Mövzusunda magistr dissertasiyasi Ixtisasin şifri və adi: 060643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”
Məsələn, müştərilər perspektivi üçün qarşıya qoyulan hədəflər, arzuolunan göstəricilər, bu göstəricilərə çatmaq üçün yerinə yetirilməli vəzifələr və təşəbbüslər müəyyənləşdirilir.
Yüngül sənaye məmulatlarının beynəlxalq daşınması
“AsstrA” geyim, aksessuarlar, tekstil, furnitur və digər mallar daxil olmaqla, yüngül sənaye məmulatlarının beynəlxalq daşınmasının həyata keçirilməsi və təşkili üzrə logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Yüngül sənaye məmulatları bazarı sabit müsbət dinamika nümayiş etdirir. Son illər bu seqmentdə idxal və ixrac həcmlərinin artımı müşahidə olunur. Yüngül sənaye sahəsində işləyən müəssisələr dövlət səviyyəsində dəstək alırlar, bu da onlara istehsalı artırmağa və Avropa İttifaqı, MDB və Asiya çərçivəsində yeni satış bazarlarına yiyələnməyə imkan verir. İnkişaf etməkdə olan tekstil və yüngül sənaye artan tədarük həcmlərin öhdəsindən gəlmək iqtidarında olan dəqiq nizamlanmış logistik sistemin qurulmasını tələb edir. “AsstrA” şirkəti beynəlxalq nəqliyyatda geyim, aksessuarlar və tekstilin davamlı tədarükünün təşkil olunmasına kömək edir. Şirkətimizin təcrübəli əməkdaşları Avropa, MDB, Baltikyanı, Cənub-Şərqi və Mərkəzi Asiya ölkələrində bütün nəqliyyat növlərindən və kombinə edilmiş çatdırılma sxemlərindən istifadə etməklə yük daşımalarını təmin edir. “AsstrA”nın mütəxəssisləri müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib daşıma marşrutunu tərtib edirlər və yüngül sənaye məmulatlarının daşınma dəyərini hesablayırlar. Şirkətimiz daşımanın çətinliyindən və coğrafiyasından asılı olmayaraq, istənilən yükün çatdırılmasını razılaşdırılmış müddətə təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və göstərilən xidmətlərin dəyişməz yüksək keyfiyyətini qorumağı bacarırıq.
Daha ətraflı –>
“Sifariş ilə” logistika
Gözəllik 4.0: İnnovasiyaların köməkliyi ilə kosmetika tədarüklərini necə optimallaşdırmaq olar?
ƏLAVƏ MƏLUMAT
YÜKLƏRIN NÖVLƏRI
- Geyim (üst və uşaq geyimləri daxil olmaqla)
- Aksessuarlar (çantalar, çamadanlar, keyslər, portfellər, əlcəklər, şərflər, dəsmallar, çətirlər və digərləri daxil olmaqla)
- Corab məmulatları
- Dəri məmulatları
- Tekstil (parçalar, iplik, saplar və digərləri daxil olmaqla)
- Dəyişəklər (alt və yataq dəyişəkləri daxil olmaqla)
- Furnitur (çarpazlar, düymələr, ilgəklər və s. daxil olmaqla)
- Xalçalar
Tekstil və tikiş məmulatları yüksək rütubətə həssasdırlar. Parça nəmlə uzun müddət təmasda olarsa, korlanır və sonrakı istifadə üçün yararsız hala düşür. Buna görə də geyimin olduğu nəqliyyat vasitəsində və ya konteynerdə münasib rütubət səviyyəsini saxlamaq lazımdır. Rütubət səviyyəsi konkret yükün xassələrindən asılıdır.
Bəzi hallarda, məsələn, xəz məmulatlarının çatdırılması zamanı qablaşdırma qismində çexollardan və ya polietilen paketlərdən istifadə olunur. Yüngül sənayenin ayrı-ayrı malları, o cümlədən premium-sinifinə aid geyim uyğunlaşdırılmış konteynerlərdə paltarasanlarda daşınır.
Yüngül sənaye məmulatlarının daşınmasına qarşı əsas tələb yükün mütləq markalanmasıdır. Markalanma mal haqqında tam və doğru məlumat verməyə kömək edir: malın adı, istehsalçının adı, tərkib, istehsal tarixi, zəmanətlər və s. Biz Avropadakı (Litva və Polşa) anbarlarımızda markalanma xidmətləri təklif edirik, çap edilmiş etiketləri və ştrix kodları açırıq.
“AsstrA” yük daşımalar üzrə milli və beynəlxalq hüquqi tənzimləmələrdə dəyişikliklərin monitorinqini həyata keçirir və hər bir malın xüsusiyyətlərindən çıxış edərək təhlükəsiz və vaxtında çatdırılmanı təmin edir.
NƏQLIYYAT NÖVLƏRI
Tekstil və yüngül sənaye məmulatlarının avtomobil nəqliyyatı ilə daşınması daha rahat və sərfəli nəql yoludur. Avtomobil nəqliyyatının hərəkəti limanların, dəmiryolu stansiyaların və aeroportların cədvəlindən asılı deyil. Bu, çatdırılma müddətini optimallaşdırmağa, daha çevik marşrut tərtib etməyə imkan verir. Avtomobil daşımalarının üstünlükləri arasında, o cümlədən konsolidasiya ilə birlikdə yığma yüklərin çatdırılması və “AsstrA” şirkətinin İtaliya, Almaniya, Litva, Polşa və Avropanın digər ölkələrdəki tərəfdaş anbarlarında mallara xidmət göstərilməsi imkanı da var. Şirkətimiz geyim və digər məmulatların avtomobillə daşınmasını həyata keçirmək üçün uyğunlaşdırılmış furqonlar və tentləşdirilmiş qoşqular təklif edir. Yüngül sənaye məhsullarının dəniz yolu ilə daşınması uzaq məsafələrə operativ və səmərəli çatdırılma üsuludur. Geyim, parçalar və aksessuarların istehsal coğrafiyasının özəllikləri ilə əlaqədar olaraq bu seqmentdə dəniz daşımalarına tələbat var. İri istehsal zavodları Cənub və Şərqi Asiya, Latın Amerikası, Qərbi Avropanın ayrı-ayrı bölgələrində yerləşir. Dəniz yolu ilə çatdırılma üçün nəzərdə tutulmuş konteynerlər nəql edilən yüklərin salamatlığını təmin edir. Dəniz yolu ilə konteyner daşımalarının üstünlüklərinə konteynerlərin tam və yarımçıq yüklənməsi, limanda yükə kompleks xidmət göstərilməsi, Avropa və MDB-də gömrük prosedurlarından sadələşdirilmiş qaydada keçilməsi daxildir. Uzaq məsafələrə nəql zamanı geyim və aksesuarların dəmir yolu ilə daşınmasına da tələbat var. Dəmiryol daşımalarının üstünlüklərinə yüksək sürət, uyğunlaşdırılmış vaqonlardan, platformalardan və konteynerlərdən istifadə, operativ boşaldıb yüklənmə aiddir. “AsstrA” şirkəti sürət qatarlarından istifadə etməklə Avropa və MDB ölkələrindən Çinə və Çindən yüngül sənaye və tekstil sənayesi məhsullarının dəmir yolu ilə daşınmasını təşkil edir. Qatarlar cədvələ ciddi şəkildə uyğun hərəkət etdiklərinə görə Bizim müştərilərimiz çatdırılmanı qabaqcadan sifariş verirlər, onların yükləri isə düz razılaşdırılmış müddətə gəlir. Dəmir yolu ilə daşınma daşımaların coğrafiyasından asılı olaraq 12 gündən 22 günədək davam edir. Geyim və aksessuarların hava yolu ilə daşınması daha baha qiymətlidir, lakin beynəlxalq nəqliyyatda yüngül sənaye mallarının sürərli çatdırılma yoludur. Yük təyyarələri yüksək yükgötürmə qabiliyyəti ilə seçilirlər, bu da malları uzaq məsafələrə nəql edəndə xərcləri azaltmağa imkan verir. Aviadaşımaların üstünlüklərinə bütün beynəlxalq aeroportlardan çatdırılma imkanı, aeroportlarda yükə tam xidmət göstərilməsi, malın yükü alanın anbarınadək çatdırılma imkanı daxildir. “AsstrA”nın mütəxəssisləri müvafiq yükün xüsusiyyətlərini nəzərə almaqla geyim və yüngül sənayenin digər mallarının daşınması üçün nəqliyyat xidmətlərinin sınanmış tədarükçülərini cəlb edirlər, uyğunlaşdırılmış nəqliyyat seçirlər. Əməkdaşlarımız ehtiyac yaranarsa, aviasiya, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından istifadə etməklə multimodal sxemlər tərtib edirlər.
DAŞIMA COĞRAFIYASI
- Baltikyanı ölkələr və Skandinaviya daxil olmaqla Avropanın daxilində geyim və yüngül sənayenin digər mallarının daşınması
- Rusiya və MDB üzrə geyim və yüngül sənayenin digər mallarının daşınması
- Avropa İttifaqı və MDB ölkələri arasında geyim və yüngül sənayenin digər mallarının daşınması
- Avropa ölkələri və Qafqaz arasında geyim və yüngül sənayenin digər mallarının daşınması
- Avropa və Mərkəzi Asiya ölkələri arasında geyim və yüngül sənayenin digər mallarının daşınması
- Avropa İttifaqı, MDB ölkələri və Çin arasında geyim və yüngül sənayenin digər mallarının daşınması
Mövzusunda magistr dissertasiyasi Ixtisasin şifri və adi: 060643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”
GİRİŞ
Hal hazırda geyim detallarının layihələndirilməsində istifadə olunan layihə hesabatları, hazırlanan geyim nümunələrinin xüsusiyyətlərinə və insanın quruluşu haqda məhdud informasıyaya əsaslanır.
