Press "Enter" to skip to content

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir

İKT-nin istifadəsi sayəsində girdiyimiz yeni rəqəmsal dövrdə fəaliyyət göstərmək üçün lazımi bacarıqların öyrənilməsi və inkişafı təşviq olunur.

TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


Müasir dünyada ölkələrin rəqabətədavamlılığı artıq ciddi bir faktora çev­rilmimişdir. Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə yiyələnmək tələb olunur.

Bu gün informasiya cəmiyyətinin və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahə­si inkişafın ən önəmli amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai münasibətlərin qloballaşmasını təmin edir. İnformasiya cəmiyyətində təhsil sisteminin necə qu­rulması, təhsilin modernləşdirilməsi üçün hansı texnologiyalardan və necə istifadə edil­məsi hazırda ən aktual məsələlərdən biridir.

Bu gün dünya iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat oldu­ğundan ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulması tələb olunur. Bu amil inkişaf etmiş ölkə­lərdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəkildə bir neçə mərhələ islahatlar keçirilməsinəsəbəb olmuşdur.

İki mərhələdə – 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə – keçirilmiş İnformasiya cəmiyyətinin qurulması problemlərinə həsr olunmuş dünya sammitində təhsilin modernləşdirilməsi məsələlərinə önəmli yer verilmişdir. 2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Həmin strategiyanın müddəalarından irəli gələn vəzifələri uğurla həyata keçirmək məqsədilə ölkəmizdə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı qəbul olunmuş, bu proqram çərçivəsində boyük bir layihə olaraq “Xalq Kompüter” layihəsi həyata keçirilmiş və keçirilməkdə davam edir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil sisteminin təkmilləşdirilməsindә İKT-nin tәtbiq edilmәsi və İKT sahəsində ümumi maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan biri kimi dünyanın İKT üzrə ən böyük kompaniyalarından sayılan MİCROSOFT şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-AZƏRBAYCAN kurslarını göstərmək olar. Bütün bunlar Azərbaycanda təhsilin modernləş­dirilməsi, təhsildə informasiya tex­no­logiyalarının tətbiqi istiqamətində ciddi addımlar atıldığını göstərir.

Təhsildə İKT kursunda öyrənəcəyimiz bir sıra məsələlər (idarəetmə, İKT infrastrukturu, kadr məsələləri, elektron sənəd dövriyyəsi və s.) ölkə təhsil sisteminin bütün mərhələləri üzrə xarakterizə olunacaqdır.

Kursun əsas məqsədi təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı əsas məqsədlərin, vəzifələrin, prinsiplərin və onların inkişaf yollarının göstərılməsi və bu sahədə fəaliyyət istiqamətlərinin, tətbiq olunmalı metod və mexanizmlərin öyrənilməsidir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Bu gün dünya iqtisadiyyatı biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadı tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəklidə bir neçə mərhələ islahatlar aparılr. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Artıq Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılıb.

Təhsil sahəsində İKT-dən düzgün istifadə etmək və bu bacarıqları təkmilləşdirilməsi yollarının arasdırılması olduqca əhəmiyyətli məsələdir. Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) biliyinə mükəmməl yiyələnməyin ən optimal yolu məhz orta məktəbdən keçir. Məktəb illərində bu texnologiyalara yiyələnmək informasiya cəmiyyəti quruculuğunda onların fəal iştirakını təmin etmiş olur.

İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir: o, təhsil prosesinin konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək və inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq və mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji tapşırıqlardır – onların mənasını qiymətləndirməmək olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni biliklərə sövq etməyə kömək edir. Əgər şagirdə bu və ya digər mövzunun məzmunu aydındırsa, onun sualı yarana bilər: məhz nə və nə üçün öyrənmək lazımdır. Biliyə həvəsin kökündə həyati maraq dayanır: hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm. Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o, təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.

Dünyanın əksər ölkələrinin təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, yenə də məktəblərin informatlaşdırılmasında həlli çətin problemlərlə qarşılaşırıq. Qeyd etmək lazımdır ki, ölkəmizdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmişə diqət mərkəzində olmuşdur. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” (2005-2007-ci illər), “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” milli təhsilimizin informatlaşdırılması yolunda əsas mərlələləri təşkil edir.

Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə “Təhsildə İKT ili” elan etmiş və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir.

