Press "Enter" to skip to content

Sevincli Dünya

Onun sözlərinə görə, tibbi ocaqlarına nəzarət edən qurumun icbari tibbi sığorta sisteminə daxil olmamasının elmi və praktiki əsasları kifayət qədərdir: “Səhiyyə müəssisələrinin fəaliyyətinin təşkili və onlara nəzarət sistemi həkimə, eləcə də pasiyentə təklif olunan xidmətlərin inkişafı istiqamətində bir-biri ilə pozitiv formada rəqabətə girə biləcək səviyyədə qurulmalıdır. Bu fəaliyyət bir-birinin tabeliyində yox, qarşılıqlı əməkdaşlıq şəklində təşkil edilməlidir. Məsələn, pasiyent icbari tibbi sığorta sisteminə əsasən hər hansı növ əməliyyatın qarşılığında xəstəxanaya və ya həkimə müəyyən məbləğdə pul ödəyir. Ancaq həkimin və klinikanın tabe olduğu qurum elmi cəhətdən icbari tibbi sığortanın ayırdığı məbləğin 5 il əvvəlki elmi nəticələrə əsaslanan vəsait olduğunu ortaya çıxarır. Çünki elm həmin əməliyyatın icrasının dəyişdiyini, yeniliklərin əlavə edildiyini və klinikaya da, həkimə də bu əməliyyat üçün daha çox pul ayrılmalı olduğunu sübut edir. İcbari tibbi sığorta da bunu təhlil edərək əməliyyat üçün ayrılan məbləğin qiymətini dəyişir. Bu da artıq maraqların elmi səviyyədə qorunmasına əsaslanan inkişaf olur. Ona görə də həkimin sığortaçıya tabe olmamasını bir daha vurğulayıram”. N.Abdullayev deyib ki, son on ildə xaricdə təhsil alan gənclərdən sonrakı nəsil icbari tibbi sığortanın nə demək olduğunu başa düşür: “Onlar inkişaf potensialının olduğunu bilirlər. Ona görə də hesab edirlər ki, bu günə kimi ortaya qoyulan bəzi məsələlərdə yerinə yetirilməyən çox şeylər olduğu üçün konkret icraata keçmək lazımdır. Lakin yaşlı nəslin heç birinin icbari tibbi sığorta sisteminə inamı yoxdur. Onlar icbari tibbi sığorta sisteminin verəcəyi üstünlükdən də xəbərdar deyillər. Bunu şəxsi təcrübəm də göstərir”.

İcbari tibbi sığorta: Vətəndaşlar niyə məmnun deyil? – ARAŞDIRMA

İcbari tibbi sığorta: Vətəndaşlar niyə məmnun deyil? – ARAŞDIRMA Azərbaycan regionlarında iki ildən çoxdur ki, pilot layihə kimi tətbiq edilən icbari tibbi sığorta sistemi bu il aprelin 1-dən bütün ölkə ərazisini əhatə edir. Cari il yanvarın 1-dən isə vətəndaşların əməhaqqından icbari tibbi sığorta haqları tutulur. Döv