Bu onunla bağlıdırki, insanın strukturu haqqında optimal nəticələr, hazırlanmış materiallarin xüsusiyytələri, layihələndirmə zamanı dəqiqlik çox mürəkkəbdir və böyük əmək sərf edir .
Hal-hazırda istehsal olunan məhsullar kəmiyyətinə görə yοx, οnun keyfiyyətinə görə seçilir. Burada keyfiyyət prοblemlərinin nə qədər ciddi olmasını bildirir.
Müasir şəraitdə tikili məmulatların layihələndirilməsi zamanı mövcud üsullara əlavə olaraq eksperimental yoxlanmalar da zəruri hesab edilir.
Layihələndirmə zamanı dəyişikliklərin keçirilməsi üçün qüsurların yaranma səbəbləri və onların aradan qaldırlması üçün təsirli tədbirlərin seçilməsi qabiliyyəti olmalıdır. Buna görədə layihəçi xarici amilləri öyrənməli,analiz etməli və hazır geyimlərdə onların aradan qaldırılması üçün düzgün səbəbləri tapmalıdır.
Tikiş sənayesində nöqsansız tikili məmulatların hazırlanması üçün peşəkarlar istehsalın müxtəlif mərhələlərində qüsurların yaranmaması üçün profilaktik tədbirlər aparmalıdırlar.
Geyimlərdəki qüsurlar 3 yerə bölünür modelləşdirmə,layihələndirmə və texniki.
Layihələndirmədəki qüsurlar ölçü və formaların insan bədəni ilə uyğunsuzlugundan irəli gəlir. Bu qüsurlar geyimdə şaquli, üfüqivə mailiqırışların yaranmasında və dinamiki uyğunsuzluqda, balans pozgunluğu ilə təzahür olunur.
Texnoloji qüsurlar layihələndirmə və biçilmə zamanı layihə montaş xətlərinin düzgün olmaması, əyri konfiqurasiyalar, quraşdırma zamanı kəsici xətlərin , quraşdırılmı tikişlərin ölçülərlə uyğun olmaması zamanı yaranır.
Modelləmədə qüsurlar layihələndirmə zamanı əsas layihədən kənara çıxaraq , yanlış üsullardan istifadə zamanı yaranır.
Tikili malların estetik xassələri yalnız modadan deyil, onların hazırlandığı materialın xassələrindən, konstruksiyasından, məmulatın texnoloji emalından və digər amillərdən aslıdır.
Məlum olduğu kimi geyim məmulatları insanı ətraf mühitin mənfi təsirlərindən qorumaqla yanaşı, onun xarici görünüşünü bəzəyir, gündəlik həyat fəaliyyətinə mühüm təsir göstərir.
Qeyd olunan xüsusiyyətlərlə yanaşı müasir geyimlərdə, xüsusilə qadın getimlərində təyinatından asılı olmayaraq zəriflik, incəlik, eleqantlıq, yüksək kompozisiya həlli, harmoniyalılıq və s. kimi estetik xassə göstəriciləri daha çox tələb olunur. Bu baxımdan da geyimlərinin keyfiyyətinə qoyulan tələblərin kompleksi daha geniş və mürəkkəbdir.
I FƏSİL .TİKİŞ MƏMULATLARININ LAYİHƏLƏNDİRİMƏSİ
1.1 Tikili məmulatlarin keyfiyyətinin formalaşmasinda layihənin əhəmiyyəti və rolu
Geyimlərin xarici görünüşünün formalaşmasına təsir edən bir sıra amillər vardır, ki, buraya layihələndirmə, konstrusiyalaşdirma, material, biçim və s. aid etmək olar.
Geyimlərin modelinin və yaxud ilkin nümunənin işlənib hazırlanması prossesi layihələndirilmə adlanır.
Materialların və bəzəndirmənin tətbiqi ilə hazırlanan, müəyyən bədii formaya malik olan konkret geyim nümunəsinə model kimi baxılır. Layihələndirmə zamanı bütün istehsal olunan məmulatlar bu modelə uyğun olmalıdır.
Hazırlanan model əsasında hazırlanan məmulat şəxsi istehlak malı kimi gözəl olmalı, müasir dəbə, təyinatına, istehlakçının xarici görünüşünə uyğun olmalı, gigyenik və rahat olmalı, forma və ölçülərini, vacib istehlak xassələrini bütün istismar dövründə qoruyub saxlaya bilməlidir. Digər tərəfdən isə model səmərəli və tikiş texnologiyasının müasir imkanlarına uyğun olmalıdır.
Gələcək modelin təyinatı istehlakçıdan və istismar şəraitindən asılıdır. Gələcək modelin konkret utilitar funksiyası onun istismar şəraiti ilə müəyyən edilir.
Modelin yaradılması zamanı onun xarici görünüşünün formalaşmasında materialın xassələri əsas rol oynayır. Material, onun plastik xassəsi məmulatın formasını diktə edir. Bundan başqa rəssam modelyer modeli işləyib hazırlayarkən mövcud materiallar haqqında təxmini təsəvvürlərə malik olmalıdır, əks halda model öz mənasını itirər.
Formanının yaradılması modelləşdirmə prossesinin ən vacib anıdır. Geyimin forması dedikdə bu strukturu ətraf mühitdən ayıran sərhəd başa düşülür. Formanın strukturu mezmun həlli, funksional və texniki həlli ilə şərtləşir.
Geyimlərin forması struktur elementlərinin və bədii -kompozisiya elementlərinin vahidliyi və həcm-məkan strukturu ilə xarakterizə olunur.
Modelyer modeli yaradan zaman bi sıra amilləri nəzərə almalıdır, geyimin insan bədəninin formasına uyğunluğu, yaşı, estetik tələbləri,hansı əmək fəaliyyəti ilə məşğul olması və s.
Geyimlərin formasının həcm-məkan strukturu aşağıdakı ilkin elementlərlə müəyyən olunur: ölçü, kütlə, material,həndəsi görünüş, formanın səthi və s.
Geyim formasının bu xassəsi insanın bədən fiqurasından asılıdır. Forma görünüşlərini həcmli və xətti kimi ayırmaq olar:
Müxtəlif toxunan xətlərdən ibarət olan geyim formasının müstəvi üzərində təsviri siluet adlanır.. Bu, geyimin fiqura oturma dərəcəsini, çiyinlərə, belə və s. oturma xətlərini ,yerləşməsini və enini göstərmək üçündür.
Geyim siluetləri bel xətti üzrə geyimlərin fiqura oturmasından asılı olaraq aşağıdakı kimi ola bilər: fiqura kip oturan, yarımoturan, düz, sərbəst və ya trapesiya formalı. Modelləri işləyib hazırlayarkən bir məmulatda müxtəlif siluetlər istifadə edilə bilər.
Siluetlər çiyinlərin enindən asılı olaraq fərqləndirilir: düz çiyinli, hündür və alçaq çiyinli, enli və dar çiyinli və s. Ətək xətləri də siluetlərdə müxtəlif səviyyələrdə yerləşə bilər: dizdən yuxarı , diz səviyyəsində, yaxud bir qədər aşağı və daha aşağı səviyyədə. Siluet formanın vacib elementlərindən biridir.
Geyimlərin tikiş formasının konturları bütövlükdə və ayrı-ayrı hissələrdə müxtəlif xətlərlə əhatə olunur ki, bunlar da dekorativ və konustruktiv xətlər adlanır. Geyim formasının bütövlükdə və ayrı-ayrı hissələrin konturu, həmçinin hissə və detalların birləşdirici xətləri konustruktiv xətlərə aid edilir.Tikiş, relyef, hörmə, kant, kəmər, manjet və s. dekorativ xətlərə aiddir və formaya orjinallıq verir.
Modelləşdirmə prossesi zamanı qadın geyimlərində bir sıra qüsurlar meydana çıxır ki, bunlar da əsas aşağıdakılardır:
modelin qeyri-düzgün kompozisiya həlli, pozulması, forma elementlərinin harmonikliyinin pozulması və s. nəticəsində yaranan qüsurlar; materialın rəng və tərtibatının geyimin formasına uyğun gəlməməsi nəticəsində yaranan qüsurlar.
1.2 Konstruksiyalaşdirma prosesinin əhəmiyyəti
Konstruksiyalaşdırma zamanı , model nümunəsi üzrə geyimin detallarının
layihəsinin işlənib hazırlanır və geyim detallarının şablonları sayılan lekalların kəsilməsi prossesi baş verir. Geyim materialları layihələndirilməsi üçün kəsilən lekallar metaldan kağızdan və kartondan, hazırlana bilər.
Konstruksiyalaşdırma zamanı məmulatın ayrı-ayrı detallarl vahid harmonik bütövlük halında qurulur.
Tikilən malların konstruksiyasına bir sıra vacib tələblər qoyulur: lekalların dəqiqliyindən asılı olaraq tikilən məmulatın nümunəyə uyğun dəqiqiliyini konstruksiya təmin etməlidir; konstruksiyanın düzgün həllindən, hesablamaların dəqiqiliyindən asılı olaraq, geyim bədənə yaxşı oturmalı , insan üçün rahat və komfort olmalıdır.
Həmçinin geyimin konustruksiyası məmulatın iqtisadi məqsədyönlüyünü təmin
etməlidir, istehsal zamanı geyimin iqtisadi və texnoloji cəhətdən səmərəli olmalıdır.
