Press "Enter" to skip to content

Təhsilin inkişafı üzrə dövlət strategiyası

Təhsil fəaliyyətinin ən vacib prinsiplərindən biri də sistemli və kompleks yanaşmadır. Başqa sözlə desək, təhsil prosesində bütün mümkün problemlər çoxluğu, bu problemləri yaradan amillər, onların qarşılıqlı əlaqələri və münasibətləri nəzərə alınmaqla, müxtəlif forma və üsullardan istifadə edərək təhsilin keyfiyyətini yüksəltmək üçün daha səmərəli təsir mexanizmləri müəyyənləşdirilməlidir. O cümlədən, təhsil sistemində ictimai-dövlət idarəçilik modelləri tətbiq olunmalı, ictimai institutların iştirakı ənənəsi inkişaf etdirilərək təhsil sisteminin açıqlığı və investisiya cazibədarlığı təmin edilməli, maddi, intellektual və maliyyə resurslarının təhsil sahəsinə cəlb olunması üçün peşə təhsili müəssisələri ilə işəgötürənlərin yerli və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyət mexanizmləri işlənib hazırlanmalı, təhsil və elm müəssisələrinin, innovasiya infrastrukturlarının normativ-hüquqi sənədlərinin, beynəlxalq müqavilə və razılaşmalarının verilənlər bazasına malik internet resursları yaradılmalıdır.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Təhsil strategiyası

Paylaşıldı 08:01 by Leyla Bayramova
Təhsil strategiyası

Azərbaycan Respublikasında müasir təhsil prosesi təhsilə qabaqcıl texnologiyaların tətbiqi, yeni idarəetmə üsullarının, beynəlxalq təcrübə əsasında yeni təhsil kurikulumlarının tətbiqi təhsilin inkişafına yönəlmiş və müasir təhsilin qarşısında duran vacib məqsədləridir.

Hazırda təhsil şagirdlərdə bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hazırlamalıdır. Ömür boyu təhsil almaq tələbatının ödənilməsi təhsilin inkişafının qarşısında duran əsas tələbatdır.

Azərbaycan Respublikasında təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolunda davamlı addımlar atılır. Məqsəd təhsil sistemində idarəetmə sisteminin yaxşılaşdırılması, və təhsilin müasir tələblərə cavab verməsidir.

Bu məqsədlə ölkədə yeni dövlət proqramları qəbul edilmişdir. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (bundan sonra – Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutulmuşdur.

Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmişdir.

Müasir Təhsilin prosesi dedikdə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsi ,xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması,istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması,əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanması və s nəzərdə tutulur

Kurikulum təhsilin məzmununu, qiymətləndirliməsini və təşkilini özündə əks etdirən konseptual sənəddir.

Tez-tez dəyişən həyat şəraiti, elm və texnikanın sürətli inkişafı, informasiya bolluğu, hər sahədə inteqrasiya, uşaqların ümumi inkişaf səviyyəsinin artması, dünya təhsil siteminə inteqrasiya, mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi ölkəmizdə təhsil sahəsinədə kurikulum islahatının aparılmasını zəruri edir.

Kurikulum anlayışını istifadə etdiyimiz zaman ağıla gələn əsas məqamlardan biri Azərbaycan Respublikasının dövlət standartları və dövlət proqramlarıdır

Ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, ümumi təhsilin maddi texniki tədris bazası, ümumitəhsilin infrastrukturu, ümumi təhsildə təhsilverənlərin keyfiyyət göstəriciləri və təhsilalanlarıb bilik, bacarıq və keyfiyyət göstəriciləri.

Ümumi təhsilin məzmunu dedikdə cəmiyyətin, dövlətin maraq və tələbatlarını özündə əks etdirməklə inteqrativ, dünyəvi, humanistlik prinsiplərini müəyyən edən, şəxsiyyətyönümlü, nəticəyönümlü, inteqrativ, şagirdyönümlü təhsil nəzərdə tutulur.

Kurikulum təhsilin son məqsədini, məqsədə çatmaq üçün yollarını, bu yolların həyata keçirmək üçün üsulları özündə birləşdirir. eyni zamanda məqsədə çatmağn ən səmərəli yolunu tapmaq üçün bizə imkan yaradan bir sistemdir.

Ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Təhsili inkişaf edtdirmək məqsədilə təhsilin inkişıafı üzrə Dövlət strategiyası qəbul edilmişdir.

Birinci strateji istiqamət şəxsiyyətyönümlü təhsilin yaradılmasına yönəlmişdir. Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün təhsil pillələri üzrə şəxsiyyətə yönəlmiş təlim prosesinin məktəblərdə tətbiq edilməsidir.

İkinci strateji istiqamət təhsildə insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu strategiya Təhsil verənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, inkişafına, eləcə də inkluziv təlim metodologiyasının yaradılmasın xidmət edir. Eləcə də, təhsil alanların potensialın üzə çıxarılmasına və inkişafına xidmət edir.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf, obyektiv, idarəetmənin yaradılmasını nəzərdə tutur. Yeni məlumat sistemlərinin, idarəetmə sistemlərinin yaradılmasını qarşısına məqsəd qoyur.

Dördüncü strateji istiqamət müasir tələblərə uyğun təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Müasir tələblərə cavab verən məktəblərin, komplekslərin, kampusların yaradılmasını, xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün məktəblərin yaradılmasını, ikt ilə tam təmin olunmuş yeni məktəb binalarının yaradılmasına yönəlmişdir.

