Press "Enter" to skip to content

Syllabus (Mülki Müdafiə və tibbi biliklərin əsasları)

amillərinin insan orqanizminə təsiri, sağlamlıq və xəstəlik haqqında

İRSİYYƏT XƏSTƏLİKLƏRİ

İrsiyyət haqqında elm-Genetika adlanır. İnsanda irsi əlamətləri genlər daşıyır. Genlər özləri xromosomda yerləşir. Xromosomlar orqanizmin hər bir hwceyrəsinin nwvəsinə daxildir. Hər bir heyvan növünə və insana hüceyrə nüvəsində sabit miqdarda xromosom olması xasdır. İnsanda xromosom dəsti 46-dır, bu da 23 cüt təşkil edir.
İnsanın irsi əlamətlərini valideynlərdən uşaqlara ötürən cinsiyyət hüceyrələri yetişdikdən sonra bölünürlər, bunun sayəsində cüt xromosomlar ayrı-lırlar. Bir neçə fazadan sonra yarım xromosom dəs-tindən ibarət yetişmiş hüceyrə əmələ gəlir. Deməli, hər bir yetişmiş, yə’ni mayalanmağa hazır yumur-hüceyrəsi və hər bir yetişmiş kişi toxumu 23 xro-mosomdan ibarət olur. Mayalandıqda, yəni iki cinsi hüceyrə bitişdikdə insana xas 46 xromosomlu yəni orqanizm əmələ gəlir.
Yetişmiş cinsi hüceyrələrin nüvəsindəki xromo-somların tərkibində 22 somatik xromosom—irsi əla-mət daşıyıcıları və 1 cinsi xromosom olur. Somatik xromosomları rəqəmlərlə (1-dən 22-yə qədər). cinsi xromosomları isə X, ya da Y hərfləri ilə işarələyirlər. Qadın cinsi daşıyıcısı olan xromosom Y adlanır. Bütün qadınların cinsi hüceyrəsi bircinsli, yəni ancaq X-xromosomlu, kişilərin spermatozoidi isə müxtəlif cinsli olur. Onların bir qismi X—xromosomu, digər qismi isə Y—xromosomu daşıyır. İki cinsi hüceyrə birləşdikdə yumurta xromosomu və spermatozoid xromosomu cüt-cüt birləşirlər, yəni 1-ci 1-ci ilə, 2-ci 2-ci ilə və i. a. Beləliklə, rüşeym xromosom dəstinin bir hissəsini anadan, o biri hissəsini .atadan alır.
Gələcək uşağın cinsi—yumurta hüceyrələrinin X-, ya Y-xromosom ilə mayalanmasından asılıdır. Əgər yumurta hüceyrəsi X-xromosomlu spermatozoidlə birləşmişsə qız, Y-xromssomla birləşmişsə oğlan ola-caqdır.
Hərdən gələcək ana həkimdən soruşur ki, uşağa-qalma prosesində dölun mayalanmasına müdaxilə edib istәyәn cinsdәn olan uşaq doğmaq olarmı? Vә yaxud uşağın oğlan vә qız olduğunu әvvәlcәdәn bilmәk olarmı?
Uşağın cinsinin müәyyәn edilmәsi prosesinә müda-xilә etmәk çox cazibәli olsa da, demək lazımdır ki, bu, çox çәtin problemdir. Lakin alimlәr bu cəhһddәn әl çәkmirlər. Bu yaxınlarda çox maraqlı müşaһidәlәr әldә edilmişdir, Müәyyәn edilmmşdir ki, spermato-zoidlәr qadının uşaqlıq yoluna ovulyasiyadan (ye-tişmiş yumurta һüceyrәsinin qopması) 2—24 saat әvvәl düşәrsә, çox vaxt oğlan, ovulyasiyadan 25—36 saat әvvәl düşdükdә isә qız olur. Ovulyasiyanın vaxtını әvvәldә verdiyimiz cәdvәl vasitәsilә vә bazal temperaturun qalxması ilә müәyyәn edirlәr. Uşaqlıq yolunda temperaturun qalxmasını bilmәk üçün onu yataqda ikən düz bağırsaqda ölçürlәr. Lakin daһa dәqiq mәlumatlar göstәrir ki, uşaqlıq yolunda temperaturun qalxması nәinki ovulyasiya ilә birlikdә, һәmçinin ondan 1—3 sutka әvvәl dә baş verir. Buna baxmayaraq, ovulyasiyanı düzgün tәyin etmәk üçün dәqiq nişanәlәr mövcuddur. Yumurtalığın maye ilә dolu follikulu yetişmiş yumurta һüceyrәsi ilə birlikdә partlayarkәn qasıq maһiyәsindә ya sağda, ya da solda deşici ağrı һiss olunur. Bәzәn ağrı çox da güclü olmur vә qadınlar ona mәһәl qoymurlar. Lakin әgәr ovulyasiya gününü tәyin etməyi qarşınıza mәqsәd qoy-musunuzsa, onda orqanizminizdә baş verәn һәr bir ağrıya fikir vermәlisiniz. Әgәr aybaşı tsikli (cәd-vәldә göstәrildiyi kimi) sabitdirsә (bununla isә һər qadın fәxr edә bilmәz) onda bu üsuldan istifadә edərәk istәdiyiniz cinsdәn olan uşaq doğa bilәrsiniz.
Lakin artıq uşağa qalmısınızsa, onun oğlan vә ya qız olduğunu xeyli əvvәl tәyin etmək olar. Bunun uçün dölətrafı mayeni xüsusi laboratoriyalarda tәdqiq edirlәr .
Müasir genetik tәdqiqatlar göstәrir ki, insanın xromosomları çox dözümlü vә sabitdir. Lakin bəzən xarici tәsirlәrin (ağır zәһәrlәnmә, şüalanma vo s.) altında irsiyyәt daşıcısı olan genlәrin zәdәlәnmәsi baş verә bilәr. Nәticәdә sağlam valideynlәrdәn anadangәlmә qusuru, yәni xromosom xәstәliyi olan uşaqlar doğula bilәr ki, bu da sonradan irsәn bütün nәslә tәsir göstәrir.
Bundan başqa һәlә elmә bәlli olmayan səbәblər üzündәn bәzәn cinsiyyәt һüceyrәlәrinin bölunmәsi pro-sesi pozulur. Bu vaxt xromosomların һansı cütü isә ayrılmır vә nәticәdә nüvәsindә artıq xromosom olan yetişmiş yumurta һüceyrәsi әməlә gәlir. Mayalandıqdan sonra rüşeymin һüceyrәlәrindә 46 deyil, 47 xromosom olur. Bu artıq xromosom uşağın һәm fiziki һәm də zeһni inkişafının pozulması ilә nәticәlənə bilər. Nüvәnin xromosom aparatında baş verәn , dəyişikliklәr һәrdәn öz-özünә uşaqsalmaya gәtirib çıxarır.
Әgәr qadında öz-özünә uşaqdüşmә halları olmuşsa, ya da ailәdә qüsurlu uşaq doğulmuşsa, onda növbəti һamilәlik baş vermәmişdәn әvvəl әr-arvad һәkimlə mәslәһətlәşmәlidirlәr. Bunun üçün böyük şәһərlərdə xüsusi tibbi genetik mәslәһәtxanalar yaradılmışdır, burada lazımi tәdqiqatlar aparılır.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

ÇUĞUNDUR VƏ ŞİRƏSİ NƏYƏ XEYİRDİR?

