təhsil müəssisələri üçün nəzərdə tutulan bu təkliflərin həyata keçirilməsi dövlət orqanlarının üzərinə düşsə də, bu işdə məktəb müəllimləri və tələbələrin də fəallığı və onların proseslərdə yaxından iştirakı həmin problemlərin həllinin sürətlənməsinə imkan yarada bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.