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında aparıcı dövlətlərin təhsil sistəmlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin qurulmasıdır. Bu strategiya Təhsil İnkişaf fondunun yaradılmasını nəzərdə tutur..

Dövlət Təhsil strategiyasına əsasən, təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı olması üçün bütün bunları təmin edə biləcək, səmərəli idarəetmə mühüm rol oynayır.

Təhsil prosesini dayanıqlı etmək, və təhsil strategiyasını uğurla həyata keçirmək üçün valideynləri məktəbə cəlb etmək lazımdır.

Valideynlər şagirlərin uğurları ilə tanış olmalı və onları dəstəkləməlidir.

Bunun üçün hər bir məktəbdə valideyin komitəsi və bankı yaradıla bilər.Məktəbdə valideyn komitəsi təşkil edilməli, onlar müvafiq olaraq, məktəbin təhsil istiqaməti ilə tanış olmalı və lazım olan anda öz dəstəklərini əsrgəməməlidirlər.

Təklif edərdim ki, hər bir məktəbin öz bankı olsun. Bu bank hesabına müəyyən məbləğ toplanılaraq şagirdlərin ehtiyacları daimi olaraq həmin bankdan ödənilsin.

Müasir tələblərin yerinə yetirilməsi təhsilin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.

Təhsilin inkişafı üzrə dövlət strategiyası

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təqdim olunmuş modeli Azərbaycanın intensiv siyasi və sosial-iqtisadi inkişaf prosesi fövqündə tərtib olunmuşdur. Əsas strateji istiqamətlərin və mexanizmlərin bazar iqtisadiyyatı subyektlərinin perspektiv maraqları ilə uyğunlaşdırılması və tarazlaşdırılması sənədin ana xəttini təşkil edir. Elm, təhsil və iqtisadiyyatın cari və perspektiv maraqlarının uyğunlaşdırılması ali təhsil sisteminin tarazlı inkişafını təmin etməlidir. Bu mənada təhsilin inkişaf strategiyasının əsas istiqamətlərinin formalaşmasında iqtisadi maraqlar təsərrüfat mexanizmlərini hərəkətə gətirən səmərəli alət funksiyasını yerinə yetirir. Strategiyanın ayrı-ayrı istiqamətləri üzrə ictimai-dövlət idarəçilik modellərinin tətbiqi və ictimai təsisatların iştirakı təhsil sisteminin açıqlığının və investisiya cazibədarlığının təmin olunmasına xidmət edir.

Strategiyada ali təhsil inkişafın baş vektoru olan, uzunmüddətli perspektivdə onun kəmiyyət və keyfiyyət artımını təmin edən insan və innovasiya kapitalı istehsalının aparıcı sahəsi kimi səciyyələndirilmişdir. Ali təhsil sistemi bir tərəfdən yeni texnologiyalar üçün yeni resurslar yaradır, digər tərəfdən isə ölkəni keyfiyyətcə yeni səviyyəyə qaldıra bilən səriştəli, enerjili və mənəviyyatlı kadr potensialı formalaşdırır. Strategiyanın əsas məqsədləri vətəndaşın identikliyinin formalaşması və qorunması, xalqın mədəni-mənəvi sərvətlərinin çoxaldılması, sosial mühitin keyfiyyətinin yüksəldilməsi, hər bir fərdin inkişaf perspektivlərinin təmin olunması, insan resursunda baş verən keyfiyyət dəyişikliklərinin təhsilin keyfiyyət dəyişikliyindən asılılığı, açıq, çevik və imkan daxilində olan təhsil sisteminin formalaşmasıdır.

Birinci strateji istiqamət. Kurikulum təhsil müəssisəsinin vizit kartıdır. Dünyanın aparıcı ölkələrinin müxtəlif səviyyəli təhsil müəssisələrində kurikulumların müxtəlif modellərindən istifadə edilir. Fikrimizcə, universitet səviyyəsində kurikulumun tədris edilən fənlərin annotasiya olunmuş kataloqu kimi hazırlanması modelinin tətbiqi daha məqsədyönlü olardı. Kataloqun əsasını bütün səviyyələr üzrə universitetədək və postdiplom təhsil proqramları təşkil etməlidir. Ali peşə təhsili proqramının tədris kurslarının annotasiyaları kurikulumda elm sahələri üzrə yerləşdirilməli, hər bir sahə daxilində isə kursların adları əlifba sırası üzrə düzülməlidir. Belə bir struktur istifadəçiyə hər bir elm sahəsi üzrə müxtəlif yanaşmalar barədə ətraflı təsəvvür almaq imkanı verir. Ali məktəbəqədərki və postdiplom təhsili kurslarının annotasiyaları ayrı-ayrı sərbəst bloklarda təqdim olunur. Ali məktəbəqədərki təhsil blokuna lisey və kolleclərdə tədris edilən kursların əlifba sırası ilə düzülmüş annotasiyaları, postdiplom təhsili blokuna isə bakalavriat, magistratura və doktoranturada tədris olunan kursların annotasiyaları daxil edilir. Kurikulumun strukturu Avropa Kredit Transfer Akkumulyasiya Sisteminin strukturu ilə uyğunlaşdırılmalıdır.