Bu xəbəri dostlarınla paylaş:

Çuğundur (lat. Beta)— pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Azərbaycanda çuğundurun 4 növünə təsadüf edilir. Bundan başqa, respublikamızda çuğundurun müxtəlif sortları da becərilir.

Çuğundur bir və ikiillik ot bitkisi olub, yoğun, şaxəli müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd – qırmızı rəngə qədər, acza şırımlı köklərə malikdir. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamışıq çiçəkləri ləçəklidir, kasacığı solğun – yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara – qonur rəngdədir.

Azərbaycanın demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları yeməli və yem sortları geniş becərilir. Bundan başqa, yerli əhalinin həyatyanı sahələrində də şəkər çuğunduru yetişdirilir.

Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var. Məsələn, respublikada becərilən çuğundurun köklərində 13 – 22 % şəkər olur. Yarpaqlarında çoxlu miqdarda rəngləyici boyaq maddə vardır ki, o, şərab sənayesində işlədilir. Bundan başqa yarpaqlarında 106 mq % C vitamini, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilmişdir. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən karotinlə daha zəngindir. Ona görə də çuğundurun köklərindən polivitamin konsentratı hazırlayıb istifadə etmək faydalıdır.

Çuğundur, mikrobları öldürmək qabiliyyətinə malikdir. Ona görə də bu qıpqırmızı tərəvəzin demək olar ki, hər şeyə xeyri var. Sübut olnub ki, çuğundurdan mütəmadi istifadə etmək orqanizmin xərçəng hüceyrələri ilə mübarizəsinə yardım edir. Təzə çəkilmiş çuğundur şirəsi bədxassəli şişlərin böyüməsinin qarşısını ala bilir. Dəri xərçəngi zamanı çuğundur şirəsinə salınmış sarğı ilə xəstənin kompres edilməsi yaxşı effekt verir.

Çuğundurun orqanizmdən radiasiyanı, ağır metal duzlarını çıxarmaq qabiliyyəti var. Tərkibində mineral duzlar, C, B16 B2, R, RR vitaminləri, üzvi turşular, zülalları parçalayan maddələr olduğundan, çuğundur həzmi yaxşılaşdırır. Bəzi xəstəxanalarda əməliyyat olunacaq xəstələrin orqanizmini təmizləmək üçün onlara çuğundur şirəsi içizdirilir. Ümumiyyətlə, bu tərəvəz, ürəyin işini tənzimləyir, qan damarlarının divarlarını bərkidir, trombların yaranmasının qarşısını alır, ürək əzələsinin işini möhkəmləndirir və ürəyi daim oksigenlə təmin edir.

Bütün meyvə və tərəvəzlərdə olduğu kimi çuğundurun da şirəsinin xeyri daha çoxdur. Ama buna baxmayaraq, onu içənlər çox az hissə təşkil edir. Tərkibində uçucu maddələr olduğuna görə yeni çəkilmiş şirə çoxlarına ürəkbulanma verir. Çuğundur şirəsini çəkib bir neçə saat soyuq yerdə saxlamaq və sonra içmək lazımdır. Məhlula qaynanmış su, ya da eyni miqdarda kələm, kök və alma şirəsi əlavə etmək olar. Bir stəkan şirəni içən insan, bir neçə saat ərzində yemək istəmir. Bu isə arıqlamaq istəyənlər üçün əla tapıntıdır.

Çuğundur, həm də hipertoniklərin dərmanıdır. Tərkibindəki maqnium təzyiqin aşağı salınmasına kömək edir. Hipertoniklər, çuğundur şirəsi ilə balı 1:1 nisbətində qarışdırıb gün ərzində 3-4 dəfə içə bilərlər. Tərkibində qalxanvari vəzi işlətmək üçün kifayət qədər yodun olması, zob xəstəliyindən əziyyət çəkənlər üçün əvəzsiz dərmandır.

Nəhayət, qırmızı tərəvəzin tərkibindəki dəmir, qan azlığı olanlar üçün əla dərmandır. Anemiyadan əziyyət çəkənlər eyni miqdarda çuğundur, ağ turp və kök şirəsini qarışdırıb bir neçə ay ərzində yeməkdən əvvək 1-2 xörək qaşığı qəbul etməlidirlər.

Yalnız böyrək, mədə xorası və onikibarmaq bağırsaq xəstəlikləri olanlara çuğundur şirəsi içmək məsləhət görülmür.

Çuğundur şirəsi ürək-damar sisteminin fəaliyyətini normallaşdırmağı hamıya çoxdan bəllidir. Böyük Britaniyanın alimləri bu şirənin təzyiqə necə təsir göstərməsini müəyyən etdilər.

Londondan olan mütəxəssislər sübut etdi ki, 500 ml çuğundur şirəsi qəbul etmək bir saat ərzində qan təzyiqini endirməyə kömək edir. Bu eksperimentlər zamanı sübut olunmuşdur.

Həkimlər 14 iştirakçının qan təzyiqini yoxladıqdan sonra onlara çuğundur şirəsi içməyi təklif etdilər.

6 saatın hər saatında təzyiqin dəyişikliyi müşahidə olunmuşdur.

Belə, ilk saatda təzyiqin göstəriciləri enməyə başladı, 2,5 saatdan sonra isə 10 mm-ə qədər endi. Belə effekt 24 saat ərzində eyni olaraq qaldı, sonra isə təzyiq əvvəlki səviyyəsinə qayıtdı.

Çuğundur şirəsinin tərkibində olan duzların sayəsində qan təzyiqi normallaşır. Belə xüsusiyyətlərə həmçinin yaşıl və yarpaqlı tərəvəzlər də malikdir

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Vərəm

Vərəm – yoluxucu xəstəlik.
O hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var. Vərəmi «tuberkulozis» də adlandırırlar. Bu sözün latın dilindən tərcüməsi qabarcıq deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə «kox» çöpləri adlandırılır..

