Press "Enter" to skip to content

Rq Fəlsəfəsi: Mənşə, Hindistan, Buddist və Çin

Əksər hallarda Asiyanın kiçik hissələrində inkişaf etmiş və minlərlə kilometrə qədər yayılmışdır. “Şərq fəlsəfəsi” ifadəsi onları ənənəvi Qərb fəlsəfəsindən ayırmaq üçün istifadə olunur və eyni ad altında yer almasına baxmayaraq, əksər vaxt aralarında çox ümumi bir şey yoxdur.

Təbiət

«Təbiət» anlayışı bir sıra mənalarda işlədilir. Bəzi lüğətlərdə təbiət– canlı, təbii kainat, bütün dünya, görünən hər şey, 5 hiss üzvünün qəbul etdiyi nə varsa mənasında şərh olunur. Sadələşdirilmiş şəkildə geniş formada yayılmış təbiət anlayışı altında bizim dünya, yer və onun üzərində yaradılan hər şey başa düşülürdü. Lakin hazırda bu anlayışın tərifləri də müəyyənləşdirilməkdədir. Ancaq hər dəfə bu tərifə müxtəlif əlamətlər və cizgilər əlavə olunmaqdadır. Yəni təriflərin sayı az deyildir. Onlardan birində təbiətə münasibət dedikdə məskun olunan yerə münasibət kimi başa düşülürdü. Digərində isə təbiətə münasibət dedikdə, bu, təbiətin insan fəaliyyətinin və elmi idrakın obyektinə çevrilməsi kimi şərh olunur.
Ümumiyyətlə, «təbiət» sözü geniş və məhdud mənada işlədilir. Geniş mənada təbiət dedikdə, varlıq, kainat, hərəkətdə olan materiyanın bütün rəngarənglikləri, onun çox saylı vəziyyətləri və xassələri anlaşılır. Bu zaman təbiət cəmiyyəti də özünə daxil edir. Lakin digər nöqteyi– nəzərə görə, təbiət dedikdə, cəmiyyət və onun yaratdıqlarının onsuz mövcud ola bilmədikləri başa düşülür. Təbiət maddi obyekt kimi, inkişaf edən orqanizm kimi, mürəkkəb struktura malikdir. Təbiətin əsasını elementar hissəciklər və sahə təşkil edir ki, onlar da öz növbəsində kosmik aləmi, kainatı yaradırlar. Elementar hissəciklərdən atomlar formalaşır onlardan da kimyəvi elementlər təşkil olunur. Rus kimyaçısı D.İ.Mendeleyev özünün kimyəvi elementlərin dövrü qanununu kəşf etmişdir ki, bu da elmdə böyük hadisə hesab olunur. Mendeleyevin kəşf etdiyi qanun hər bir elementdə əks xassələrin vəhdətini göstərir. Və hər bir elementin vəhdətdə yerini müəyyənləşdirir.
Kosmik məkan nəhəng kütlələr və enerji ilə zəngindir. Bura Qalaktikanı təşkil edən ulduzlar və planetlər daxildir. Öz növbəsin­də ucsuz– bucaqsız kosmik ənginliklərdə hərəkət edən qalaktikalar da metaqalaktikanı təşkil edir. Metaqalaktikalar hüdudunda təbiət özünə məxsus quruluşu ilə fərqlənir. Təbiət strukturunun mühüm əlaməti onun daim hərəkətdə olması, dəyişkənliyi, zamanın hər anında dönə– dönə dəyişkən, əvvəlki tarazlıq vəziyyətinə heç vaxt qayıtmaması ilə bağlıdır. Görkəmli rus alimi V.N.Vernadski təbiə­tin bu quruluşunu təşkil olmaq anlayışı ilə ifadə etmişdi. Planetlərin təkamülü üzvi aləmin əmələ gəlməsinə və canlı varlıqların yaran­masına gətirib çıxartmışdır.
Təbiətə bu cür baxışın formalaşması insanın onu uzun müd­dət ərzində öyrənməsi sayəsində mümkün olmuşdur. Təbiət haq­qında ilk fikirlər qədim mədəniyyət abidələrində əks olunmuşdur. Həmin mədəniyyət abidələri içərisində mühüm yeri mifologiya tutur. Mifopoetik dünyagörüşündə mərkəzi yer kosmoqonik miflərə və təsəvvürlərə verilir. Orada kainatın məkan– zaman parametrləri, daha aydın desək, insanın mövcudluğunun kosmik şəraiti təsvir olunmuşdur. Əlbəttə həmin təsəvvürləri yaradan insanların primi­tivli­yinə qiymət verərkən çox da ciddi olmaq, müasir təfəkkür baxımından aləmin təsvirinə tələblər qoymaq düzgün olmazdı. Həmin təsvirlər zəmanəsinin məhsulu olub, əcdadlarımızın, dün­yanın və insanın varlığının dərk edilməsinin zəif imkanlarını əks etdirmişdir.
Mifoloji baxışlara görə təbiətin (makrokosm)və insanın (mik­rokosm) əlaqəsinin mövcudluğu, bir qayda olaraq vəhdət kimi qə­bul edilmişdir. Bu cür əlaqə belə bir müddəaya əsaslanırdı ki, insan dünya elementlərindən yaradılmış və kainat ilk insanın bədənində meydana gəlmişdir. Ona görə də kainatın bənzəri olan insan ancaq kosmoloji sxemin elementlərindən biridir. Bununla bərabər kos­mo­lo­ji prinsiplər eyniylə sosial sahəyə (mezakozm) keçirilir. Kosmosa antroposentrist baxış oraya insan həyatının məskəni kimi də baxır. Bu prinsiplər təbiətin yaranması, xüsusilə insanın yaranmasının müxtəlif mifoloji variantlarının əsasını təşkil etmişdir. Onlara müvafiq olaraq insanların təbiətlə münasibəti allahlar vasitəsilə mümkün idi. Allahlar isə, öz növbəsində, insanların ən müqəddəs və intim tələblərini yerinə yetirməkdə sərbəst olmuşlar. Məsələn, insanın təbiətlə mifoloji münasibətləri haqqında qiymətləri qədim dini kitabların əksəriyyətində tapmaq mümkündür. Qədim insanlar su və çay allahları, məhsuldarlıq və s allahlara etiqad edirdilər həmin etiqadlardan məlum olur ki, allahların iradəsindən təkcə təbii şəraiti deyil, sosial həyatın reqlamenti də asılı olmuşdur. Hər bir xalq özünün allahlarını yaratmış, özlərinin həyat şəraitinə, təlabatlarına uyğun gələn xüsusiyyətləri də allahlara aid etmişdir.