Annotasiyada fənn, kursun məqsədi və məsə

lələri, onun xüsusiyyətləri, kursun tədrisində istifadə edilən metodiki yanaşmalar, həmçinin kursun tədrisi başa çatdıqdan sonra tələbənin alacağı nəzəri biliklər və praktiki vərdişlər əks olunmalıdır. Hər bir annotasiya kursun müəllifi, kursun oxunduğu ixtisas və ixtisaslaşmalar, həmçinin kursun tədrisini həyata keçirən kafedralar barədə müvafiq məlumatlarla müşayiət olunmalıdır.

Bu gün ölkəmizdə müxtəlif ixtisaslar üzrə kifayət qədər mühəndis-texniki kadrlar olsa da, yüksəksəviyyəli mühəndislərə böyük ehtiyac var. Yeni sənaye kompleksləri istifadəyə verilərkən xaricdən yalnız yeni texnologiyalar deyil, həm də yüksəkixtisaslı mühəndislər və ixtisaslı fəhlələr dəvət olunur. Texniki universitetlərin məzunları müxtəlif mürəkkəblik səviyyəli elmi-texniki və texnoloji məsələləri həll etməkdən ötrü vacib olan kompetensiyalara (mövcud texnologiyaları və məhsulları himayə etmək, yeni texnologiya və məhsullar iqtibas etmək, yeni texnoloji prinsiplər və platformalar işləyib hazırlamaq) malik olmalıdırlar.

İkinci strateji istiqamət. Bu gün müəllim, elmi işçi və mühəndislərin əməkhaqları və sosial statusları lazımi səviyyədə deyil. Çində “müəllim” sözü böyük hərflə yazılır. 1961-ci ildə amerikalı ekspertlər SSRİ-nin kosmik müvəffəqiyyətlərini təhsilin yüksək prestijliyi və prioritetliyi ilə izah edirdilər. O vaxtlar SSRİ büdcəsinin 13 faizi, ABŞ büdcəsinin isə 3 faizi təhsilə xərclənirdi. Hazırda ABŞ-da büdcənin 11 faizi, Rusiyada isə 5 faizi təhsilə xərclənir. Müasir dünyada təhsil xidmətləri xarici iqtisadi mübadilənin vacib komponentlərindəndir. Təhsil xidmətləri üzrə dünyada aparıcı mövqedə olan ABŞ-da 500 min xarici tələbə təhsil alır. Bu, Amerikaya hər il 10 milyard dollar gəlir gətirir. İngiltərənin ali məktəbləri əcnəbi tələbələrdən bu rəqəmin üçdə biri, İtaliyanın ali məktəbləri onda biri, Rusiyanın ali məktəbləri isə otuz beşdə biri qədər gəlir əldə edir.

Əhalinin daha geniş kütlələrinə ali təhsil almaq imkanları yaratmaq üçün aparıcı universitetlərin təhsil texnologiyalarında distant təhsil formatının rolu artırılmalıdır. Onlayn universitet sisteminin inkişafı təhsil xidmətləri bazarında rəqabəti elə bir səviyyəyə çatdıra bilər ki, ölkələr öz təhsil sistemləri ilə birlikdə qlobal təhsil sistemindən də geniş istifadə edərlər.

İkinci strateji istiqamətin məqsədlərindən biri də müasir ali peşə təhsili sistemində təhsil prosesinin səmərəliliyinin yüksəldilməsi üçün yeni üsul və vasitələrin axtarışıdır. Təhsil standartlarına cavab verən yeni pedaqoji texnologiyaların işlənməsi və tətbiqi universitetlərin fəaliyyətində prioritet təşkil etməlidir. Pedaqoji texnologiya anlayışı tədris-tərbiyə vasitələri, üsul və formalarının müəyyən düzümünü və əlaqələrini müəyyən edən psixoloji-pedaqoji təsisatlar məcmusunu əhatə etməlidir.

Təhsilin səmərəliliyinin yüksəldilməsi və intellektual sərbəstliyin təmin olunması üçün tələbənin yaradıcı fəallığı, hazırcavablığı, təşəbbüskarlığı, peşə sahəsinə adaptasiya olunmaq bacarığının inkişafı böyük əhəmiyyət kəsb etməlidir. Yaradıcı fəal tələbə kontingentinin formalaşdırılması üçün universitetlərdə müvafiq pedaqoji şəraitin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Təhsilverənlərin peşəkar səviyyəsinin daim yüksəlməsini təmin edən yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisasartırma, yeni ixtisasalma, elmi nəticələrin kommersiyalaşdırılması və digər əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədi ilə şəbəkə texnologiyalarının və kollektiv istifadə mərkəzlərinin yaradılması diqqət mərkəzində olmalıdır.

İnnovativ təlim metodları və texnologiyalarının köməyi ilə təhsilin məzmununun səmərəli mənimsənilməsinə kömək edən vasitələrdən biri də informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən olan universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi – elektron universitetdir (EU). EU anlayışı faktiki olaraq təhsilin distant və onlayn formalarının inkişafının yeni mərhələsini əhatə edir. Respublikanın ali məktəblərində elektron universitet layihəsi üzərində fəal tədqiqatlar aparılmalı, E-universitet layihələri nəzdində təhsil portalları yaradılmalıdır (AzTU-nun timsalında).