Vərəm xəstəliyi bəşəriyyətə çox qədim zamanlardan məlum olan xəstəliklərdəndir. Hippokrat (e. ə. 460-370), Qalen (130-201), Əbu Əli ibn Sina (Avisenna, 980-1037) və qədim əsrlərin başqa həkimləri vərəm xəstəliyini öyrənmiş, onun haqqında əsərlərində müvafiq məlumatlar vermişlər. Onlar adətən vərəmin gecikmiş formasının diaqnozunu müəyyən edirdilər. Vərəm xəstəliyinin əsas əlamətlərindən biri xəstənin ümumi arıqlaması idi. Yunanca arıqlama sözü ftiz kimi tərcümə olunduğundan, xəstəliyi bu cür adlandırdılar. Ftiz termini altında ağciyərin sifilis, xərçəng, bronxoektaziya və başqa irinli iltihabi xəstəlikləri ifadə olunurdu.
Ağciyər vərəmi haqqında daha geniş məlumatı fransız alimi R.Laennek (1781-1826) vermişdir. O, vərəmin izolə edilmiş tuberkulalardan ibarət ocaqlı və onların birləşməsindən əmələ gələn infiltrativ formalarını göstərir. Laennek ilk dəfə olaraq tibb elminə “tuberkulyoz” terminini daxil etmişdir ki, bu da beynəlxalq termin kimi indiyədək işlənir.
Vərəm xəstəliyinin yoluxuculuq xüsusiyyəti XVI-XVII əsrlərdə öyrənilmişdir. Vərəm xəstəliyinin amili mikobakteriyalardır. Bunlar spor əmələ gətirməyən çubuqvarı formalı göbələkciklərdir. Onu 1882-ci ildə alman alimi Robert Kox kəşf etdiyi üçün onun adı ixtisarla BK (Kox bakteriyaları) kimi işlədilir. VI Ümumittifaq ftiziatrlar qurultayı onu “vərəm mikobakteriyası” və ya vərəm çöpləri adlandırmağı məsləhət görmüşdür. Qısa və sadəcə olaraq “BK” kimi ifadə edilir.
Mikroblar məişətdə geniş yayılmaq xüsusiyyətlərinə malikdirlər. Xarici mühit təsirlərinə də davamlıdırlar. Onlar soyuq, qaranlıq və rütubətli şəraitdə aylarla yaşaya bilir, spirt, turşu, qələvilərə davamlıdırlar. Vərəm mikobakteriyalarını yüksək hərarət, günəş şüaları, karbol turşusu, xloramin, lizol məhlulları məhv edir. Ona görə də dezinfeksiya işlərində həmin məhlullardan və qaynatmadan, günəş şüalarından istifadə edilməsi müsbət nəticə verir. Vərəm çöpünün uzunluğu 3-5 mikrona bərabərdir.
R.Koxdan sonra bir çox tədqiqatçılar vərəm çöpcüklərini öyrənməyə başladılar. Onlar müəyyən etmişlər ki, bir neçə mikobakteriya növü məlumdur və onların bəziləri quşlarda, başqaları məməli heyvanlarda xəstəlik törədir. Öküz tipi çöpcüyü qaramalda olmaqla, xəstə heyvanın südünü yaxşı qaynatmadan içdikdə yoluxma ola bilər.
Qurumuş bəlğəmdə vərəm çöpcüyü 100°C qızdırıldıqda ancaq 45 dəqiqədən sonra tələf olur. Buradan məlumdur ki, əsas yoluxma mənbəyi açıq vərəm formasına tutulmuş xəstə, yəni basil ifraz edən şəxsdir. Vərəm çöpcükləri sağlam adamın orqanizminə əsasən tənəffüs yolları ilə, bəzi hallarda həzm yolu vasitəsilə daxil olur. Ən çox ağciyər vərəminin baş verməsini alimlər onun yoluxma yolunun hava vasitəsilə olması ilə izah edirlər. Mikrob hava ilə ağciyərlərin toxumalarına düşür, orada çökərək vərəm ocaqları əmələ gətirir. Vərəm xəstəsinin bir damcı bəlğəmində 2-3 milyona qədər çöpcük olur. Belə xəstələr sutka ərzində milyardlarla vərəm çöpcüyü ifraz edirlər. İki cür vərəm növü (açıq və ya yoluxan, qapalı və ya yoluxmayan) müəyyənləşdirilmişdir.

Törədicisi

Mycobacterim tuberculosis və ya Kox çöpləri tərəfindən törənir. Bunlar aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır. 70°S-də 30 dəqiqəyə qədər, qaynatdıqda 5 dəqiqəyə məhv olur. 5%-li karbol turşusu, 5%-li formalin məhlulu mikrobu məhv edir. Patogenezi: Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud Qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir. Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir, adətən payız aylarında yoluxma ehtimalı artır. ilkin yoluxanların yalnız 0.4-0.5%-indi vərəm xəstəliyi əmələ gəlir. Lakin çox zaman vərəm xəstəliyi orqanizmin zəifləməsi fonunda uşaq vaxtı ilkin yoluxma zamanı əmələ gəlib qalmış Qon ocaqlarının yenidən aktivləşməsi nəticəsində yaranır. Beləliklə, əhalinin yarıdan çoxu vərəmə yoluxduğu halda heç də hər kəsdə vərəm xəstəliyi əmələ gəlmir. Bu xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan, müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəliklər fonunda (şəkərli diabet, QİÇS və s.), çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.