10 Dekabr , 2021 16:18
https://static.report.az/photo/43b2788a-1ab6-3a4c-bea3-834e15963c68.jpg

Azərbaycan regionlarında iki ildən çoxdur ki, pilot layihə kimi tətbiq edilən icbari tibbi sığorta sistemi bu il aprelin 1-dən bütün ölkə ərazisini əhatə edir. Cari il yanvarın 1-dən isə vətəndaşların əməhaqqından icbari tibbi sığorta haqları tutulur. Dövlət tibb müəssisələrində göstərilən təcili tibbi yardım xidmətlərinin hər kəs üçün əlçatan və ödənişsiz olduğu bildirilir. Sığorta olunanlar da ödənişsiz olması üçün sığorta haqlarını hər ay davamlı və məcburi şəkildə ödəməlidirlər. Əks təqdirdə qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulan hallarda məsuliyyət daşımalı olacaqlar. Gələn il üçün əməkhaqqından tutulan icbari tibbi sığorta haqqının məbləğinin faiz dərəcəsi bir az da artacaq. Hazırda qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub. Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqindəki məmnuniyyət göstəricisi heç də ürəkaçan deyil. Belə ki, sosial şəbəkədə icbari tibbi sığortadan istifadə etməyə çalışan vətəndaşların şikayətləri müşahidə olunur. Kimisi onlar üçün lazımi tibbi xidmətlərin siyahıda yer almaması, kimisi isə həkimlərin qəsdən xəstəni get-gələ salıb pul qazanması üçün icbari tibbi sığortadan yayındırdıqlarını iddia edirlər. Bəzi tibbi xidmətlərdən təcili şəkildə yararlanmaq istəyən şəxslər poliklinikalardan göndəriş almağa sərf edəcəkləri vaxtı itki saydıqlarından öz büdcələrindən xərcləməyə üstünlük verirlər. Çünki vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. Görəsən, bir ilə yaxındır bütün ölkə ərazisini əhatə edən icbari tibbi sığorta sistemi niyə tam işlək deyil və bu sahədə nə kimi boşluqlar var? Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev “Report”a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqində hələ də ciddi boşluqlar və problemlər var: “Buna bu sahədə kifayət qədər təcrübəsi olan ölkələrin səhiyyə sistemi də əyani sübütdur. Halbuki beynəlxalq təcrübənin prioritet olacağı bildirilirdi. Əslində, məsələnin elmi tərəfinə baxdıqda ölkədə icbari tibbi sığortanın təşkili mexanizmində yanlışlıq olduğunu görürük. Çünki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icbari tibbi sığorta sisteminə daxil olması doğru yanaşma deyil. Ümumiyyətlə, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir-birinin tabeliyində işləməli deyil”.

Nuran Abdullayev

Onun sözlərinə görə, tibbi ocaqlarına nəzarət edən qurumun icbari tibbi sığorta sisteminə daxil olmamasının elmi və praktiki əsasları kifayət qədərdir: “Səhiyyə müəssisələrinin fəaliyyətinin təşkili və onlara nəzarət sistemi həkimə, eləcə də pasiyentə təklif olunan xidmətlərin inkişafı istiqamətində bir-biri ilə pozitiv formada rəqabətə girə biləcək səviyyədə qurulmalıdır. Bu fəaliyyət bir-birinin tabeliyində yox, qarşılıqlı əməkdaşlıq şəklində təşkil edilməlidir. Məsələn, pasiyent icbari tibbi sığorta sisteminə əsasən hər hansı növ əməliyyatın qarşılığında xəstəxanaya və ya həkimə müəyyən məbləğdə pul ödəyir. Ancaq həkimin və klinikanın tabe olduğu qurum elmi cəhətdən icbari tibbi sığortanın ayırdığı məbləğin 5 il əvvəlki elmi nəticələrə əsaslanan vəsait olduğunu ortaya çıxarır. Çünki elm həmin əməliyyatın icrasının dəyişdiyini, yeniliklərin əlavə edildiyini və klinikaya da, həkimə də bu əməliyyat üçün daha çox pul ayrılmalı olduğunu sübut edir. İcbari tibbi sığorta da bunu təhlil edərək əməliyyat üçün ayrılan məbləğin qiymətini dəyişir. Bu da artıq maraqların elmi səviyyədə qorunmasına əsaslanan inkişaf olur. Ona görə də həkimin sığortaçıya tabe olmamasını bir daha vurğulayıram”. N.Abdullayev deyib ki, son on ildə xaricdə təhsil alan gənclərdən sonrakı nəsil icbari tibbi sığortanın nə demək olduğunu başa düşür: “Onlar inkişaf potensialının olduğunu bilirlər. Ona görə də hesab edirlər ki, bu günə kimi ortaya qoyulan bəzi məsələlərdə yerinə yetirilməyən çox şeylər olduğu üçün konkret icraata keçmək lazımdır. Lakin yaşlı nəslin heç birinin icbari tibbi sığorta sisteminə inamı yoxdur. Onlar icbari tibbi sığorta sisteminin verəcəyi üstünlükdən də xəbərdar deyillər. Bunu şəxsi təcrübəm də göstərir”.