Son illər inkişaf etmiş ölkələrlə postsovet ölkələrinin təhsil sistemləri arasında əmək bazarının obyektiv qanunauyğunluqları ilə tənzimlənən, paradoksal bir vəziyyət yaranmışdır. İnkişaf etmiş ölkələrdə elmi, pedaqoji kompetensiyalara tələb yüksək olduğu halda, postsovet ölkələrində inzibati, dil, informasiya texnologiyaları üzrə kompetensiyalara ehtiyac yaranmışdır. Nəticədə beyin axını kimi qiymətləndirilən yüksəksəviyyəli elmi-pedaqoji kadrların texnoloji cəhətdən inkişaf etmiş ölkələrə, inzibati, dil, informasiya texnologiyaları kompetensiyalarına yiyələnmiş mütəxəssislərin isə postsovet məkanına axını baş verirdi. Əlbəttə, bu, postsovet ölkələri üçün adekvat mübadilə sayıla bilməzdi. Belə bir mübadilə yaxın perspektiv üçün yararlı ola bildiyi halda, uzunmüddətli perspektivdə strateji əhəmiyyət kəsb edən təhsil və elm kimi sahələrin inkişafında islah oluna bilməyən uğursuzluq yarada bilərdi. Misal kimi Rusiya alimləri Andrey Qeym və Konstantin Novoselovun, daha yüksək əməkhaqqı və tədqiqat laboratoriyaları müqabilində İngiltərədə ikiölçülü formalı karbonun – qrafenin kəşfinə görə 2010-cu ildə Nobel mükafatı aldıqlarını, nəticədə Britaniya müvafiq elm sahələrini maliyyələşdirmək üçün tutarlı mənbələr əldə etdiyi halda Rusiyanın həmin elm sahələrini maliyyələşdirmək imkanlarını itirdiyini göstərmək olar.

Bu baxımdan müəllimlərin əməkhaqqının diferensial üsullarla müəyyənləşdirilməsi məsələsi aktuallıq kəsb edir. Müəllimin əməkhaqqının müəyyənləşdirilməsində stimullaşdırma və motivasiya formalarından geniş istifadə edilməsi üçün onun fəaliyyətini səciyyələndirən aşağıdakı göstəricilər nəzərə alınmalıdır: yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi; tədrisin nəticələrinin qiymətləndirilməsi; innovasiya fəaliyyəti – kəşflər, patentlər, ixtiralar, layihə-texnoloji işləmələr; elmi layihələr; elmmetrik göstəricilər – Hirş əmsalı, stinad indeksi; beynəlxalq layihələrin işlənməsi və qazanılması; elmi kadrların hazırlanması – fəlsəfə doktoru, elmlər doktoru; beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak; tələbə elmi-tədqiqat proqramlarına rəhbərlik və s.

Üçüncü strateji istiqamət. Tarixən keyfiyyətin qiymətləndirilməsinin iki modeli – ingilis və fransız modelləri formalaşmışdır. İngilis modeli daxili özünüqiymətləndirməni, fransız modeli isə xarici qiymətləndirməni nəzərdə tutur. Amerika modeli bu iki modelin simbiozundan ibarətdir. Amerikanın akkreditasiya sistemi dövlətin təhsil sisteminə qarşı irəli sürdüyü tələblərlə ali məktəbin daxili qaydaları və vəzifələri arasında tarazlığı təmin etməyə inkan verir. Avropa ölkələrində təhsilin keyfiyyətinə nəzarətin inkişaf etmiş infrastrukturu mövcuddur. 1985-ci ildən başlayaraq Qərbi Avropada ardıcıl olaraq keyfiyyətə nəzarət monitorinqi keçirilir. Məsələn, İngiltərədə təhsilin keyfiyyətinə nəzarət funksiyaları Keyfiyyətin Təmini Agentliyi, Ali Məktəbin Statistikası üzrə Agentlik, Ali Məktəbin Analitik İnstitutu və Kral İnspeksiyasının üzərinə düşür.

Azərbaycanın ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi və nəticələrinin tanınması istiqamətində həyata keçirilən fəaliyyətin, akkreditasiya sahəsində nüfuzlu Accreditation Board for Engineering and Technology (ABET) komissiyasının təklifləri əsasında qurulması məqsədyönlü olardı. Bu komissiya ABŞ və digər ölkələrin ali məktəblərinin akkreditasiyasını həyata keçirir. Müstəqil akkreditasiya mərkəzləri vasitəsilə həyata keçirilən akkreditasiya formalarından da geniş istifadə edilməlidir. Peşəkar akkreditasiya və təhsilin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində mövcud dünya təcrübəsi ilə uyğunlaşma Azərbaycan ali məktəblərinin prestijini yüksəldər, dünyanın elm-təhsil müəssisələri ilə yaxından əməkdaşlığına şərait yaradar.

Təhsilin keyfiyyətini qiymətləndirmə sistemi kompleks göstəricilər əsasında fəaliyyət göstərməlidir. Bura tədris proqramlarının olması və uyğunluğu, tədris prosesinin maddi təminatı, elmi-metodiki bazası, kadr tərkibi və bir sıra digər amillər daxil olmalıdır. Ali təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsinin mövcud üç üsullundan biri seçilməlidir: reputasiya üzrə, nəticələr üzrə və ümumi.

Təhsilin nəticələrini müstəqil qiymətləndirmə sisteminin əsas alətlərindən biri olan keyfiyyətin diaqnostikasının avtomatlaşdırılmış test sistemindən də istifadə etmək məqsədəuyğun olardı. Bu sistemin əsasını kompyuter vasitəsilə internet distant testləmə texnologiyası, nəticələrin avtomatlaşdırılmış emalı və ani olaraq təhsil portallarında əks olunması təşkil edir. İnternet testləndirmə müstəqil ictimai-peşəkar strukturlar tərəfindən tərtib edilmiş test tapşırıqlarının vahid bankından istifadə etməklə hər bir konkret təhsil müəssisəsi üçün avtomatik olaraq fərdi testlərin komplektləşdirilməsinə imkan verən texnologiyalarla həyata keçirilməlidir.

