Press "Enter" to skip to content

Tikiş sexlərində gedən proseslər

“Atlas” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Ukraynada baş verənlərin bölgə dövlətlərinə təsir edəcəyini vurğulayıb. Ukrayna faktorunun Avropa Birliyi və Rusiya üçün əhəmiyyətindən danışan E. Şahinoğlu bildirib ki, əsas diqqət cəlb edən Kiyevin qərarı idi: “Avropa Birliyi ilə Gürcüstan, Moldova assosiativ sazişi parafladı. Ancaq bu o qədər də müzakirə mövzusuna çevrilmədi. Ukraynada gedən proseslərin bölgəyə təsiri qaçılmazdır. Bilirik ki, Rusiya və Avropa Birliyi arasında da bir qarşıdurma yaranıb. Sadəcə olaraq Rusiyanın təzyiqləri və qaz şantajına görə Ukrayna Avropa Birliyinə “yox” dedi. Rusiya belə təzyiqləri Azərbaycana da göstərə bilər. Kreml Azərbaycanın da Gömrük İttifaqına üzv olmasını istəyir”-deyən analitik qeyd edib ki, Ukraynanın Avropa Birliyinə inteqrasiya prosesi dayanmayacaq.

Ermənistanda gedən proseslər; reaksiyalar və Bakının gözləntiləri

Ermənistanda baş nazir Serj Sarqsyanın vəzifədəsindən uzaqlaşdırılması ilə nəticələnmiş proseslər bölgənin həssaslığı üzündən istər beynəlxalq ictimaiyyət, istərsə də region ölkələri, xüsusilə Azərbaycan tərəfindən diqqətlə izlənilir.

IRNA agentliyinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan Yerevandakı hadisələri daha diqqətlə və həssaslıqla izləyir. Çünki onun bu proseslərdən xüsusi gözləntiləri var.

Azərbaycanın Ermənistanla heç bir siyasi, iqtisadi və humanitar əlaqələri olmasa da, Bakıda siyasi və ictimai dairələr Ermənistanda yaşananların Dağlıq Qarabağ münaqişəsinin gələcəyinə necə təsir edə biləcəyi haqda düşünür. Bəziləri indiki proseslərin Qarabağ probleminin həllinə yol aça biləcəyi fikrindədir.

Bu məqalədə də Azərbaycanın siyasi dairələrinin Ermənistanda gedən proseslərlə bağlı fikirləri, müxtəlif proqnozlar Dağlıq Qarabağ münaqişəsi prizmasından təhlil olunub.

İlk olaraq o qeyd edilməlidir ki, Azərbaycanın ictimai-siyasi dairələri Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın siyasi baxışları, xüsusilə də Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi haqqında müxtəlif səbəblərdən dəqiq təsəvvürə malik deyil. Məhz bu üzdən bir çox ekspert Ermənistanda onun rəhbərliyilə başladılmış hərəkatı dəyərləndirərkən ehtiyatlı davranır. Bununla yanaşı, ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqların nəticə vermədiyi bir şəraitdə, Ermənistanda hakimiyyət dəyişikliyilə bu problemin sülh yolu ilə həllinə az da olsa ümid yaranıb.

Azərbaycan XİN-nin reaksiyası

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarqsyanı hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutmaqda günahlandıran Bakı Yerevanda yaşananların və Sarqsyanın vəzifədən getməsindən dərhal sonra Ermənistanın sağlam siyasi qüvvələrilə münaqişənin nizamlanması istiqamətində müzakirələri davam etdirməyə hazır olduğunu bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Hikmət Hacıyev deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində məhz Sarqsyan rejiminin siyasəti nəticəsində indiyədək heç bir irəliləyiş olmayıb”.

“Sarqsyan rejiminə bağlı bəzi ünsürlərin guya Azərbaycan tərəfdən cəbhə xəttinə əlavə qüvvə və hərbi texnikanın toplandığına dair iddialarının heç bir əsası yoxdur. Belə iddiaların ortaya atılmasında məqsəd ictimaiyyəti aldatmaqdır”, – deyə H.Hacıyev bildirib: “Reallıq budur ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda olması bölgədə sülhə və təhlükəsizliyə əsas təhdiddir. Gərginliyə son qoyulması üçün onların bu torpaqlardan çıxarılması lazımdır”.