“İcbari tibbi sığorta sisteminin tətbiqindəki əsas problemlərə gəlincə, burada yüksək ixtisaslı həkimlərin malik olduqları hüquqlara və möhtəşəm həkimlik bacarıqlarına verilən qiymət xüsusi diqqət çəkir. Onların praktikada çəkdikləri əziyyətin müqabilində alacaqları məvacib yetərli deyil. Həkimlər isə icbari tibbi sığorta sistemindəki boşluqlara görə pasiyentləri özəl xəstəxanada müalicə və ya əməliyyat etməyə ciddi səy göstərirlər. Onlar xəstələrin icbari tibbi sığorta sistemi ilə gəlməməsi üçün pasiyenti fərdi qəbul etməyə üstünlük verirlər. Bu, səhiyyə etikasına görə doğru addım olmasa da, həkimləri başa düşmək lazımdır. Əgər onlar əməkləri qarşılığında kifayət qədər məvacib almırlarsa, narazılıqları olacaq. Digər məsələlər icbari tibbi sığorta sistemi yox, xəstəxanalardakı problemlərdir. Bu da icbari tibbi sığortaya dolayısı ilə təsir göstərən problemlərdir. Bu gün TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərqli şəkildə fəaliyyət göstərsə, o zaman icbari tibbi sığorta sistemindəki problemlər daha az olacaq. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərin hamısı heç də səhiyyə sistemində pasiyentə təklif ediləcək həyati vacib xidmətlərin hamısını qarşılamır. Bu da ilkin mərhələdə gözləniləndir, amma ciddi problemlərə yol açır. Ümumilikdə isə peşəkar həkimlər tərəfindən icra olunmalı xidmətlərin sayı kiyafət qədər deyil və bunun da müxtəlif səbəbləri var. Xidmətlər Zərfində yer alan xidmətlərin özü və onu icra edəcək peşəkarlıq kifayət olmadıqda vətəndaşların əvvəlki kimi səhiyyə sisteminə inamsızlığı yaranır. Düzdür, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi xəstəxanalar və tibb işçilərinə cavabdehlik daşıyan qurum olmalıdır. Ancaq bu orqan icbari tibbi sığortadan asılı olmayaraq fəaliyyət göstərməlidir. Növbəti vacib addım isə onların hər ikisinə nəzarət edən yeni sistem yaradılmalıdr. Bu sistem də yeni yaradılacaq Prezident Administrasiyasının səhiyyə məsələləri şöbəsi – Azərbaycan Respublikası Prezidentinin səhiyyə məsələləri üzrə köməkçisi üzərindən ola bilər. Həmin şöbə və şəxs də birbaşa bu işlərə nəzarət mexanizmlərini hazırlamalı və səhiyyəyə itmiş inamı bərpa etməlidir”, – həkim vurğulayıb. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli “Report”a açıqlamasında bildirib ki, əhalinin bu sahədə maarifləndirilməyə böyük ehtiyacı var: “Vətəndaşlar icbari tibbi sığorta sistemi ilə bağlı öz hüquqlarını bilmir, eləcə də tibb işçilərimizdə də boşluqlar var. Bəzi bölgələrdə səhiyyə infrasturukturunun icbari tibbi sığortaya uyğunlaşdırılmasında ləngimələr müşahidə edilir. İnanıram ki, mövcud problemlərin tədricən aradan qaldırılması qarşıdakı illərdə mümkün olacaq. Başqa problem isə xəstəxanaların və poliklinikaların optimallaşdırılması ilə əlaqəlidir. Təcili yardım xidmətinin standartlara uyğun şəkildə fəaliyyət göstərməməsi də çatışmazlıqlardan biridir. Çünki bəzən təcili yardım xidmətindən ambulator yardım üçün istifadə edilir. Bu da digər çağırışlarda gecikmələrə səbəb olur. İcbari tibbi sığortanın tətbiqində problemlərin meydana çıxmasında digər faktor koronavirus infeksiyasının meydana çıxması və səhiyyə sisteminin yükə düşməsi ilə bağlıdır.