Məmulatın xarici görünüşündə və geyimin fiqura oturma keyfiyyətinin pozulmasında konstruksiyalaşdırma zamanı yaranan nöqsanlar özünü daha çox göstərir. Belə nöqsanları aradan qaldırmaq çox çətin olur.
Bir sıra hallarda isə оnu məmulatın ölçüsünü və növünü dəyişməklə ört-basdır edirlər. Konustruksiyalaşdırma zamanı yaranan nöqsanlarını aşağıdakı kimi qruplaşdırmaq οlar: məmulatın təsdiq οlunmuş nümunəyə uyğunsuzluğu; məmulatın bədənə oturdulması zamanı yaranan nöqsanlar; texnoloji və istisadi cəhətdən səmərəsizliyi.
Məmulatın konustruksiyasının təsdiq olunmuş nümunəyə uyğunsuzluğu konustruktiv və dekоrоtiv xətlərdə özünü göstərir.
Məmulatın fiqura oturmasında yaranan nöqsanların səbəbi məmulatın formasının insan bədəninin formasına uyğun οlmamasıdır. Bu zaman məmulatlarda köndələn,əyri qırışlar və qatlar yaranır.
Geyimin fiqura oturmasındakı nöqsanlar məmulatda balansın pozulması zamanı yaranır. Balansın kiçilməsi və artması zamanı yaranan nöqsanlara ,məmulatın kürək hissəsinin qabağa doğru əyilməsini, yan tikişlərin yerini dəyişməsini, yan tikişlərin arxaya doğru əyilməsini, məmulatın qabaq hissəsinin dartılmasını və s. göstərmək olar.yaxalığın arxa hissəsinin boyuna oturmamasını göstərmək olar..
Konstruksiyanın iqtisadi və texnoloji cəhətdən səmərəsiz olması kütləvi istehsalda zamanı böyük itkilərə səbəb olur..
Belə ki, səmərəsiz konustruksiya məmulatın emalı zamanı daha çox əmək sərf olunmasina, material itkisinə, gətirib çıxarır ki, bunun nəticəsində də istehsal baha başa gəlir.
1.3 Tikili məmulatlarin layihələndisrilməsində keyfiyyətə təsir göstərən amillər
Layihələndirmə zamanı düzgün seçilməyən və keyfiyyətsiz material nöqsanların yaranmasına səbəb olur.
Modelyer yaratdığı modelin uğurlu olması üçün materiallar və onların xassələri haqqında geniş biliyə malik olmalıdır.
Geyimlərin həcimliliyi və kütləsi materialın fakturasından asılıdır. Saya fakturalı material görünüşcə geyim məmulata yüngüllük verir, onun kütləsini və həcmini azaldır. Relyefli fakturaya malik olan materiallar, məsələn, xovlu materiallar, tiftikili, geyimlərin kütləsini və həcimliyini artıraraq ağırlıq və sıx görüntü verir.
Tikili malların teyinatından asılı olaraq istehsal zamanı yun, ipək, pambıq, kətan, süni , sintetik parçaların geniş növlərindən istifadə olunur.
Tikili malların hazırlanmasında istifadə edilən bütün materialları məqsədli təyinatına görə altı qrupa bölürlər: furnituralar; bəzəndirici materiallar. əsas materiallar; aralıq materialları; istilik-saxlayan materiallar; detalların bərkidilməsi üçün olan materiallar;
Geyimlərin bütün üz və astar detallarının hazırlanması zamanı istifadə olunan materiallar əsas materiallar adlanır . Bunlar parçalar, trikotaj polotnosu, toxunmamış materiallar, kompleks materiallar, gön və xəz.
Geyimlər hazırlanan zaman materialları yaş xüsusiyəti, mövsüm, təyinatını nəzərə alaraq seçmək lazımdır. Həmçinin materialın qalınlığını, yumşaqlığını, elastikliyini ,formanı qoruyub-saxlama xüsusiyyətini nəzərə almaq lazımdır.
Üst geyimləri hazırlayarkən onlara davamlı həcmi forma vermək, məmulatın ayrı-ayrı hissələrini dartılmadan qorumaq məqsədilə aralıq materiallardan istifadə olunur.
Üst geyimlər hazırlanan zaman məmulatın yaxalıq, ətək və digər detallarında ust materialı ilə astar arasında xüsusi aralıq materialı yerləşdirilir ki, bu da bərkliyi, həmin detalların kifayət qədər formasının saxlamasına xidmət edir. Aralıq materialı kimi yarımyun, pambıq, kətan, toxunmamış materiallardan istifadə edilir.
Qış təyinatlı geyimlərin hazırlanmasında istiliksaxlayan materiallardan (pambıq, satin, prolon və s.) istifadə olunur. İstilikverici aralıq materialı kimi təbii və süni xəzlər az hallarda istifadə edilir.
Pambıq ipək və kimyəvi saplardan geyim detallarının bərkidilməsi üçün istifadə edilir.
Geyim məmulatlarının keyfiyyətinin formalaşmasında biçilmə əsas rol oynayır. Geyim məmulatlarının bütün biçim əməliyyatlarını iki yerə bölürlər: hazırlıq əməliyyatları və əsas əməliyyatlar.
Materialların keyfiyyətcə qəbulu, konfeksiyalaşdırma, parçaların nastildə sortlaşdırılması, parça kəsiklərinin hesablanması, trafaretlərin hazırlanması biçilmə prossesində aparılan hazırlıq əməliyyatlarına aiddir.
Parça hissələrinin hesablanması geyimlərin material tutumunun azaldılmasında mühüm əhəmiyyət kəsb edir.
Biçilmə zamanı geyim məmulatında bir sıra nöqsanlar yaranır, ki,bu nöqsanlara polotnonun nastildə qeyri-düzgün yerləşməsi, , nastilin detalların konturuna uyğun olmayaraq kəsilməsi, lekalların qısalması aiddir.
Biçilmiş detalların emal olunması, məmulata həcmi formanın verilməsi, ayrı- ayrı detallardan məmulatin yığılması və.s əməliyyatalr geyimlərin hazırlanması prossesinə daxildir:
Tikiş məmulatlarının keyfiyyətli olması aşağıdakı tələblərin təmin edilməsini göstərir: isti nəm emalı zamanı yüksək dəqiqilik və keyfiyyətli yerinə yetirilməlidir, birləşdirici tikişlər dəqiq yerinə yetirilməlidir,istismara davamlı olmalıdır ,məmulatalrın cüt detalları simmetrik yerlədirilməlidir və s.
Geyimlərinin detal və hissələrinin birləşdirilməsi əməliyyatları məmulatların istehlak xassələrinin – xarici görünüşünün, fiqura oturma keyfiyyətinin, möhkəmliyinin, istismara davamlılığının və s. formalaşmasında böyük rol oynayır.
Geyimlərin detal və hissələri sap, yapışqan və termoplastik materialların qaynaq edilməsi üsulu ilə birləşdirilir. Qadın geyimlərinin detallarının sapla bərkidilməsi daha geniş yayılmışdır. Detalların bərkidilmə yeri tikiş adlanır. Bərkidilmə üsulundan asılı olaraq sap, yapışqan və qaynaq tikişləri fərqləndirilir. Sapla birləşdirmə zamanı detallar bir və ya bir-neçə tikişlə bərkidilir.
Qeyim detallarının sapla birləşdirilməsinin maşın və əl üsulları fərqləndirilir. Geyim istehsalında keyfiyyət və sürət baxımından daha səmərəli olduğuna görə maşın üsulundan daha şox istifadə olunur.Maşin tikişləri sapların toxunması üsuluna görə məkik və zəncirvari tikişlərə, sapların sayına görə bir, iki və üçsaplı tikişlərə bölünür.Geyim detalları yapışqan üsulunda yapışqan maddələrinin köməyi ilə bərkidilir. Sopoliamidlər, polietilenlər, poliuretanlar, poliefirlər, polivinilxlorid və s. geyim istehsalında yapışqan maddəsi kimi tətbiq edilir.Plyonka materialından və termoplastik liflərdən hazırlanmasında qaynaq üsulundan istifadə edilir. Yapışqan birləşməsi hermetiklik, kifayət qədər möhkəmlik, elastiklik, gözəl xarici görünüş və s. kimi tələblərə cavab verməlidir.İlgəklərin, bərkidicilərin hazırlanması, düymələrin, qarmaqların, ilmələrin, iplərin tikilməsi, təmizləmə, son rütubətli-isti emal və buxarlandırma əməliyyatları yekun tərtibat əməliyyatlarına daxildir.Tikili malların hazırlanması prosesində bir çox nöqsanlar yarana bilər. Bu nöqsanlar məmulatın xarici görünüşünün, formasının, ölçülərinin, bədənə oturma keyfiyyətinin pozulmasına, xidmət müddətinin azalmasına səbəb olur. Normativ texniki sənədlərə qoyulan tələblərə riayət olunmadıqda bir çox nöqsanlar yaranır.Ayrı-ayrı hissələrinin xətti ölçülərinin pozulması, bəzi üst detallarının olmaması, məmulatın emalına qoyulan texniki tələblərin pozulması ümumi nöqsanlara aiddir və s.Tikişlərin əyriliyi, qeyri simmetrikliyi, tikiş sapı ilə materialın rənginin uyğun olmaması, bəzəndirici tikişlərin olmaması və s. kimi nöqsanlar birləşdirmə nöqsanlarına daxildir.
Materialın rənginin dəyişməsi, deşik, yanıq, qırışların yaranması, məmulatın və ayrı-ayrı detalların kənarlarının əyilməsi, və s. nöqsanlar tikili malların estetik xassələrini pisləşdirərək məmulatın keyfiyyətinə mənfi təsir edir.
