Hawaiian Tikis
Sərt səthdə 4, yumşaqda 3 həftədən sonra oturmaq olar. Doğum evindən qayıdarkən, pasientə avtomobildə yarımoturaq vəziyyət məsləhət görülür ki, aralığa düşən təzyiq azalsın.
Doğuş zamanı aralığın cırığından necə qorunmalı? Doğuşa hazırlıqlı gedək!
Cırıqlar doğuş vaxtı tez-tez rast gəlinən zədələrə aiddir. Onlar dölün uşaqlıqdan qovulması zamanı baş verir. Aralığın cırılması bu tip zədələrin ən çox rast gəlinən formasıdır. O, əsasən aralıq toxumalarının az elastikliyi ilə əlaqədardır.
Doğuş zamanı aralıq toxumalarının zədələnmələrinin səbəbləri
Aralıq – çanaq dibi əzələlərinin anal dəliklə uşaqlıq yolu arasında qalan hissəsidir. O, ön (sidik-cinsiyyət) və arxa keçəcək hissələrindən ibarətdir. Doğuş zamanı döl doğuş kanalından keçərkən, aralığın yumşaq toxumaları gərilir. Əgər elastiklik lazımi səviyyədə deyilsə, cırıq qaçılmazdır. Patologiyanın rast gəlinməsi, bütün doğuşların 1/3-ni təşkil edir.
Şərait yaradan amillərə aiddir:
- ilk doğuş 35 yaşından sonra olduqda, hansı ki, əzələlərin elastikliyi təbii olaraq azalmış olur;
- doğan qadının özünü düz aparmaması – əsas da ilk dəfə doğan təcrübəsiz qadınlar üçün xarakterdir, hansılar ki, panik vəziyyətə düşməyə və həkim və mamaların əmrlərinə əməl etməməyə meyllidirlər;
- vaxtında və düzgün göstərilməyən tibbi yardım;
- mamalıq maşalarının və ya vakuum ekstraksiyanın tətbiqi;
- sürətli doğuş – yumşaq toxumalara olan təzyiq dəfələrlə artır;
- cinsiyyət üzvlərində olan iltihabi proseslər, hansı ki, əzələlərin nazilməsinə və elastikliyinin azalmasına səbəb olur;
- əvvəlki travmalardan və ya cərrahi əməliyyatlardan sonra qalan çapıqlar;
- doğuş fəaliyyətinin zəifliyi, uzunmüddətli gücənmə fazası, hansı ki, toxumaların ödeminə və elastikliyinin azalmasına səbəb olur.
Aralığın cırılma təhlükəsi çanaq gəlişində və ya iri döl (4 kg-dan böyük) doğulduqda, 42 həftədən yuxarı (vaxtından keçmiş doğuş) doğuşlarda artır.
Aralığın doguş cırıqlarının ağırlıq dərəcələri
Aralığın doğuş zədələrinin aşağıdakı ağırlıq dərəcələri ayırd edilir:
- 1-ci dərəcə – uşaqlıq yolunun səthi selikli qişası zədələnir və ya dəri örtüyünün tamlığı pozulur;
- 2-ci dərəcə – orqanın əzələ qatı zədələnir;
- 3-cü dərəcə – anal kanalın xarici sfinkteri zədələnir;
- 4-cü dərəcə – nadir hallarda rast gəlinir, düz bağırsağın divarlarının zədələnməsi ilə xarakterizə olunur.
Uşaqlıq yolunun arxa divarının, çanaq dibi əzələlərinin və dərisinin, arxa bitişmənin tamlığının pozulmadan zədələnməsinə – aralığın mərkəzi zədələnməsi deyilir. Bu zaman uşaq dünyaya süni yaranmış kanaldan gəlir. Belə ağır travma çox nadir hallarda rast gəlinir.
Bu zədənin müalicəsi təcili aparılmalıdır, çünki onun ağır fəsadları ola bilər. Onlardan ən təhlükəlisi qanaxmadır. Eyni zamanda açıq yaradan orqanizmə xəstəliktörədən mikroblar çox asanlıqla düşə bilər və cinsiyyət orqanlarında iltihabi proses yarada bilər.
