Təhsil eksperti Nadir İsrafilov Təhsil və İdarəedici kitabı ilə bağlı münasibət bildirdi
5. А.Д.Помогайло, А.С.Розенберг, И.Е.Уфлянд Наночастицы металлов в полимерах- М. Химия, 2000-672 с.
Təhsil və idarəedici kimya
Nazirlər Kabineti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyənləşib.
Qeyd olunub ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
İxtisaslar
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla)
1
2
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Təhsil eksperti Nadir İsrafilov ” Təhsil və İdarəedici ” kitabı ilə bağlı münasibət bildirdi
Karyera Tədris və Araşdırmalar Mərkəzində hazırlanmış məktəb idarəedicilərinin stolüstü kitabına çevrilən “Təhsil və İdarəedici ” kitabının nəşr olunması ilə bağlı tanınmış təhsil eksperti Nadir İsrafilov özünün facebook səhifəsində münasibət bildirib. Nadir müəllimin həmin yazısını sizlərə təqdim edirik.
Bu günlərdə “Karyera Tədris və Araşdırmalar Mərkəzi” tərəfindən ərsəyə gətirilmiş, ümumtəhsil məktəbinin direktorları və müavinləri, gələcəkdə bu işdə işləmək istəyənlər üçün nəzərdə tutulmuş və ümumilikdə bütün təhsil işçiləri üçün yararlı sayıla biləcək “Tədris və idarəedici” sənədlər toplusu ilə tanış olarkən, istər-istəməz bəyənmədiyimiz sovet dönəminin bir təhsil ənənəsi yadıma düşdü.
Yəni, o zamanlar təhsilə dair bütün müvafiq sənədlər – Nazirliyin əmr və təlimatları, təhsilə dair normativlər, qaydalar, tövsiyələr, digər qanunvericilik aktları anındaca Nazirliyin mətbu orqanlarında dərc olunmaqla yanaşı aidiyyatı üzrə yerlərə göndərilər, bir növ məktəb rəhbərlərinin stolüstü aksessuarına çevrilərdi. Düzdür indi, hər şey elektronlaşıb, effekt başqadır.
Bununla belə hansısa zəruri bir sənədi axtarışa verib, tapmaq ayrı şeydir, bilavasitə, əlinin altında, gözünün önündə olması tamam başqa şey. Bu həm də yazılı çap sənədinə, nəşr sənətinə, getdikcə yadırğadığımız kitaba olan marağı stimullaşdırmaq üçün bir vasitədir.
P.S. Kitabı əldə etmək istəyənlər şəhərin bütün kitab evlərinə və ya Karyera Tədris Mərkəzi nə ( 012 480 14 02 /
050 208 99 47) müraciət edə bilərlər.Bölgələrdə yaşayanlar kitabı 1061 saylı (012-459-05-00) poçt vasitəsi ilə əldə edə bilərlər.
AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Kİmya faküLTƏSİNİn bakalavr təHSİl piLLƏSİ ÜZRƏ “nanokimyanin və nanotexnologiyanin əsaslari”
Giriş: Əsas anlayışlar: nanoelm, nanotexnologiya, nanokimya, nanoquruluşlar. Nanomateriallar. Nanomaterialların təyin olunma kriteriyaları: kritik ölçü və funksional xassələr. Müxtəlif ölçülü kvant nanoquruluşları: 0D; 1D; 2D-quruluşlar.
Nanoölçülü sistemlərin əsas növləri: Nanoklasterlər. Metal nanohissəcikləri. Üzvi birləşmələr əsasında nanomateriallar (üzvi nanokristallar, blok-sopolimerlər əsasında nanomateriallar, supramolekulyar quruluşlar). Karbon nanoquruluşları (füllerenlər və nanoborular). Toz nanomaterialları. Kompaktlaşdırılmış nanoquruluşlu materiallar: nanostrukturlaşmış kristallar; nizamsız bərkcisimli quruluşlar (nanostrukturlaşmış metallar, ərintilər, nanostrukturlaşmış çoxlaylı materiallar).
Nanokompozit materiallar. Nanokompozitlərin təsnifatı (matrisanın kimyəvi təbiətinə görə, doldurucunun forma və xarakterinə görə). Polimer-qeyri-üzvi hissəciklər əsasında nanokompozitlər. Bioloji nanokompozit materiallar. Bioloji nanomateriallar.
