Press "Enter" to skip to content

Azərbaycanda Ticarət Gəmiçiliyi Məcəlləsi dəyişdirilir

Azərbaycanda əgər Operativ Qərargah mövcud qərarları verirsə, bunu alqışlamaq lazımdır. İnsanlarımız anlamalıdır ki, xəstəlik hələ qurtarmayıb. Sabah əgər qərar verilsə ki, “mall”lar və ticarət obyektləri açılsın, maskalardan, dezinfeksiya məhlullarından istifadə edilməli və ara məsafəsi saxlanılmalıdır. Əgər buna əməl olunmazsa, vəziyyət yenidən ağırlaşa bilər”.

Ticarət mərkəzləri bu tarixdən açıla bilər – Deputatdan AÇIQLAMA

“Dünən Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iştirakı ilə onlayn şəkildə böyük bir konfrans baş tutdu. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə bütün suallar ünvanlandı və cavabların əksəriyyəti bizi qane etdi. Təbii ki, bizim yumşalma ilə əlaqədar narahat olduğumuz məsələr var”.

KONKRET.az xəbər ki, bu sözləri baku.ws-ə millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ticarət mərkəzləri və “mall”ların açılması başa düşüləndir:

“Şagird və tələbələrə təhsil ocaqlarına getməyə icazə verilirsə, onlara geyim və müəyyən ləvazimatlar almaq lazımdır. Ticarət mərkəzlər açılmalıdır ki, zəruri olan ləvazimatlar alına bilsin.

Amma digər ölkələrə baxsaq görərik ki, vəziyyət daha da ağırlaşır. Yoluxma dalğası artır və bu istiqamətdə tədbirlər görülür. Təyyarə uçuşları dayandırılır və karantinin sərtləşdirmə tədbirləri görülür.

Azərbaycanda əgər Operativ Qərargah mövcud qərarları verirsə, bunu alqışlamaq lazımdır. İnsanlarımız anlamalıdır ki, xəstəlik hələ qurtarmayıb. Sabah əgər qərar verilsə ki, “mall”lar və ticarət obyektləri açılsın, maskalardan, dezinfeksiya məhlullarından istifadə edilməli və ara məsafəsi saxlanılmalıdır. Əgər buna əməl olunmazsa, vəziyyət yenidən ağırlaşa bilər”.

Deputat qeyd edib ki, həmişə ticarət obyektlərinin açılmasını təqdir edib:

“Burada insanların işlə təmin olunması da var. Dövlət axı hər dəfə sahibkarları məvaciblə təmin edə bilməz. Bu səbəbdən ticarət mərkəzlərinin işləməsi olduqca vacibdir. Bu məsələyə Operativ Qərargah tərəfindən baxılacaq, müəyyən qərarlar veriləcək. Fikrimcə, “Binə” və “Sədərək” ticarət mərkəzləri, “mall”larla bağlı məsələ öz həllini tapacaq.

Bu məsələnin nə vaxt həll olunacağı ilə bağlı deyə bilərəm ki, fevralın 15-dən sonra bu baş verə bilər. Bunun üçün Operativ Qərargahın qərarını açıqlaması şərtdir.

Azərbaycan ən öndə gedən ölkələrdən biridir ki, koronavirusdan çox yüksək səviyyədə çıxdı. Başqa ölkələrdəki yoluxma və ölüm sayına baxsaq, bunun şahidi olarıq. Ölkəmizə ən müasir avadanlıqlar gətirildi, modul tipli xəstəxanalar inşa olundu. Yoluxan insanların sağalması üçün bütün şərait yaradılıb”.

Azərbaycanda Ticarət Gəmiçiliyi Məcəlləsi dəyişdirilir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın Ticarət Gəmiçiliyi Məcəlləsinin 280-ci maddəsindəki məsuliyyətin ümumi hədlərinə dəyişiklik edilməsi təklif olunur. “Report” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin ümumi müzakirəyə tövsiyyə etdiyi “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, indiyə qədər vətəndaşın həyatına və yaxud sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə tutumu 500 tondan artıq olan gəmi üçün cərimənin məbləği 333 min hesablaşma vahidi (h.v.) idisə, bundan sonra bu rəqəmlər müvafiq olaraq 2 min ton və 3,02 mln. h.v. olacaq. Bununla əlaqədar tutumu 501-3 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 500 h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 2 001-30 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 1 208 h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir. Son nəticədə tutumu 3 001-30 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 333 min h.v. qədər əlavə cərimə tutulması tələbi ləğv edilir. Əvəzində tutumu 30 001-70 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 250 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 30 001-70 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 906 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz olunur. Bundan başqa, tutumu 70 000 tondan artıq olan gəmi üçün 500 tondan artıq tutuma görə 167 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 70 000 tondan artıq olan gəmi üçün 2 min tondan artıq tutuma görə 604 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir. Ticarət Gəmiçiliyi Məcəlləsində digər (vətəndaşın həyatına və yaxud sağlamlığına ad olmayan) tələblər üzrə də məsuliyyətin ümumi hədlərinə dəyişiklik edilməsi təklif edilir. Qanun layihəsinə əsasən, əgər indiyə qədər tutumu 500 tondan artıq olan gəmi üçün cəmirənin məbləği 167 min h.v. qədər idisə, bundan sonra bu rəqəmlər müvafiq olaraq 2 min ton və 1,51 mln. h.v. olacaq. Bununla əlaqədar tutumu 501-3 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 167 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 2 001-30 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 604 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir. Son nəticədə, tutumu 3 001-70 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 125 min h.v. qədər əlavə cərimə tutulması tutumu 30 001-70 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 453 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz olunur. Bundan başqa, tutumu 70 000 tondan artıq olan gəmi üçün 500 tondan artıq tutuma görə 83 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 70 000 tondan artıq olan gəmi üçün 2 min tondan artıq tutuma görə 302 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir.