Beləliklə, qədim mifologiyada insanın təbiətlə əlaqəsindən söhbət getsə də bu münasibət birtərəfli asılılıq münasibətləri ol­muşdur. İnsan özünün təbiətlə vəhdətini hiss edirdi. Lakin, bununla yanaşı o, onun həyatının tamamilə allahların ixtiyarında olması bilgisindən kənara çıxa bilməmişdi. Ona görə də təbiətə ən böyük hörmət təbiətin bu və ya digər qüvvəsini təcəssüm etdirən allahlara kor-koranə etiqada gətirib çıxarmışdı. Həmin etiqad ritual və mə­rasimlərdə əksini tapmış, əsrlər boyu öz mövcudluğunu saxlaya bil­mişdir. Onların təsirlərinin qalıqlarının indinin özündə belə mə­də­niyyətin bu və ya başqa növündə saxlandığını görürük. Görünür, mi­fologiya hələ uzun müddət mədəniyyətin inkişafına öz təsirini gös­tərəcəkdir. Təsadüfi deyildir ki, keçmiş dövrlərin müəyyən ob­raz­la­rının bərpasında incəsənət indi də mifologiyadan geniş istifadə edir.
Sonrakı dövrlərdə təbiətə olan baxışlar natur– fəlsəfi xarakter daşımışdır. Natur–fəlsəfə təbiətşünaslığın hazırladığı anlayışlara əsas­­lanaraq təbiətin abstrakt təhlili (ona bütövlükdə baxan) ilə əlaqədar olmuşdur. Naturfəlsəfənin böyük təsir göstərdiyi antik döv­r­­dən başlayaraq həmin təlimin rolu tarixən dəyişmişdir. Elmin obyektiv inkişaf məntiqi ilə müəyyənləşdirilən mütərəqqi mövqe­lərini itirən naturfəlsəfə tədricən təbiətin və sosial münasibətlərin ziddiyyətli obyektlərinin dərk edilməsinə mane olan amilə çevrilmş­dir.
Antik filosofların yaradıcılığında kainatın quruluşu haqqında dahiyanə fikirlər az deyildir. Onlar təbiət anlayışı dedikdə, insan­ların iradəsindən, sosial istəklərindən asılı olmayaraq mövcud olan reallığı nəzərdə tuturdular. Onlara görə, təbiət yaranmanın dünya prosesidir. Yunan dilindən (fyusis) təbiət sözünün tərcüməsi də dün­yaya gətirmək, yetişdirmək, doğurmaq, yaratmaq, böyütmək mə­nasını verir. Aristotel təbiət dedikdə, ilk materiyanı başa dü­şür­dü. Həmin ilk materiya özündə hərəkəti və hər cür dəyişikliyi birləşdirir.
Ümumiyyətlə, qədim insanlar ilkin əsası axtarmaqla məşğul idilər. Məsələn, Falesə görə, ulduzlar da Yer kimi eyni material­dan­dır. Anaksimandr təsdiq edirdi ki, dünyalar yaranır və məhv olur. Anaksaqor heliosentrik sistemin ilk tərəfdarlarından biri olmuşdur. Qədim yunanlar üçün su, od, hava təkcə həyatın başlanğıcını tə­cəssüm etdirmirdi, eyni zamanda ilahi statusa malik idi.
Təbiətə baxışların formalaşdığı ilk dövrlərdə o bütöv varlıq kimi qavranılırdı. Bu baxımdan Heraklitin baxışları maraq doğurur. Təbiətin dərk edilməsi onun üzərindən sirr pərdəsinin gö­türülməsini nəzərdə tuturdu. Əslində təbiət qüvvələrinin antropo­morflaş­masına meyl olmuşdur. Təsadüfi deyildir ki, dilimizdə «ana– təbiət», «təbiətin ruhu» («qəlbi»), «təbiətin qüvvələri», yaxud tə­biətin kor qüvvələri» ifadələri indi də işlədilməkdədir. İnsanın təbiətlə vəhdəti dünya mədəniyyətində, xüsusilə poeziyada öz geniş əksini tapmışdır.
Xristian dünyagörüşü Ptolemeyin təliminə əsaslanaraq, yeri Kainatın mərkəzi hesab edirdi. Təbiət haqqında XV– XVIII əsr adamlarının təsəvvürləri panteizmin təsiri altında olmuşdur. Pan­teizmdə allahla təbiət bir– birinin içərisində əridilir, vəhdətdə gö­türülürdü. Ptolomey sisteminin dağıdılması Kopernikin nəzəriyyəsi ilə əlaqədar olmuşdur. Böyük polyak aliminin fikrincə, Yer, digər planetlərlə birlikdə, Günəş ətrafında fırlanır.
Bununla yanaşı ilk dəfə olaraq insanın kainatda yeri müəy­yənləşdirilirdi.
Teleskopun kəşf edilməsi Qalileyə imkan vermişdir ki, belə bir nəticə çıxarsın; bütün planetlər bir sıra münasibətlərdə Yerə oxşar səma cisimləridir. Təbiətin dərk edilməsi iki sahəni– kainatı və ayrıca olaraq Yeri öyrənən elmi tədqiqat sahəsini yaradır.