İnsanların vərəmlə yoluxma yolları müxtəlifdir:
1. Damcı vasitəsilə yoluxma. Öskürdükdə, asqırdıqda bəlğəm, hava və tüpürcəklə mikroblar ətrafa yayılaraq ətrafdakı şəxslərin tənəffüs yollarına düşməsi ehtimalı artır. Buna görə də insan asqırdıqda, öskürdükdə sol əlinin arxası ilə ağzını tutması lazımdır ki, həmin əllə heç kimlə görüşmür.
2. Təmas vasitəsilə yoluxma. Xəstənin məişət əşyalarından istifadə etdikdə, əllə görüşdükdə, öpüşdükdə, sağlam adamlar yoluxur. Xəstə və əhatəsində olanlar gigiyena qaydalarını gözləsələr, yoluxmanın qarşısı alınır.
3. Toz vasitəsilə yoluxma. Vərəm çöpləri xəstənin bəlğəmi, tüpürcəyi ilə ətraf mühitə düşür, quruyur və tozlara qarışaraq həmin hava ilə nəfəs alan şəxslərin tənəffüs yollarına düşə bilir. Ona görə tozla mübarizə, təmizlik işləri, bitkilərin artırılması çox faydalıdır.
4. Qida vasitəsilə yoluxma. Qida məhsulları ilə vərəm çöpləri orqanizmə düşür. Xəstənin bəlğəm və tüpürcək qalıqları ilə çirklənmiş ərzaq məhsulları ilə qidalandıqda sağlam şəxslər yoluxur. Xəstə heyvanlardan sağılmış süd və süd məhsullarını yaxşı qaynatmayıb qəbul etdikdə xəstəliyə yoluxma baş verir. Milçəklər mikrobun yayılmasında az da olsa, müəyyən rola malikdirlər.
Orqanizmin xəstələnməsi üçün mikrobun, vərəm çöpünün – törədicinin orqanizmə daxil olması kifayət deyildir. Onun inkişafı üçün müəyyən şəraitin olması da lazımdır. Bədənimizdə bir çox müdafiə vasitələri vardır ki, onlar bizi vərəmlə yoluxmadan və xəstələnmədən qoruyur. Orqanizmin vərəm xəstəliyi törədicilərinin uzun müddət latent (qeyri-fəal) mikrobizm deyilən halı olur. Orqanizmdə törədicinin olmasına baxmayaraq xəstəlik əlamətləri meydana çıxmır. Çünki orqanizmə düşmüş törədici faqositar sistemlə zəngin olan orqanlarda – qaraciyər, dalaq, sümük iliyi, limfa düyünləri və ağciyərlərdə olurlar. Bu orqanlarda törədicilər mürəkkəb müdafiə mexanizmlərinə rast gəlir və insan xəstəlikdən sovuşmuş olur. Burun boşluğunun seliyi də mikrobun daxilə keçməsinin qarşısını alır. Ağciyərə çatmış mikrobları burada faqositar mikrofaqlar udur və onların xəstəlik törətməsinə imkan vermir. Eyni zamanda orqanizmin vərəmə qarşı immuniteti də mühüm rol oynayır. Qandakı Kox basillərini (KB) tutub məhv etməyə qabil xüsusi immunitet hüceyrələri də onları məhv edir. Limfa sistemi də orqanizmin müdafiəsini təşkil edir. Toxumalarda iltihab ocaqlarının əmələ gəlməsi də mahiyyət etibarilə müdafiə reaksiyalarındandır.
Buradan belə bir nəticə çıxarmaq olar ki, orqanizmin vərəmlə xəstələnməsinə səbəb törədicilərin çoxlu miqdarda orqanizmə daxil olması və insanın xəstəliyə qarşı rezistentliyinin (davamlılığının) azalmasıdır.
Orqanizmin vərəmə qarşı müqaviməti bir çox səbəblər üzündən insanın həyatı boyu dəyişə bilər. Deməli, psixi və fiziki cəhətdən zəifləmiş orqanizmlərdə xəstəliyin baş verməsi ehtimalı daha çoxdur. Vərəmə tutulma peşə ilə də əlaqədardır, yəni tozlu işlərdə çalışanlarda daha çox müşahidə edilir. Digər amillərdən pis mənzil şəraiti, qeyri-normal qidalanma, zərərli adətlərə vərdişetmə, orqanizmi zəiflədən ağır xəstəliklər – yatalaq, diabet, dizenteriya, qızılca, göyöskürək və s. orqanizmin vərəmə qarşı müqavimətini azaldır.
Hər bir qadın bilməlidir ki, hamiləlik, doğuş, uşaq əmizdirmək, orqanizm qarşısında yüksək tələblər qoyur. Ancaq vərəmdən sağalmış sağlam şəxslər evlənə bilərlər. Aktiv vərəm formasına tutulmuş şəxslər nikahdan və analıqdan boyun qaçırmalıdırlar. Aktiv vərəm hamiləliyin süni pozulması üçün tibbi göstəriş sayılır. Odur ki, xəstə qız və qadınlar əvvəlcə müalicə olunmalı, sonra nikah və ya analıq haqqında düşünməlidirlər.
Vərəmlə xəstələnməni tuberkulin sınağı ilə müəyyən edirlər. Hazırda bunun üçün Mantu sınağı tətbiq olunur. Durulaşdırılmış tuberkulini nazik iynə ilə saidin dərisinə yeridirlər. 24, 48, 72 saatdan sonra dəridə şişkinlik, qızartı əmələ gəlirsə, deməli, xəstəliyə yoluxmuşdur. Vərəm yoluxmamış uşaqlarda tuberkulin sınağı mənfi olur.