Müşfiq Məmmədli

Deputat qeyd edib ki, Xidmətlər Zərfi bütün xidmətləri əhatə etməsi baxımından tam təkmil deyil: “Gələcəkdə dövlət proqramları istiqamətində səhiyyə sahəsinin maliyyələşdirilməsi xidmətlərin artmasına təkan verə bilər. Həyati vacib istiqamətlər üzrə xidmətlərin zərfə daxil edilməsinə ehtiyac var. Özəl xəstəxanalara axının səbəbləri sırasında bəzi xidmətlərin sırf özəl tibb müəssisələrində göstərilməsi, eləcə də insanların təcili yardımı operativ şəkildə alması ehtiyacı dayanır. Tibbi personalın hazırlıq səviyyəsi tam qanedici deyil. Bunun üçün davamlı tibbi təhsil, bacarıqlarının təkmilləşdirilməsi, gənc kadrların bölgələrə axınını təmin etmək lazımdır. Çevik işləyən tibbi personal elə də yetərli deyil. Ümid edirəm ki, zamanla bütün problemlər öz həllini tapmış olacaq”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların icbari tibbi sığorta ilə bağlı maarifləndirlməsi istiqamətində bu ilin on ayı ərzində müxtəlif vasitələrlə maarifləndirmə işləri aparılıb: “Sosial şəbəkə və müxtəlif kanallar vasitəsilə daxil olan 22 636 vətəndaş müraciəti cavablandırılıb. Bu günə qədər keçirilən maarifləndirmə tədbirlərində vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, tibb müəssisələrinə müraciətetmə qaydaları və digər mövzularda məlumatlandırılıblar. Bu ilin yanvar-oktyabr ayları ərzində bütün ölkə üzrə 3 495 907 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 18 100 421 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 14 157 075-i (78%) 18 yaşdan yuxarı, 3 943 346-sı (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib”.

Agentlikdən qeyd olunub ki, bu ay 23 şəhər və rayonda səhiyyə işçilərinin və vətəndaşların icbari tibbi sığorta sistemi ilə bağlı məmnunluğunun öyrənilməsi məqsədilə sorğu keçirilməsi nəzərdə tutulub: “Buna səbəb icbari tibbi sığortanın həmin bölgələrdə 2020-ci ildən, yəni artıq iki ilə yaxın tətbiq edilməsidir. Növbəti illərdə isə məmnunluq sorğusunun 36 şəhər və rayonda, eləcə də Bakı, Sumqayıt və Abşeronda da keçirilməsi nəzərdə tutulub”. “İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2 550 sayda tibbi xidmət göstərilir. Bura təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ilkin tibbi-sanitariya yardımı, ambulator tibbi xidmət, fizioterapiya xidməti, laboratoriya xidməti, invaziv radioloji xidmətlər (angioqrafiya), cərrahi tibbi xidmətlər daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Eyni zamanda ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həm regionlarda, həm də Bakı, Abşeron və Sumqayıt inzibati ərazi vahidlərində tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi, regionlarda olan müalicə diaqnostika mərkəzlərinin rayon və şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi həyata keçirilir.

İlk yardım və həyatı təhlükələrdən qorumaq vasitələri

Evdə uşağınızın başına bir qəza gələ bilər, həyat yoldaşınız ürəktutması yaşaya bilər, bir yol qəzasına şahid olub zərərçəkmişə yardım etməyiniz lazım ola bilər və s. Bütün bunlar rastlaşa biləcəyiniz mümkün hallardır. Bəs bu tip vəziyyətlərdə nələr etməniz lazım olduğunu bilirsinizmi? Bilirsinizmi, ilk yardımı edən adam xəstənin həyatının qurtarıcısı və davam etdirməsini təmin edən yeganə şəxsdir?

Elə bu səbəbdən də ilk yardımı edəcək olan adam sakit və həyacansız olmalı, xəstəni sakitləşdirməli, ətrafda baş verənləri nəzərdən keçirməli, öz həyatını təhlükəyə atmamalıdır. Digər şəxslərin köməyini təşkil etməli, xəstəyə ilk yardım göstərməli və xəstəxanaya aparmalıdır.

Tənəffüs yolu tutulanda nələr etməlisiniz?

İlk əvvəl insanın tənəffüs yoluna düşən cismi çıxartmaq lazımdır.
Dil arxaya qatlanıbsa, tənəffüs yolunu bağlaya bilər.
Nəfəsi dayanmış olan xəstəyə süni tənəffüs verin.
Xəstəni bərk bir yerdə uzandırın.
Çənəsini yuxarı qaldıraraq başı arxaya əyin.
Ağızdan ağıza tənəffüs edərkən burnu bağlayın.
Burundan nəfəs edəcəksinizsə, ağızı bağlayın.
Dərin bir nəfəs alın, xəstənin ağzına və ya burnuna ağzınızı tutun və xəstənin döşünün qabarmasına yetəcək gücdə nəfəs verin.

Huşunu itirmiş şəxsə nələr etməlisiniz?