b) Təbiət «yaşayış məskənidir»

Yerin təbii xassələrinin tədqiq edilməsi təkcə idraki maraqla əlaqədar deyildir. Planet elə bir obyektdir ki, burada həyat üçün hər şey vardır. Yer insanın özünün sığınacağı olmuşdur. İnsan digər planetlərdə həyatın mövcudluğu haqqında hansı xəyallara dalırsa– dalsın, yerin cazibə qüvvəsi onu özünə daha çox cəlb etmiş və yaşayış uğrunda mübarizəyə öyrətmişdir. Nəticədə əcdadlarının təbiətin bəzi qüvvələri qarşısında aciz qalmasına baxmayaraq, son əsrlərin adamları həmin təbiət qüvvələrini cilovlamağa çalışmışlar. Əlbəttə təbiəti özünə tabe etdirməkdən ötrü insan gərək onu dərindən– dərinə öyrənsin. Elmi nailiyyətlərin sayəsində Yerin təbiəti haqqında insanlara çox şey məlum olsa belə, yer hələ də bir çox sirlərini özündə saxlamaqdadır. İndinin özünə qədər insan təbiətin bir sıra dağıdıcı enerji mənbələrindən: zəlzələ, vulkan, daşqın, sürüşmələr, quraqlıq və s. sığorta edilməmişdir.
Yer Günəş sisteminin planetidir. Uzun illərdir ki, astronom– alimlər inadla yerə oxşar ulduz sistemləri axtarırlar. Elmdə bu sahə qalaktikadan kənar astronomiya adlanır. Alimlərin hesablamasına görə, Günəş planetlər ailəsi ilə birlikdə təqribən 5 milyard ildir ki, mövcuddur. Günəşin vəziyyəti bəşəriyyətin həyatı üçün həlledici əhəmiyyətə malikdir.
Ümumiyyətlə Günəş sisteminin mənşəyi məsələsi, mürəkkəb elmi problem kimi, müxtəlif kosmoqonik hipotezlərin yaranmasının mənbəyi olmuşdur. Hər şeydən əvvəl, təbii elmi təsəvvürlərə əsasla­nan alimlər, eyni zamanda, müəyyən fəlsəfi ideyalardan da bəhrə­lənmişdir. Təsadüfi deyildir ki, hələ indiyə qədər Kant– Laplasın kosmoqonik hipotezi öz əhəmiyyətini saxlamaqdadır. Kant və Laplasın baxışları bir sıra məsələlərdə bir– birindən köklü surətdə fərqlənir. Kant soyuq toz dumanlıqlarının təkamül və inkişafı nəti­cəsində mərkəzi kütlə cisimlərinin, gələcək Günəşin və sonra isə ulduzların yaranmasını irəli sürürdü. Laplas isə ilkin yaranışı ol­duqca qızmar qaz dumanlıqları kimi təsəvvür edirdi. Onlar tez– tez sürətlə çevrilmək imkanına malik olmuşlar. Müxtəlif yanaşmanın bu cür ümumi ideyası belə bir təsəvvürdən ibarət idi ki, Günəş sis­te­mi ilkin dumanlıqların qanunauyğun inkişafının nəticəsi olmuşdur.
Sonrakı dövrlərdə fizikanın müxtəlif sahələrinin nailiyyətləri, xüsusilə elektrodinamikanın uğurları sayəsində alimlər Kant– Lap­las hipotezinin mexaniki məhdudluğunu aradan qaldırmışlar. Ha­zır­da bu məsələlər bir çox elmlər tərəfindən kompleks öyrənilir. Artıq digər planetlərdə həyatın olması haqqında da hipotezlər yaranır və inkişaf edir, əqli həyata kosmik amil kimi baxılır.
Tədqiqatçıların fikrincə, Yerdə canlı maddi varlıqların əmələ gəlməsindən çox– çox əvvəl atmosferin kimyəvi tərkibi uzun və mü­rəkkəb təkamülə uğramışdır. Nəticədə üzvi molekullar yaranmışdır ki, onlar da, öz növbəsində, canlı maddi varlıqların meydana gəlməsinin ilk «kərpicləri» rolunu oynamışdır. Yerin ilkin atmosferi əsasən hidrogenin ən sadə birləşmələrindən– H2, H2O, NH, CH3 ibarət olmuşdur. Bu zaman təsirsiz helium və neon qazları çox olmuşdur. Yerin müasir atmosferinin formalaşması üçün xeyli vaxt lazım gəlmişdir. Yer atmosferinin oksigenlə təmin olunmasında bitkilərin fotosintezi həlledici rol oynamışdır.
Alimlərin hesablamasına görə, Yer qabığının yaşı 4,5 milyard ildir. Müvafiq rəqəmlərə əsaslansaq, deməliyik ki, artıq 3,5 milyard il əvvəl yer atmosferi oksigenlə zəngin olmuşdur. Ən qədim canlı bitkilərin yaşı 3,2 milyard ildir.
İnsanı əhatə edən mühit, eləcə də yerin təbiəti haqqında tə­səv­vürlərin formalaşması biosfer haqqında təlimin yaradılmasına gə­ti­rib çıxartmışdır. Bu təlim bir sıra təbiətşünasların fəaliyyəti sa­yə­sin­də yaranmışdır. «Biosfer» terminini ilk dəfə olaraq J.B.La­mark iş­lət­mişdir. Avstriya alimi E.Zyuse XIX əsrin son rübündə hə­m­in terminə geoloji məna vermişdir. Biosferi o, canlı orqanizmlərin məs­kun olduğu yer, yaxud da həyatın mövcud olduğu yer kimi başa dü­şürdü. Biosfer təlimini özünün xüsusi nəzəriyyəsi ilə zəngin­ləş­di­rən böyük rus alimi, təbiətşünası V.İ.Vernadski (1863– 1945) olmuşdur.
1926– cı ildə V.İ.Vernadski «Biosfer» adlı kitabını yazmışdır. Biosferə çoxlu təriflər verilsə də Vernadskinin tərifi onların içərisində xüsusi yer tutur. O, biosfer dedikdə canlı orqanizmlərin yaşadığı yer örtüyünü nəzərdə tuturdu.
Biosfer haqqında müasir təsəvvürlər bəşəriyyətin ətraf mühit və onu əhatə edən dünyanı dərk etməsi səviyyəsini əks etdirir. Alimlərin fikrincə, bu anlayış Yerin təbiətinin dərin mahiyyətini onun müəyyən məkanında daha geniş və tam əks etdirir. Bu təbiətin ən spesifik xarakteristikası– həyatdır.
Biosferin yuxarı və aşağı hüdudları haqqında hamı tərəfindən qəbul edilən təsəvvürlər hələ də yoxdur. Geofizik raketlərin köməyi ilə 48 km– dən 85 km– ə qədər yüksəklikdəki məsafədən götürülmüş hava nümunələrində mikroorqanizmlərə rast gəlmək mümkün olmuşdur. Yer səthində 20 km yüksəklikdə olan hüdud ən yüksək sabit hüdud hesab olunur. Həyatın sabitliyinin aşağı hüdudu 4– 5 km, dərinlikdə götürülür. Göstərilən hüdudlardan canlı maddi şeylərin təbii proseslərə təsiri hiss olunur.
Biosfer haqqında təlim köklü şəkildə biologiyadan fərqlənir. O, təlimdə canlı orqanizmlərə tam, vahid və canlı maddi şey kimi baxılır. Öz, kütləsinə görə canlı maddi şeylər Biosferdə olduqca azdır, təsirinə görə isə nəhəngdir. Belə hesab edirlər ki, Mendeleyev cədvəlində bütün atomlar öz tarixində (geoloji zamanda) canlı maddi şeylərin mövcudluğu Yerin qeyri– adi unikallığı, özü də təkcə Günəş sistemində deyil, həm də bütövlükdə kainatın unikallığı haqında danışmağa bizi məcbur edir. Bu gün üçün biosferin dəqiq çəkisi və həcmini müəyyənləşdirmək olduqca çətindir. Lakin əldə edilmiş elmi nəticələrə əsasən demək olar ki, biosferin təxminən çəkisi Yerin çəkisinin 0,05%– ni, həcmi isə Yerin həcmindən 0,04%– ni təşkil edir. Biosferdə üç sahəni: kontinental, okean və keçici sahələri bir– birindən fərqləndirmək lazımdır. Kontinental sahə 149 min kv.km. (29,2%), o cümlədən quru hissəsi 133 min kv.km. (65,3%) təşkil edir. Keçici sahə 28 mln. kv. km. (5,5%)– dir. Yerin biokütləsi 2,423×1012 ton çəkisində hesab edilir.
Yerdə təqribən 2– 3 mln. orqanizm növü və 500000 bitki növü mövcuddur.
Həşəratların sayının 1 milyona çatdığı üçün, çox vaxt yaşadığımız dövrü həşəratların geoloji hökmranlığı dövrü hesab edirlər.
Ümumi və olduqca qısa şəkildə təbiətin xarakteristikası haq­qında məlumatımız bu qədərdir. Bu xarakteristikada insanın həyat və fəaliyyəti yalnız həmin təbiətdə mümkündür. cəmiyyətin yaran­ması təbiətin inkişafında prinsipcə yeni istiqamətlərin meydana çıx­masına gətirib çıxarmışdır. Biosfer əsasında formalaşan cəmiyyətin özü təbiətin bir hissəsini təşkil edir. Bəzən isə ona qarşı çıxan hissəsinə çevrilir.