Vərəm xəstəliyinin müalicəsi

Kimyaterapiya ilə vaxtında aşkar edilmiş xəstələr müvəffəqiyyətlə sağaldılır. Müalicənin perspektivli, effektli getməsi onun vaxtında başlanması, xəstəliyin forma və fazaları, xəstənin yaşı və cinsiyyəti, digər xəstəliklərin paralel getməsi ilə əlaqədardır. Müalicənin effektliliyində xəstənin tibbi biliklərə malik olması, mədəniyyəti, həkimin göstərişlərinə düzgün əməl etməsi əsas rol oynayır. Vərəmin müalicəsi iki istiqamətdə aparılır. Birincisi, orqanizmin möhkəmləndirilməsi, müqavimətinin artırılması istiqamətidir ki, buna xəstə ciddi əməl etməlidir. Ən qüvvətli, enerjili qidaların qəbuluna məhdudiyyət qoyulmur.
Kimyəvi preparatlarla müalicədə ən çox vərəm əleyhinə maddələr tətbiq edilir. Vərəmin müalicəsində izonikotin turşusunun hidrozid törəmələri HİNT (hidrozit izonikotin turşusu), həmçinin streptomisin və PAST (paraaminosalisil turşusu) mühüm yer tutur. Bunlar birinci sıra preparatlar hesab olunur, xəstəlik törədicisinin həyati funksiyalarına güclü mənfi təsir göstərir və əlavə təsirləri az olur. İkinci sıra preparatlar törədicinin həyati funksiyalarına zəif təsir göstərir, xəstələrdə kənar reaksiyalar verir. Bunlara sikloserin, etionamid, etoksid, kanamisin, pirazinamid, yeni preparatlardan rifampisin, etambutal və başqaları aiddir. Xəstəliyin başlanğıc fazasında 2-6 ay ərzində stasionarda tuberklostatik dərmanlarla müalicə aparılır, sonra ambulator şəraitdə 6-8 ay müddətində fasiləli müalicə davam etdirilir.
Ağciyər toxumasının dağılması ilə gedən, kaverna əmələ gələn xəstələr üçün vərəm əleyhinə preparatlar quraşdırılaraq təyin edilir. Göstəriş olarsa, hormonal preparatlar, vitaminoterapiya həyata keçirilir. Xəstəliyin fibroz-kavernoz formasında da müalicə göstərildiyi kimi aparılır; effekt olmazsa, cərrahi üsula əl atılmalıdır. Lakin vərəmin ən ağır formalarında belə kimyaterapiyanın bütün gücündən istifadə edilməli ən axırıncı anlarda cərrahi müdaxiləyə rəvac verilməlidir. Kimyaterapiya uzun müddət aparıldığından, xəstələrin və törədicilərin həmin dərmanlara vərdiş edə biləcəyinə görə dərmanların müəyyən müddətdən sonra dəyişdirilməsi və düzgün komplektləşdirilməsi lazım gəlir.
Müalicənin səmərəli nəticəsi üçün xəstələr aşağıdakılara tam və ciddi əməl etməlidirlər:
– müalicəyə ciddi yanaşmalı;
– vərəm əleyhinə dərmanlar yalnız həkimin göstərişi və nəzarəti ilə qəbul edilməli;
– həkimin təyinatına uyğun yataq rejimində olmasına fikir verilməli;
– digər xəstənin yataq dəyişəyindən, ərzaq məhsullarından və qab-qacağından istifadə edilməməli;
– vərəm əleyhinə preparatların təsirini daha da artırmaq naminə xəstə heç bir zaman siqaret çəkməməli;
– vərəmli xəstə heç zaman alkoqol işlətməməlidir və s. Bütün müalicə dövründə xəstənin göstərilən qaydalara əməl etməsi aparılan müalicənin müvəffəqiyyətini təmin edir və tamamilə sağalması ilə nəticələnir.
Cərrahi müalicə metodları üç formada aparıla bilər. Birinci qrupa ağciyərlərin zədələnmiş nahiyələrinin sıxılması və yaprıxlaşdırılması əməliyyatları aiddir. İkinci qrup ağciyər rezeksiyasının müxtəlif variantlarından ibarətdir. Üçüncü qrupda isə quraşdırılmış əməliyyatlar aparılır, yəni ağciyərin bir hissəsi rezeksiya edilir, zədələnmiş nahiyələrin sıxılması və yaprıxlaşdırılması və ya irinli plevrit olduqda, plevranın da bir hissəsi rezeksiya edilir. Hansı hal olursa-olsun cərrah həkimlə birlikdə xəstənin vəziyyətini diqqətlə öyrəndikdən sonra hər xəstəyə uyğun fərdi cərrahi müalicə metodu seçir.
Vaxtında tətbiq edilən cərrahi müdaxilə, demək olar ki, həmişə vərəmli xəstələrin sağalması ilə nəticələnir.
Vərəmin istər kimyaterapiya, istərsə də cərrahi müalicə metodunda simptomatik müalicəyə də ciddi fikir verilməlidir. Həkim daim xəstəni müayinədən keçirməklə onun digər orqanlarında baş verən və verə biləcək dəyişiklikləri nəzərə almalı, onlara qarşı tədbirlər həyata keçirməlidir.
Xəstəlik aşkara çıxarıldığı andan xəstənin xüsusi rejimi olmalı və o, həmin rejimə ciddi əməl etməlidir. Rejim müvəffəqiyyətli müalicənin əsasını təşkil edir. Vərəmli xəstələrə sakitlik, yüngül məşq, istirahət rejimi vacibdir. Bunlara əməl edilməsi xəstəliyin tez sağalmasına kömək edər.
Vərəm xəstəliyinin profilaktikasında ona qarşı peyvəndlərin işlədilməsi müsbət təsirə malik olur. Belə ki, yeni doğulmuş uşağın 5-7 günündə ilk dəfə BSJ vaksini edilir. İkinci üsulu isə spesifik kimyəvi profilaktikadır. Xəstələrlə təmasda olanlara profilaktika məqsədilə izoniazid təyin edilir. Deməli, yoluxmamış şəxslər üçün vaksinoprofilaktika, infeksiyalaşmış adamlar üçün isə kimyəvi profilaktika aparılır. Lakin peyvəndlərin işlədilməsində də çox ciddi olmaq lazımdır. Bütün bu tədbirlərin həyata keçirilməsinə xidmət edən müəssisələr, vərəm əleyhinə dispanserlər yaradılmışdır ki, burada xəstə və xəstəliyə meylli olanlar qeydiyyatda saxlanılır, lazımı tədbirlər görülür.
Vərəm xəstəliyi, eləcə də digər infeksion xəstəliklərə qarşı təkcə tibb işçiləri, müvafiq müəssisələr deyil, hər bir vətəndaş fəal mübarizə aparmalıdır. Xüsusilə gənclər xəstələrin aşkar edilib, müalicəyə cəlb edilməsinə kömək etməlidirlər. Gələcək sağlam adamlarıdır.

Syllabus (Mülki Müdafiə və tibbi biliklərin əsasları)

1. Şadlinski V.B., Hüseynova G.A. İnsan anatomiyası. Dərslik. Bakı, “Müəllim” nəşriyyatı, 2009, 240 s.

3. Əliyev S.C.Tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2004

4. Ocaqov H.O. Fövqəladə hallarda təhlükəsizlik (Defensiologiya) (Ali məktəblər üçün dərslik). Bakı, 2012, 368 s.

5. Musayev A.H. Mülkü müdafiə tibbi xidmətinin təşkili. Dərslik.Bakı, “Təbib” nəşriyyatı, 2011, 165 s.

6. Feyzullayeva T.Ə., Ələkbərova S.Ə., Məmmədova F.Ə. Mülki müdafiə və tibbi biliklərin əsasları. Dərslik. Bakı, 2006.

7. Əzizov A. Əməyin mühafizəsi. Bakı, 2008.

Əlavə vəsaitlər:

1. Vəliyev Ş.Q. İnsan anatomiyası və fiziologiyası. Dərslik. Bakı, 2001.

2. Məmmədov A.M., Sudakov K.V. Normal fiziologiya. Dərslik. Bakı, “Təbib” nəşriyyatı, 2011.

3. Həsənov Ə.B. Patoloji anatomiya. Dərslik. Bakı, “Elm” nəşriyyatı, 2003, 780 s.

4. Məmmədov Y.C., Təqdisi C.H., İslamzadə F.İ. Patoloji fiziologiya. Dərslik. Bakı, “Maarif” nəşriyyatı, 1989, 752 s.

5. Məmmədhəsənov R.M. Daxili xəstəliklər. Dərslik. Bakı, Qismət, 2008, 464 s.

6. Cəfərov Ç. Ümumi cərrahlıq. Dərslik. Bakı, 2006, 552 s.

7. İsayev C.P. İnfeksion xəstəliklər. Dərslik. Bakı, Təhsil, 2009, 443 s.

8. Əzizov V.Ə., Axunbəyli A.Ə., Alimetov S.N. Təbabətdə böhranlı hallar və təxirəsalınmaz tibbi yardım. Dərs vəsaiti. Bakı, “Təbib” nəşriyyatı, 1995, 112 s.

