Ovulyasiyanın vaxtını necə müəyyən etmək olar
Ovulyasiya anının müəyyən edilməsinin bir neçə üsulu vardır:
Quduz iti necə tanımaq olar?
Əgər itin sahibi varsa və mütəmadi olaraq peyvəndi vurulursa, qorxmaq lazım deyil. Amma heyvanın ağzında su axırsa və sahibi bəlli deyilsə o zaman lazımlı tədbirlər görülməlidir. Çünki quduz xəstəliyinin müalicəsi yoxdur və antibiotiklər təsirsizdir. Ona görə də, ilk tədbirin önəmi olduqca böyükdür.
İt insanı dişlədiyi zaman ağzındakı mikrobla formalaşan yaradan insan vücuduna daxil olurur. Bu mikroblar vücudun dərin qatlarına, sinir sisteminə kimi gedib çıxır. Xəstəliyin ağırlığı dişlənilən yerin həssaslığı, formalaşan yaranın böyüklüyü və heyvanın xəstə olub-olmadığına görə dəyişir. Dişləmənin dərəcəsinə görə həmin yerdə qanama, şişmə və ağrı hiss olunur. Özəlliklə, dişləyən itin quduz olması, xəstəliyin keçiciliyi baxımında önəm daşıyır. Vaxtında müdaxilə olunmadıqda isə insanı ölüm gözləyir.
İt dişləməsi zamanı “təcili yardım” maşını gələnə kimi ciddi yaralanma varsa, ilk tibbi yardım olaraq qanama dayandırılmalıdır. Yara 5 dəqiqədən bir bol soyuq su və sabun ilə yuyulmalıdır. Bu üsul yüngül xəsarətlərdə quduz olmaq riski 90% azaldır. Daha sonra yaranı steril salfet ilə qurulamaq, yara ətrafındakı zədələnməyən sahəyə isə yod və zelyonka sürtmək lazımdır. Həkimlər isə yaranın özünü hidrogen peroksid məhlulu ilə də təmizləməyi məsləhət görürlər.
Yara təmizləndikdən sonra yara səthinə güclü təzyiq etmədən onun üzərinə tənzif və ya pambıq tampon qoyaraq sarğı ilə onu bərkitmək, sonra onu yaxınlıqdakı xəstəxanaya yerləşdirmək lazımdır.
İtlərin hücumuna daha çox uşaqlar məruz qaldığı üçün onları daha çox qorumalıyıq. Buna görə də, uşaqlarınızı həyətdəki itlərdən, hətta yad şəxslərin ev itlərindən uzaq tutun, onların həmin itlərə yaxın getməsinə, hirsləndirməsinə icazə verməyin.
Sağlamlıq Baxılıb: 9792 Tarix: 14 sentyabr 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Qara ciyəriniz sağlamdırmı? – TEST
Qara ciyər orqanizmin ən vacib orqanlarından biridir. -a istinadən bildirir ki, qara ciyər müxtəlif və çox önəmli funksiyaları yerinə yetirir. Qara ciyər özü-özü bərpa etmək qabiliyyətinə malik olan çox möhkəm və dözümlü orqandır. Lakin sağlam olmayan qidalanma, pis vərdişlər (siqaret çəkmək, spirtl
13 sentyabr 2015
Kəbə faciəsində Bin Laden izi
Dünən Kəbəni genişləndirmə layihəsi çərçivəsində istifadə olunan qaldırıcı kranın aşması nəticəsində baş verən qəza ilə bağlı sensasiyalı məlumat üzə çıxıb. Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kəbəni genişləndirmə layihəsini Bin Laden ailəsinə məxsus şirkətin apardığ
12 sentyabr 2015
Xərçəngin dərmanı – böyürtkən
Böyürtkən ən faydalı meyvələrdən biridir. Türkiyəli həkim Turan Karadəniz bu möcüzəvi meyvənin insan orqanizmi üçün faydalı xüsusiyyətlərindən danışıb. Həkimin sözlərinə görə, böyürtkən xərçəngin ən böyük düşməni hesab edilə bilər: “Araşdırmalar göstərib ki, böyürtkənin tərkibindəki aktiv maddələ
12 sentyabr 2015
Bu bitki revmatizmə çarədir
Xardal bitkisini yəqin ki, çoxlarınız tanıyırsınız.Sosislərin və digər bir çox yeməklərin yanında sevərək istifadə etdiyimiz xardal sarı rəngli, tüklü yarpaqları olan bitkidən əldə edilir. Araşdırmalar xardalın bir çox problemin çarəsi olduğunu üzə çıxarıb. Ancaq o, ən çox revmatizmdən əziyyət çəkənlər
11 sentyabr 2015
Dişləri təmizləməyin yeni üsulu
“Oil pulling” (yağla təmizləmək) adlanan üsul son illər ağız boşluğu və diş təmizliyində geniş şəkildə istifadə edilir. Deyilənə görə, hətta Hollivud ulduzları sağlam və ağappaq dişlərinə görə bu üsula borcludurlar. Bəs, “oil pulling” necə tətbiq edilir və faydalı cəhətləri nələrdir?