c) İnsan təbiətin bir hissəsidir

Dərk edilmiş tarixinin ilk günündən etibarən insan özünün təbii mənbələri, təbiətlə (daha geniş şəkildə kosmosla) əlaqəsi və münasibəti haqqında düşünməyə balamışdır. Bütün bu məsələlərə eyni mənalı cavab vermək mümkün deyildir. Özü haqqında, onu əhatə edən mühit haqqında, həmin təbii sistemlə özünün yeri haqqında biliklər artdıqca, insan təbiətlə münasibətin xarakterinə baxışını dəyişdirməyə başlamışdır. Tarixə müraciət etdikdə həmin baxışların dəyişməsi gedişini izləmək mümkündür.
İnsanın təbiətlə real münasibətləri şəhadət verir ki, insan təbiət üzərində nə qədər yüksəlməyə cəhd etməsinə baxmayaraq, obyektiv olaraq həmin şəraitdən asılı qalır. Ayrı– ayrı hallarda ola bilər ki, mövcud vəziyyət insanı öz niyyətlərindən əl çəkməyə məcbur etsə də, insan asılılıq faktını şüurlu olaraq inkar etməyə qadir deyildir. Mövcud təbiət– insan münasibətlərinin xarakteri ənənəvi olaraq fəlsəfənin diqqətinin predmetini təşkil edir. Nəticədə fəlsəfə ontoloji təsvir və qnoseoloji izah imkanlarından istifadə edərək təbiətin sturukturunun az– çox ümumi prinsiplərini və insanın özünün quruluşunu aydınlaşdırır.
Praktiki təcrübənin artması, idrakın rüşeymlərinin forma­laşması müxtəlif dərəcədə insan və təbiətin qarşılıqlı münasibətləri haqqında real təsəvvürlərə yaxınlaşmaq imkanı verirdi.
Qədim yunanların fəlsəfəsi insan aləmi fenomeni və təbiətinin bütöv halında dərk edilməsi sahəsində xeyli irəliləmişdi.
Kosmosdan (büövlükə Kainatdan) fərqli olaraq antik filo­soflar insanın məskən saldığı dünyanı oykumena adlandırırdılar. Bu­nunla yanaşı insan dünyasının vəhdəti coğrafi təsəvvürlərlə məhdudlaşdırılırdı, o, hələ tarixi dərk etmədən uzaq idi. Sonralar Ellin dövründə bu qüsur aradan qaldırılmışdır. Artıq stoiklərə dünya ideyası tarixi bütöv vəhdətdə görünürdü. Təsadüfi deyildir ki, elllinizm oykumenist tarixi ideyasını formulə etmişdir.
Roma fəlsəfəsi və tarixi, qədim yunan tarixçisi Polibidən (b. er. əv.207– 126) başlayaraq, insanı imkanlarına görə məhdudlaş­dırır, daha böyük yeri taleyə verir. Onların fikrincə, Tale insan həyatının hakimidir və onun gələcəyini müəyyən edir. Bütövlükdə artıq yunan– roma fəlsəfəsi üçün humanizmə meyl güclənirdi. Bu ideya isə insanı ağıllı heyvan kimi irəli sürürdü. İnsanın təbiətin bir hissəsi kimi anlaşılması onun «yerdəki» tələbatlarının maneəsiz ödənilməsini tələb edirdi. Bu isə sonralar humanist ideologiyanın daha çox inkişaf etmiş maddəsinə çevrilmişdir.
Mənəvi və sosial– siyasi həyatın digər sahələri kimi, insan və təbiətin qarşılıqlı münasibəti problemi xristianlığın güclü təsirinə məruz qalmışdır. Xristianlıq birincisi, insanın təbiəti haqqındakı təsəvvürlərə tənqidi baxışı və ikincisi, tarixi inkişafın əsaında duran əbədi mahiyyətlər haqqında substansion metafizik fəlsəfəsi ideyasına tənqidi baxışı formalaşmışdır.
Əlbəttə orta əsrlər və intibah fəlsəfəsinin təbiət– cəmiyyət– insan münasibətləri haqqındakı baxışlarını nəzərdən keçirməyə imkanımız olmadığından, bəzi cəhətləri qeyd etməklə kifayətlənirik. Onu nəzərə çatdıraq ki, fəlsəfə tarixində az– çox xidməti olan hər bir filosof insan və təbiətin qarşılıqlı münasibətinə dair öz fikrini bildirmədən keçinməmişdir. Təbiətin təntənəli şəkildə ilahiləş­diril­məsi öz yerini insanın qarşısında poetik təzimə vermişdir. Tanınmış italyan mütəfəkkiri Vikonun (1668– 1744) fikrincə, poeziya insan əqlinin inkişafı ilə əlaqədar olaraq yenidən nəsr ilə əvəz olunur. Barbarların poeziyası Homerin və Dantenin poeziyası adamların praktiki maraqlarını ödəyə bilmir. İnsanın təbiətlə qarşılıqlı əlaqəsi problemi maarifçilik təliminin nümayəndələrinin diqqətini daha çox cəlb etmişdir. Bu məsələnin şərhində c.Lokk, Volter. J.J.Russo, P.Holbax, Helvetsi, Herder, Höte və başqalarının xidməti böyükdür. Bir sıra hallarda bizə gəlib çatan konsepsiyalarda insanın daxili təbiətinin mahiyyətinin açılmasına daha geniş yer verilirdi. Fransız maarifçi filosofu Şarl Monteskyenin (1689– 1755) təlimində insana təbiətin bir hissəsi kimi baxılır, həyatın rəngarəngliyi isə xarici mühitin şəraiti ilə izah edilirdi. Onun fikrincə, hər bir sosial inkişaf vahid və dəyişməz mahiyyətin– insan təbiətinin müxtəlif qıcıqlandırıcılara reaksiyasıdır. Monteskye elm tarixində sosiolo­giya­da coğrafi məktəbin banilərindən biri kimi tanınır. O, təkcə xarici mühitin ayrı– ayrı fərdlərə təsirini öyrənməklə qalmamış, eyni zamanda təbii şəraitin adamların bütün həyat tərzinə, dövlət hakimiyyəti formalarına və qanunvericiliyə də həlledici təsir göstərdiyini irəli sürmüşdür. Bu cür ifratçılıq insan və sivilizasiyanın qarşılıqlı münasibətləri haqqında səhv baxışların yaranmasına gətirib çıxarmışdır. Yəni coğrafi amillərin rolu çox şişirdilmişdir.
İnsan və təbiətin qarşılıqlı münasibətlərin problemlərinin iş­lən­məsi alman klassik fəlsəfəsində yeni səviyyəyə yüksəlmişdir. İn­san həyatının ətraf aləmlə sıx əlaqəsi alman maarifçiliyinin ən gör­kəmli nümayəndəsi Herderin (1744–1803) yaradıcılığında tap­mışdır. «Bəşəriyyətin tarixi fəlsəfəsinə dair ideyalar» adlı əsərində Herder, Monteskye, Didro, Lessinq və digər maarifçilərin təsiri al­tın­da ol­du­ğunu hiss etdirmişdir. Onun üçün dünya vahid, daim, fasiləsiz inkişaf edən bütöv bir orqanizmdir. Herder cəmiyyətin ta­ri­xini tə­biətin tarixi ilə əlaqələndirir. Onun fikirləri Russonun (1712– 1778) ideyalarına qəti şəkildə zidd gəlir. Russoya görə, bəşəriyyətin ta­rixi yanılmalar, səhvlər tarixidir və təbiətlə barışmaz zidiy­yət­dədir.