Dövlət Strategiyasının məqsədlərindən biri də təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasıdır. Beynəlxaq səviyyədə universitetlərin akademik reytinqi (ARWU) Şanxay Universitetinin TsyaoTun ali məktəbində müəyyən olunur. Bu universitetin reytinq sistemini Azərbaycan şəraitinə uyğunlaşdırmaqla ali təhsil müəssisələri üçün Dövlət Strategiyasının məqsədləri çərçivəsində vahid reytinq sisteminin işlənib hazırlanması məqsədəuyğun olardı.

Büdcədən maliyyələşən yerlərin bölgüsünün əmək bazarının monitorinqinə və ölkənin iqtisadi inkişaf strategiyasına əsaslanması da vacib strateji məqsədlərdəndir. Dünya təcrübəsində bu problemin həllinə xüsusi önəm verilir. Məsələn, Almaniyanın federal subyektlərinin hər birinin təhsil departamentində xüsusi plan-statistika şöbələri var. ABŞ Təhsil Nazirliyində təhsilin qısamüddətli və uzunmüddətli inkişaf proqramlarını hazırlamaq üçün planlaşdırma və büdcə üzrə baş idarə fəaliyyət göstərir. Azərbaycanın təhsil sitemində də əmək bazarının və texnoloji inkişafın proqnozlaşdırılmasına əsaslanan kompleks proqnozlaşdırma və planlaşdırma xidmətinin yaradılması məqsədəuyğun olardı.

Təhsilin hər bir vətəndaş üçün əlçatan olması təhsil fəaliyyətinin sosial yönümünü müəyyən edir. Vətəndaşları maraqlandıran, dövlətə və əmək bazarına lazım olan ixtisaslar üzrə qəbul planlarındakı çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar strategiyada çox önəmli məqsədlər müəyyənləşdirilmişdir. Bu kontekstdə ödənişli qəbul planının ləğv edilməsi təklifi həm də Bolonya prosesinin əsas prinsiplərindən biri olan universitetlərin muxtariyyət prinsipinin təmin olunmasına xidmət edəcəkdir. Ali məktəblərə qəbul planı elə tərtib olunmalıdır ki, vətəndaşların arzuları, təhsil xidmətləri bazarının tələbləri və qəbul planının strukturu bir-birini tamamlasın.

Təhsil fəaliyyətinin ən vacib prinsiplərindən biri də sistemli və kompleks yanaşmadır. Başqa sözlə desək, təhsil prosesində bütün mümkün problemlər çoxluğu, bu problemləri yaradan amillər, onların qarşılıqlı əlaqələri və münasibətləri nəzərə alınmaqla, müxtəlif forma və üsullardan istifadə edərək təhsilin keyfiyyətini yüksəltmək üçün daha səmərəli təsir mexanizmləri müəyyənləşdirilməlidir. O cümlədən, təhsil sistemində ictimai-dövlət idarəçilik modelləri tətbiq olunmalı, ictimai institutların iştirakı ənənəsi inkişaf etdirilərək təhsil sisteminin açıqlığı və investisiya cazibədarlığı təmin edilməli, maddi, intellektual və maliyyə resurslarının təhsil sahəsinə cəlb olunması üçün peşə təhsili müəssisələri ilə işəgötürənlərin yerli və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyət mexanizmləri işlənib hazırlanmalı, təhsil və elm müəssisələrinin, innovasiya infrastrukturlarının normativ-hüquqi sənədlərinin, beynəlxalq müqavilə və razılaşmalarının verilənlər bazasına malik internet resursları yaradılmalıdır.

Gələcək mühəndislər və tədqiqatçılar üçün dünyanın ən məşhur texnoloji şirkətlərində təcrübə keçmək imkanı yaradılmalıdır. Belə tədbirlər Bolonya prosesinin baza prinsiplərindən biri olan tələbə və müəllimlərin mobilliyinin təmin olunması prinsipi kontekstində həyata keçirilməlidir. Texnoloji innovasiyaların sənaye sahələrinə sürətlə tətbiqi üçün korporativ universitetlər yaradılmalıdır.

Dördüncü strateji istiqamət. Ömür boyu təhsilin innovasyon texnoloji inkişafı Azərbaycanın təhsil sistemi üçün alternativsiz prioritetdir. Bu məqsədlə hər bir təhsilalana tədris materiallarını öz imkanları çərçivəsində qavramağa, özünəməxsus təhsil trayektoriyası üzrə inkişaf etməyə imkan verən adaptiv tədris-metodiki komplekslər – elektron tədris kontentləri yaradılmalıdır. Təhsil siyasətini və strategiyasını köklü şəkildə yaxşılaşdırmaq üçün təhsil müəssisələrinə bürokratik təzyiqlər azalmalı, onların muxtariyyəti və keyfiyyətli təhsilə marağın artması təmin olunmalıdır.