11 sentyabr 2015
Böyrək daşından qara turpla qurtulun
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qara turp həm müalicə edir, həm də böyrəkdə daş meydana gəlməsinin qarşısını alır. Qara turpun sidik yolundakı daşların müalicəsi üçün istifadə edilməsi yaxşı nəticələnib. Xalq arasında “böyrək daşı” adı ilə tanınan xəstəlik insan və heyvanları
11 sentyabr 2015
Ananas şirəsi ilə gözəlləşin
Ananas ən faydalı meyvələrdən biridir. Onun şirəsində bol miqdarda mineral və vitamin var. Həmin mineral və vitaminlərin sayəsində də, bir çox xəstəliyə qarşı qalxan funksiyasını yerinə yetirir. Ananasın tərkibindəki təbii şəkər bədənə enerji verir. Ancaq ananasdan sadəcə, sağlamlıq üçün deyil, həm d
10 sentyabr 2015
Yuxuya görə qidalanma
ABŞ-ın Pensilvaniya Universiteti yuxi ilə qidalanlmaya dair maraqlı araşdırma aparıb. Məlumatda bildirilir ki, nə qədər yatdığımız hansı xəstəliklərə yoluxma riskimizin daha çox olduğunu müəyyən edir. Yuxu tipinizi bilərək həm xəstəliklərdən qoruna, həm də necə qidalanacağınızı öyrənə bilərsiniz. 1-c
9 sentyabr 2015
Orqanizminizi qışa hazırlayın!
Yay aylarında yedik-içdik, indi isə orqanizmi qışa hazırlamaq vaxtıdır. Qarşıdan gələn mövsümdə özünüzü gümrah hiss etmək, qrip və soyuqdəymədən qorunmaq, hər kəs üşüyərkən təmiz və soyuq havanın dadını çıxarmaq istəyirsinizsə, mütləq detoks etməlisiniz. -a istinadən orqanizmi təmizləyib, immunitet
Ovulyasiyanın vaxtını necə müəyyən etmək olar?
Ovulyasiya vaxtının (anının) dəqiq müəyyən edilməsi bəzi sonsuzluq növlərinin müalicəsi üçün çox vacib hesab edilir.
Ovulyasiya anının müəyyən edilməsinin bir neçə üsulu vardır:
- Əksər qadınlar öz subyektiv hissiyyatları ilə ovulyasiyanın baş verməsi anını müəyyən edə bilirlər. Belə ki, ovulyasiya anında qarının aşağı hissəsində və ya beldə ağrı baş verir. Bu zaman qadının halı yaxşılaşır və onda kəskin seksual tələbat yaranır. Ovulyasiya zamanı qadın cinsiyyət üzvlərindən (uşaqlıq yolundan) selik ifazatın artması da qeyd edilir. Bu uşaqlığın boyunun (servikal kanalın) ifrazatı olub servikal selik adlanır. Ovulyasiya vaxtı spermatozoidlərin uşaqlıq boşluğuna tərəf hərəkətini asanlaşdırmaq üçün bu selik başqa günlərdən fərqli olaraq daha az yapışqan olur (çiy halda olan yumurta zülalına bənzəyir). Ovulyasiyadan sonra və hamiləlik dövründə isə servikal selik daha qatı və daha çox yapışqan olur ki, bu da müxtəlif mikroblar, infeksiyalar və digər xəstəlik törədicilərinin qadın orqanizminə daxil olmasının qarşısını alır.