Məlum olduğu kimi, İ.Kant Herderin kitabının nəşrini müsbət qiymətləndirmişdir. Lakin Herder öz əsərində Kantı da tənqid etdiyindən O, müəllifin bəzi müddəalarına tənqidi cavab vermişdir. Herder insanın təbiətlə münasibətini şişirdir, onun sosial münasibətlərə, xüsusilə dövlət ukladına qarşı qoyurdu. Kant hesab edirdi ki, ancaq göstəricisi hüquqi anlayışlarla qaydaya salınan dövlət konstitusiyası əsasında fasiləsiz genişlənən fəaliyyət və inkişaf edən mədəniyyət insan və təbiətin qarşılıqlı əlaqələrinin əsasında dura bilər. Real həyat idealını ilahi Haiti adasının şəffaf xoşbəxtlik mənzərəsi ilə əvəz etmək olmaz (Haiti də adamlar sivilizasiyalı dünya ilə kontakt yaratmadan 100 illərlə bir müddətdə ömür sü­rürdülər). Kant bu nümunəyə dəfələrlə müraciət edib. Bu cür pano­ramı təsvir edərək Kant təbii olaraq belə bir sual verirdi: Görəsən həmin adamların mövcudluğuna ehtiyac vardırmı? Həmin adamları xoşbəxt qoyunlarla əvəz etmək olarmı.
Alman klassik idealizminin ən görkəmli nümayəndələrindən biri olan İohan Fixte (1762– 1814) «İnsanın təyinatı» adlı əsərində qeyd edirdi ki, «təbiət bütün hissələri öz aralarında əlaqəli olan bir tamı, bütövü təmsil edir». Onun fikrincə, insan isə təbiətin bütün qüvvələrinin xüsusi təzahürü və onların birləşməsinin göstəricisidir. Bu cür insan özünə və təbiətə təqdim etdiyi bir həyatı yaşayır və düşünür ki, nə vaxtsa ona təbiət qüvvələri üzərində hökmranlıq etmək qismət olacaqdır. Fixte belə hesab edirdi ki, insan onu yara­dan­ların iradəsindən asılı olmayaraq, təkcə özünün mövcudluğu faktı ilə, öz növbəsində, təbiətə təsir göstərər və onda yeni fəaliyyət prinsipi rolunda çıxış edə bilər.
Lakin Fixte paradoksal və pessimist bir nəticə çıxarır. «Təbiət deyil, azadlığın özü insan həyatında dəhşətli surətdə pozğunluq yaradır; insanın ən qəti düşməni insanın özüdür».
Biz bu cür faciəvi nəqşlərlə bəzədilən sonluqlarla razılaşa bil­mərik. Doğrudur, biz hələ insanla təbiət arasında optimal qarşı­lıq­lı münasibətlərin yaradılması fikrini sübut etmək dövründən çox uzağıq. Elmi fəlsəfə həmin məsələnin həllinin metodoloji istiqamə­tini müəyyənləşdirir, təbii varlığın və sosial inkişafın bütün amil­lərinin hər tərəfli dərkinin zərurətindən çıxış edir. Onun xüsusi metodları həmişə əlaqədə onun predmeti ilə məhdudlaşdırılmışdır. Təbiətdəki proseslərin konkret təhlili insanın formalaşması məsələsi həm təbii, həm də ictimai elmlərin köməyi ilə həyata keçirilməlidir. Onların nəticələri müvafiq imkanlarla müəyyən edilir və metodoloji vasitələrlə, təminatla tədqiqatın eksperimental və nəzəri səviyyəsi ilə, mütəxəssislərin mövcudluğu, maddi təminat və s. ilə yanaşı, sosial sifarişlərdən də asılı olur. Elmi idrakın obyektiv çətinlikləri nəzərə alınmalıdır. Çox vaxt praktik sahədə nəticələr elmdə tezliklə alınmır.
Təbiətin təbii– elmi dərki məsələsini ilk dəfə fransız alimi Dekart qoymuşdur. Onun əldə etdiyi nəticələr insanı dünyadakı yeri və ruhu haqqında düşünməyə məcbur edir. B.Paskal (1623– 1662) belə düşünürdü ki, hüdudsuz məkanlar insana və onun taleyinə biganədir.
Kosmosun qavranılması antik dövr və orta əsrlərdən fərqli olaraq dəyişilmişdir. İnsan özünü kosmosun ieararxik təşkilinin üzvi hissəsi hesab etməkdən əl çəkmişdir. Nəticədə insan təbiətlə üzbəüz, təkbətək qalmışdır. O, aydın hiss edirdi ki, onun həyat ritmi təbiətin həyat ritmi ilə heç də razılaşdırılmır. Bütün bunlar Paskaldan sonra XVIII əsr filosoflarını da dərindən düşündürmüşdür. Əslində həmin dövr alimlərinə insanın təbiətlə əlaqəsi, insan təbiətinin özünün tarixi inkişafı ilə şərtləndiyi tam şəkildə aydın olmamışdır. Lakin ayrı– ayrı filosoflar bu faktı başa düşür, qəbul edir və nəzəriyyədə bəzi müddəalarla çıxış edirdilər. Məsələn, ingilis filosofu Frensis Bekon təsdiq edirdi ki, təbiət haqqında biliklərin dərinləşməsi onun üzərində hakimiyyətimizin güclənməsinə gətirib çıxarır. Lakin, digər tərəfdən, əgər subyektiv idealist Berklinin terminologiyası ilə desək, insan fikri deyil, allahın yaradıcılığı təbiəti necə varsa elə də edir və biz idrakımız gedişində yeni olan heç nə yaratmırıq, ancaq allahın fikrini elə bil təzədən yaradırıq. Bu və buna bənzər konsepsiyalarda fəlsəfənin zəifliyi və qüsurları üzə çıxır. Onların nümayəndləri insan təbiətinin xüsusi tarixini anlamaq imkanını əldən vermiş, bir sözlə, insan indinin özündə də fəlsəfədə insan və təbiətin qarşılıqlı müna­sibətini əks etdirən iki ifrat konsepsiya mövcuddur. Bir tərəfindən, insanın dünyada təsadüfiliyi ideyası, ikinci tərəfdən, təbiətin inkişafının məqsədi kimi insanın teleoloji traktovkası mövcuddur. İn­sa­nın təbiətə qarşı mütləq qoyuluşu tendensiyasını aradan qaldır­maq cəhdi, eləcə də insanın mahiyyətinin bioloji şərhində tə­zahür edən insanla təbiətin eyniləşdirilməsi xətti və təbiətin antropofor­mizə edilməsi marksist fəlsəfəsində özünü göstərmişdir.
Təbiətin övladı olan insan öz rəngarəngliyi ilə onun hissi həyatını müəyyənləşdirən təbiətin qanunları əsasında formalaş­mış­dır. Təbiət nəinki insandan kənarda, eyni zamanda insanın özündə mövcuddur. İnsan və təbiətin tarixən inkişaf edən vəhdəti maddi istehsalda ifadə olunur. Elə burada da təbiətlə cəmiyyət arasındakı ziddiyyətlər daha bariz şəkildə üzə çıxır. Əlbəttə burada iki sırf ifratçılıqdın qaçmaq lazımdır. Onlardan birincisi, bütün günahları təbiətlə münasibətini düzgün qurmağa qadir olmayan insanın üstünə yıxan nöqteyi– nəzərdir. İkincisi isə bütün günahları təbiətin üzərinə qoyan nöqteyi– nəzərdir.
Əslində insanı dünyanın mərkəzinə qoyaraq tədqiqatda birin­c­iliyi antropoloji amillərə vermək təzə deyildir. Ona görə insanla tə­biə­tin qarşılıqlı münasibəti məsələsinə təbii, daha dəqiq desək, tarixi aspektdən yanaşmaq lazımdır. Əslində təbiətin tədqiqinə və insanla ətraf mühitin qarşılıqlı münasibətinin öyrənilməsinə təkcə ictimai elmləri deyil, təbiətşünaslıq elmlərini də cəlb etmək lazımdır. Ha­zır­da bəşəriyyətin qarşısında həyati baxımdan həll edilməsi va­cib olan problemlər durur. Ekoloji gərginlikdən xilas olmaq, maddi ehti­yat­ların tükənməsi təhlükəsindən qurtulmaq və s. qlobal prob­lemlərin həlli yollarının axtarılıb tapılması günümüzün vacib məsələlərin­dəndir.