Xəstə dərhal yatağa və ya düz bir yerə uzadılmalıdır.
Qalstuk, köynək yaxası kimi sıx geyimlər boşaldılmalıdır.
Ayaqlar havaya qaldırılmalıdır.
Başının altına qətiyyən yastıq qoyulmamalıdır.
Burnuna qıcıqlandırıcı qoxular tutulmalıdır.
Xəstəyə heç bir şey yedizdirmək olmaz.
Xəstəyə sillə vurmayın və ya üzünə su çiləməyin.
Özünü yaxşı hiss etməyə başladığı anda ayağa qalxmaq istəsə də, xəstəni əyləşdirməyin və ayağa qaldırmayın.
Xəstəni sərin bir yerə çıxarın.

Zəhərlənmə hallarında nələr etməlisiniz?

Zəhəri qaytarsın deyə xəstəyə çox miqdarda su içirdin.
Xəstə turşuyla zəhərlənibsə, heç bir zaman qusmağa məcbur etməyin.

Burun qanayanda nələr etməlisiniz?

Burnu qanayan adamın başını xəfifcə önə əyin, qətiyyən başını geriyə qaldırmayın.
Xəstə ağızdan nəfəs alıb verməlidir və burnunu silməməlidir.

Kəsik və qanaxma zamanı nələr etməlisiniz?

Qan sızan yaranın üzərini təmiz bezlə sıxın. Qətiyyən pambıq istifadə etməyin. Yaranın olduğu yer qol və ayaqda isə üst hissəsini və ya alt hissəsini qətiyyən sıxmayın, qolu və ya ayağı mümkün qədər hündürdə tutun. Yara üzərinə heç bir şey tətbiq etməyin. Qısa müddətdə həkimə müraciət edin.

Əl və ayaq qopmalarında nələr etməlisiniz?

Qopmuş hissəni xəstəxanaya necə çatdırmalısınız? Bu yaşanan mənzərə hər nə qədər acı da olsa, soyuqqanlı olub aşağıdakı ilk yardım qaydalarını tətbiq etməlisiniz.
Qopmuş hissəni nəm və təmiz bir bezə bükün. Təmiz torbaya qoyaraq möhkəm bağlayın. Torbanı içi buz və su ilə dolu qab və ya başqa bir plastik torba içinə yerləşdirin. Qopan hissəni qətiyyən yumayın və xəstəxanaya gedərkən yanınızda aparmağı unutmayın.

Yanıqlarda nələr etməlisiniz?

Yanıq olan hissədə hər hansı bir geyim varsa çıxardın.
Yanıq olan hissəni soyuq su ilə yuyun.
Yanıq olan hissəyə heç bir şey çəkməyin.
Xəstəni sakitləşdirmək üçün ağrıkəsici dərman verin.
Xəstəxanaya gedərkən yaranın üzərinə təmiz bir yaş dəsmal atın və ya heç bir şey qoymayın.

Elektrik vurmasında nələr etməlisiniz?

Elektrik düyməsini dərhal bağlayın və elektrik cərəyanını kəsin. Əgər bunları etmək mümkün deyilsə, xətti qoparın. Əgər elektriki kəsmək mümkün deyilsə adamı keçirici olmayan bir əşyayla elektriklə təmasdan xilas edin və bunu qətiyyən yalın əllə etməyin. Adam nəfəs ala bilmirsə, nəfəs yolunu açın, tənəffüsə nəzarət edin və adamı ayıltmağa çalışın. Adamının ovuclarında yanıq varsa, onlara 10 dəqiqə müddət ilə soyuq suya salın. Qısa zamanda ən yaxın xəstəxanaya aparın.

İnfark zamanı nələr etməlisiniz?

Nə etməniz lazım olduğunu öyrənmədən əvvəl, infarktın əlamətlərini bilmənizdə fayda var, çünki bunu bilməsəniz, xəstəyə kömək edə bilməzsiniz.
İnsanın ürəyində və kürəyində əzici bir ağrı varsa, sinəsində sıxılma kimi ağrı kürəyə, boyuna və qollara yayılırsa, tərləmə varsa, ürək bulanma, qusma varsa, nəfəs darlığı çəkirsə, huşun getməsi varsa, ani ürək və tənəffüs dayanması varsa, həmin şəxs infarkt keçirir deməkdir.