II FƏSİL .GEYIM DETALLARININ ÖLÇÜ UYĞUNSUZLUĞU NƏTICƏSINDƏ YARANAN QÜSURLAR
2.1 Layihələndirmə zamani geyim hissələrinin ölçü çatişmamazliği nəticəsində yaranan qüsurlar
Dizaynerlərin dəbdə olan geyimi qrafik layihələndirmə mərhələsi eskizləndirmə adlanır. Eskizlərin hər birinin öz vəzifəsi olmaqla bir neçə növü var .
İşçi eskizlər geyimlərin, tikili məmulatların, layihələndirilməsi zamanı istifadə olunur və formanın siluetini, proporsiyalarını və detallarını, həmçinin onun konstruktiv əsasını dəqiq verir.
Həmçinin , işçi eskiz formanın biçimi, konstruktiv xüsusiyyətləri, onun bədən ölçüləri , detalları haqqında lazım olan məlumatı verir və məmulatın kompozisiya quruluşunu müəyyən edən dekorativ işləmənin yeri və xarakteri haqqında tam təsəvvür verir.
Eskizin yaradılması yeni model üzərində işin qrafik mərhələdir. Ancaq dizayner, modelyerlərin işini qrafik təsvirlə bitmiş hesab edilə bilməz, çünki ideyanı həyata keçirmək üçün dərzilərin, texnoloqların və digərlərinin əməyi vacibdir.
Layihələndirmə qüsurları geyimin detallarının ölçülərə uyğun gəlməməsi nəticəsində boşlulqların əmələ gəlməsi nəticəsində yaranır.Bunun nəticəsində materialın tarazlığının pozulmasına səbəb olan təzyiq və güc gərginliyi yaranır. Nöqsanların yaranması deformasiya uğramış parçanın qırışlarin istiqamətində müəyyən olunur. Ölçü uyğunsuzluğu nəticəsində payça deformasiyaya uğrayır,gərginliyə məruz qalır.Artıq boşluqlar nəticəsində sıxılmaya səbəb olur və büzülür. Örtülmüş hissələr ilə hazır hissələrin konturları arasındakı uyğunsuzluq əyrilər yaradır. Əks istiqamətli qüvvələrə məruz qalan zaman toplu şəklində formalaşır.(şəkil 2.1a,2.1b,2.1v,2.1q,2.1d). Hər bir halda, xarici görünüşdə qüsurlar parçanı deformasiya istiqaməti və onun paylanma sahəsi fəaliyyət göstərən qüvvələrin tətbiqi və istiqaməti baxımından hansı qüsur yaranmasını müəyyən etmək üçün imkan verir.Belə təhlillər qüsurların aradan qaldırılması üçün etibarlı ilkin şərtdir. Belə hallarda mütəxəssisiz qüsurların aradan qaldırılması üçün daha tez qabaqlayıcı tədbirlər görə bilir. Görünüş qüsurlarının asan tapılması və baş vermə səbəblərinin aradan qaldırılmasını müəyyən etmək üçün təsnifat layihəsi hazırlanıb, tövsiyə olunur .Kompleks nöqsanlar altı qrupa bölünür:
1.Detalların şaquli və üfüqi istiqamətdə kifayət qədər ölçü çatışmamazlığı
2. Detalların şaquli və üfüqi istiqamətdə həddindən artıq ölçüləri
3.Detalın konturları ilə örtülmüş səthin konturları arasındakı uyğunsuzluq nəticəsində yaranan əyrilər
4.İnsanın və geyim detallarının səthi ölçülərinin uyğunsuzluğu
5.Məmulatın tarazlıq vəziyyətinin pozulması
6. Geyim ölçülərinin dinamiki uyğunsuzluq qüsurları
Ölçü təyinində baş verən xətalar materialdan hazırlanmış hissələrin insanın bədən formasını örtməsinə imkan vermir.Qonşu detalların bir biri ilə birləşməməsi nəticəsində məsafələr əmələ gəlir. Ölçünün düzgün seçilməməsi nəticəsində parçada gərginlik yaranır ki, bu da parçanın strukturunun dəyişməsinə,sapların çatışmayan yerlərdə əyilməsinə,qırışların,qatlanmaların əmələ gəlməsinə səbəb olur. Belə qüsurlar qol,yaxalıq, bel, çiyin nahiyələrdə qırışlar şəklində özünü göstərir. Əsasən parçada yaranan gərginliklər, sapların çatışmamazlıq nəticəsində əyilməsi, daha çox üfüqi qırışlara səbəb olur.
Qüsurların formalaşmasında ən böyük rol parcanın struktur xüsusiyyətləridir. Cox ağır və qalın parcalarda qatlanmalar və qırışlar zamanı yaranan cəp künclərdəki qusurlar daha tez gözə çarpır, əksinə yumşaq və zərif parçalarda məmulatın böyük deformasiyalara uğraması zamanı yaranan qüsurlar daha az nəzərə çarpır.
Bu qırışlar arxanin yuxarı hissəsində yaxalıgın altından baslayaraq digər detallara tərəf istiqamətlənir və kəskin şəkildə nəzərə carpır.Yaxalıgın sərtliyi bu qusuru daha qabarıq uzə cixarır.Qusurun yaranma səbəbi kürək hissəsinin detallarıının və kürəyin orta künc dilimindən qol dibinə qədər olan detalın kifayət qədər enli olmamasıdır. Hündür ciyinə malik bədən quruluşlu insanin əynində bu qüsur nəzərə carpmır.
Şəkil 2.1. Ölçü və detalların formaya görə ölçülərinin uyğunsuzluğu nəticəsində yaranan deformasiyalar: a- üfüqi və şaquli istiqamətlərdə detalalırn ölçülərinin qənaətbəxş olmaması b- detalların ölçülərinin artıq olması v- diaqonal istiqamətdə detalların ölçülərinin kifayət qədər olmaması q,d -detalın formasının iş sahəsinin səthin sahəsi ilə uyğunsuzluğu
Qusurun daha qabarıq olmasının səbəbi qalın ciyin altlıqlarının olması,dik buyunluq,ciyin tikişləri hissəsində boyun altlıgının uzunlugunun az olmasıdır.(şəkil 2.2)
Kürəyin yuxarı hissəsindəki üfüqi gərgin qırışlar istənilən hissədə yarana bilər.məsələn, kürəyin orta tikişində, ciyin tkişlərinin yanında, qol yerındə və s. Bu qusurun uc forması ola bılər. Hazır məmulatlarda bu qusurlardan ucucnun də olma ehtimalı azdır. Bu qusurlar kürək sahəsində geyimin bədənə sıx oturması və qollarin yuxarı hissəsində sıxlıq olə müşayət olunur.Bu qusurlar arıq bədən quruluşuna və çiyin hissədə yetərlı qədər yumşaq toxuması olmayan insanlarda daha cox nəzərə carpır. Nöqsanın ardan qaldırılma üsulları kürək hissəsində qüsurun yarandıgı səviyyədə detalların genışləndirilməsi ,xüsusi altlıqların yerləşdirilməsi ilə baglıdır.(şəkil 2.3)
Belə qusurun aradan qaldırılması ücün qoldibinin genışləndırılməsi ,kürək hissəsinin genışləndirilməsindən daha qənaətbəxşdır.Qoldibinin dərinliyi az olarsa bu qusuru dahada qabarıq şəkildə göstərir.Kürəyin orta hissəsində geyim bədənə sıx oturdugu ücün bu qusur o qədər də nəzərə carpmır.Ciyinləri sıxılmış və qozbel bədən formasına malik insanlarda daha cox nəzərə carpır.Bu qusur kişi pencəklərində rast gəlinən və aradan qaldırılması cətın olan qusur tiplərinə aiddir(şəkil2. 4)
Bu qüsürlar gərgin olmayan yumşaq qırışlar şəklində olur. .Bu qusurlar parca strukturunda hec bir dəyişikliklə və geyimdə əyriliklə müşayət olunmur. Qüsürun yaranma səbəbi detalların bel xəttinə qədər uzunlugunun artıq olması deyil,bud xəttində enin az olmasıdır.(şəkil 2.5)
Üfüqi qırışlar qollarda müxtəlif səbəblərdən yaranır. Dirsək hissəsinin lokal darılması qolunümumi darlması ilə müşayiət olunmur.Qusurun yaranma sahəsini i qol yeri və ya kürək hissəsi ilə məhdudlaşa bilər.Birinci halda qüsur qoldibinin arxa hissəsinə dözgün köcürülməməsi ilə baglıdır. Əlləri kök olan insanlar bu cür qusurlu geyimi geyindikdə qusur daha qabarıq nəzərə carpır. Onun yayılma sahələrindən asılı olaraq nöqsanın aradan qaldırılmasının konstruktiv üsullarını seçirlər.(şəkil 2.6)
Belə qatların meydana gəlməsinə səbəb , ön hissəsinin ümumi eninin kifayət qədər düzgün müəyyənləşdirilməməsi və qollarda önə meyilli lokal daralma ola bilər. Bu qüsurlar pencəklərin və paltoların qollarında yaranır .Yan hissələr bort astarı ilə birləşdirildiyi ücün bu qusur həmin hissələrdə olmur.Bu qusur qolun ön kəsiyi ilə qol yerini zirvəsi arasındakı sahənnın kifayət qədər enli olmaması zamanı yaranır.Bu qüsur geyim bədənə geyildikdə, xüsusı ılə də əlləri kök olan insanlarda qabarıq şəkildə üzə cıxır.. Zəif ifadə olunmuş qüsur texnoloji üsulla məsələn , qoldibinin ütülənməsi və qol enməsinin ,oturmasının bərabər paylanması aradan qaldırıla bilər.(şəkil 2.7)
Kəskin gərgin qatların yaranması bütün qolyerinin eni boyu onun kifayət qədər enli olmaçası ilə bağlıdır. Qolyerinin hündürlüyünün artması qüsuru dərinləşdirir.Qol yerinin yenidən bicilməsi ancaq aşagıdakı halda mümkündür.Ya qolun uzunlugu qısaldılmalıdır və ya qolun aşagıdan ehtiyat hissənin acılmalıdır. Texnoloji üsulların tətbiqi qusurun aradan qaldırılmasında müsbət nəticə vermir.(şəkil 2.8)