Şərq Fəlsəfəsi: Mənşə, Hindistan, Buddist və Çin

The şərq fəlsəfəsi insanın varoluşsal problemlərinə toxunan və digər yerlər arasında Orta Şərqdə, Hindistanda və Çində yaranan düşüncə cərəyanlarının məcmuəsidir. Bu düşüncə cərəyanları təxminən 5000 il əvvəl dünyaya yayılmağa başladı.

Əksər hallarda Asiyanın kiçik hissələrində inkişaf etmiş və minlərlə kilometrə qədər yayılmışdır. “Şərq fəlsəfəsi” ifadəsi onları ənənəvi Qərb fəlsəfəsindən ayırmaq üçün istifadə olunur və eyni ad altında yer almasına baxmayaraq, əksər vaxt aralarında çox ümumi bir şey yoxdur.

Nisbətən yaxın vaxtlara qədər Amerika və Avropada fəlsəfənin öyrənilməsi yalnız Qərb filosoflarının öyrənilməsi ilə məhdudlaşırdı. Buraya qədim yunan fəlsəfəsinin böyükləri və Dekart, Hegel və ya Nitşe kimi digərləri daxil idi. Bununla birlikdə, dünya daha qloballaşdıqca və bir-birinə bağlandıqca, Qərbin mədəni birinciliyinə meydan oxundu.

Bu, Şərq fəlsəfələrinin və ənənələrinin qəbul edilməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, onsuz da qədim yunanlar dövründə Şərq və Qərb düşüncəsi arasında qarşılıqlı əlaqə mövcud idi; əslində İslam düşüncəsi Qərbdə maariflənmə üçün zəmin yaratdı.

Şərq fəlsəfələri planetin ən mürəkkəblərindən biri hesab olunur. Fərqli dini cərəyanlarda böyük bir izləyiciyə sahib olduqları və Qərbdə getdikcə daha nüfuzlu olduqları üçün bunlar da çox populyardırlar: bəzən həmkarları Qərb fəlsəfəsinin fərziyyələrinə meydan oxuyur və ziddiyyət təşkil edirlər.

Mənşəyi və tarixi

Hindu fəlsəfəsi

Bu Şərq fəlsəfəsinin anlayışları digər Şərq fəlsəfi ənənələrinin fəlsəfəsini birbaşa və ya dolayısı ilə təsir etdi. Hinduizmin mənşəyi eramızdan əvvəl 3500-cü ilə təsadüf edir. C., lakin qurucu rəqəmi yoxdur.

“Hindu” termini Fars sözündən gəlir arxaŞimali Hindistanın Indus çayı bölgəsinə verilən ad. Ümumiyyətlə, “Hinduizm” Hind çayı bölgəsinin dini deməkdir.

Başlanğıcda qədim Yunanıstan və Romadakı dinə bənzər bir çox şərik bir din idi. Onun fəlsəfəsi ilahi reallığın panteist xarakterini yüksəldir (adlanır) Atman-Brahman) kosmosa nüfuz edir.

Buddist fəlsəfə

Hindistanda Buddizm, daha çox Buddha olaraq bilinən Gautama Siddhartha (MÖ 563-483) adlı qədim bir Hind rahibi tərəfindən qurulmuş və bu termin “aydınlanmış” mənasını verir.

Şərq fəlsəfəsinin bu geniş tanınmış nümayəndəsi, atasının feodal olduğu indiki Nepal ölkəsindəki varlı bir ailədən gəldi.

Doğulmazdan əvvəl anası xəyalında ağ bir filin uşaqlıq yoluna yanından girdiyini gördü. Hindu kahinləri yuxunu ikili bir taley kimi təfsir etdilər: evrensel bir monarx və ya universal bir müəllim olardı.

29 yaşında Budda insanların yaşadıqları əzabları eşidəndə təəccübləndi. Beləliklə, altı il gəzdi, müqəddəs insanlardan çətin insan vəziyyətinin həllini öyrəndi.

Axtardığı uğursuzluqlardan ruhdan düşən Budda əncir ağacının altında oturdu və ali oyanışa çatana qədər ayağa qalxmayacağına and içdi. Beləliklə bütün gecə oyaq qaldı və meditasiya etdi və ertəsi gün səhər saatlarında axtardığı hikmətə çatdı.

Konfutsi fəlsəfəsi

Konfutsiçilik Çində eramızdan əvvəl 500-cü illərdə inkişaf etmiş fəlsəfi cərəyan idi. Bu çiçəklənmə, Döyüşən Dövlətlər dövrü olaraq bilinən bir sosial təlatüm dövrünün nəticəsi idi.

Beləliklə, filosof Konfutsi (e.ə. 551-479) anarxiya probleminin həllinin ictimai qarışıqlıq başlamazdan əvvəlki Çin adətlərinə qayıtmaq olduğuna inanırdı.

Bu məqsədlə Çinin qədim mədəniyyət ənənələrini araşdırdı və qədim tarix və ədəbiyyata dair bir neçə kitabı redaktə etdi. Bu əsərlərində fəzilətli davranışın vacibliyini vurğuladı, bunu edən ilk düşüncə sahibi oldu.

Etik düşüncəsinin çox hissəsi dörd xüsusi mövzuya yönəlmişdir: ritual davranışı, insanlıq, üstün insan, uşaq itaəti və yaxşı idarəetmə.