Əhalinin müxtəlif təbəqələrinin təhsil almaq imkanlarını məhdudlaşdırmamaq üçün ömür boyu (Life-long learning), elektron (e-Learning) və mobil (M-Learning) təhsil formalarından geniş istifadə olunmalı, distant təhsil formatının rolu artırılmalıdır. Onlayn və açıq universitet modellərinin tətbiqi təhsil xidmətləri bazarında rəqabəti yüksəldər, qlobal təhsil sistemindən geniş istifadə imkanları yaradar. Qiyabi təhsil yeni keyfiyyət səviyyəsi və təşkilat formalarından istifadə etməklə təkmilləşdirilməlidir.

Üçüncü strateji istiqamətin məqsədlərindən biri də kampusların yaradılmasının təşviqidir. Kampus tərkibinə tədris binaları, elmi-tədqiqat institutları, yataqxana kompleksləri, kitabxanalar, auditoriyalar, yeməkxanalar, idman kompleksləri və s. daxil olan universitet şəhərciyidir. Universitet kampusları, bir qayda olaraq, administrasiya muxtariyyətinə, bəzən isə seçkili administrasiyaya malik olur. Azərbaycan universitetlərinin əksəriyyətinin yaşayış məntəqələrinin mərkəzində yerləşməsi kampus arxitekturasının üstünlüklərindən istifadədə çətinliklər yaradır. Təhsil sistemində baş verən əsaslı dəyişiklikər gələcəkdə kampus arxitekturası əsasında yeni universitetlərin, fakültə və innovasiya strukturlarının yaradılmasını labüd edir.

Tələbəyə kreativ düşünmə, arqumentləşdirilmiş axtarış, problemə müxtəlif prizmalardan baxmaq imkanı verən hiperrabitə, hipermedia, animasiya, multiagentli veb texnologiyaları və s. tətbiqi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilməlidir. Elektron kitabxananın universitetin əsas reytinq göstəricilərindən biri olduğunu nəzərə alaraq kafedraların elektron tədris kontentləri bazasında universitetmiqyaslı e-kitabxananın yaradılması, onun müvafiq ETV-ləri yaratma və onlardan istifadə vasitələri, alətlər, metodikalar və informasiya təhlükəsizliyi vasitələri ilə təmin olunmasına diqqət artırılmalı, ETV-lərin müvafiq ekspertiza keçdikdən sonra universitetin elektron kitabxanasına, portalına və mərkəzi verilənlər bazasına daxil edilməsinə icazə verilməlidir.

Beşinci strateji istiqamət. Bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəliyə atılmış uğurlu addımdır. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin ən əyani nümunəsi Sumqayıt texnoparkıdır.

Dünya təcrübəsində ali təhsil müəssisələrinin maliyyə imkanlarının yüksəldilməsi və elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində texnopark ideyasından geniş istifadə edilir. Bu gün ABŞ-da 160-dan çox texnopark var ki, bu da dünyadakı texnoparkların 30 faizini təşkil edir. Hazırda Çində müxtəlif səviyyəli 120 texnopark fəaliyyət göstərir. Onların məhsul ixracından illik gəliri 4 milyard dollar təşkil edir. Finlandiyanın cəmi 4,5 milyon nəfər əhalisi olsa da, bu ölkədə 20 texnopark var. Rusiyanın 35 regionunda 60 texnopark fəaliyyət göstərir. Texnopark yeni texnologiyaların kommersiya reallaşdırılmasını həyata keçirən, gənc mütəxəssislər üçün yeni iş yerləri yaradan və yerləşdiyi şəhərin sosial-iqtisadi həyatında səmərəli rol oynayan güclü qurumdur. Universitetin nəzdində yaradılan texnoparkın təşkilati sxemi müsbət sinergetik effektin formalaşması nöqteyi-nəzərindən çox əlverişli sayılır. Yəni universitetin tədris xidmətləri, elmi fəaliyyəti və sosial aktivliyi ilə texnopark şirkətlərinin iqtisadiyyatı və rəqabət qabiliyyəti vahid arxitektura daxilində fəaliyyət göstərir. Vahid kompleksdə cəmlənmiş intellektual potensial və yüksək texnologiya texnoparkın ümumi innovasiya strukturunu formalaşdırır.

Ölkəmizdə Azərbaycan Mühəndislik Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti və digər genişprofilli texniki ali məktəblərdə yüksək elmi-texniki potensial cəmlənmişdir. Bu potensialın texnopark ideyası ətrafında təşkilatlanması milli iqtisadiyyatın innovasiyalar və yüksək texnologiyalar əsasında inkişafına və ali təhsil müəssisələrinin maliyyə imkanlarının artırılmasına böyük töhfə verər.

Ölkədə dövlət himayəsinə ehtiyacı olan elm və təhsil müəssisələri çoxdur. Bu da dövlət vəsaitlərinin qeyri-rasional bölgüsünə, elmin və təhsilin perspektiv istiqamətlərində maliyyə çatışmazlığının yaranmasına gətirib çıxarır. İri şirkətlər və korporasiyalar daxilində korporativ universitet adlandırılan elmi-təhsil komplekslərinin yaradılması ilə bu problemi aradan qaldırmaq mümkündür. Klaster tipli regional və sahə strukturlarının yaradılması da universitetlərin, elmi təşkilatların və iqtisadiyyatın qarşılıqlı fəaliyyətini təmin edən vasitələrdir.