Dirsəkdən aşırma gərgin qırışların üfüqi gərgin qırışlara cevrılməsinin səbəbi qolun ensiz olmasıdır.Əllərin irəli hərəkəti cətinləşir. Nəzərə almaq lazımdır ki, kişi geyimləri qolunun qadın geyimləri qolları ilə müqayisədə böyük boşluq sərbəstlik olmalıdır.Qüsurun konstruktiv şəkildə aradan qaldırılması zamanı qolun ümümi eninə və bu enin dirsəyin arxa və ön hissələrində bərabər paylanmasına diqqət yetirmək lazımdır.(şəkil 2. 9)
Şəkil 2.2. Yaxalıq altı gərgin üfüqi qatlar
Şəkil 2.3. Kürəyin üst hissəsindəki gərgin üfüqi qatlar
Şəkil 2.4. Kürəyin düz xətti üzrə gərgin üfüqi qatlar
Şəkil 2.5. Belden yuxarı xətlərdəki gərgin üfüqi qırışlar (qatlanmalar)
Şəkil. 2.6. Dirsək hissəsindəki xətlərdəki gərgin üfüqi qırışlar (qatlanmalar)
Şəkil. 2.7. Qol- çiyin ön hissəsinin xətlərdəki gərgin üfüqi qırışlar (qatlanmalar)
Şəkil 2.8. Qolun yuxarı hissəsindəki gərgin üfüqi qırışlar (qatlanmalar)
Şəkil 2.9. Qolun dirsək-oynaq hissəsindəki üfüqi qırışlar (qatlanmalar)
Bu qusurlar qol hərəkətinin əksinə yönəlmış qüvvələrin yaranması ilə baglıdır. Bu qüvvələr nə zaman yaranır?Qoldibinin eni boyunca , ön hissədə qol yerinin arxa gissədəki qol yerinə nəzərən ensız olması səbəbi ilə arxa hissədəki artıq qalan parcanın yerləşdirilməsı zamanı yaranır. Nöqsanı aradan qaldırmaq üçün qol yeri kəsik xəttinin vəziyyətini dəqiqləşdirməyi tövsiyə edirik.(şəkil 2.10)
Qoldibinin düzgün bicilməməsi qolda şaquli gərgin qırışların yaranmasına səbəb olur. Bu qirişlar geyimin qoldibində gözəl formasını korlayır.Qol yeri qoldibi nöqtələri arasında sıx əlaqə mövcuddur.Qol yerinin hər bir nöqrəsinə qol dibinin cox ciddi səkildə müəyyən hündürlükdə yerləşən yalniz bir nöqtəsi uygun gəlir. Qol yeri qoldibindən ayri layihələndirildikdə bu tələbi nəzərə almaq mümkün deyil. Bu zaman qol yeri və qoldibinin şaquli və üfüqi nöqtələri arasında uygunsuzluq yaranır.
Üfüqi gərgin qatları yaranması şalvarının bud xətti ilə daralması ,şalvarın qabaq kəsiminin düzgün olmayan , çox əyilmiş tərtibat xətti ilə bağlıdır. Hər iki halda daralma geyimin bədənin səthi ilə sıx təmas olmadıgı yerlərdə , məsələn ön kəsim xətti hissəsində yaranır. Parça ayağının bud hissəsinin yaxşı oturdugu ücün daraltmaya ehtiyac olmur.Bu qüsur məmulatın istismar prosesində dərinləşir.(şəkil 2.11)
Üfüqi gərgin qatların yerləşdirilməsi zamanı şalvarın yuxarı ön hissəsində tikişi qusurları , həm də şalvarının arxa yarı hissəsində də aşkar oluna bilər. Qusuru , yaradan qüvvələr tikişi içəri tərəfə cəkir,addim tikişinə dogru məmulatın aşağı hissəsi yuxarı dayaq hissəsi ilə təmas etmir.Qusuru yaradan səbəbkar qüvvələrin daha yaxsı nəzərə carpması damalı və ya milə- mil parcalarda olur.(şəkil 2.12)
Şalvarının yan səthi bədənə sıx oturdugu ücün ayağının bud hissəsi tərəfindən ona təzyiq edilir. Ona görə də üfüqi gərgin qatların yaranmasına səbəb , yalnız ön və arxanın yan kəsikləridə qabarıqlığın düzgün biciminin müəyyən edilməməsı , şalvarın üst kəsik hissəsində gərginliyin olmaması və texnoloji səhvlərdır.Şalvarın yan kəsiklərində qabarıq formanın müəyyən edilməsı , sərbəst quruluşlu şalvarlarda kiçik əlavələrin olunması mühüm əhəmiyyət kəsb edir.(şəkil 2.13)
Bu qırışlar yalnız kobud konstruktiv nöqsanların nəticəsində yarana bilər, çünki bu sahədə məmulat bədən səthi ilə sıx təmasda olur və kiçik konstruktiv xətanı parça strukturunun dəyişməsi kompensasiya edir. Əgər arxa yarım hissənin kəsikləri həcmli bədən formalarına uygun gəlmirsə bu zaman qrışlar orta və yan tikişlərdə yarana bilər.Parcanın yan kəsimi düzgün aparılmayıbsa onda bud xəttində kifayər qədər gərgin qirişlar meydana gəlir.Həmin qırışların istiqaməti parcanın deformasiya istiqaməti ilə eyni olur. (şəkil 2.14)
Şalvarın yuxarı hissəsinin orta tikişində gərgin üfüqi qırışlarin yaranma səbəbi məmulatın arxa yarım hissəsində addım tikişlərinin yuxarı hissəsində enin az olmasıdır. Bu halda şalvarın alt hissəsi dayaq səthinə nisbətən orta tikişidən kənara çıxır. Şalvarının eni kifayət qədərdir, lakin sərbəst oturmaya olunan əlavə təkcə yan hissəsində toplaşır. Arxadakı yarımın yuxarı addim kəsiyi içəri dartılır. Əgər üst hissəsinin orta tikişində şaquli qatlanma qoyularsa deformasiya nın həcmı bir qədər azalır.(şəkil 2.15)
Əgər detalların kəsimlərı kifayət qədər qabarıq formada deyilsə bu zaman cox kəskin səkildə qeydə alınan şaquli gərgin qırışlar yalnız ayagın və yan bud hissələrinin qabarıq sərhlərində yarana bilər,.Qüsurun əhəmiyyətlilik dərəcəsini dama dama parcalarda daha aydın qiymətləndirmək olar. Şaquli ölcülü detallarda qusurların dolayı üsullarla müəyyən edilməsı , tikişlərın cüzi şəkildə dartılması, düzləşdirilməsı detalların itirilmiş müvazinətını müvəqqəti bərpa etməyə imkan verir.(şəkil 2.16)
Şəkil 2.11 Şalvarın ön tikişinin üfüqi qırışları (qatlanmalar)
Şəkil 2.12 Şalvarın ön tikişinin altının üfüqi qatlanmalar
Şəkil 2.13 Şalvarın yan tikişlərinin üfüqi qırışları (qatlanmalar)
Şəkil 2.14 Şalvarın orta tikişlərinin üst hissəsində yaranan üfüqi qırışlar (qatlanmalar)
Şəkil 2.15 Şalvarın orta tikişlərinin alt hissəsində yaranan üfüqi qırışlar(qatlanmalar)
Şəkil 2.16 Şalvarın hissələrində yaranan gərgin şaquli qırışlar (qatlanmalar)
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Strateji təhlil – metodlar, nəzəriyyələr və əsas anlayışlar
”Ssenariyalar dünya haqqında bizim qurduğumuz mental modelləri dəyişə bilmək üçün tanıdığım ən yaxşı yoldur və resurslardan tam istifadə edərək maksimum dərəcədə kreativ olmağımıza maneə olan səddləri qaldırmağa kömək edir. (Peter Schwartz: The Art of the Long View, 1991)
Ssenariyalar= Alternativ gələcək
- Çoxşaxəli
- Müxtəlif məntiqlərə əsaslanmalıdır
- Mürəkkəb struktur dəyişikliklərinə uyğunlaşmalıdır
- inandırıcı və dayanıqlı təsvir olunmalıdır
- Ən vacib məsələlər və qeyri-müəyyənlik
- Ümumi təxmini nöqtələr, nəinki dəqiq detallar
Ssenariyalar – Tarixi
- 2-ci Dünya Müharibəsi dövründə ABŞ hərbi hava qüvvətləri tərəfindən istifadə olundu
- 60: Herman Kahn hökumət və hərbi məsələlərlə bağlı hərtərəfli ssenariləri inkişaf etdirdi
- 70: SHELL yaranan neft böhranına əvvəlcədən hazırlıqlı olmaq üçün Ssenariyalar planı hazırladı
- 80: Ssenariya planlaşdırması Norveçdə tətbiq edilməyə başlandı- Statoil (R&D), Ssenari 2000 (Hydro, Aker, DNV, IBM)
- 90: Artıq Ssenariyalar nəzəriyyəsinə və planlaşdırmaya aid hərtərəfli araşdırılmış çoxlu kitab buraxılmışdı
Ssenariyaların üstünlüyü
- Gələcək haqqında düşüncə tərzinin və planlamanın yeni yolları
- Maneələrin qaldırılması
- Yeni ideya və biznes imkanlarının araşdırılması
- optimal və əsaslandırılmış məqsəd və strategiyaların müəyyənləşdirilməsi
- “Gələcəyin xəritəsi”
- Ümumi Fikir mübadiləsi çərçivəsində gələcək məsələlər müzakirəsi
- Dəyişən bazar mühitinə sürətli uyğunlaşmaq
Note: (Ssenariyanın qurulma mexanizminden yazanda 3. Mərhələdən ətraf mühit amillərindən geniş yazın)
Müəssisə xaricindən dəvət olunmuş iştirakçılar
- Daha geniş fikirləşə bilirlər
- Onlar üçün heç bir məhdudiyyət yoxdur
- Yeni perspektivlər
- Daha dərin biliklər və şərhlər
- Ekspertlər, generalist, alıcılar, təchizatçılar,…
McKinsey 7S modeli
Şirkət idarəetməsində 1980-ci illərdə irəli sürülməsinə baxmayaraq hələ də tədbiq olunan və eyni zamanda Balanced Scorecard kimi yeni anlayışların doğmasına da qaynaq olan, sistem və ya modellərdən biri McKinseyin 7S modelidir. Modeli irəli sürənlər o dönəmdə McKinsey&Company-də çalışan Thomas (Tom) J. Peters, Robert H. Waterman olmuşdur. Tom Peters və Robert Waterman bloqda tövsiyyə etdiyim “In Search of Excellence: Lessons from America’s Best-Run Companies” kitabının həmmüəllifidirlər.