73 yaşında, mövcudluğunu dayandırdı, lakin davamçıları mirasını inkişaf etdirdilər. Bu, nəticədə 2000 il ərzində Çin intellektual həyatına güclü təsir göstərən Konfutsi məktəbinin çiçəklənməsi ilə nəticələndi.

Şərq fəlsəfəsinin əsasları

Hindu fəlsəfəsi

İçindəki Tanrı

Bu prinsipə görə Allah hər kəsin içindədir. Odur Atman çox qatla örtülmənin dərinliklərində. İçəridən Tanrı kainata hakimdir.

Bu səbəbdən insanlar əbədidir; qəti şəkildə ölmürlər, amma Tanrı ölməz olduğundan yenidən canlanırlar.

Reenkarnasiya

İnsanların ölməz ruhunun nəticəsi olaraq, hər dəfə fiziki olaraq öldükdə, ruh bu yeni varlığın həyatı üçün başqa bir insana çevrilir.

Bu həyat əvvəlki həyatımızın pis əməlləri və yaxşı əməlləri ilə qeyd olunacaq (karma nəzəriyyəsi).

Yoga

Bu, hər insanda daxili nəfs tanrısını tapmaq üçün bir texnikadır. Bu işdə inananlara kömək etmək üçün Hindu ənənəsi bir sıra yoga üsulları inkişaf etdirdi.

“Yoga” ifadəsi hərfi mənada “boyunduruq” və ya “qoşqu” mənasını verir və ümumiyyətlə, “nizam-intizam” kimi yozula bilər.

Monizm

Kainatın yalnız bir növ şeydən ibarət olduğu fəlsəfi baxışdan ibarətdir. Bu baxış, hər şeyi əhatə edən bir tanrı panteist anlayışı ilə Hinduizmə çatır.

Buddist fəlsəfə

Dörd nəcib həqiqət

Ənənəyə görə, Buddha maarifləndikdən dərhal sonra zahid (abstinent) dostlarına bir nitq söylədi.

Çıxışın məzmunu bütün Buddist təlimlərin əsasını təşkil edir. Çıxışda maarifləndirmə axtarışı ilə bağlı “dörd nəcib həqiqət” təqdim olunur:

– Əzabın bir səbəbi var.

– Bütün əzablar dayana bilər.

– Əzablara qalib gəlməyin bir yolu var.

Yalnış suallar və olmamaq doktrinası

Bu prinsiplə əlaqəli olaraq Buddha, maarifləndirmə axtarışında məqsəddən kənara çıxan suallara vaxt itirməməli olduğunu təsbit etdi.

Onun fikrincə, “Tanrının təbiəti nədir?” Kimi suallar. və “ölümdən sonra həyat varmı?” onlardan qaçınmaq lazımdır. Buddanın fikrincə, bu cür fərziyyələr nirvananın əldə edilməsi olan əsas problemi həll etməyib.

Asılı mənşəli doktrina

Buddha karma fikri ilə razılaşmadı. Ancaq onu tamamilə rədd etmədi, əksinə dünyəvi bir büküm etdi.

Onun fikrincə, bütün hadisələr səbəb hadisələrinin zəncirlərinin nəticəsidir. Hər hansı bir xoşagəlməz hadisənin səbəbləri axtarıldıqda, aydın şəkildə bir istəyə əsaslandıqları aşkar edilir.

Boşluq və Zen Buddizmi

Budizm, eramızdan əvvəl 100-cü ildə buddizmin bölündüyü iki qoldan birindən qaynaqlanan bir təlimdir. C. Gerçəkliyin mövcud olmasına baxmayaraq bir boşluq olduğuna əsaslanır.

Bu ziddiyyətin həlli Zen Buddizmində tapılacaqdı. Zen yanaşması Buddanın Çiçəklər Xütbəsi kimi tanınan söylədiklərindən birinə əsaslanır.

Konfutsi fəlsəfəsi

Ritual davranış

Konfutsi təlimləri arasında ən vacib şey sosial normalara və adətlərə tamamilə bağlılıqdır. Onun üçün mərasimlər və ənənələr cəmiyyəti bir-birinə bağlayan görünən yapışdırıcıdır.

İnsanlıq və üstün insan

Bu prinsipə görə insanlıq başqalarına qarşı xeyirxahlıq, xeyirxahlıq və fədakarlıq münasibətidir. Onu qazanmaq üçün ləyaqət və səbrin fəzilətləri inkişaf etdirilməlidir.

Uşaq itaəti və yaxşı idarəetmə

Konfutsi, cəmiyyətin nizamını təşkil edən beş əlaqənin olduğunu düşünürdü: ata və oğul, böyük və kiçik qardaş, ər və arvad, böyük dost və kiçik dost və hökmdar və mövzu.

Bunların hər biri yuxarı və tabe olanları əhatə edir və hər iki tərəf üçün xüsusi vəzifələr tələb olunur. Bu şəkildə tabe olan şəxs itaətkarlıq göstərməli və üstün şəxs xeyirxahlıq göstərməlidir.

İnsana xas yaxşılıq

Bu prinsipi Konfutsiçiliyin davamçısı Mencius (e.ə. 390-305) dəstəklədi. Buna görə ağıllar və ürəklər mənəvi yaxşılığa meylli bir meyl daşıyırlar.

Mencius, şərin təbii mənəvi gücü azaltan pis ictimai təsirlərin nəticəsi olduğunu müdafiə etdi. Bu güc dörd xüsusi təbii əxlaqi fəzilətdən qaynaqlanır: yazıqlıq, utanc, hörmət və təsdiq.

Şərq fəlsəfəsinin müəllifləri və təmsil əsərləri

Hindistan fəlsəfəsi

Qadağalar (müxtəlif müəlliflər)

The Qadağalar – sözün əsl mənasında “bilik bədənləri” deməkdir – bunlar hinduizmin müqəddəs mətnidir. Eramızdan əvvəl 1500 ilə 800 arasında yazılmışdır. C. qədim Sanskrit dilində.

Yazıda iştirak edən dini şairlər (rishi) arasında Angiras, Kanua, Vasishtha, Atri və Bhrigu və başqaları var. Əsərdə müxtəlif tanrıların xüsusiyyətləri, onları sakitləşdirmək üçün rituallar və onlara oxumaq üçün ilahilər təsvir edilmişdir.

Puranalar (Müxtəlif müəlliflər)

Vedikadan sonrakı bu mətnlər kainatın tarixi və yaradılışı və məhv edilməsi, tanrı və tanrılarla ailə əlaqələri və Hindu kosmologiyası və dünya tarixinin təsvirini əhatə edir.

Bunlar ümumiyyətlə bir şəxsin digərinə danışdığı hekayələr şəklində yazılır. Tez-tez bir çox dini və fəlsəfi konsepsiya istifadə edərək müəyyən bir tanrıya üstünlük verirlər.

Bhagavad Gita (Tanrı nəğməsi, Anonim)

Bu bir epik şeirin adlanan bir hissəsidir Mahabharata800 il ərzində meydana gəldi. Hekayə ailəsinə qarşı döyüşə girmək üçün ümidsiz olan Şahzadə Arjuna üzərində dayanır.