Aralıq zədələrinin daha gec nəticələrinə uşaqlıq yolu mikroflorasının pozulmasını, uşaqlığın sallanmasını, frigidliyi misal göstərmək olar. 3-cü və 4-cü dərəcəli cırıqlar sidik və nəcis saxlamamazlığına və sidik kanalı və düz bağırsağın fəaliyyətinin digər pozğunluqlarına səbəb ola bilər.
Zədələrin diaqnostikası çətinlik törətmir. Doğuş qurtaran kimi (ciftin doğulmasından sonra) həkim tərəfindən dərhal doğuş yollarına baxış aparılır, hansı ki, cırıqları təyin etməyə imkan verir.
Müalicə
Xüsusi vaginal güzgülərin köməyilə zədələr aşkarlandıqdan sonra, onları tikirlər. Zədələrin ağırlıq dərəcəsini təyin etmək böyük əhəmiyyət kəsb edir. Aralığın birinci və ikinci dərəcəli cırığı, yerli anesteziya altında tikilir. Aralığın tamlığı müasir özüsovrulan saplarla bərpa olunur, hansı ki, bir müddətdən sonra sovrulub itir. Birinci dərəcəli cırıqlarda tikiş qoyulması mütləq deyil, ikinci dərəcəli cırıqlarda isə anatomik quruluşa uyğun bərpa olunmalıdır.
3-cü dərəcəli cırıqların müalicəsi ümumi narkoz altında aparılır. Qadının təkcə aralığı deyil, həm də arxa keçəcəyi və düz bağırsağı yoxlanılır. Bu zaman tikişə düz bağırsaq və anal sfinkterin tamlığının bərpası ilə başlayırlar. Sonra dəri örtüyü bərpa olunur. Tikiş dərhal və ya doğuşdan sonra yarım saat ərzində aparılır.
Əgər doğuş zamanı cırıq təhlükəsi riski, dölün hipoksiyası olarsa, iri döl doğularsa və həmçinin sürətli doğuşlar zamanı – epiziotomiya və ya aralığın kəsilməsi göstərişdir. Onun nəticəsində uşaqlıq yolundan çıxış böyüyür, hansı ki, düz bağırsağın və iri damarlaın zədələnməsinin qarşısını alır.
Epiziotomiyanın aparılması təkcə zədələrin qarşısını almır, həm də qanaxmanı dayandırır və uşaq üçün neqativ nəticələri azaldır.
Kəsiyi aparmazdan öncə, cinsiyyət orqanları yodla işlənilir. Onu gücənmənin ən intensiv vaxtında xüsusi qayçı ilə aparırlar. Bu dövr manipulyasiya üçün daha əlverişlidir, beləki, güclü gərginlik zamanı qadın az ağrı hiss edir. Kəsiyin ölçüsü 20 mm-dən az olmayaraq aparılır.
Tikişdən sonra yaraya qulluq
Doğuşdan sonra cırıqlar nə qədər müddətə sağalır və tikişlərə necə qulluq etməli?
Özü sovrulan tikişlərin sağalmasına iki həftə tələb olunur. Adətən sağalma prosesi sakit keçir. Digər materiallardan olan tikişlər bir aya sağalır. Bərpa müddəti cırığın dərəcəsindən və orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Pasient qulluq qaydalarını bilməli və həkim məsləhətlərinə əməl etməlidir ki, sağalma tez başa çatsın.
Doğuşdan sonra tikişə qulluq qaydaları:
- Tikişləri gündə 2 dəfədən az olmayaraq brilliant abısı və ya zelyonka ilə işləməli. Doğuşdan dərhal sonra onu mamaça edir, sonra isə qadın özü etməlidir.
- Şəxsi gigiyena qaydalarına əməl etməli: cinsiyyət orqanlarını mümkün qədər tez-tez isti su ilə yumalı, hər 2-3 saatdan bir bezi dəyişməli;
- Yalnız pambıq parçadan tikilən alt paltarı geyinməli. O, sərbəst olmalı və aralığa təzyiq etməməlidir.
- Duş qəbul edərkən suyun şırnağını üstdən aşağıya yönəltməli. Cinsiyyət üzvlərini süngər və ya sərt dəsmalla sürtmək olmaz. Dərini yumşaq hopdurucu dəsmalla qurutmaq lazımdır.