7S modelində yer alan : Strategy-, Structure, Systems, Style, Staff, Skills və Shared Values faktorları xüsusiyyətlərinə görə iki əsas hissəyə ayrılır: “Hard” elements: Structure (Struktur), Strategy (Strategiya), Systems(Sistemlər)-bunlar idarəetmə tərəfindən orataya qoyulan, dəyişdirilə bilən, təsirlənən elementlərdir.
“Soft” elements: Staff (Çalışanlar), Skills(Bacarıq-qabiliyyətlər), Style (Tərz (idarəetmə və idarəedilmə tərzi), Shared Values (Paylaşılmış dəyərlər)- isə idarəetmədən çox asılı olmayan, əsasən mühit və insanlardan asılı olan faktorlardır. Bu faktorlar da digərləri kimi çox əhəmiyyətlidir. Sadəcə bu faktorların idarəetmə tərəfindən kontrolu, idarəedilməsi, tam olaraq təyin edilməsi, izahı çətindir.
Bəs bu model necə işləyir? 7S modelinin məqsədi bu modeldə yer alan elementlərin bir-biriləri ilə sıx və effektiv əlaqəsini qurmaq və bunun effektindən faydalanmaqdır. Əvvəlcə hər bir elementin şirkətlərdəki istifadə dərəcəsinə görə nəyi ifadə etdiyi və əhatəsi təyin olunmalıdır. Bu model bir mükəmməlləşdirmə modelidir. Buna görə də model şirkətin bir mövqedən digər istənilən mövqeyə çatması üçün analiz məqsədiylə istifadə olunur. GAP analizi ilə bənzər mexanizmi olan, məsələn mövcud A nöqtəsindən istənilən B nöqtəsinə çatmaq üçün nələr etmək lazım olduğunu və bu fəaliyyətlərin həmin 7S-lər çərçivəsində ələ alınmasını tələb edir. 7S matrisi düzənlənir və hər bir elementin əvvəlcə mövcudluğu, mövcud isə səviyyəsi və digərləri ilə əlaqəsi və digərlərini dəstəkləməsi araşdırılır.
Nəticədə boşluq və zəif olan nöqtələrin mükəmməlləşdirilməsi fəaliyyəti aparılır
Ansoff matrisi
Ansoff matrisi – XX əsrin 50-ci illərində Q.Ansoff tərəfindən hazırlanan və bazarlarda firmanın davranışının marketinq strategiyasının təsnifatləşdirilməsinə aid olan matrisdir. Təsnifatlaşmanın meyarı “məhsul-bazar” əlaqəsidir. Ansoff matrisində dördlokal strateji alternativlər birləşmişdir:
- bazara nüfuz etmə strategiyası hər şeydən əvvəl reklam sahəsində spesifik marketinq vasitələrinin köməyilə reallaşır. Məsələn, firmanın marketinq xidməti məhsulun “təkrar buraxılışı”nı (yüngül modifikasiya olunmuş formada) və ya məhsulun “bölgüsü”nü (yeni məhsullar kimi onun komponentlərinin təklifi) həyata keçirilə bilər;
- bazarın inkişaf strategiyası yeni coğrafi regionların və ya yeni satış kanallarından istifadə edilməsi hesabına yeni istehlakçılar qrupunu tələb edir;
- məhsulun inkişaf strategiyası çərçivəsində firmanın marketinq xidməti məhsulun xarakteristikasının (xarici görünüşünün və s.) təkmilləşdirilməsi üzrə istehsal bölmələrinə tövsiyyələr verməlidir;
- diversifikasiya o zaman mümkündür ki, firma öz texnologiyasının üstünlüklərindən istifadə edərək, istehlakçılara yeni məhsulları və hətta yeni tələbatların formalaşmasını təklif edə bilir
Ansoff matrisi ürünü mü pazarı mı büyüteceğine karar vermek, riskleri görmek ve büyümenin yolunu çizmek isteyenler için sistematik düşünmeye yardımcı olan bir yöntemdir. Nesillerdir pazarlamacılar ve iş geliştirme uzmanları tarafından sıklıkla kullanılmaktadır.
Yeni ürün ve pazarlarda nasıl yol çizeceğimizi görmemize yardımcı olur.
“Ürün/Pazar Genişleme Tablosu” olarak da tanımlanabilmektedir.Ansoff matrisi örneği
Matris, büyüme için 4 temel strateji sunmaktadır.
1) Pazar Nüfuz Etme Stratejileri: Şirketin mevcut ürünlerini kullanarak mevcut pazar segmentlerinde pazar payını artırmaya çalışmasıdır. En risksizidir. Pazar belli, ürün belli. Yani aynı şeyden daha fazlasını aynı insanlara satarak büyümeyi hedeflemektir. Örneğin, bir firmanın reklam harcaması yaparak mevcut ürününü mevcut pazara daha çok satmaya çalışması gibi. Hali hazırda olan kaynakları kullanmaya dayandığı ve bilinen ürün ve müşterileri baz aldığı için uygulama riski son derece düşüktür. Ancak mevcut rekabet koşulları ve pazarın doygunluğu gibi sınırlamaları vardır.
Pazar nüfuz etme stratejilerine örnek olarak reklamı daha yoğun kullanmak, sadakat programları (loyalty scheme) sunmak, fiyat veya özel diğer avantaj teklifleri sunmak, satış ekibini büyütmek/geliştirmek veya rakip bir firmayı satın almak (özellikle doymuş pazarlarda) verilebilir.
Başka bir örnek de araştırmalara göre diş macunu tüpünün ağzının büyük olması daha fazla kullanıma o da daha fazla satışa sebep oluyor.Başka bir örnek; bir kibrit firması çakmakların popüler olmasından sonra kutuları bir süreliğine ters yerleştirmiş. Kutuyu eski alışkanlıkla ters yönde tutup açan içindekileri dökmüş, yerden almaya tenezzül etmediği için yenisini almış. Satışlar iki katına çıkmış.
2) Ürün Geliştirme Stratejileri: Mevcut pazar segmentlerindeki müşterilere hitap edecek yeni ürünler geliştirmektir. Aynı insanlara yeni ürünler satmak olarak özetlenebilir. Yukarıda örneği devam ettirirsek, firmanın pazarındaki mevcut müşterilerine yeni bir ürün satması.
Ürün geliştirme strateji örneği olarak mevcut ürünlerin farklı varyantları ya da aynı ürünlerin farklı şekilde paketlenmesi verilebilir. Servis sektöründe ise aynı hizmetin daha kısa süre verilmesi ya da müşteri hizmetlerinin kalitesinin yükseltilmesi verilebilir.
İyi bir örnek şu ki araç üreticileri müşterilerine araç parçalarının yanında kıyafet, kalem gibi eşyaları da satmasıdır.3) Pazar Geliştirme Stratejileri: Var olan ürünleri kullanarak yeni pazarlara ulaşmayı hedefler. Yani, aynı ürünleri farklı insanlara satma fikrine dayanır. Bir ürün kendi segmentinde tıkandıysa onu yeni segmentlere veya coğrafyalara götürmek gerekir. Bir firmanın ülkemizde sattığı ürününü Kıbrıs’ta da satmaya başlaması örnek olarak verilebilir.
Yerel ya da yurtdışında farklı coğrafi pazarlara açılmak, değişik satış kanallarını kullanmak, farklı yaş/cinsiyet grubu gibi müşteri segmentlerine satışa başlamak, yeni ambalaj, yeni fiyatlama gibi pazar geliştirme örnekleri vardır.
