Press "Enter" to skip to content

Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Fərmanla Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi təsdiq edilib. Təhsil Nazirliyinə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli, Nazirlər Kabinetinə isə dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görmək, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

Aztəhsil.com azərtac.az-a istinadən Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, pedaqoji mühazirələrin cari ilin dekabrında rayon, 2018-ci ilin fevral-martında şəhər, aprel və ya mayında ölkə mərhələsinin keçirilməsi nəzərdə tutulur.

BŞTİ tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə iki mərhələ üzrə ictimai əsaslarla təşkilat komitəsi yaradılıb.

Pedaqoji mühazirələrdə məktəb rəhbərləri, müəllim, metodist, məsləhətçi, psixoloq, kitabxanaçı və uşaq birliyi rəhbərləri iştirak edə bilərlər.

2017-2018-ci dərs ilində təşkil olunacaq pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdır.

Mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərə dair mövzular üzrə keçiriləcək.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsi üzrə təşkilat komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndiriləcək.

Rayon (şəhər) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdiriləcək. Həmin məruzələrdən innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə təşkilat komitəsinə təqdim ediləcək.

Ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi nəyə xidmət edəcək?

Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Təhsil Nazirliyi müvafiq fərmanla bağlı açıqlama yayıb.

Bildirilib ki, fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Fərmanla “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiqlənib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.

Təhsil Nazirliyi qeyd edib ki, göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir.

“Sadalanan tədbirlərin həyata keçirilməsi Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsinə və dövlət büdcəsindən kadr hazırlığı üçün ayrılan vəsaitin səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edəcək”,- deyə açıqlamada qeyd olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.