- Ev şəraitində olarkən tikişlərə sağalmanı yaxşılaşdıran məlhəmlər (Solkoseril, Bepanten) çəkmək, xüsusi gimnastik hərəkətlər məsləhət görülür.
- 3 kg-dan ağır yük qaldırmaq, fiziki gərginlik və idman hərəkətləri olmaz.
- Qida rasionuna qəbizlik əleyhinə məhsullar əlavə edilməlidir.
- Cinsi həyata yaralar tam sağaldıqdan sonra 1,5-2 aydan tez başlamaq olmaz.
Tualetə requlyar getməyin lazım gəldiyini ayrıca qeyd etmək lazımdır. Sidik ifrazı və defekasiya ağrılı olur. Ağrı və diskomfort qorxusu qadına prosesi sona qədər təxirə salmağa məcbur edir. Nəcis kütlələrinin toplanması aralıq toxumalarına təzyiq göstərib vəziyyəti daha da ağırlaşdırır.
Ağrını götürmək üçün ağrıkəsicilər, nəcisi yumşaltmaq üçün isə qliserin şamlarından istifadə edilir. Şişkinlik çox olduqda yaraya buz qoyulur. Üçüncü dərəcəli cırıqlarda yaranın infeksiyalaşmasının qarşısını almaq üçün antibakterial preparatlar təyin olunur.
Cırıqlar tikiləndən sonrakı 10-14 gün ərzində iki yanı üstə oturmaq qadağan edilir. Ana çoxlu dincəlməli, cəld hərəkətlər etməməlidir. Yeməyi ayaqüstə və ya yarımoturaq yeməlidir. Uşağı uzanaraq yedizdirmək lazımdır.
Nə vaxt oturmaq olar?
Sərt səthdə 4, yumşaqda 3 həftədən sonra oturmaq olar. Doğum evindən qayıdarkən, pasientə avtomobildə yarımoturaq vəziyyət məsləhət görülür ki, aralığa düşən təzyiq azalsın.
Ağırlaşmalar
Ən çox rast gəlinən fəsadlara aiddir:
- ağrı hissi;
- tikişlərin açılması;
- güclü qaşınma və ödem;
- irinləmə;
- qanlı ifrazat.
Ağrı və qaşınmanı götürmək üçün aralığı kvars və ya infraqırmızı şüalarla qızdırma, tikişə Kontraktubeks məlhəmi sürtmək təyin olunur. Qaşınma çox vaxt yaranın sağalmasından xəbər verir, lakin əgər o çox narahat edirsə, cinsiyyət orqanlarını soyuq su ilə yumaq məsləhət görülür.
İrinli ifrazat yaraya infeksiya düşməsindən xəbər verir. Belə hallarda antibiotiklər, Levomekol, Vişnevski məlhəmləri təyin olunur. Yara səthini dezinfeksiya etmək üçün xlorheksidin və hidrogen peroksid məhlulları istifadə olunur. Qanaxmanın olması zədə nahiyəsinə əlavə tikişlərin qoyulmasını tələb edə bilər.
Ən təhlükəli ağırlaşma – tikişlərin açılmasıdır. Bu halda özünü müalicə ilə məşğul olmaq qəti qadağandır. Qadın təcili həkimə müraciət etməlidir. Adətən tibb müəssisəsində təkrar tikiş qoymaq tələb olunur.
Aralıq zədələrinin profilaktikası
Belə bir fikir var ki, doğuş zamanı cırıq qaçılmazdır. Bu düz deyil. Aralığın zədələnməsinin qarşısını almaq üçün, hələ hamiləlik vaxtı, hərtərəfli profilaktik hazırlıq keçmək lazımdır. Profilaktik tədbirlərə xüsusi intim gimnastika, aralığın masajı daxildir.
Masaj
Ən yaxşı profilaktika – müntəzəm masajdır. Onu istənilən dövrdə etmək olar, amma ən yaxşısı hamiləliyin üçüncü trimestridir. Masajın aşağıdakı üstünlükləri var:
- toxumalarda qan dövranı və maddələr mübadiləsini yaxşılaşdırır;
- aralığın əzələ toxumalarını məşq elətdirir;
- əzələlərə lazımi yumşaqlıq və elastiklik verir;
- relaksasiyaya səbəb olur, hansı ki, cırıq riskini dəfələrlə azaldır.