4) Çeşitlendirme Stratejileri: Yeni ürünlerle yeni müşteri/pazar segmentlerine açılmayı hedefler. Ansoff’un dört büyüme stratejisi içinde en riskli olanıdır. Hem ürün hem de pazar yeni olacağı için beraberinde pek çok riski getirir. Ancak hem Şirket’in ürün/müşteri portföyünü çeşitlendirdiği için hem de yeni pazarlarda ilk giren avantıjı sunabileceği için bazı avantajları da içermektedir. Axa Sigorta’nın çevre sigortaları için yeni bir ürün geliştirerek, mevcut müşteri pazarlarının dışındaki segmentlere satmaya çalışması örnek olarak verilebilir.
İki çeşit çeşitlendime stratejisinden bahsedebiliriz. Biri ilgili sektörde çeşitlendirme diğeri ilgisiz sektörde olanıdır. Örneğin kek üreticisi bir firma meyve suyuna girebilir bu ilgili sektördür. Aynı kek firması makine sektörüne de girebilir bu da ilgisiz sektördür
- Igor Ansoff tarafından 1960’lı yılların ortalarında geliştirilmiştir.
- Şirketlerin “ürün / pazar kulvarları” boyutundaki gelişme seçenekleri arasında akılcı tercih yapmalarını kolaylaştıran bir karar verme aracıdır.
“Pazara Yerleşme”
- Mevcut ürünlerin mevcut pazardaki payının genişletilmesi girişimleridir.
- Büyümesini tamamlamamış (doygunluğa ulaşmamış) pazarlarda ağırlık kazandırır.
- Doygunluğa erişmiş (büyümesi hız kesmiş) pazarlardaki rakipleri devre dışı bırakmak için de kullanılır.
- Müşteri sadakatini pekiştirmek üzere de yararlanılabilir.
“Ürün Geliştirme”
- Mevcut müşteri portföyüne yeni / yenilenmiş ürünler sunulmasına yönelik etkinliklerdir.
- AR-GE konusunda bilgi birikimi (know-how) gerektirir.
- “Pazara Yerleşme” stratejisinden daha risklidir.
“Pazar Geliştirme”
- Mevcut ürün yelpazesiyle yeni pazarlara / pazar segmentlerine açılma gayretidir.
- Yeni müşteri profilinin çok iyi tanımlanması ve tanınması gerekir.
- Pazarlama karmasının tüm unsurlarından yararlanılır (4 P = ürün, fiyat, dağıtım kanalı, promosyon).
- “Pazara Yerleşme” stratejisinden daha risklidir.
“Ürün Çeşitlendirme”
- İki adımı eşzamanlı atmaktır:
* Yeni pazarlara / Pazar segmentlerine
* Yeni / yenilenmiş ürünlerle girme çabasıdır.
- Ansoff Matrisi’nin en riskli stratejisidir. Karar verirken, “Risk / Yarar” duruşu gözönüne alınmalıdır.
Bençmarkinq
Bu gün rəqiblərinin güclü xüsusiyyətlərini öyrənməyə ciddi diqqət yetirməyən və öz sahəsində daha yaxşılardan əxz etməyən heç bir təşkilat axıra qədər uğurla fəaliyyət göstərə bilməz.
Hər hansı təşkilat digər təşkilatlardan bençmarkinqin köməyilə çox şey öyrənə bilər. Hər bir insan, proses və ya təşkilat üçün qarşısına çətin, lakin nail olunması mümkün məqsədlər qoymaq zəruridir. Bençmarkinq prosesindən istifadə üçün iki başlıca səbəb vardır – məqsədlərin müəyyən edilməsi və bu məqsədlərə necə nail olunması. \
Təşkilatlar özlərində bençmarkinq prosesini tətbiq etməyə başlayanda onların daxili münasibətlərində də xeyli dəyişikliklər baş verir.
Bençmarkinq prosesinin beş tipi mövcuddur:
- Daxili bençmarkinq;
• Xarici rəqabət bençmarkinqi;
• Xarici sahədaxili (uyğunlaşmış) bençmarkinq;
• Xarici sahələrarası bençmarkinq;
• Kombinə edilmış sahələrarası və xarici bençmarkinq.
“Ən yaxşı” bençmarkinq tipi mövcud deyildir. Müxtəlif tiplərdən hər birinin (daxili, xarici rəqabət, xarici sahələrarası, kombinə edilmiş xarici və daxili) öz üstünlükləri və nöqsanları vardır ki, bunların hamısını nəzərə almaq lazımdır.
1. Daxili bençmarkinq. Bençmarkinqin istənilən prosesinin çıxış nöqtəsi olub həmişə ilk növbədə nəzərdən keçirilir. əgər təşkilat özünün bençmarkinq proqramını işləməyə təzəcə başlayırsa, daxili bençmarkinq bu proqramı inkişaf etdirməyin və heyəti ondan istifadəyə öyrətməyin ən gözəl üsuluna çevrilir. Bu yanaşma çoxlu sayda iş yarımbölmələri və (və ya) oxşar fəaliyyətlə məşğul olan, lakin nisbətən ayrı-ayrı işləyən yarımbölmələri olan təşkilatlarda daha səmərəlidir.Daxili bençmarkinq ondan ibarətdir ki, əvvəlcə müxtəklif filialların işlərinin nə dərəcədə oxşar olduğunu aydınlaşdırmaq üçün təşkilatın daxilində baxış keçirilməli, sonra isə müşahidə olunan təcrübələrdən hansının daha yaxşı olduğu müəyyən edilməlidir. Bençmarkinqin bu tipini həyata keçirmək daha asandır, belə ki, bu halda təhlükəsizlik və ya məxfilik problemləri yoxdur. Demək olar ki, bütün hallarda daxili bençmarkinq birinci növbədə həyata keçirilməlidir, çünki o, çox baha olmayıb ətraflı məlumatlar verir. Bundan başqa, təşkilat başqa təşkilatlardan müəyyən müddətə təcrübəli işçilər dəvət edə bilər ki, onlar gələcək üçün planlaşdırma işinə kömək edə bilər.
- Xarici rəqabətli bençmarkinq(rəqiblərin bençmarkinqi). Yüksək rəqabət səviyyəsi olan sənaye sahələrində, rəqiblərin menecmentə və inkişaf tarixinə müxtəlif yanaşmaları olan, həmçinin yeni texnologiyalardan və proseslərdən istifadə edən sahələrdə səmərəlidir. Mühəndis analizi (reverse engineering) və məhsul tədarükü metodları bu tip bençmarkinqin bir hissəsi olub, uzun müddət istifadə üçün və ya tikiş məmulatları buraxan təşkilatlar üçün daha böyük əhəmiyyət daşıyır. Xarici rəqabət metodlarından istifadə edən təşkilatlar bençmarkinqdə daha təcrübəli olmalıdırlar.
Mühəndis təhlili və rəqiblərin məhsullarının alılnmasını da daxil olan rəqabətli bençmarkinq tələb edir ki, təşkilat rəqib tərəfindən buraxılan məhsulların, həmçinin xidmət və proseslərin ətraflı analizini aparsın.
Daha çox yayılmış yanaşma rəqadət üstünlüklərini təyin etməkdən ötrü məhsulu və xidmətləri rəqibdən alaraq onları sonra analiz etməkdən ibarətdir.
Əvvəllər bəzi təşkilatlar bu prosesin etik normalara uyğun olmasına əmin deyildilər, bu gun isə çox az şirkətlər öz rəqiblərinin məhsulunu və xidmətlərini təsəvvür etmədən rəqabət aparmaq qabiliyyətinə malikdirlər. Hətta, İBM, Xerox, General Motors və Hewlett-Packard kimi təşkilatlar, bu metoddan geniş şəkildə istifadə edirlər. Adətən praktikada, əksər avtomobil istehsalçıları rəqiblərin istehsalı olan avtomobilləri axırıncı vintinədək sökərək, hər bir hissəni ardicilliqla düzürlər və bu üsulla onların dizaynını və yığılma metodunu müqayisə edirlər. Rəqabət bençmarkinqinin ətraflı prosesi eləcə də məhsulla bilavasitə əlaqəsi olmayan həlledici informasiyani öyrənir. Qablaşdırma materiallarını, qüvvədə olan rəhbər sənədləri, xidmət göstərmə təlimatlarını və daşıma üsullarını diqqətlə öyrənmə, böyük miqdarda qiymətli informasiya verə bilər.
- Xarici sahəvi bençmarkinq.Xarici sahəvi (uyğunlaşdırılan) bençmarkinq, bençmarkinq keçirilən yarımbölməni dünyanın tanınmış təşkilatlarının analoji yarımbölmələri ilə ümumi istehsalat kateqoruyası çərçivəsində müqayisə edir (məsələn: bank işi, sığorta işi, səhiyyə, elektronika). Bençmarkinqin bu tipi o vaxt istifadə olunur ki, təşkilat öz bençmarkinq keçirilən yarımbölmələrini başqa həmin sahədə çalışan, lakin birbaşa rəqib olmayan təşkilatların analoji yarımbölmələri ilə müqayisə edərək, nəyi isə əldə etmək istəyir. Sahəvi bençmarkinqdən istifadə edən təşkılatlar, bençmarkinq prosesi ilə qabaqcadan taniş olmaıdırlar.