9. Tibb bacısının məlumat kitabı / N.R.Paleyevin redaktəsi ilə (Tərcümə edəni: Ə.Q.Cəfərov). Bakı, 2008, 528 s.

10. Ocaqov H.O., Danyalov Ş.D. Həyat fəaliyyətinin təhlükəsizliyinin nəzəri əsasları. Dərs vəsaiti. Bakı, 2008, 140 s.

11. Орлов А.Т. Охрана труда в строительстве. Учебник. М., 1987.

12. Сахно И.И., Сахно В.И. Медицина катастров (организационные вопросы). М., 2001, 560 с.

13. Руководство для врачей скорой помощи. Под редакцией В.А.Михайловича. 2-е изд. Л.: Медицина, 1989, 544 с.

13. Михайлов Л.А. Безопасность жизнедеятельности. 2-е издание. Учебник. М., 2008.

14. Təbii fəlakətlər riskinin azaldılması üzrə müəllimlər üçün metodik vəsait / DIPECHO layihəsi.

Tibbi biliklərin əsasları bəhsi həyat fəaliyyətinin təhlükəsizliyinin tibbi əsasları, insan orqanizminin normal anatomiyası və fiziologiyası haqqında, fövqəladə hallarda zəhərlənmələr və xəstələnmələr zamanı ilk yardım və xəstələrə qulluq, xəstəlik haqqında anlayış, müxtəlif sistemlərin xəstəliklərinin təsviri, həkiməqədər yardım və profilaktikası, qəzalar və fəlakətlər zamanı tibbi yardım barəsindəki biliklərə həsr olunmuşdur.

Əmək mühafizəsi bəhsi özündə istehsalatda həyat fəaliyyətinin ümumi məsələlərini, insan-yaşayış və iş mühiti sistemində neqativ amilləri, təhlükəsizlik texnikasını, yanğın və partlayış hadisələrində həyat fəaliyyətinin təhlükəsizliyini əks etdirir.

1. Insan orqanizminin inkişaf qanunauyğunluqlarını

2. Sağlamlıq və xəstəlik haqqında ümumi məlumatları

3. Tipik patoloji proseslərin bəzi formalarının (hüceyrə zədələnməsi, mikrosirkulyasiya və periferik qan dövranının pozulması, iltihab və qızdırma) baş vermə səbəblərini və gedişini

4. İnsan orqanizminin ayrı-ayrı sistemlərinin anatomik-fizioloji xüsusiyyətlərini və bu sistemlərdə rast gəlinən xəstəlikləri, ilk yardımın göstərilməsini

5. İstehsalat sahələrində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini və insanlar üçün təhlükə törədən amilləri

2. İstehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını

3. Fövqəladə hallar və onların baş vermə səbəblərini

4. Fövqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələrini, fövqəladə hallarda davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yollarını

5. Fövqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsullarını, zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini

Dərsin təşkili

  • Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır.
  • Yeni mövzu əyani vasitələrin (PPT və video fayllar) nümayişi ilə izah ediləcəkdir.
  • Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri (Quiz) yoxlanılacaqdır.
  • Seminar məşğələləri zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri şifahi və yazılı sorğunun keçirilməsi ilə hər dərs qiymətləndiriləcəkdir, semestrin sonunda isə ortaq qiymət çıxarılacaqdır (Fəallıq).
  • Semestr ərzində fərdi mövzuda prezentasiyalarınverilməsi vacibdir. Prezentasiya vaxtı, sonunda müzakirə də daxil olmaqla 15-dəqiqədən artıq olmamalıdır. Prezentasiya mövzuları və qaydaları haqda dərsdə daha geniş tanışlıq olunacaqdır.

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs bu raxan tələbələr imtahana buraxılmır.

Tələbə dərsə 15 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.

Yoxlama işi (Quiz)

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanların mövzuları tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.

Tələbənin kursu başa vurması

60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.

İmtahan qaydalarının pozuntuları

İmtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.

Dərslərdə davranış

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənard a qalmamalıdır.

Life Science (Tibbi biliklərin əsasları, həyat fəaliyyətinin təhlükəsizliyi və Mülki müdafiə) fənni, onun vəzifələri.

İnsan orqanizminin müxtəlif şəraitə adaptasiyası, ekoloji faktorlar, onların insan orqanizminə təsiri. Sağlamlıq və xəstəlik anlayışları. Tipik patoloji proseslərin bəzi formaları (hüceyrə zədələnməsi və iltihab). Epidemiologiyanın əsasları. Dezinfeksiya, dezinseksiya, deratizasiya. Fövqəladə hallarda əhalinin tibbi təminatı və tibbi xidmətin təşkili. İlk tibbi yardım və onun təşkili. Günvurma zamanı ilk yardım.

Tibbi yardımın anatomik-fizioloji əsasları.

İnsan orqanizminin hüceyrə və toxumalarının quruluş və funksional xüsusiyyətləri. Qan və limfa sistemləri. Qan qrupları və rezus-amil haqqında anlayış. Donorluq və qan hazırlığı. Qanın laxtalanması. Qanaxmaların təsnifatı. Tənəffüs sisteminin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Həzm sisteminin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Dayaq-hərəkət aparatının morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Ürəyin morfo-funksional xüsusiyyətləri və xəstəlikləri. Sinir sistemi və duyğu üzvləri. Endokrin sistem və xəstəlikləri. Bədən hərarəti, nəbz, arterial təzyiq: onların təyini və qiymətləndirilməsi.

20.02.2016

Fövqəladə hallarda zədələnmiş adamlara yardım, istifadə olunan dərmanlar.

Yumşaq toxumaların əzilməsi. Bağların, vətərlərin və əzələlərin gərilməsi və qırılması. Çıxıqlar, sümük sınıqları. Bu proseslər zamanı ilk tibbi yardım. İmmobilizasiya, şinaların qoyulması. Miokard infarktı, kəskin ürək (ürək astması, ağciyər ödemi) və damar (bayılma, kollaps) çatmamazlığı zamanı ilk tibbi yardım. Ürəyin qapalı masajı. Dəri üzəri, dərialtı, əzələdaxili və venadaxili inyeksiyaların yerinə yetirilmə üsullarının öyrədilməsi. Qapalı və açıq zədələnmələr. Zədə şoku. Ürək fəaliyyətinə təsir edən maddələr. Damargenəldici və spazmolitik dərman maddələri. Qanın laxtalanmasına təsir edən maddələr. Mikroblar əleyhinə işlədilən maddələr.

Fövqəladə hallarda zəhərlənmələr və xəstəliklər zamanı həkimə qədər ilk yardım və xəstələrə ümumi qulluq. Bioloji zədələnmə ocağında yoluxucu xəstəliklər zamanı ilk tibbi yardım. Qəzalar və fəlakətlər zamanı tibbi yardım.