Elmtutumlu texnologiyaların işlənməsində istifadə olunan laboratoriya və eksperimental avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlməsi, yeni avadanlıqların isə baha olması ali məktəblər arasında kooperasiya əsasında kollektiv istifadə mərkəzlərinin, o cümlədən superkompyuter, elektron mikroskop, 3D skaner, 3D printer və s. ilə təchiz olunmuş mərkəzlərin, nanotexnologiya və biotexnologiya mərkəzlərinin yaradılması məsələsini ön plana çəkməlidir.

Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elmtutumlu texnologiyalar əsasında inkişafı dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir və müdafiə sənayesi kompleksinin (MSK) qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında yüksəkixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. MSK-nın inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin təminatçısı olmaqla bərabər, iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirməlidir. Bu gün MSK-da həyata keçirilən inteqrasiya prosesləri, son nəsil rəqəmli proqramla idarə olunan çoxməqsədli texnoloji avadanlıqların və texnoloji xətlərin tətbiqi, yeni texnologiyaların transferi müdafiə təyinatlı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirməyi tələb edir.

Modernləşən və yeni texnologiyaların transferini həyata keçirən MSK-nın müəssisələrində orta ixtisas təhsilli mütəxəssislərə və ixtisaslı fəhlələrə də böyük ehtiyac var. Bu problemlərin həlli üçün AzTU-nun nəzdində MSK ixtisasları üzrə ixtisaslaşmış lisey və kollecin yaradılması xüsusi aktuallıq kəsb edən məsələlərdəndir. İnteqrasiya olunmuş iri strukturlar daxilində müəssisələrin mühəndis-texniki işçiləri və ixtisaslı fəhlələri üçün ixtisasartırma, yeni ixtisasalma və digər əlavə təhsil xidmətləri təşkil olunmalıdır. Belə mərkəzlər həmçinin müxtəlif beynəlxalq assosiasiyalar çərçivəsində, məsələn, MDB Ölkələri Texniki Universitetləri Assosiasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası çərçivəsində də yaradıla bilər ki, bu da universitetlərin maliyyə problemlərinin həllini asanlaşdırardı.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının uğurla həyata keçirilməsini təmin edən səmərəli icra mexanizmləri cəmiyyətin rifahı naminə çalışan, zəruri əxlaqi və mənəvi dəyərlərə malik olan, ölkənin gələcəyini və inkişaf yollarını görə bilən dünya səviyyəli milli təəssübkeş elitanın formalaşdırılmasına xidmət etməlidir. Bu insanlar müxtəlif peşələrə malik olmalarına, müxtəlif fəaliyyət sahələrində çalışmalarına və müxtəlif maraqlara xidmət etmələrinə baxmayaraq, özlərini məsləkdaş, bir komandanın üzvləri saymalıdırlar. Ölkənin modernləşdirilməsi dövrünün elitası həyatın mənasını şəxsi zənginləşmədə deyil, milli və transmilli şirkətlərin yaradılmasında, səmərəli iqtisadiyyatın və güclü dövlətin qurulmasında, vətəndaşların yüksək həyat səviyyəsinin təmin olunmasında görməlidir. Dövlət Strategiyasının reallaşması əsasında formalaşacaq Azərbaycanın yeni elitası dünya elitasının bir hissəsinə çevrilməlidir.

Azərbaycan Texniki Universitetinin rektoru, professor

universitetin kafedra müdiri, professor

Təhsilin inkişafı üzrə dövlət strategiyası

Gülşən Əliyeva – Kəngərli,
Azərbaycan Dövlət və İncəsənət Universitetinin
tərbiyə və humanitar işlər üzrə prorektor,
filologiya elmləri doktoru, professor

Təhsil hər bir dövlətin və onun idarə etdiyi cəmiyyətin dayağıdır. Ulu Peyğəmbərə aid olan kəlamlarda “Elmi beşikdən məzara qədər öyrənin”, “Alimin mürəkkəbi şəhidin qanı qədər qiymətlidir” deyilməklə elmin, təhsilin dəyəri uca tutulur. Nizami Gəncəci yazmışdır:

Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!

Dünyanın nəhəng adamlarından biri Pyotr üzüyünə bu sözləri yazdırmışdı:
“Mən şagird rütbəsindəyəm və həmişə özümə müəllim axtarıram. ”. Savadsız həkim bir adamı ,savadsız müəllim isə bir milləti öldürür. Yaxşı müəllim milli sərvətdir. Tarixi mənbələrin bizə verdiyi bu qiymətli örnəklər belə nəticəyə gəlməyə imkan yaradır ki, təhsilə önəm verən dövlət tarixdə düzgün yaşamaq hüququ əldə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Eliyevin oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sürətlə inkişaf edən həm iqtisadi, həm də diplomatik sahələrdə qazanılmış vüsətli nailiyyətləri ilə dünyaya inteqrasiya olunan dövlətimizin uğurlu nailiyyətidir. Strategiyada təhsilin vəzifələri və prioritetləri bütövlükdə ölkənin inkişaf istiqamətilə uyğun müəyyənləşdirilir: “Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsi bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsinin təşkil edir”.
Strategiya belə bir konseptual əsasdan qaynaqlanır. Burada üç amil ciddi surətdə nəzərə alınıb: birincisi, hələ ilk dəfə Prezident seçiləndə İlham Əliyev demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, ikincisi, cənab Prezident belə bir məqsəd müəyyənləşdirib: “Maddi kapitalı insan kapitalına çevirmək”, nəhayət üçüncüsü: qloballaşma epoxasının – bu labüd dünyəvi prosesin tələbinə uyğun olaraq ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi. Bu sonuncu prioritet istiqamət olub innovativ texnologiyaları vaxtında dəqiq və səmərəli tətbiq üçün şəxsin bilik və bacarıqlarını təkmilləşdirməyə qadir təhsil sistemi yaratmağı zərurətə çevirir.
Ölkədə belə təhsil sistemi üçün sosial-iqtisadi bazanın yaradılması strategiyada əsaslı şəkildə ortaya qoyulur.
Dünya səviyyəsində iqtisadi rəqabət aparan dünya siyasətinə təsir imkanlarına malik Azərbaycanın bunu strateji təminatını verən – təhsili dünya səviyyəsinə qaldıra bilən yeni sistemə ciddi ehtiyacı gündəmdə dayanır.
Strategiyada bu başlıca məqsədi hədəfə alan beş düzgün istiqamət nəzərdə tutulur:
1. Bütün təhsil pillələri üzrə kurikulumların təmin olunması;
2. Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi;
3. Təhsildə nəticələrə görə cavabdeh mükəmməl idarəetmə mexanizmlərinin yaradılması;
4. Tarixin və zamanın tələbinə uyğun uzunömürlü təhsili təmsil edən təhsil infrastrukturlarınınyaradılması;
5. Ölkə iqtisadiyyatına uyğun dünya standartları ilə eyni səviyyədə təhsili maliyyələşdirmə modelini – Təhsilin İnkişafı Fondunun yaradılması.