Nanomaterialların alınması üsulları: Nanomateriallarının alınmasının inkişaf tarixi: 2 əsas texnoloji yanaşma: disperqasion (yuxarıdan aşağıya) və kondensasion (aşağıdan yuxarı). Nanoquruluşlu materialların əmələ gəlmə və stabilləşmə mexanizmləri. Nanomaterialların əsas alınma üsulları. Nanosistemlərin kimyəvi sintezi. Nanohissəciklərin və nanomaterialların kimyəvi xassələrinin xüsusiyyətləri. Nanohissəciklərin maye mühitlərdə alınması, kimyəvi redukisiya, məhlullarda reduskiya, mitsell, emulsiya və dendrimerlərdə reaksiyalar. Foto və radiasiya üsulu ilə kimyəvi reduksiya. Kriokimyəvi sintez. Termiki parçalanma (piroliz). Zol-gel üsul. Nanohissəciklərin elektrokimyəvi alınması üsulları. Nizamlı quruluşlu nanohissəciklərin alınması. Fiziki alınma üsulları: molekulyar dəstə metodu, ion bombardmanı metodu. Zərbə dalğaları. Aerozol metod. Vakuumda buxarlanma. Katod üzərində buxarlanma. Plazmokimyəvi sintez. Disperqasiya yolu ilə nanoölçülü hissəciklərin alınması. Metalların ultrasəslərlə disperqasiyası (sonokimyəvi sintez). Kondensasion metodlar (qaz fazada sintez). Nanohissəciklərin mexaniki alınması üsulları. Detonasion sintez və elektriki partlayış üsulu. İon-şüalanması epitaksiyası. Yüksək temperaturlu sintez. Nanostrukturlaşmış materialların alınması üsulları. Tozların kompaktlaşdırılması (Qleyter metodu, presləmə və bişirmə, elektrik boşalması ilə bişirmə). Yarımkeçirici nanohissəciklərin alınması üsulları. Altlıq üzərində çökdürülmə.
Nanoölçülü sistemlərin tədqiqat üsulları: Mikroksopik tədqiqat üsulları. İşıqlanan elektron mikroskopiyası. Skanedici zond mikroskopiyası (skanedici tunel, atom-qüvvət), optik mikroskopiyası. Zond mikroskoplarının iş prinsipi. Zond mikroskopiyasının əlavə imkanları:atom manipulyasiyası və litoqrafiya. Spektroskopik tədqiqat metodları. Nanohissəciklərdə lüminessensiya. Nüvə maqnit rezonansı (NMR). Oje spektroskopiya.
Üzvi nanoquruluşlar və polimerlər: Üzvi quruluşlar və polimerlər. Üzvi quruluşlar və polimerlər. Polimerləşmə. Polimer quruluşların ölçüləri. Aromatik nanokristal birləşmələr. Keçirici polimerlər. Blok-sopolimerlər.
Nanokimyanın əsas problemləri: Nanokimyanın tədqiqat sahələri. Hissəciklərin ölçülərinin onların kimyəvi xassələrinə və reaksiya qabilliyyətinə təsiri. Ölçü effektləri: trivial (hissəciklərin ölçülərinin kiçildikcə sistemin termodinamik və kinetik xassələrin dəyişməsi); həqiqi (disperslik artdıqca sistemin xassələrin vəsfi çevrilmələri). Ölçü effektlərinin yaranması səbəbləri.
Nanohissəciklərin və onların davamlılıq problemləri; stabilliyi təmin edən faktorlar. Nanohissəciklərin stabilləşmə üsulları. Üzunmüddət yaşayan metastabil hallar. Nanokristallik vəziyyətdə maddələrin aşağı davamlılığının səbəbləri. Fazalararası birləşmələr, onların xassələrin və reaksiya qabilliyətinin formalaşmasında oynadığı rolu.
Nanoobyektlərin fiziki xassələri:
Yarımkeçirici nanomateriallar. Metalların və yarımkeçiricilərin nanokristallik vəziyyəti, zona quruluşu. Nanokristallik yarımkeçiricilərdə eksiton keçidlər. Qadağan olunmuş zonanın eni.