Masajın maksimal effektivliyi üçün təbii yağlardan istifadə olunur. Zeytun, balqabaq və digər yağlardan istifadə etmək olar. Apteklərdə masaj üçün xüsusi yağlar da satılır.
Masajdan qabaq isti duş qəbul etmək lazımdır. Bağırsaq və sidik kisəsi boşaldılmalı, əllər yaxşı yuyulmalıdır. Aralığı, cinsiyyət orqanlarını və əlləri yağla yağlayırlar. Qadın maksimal rahat vəziyyət almalı, əzələlərini boşaltmalıdır. Uşaqlıq yoluna yeridilmiş barmaqlarla, onun arxa divarına basaraq, anal dəliyə tərəf yumşaq hərəkətlər edilir. Təzyiqləri adi masaj hərəkətlərilə növbələmək lazımdır.
Masajın davam müddəti 5-7 dəqiqə çəkir. Adətən qadına qarnı mane olduğu üçün, özünü masaj etməyə çətinlik çəkir, buna görə də yaxşı olar ki, ona yaxınları kömək etsin. Masajın aparılmasına bəzi əksgöstərişləri nəzərə almaq lazımdır. Məsələn, cinsiyyət orqanlarının iltihabi və infeksion xəstəlikləri. Bu halda masaj tam sağaldıqdan sonra aparılmalıdır, əks təqdirdə, o, infeksiyanın yayılmasına səbəb ola bilər.
Hamiləliyin pozulması və ya vaxtından qabaq doğuş təhlükəsi olduqda, dölün qeyri-düz vəziyyətində və hamilədə dəri xəstəlikləri olarsa – masaj qəti əksgöstərişdir. Çox vacibdir ki, prosedur heç bir mənfi emosiya və ya fiziki diskomfort törətməsin. Onu etməzdən qabaq, hamiləliyi təqib edən həkimin razılığı alınmalıdır.
Gimnastika
Effektiv profilaktik tədbirlərdən biri də xüsusi gimnastik hərəkətlərdir ki, aralığın elastikliyini yaxşılaşdırır.
1-ci hərəkət. Stulun söykənəcəyinə yanı ilə dayanıb, əllərlə ondan tutub dayaq kimi istifadə etməli. Növbə ilə ayaqları 6-10 dəfə yan tərəflərə qaldırmalı.
2-ci hərəkət. Ayaqları geniş qoymalı. Bədəni bu vəziyyətdə saxlamqla yavaş-yavaş oturub durmalı. Hərəkətləri 5-6 dəfə təkrarlamalı.
3-cü hərəkət. Ayaqları çiyinlər səviyyəsində qoymalı. Dərindən nəfəs almaqla, növbə ilə qarını əvvəlcə içəri çəkib, sonra boşaltmalı. Bu zaman onurğa düz qalmalıdır.
4-cü hərəkət. Növbə ilə anal dəlik və uşaqlıq yolu əzələlərini gərginləşdirib boşaltmalı. Bu hərəkətlər həm uzanmış, həm də oturaq vəziyyətdə edilir. Onu təkcə evdə yox, həm də işdə və hətta yolda da etmək olar.
Qidalanma
Hamilə qadın qidasına fikir verməlidir. Qidaya mütləq E vitamini daxil edilməlidir. Onu həm kapsullarda qəbul etmək olar, həm də bu vitaminlə zəngin bitki yağı içmək olar. Menyuda mütləq balıq və ya balıq yağı olmalıdır, hansı ki, doymamış yağ turşuları ilə zəngindir. Bəzi müəlliflər 28-30 həftəliyindən səhər yeməyindən qabaq desert qaşığı ilə alma sirkəsi qəbul etmək məsləhət görür.
Üçüncü trimestrdə ətin qəbulunun azaldılması da cırıqların profilaktikasına aiddir. Əgər qadın buna hazır deyilsə, onda heç olmasa hisə verilmiş məhsullar qidadan çıxarılmalıdır.