Bu istiqamətlər qloballaşan – sərhədsiz münasibətlər dünyasında Azərbaycanın dünya iqtisadi prosesləri ilə inteqrasiyasının təminatına imkan verən təhsil sistemini yaratmağa qabildir. Strategiyada bütün bunlar təhsilin məzmunu kimi nəzərdə tutulur.
Təhsilin sosial-iqtisadi rolu, daha doğrusu, səmərəliliyi ölkənin intellektual potensialını təmin edən peşəkar kadrların hazırlanması ilə bağlıdır. Burada yeni və daha münasib ixtisasların tətbiqini zərurətə çevirir. Təhsilin keyfiyyəti innovativ vasitələrin, yeni texnologiyaların zamanında tətbiqi ilə yanaşı çevik dəyişə bilən ixtisaslara nail olmağı da nəzərdə tutur.
Strategiyada dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanıb ölkədə təhsilin bir il artırılması – 12 illik təhsilə keçid Ümumi Daxili Məhsulun 3-6 faiz artırılmasına təminat verən amil kimi təqdir olunur. Burada təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və bu sahədə innovasiyalara əsaslanan kurikulumların rolu xüsusilə qeyd olunur. Təhsilin keyfiyyətini, xüsusilə kurikulumların məzmununu zənginləşdirən innovativ texnoloji və tədris vasitələri ilə bərabər yenə də müəllim təhsildə başlıca fiqurdur. Bizim fikrimizcə, indi müəllim təkcə təhsil verən deyil, həm də təhsili idarə edən başlıca simadır. Strategiyada belə deyilir:
“Müəllim amili təhsilalanın öyrətməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarığından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır”. Biz belə hesab edirik ki, heç bir innovativ texnologiya, heç bir texniki vasitə müəllimlə şagird, müəllimlə tələbə arasında canlı ünsiyyət əvəz edə bilməz.
Qarşılıqlı psixoloji anlaşma xüsusilə humanitar elmlər sahəsində, bədii – yaradıcılıq təhsilində müvəffəqiyyətin rəhnidir. Ən mükəmməl kompüter belə müəllimin şagirdə və tələbəyə canlı psixi-emosional təsirini əvəz etməkdə acizdir. Müəllimin gözünün şüası, sözünün duası, təbəssümü bütün texnologiyalardan güclüdür. Strategiyada təhsilin idarə olunmasına xüsusi önəm verilir. İstər orta məktəbdə, istərsə də ali məktəbdə mükəmməl təhsil almış, Şərq və Avropa milli mənəvi dəyərlərini dərindən mənimsəmiş, müstəqil maarifçilik görüşlərinə malik, mənəvi-əxlaqi cəhətdən təmiz, nəfsinə qalib gəlməyi bacaran vətənpərvər şəxsiyyət və ziyalı dayanmalıdır. Strategiyanın “Təhsil sisteminin başlıca vəzifələri” bölümündə belə bir müddəa var: ”məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Belə vətəndaş yetişdirən təhsil müəssisəsinin rəhbərinin özü bu xüsusiyyətlərə malik olmalı, millətə xidmət etməlidir. Hər bir təhsil müəssisəsi millətin və dövlətin intellektual sərvətidir.
Strategiyada deyilir: “Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır”. Bu bazaya uyğun kadr islahatlarının aparılması ciddi surətdə ləngiyir. Strategiyada iki ciddi məsələ də diqqəti cəlb edir: 1) “Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımından təkmilləşdirilməsinə ehtiyac vardır”, 2) “Ali təhsil müəssisələri məzmunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır”.
Təqdim olunan sənəddə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas məqsədi belə formulə olunur: ”Strategiyanın məqsədi ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.
Strategiyanın reallaşdırılması təhsilin məzmununun , kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf istiqamətlərinə uyğun yenidən qurulmasına imkan verərək ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir”.

  • Baxış: 8400
    Xəbərin tarixi: 14.11.2016 / 20:29

Comments are closed, but trackbacks and pingbacks are open.