Maqnit nanomateriallar. Hissəciklərin ölçülərinin ferromaqnetik materialların xassələrinə təsiri. Ölçü faktorlarından asılı olan əsas parametrlər. Maqnit hissəciklərinin ölçüləri kiçildikcə koersitiv qüvvənin dəyişməsi. Maqnit hissəciklərdə superparamaqnitizm.
Bioloji nanostrukturlar və bionanotexnologiya: Nanobiotexnologiyanın inkişaf istiqamətləri. Canlı orqanizmin həyat fəaliyyətində nanoquruluşların rolu. Bioloji nanoquruluşlar. Bioloji quruluş materialların ölçüləri və nanoquruluşlar. Nüklein turşuları və zülallardan təşkil olunmuş nanoquruluşlar. Polipeptid nanozənciri və zülal nanohissəcikləri. Canlı oraqnizmlərdə nanoquruluşlar. Genoçiplər. Bioinformatikanın əsasları, gen və bioçeviricilər. Gen diaqnostikası, müalicəsi və biomateriallar. Gen mühəndisliyinin əsasları. Nanohissəciklərin canlı sistemlərdə yaratdığı dəyişikliklər. Antiseptik, antimikrob nanohissəciklər və onların tətbiqləri.
Nanotexnologiyalar. Tətbiq sahələri və inkişaf perspektivləri.
Nanoquruluşların kimya və kimya texnologiyasında tətbiqi. Nanokatalizatorların istifadəsi. “Molekulyar ələklər” məsaməli nanomateriallarının tətbiqi ilə qaz qarışıqlarının qaz-diffuziya ayrılması. Nanokimyəvi texnologiyalar və ətraf mühitin qorunması. Nanoquruluşların əsasında konstruksiya və instrumental materiallar. Nanoelektronikanın və nanofotonikanın elementləri (yarımkeçirici tranzistorlar və lazerlər, fotodetektorlar, günəş elementləri, nanosensorlar və sair). Nanoenergetika. Yanacaq elementləri və enerjinin saxlanma qurğuları. Karbon nanoborularının tətbiqi. Nanotexnologiyaların biologiyada və tibbdə tətbiqi. Biomolekullar əsasında süni nanoquruluşların alınması. Dərman preparatlarının işlənməsi və analizi. Dərman maddələrinin hüceyrə daxilinə daşınması. Nanokapsul və nanosferlərin xərçəng şişi, hepatit və GİÇS-in müalicəsində rolu. Xərşəng şişlərinin dəmik oksid vasitəsilə müalicəsi. Nəcib metalların oksidləri. Nanokristallik oksidlər. Filtrləyici membranlar,nanodəsmallar və sair.
Əsas ədəbiyyat
1. Сергеев Г.Б. Нанохимия. М.: Изд-во МГУ. 2003. 288 с.
2. Пул Ч., Оуэнс Ф. Нанотехнологии. М.: Техносфера. 2004. 327 с.
3. Гусев А.И. Наноматериалы, наноструктуры, нанотехнологии. М: ФИЗМТЛИТ. 2005. 416 с.
4. Суздалев И.П. Физико-химия нанокластеров, наноструктур и наноматериалов. М.: КомКнига. 2006. 592 с.
5. А.Д.Помогайло, А.С.Розенберг, И.Е.Уфлянд Наночастицы металлов в полимерах- М. Химия, 2000-672 с.
6. В.Миронов. Основы сканирующей зондовой микроскопии, М. Техносфера, 2004.-144 с.
7. В.В.Старостин Материалы и методы нанотехнологии. Москва БИНОМ. Лаборатория знаний, 2008.-431 с.
8. A.M.Məhərrəmov, M.Ə.Ramazanov, L.İ.Vəliyeva Nanotexnologiya, Bakı 2007, Çaşıoğlu nəşriyyatı 232 s
Əlavə ədəbiyyat
1. Нанотехнология в ближайшем десятилетии. Прогноз направления исследований./ Под ред. М.К. Роко, Р.С. Уильямса и П. Аливисатоса. Пер. с англ. – М.: Мир, 2002. – 292 с.
2. Рыбалкина М. Нанотехнологии для всех. Nanotechnology News Network– 2005.– 444 с.
3. Н. Кобаяси В. Введение в нанотехнологию М.Бином. Лаборатория знаний, 2005-134с
Comments are closed, but trackbacks and pingbacks are open.