H.Hacıyev bildirib ki, “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mümkün qədər tez və dinc yolla nizama salınması üçün Ermənistanın sağlam siyasi qüvvələri ilə danışıqları davam etdirməyə hazırdır”.

“Dağlıq Qarabağ münaqişəsinin dərhal və sülh yolu ilə həlli bölgədə sülh və sabitliyi bərqərar edəcək, hərtərəfli regional əməkdaşlıq üçün imkanlar açacaq”, – deyə o, qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı

Bəzi Ermənistan rəsmilərinin Azərbaycanın cəbhə xəttinə əlavə qüvvələr topladığına dair iddialarını Azərbaycan Müdafiə Nazirliyi də təkzib edib. Qurumdan bildiriblər ki, Azərbaycan Ordusunun birləşmələri atəşkəs rejiminə ciddi əməl edir və Bakı Dağlıq Qarabağ regionunda vəziyyətin daha da gərginləşməsini istəmir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1992-ci ildə problem tərəflər arasında hərbi toqquşmalara çevrilib. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs razılaşması əldə edilib. Lakin münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən, Rusiya, Fransa və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk qrupunun səyləri bu günədək heç bir nəticə verməyib.

Azərbaycan və Ermənistan prezidentləri ilə ötən 17 ildə, yəni 1998-2017-ci illər ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyilə 53 görüş keçiriblər. Lakin bu müzakirələr nəticəsində heç bir irəliləyiş olmayıb. Dağlıq Qarabağ münaqişəsinin həllini xarici siyasətinin prioriteti elan etmiş Azərbaycan problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həllini tələb edir. Ermənistan isə bu zaman xalqların öz müqəddəratını təyin etməsi prinsipinin əsas götürülməsini istəyir. Bu, dövlətlərin ərazi bütövlüyü prinsipilə tam ziddiyyət təşkil edir. Problemin aradan qaldırılmasına ümidləri də məhz bu ziddiyyət azaldır. Ekspertlərin fikrincə, problemin həllinə daha bir maneə tərəflər arasında inamın olmamasıdır.

Hər halda, Ermənistan öz qüvvələrini Dağlıq Qarabağ bölgəsindən çıxarmağa hazır deyil. Azərbaycan isə ərazilərinin Ermənistan tərəfindən işğalı ilə heç zaman barışmayacağını deyir.

Beləliklə, beynəlxalq vasitəçilərin köməyilə aparılan danışıqlarda irəliləyişin olmaması, Bakı ilə Yerevan arasında davamlı qarşılıqlı ittihamlar zaman-zaman yeni gərginliklər yaradır. Belə gərginliklərdən biri 2016-cı ilin aprelində hərbi toqquşmalarla nəticələnib. Nəticədə hər iki tərəf xeyli itki verib.

İndi, Ermənistanda yaşanan son siyasi hadisələr 20 illik nəticəsiz danışıqlar fonunda Azərbaycan tərəfində az da olsa, ümid yaradıb. Bakı ümid edir ki, Ermənistanda vəziyyətin normal məcraya düşməsindən, hökumətin fəaliyyətini bərpa etməsindən sonra Dağlıq Qarabağ probleminin həlli Ermənistan rəhbərliyi üçün də prioritetə çevriləcək.

IRNA, İran
01.05.2018

(Fars dilindən tərcümə – WorldMedia.Az)

Milli.Az

Tikiş sexlərində gedən proseslər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

FED.az xəbər verir ki, xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinı yetilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Abbasova İradə Əli qızı barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır və bildirir ki, əmək müqaviləsinin bağlanılmaması işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, həmçinin iş yerlərinin və əmək haqqı gəlirlərinin dövlət büdcəsindən gizlədilməsi hüquqi və cinayət məsuliyyətinə səbəb olur.