Ticarət gəmiçiliyi məcəlləsi

2023-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 73 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal edilib.

Dövlət Statistika Komtəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, 2023-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4591,4 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 3178,7 milyon dollarını və ya 69,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 1412,7 milyon dollarını (30,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1766,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,6 faiz, real ifadədə 3,9 faiz, o cümlədən idxal 18,7 faiz artmış, ixrac isə 1,0 faiz azalıb. 2023-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,5 faiz, real ifadədə 19,8 faiz artaraq 284,5 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19,8 faizi İtaliya, 12,2 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,2 faizi İsrail, 5,8 faizi Çin, 5,7 faizi Fransa, 4,9 faizi Almaniya, 3,3 faizi Hindistan, 2,8 faizi Vyetnam, 2,7 faizi Çexiya, 2,1 faizi Gürcüstan, 2,0 faizi Türkmənistan, hər biri 1,8 faiz olmaqla Rumıniya və Avstriya, hər biri 1,7 faiz olmaqla İrlandiya və Yunanıstan, 1,5 faizi Qazaxıstan, hər biri 1,3 faiz olmaqla ABŞ və İran, 10,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 32,2 faizini İtaliyaya, 12,6 faizini İsrailə, 11,7 faizini Türkiyəyə, 5,1 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,5 faizini Vyetnama, 4,3 faizini Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,4 faizini Gürcüstana, hər biri 3,0 faiz olmaqla Rumıniya və İrlandiyaya, 2,9 faizini Yunanıstana, 2,8 faizini Avstriyaya, hər biri 1,0 faiz olmaqla Liviya və İspaniyaya, 0,7 faizini Ukraynaya, 3,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,5 faiz), Rusiyaya (23,9 faiz), Gürcüstana (8,6 faiz), Ukraynaya (4,6 faiz), İsveçrəyə (2,6 faiz), Qazaxıstana (2,4 faiz), Kiprə (1,6 faiz), Türkmənistana (1,5 faiz), Rumıniyaya (1,5 faiz), Niderlanda (1,4 faiz), Almaniyaya (1,2 faiz), İrana (1,1 faiz), Özbəkistana (1,1 faiz), İtaliyaya (1,0 faiz), İspaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,0 faizi Rusiya, 13,1 faizi Fransa, hər biri 12,9 faiz olmaqla Çin və Türkiyə, 4,6 faizi Almaniya, 4,4 faizi Türkmənistan, 3,4 faizi İtaliya, 3,0 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,7 faizi İran, 1,8 faizi Koreya, 1,6 faizi Ukrayna, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, 1,3 faizi Birləşmiş Krallıq, 12,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 2,3 dəfə, meyvə və tərəvəz şirələri – 67,2 faiz, meyvə və tərəvəz konservləri – 2,6 dəfə, çay – 95,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, polipropilen – 74,0 faiz, emal olunmamış alüminium – 21,8 faiz, mineral gübrələr – 29,8 faiz, sement klinkerləri – 16,7 faiz artıb, təzə meyvə ixracı isə 6,3 faiz, təzə tərəvəz – 6,0 faiz, tütün – 70,8 faiz, kartof – 41,7 faiz, bitki yağları – 77,5 faiz, pambıq lifi – 17,7 faiz, polietilen – 3,4 faiz, qara metallardan borular – 12,4 faiz, pambıq ipliyi – 29,5 faiz, bentonit gili – 41,2 faiz, qara metallardan çubuqlar – 81,2 faiz azalmışdır. 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında buğda idxalı 52,2 faiz, şokolad və şokolad məhsulları – 37,8 faiz, unlu qənnadı məmulatları – 8,3 faiz, çay – 31,6 faiz, minik avtomobilləri – 23,5 faiz, polad prokatı – 86,9 faiz, qara metallardan borular – 20,0 faiz, sintetik yuyucu vasitələr – 28,5 faiz, qara metallardan çubuqlar – 69,2 faiz, polietilen – 40,6 faiz, yük avtomobilləri – 2,7 faiz, mineral gübrələr – 30,2 faiz, paltaryuyan maşınlar – 2,4 dəfə, sement – 26,2 faiz artmış, təzə meyvə idxalı isə 4,0 faiz, bitki yağları – 55,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,1 faiz, kartof – 26,5 faiz, quş əti və onun əlavə məhsulları – 22,1 faiz, təzə tərəvəz – 30,2 faiz, mal əti – 7,2 faiz, siqaretlər – 18,7 faiz, xam şəkər – 99,8 faiz, dərman vasitələri – 15,7 faiz, hesablama maşınları, blok və qurğuları – 44,4 faiz, rezin şinlər – 4,3 faiz, mebellər – 15,1 faiz, qara metallardan künclüklər – 18,0 faiz, polipropilen – 23,6 faiz, məişət kondisionerləri – 26,1 faiz, avtobuslar – 63,6 faiz, məişət soyuducuları – 50,8 faiz azalıb.

Comments are closed, but trackbacks and pingbacks are open.