Suda boğulma, onun növləri. Mexaniki asfiksiya zamanı ilk yardımın texnikası. Suda batanların xilas edilmə üsulları və onlara ilk tibbi yardımın göstərilməsi. Süni tənəffüsün verilmə qaydaları. Bağırsaq infeksiyaları. Virus hepatitləri. Kəskin zəhərlənmələrdə ilk yardımın təşkili. Qida zəhərlənmələri zamanı ilk yardım tədbirləri. “Kəskin qarın” haqqında anlayış. Kəskin peritonit: əlamətləri, ilk tibbi yardım. Tetanus və qazlı qanqrena. Yanıqlar, donmalar, elektrozədələr: ilk tibbi yardım. Yaralar. Cərrahi infeksiya, antiseptika və aseptika üsulları. Desmurgiya. Sidiyin miqdarı, tərkibi və xassələri. Kateterizasiya.

Əməyin mühafizəsi.

İstehsalatda həyat fəaliyyətinin ümumi məsələləri.

İnsan fəaliyyətinin formaları, təhlükə haqqında anlayış, əmək fəaliyyətinin təmin edilməsində profilaktik tədbirlərin rolu.

İnsanın yaşayış və iş mühitində neqativ amillər.

Metroloji parametrlər və onların insan orqanizminə təsiri, onlardan mühafizə tədbirləri. Neqativ amillərin parametrlərinin ölçülməsi üçün istifadə edilən cihazlar. Komfort iş şəraiti

Təhlükəsizlik texnikası və həyat fəaliyyətinin təhlükəsizliyi (elektrik təhlükəsizliyinin təmini, texnoloji avadanlıqların istifadəsində təhlükəsizlik tədbirləri).

Qurğu, cihaz və aparatların etibarlılığının, möhkəmliyinin təhlükəsizlikdə rolu. Fərdi təhlükəsiz geyimlər, vasitələr və onların təhlükəsizlikdə rolu.

Yanğın, partlayış hadisələri və həyat fəaliyyətinin təhlükəsizliyi.

Otaqda və binada tez alovlanan və alışan maddələrin olub olmamasının tədqiqi.

Mülki müdafiə

1) Mülki müadfiə haqqında anlayış. Fövqəladə hallar və onların xarakteristikası.

Respublikamızın ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə halların xarakteristikası və onların nəticələri. Hərbi xarakterli fövqəladə halların xarakteristikası. Nüvə partlayışının səbəbləri, onun canlılara zədələyici amilləri, binalara və qurğulara dağıdıcı təsiri. İşıq şüalanması və bunun nəticəsində yanğınların baş verməsi.

Otaqda metroloji şəraitin və iş tozluğun tədqiqi. Radioaktiv zəhərlənmə zonaları, nəticələri və ionlaşdırıcı şüaların insan orqanizminə, cihaz və avadanlığa təsiri. Kimyəvi zədələnmə ocaqları və xarakteristikası. Zəhərləyici və güclü təsirli maddələr və onların insan orqanizminə təsiri. Bioloji zədələnmə ocaqları və xarakteristikası, insan orqanizminə təsiri və buna qarşı karantin və obyervasiya rejimlərinin aparılması.

Radioaktiv maddələrlə zəhərlənmə, zəhərlənmə zonasında şüalanma dozasının, zəhərləyici maddələrin dayanıqlıqlarının müəyyən edilməsi və bu zonada təhlükəsiz qalma müddəti. Fəhlələrin, qulluqçuların, əhalinin və dəstələrin şəxsi heyətinin təyini və mühafizə vasitələrində qalma müddətinin müəyyən edilməsi. Zəhərlənmə zonasında obyektlərin və texnikanın dayanıqlıqlarının müəyyən edilməsi. Radiasiya və kimyəvi kəşfiyyat haqda anlayış. Dozometrik cihazlar, onların təsnifatı, əsas xarakteristikaları və onlardan istifadə edilmə qaydaları. Tibbi xidmətin kimyəvi cihazları, təyinatı və quruluşu.

3) Fövqəladə hallarda əhalinin mühafizəsi.

Fövqəladə hallarda Mülki Müdafiənin rolu, qüvvələri, onların vəzifələri və yaradılması. Fövqəladə hallarda Dövlət sistemi və onun əsas vəzifələri. Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Mülki müdafiə mühafizə qurğuları, onların təyinatı və təsnifatı. Sığınacaqlar, onların həcmi – planlaşdırma, konstruktiv, mühəndis-texnika avadanlıqları və sığınacaqların iş rejimləri.

Sadə və radiasiya daldalanacaqları, onların mühafizə qabiliyyıətlərinin yüksəldilməsi yolları. Mühafizə qurğularının sülh dövründə saxlanılması və istifadəsi. Fövqəladə hallarda fərdi və tibbi mühafizə vasitələri, onların təsnifatı və istifadə edilməsi qaydaları. Fövqəladə hallarda obyektlərin iş fəaliyyətinin və əhalinin mühafizə rejimləri, dozometrik və kimyəvi nəzarətin təşkili.

4) Fövqəladə hallarda obyektlərin işinin dayanıqlığı (mövzuda ixtisasa uyğun yanaşma).

Fövqəladə hallarda obyektlərin iş dayanıqlığı haqda anlayış, mahiyyəti, təsir edən amillər və dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi. Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirilməsində normalar və bu normaların həyata keçirilməsi. Fövqəladə hallarda obyektlərin iş qabiliyyətinin yüksəldilməsi yolları və üsulları.

5) Fövqəladə halların nəticələrinin aradan qaldırılması (mövzuda ixtisasa uyğun yanaşma).

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları, bərpa işlərinin növləri, işlərin növbəliliyi, ardıcıllığı və mərhələlərlə aparılması.

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və vasitələr. Xilasetmə və digər təxirəsalınmaz işlərin (XvəDTİ) məqsədi, tərkibi və icrasının xüsusiyyətləri. XvəDTİ aparılmasının taktiki üsulları, istehsalat qəzaları və fəlakətlərin nəticələrinin aradan qaldırmaq üçün qüvvə və vasitələrin qruplaşdırılması. XvəDTİ icrasının xüsusiyyətləri, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini aradan qaldırarkən mülki müdafiə dəstələrinin fəaliyyətinin təmini, ərzaq və sənaye mallarının mühafizəsi və zərərsizləşdirilməsi. XəDTİ mənəvi və psixoloji hazırlığı Mühazirə 13.

6) Fövqəladə hallarda rabitə, xəbərdarlığın təşkili və həyat fəaliyyətinin təhlükəsizliyi nin təmini.

Fövqəladə hallar zamanı idarəetmə və idarəetmə məntəqələri, təyini və yerləşdirilməsi. İdarəetmənin növləri, mülki müdafiədə rabitə və xəbərdarlıq sistemləri, onların vəzifələri, təşkili prinsipləri və rabitə xəbərdarlıq vasitələri. Obyetlərdə, şəhərlərdə rabitə və xəbərdarlığın təşkili.