UNESKO tövsiyələrində məktəbin informatlaşdırılmasında üç yanaşmanı irəli sürür. “İKT-nin təhsilə tətbiqi” adlanan birinci yanaşma müəllimlərdən təlim prosesində şagirdlərin İKT vərdişlərinin effektivliyinin artırılmasını tələb edir. “Biliklərin mənimsənilməsi” adlı ikinci yanaşma, müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqi kimi tələbləri qoyur. Üçüncü yanaşma isə “İnformasiya istehsalı”na görə müəllimlər gələcək vətəndaşlar və işçilər tərəfindən cəmiyyətin ahəngdar inkişafı və çiçəklənməsi üçün zəruri olan yeni biliklərin istehsalına yardım etməlidirlər.

İndi isə məktəblərdə informasiya-kommunikasıya texnologiyalarından istifadənin bəzi məqamlarına toxunmaq istərdik. Müəllimlərin seçdikləri fundamental biliklər, təkcə pedaqogika və psixologiya sahəsindən deyil, həm də yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etdikdə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. “Müəllim-şagird-dərslik” tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar şagirdlərin idrak aktivliyinə müsbət təsir göstərir və olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyətini xeyli artırır.

Tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. Elektron lövhə, kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri böyüdülmüş formada ekranda əks etdirir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını virtual laboratoriya proqramı vasitəsi ilə izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, şagirdlərin də yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

İnteraktiv lövhənin bir üstün cəhəti də odur ki, onun üzərində aparılan bütün əməliyyatları video formatında yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək imkanı yaradır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi, dərs prosesində tam aydın olmadıqda və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər. Elektron tədrisdə şagirdlərin hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən (tədris olunan) dərslər bütün şagirdlər, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olanların dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.

Bu gün bütün dünyada məşhur olan “Crocodile Physics” adlı proqram haqqında məlumat verilir. Bu güclü virtual laborator proqram, fiziki hadisələri modelləşdirməyə, “Elektrik və eloktromaqnit”, “Hərəkət və güc”, “Dalğavari hadisələr” və “Optika” mövzuları üzrə virtual sınaqlar aparmağa imkan yaradır.

“Crocodile Physics” fizika dərsini tədris edən müəllimlər üçün laboratoriya təcrübələrini şagirdlərlə birgə aparmaq olduqca faydalıdır və bu günün tələbinə uyğun hazır nümunələrilə zəngin proqramdır. “Crocodile Physics” məktəbdə fizika dərsini tədris edən müəllimlərin şagirdlərlə birgə bu günün tələbinə uyğun laboratoriya təcrübələrini aparmaq və lazım olan nəticəni əldə etmək üçün istifadə edə biləcəkləri, olduqca faydalı, və hazır nümunələrlə təmin olunmuş bir proqramdır. “Crocodile Physics” elektron laborator proqramın içində 46-dan çox hazır təcrübə nümunələri vardır ki, bu hazır gələn təcrübə nümunələri Beynəlxalq IGCSE, A-Level imtahan tədris planlarına uyğundur.

“Crocodile chemistry” proqramı kimya sahəsində istifadə edilən rahat proqramlardan biridir. Proqramı istifadə etdikdə bizləri laboratoriyada etdiyimiz əməliyyatların bir qisimini virtual mühitə daşımışdır. Proram müəllimə imkan verir ki, dərsin aparılmasında hər bir şagird özü virtual olaraq hər-hansi bir təcrübəni apararaq tədris materialını daha ətraflı mənimsəyə bilsin və s.

ChemOffice proqram paketinə ChemDraw, ChemFinder, Database Subscriptions, Chem3D proqramları daxildir. Həmin proqramlar müəllimə kimyəvi maddələrin fiziki xassələrini, fəzada quruluşunu, malekullar arasımdakı bağlılığı əyani surətdə göstərməyə imkan verir.

Əlbəttə, bunlar təhsilin keyfiyyətinə təsir edən amillərin hamısı deyil. Hazırda bu istiqamətdə yeni, masir texnologiyaların yaradılması istiqamətində işlər davam etməkdədir.

Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirmək olar. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dıvrün tələbidir. Ümid edirik ki, müəllimlərimiz İKT-dən tədris prosesində səmərəli istifadə etməklə təhsilin inkişafına böyük töhfə verəcəklər.