Xəstəni dərhal kürəyi üstə uzadın. Üzərindəki kəmər, qalstuk və şərf kimi sıx geyimləri boşaldın.
Tənəffüs çətinliyi varsa, başının altına yastıq qoyun və ya xəstə yarı oturur vəziyyətə gətirin. Təcili yardım xidmətinə xəbər verin.
Ürək dayanmasında ilk 3-5 dəqiqə çox kritikdir. Gecikdiyiniz halda müalicəsi mümkün olmayan beyin zədələri yarana bilər.

Gözə yad cisim batdıqda nələr etməlisiniz?

Gözə yad cisim batdıqda həmin insanın digər gözünü bağlayın və gözünün hərəkət etməməsi lazım olduğunu vurğulayın. Əks təqdirdə cisim batmış olan göz daha çox ziyan görəcəkdir.

Hər zaman ehtiyatlı davranmağı unutmayın!

Tibbi biliklərin əsasları. dəyər

tibbi bilik və sağlam həyat tərzi əsasları insanların təhlükəsiz fiziki vəziyyətinin əsas mənbələrdən biri hesab olunur. bütün arasında ictimai dəyərləri onlar ən mühüm mövqe tutur.

tibb əsasları müxtəlif anlayışlar daxildir. Məsələn, müxtəlif əhali qruplarının fiziki vəziyyətinin qorunması, təkmilləşdirilməsi, texniki və gücləndirilməsinə yönəlmiş müəyyən fəaliyyəti var. Bu fəaliyyətlər sağlamlıq kimi bir şey ilə xarakterizə olunur.

tibbi biliklərin əsasları sosial-iqtisadi, ictimai siyasətin mühüm tərkib hesab olunur. əsas qanunvericiliyə Yaxın gücləndirmək və onların fiziki vəziyyəti qorumaq hüququ adam təmin. tibbi biliklərin əsasları məqsədi davamlılığı və professional yardım general mövcudluğu xidmətlərinin qarşılıqlı birliyi ilə bir sistem təşkil edir.

profilaktik tədbirlər struktur komponenti prioritetli olaraq mütəxəssislərdir. Bundan əlavə, xeyli əhəmiyyət səhiyyə və sosial fəaliyyəti və qurğular müxtəlif əhali qruplarının fiziki vəziyyəti gücləndirilməsidir.

çox ekspertlərin fikrincə, bu mərhələdə sisteminin təkmilləşdirilməsi əsas istiqamətlərindən biri analıq və uşaqlıq, ailə planlaşdırılması, demoqrafik problemlərin həlli üçün zəruri şəraitin müdafiəsini təmin etmək üçün nəzərdə tutulur.

tibbi biliklərin əsasları əlaqədar təşkilat və qurumların fəaliyyəti üçün zəmin var. Bütün fəaliyyətlər qanun və əsasında həyata keçirilir hüquqi aktlar. nəzəriyyə və təcrübə birliyi prinsipi həyata keçirilməsi terapevtik və profilaktik profili müasir müəssisələrində elmi inkişaflar tətbiqi prosesində həyata keçirilir.

nəzəri təbiətin ən əhəmiyyətli problemləri arasında bu gün mütəxəssislər sosial Kondisioner, yolları və müxtəlif şəraitdə ictimai səhiyyə inkişaf formaları fərqlənir. Bu gün ölkədə sənayenin dövlət xarakterizə ümumiləşdirilmiş miqdarda olan dörd kateqoriyalar var. sənayesinin inkişafı sosial-iqtisadi səviyyəsi – ilk tibb, ikinci sahəsində siyasətini əks göstəriciləri var. Üçüncü kateqoriya ilə təhlükəsizlik parametrləri daxildir. dördüncü kateqoriya əhalinin fiziki vəziyyətinin göstəriciləri daxildir.

tibbi biliklərin əsasını qoyan, sənaye mənşəyi edib Rəqəmlər, bir neçə problemlər dayanır qarşısında, elm intizam kimi müəyyən edilmişdir. Onların arasında Chief müxtəlif əhali qruplarının fiziki vəziyyəti haqqında müxtəlif amillər, həyat tərzi və ətraf mühitin təsiri öyrənilməsi edir. xüsusi əhəmiyyət mənfi amillər və şərait, eləcə də vətəndaşların sağlamlıq səviyyəsini artırmaq profilaktik tədbirlərin qarşısını almaq üçün səs və elmi sübut tövsiyələr inkişaf edir. intizam əsas məqsədi qiymətləndirilməsi və əhalinin fiziki vəziyyətinə yardım və meyarlar keyfiyyətinin optimallaşdırılması hesab olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.