Servikal seliyin başqa bir vacib xüsusiyyəti də var ki, bu və ya digər zəifliklərə malik olan spermatozoidlər onun təsiri nəticəsində məhv olurlar. Daha güclü spermatozoidlər isə onun zərərli təsirlərinə üstün gələrək uşaqlığa daxil ola bilirlər. Bu isə daha sağlam uşağın yarana bilməsi ehtimalını artırmış olur.
- Təqvim üsulu. Ovulyasiya praktiki olaraq aybaşı tsiklinin ortasında baş verdiyi üçün ilk növbədə bu tsiklin davam etməsi müddətini təyin etmək lazımdır. Bu, bir menstruasiya tsiklinin əvvəlindən digər tsiklin başlanmasına qədər olan bir müddətdir. Məsələn, aybaşının başlanması bir dəfə 21 oktyabra, növbəti aybaşının başlanması isə 21 noyabra təsadüf edərsə, demək, menstrual tsikl 30 gün təşkil edir. Bu halda ovulyasiya 5 noyabr tarixində baş vermiş olacaq. Menstruasiya tsiklinin müddətini daha dəqiq təyin etmək üçün son üç və ya daha yaxşı olar ki, son altı tsiklin davam etmə müddətini qeyd etmək məsləhət görülür.
Bu halda menstrual tsiklin müddətini daha dəqiq təyin etmək olar.
- Bazal temperaturun (düz bağırsaqda temperatur) ölçülməsi üsulu. Bu məqsədlə qadın düz bağırsaqda olan temperaturu səhərlər – yataqdan qalxmamaqla adi termometrdən istifadə etməklə (5 dəqiqə ərzində) ölçməli və göstəricini qeyd etməlidir. Əgər temperaturun ölçülməsindən əvvəl normal axşam yuxusu olmazsa, alınan nəticə dəqiq sayıla bilməz. Normal aybaşı tsiklində ovulyasiyaya qədər düz bağırsaqda olan temperatur 37 C-dən aşağı olur. Ovulyasiyadan bilavasitə əvvəl hərarət daha 1 neçə 0,1 dərəcə aşağı düşür. Ovulyasiyadan dərhal sonra düz bağırsaqda olan hərarət birdən-birə kəskin şəkildə 0.6 -0.9 C qalxır.
Qeyd etmək lazımdır ki, sadalanan bu üsullarla yalnız təxmini nəticələr əldə etmək olur.
Ovulyasiya anının müəyyən edilməsinin daha bir neçə üsulu vardır:
- Follikulun böyüməsi və inkişafına, onun deşilməsi (ovulyasiyanın özü) prosesinə – follikulometriya prosesinə – ultrasəs aparatının köməkliyi ilə nəzarət etmək olur.
Menstruasiya tsiklinin 10-cu günündən başlayaraq yumurta hüceyrəsi yumurtalıqdan çıxan günədək hər gün USM aparmaqla, ovulyasiya gününü dəqiq təyin etmək olar. USM zamanı içərisində yetişmiş yumurta hüceyrəsi olan follikul itir və onun yerində sarı cisim əmələ gəlir ki, onu da USM-də aydın görmək olur.
- Sidikdə LH – lyüteyinləşdirici hormonun təyin edilməsi. Bu üsul çox sadə olduğu üçün ev şəraitində də tətbiq edilə bilər. Bu məqsədlə ovulyasiyanın müəyyən edilməsi üçün xüsusi testlərdən (onları hamiləliyin təyin edilməsi testləri ilə qarışdırmayın) istifadə olunur. Ovulyasiya testlərini onun təxmin olunan vaxtından 5-6 gün əvvəl, qeyd olunan qaydalara uyğun olaraq, gündə iki dəfə olmaqla aparmağa başlayırlar.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.