Digər profilaktik tədbirlərə aid etmək olar:
- ginekoloqun qəbulunda müntəzəm olmalı, onun bütün məsləhətlərinə əməl etməli;
- hamiləliyə görə vaxtında (12 həftədən gec olmayaraq) qeydiyyata durmalı;
- doğuş vaxtı özünü düzgün aparma qaydaları ilə tanış olmalı;
- cinsiyyət üzvlərində olan iltihabi prosesləri vaxtında aşkarlayıb müalicə etməli;
- doğuş vaxtı həkimin və mamaçanın bütün göstərişlərinə əməl etməli.
Sadalanan məsləhətlərə əməl edən anaların rəylərinə görə, profilaktik tədbirlər və doğuşa ciddi hazırlıq, asan olmayan bu prosesin öhdəsindən, hətta iri döl doğulduqda belə, ağır zədələrsiz gəlməyə imkan verir.
Hawaiian Tikis
What are these mythical symbols and how do they fit into Hawaiian culture? If you’ve ever seen the wooden, novelty representations of the ancient hand-carved figures, you will notice by their readied stances and stern facial expressions that a tiki was intended to represent very important, respected authorities, namely principal gods, guardians and spirit powers.
Very few tiki lovers are aware of the unique history and spirituality of tiki images, but even a brief description of the ancient purpose of the tiki will give you a glimpse at the very essential role symbolism played in traditional Hawaiian society.
The Tikis’ Origins
The first inhabitants of Hawaii voyaged from Polynesia about one thousand years ago, bringing with them religious and spiritual convictions. The many gods of Hawaii and Polynesia were represented by tikis. The name tiki can refer to many different types of images used throughout Polynesia, from images used ceremonially by Maori tribes in New Zealand, to the moa carvings on Easter Island, to modern day images displayed in Hawaii.
In Polynesian mythology, tiki often represents the first human being on Earth. These images are still used today in some Polynesian cultures in the context of spiritual practice. It is not uncommon for small tiki figures to be worn for protection from infertility in New Zealand.
In ancient Hawaiian culture, the gods, the aina, or land, and the kanaka, or people, shared a symbiotic existence. If the people took care of the land in a pono (right) manner, the gods were appeased. If the gods were happy, they would allow the land to provide sustenance for the people through verdant growth. Each god had many kinolau, or forms, including human and animal forms.
Tiki statues were carved to represent the image of a certain god and as an embodiment of that specific god’s mana, or power. With well-formed tikis, perhaps the people could attain protection from harm, strengthen their power in times of war and be blessed with successful crops.
The primary Hawaiian gods represented with tiki images include:
Ku – the god of war
Lono – the god of agriculture and peace time
Kane – the god of creation, sunlight, forests, fresh water
Kanaloa – the god of the sea realm
The ancient Hawaiians kept their gods close using many creative forms of communication. Tikis were created as a medium of connection or interaction. Through continued communication with these all-powerful deities, the Hawaiian people were sure to follow the right path to appeasement. All Hawaiian people were said to have descended from the lineage of the gods. It was the job of the alii nui, or high chiefs, to make sure everything was in societal balance and that the ultimate respect was paid to the gods through many avenues.
Remodeled Home: FREE Maid Service & Concierge Services
Cottage with Hawaiian art, large living room w/fireplace 1 mile from Park
Kailua Beach Hideaway TA-189-305-8560-01
Deluxe Panoramic Mountain View Condo – 37th Floor, Free parking & Wifi by RedAwning
Walusha best 4 bdrms 3 batrooms
View more vacation rentals
The alii nui were considered direct descendents of the gods and thus carried great responsibility. In addition to tiki images, the higher spirits and ruling deities were paid homage through every action undertaken in ancient Hawaiian society. From the whalestooth pendants, feathered helmets and feathered cloaks worn by kings, to animal sacrifice and the religious practices that separated men and women during meal times, divine guidance ruled society. The ancient system of religion called aikapu was abolished by King Kamehameha II in 1819, and the majority of temples and religious images, including tikis, were destroyed. However, some tiki artifacts remain to this day in remembrance of a time when strict religious beliefs guided the Hawaiian society. According to