Təhsildə İKT-nin istifadəsinin 9 faydası

Bu yeni texnologiyaların təhsil potensialından danışırıq.

Görünüşü və inkişafı informasiya və kommunikasiya (İKT) ilə əlaqəli yeni texnologiyalar Həm insanlarla, həm də bizi əhatə edən agentlərlə əlaqə qurma yolunda bir inqilab meydana gətirdi. Bu inqilabın əhatə dairəsi elə idi ki, onun təhsil mühitinə təsiri qaçınılmaz idi.

Bu məqalə boyunca təhlil edəcəyik təhsil sahəsində İKT-nin istifadəsinin üstünlükləri və ya üstünlükləri, habelə istifadəsində qarşılaşa biləcək tədbirlər və ya mümkün maneələr.

  • Əlaqədar məqalə: “Təhsil psixologiyası: tərif, anlayışlar və nəzəriyyələr”

Təhsildə İKT nədir?

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) akademik və məktəb kontekstində istifadəsi, son 10 ildə, xüsusilə daha çox alternativ və yenilikçi təhsil planı olan ölkələrdə və cəmiyyətlərdə əhəmiyyətli dərəcədə artmışdır.

Məktəbdə yeni texnologiyaların tətbiqi sayəsində cari təhsilin həyata keçirilmə yolu bir inqilaba uğradı, çünki İKT bütün bir sistem təhsilinin zənginləşdirilməsinə, tamamlanmasına, zənginləşdirilməsinə və nəticədə çevrilməsinə üstünlük verə bilər.

Bu gün İKT-nin təhsilə verə biləcəyi bir çox fayda sayəsində istifadəsini təşviq etmək üçün saysız-hesabsız təhsil layihələri hazırlanır. Əlavə olaraq, bu texnologiyaların insanlarla getdikcə daha çox bir yerdə olmağı nəzərə alınaraq, akademik mühitlər və məktəblər üçün bu yeni rəqəmsal mədəniyyətə inteqrasiya etmək çox faydalıdır.

Əlavə olaraq, İKT, onlayn şəkildə paylaşıla bilən çox müxtəlif məzmun və biliklərin geniş bir bazasını qurma imkanı təklif edir tələbələrin hər birinin tələblərinə, ehtiyaclarına və maraqlarına uyğunlaşdırılmışdır. Tələbələrin istədikləri zaman müraciət edə biləcəkləri məlumat bazalarının yaradılması.

Ancaq bu texnologiyaların pedaqoji bir vasitə olaraq maksimum istifadə edilə bilməsi üçün uyğunlaşdırılması lazım olacaqdır. Məsələn, şagirdlərin öz tədrislərində fəal rol oynadıqları virtual öyrənmə icmalarının yaradılması ilə.

Nəhayət, yeni texnologiyaların istifadəsi yeni nəsillərin praktik olaraq daxili bir adətidir, buna görə də onları məktəbin gündəlik həyatına daxil etmək bu mühiti bir kontekstə çevirir. ən gənc tələbələrin zövqləri və hobbilərinə uyğun olaraq.

Təhsildə İKT-nin 9 faydası

İnformasiya axtarışı və təqdim etmək baxımından müəllimlər üçün faydalı bir vasitə olmaqla yanaşı, İKT tələbə öyrənmə və motivasiya prosesləri baxımından son dərəcə faydalı olduğu ortaya çıxdı.

Aşağıda akademik və məktəb dünyasına yeni texnologiyaların tətbiq edilməsinin 9 əsas faydası verilmişdir:

1. Müəyyən fənlərə marağın artması

Şagirdlərdə digərlərinə nisbətən daha az maraq oyatma meyli olan bəzi fənlər var, bu həqiqət bəzən şagirdlərdə bu cazibəni oyatmaq üçün resursları tükənən müəllimlərdə bəzi məyusluqlara səbəb ola bilər.

Buna baxmayaraq, animasiyalar, videolar və ya multimediya hərəkətləri kimi vasitələr sayəsində, bunun səbəb olduğu müsbət nəticələrlə tələbələr maraqlarının artdığını görə bilərlər.

2. Motivasiyanın artması

Yuxarıda qeyd edildiyi kimi, yeni nəsillərdə yeni texnologiyaların istifadəsi günün qaydası olduğundan onları tapa bilmədikləri sahələr əhəmiyyətsizləşdirə bilər.

