Thsilin inkişafı üzr dövlt strategiyası
Üçüncü strateji istiqamət kimi təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması əsas hədəf kimi götürülür. Burada səmərəli idarəetmə mexanizmi dedikdə cavabdehlik, şəffaflıq, bir də səmərəliliyin özü üçüncü strateji istiqamətin əlamətləri sırasına daxil olur. Səmərəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla müasirləşməli, təhsilin keyfiyyət təminatını artırmalı, eyni zamanda təhsildə yeni məlumat, hesabat sistemlərini yaratmalıdır.
SON DƏQİQƏ
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb.
Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM -a bildirilib ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ümumi təhsilin inkişaf dinamikası infoqrafik məlumatda öz əksini tapır.
Ümumi təhsil üzrə məlumatlarda bildirilib ki, birinci siniflərə qəbulda artım dinamikası müşahidə olunub. 2013-cü ildə bu göstərici 138 min olubsa, bu il birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. 2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb. Son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.5-ə yüksəlib. Cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıb. “İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb edilib. PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal, “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb. 2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıblar.
2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanılıb, cari tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.
Son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı Təhsil Nazirliyinin iştirakı ilə DİM tərəfindən yeni qaydalar hazırlanıb. “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb. Ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə başlanılıb. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədi ilə “Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilib.
Thsilin inkişafı üzr dövlt strategiyası
filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edildi. Əlbəttə bu Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirmişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır. Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə təhsil sahəsində əhəmiyyətli işlər görülür. Təhsil müəssisələrinin (xüsusilə orta məktəblərin) maddi – texniki bazası gücləndirilir, yeni – yeni məktəb binaları tikilir, təmir – bərpa işləri aparılır. Eyni zamanda informasiya – kommunikasiya texnologiyaları tətbiq olunur. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda təhsilin keyfiyyəti Avropa standartlarına uyğunlaşa bilsin. Təhsilin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq üçün təkcə maddi – texniki bazanı inkişaf etdirmək, informasiya – kommunikasiya vasitələrini tətbiq etmək kifayət etmir. Həm də idarəetmə sistemi yenidən qurulmalı, təhsil sahəsində insan resursları inkişaf etdirilməli, müəllimin nüfuzu yüksəlməlidir. Bunların hamısı ölkədə həyata keçirilməsi vacib olan məsələlərdir. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə edir. Strategiyada dünya ölkələri arasında aparıcı mövqedə olan şəriştəli müəllimləri və təhsil menecerlərini, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün beş strateji istiqamət əsas kimi götürülür. Bu istiqamətin hər biri genişmiqyaslı tədbirlər kimi diqqəti cəlb edir. Odur ki, bu istiqamətlərin üzərində dayanmaq lazım gəlir.
Birinci strateji istiqamətdə əsas hədəf kimi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını diqqət mərkəzində saxlamaqdır. Burada əsas məqsəd təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk peşə – ixtisas, orta ixtisas və ali ixtisas) kurikulumların inkişafına nail olmaqdır.
İkinci strateji istiqamətdə əsas hədəf kimi təhsil sahəsində insan resurslarının müasirləşməsini diqqət mərkəzində saxlamaqdır. Bunun sayəsində səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq mümkündür. Səriştəli, təcrübəli təhsilverən innovativ metodları tətbiq edərək təhsilalanların istedadını üzə çıxarmaqda, onların nailiyyətlərini yeni sistemlərin tələbinə uyğun qiymətləndirməkdə, onların inkişafına nail olmaqda, qayğı və ehtiyaclarını ödəmək üçün inklüziv təlim metodologiyasının yaradılmasında ciddi, məsuliyyətli işlər görməliyik.
Üçüncü strateji istiqamət kimi təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması əsas hədəf kimi götürülür. Burada səmərəli idarəetmə mexanizmi dedikdə cavabdehlik, şəffaflıq, bir də səmərəliliyin özü üçüncü strateji istiqamətin əlamətləri sırasına daxil olur. Səmərəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla müasirləşməli, təhsilin keyfiyyət təminatını artırmalı, eyni zamanda təhsildə yeni məlumat, hesabat sistemlərini yaratmalıdır.
