Tarixin tikanlığında şərqi deyənlər: onlar 5-ci yox, heç 55-ci də deyillər
Daha doğrusu, bu siyasi marionetlər 5-ci yox, heç 55-ci kolon da deyillər.
Kolin Makkalou “Tikanlıqda şərqi deyənlər” PDF
Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Kolin Makkalou “Tikanlıqda şərqi deyənlər” PDF
Tarixin tikanlığında şərqi deyənlər: onlar 5-ci yox, heç 55-ci də deyillər
Avstraliyalı yazıçı Kolin MakKalou ” The Thorn Birds” (“Tikanlıqda şərqi deyənlər) romanını 1977-ci ildə dərc etdirəndən sonra demişdi: “Kimin harada necə danışması önəmli deyil. Önəmli olan həmin adamın nə deməsidir”.
1983-cü ildə həmin əsərin motivləri əsasında çəkilmiş mini-serial dünyada məşhurlaşandan sonra dünyaca ünlü amerikalı filosof və futuroloq Jak Fresko söyləmişdi: “Savadlı və təhsilli insanların nəzarətə ehtiyacı yoxdur: məhz bu səbəbdən özlərini siyasətçi hesab edənlər savadsız savadlıları ətrafına cəlb etməyə çalışır”.
Azərbaycan müxalifətinin unudulmuş, nimdaş və köhnəlmiş şüarları istehsal etməkdən usanmayaraq inadkarlıqla mövcudluqlarına əvvəl özlərini, sonra da ətrafdakıları inandırmağa çalışan qismi yenə fəallaşıb.
Onları “beşinci kolon” da adlandırırlar, amma belə deyil.
Daha doğrusu, bu siyasi marionetlər 5-ci yox, heç 55-ci kolon da deyillər.
“Beşinci kolon” ifadəsinin tarixi və etimologiyasını xatırlayaq.
1936-1939-cu illər. Vətəndaş müharibəsinin ən qızğın dönəmi. General Franko agentlərini səciyyələndirmək üçün dövriyyəyə “quinta columna”, yəni “beşinci kolon” ifadəsi buraxılır.
4 sütunlu otağın 5-ci sütunu sayılan bu adamlar daxildəki düşmənlər təki anlaşılırdılar.
Əslində, beşinci kolon tarixdə olub.
1936-cı ildə Madridə yürüş zamanı frankistlərin ordusuna başçılıq edən general Emilio Mole demişdi: “Madrid sakinlərinə sözüm var! Şəhərdə 4 ordu kolonu ilə yanaşı, həlledici məqamda arxadan zərbə endirəcək beşinci kolonumuz da var”.
Azərbaycanda zamanın amansız sınağından keçə bilməyərək miskinləşmiş psevdosiyasi fiqurların indi fəallaşması ilə bağlı bu panoptikum mənsublarını “beşinci kolon” adlandırmaq, məncə, onların potensialını və imkanlarını olduğundan artıq dəyərləndirmək olardı.
Ancaq bir vacib nüans da var ki, onu heç bir vəchlə nəzərdən qaçırmaq olmaz. Belə ki, ABŞ-ın NED (National Endowment for Democracy) adlanan fondunun Azərbaycan üçün 2022-ci il üzrə ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği nə az, nə çox, düz 970 min 235 dollar təşkil edir. Maraqlıdır ki, bu məbləğin 400 min dollara yaxını (398 min 837) Bakıda və bölgələrdə vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.
Üstəlik, NED-in 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. NED və bu tip institutların təcrübəsində “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir.
Sirr deyil ki, Azərbaycanda hər dəfə nüfuzlu beynəlxalq tədbirlər keçirilərkən ölkəmizə qarşı təzyiq vasitəsi kimi bu cür alətlərdən istifadə edilir. Qarşıdan növbəti belə tədbir gəlir. Belə ki, iyunun 10-12-də Bakıda Formula-1 üzrə qran-pri yarışması keçiriləcək. Belə bir məqamda həmin təcili qrant layihəsini icra edən beşinci kolonun Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini qabartması, Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmaq cəhdi təsadüfi sayıla bilməz. Bu da diqqətçəkicidir ki, Aytən Məmmədova ilə bağlı hadisəyə ABŞ-ın Azərbaycandakı səfirliyi, hətta ABŞ Dövlət Departamenti dərhal reaksiya verib. Eyni zamanda özlərini “fəallar” adlandıran şəxslər aksiya təyin ediblər. Güman etmək olar ki, bununla da Formula-1-in keçiriləcəyi günlərdə təşkil olunacaq daha bir anti-Azərbaycan kampaniyanın bünövrəsi qoyulur.
Eyni zamanda artıq bir həftədən çoxdur Ermənistanda səngiməyən etiraz aksiyaları, İrəvanda vətəndaşların, fəalların həbsinə, aksiyaların amansızlıqla dağıdılmasına dair onlarla faktlara nə ABŞ-ın İrəvandakı səfirliyi, nə Dövlət Departamenti, nə də beynəlxalq təşkilatlar reaksiya verir.