Tikiş sexlərində gedən proseslər

Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalamasından imtina etməsi və prezident Viktor Yanukoviçin təbiri ilə desək, müvəqqəti olaraq Rusiya yolunu seçməsi ukraynalıların əsəblərini tarıma çəkib. Artıq neçə gündür Kiyevdə və digər şəhərlərdə Ukraynanın Rusiya yönlü siyasətinə etiraz edənlərin tələbləri və hökumət qüvvələri ilə qarşıdurma yaranması ölkədə vəziyyəti böhran həddinə çatdırır. Proseslərin bu şəkildə davam edəcəyi təqdirdə Ukraynada cərəyan edən proseslərin inqilabla nəticələnəcəyini də söyləmək olar. Adətən, dünyanın qaynar bölgələrində inqilab, xaos olanda bunun region dövlətlərindən də yan keçməyəcəyi iddia edilir. 2003-cü ildə Gürcüstanda, bunun ardınca Ukraynada baş tutan “rəngli” inqilablar, 2011-ci ilin ilk aylarında Şimali Afrika respublikalarını cənginə alan hakimiyyət çevrilişləri də qeyd etdiyimiz tezisi vurğulamağa əsas verir. Bəs, Ukraynada baş verən mitinqlər və bunun fonunda inqilab anonslarının verilməsi indiki geosiyasi durumda bölgəyə əhəmiyyətli təsir edə bilərmi?

“Ukraynada baş verənlər inqilab deyil”

Konfliktoloq Arif Yunus Modern.az-a Ukraynada baş verənlərin inqilab dalğası kimi təqdim edilməsi ilə razı olmadığını bildirib. Onun sözlərinə görə, Ukraynada inqilab deyiləndə 2004-cü il yada düşür. “İnqilab, sadəcə olaraq hakimiyyəti dəyişdirməkdən ibarət deyil. Hakimiyyətin zorla, mitinq vasitəsilə devrilməsi və siyasi sistemin dəyişilməməsi inqilab deyil. Bu, çevrilişdir. Məsələn, Gürcüstanda siyasi sistem dəyişildi”.

Onun fikrincə, Ukrayna hadisələri siyasi xarakter daşıyır. A.Yunus mitinqlərin nəticəsinin sual altında olduğunu desə də, Ukraynada hakimiyyətin aksiyalarla dəyişilməyəcəyini vurğulayıb: “Yaxın zamanlarda Ukraynada həm də prezident seçkiləri keçiriləcək. Çox güman ki, indiki mitinqlər də seçkilərə təsirini göstərəcək. Əslində prezident seçkilərinə indi start verilib”.

Konfliktoloq Ukraynada gedən proseslərin MDB ölkələrinə də təsir edəcəyini istisna etməyib. O bildirib ki, Cənubi Qafqaz ölkələri başda olmaqla, MDB məkanında Ukraynadakı anoloji problemlər ortaya çıxacaq: “Artıq bunun cücərtilərini də müşahidə etmək olar. Ermənistanda da əhali Yerevanın Gömrük İttifaqına qoşulmasına etiraz edir. Bu etirazlar Rusiya və Qərb arasında olan münaqişələr fonunda baş tutur”.

“Rusiya Azərbaycana da təzyiqlər edə bilər”

“Atlas” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Ukraynada baş verənlərin bölgə dövlətlərinə təsir edəcəyini vurğulayıb. Ukrayna faktorunun Avropa Birliyi və Rusiya üçün əhəmiyyətindən danışan E. Şahinoğlu bildirib ki, əsas diqqət cəlb edən Kiyevin qərarı idi: “Avropa Birliyi ilə Gürcüstan, Moldova assosiativ sazişi parafladı. Ancaq bu o qədər də müzakirə mövzusuna çevrilmədi. Ukraynada gedən proseslərin bölgəyə təsiri qaçılmazdır. Bilirik ki, Rusiya və Avropa Birliyi arasında da bir qarşıdurma yaranıb. Sadəcə olaraq Rusiyanın təzyiqləri və qaz şantajına görə Ukrayna Avropa Birliyinə “yox” dedi. Rusiya belə təzyiqləri Azərbaycana da göstərə bilər. Kreml Azərbaycanın da Gömrük İttifaqına üzv olmasını istəyir”-deyən analitik qeyd edib ki, Ukraynanın Avropa Birliyinə inteqrasiya prosesi dayanmayacaq.

Aqşin Kərimov

Comments are closed, but trackbacks and pingbacks are open.