Hawaiian history, there was a time when gods walked the earth as men, and tiki images recognize not only their divinity, but also their human qualities as well. Tikis reminded the people just how close the realm of the gods was and reinforced their acknowledgement of the awesome power the gods sustained. The first stone tikis were said to have been carved around the year 1400 in the Marquesas Islands. The tiki can take many crafted forms, from giant sculptures of the war God Ku, to images of variant gods carved into drums, boats, or other utilitarian objects, to petroglyphs carved into rock or tattoo patterns on the body. The artistic likenesses created in tikis demonstrate a high level of craftsmanship and perfectionism. The most recognized tiki character has a strong, stocky body with a rectangular head, seemingly wearing a headdress. This mysterious figure is to a degree an intimidating one, with large eyes and a stance that suggests he is ready for war. Beginning in the 1930s, an entire “tiki culture” representing the island life of the South Pacific began to form around these odd statues. Tiki-themed restaurants displayed kitschy memorabilia, such as tiki carvings, tiki torches, rattan furniture, tropical-print fabrics and wooden or bamboo items. Tiki bars served mai tais and other fruity island drinks. Before long, tiki culture had a large following in the United States, using South Pacific themes in everything from clothing to interior design. After Hawaii became a state in 1959, tiki culture, the aloha shirt and other island representations were incredibly en vogue. Today, you can find giant wooden figures in several spots around the Hawaiian Islands, including the Polynesian Cultural Center on Oahu’s North Shore. At La Marianas on Sand Island in Honolulu, possibly the most popular tiki bar in Hawaii, visitors can enjoy a tropical cocktail amidst an overwhelming amount of tiki memorabilia. Visitors to Hawaii can find a tiki image pretty much anywhere, but when you are browsing through the tourist-aimed mass-manufactured tiki items, remember how these images once represented the beloved and revered Hawaiian gods.
Leykoz. Əlamətlər və müalicə
Keçən əsrin ən qorxulu problemlərindən biri olan leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyidir.
Onkoloji proses, ilk növbədə sümük iliyində normal qanyaranmanı pozur və sonradan bütün orqanizmə yayılaraq digər orqan və sistemlərin fəaliyyətini dayandırır. Xəstəliyə vaxtında diaqnoz qoyulmadıqda və ya müalicə tədbirləri gecikəndə ölümlə nəticələnir.
Bu barədə AZƏRTAC-a müsahibəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Tranfuziologiya İnstitutunun uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru Mireldar Babayev deyib: “Yaş, irq və cinsindən asılı olmayaraq hər kəs onkogenli doğulur və şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda həmin genin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur, yəni orqanizm müxtəlif təsir mexanizmlərindən istifadə edərək həmin genin aktivləşməsinin qarşısını alır. Ancaq bir çox amillərin təsiri altında gen aktivləşə bilir və xəstəlik yaranır. Bura həm daxili, həm də xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji amili, xüsusilə radiasiyanı qeyd etmək lazımdır. Təsadüfi deyil ki, radiasiyanın güclü olduğu regionlarda xəstəliyin başvermə tezliyi xeyli yüksəkdir. Məsələn, Yaponiyadakı “atom bombası” faktoru və ya keçən əsrin 80-ci illərində baş verən Çernobıl faciəsindən sonra həmin ərazidə yaşayanlar arasında leykoz xəstəliyinə tutulanların sayı dəfələrlə artıb. Proses uzun illərdir ki, davam edir. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasion dəyişikliklərin yaranmasına təkan verir və xəstəliyin baş qaldırması ilə nəticələnir.
Kimyəvi maddələrin məişətdə geniş tətbiqi, zərərli və zəhərli qazlarla atmosferin çirklənməsi genetik aparatda pozucu amilə çevrilərək xəstəliyin yaranmasına səbəb olur. Leykoz xəstəliyinin yaranmasında virus faktorunun, xüsusilə Epşteyn-Barr virusunun böyük rolu var.
Eyni mühitdə yaşayan, eyni fiziki-kimyəvi amilə məruz qalanların bir qismində leykoz xəstəliyi yarandığı halda, digər qismində yaranmamasının səbəbi barədə danışan hemotoloq deyib: “Burada daxili amillərin rolunu qeyd etmək lazımdır. Genetik və psixoloji amillər xəstəliyin yaranmasında mühüm və həlledici rol oynayır. Əhalinin genetik sağlam hissəsində, xromosom aparatı daha möhkəm olanlarda xəstəliyə tutulma ehtimalı daha az olur və əksinə, sağlam olmayanlar daha tez xəstəliyə tutulurlar.