Ermənistanda yaşanan bu olayları görməzdən gələn rəsmi Vaşinqtonun Azərbaycanda adi məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasını Ermənistanda Corc Sorosun yetirmələrinin vəhşiliklərindən diqqəti yayındırmaq olduğunu da görməmək mümkün deyil.
Kollektiv Qərb Azərbaycanda olan 30 il ərzində şüarları, sözləri, davranışları, modelləri dəyişməyən bir yığnağa yenə “stavka” etməkdədir.
Əfsuslar olsun ki, sərt də olsa, mən müxalifətçilərdən üzr istəyərək bunu deyirəm. Sani-dildən, səmimi qəlbdən, sidq-ürəkdən istəyirəm ki, Azərbaycanda güclü müxalifət olsun. Çünki güclü müxalifət hakimiyyətin daha da güclənməsi, üstəlik vətəndaşların sosial rifah halının yüksəlməsi deməkdir. Lakin Azərbaycanda belə müxalifət yoxdur və üfüqdə də görünmür. Müxalifətin proqramı varmı? Yox! Konkret istəklər məcmusu var. Amma bu istəklərin yerinə yetirilməsi məcmusu yoxdur. Kollektiv Qərb adlandırdığımız ABŞ və Avropa İttifaqı da Azərbaycanda müxalifətin güclənməsini istəyirlər. Lakin onlar seçim qarşısında qaldıqları üçün bilmirlər kimə pul versinlər ki, Azərbaycan hakimiyyətinə pressinq və təzyiq vasitəsi olaraq öz marionetkalarından istifadə etsinlər.
Ermənistan müxalifətindən fərqli olaraq Azərbaycanın radikallaşmış, həddindən artıq aqressivləşmiş müxalif kəsimi çoxdan tarixin arxivinə atılıblar, özlərinin xəbəri yoxdur.
Bu adamlar nə istədiklərini bilmirlər. Dedikləri demokratiya, azadlıq, azad seçkidir, vəssəlam. 30 ildir dəyişməyən şüarlar. Klişe, nimdaş çağırışlar. Bütün bunların məcmusu olaraq onlarda ümumi ümidsizlik, ümumi apatiya hökm sürür. Düşünün ki, bu adamlar mitinqlərə adam çağırırlar və deyirlər ki, hakimiyyət mitinqlərə adam gəlməyə qoymur. Bunca porodoksal ideotizmə mən hələ rast gəlməmişəm. Hansı ölkədə hakimiyyət çalışır ki, müxalifət yığışsın, onu devirməyə çalışsın. Bu absurddur. Bütün ölkələrdə hakimiyyət çalışır ki, müxalifətin mitinqləri mümkün qədər azsaylı olsun.
Bütün bu səbəblər üzündən ABŞ Ermənistan müxalifətinə sadə dillə desək, heç nə demir:
Yəni ABŞ Ermənistan müxalifətinin aksiyaları ilə bağlı açıqlama vermir. Azərbaycan müxalifətinə isə hər cür istiqamət verməyə çalışır. Çünki Azərbaycan müxalifətinin öz-özünü idarə etmə mexanizminə malik olmadığını yaxşı bilir. Yaxşı bilir ki, o hətta aldığı göstərişləri, təlimatları və əmrləri belə həyata keçirməkdə acizdir.
Siysət yolunun kənarındakı tikanlıqda populist şərqilər demək siyasətçi olmaq deyil.
Dörd sütunlu otaqda beşinci sütun kimi görünməyə cəhdlər olsa da.
Elçin Alıoğlu
Milli.Az
Tikanlıqda Şərqi Deyənlər
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 9789952362664
Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…
Məhsulun kodu: 9789952362664
Метка: Bestseller
Janr: Klassika
Nəşriyyat: Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Kolin Makkalou
Səhifə sayı: 440
dil: Azərbaycan
Seriya: Qırmızı Klassika
şərhlər 2
Təsirli, hüzün dolu ve qadagan olunmush eşqə hesr olunan mohteshem bir kitab
29.11.2022 12:00
Colleen Margaretta McCullough-nun əfsanəvi əsəri.
17.09.2022 21:26
İskəndər Pala
Salman Rushdie
Kolson Uaythed
Fərman Kərimzadə
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Saymon Sebaq Montefiore
Lev Nikolayeviç Tolstoy
Fyodor Mixayloviç Dostoyevski
Frans Kafka
Çezare Paveze
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Con Steynbek
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Alber Kamu
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Franz Kafka
Haqqımızda
Aksiyalar Və Endirimlər
- Möhtəşəm endirimlər
- Pulsuz çatdırılma fürsəti
- Bağda darıxırsan?
- Hədiyyə Sertifikatları
- VISA kartla ödəniş zamanı 7% endirim
Sifariş haqda
- Sifarişi necə etmək?
- Ödənişi necə etmək?
- Promokodu necə istifadə etməli?
- Bölgələrdən sifariş etmək qaydası
- Çatdırılma
- Sərfəli taksit imkanı
- Bir kliklə alış-veriş
- “Özün götür” xidməti nədir?
- Bizimlə əlaqə saxlayın
- Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
- Geyimlərin rahat qaytarılması
- Pulsuz dənəmə nədir?
- Evə kitabxana lazımdır?
Comments are closed, but trackbacks and pingbacks are open.