Buna görə məktəblərdə İKT-nin istifadəsi, motivasiyanın artması demək ola bilər adət və hobbilərinə uyğun bir şəkildə öyrənmə üsulu təklif edir. Rəqəmsal vasitələrin istifadəsi cəlbedici, sadə və əyləncəli bir şəkildə yeni bir öyrənmə yolu ola bilər.

  • Sizi maraqlandıra bilər: “Motivasiya növləri: 8 motivasiya mənbəyi”

3. Ünsiyyəti asanlaşdırır

Yeni texnologiyalar sayəsində şagirdlər və müəllimlər arasında ünsiyyət daha asan və daha əlçatan ola bilər. Ənənəvi olaraq tələbə passiv rol oynamışdır bu mənada; Bununla yanaşı, söhbətlər və ya e-poçtlar tərəfindən təklif olunan imkanlar sayəsində şübhələrin həlli, fikir və məzmun mübadiləsi və s. Üçün faydalı ola bilər.

4. Əməkdaşlığı təşviq edin

Yeni texnologiyalar təmin edə bilər əməkdaşlığı təşviq edən ortaq bir rəqəmsal məkan yalnız tələbələr arasında qrup işi üçün bir vasitə kimi deyil, həm də tədris orqanının bilik, təcrübə mübadiləsi edə bilməsi və bir-biri ilə əməkdaşlıq etməsi üçün.

5. İnteraktivlik

Məktəb mühitində aparılan çox sayda iş şagirdlər arasındakı qarşılıqlı əlaqənin öyrənmə proseslərini artırdığını göstərdi. Buna görə də, İKT-ni tələbələr arasında ünsiyyət və fikir mübadiləsi üçün başqa bir vasitə kimi istifadə etsək əks proseslərini təşviq edəcəyik.

6. Böyük muxtariyyət

Məktəblərdə İKT tətbiqi ilə əldə edilə bilən geniş məlumatlar sayəsində şagirdlər hansının və ya fənlərin onlara daha çox maraq göstərdiyini seçib qərar verə və bu məzmunu artıra bilər. məlumatları seçmək və seçməklə.

Bu, daha çox qərar qəbuletmə qabiliyyəti və tələbənin muxtariyyətinin gücləndirilməsi deməkdir.

7. Davamlı intellektual fəaliyyət

Yuxarıda təsvir olunan bütün üstünlüklər və üstünlüklər tələbələrin davamlı intellektual fəaliyyətinin birbaşa nəticəsidir. Başqa sözlə, İKT bilik inkişafının yanında davamlı və şüurlu düşüncəni artırır.

8. Təşəbbüs və yaradıcılığı artırın

Əlavə olaraq və yuxarıda göstərilənlərin nəticəsi olaraq, İKT-nin düzgün istifadəsi yaradıcılıq və təşəbbüskarlığın inkişafına təkan verir, çünki şagirdlər özləri tərəfindən öyrənmələrini təmin edən yeni bacarıqları inkişaf etdirirlər.

  • Sizi maraqlandıra bilər: “Yaradıcılıq və yaradıcı düşüncə psixologiyası”

9. Rəqəmsal və audiovizual savadlılığa imkan verir

İKT-nin istifadəsi sayəsində girdiyimiz yeni rəqəmsal dövrdə fəaliyyət göstərmək üçün lazımi bacarıqların öyrənilməsi və inkişafı təşviq olunur.

Nəzərə alınmalı olan tədbirlər

Bununla birlikdə, test və tətbiq prosesində olan əksər tədris metodları və ya dinamiklər kimi, İKT-nin düzgün istifadəsi barədə məlumatın olmaması bir sıra çatışmazlıqlara səbəb ola bilər. Onlardan vaxtında qarşısını almaq və onları düzəltmək üçün həm tədris qurumu, həm də şagirdlər üçün İKT-dən istifadə edərkən davranışlarına bələdçi olmaq üçün xüsusi təlim almaq lazımdır.

Bu çatışmazlıqlardan bəziləri bunlardır:

  • Diqqəti yayındırmaq.
  • Yeni texnologiyalara asılılığın inkişafı.
  • Səhv və ya etibarlı məlumat.
  • Sinif yoldaşlarından və ya müəllimlərdən asılılıq.
  • Sosial izolə.
  • Fiziki və ya görmə problemləri.
  • Şəxsi həyata müdaxilə.

Comments are closed, but trackbacks and pingbacks are open.