Xəbərdarlıq siqnallarının verilmə qaydaları, əhalinin, idarəetmə orqanlarının və qüvvələrin təşkili, planlaşdırılması, təlimin prinsiplərinin metod və formaları.

7) Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması.

Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması Mülki müdafiənin əsas vəzifələrindən biri kimi. İdarəetmə orqanlarının və qüvvələrin fövqəladə hallara hazırlığı.

Mühazirə 15.

İşləyən və işləməyən əhaliyə Mülki müdafiənin öyrədilməsinin təşkili, planlaşdırılması və öyrədilməsi. Obyektdə Mülki müdafiə üzrə hazırlıq planlarının tərtibi, obyekt mülki müdafiə rəhbərinin əmri və tədris ilində Mülki müdafiə üzrə tədbirlərin təqvim planlarının tərtibi.

Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ

prof. F.İ.Cəfərov, prof. C.H.Təqdisi, dos. İ.H.Musayev, dos.

Elmi redaktor: prof. F.Y.Talıbov

Respublikanın əməkdar müəllimi, tibb elmləri doktoru, prof. Sabir Cahan

oğlu Əliyev, dos. Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, dos. Nijad

Cəbrayıl oğlu Mikavılzadə. Tibbi biliklərin əsasları (Ali məktəblər üçün

dərslik). Bakı, 2004.

Tibbi biliklərin əsasları bütün ali məktəblərdə tədris edilən fənn proqramı

əsasında yazılmış, müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur.

Kitabda hər bir ziyalı üçün ən lazımlı tibbi biliklər aydın, sadə dildə

verilmişdir. Dərslik ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını düşünən

hər bir insan üçün çox faydalıdır.

Kitabın nəşrində köməklik göstəridiyinə görə, gözəl insan, xeyriyyəçi iş

adamı Nəbiyev Akif Musa oğluna müəlliflər öz minnətdarlığını bildirir.

downloaded from KitabYurdu.org

Azərbaycan Tibb Universitetinin Nəşriyyatı

4101000000 ATU-038 (50)

H.M. Hacıyeva, N.C.Mikayılzadə

Hər bir bioloji varlıq, o cümlədən, insan ömür boyu zədələnmələrə və

xəstəliklərə məruz qalır. Düzdür, bəzən bunlar orqanizmin öz təbii

fizioloji qüvvələri hesabına, yəni mühafizə və kompensasiya reaksiyaları

vasitəsilə aradan qaldırılır. Lakin bunlar həmişə kifayət etmir. Odur ki,

insanlar daim yeni müalicə vasitələri axtarır və mövcud olanları

təkmilləşdirirlər. Uk əvvəl xalqın təcrübəsinə əsaslanan xalq təbabəti

formalaşmışdır. Onun bazası əsasında tibb elmi yaranmışdır. Tibb elmi öz

inkişafında çox böyük nailiyyətlər qazanmışdır. Belə ki, bir çox

xəstəliklərin səbəbi aydınlaşdırılmış, infeksion xəstəliklərin törədiciləri

müəyyən edilmiş, əksər xəstəliklərin müalicəsi tapılmışdır.

Bütün elmlər kimi, tibb elminin də inkişafında digər elmlərin, xüsusən

biologiyanın, fizikanın, kimyanın, fəlsə¬fənin, sonralar isə genetikanın,

kibernetikanın və s. böyük rolu olmuşdur.

Əvvəllər tibb elminin müəyyən sahələri, ilk növbədə, terapiya və cərrahlıq

daha çox inkişaf etmişdi. Sonralar nevropatologiya, mamalıq-

ginekologiya, oftalmologiya, stomatologiya, otorinolarinqologiya kimi

müstəqil elmlər formalaşdı.

Hazırda tibbi biliklər xeyli genişlənmiş və dərinləş¬miş, buna uyğun

olaraq şaxələnmiş, bir sıra müstəqil elm¬lərə başlanğıc vermişdir.

Məsələn, terapiyadan kardiologi¬ya, pulmonologiya, qastroenterologiya

downloaded from KitabYurdu.org

elmlər ayrılmışdır. Buna müvafiq olaraq, tibb elminin müxtəlif sahələrini

dərindən öyrənmək üçün tibb mütəxəs¬sisləri də konkret sahələr üzrə

kardiocərrah, neyrocərrah, onkoloq və s.). Beləliklə, indi tibb elminin ən

müxtəlif sahələrində çalışan mütəxəssislərin böyük bir ordusu insanların

sağlamlığını qoruyur. Bununla belə insanlar öz sağlamlığını təkcə

həkimlərin, tibb işçilərinin öhdəsinə buraxa bilməzlər. Hər kəs,

minimum tibbi biliklərə yiyələnməlidir. Bu onların sağlam olması,

həyatda düzgün mövqe tutması, özünə və yoldaşına təhlükəli anlarda ilk

tibbi yardım göstərməyi bacarması üçün zəruridir. Ona görə də kitabda

hər kəsə ən vacib olan məsələlər, tibb elminin hər bir sahəsindən həyatda

daha çox lazım olan biliklər, xüsusilə orqanizmin quruluşu, xəstəlikləri,

xəstəliklər zamanı ilk yardım üsulları öz əksini tapmışdır.

Tibb elminin qısa inkişaf tarixi ilə başlanan kitab 23 fəsildən ibarədir.

Orqanizmin quruluşunu, ayrı-ayrı orqan¬ların funksiyasını bilmədən

onun sağlamlığını qorumaq çox çətindir. Odur ki, kitabda əvvəlcə

orqanizm və onun quruluşu, funksiyalarının tənzimlənməsi, mühit

amillərinin insan orqanizminə təsiri, sağlamlıq və xəstəlik haqqında

məlumat verilir, sonra isə ardıcıl surətdə orqanizmin ayrı- ayrı

sistemlərinin ən geniş yayılmış xəstəlikləri təsvir edilir, onların müalicəsi,

profilaktikası, ilk yardım göstərilməsi üsulları aydınlaşdırılır. Sonrakı

fəsillərdə ekstremal vəziy¬yətlər, immun sisteminin patologiyası (o

cümlədən, dövrün qlobal probleminə çevrilmiş QİÇS – qazanılmış immun

çatışmazlığı sindromu), infeksion xəstəliklər, şiş xəstəlik¬ləri, maddələr

mübadiləsinin pozulması ilə əlaqədar xəstəliklər, sosioloji bəla olan

zərərli vərdişlər və onlarla mübarizə yolları, xəstələrin şəxsi gigiyenası və

xəstələrə qulluq, ən çox işlənən dərmanlar və s. haqqında material verilir.

downloaded from KitabYurdu.org

Comments are closed, but trackbacks and pingbacks are open.