Psixoloji amillər içərisində qorxu və stress faktorları xüsusi qeyd edilməlidir. Onların təsiri altında onkogen üzərində nəzarətin kəskin azalması nəticəsində onun fəaliyyəti aktivləşir və xəstəlik yaranır.
Leykoz xəstəliyinə yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər hər yaşda rast gəlinə bilər, fərq sadəcə formadadır. Leykoz xəstəliyi altında qanın bir çox onkoloji xəstəlikləri–kəskin, xroniki, limfoblast və mieloblast leykoz cəmlənir. Həmin xəstəliklərin hər birinə müxtəlif yaş qruplarında daha çox rast gəlinir. Məsələn, kəskin limfoblast leykoz həm uşaqlar, həm də böyüklər arasında rast gəlindiyi halda, xroniki limfoleykoza uşaqlar arasında təsadüf edilir. Yaxud kəskin limfoblast leykozun uşaqlar arasında rastgəlmə tezliyi 70-80 faiz olduğu halda, mieloblast leykoz cəmi 15-20 faiz təşkil edir. Ona görə də leykozun rastgəlmə tezliyi bütün yaşlar üçün eynidir, fərq yalnız xəstəliyin formasındadır”.
Şöbə müdirinin dediyinə görə, digər xəstəliklərdən fərqli olaraq leykozun gedişi mərhələli olur. Bu səbəbdən ilkin əlamətlər gedişata müvafiq olaraq üzə çıxır: “Proses sümük iliyi səviyyəsində ikən klinik olaraq anemiya, trombositopeniya, leykopeniya nəticəsində yaranan solğunluq, halsızlıq, zəiflik, iştahasızlıq, hərarət yüksəlməsi, müxtəlif xarakterli qanaxma, qansızma və hematomalar baş verir. Proses digər qanyaradıcı orqanlara yayılanda dalaq, qaraciyər və limfa vəzlərinin böyüməsi müşahidə edilir. Digər sistemlər zədələnəndə baş ağrıları, əsəbilik, görmə və eşitmənin pisləşməsi, diplopiya, müxtəlif parezlərlə müşahidə olunan nevroloji simptomlar, ətraf sümüklərdə leykemik infiltrasiya ilə əlaqədar olan “revmatik” ağrılar yaranır. Vəziyyət “qan simptomlarını” qabaqlayanda çox vaxt müxtəlif qeyri-hemotoloq mütəxəssislər problemi dar çərçivədən qiymətləndirir və nəticədə həmin xəstələr bəzən yanlış olaraq revmatizm, meningit, hepatit, limfadenit, görmə sinirinin parezi və s. digər diaqnozlarla müalicə olunurlar. Ona görə də əlamətlər hər zaman düzgün araşdırılmalı və hemotoloqla məsləhətləşmə aparılmalıdır.
Hemotoloqun apardığı əsas diaqnostik araşdırma sümük iliyinin müayinəsidir. Burada onkoloji blast hüceyrələrin – xərçəng hüceyrələrinin aşkara çıxarılması düzgün diaqnoz qoymağa imkan verir.
Xəstəlikdən tam sağalma ehtimalı barədə danışan mütəxəssis deyib: “Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu qoyulan xəstə ölümə məhkum sayılırdı. Bu, həm həkimlər, həm də xəstələr arasında aksiom kimi qəbul edilmişdi. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicəyə proqram anlayışından yanaşma leykozun proqnozunda inqilabi dəyişiklik yaratdı. Yeni müalicə proqramlarının tətbiqi, ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması, onko-hematoloji kadrların hazırlanması, yeni dərman preparatlarının kombinasiyalı tətbiqi, kimyaterapiyanın ağırlaşmaları ilə daha səmərəli mübarizə üsullarının hazırlanması, xəstələrin sosial və psixoloji problemlərinin öyrənilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, xarici hematoloji institutlar ilə kooperativ iş qurulması xəstələrin sağalması istiqamətində əsaslı dönüş yaradıb. Artıq keçən əsrin 80-ci illərindən başlayaraq leykozlu xəstələrin sağalması gerçəkliyə çevrilib. İndi leykozdan əziyyət çəkən xəstələrin, əsasən də uşaqların remissiya çıxma şansı 100, tam sağalma ehtimalı isə 80-85 faizə bərabərdir”.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.