Dördüncü strateji istiqamət kimi təhsil infrastrukturunun yaradılmasıdır. Təbii ki, təhsil strukturu müasir tələblərə uyğun olmaqla təhsil prosesini təmin etməlidir. Burada əsas məqsəd kimi təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının formalaşması, distant təhsil sisteminin qurulması, istedadlı uşaqların inkişafını təmin edən təhsilin yaradılması, yaşlıların təhsilini qurmaq, peşə – ixtisas və təhsil müəssisələri üzrə regionlarda məsləhət mərkəzlərinin fəaliyyətini təmin etmək, kampusların yaradılması və s. məsələlər ehtiva olunur.
Beşinci strateji istiqamət Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır. Doğrudan da, hal – hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəqlənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir.
Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrasturuq qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
8 Mayıs 2016 Pazar
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası
Paylaşıldı 03:18 by Leyla Bayramova
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir .
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (bundan sonra – Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
1 ci istiqamət- Məzmun
2ci istiqamət –İnsan resurlarının müasirləşdirilməsi (Təhsilverənlərin peşəkarlıq səviyyələrinin inkişaf etdirilməsi ə təhsilalanların uğur və nəaliyyətlərinin qiymətləndirilməsi)
3 cü itiqamət- İdarəetmə
4 cü istiqamət- Təhsil infrastrukturu
5 ci istiqamət- Maliyyə
Baxamayaraq ki dövlət startegiyası çox qısa müddətdir ki imzalanıb və qüvvədədir, lakin bu yolda çox işlər görülüb və görülməkdədir.Bilirik ki məktəbin səmərəliliyi və uğurlu olması üçün təhsilverənlərin peşəkarlıq səviyyələrinin inkişaf etdirilməsi çox vacibdir. Müstəqillik dövründə bütün sahələrdə olduğu kimi, təhsilində inkişafı ilə bağlı geniş islahatlar gedir. XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla innovasiyalar yeni pedaqoji texnologiyaların tətbiqini zəruri etdi.Bu innovasiyaların pedoqoji fəaliyyətdə tətbiqi və bunu tətbiq etmək üçün müəllimlərin inkişaf etdirilməsi peoritet məsələlərdəndir.Bunun üçün də çox işlər görülür.Təhsil Nazirliyi tərəfindən müəllimlərin bacarıqlarını inkişaf etdirmək üçün bir çox təlimlər təşkil etmişdir. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil, fəal (interaktiv), təlim, portfolio, boloniya prosesi, müəllimlərin dərslərinin kliniki müşahidəsi və s. anlayışların mahiyyətini bilmək vacibdir
Hal- hazırda müəllimlərin iknkişafı üçün yaradılmış şərait əvvki illərlə müqaisədə həddində artıq yüksək səviyyədədir. Yəni heç bir müəllim ondan tələb olan bilik və bacarıqların qarşılığında aciz qalmamalıdır. Çünki müəllimin inkişafı üçün və təkminləşməsi üçün hər bir şərait mövcuddur.Düzdür bir çox təlimlər ödənişlidir lakin Təhsil Nazirliyini öz hesabına müəyyən müsabiqə yolu ilə təşkil etdiyi çox əhəmiyyətli təlimlər də vardır ki burada artıq müəllimin baza biliyi tələb olunur.Məm özüm bir çox belə əlmləri misal çəkə bilərəm. İngilis idli müəllimlərinin sertifikatlaşdırılması təlimi Təhsil Nazirliyi MADAD Microsoft və Britaniya Səfirliyinin birgə layihəsi idi.Mən bu layihənin iştirakçısı oldum.Bir çox bilik və bacarıqlara yiyələndm. Müasir dövrdə müəllimin inkişaf etmək istəyi ilə dövlətin bu istəyi təmin etmə təşəbbüsləri qarşılıqılıdır.İKT – tətbiqi 21 əsir tələbidir.Bu tələbə cavab cermək hər bir müəllimin borcudur.Bu istiqamətdə də Təhsil Nazirliyi İnformasiya və Kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün müəyyən təlim və proqramlar həyəta keçirir. Pedaqoji kadrların keyfiyyətcə hazırlığının yüksəldilməsi qarşıda duran başlıca vəzifələrdəndir. 30 il əvvəl pedaqoji institutu bitirən müəllimin peşəkarlığı ilə əlaqədar yeniliklərdən məlumatsızlığı onun səmərəli fəaliyyətinin səviyyəsinin aşağı salınmasına səbəb olurdu.
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsinə gəldikdə isə bu amil də çox vacibdir.Çünki bu günün uğurlu təhsilalanı sabah dövlətəin müəyyən sahələrində xidmət göstərəcə kadırdır. Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə 1990-cı illərdən sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir . Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda (bundan sonra Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur
Comments are closed, but trackbacks and pingbacks are open.