Bu şeirdə şahzadə hindu tanrısı Vişnunun insan şəklində təzahürü olduğu ortaya çıxan Krişnaya acısını dilə gətirir. Krişna Arjunanı daxili tanrını kəşf etmək fəlsəfəsi dərsi ilə təsəlli verir.

Buddist fəlsəfə

Balangoda Ananda Maitreya Thero (1896-1998)

Şri-Lankadan öyrənilmiş bir Buddist rahib və 20-ci əsrdə Theravada Buddizm şəxsiyyəti idi.Şri-Lankalı Buddistlərin inancına görə, düşüncə yolu ilə daha yüksək mənəvi inkişaf səviyyəsinə çatdı.

Kitablarının əksəriyyəti ingilis və sinhal dilində yazılmışdır. Bu geniş repertuardan adlar önə çıxır Nəfəs alma meditasiyası, Buddanın həyatı, Sambodhi Prarthana Y Dhamsa Bhava, başqaları arasında.

Hajime Nakamura (1912-1999)

Vedik, hindu və buddist kitabların bir yapon alimi idi. Onun nəşrləri daxildir Şərq xalqları haqqında düşünmə üsulları: Hindistan, Çin, Tibet, Yaponiya Y Hindistan buddizmi: qeydləri olan bir araşdırmadigərləri arasında.

Dalay Lama (1391-)

Tibet xalqının mənəvi liderlərinə verilən bir ad. Onlar məktəbin bir hissəsidir Gelug ya da Tibet Buddizminin “sarı şapkası”. Tibet Buddizmi məktəblərindən ən yenisi budur.

Onun təyinatı varisdir və vəzifə ömürlükdür. İlk Dalay Lama 1391-ci ildən vəzifədə idi. Hal-hazırda 14-cü Dalay Lama kimi xidmət edir.

İndiki Dalay Lamanın nəşr etdirdiyi əsərlərdən bəhs edilə bilər Maariflənmə yolu, Buddizmin gücü, Yol ayrıcındakı şüur, bir çox başqaları arasında.

Nikkyo Niwano (1906-1999)

Şərq fəlsəfəsinin bu nümayəndəsi Rissho Kosei Kai təşkilatının (Yapon Buddist dini hərəkatı) qurucularından və ilk prezidenti idi.

Onun irsi əsərlərində təmsil olunurdu Buddizm bu gün üçün, Üçlü Lotus Sutrası üçün Bələdçi, Həyata Başlayanlar: Bir Tərcümeyi-hal Y Görünməyən kirpiklər.

Çin fəlsəfəsi

Fung Yu-lan (1895-1990)

Fung Yu-lan müasir Şərq fəlsəfəsinin, xüsusən Çin dilinin təmsilçisi idi. Həyatı boyunca ənənəvi Çin düşüncəsini Qərb fəlsəfəsi metodları ilə uzlaşdırmaqla məşğul idi.

Bu səy kimi əsərlərdə təmsil olunurdu Həyat İdeallarının Müqayisəli Bir Araşdırması, Əvvəldən yeni bir fəlsəfə, Hadisələr haqqında yeni çıxışlar, Yeni sosial xəbərdarlıqlar, digər adlar arasında.

Konfutsi (e.ə. 551-479)

Çin adı Kung-tse ilə də tanınan, Şərq fəlsəfəsinin ən tanınmış nümayəndələrindən biridir. Bir filosof, sosial nəzəriyyəçi və bu gün də qüvvədə olan bir etik sistemin qurucusu idi.

Əsərləri kitablarda öz əksini tapmışdır Yi-King (Mutasiyalar kitabı), Chu-King(Tarixin kanonu), Chi-King(Mahnılar kitabı), Li-Ki (Ayinlər Kitabı)Chun-Ching (Bahar və Payız Salnamələri).

Mencius (372-289 BC və ya 385-303 ya 302 BC)

Mencius, Çin adları Mengzi və ya Meng-tzu ilə də tanınır. O, tez-tez Konfutsiyin varisi kimi xarakterizə olunan bir Çin filosofu idi.

Onun şah əsəri kitab idi Mencius, köhnə Çin dilində yazılmışdır. Bu, Konfutsi mütəfəkkiri və filosofu Menciusun lətifələr və söhbətlər toplusudur. Tamaşa boyu əxlaqi və siyasi fəlsəfə mövzularından bəhs edir.

İstinadlar

  1. Boyles, D. (s / f). Şərq Fəlsəfəsi: Əsas anlayışlar və inanclar. Study.com saytından götürülmüşdür.
  2. Fieser, J. (2017, 01 sentyabr). Klassik şərq fəlsəfəsi. Utm.edu-dan götürülmüşdür.
  3. SuperScholar-Dünyadakı ən yaxşı fikirlər. (s / f). Şərq Fəlsəfəsi Tarixi. Superscholar.org saytından götürülmüşdür.
  4. Həqiqət və Reallıq haqqında. (s / f). Qədim Şərq Fəlsəfəsi. Spaceandmotion.com saytından götürülmüşdür
  5. Dasa, A. (s / f). Vedalar nədir? Es.krishna.com saytından götürülmüşdür.
  6. Yogapedia. (s / f). Purana. Yogapedia.com saytından götürülmüşdür.
  7. Antonov, V. (2010). Şərhlərlə Bhagavad-Gita. /Bhagavad-gita.swami-center.org saytından götürülmüşdür.
  8. Wikipedia-Pulsuz ensiklopediya. (s / f). Buddizm haqqında yazarların siyahısı. Götürülmüşdür
  9. en.wikipedia.org.
  10. Liu, J. L. (s / f). Çin Fəlsəfəsi. Philpapers.org saytından götürülmüşdür.
  11. Siz, X. (s / f). Feng Youlan (Fung Yu-lan, 1895-1990. İep.utm.edu saytından götürülmüşdür.
  12. Strategiya sənəti. (s / f). Konfutsi. Bioqrafiya və iş. Elartedelaestrategia.com saytından götürülmüşdür.
  13. Violatti, C. (2105, 17 iyun). Qədim Çin Fəlsəfəsi. Antik.eu-dan götürülmüşdür.

Tibin fəlsəfəsi

ООО “Тибин Групп” было основано в 2014 году. Сфера деятельности компании – строительство многогранных жилых комплексов и объектов общественного пользования.

Tibin Group является приоритетом качественного строительства с использованием современных технологий, экологически чистых и энергоэффективных строительных материалов. Компания имеет высокий стандарт управления строительными процессами. Команда квалифицированных специалистов и оптимальных строительных решений обеспечит выполнение запланированных строительных проектов в установленные сроки.

Приложение компании представляет собой пятиэтажный жилой комплекс, построенный за четыре года, с 950 квартирами и коммерческими целями (Если у вас инфографическое лицо, это легко узнать и)

Успешным развитием Tibini Group LLC является ее дочерняя компания Tibin Development, которая реализует проекты в самых востребованных районах Тбилиси. Проекты развития Тибина включают территории Глдани, Варкетили, Мухиани и Вазисубани. Общая площадь застройки проектов составляет 100 000 м2.

Comments are closed, but trackbacks and pingbacks are open.