- Xarici sahələrarası bençmarkinq. Xarici sahələrarası bençmarkinqdə proses konkret təşkilatdan və istehsalat sahəsindən kənara yayılmaqla bərabər, başqa sahələri də əhatə edir. Bir çox biznes-proseslər tətbiqinə görə sahələrarasıdır və ayrı-ayrı sahələrin sərhədlərindən kənara yayılırlar ( məsələn: tədarükçülərlə münasibətlər, xidmət göstərmə, logistika, reklam, personalın işə götürülməsi). Bençmarkinq prosesinin bu sistemlərə tətbiqi, xüsusilə də bilavasitə əlaqələri olmayan istehsalat sahələrindən gələn informasiya üçün qiymətli ideyalar verə bilər. Bençmarkinqin eyni olmayan sahələrdə tətbiq olunması hal hazırda istehsalatda sizin istehsalınız olan konkret məhsul növünün istehsalında istifadə olunmayan mütərəqqi prosesləri işləməyə imkan yaradır ki, bunlar sizə ən yüksək səmərəliliyə nail olmaq imkanı verir.
- Kombinə edilmiş daxili və xarici bençmarkinq Daha çox yayılmış yanaşma kombinə edilmiş daxili və xarici (rəqabətli, sahələrdaxili və sahələrarası) bençmarkinqdir. Məhz bu kombinasiya adətən yaxşı nəticələr verir. 3-cü cədvəldə müxtəlif tipli bençmarkinqlərin müqayisəsi verilir.
Cədvəl 3. Müxtəlif tipli bençmarkinqlərin müqayisəsi.
Bençmarkinqintipi Dövrünmüddəti Bençmarkinq üzrəpartnyorlar Nəticələr Daxili 3-4 ay Təşkilat daxili Əhəmiyyətli yaxşılaşma Xarici rəqabət 6-12 ay Yox Rəqiblərdəndahayaxşı Xarici sahələr daxili 10-14 ay Sahədə Yaradıcı müvəffəqiyyət Xarici sahələr arası 12-24 ay Bütün dünya sahələri Özsinifində ənyaxşı Bununla belə, bençmarkinq tətbiq olunan təşkilatlara müəyyən sərhəddin qoyulması, azaldılmış xərclərlə daha əhəmiyyətli nəticələr gətirə bilər. Məhdudiyyətlərə aşağıdakılar daxildir:
- müştərilərin tələbləri-yüksək keyfiyyət və etibarlılıq, yaxud aşağı keyfiyyət və bir dəfə olan istifadə;
• məhsulun xarakteristikası- ölçüsü, forması, çəkisi və sair.;
• məhsuldan istifadə – konkret məhsul deyil, geniş sənaye kateqoriyaları: bakaleya məhsulu istehsalı, ofis ləvazimati istehsalı, elektron sənayesi, nəqliyyat vasitələri istehsalı və sair.
Sadələşdirilmiş formada bençmarkinq prosesini aşağıda göstərilən ümumi fəaliyyət kimi təyin etmək olar:
- nəyin bençmarkinqə məruz qalmasını müəyyən etmək
• müqayisə üçün yarımbölmələrin təyin olunması;
• müqayisə etməyə imkan verən göstəricilərin işlənməsi;
• bençmarkinqin keçirilməsi üçün, təşkilatın daxilində filialların və kənar təşkilatların təyin olunması;
• məlumatların yığılması və analizi;
• sizin altsistemin səviyyəsi ilə ən yaxşı analoji altsistemlərin ziddiyətlərinin təyin olunması;
• fəaliyyət planlarının, məqsədlərin və ölçü (qiymət) prosedurlarının hazırlanması; - bençmarkinq proseslərinin yenilənməsi.
Bençmarkinq
Bu gün marketinq sahəsində çox istifadə edilən bençmarkinq anlayışını qəzetmiz üçün şərh edən «Ata Holdinq» ASC-nin Müşahidə Şurası sədrinin müşaviri Rəşad Rəsullu bençmarkinqə verilən təriflərin və anlayışların müxtəlif olduğunu bildirir: «Ümumi şəkildə desək, bençmarkinq bir prosesdir. Bu proses zamanı sizin təşkilata oxşar və ya uyğun olan digər təşkilatların fəaliyyətlərində səmərəli nümunələr müəyyən edilir. Bu nümunələr fərqli xarakter kəsb edə bilər. Yəni bu hər hansı yeni məhsul, həmin məhsulun bazara çıxarılması üsulu və ya ümumiyyətlə, idarəetmə prosesinin hər hansı bir həlqəsi ola bilər. Burada əsas olan odur ki, baxılan hal sektorda olan digər qurumlar üçün nümunə təşkil etsin. Nümunə müəyyən edildikdən sonra prosesin sonrakı mərhələsində həmin nümunə başa düşülməyə çalışılır. «Bu yeni məhsulu necə əldə ediblər?», «Nəyə görə onlar bu məhsulun bir vahidinin istehsalına bizdən 30% az xərc çəkirlər?» tipli sualların cavabları axtarılır. Cavablar tapıldıqdan sonra isə növbəti və son mərhələ – tapılan cavablar əsasında hazırlanan həllərin şirkətin, təşkilatın iş prosesində tətbiqinə başlanılır».
Bençmarkinq yalnız şirkətlər üçün deyil, müxtəlif dövlət qurumları, nazirliklər, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar tərəfindən də istifadə edilə bilinəcək bir metoddur və istifadə edilir. Bu baxımdan, bençmarkinqi yalnız korporativ sektorla məhdudlaşdırmaq düzgün olmazdı.
Təşkilat üçün bençmarkinq yalnız bir məqsədlə tətbiq olunur: təkmilləşmək üçün. Bütün şirkətlər, təşkilatlar öz işlərini, məhsullarını, xidmətlərini təkmilləşdirmək üçün bunu tətbiq etmək məcburiyyətindədir. Təşkilatlar özlərində bençmarkinq prosesini tətbiq etməyə başlayanda onların daxili münasibətlərində də xeyli dəyişikliklər baş verir. Bençmarkinqin tətbiqi üçün məqsədlər müxtəlif ola bilər. Əsas və son məqsəd isə təşkilatın işinin təkmilləşdirilməsidir. Bununla yanaşı, altməqsədlər də fərqlənə bilər. Məsələn, bu metodu ilk olaraq tətbiq edənlərdən biri olan «Xerox» şirkəti 1979-cu ildə «Rəqabətqabiliyyətliliyin bençmarkinqi» adlı bir layihə həyata keçirmişdi. Layihədə şirkətin xərcləri və əmtəələrinin keyfiyyəti müvafiq yapon şirkətlərinin göstəriciləri ilə müqayisə edilirdi. Bençmarkinqin məqsədi bu idi ki, aparılan tədqiqatlar əsasında dəyişikliklərə olan ehtiyac və bu dəyişikliklərin tətbiqi nəticəsində əldə olunacaq müsbət nəticə müəyyən edilsin. Layihə kifayət qədər uğurlu oldu. Belə ki, bu layihənin sonunda əldə edilən nəticələrin və onlar əsasında hazırlanan təkliflərin «Xerox» şirkətində tətbiqi nəticəsində şirkətin xərcləri orta hesabla 20-25% azaldı, məhsulun keyfiyyəti isə hissediləcək dərəcədə yüksəldi. Bu baxımdan, bençmarkinqin tətbiq ediləcək növləri məqsədlərə görə fərqlənir.
Bençmarkinqin növləri çoxdur: daxili və xarici benşmarkinq, rəqabətqabiliyyətliliyin bençmarkinqi, funksional bençmarkinq, proses bençmarkinqi, xərclərin bençmarkinqi, müştərinin bençmarkinqi və s. Azərbaycanda daha çox funksional bençmarkinqdən istifadə edilir ki, bu da son zamanlar ölkədə ISO idarəetmə standartlarının tətbiqinin geniş yayılması ilə bağlıdır. Təşkilatların bütün bençmarkinq növlərini tətbiq etmələri məqsədəuyğundur, sadəcə, bunlar gərək həmin müəssisənin inkişaf strategiyasına uyğun olsun: inkişaf strategiyasında qoyulan hədəfləri əldə etmək üçün bençmarkinqin müvafiq növünə müraciət edilməlidir.
Rəşad Rəsullunun sözlərinə görə, Azərbaycanda bençmarkinqdən istifadə olunsa da, bu sahənin tətbiq edilmə səviyyəsində və keyfiyyətində ciddi fərqlər, çatışmazlıqlar var: «Əsas çətinlik bençmarkinqin fəlsəfəsinin tam başa düşülməməsidir. Müşahidələr göstərir ki, təşkilatların çoxu hələ düzgün metodologiyadan istifadə etmirlər. Bu da ona gətirib çıxarır ki, proses xeyli vaxt aparır daha çox vəsait xərclənir, əldə edilən nəticə isə gözlənilən səviyyədə olmur. Bençmarkinq müxtəlif mərhələləri, fazaları olan bir prosesdir. Bir mərhələ düzgün həyata keçirilmədən digər mərhələ başlansa və ya mərhələlərin ardıcıllığı dəyişik salınsa, sözsüz ki, nəticə ürəkaçan olmayacaq. Lakin ildən-ilə bu sahədə vəziyyət müsbət istiqamətdə dəyişir. Xüsusilə xarici şirkətlərin gətirdiyi təcrübə əsasında yetişən yerli mütəxəssislərin əldə etdikləri biliklər bu sahənin inkişafı üçün əsas rol oynayır.
Balanslaşdırılmış Göstəricilər Sistemi
BGS – Strategiyanın tətbiqində Göstəricilər Sistemindən istifadə edərək gündəlik biznes fəaliyyətləri ilə uzunmüddətli strategiya arasındakı əlaqələrin düzgün qurulmasına, diqqətin strategiyanın icrasına yönəldilməsinə və işin düzgün təşkilinə kömək edən vasitədir.
Ənənəvi strateji planlaşdırmadan fərqli olaraq BGS özünə maliyyə göstəriciləri ilə yanaşı müəssisənin fəaliyyətini uğurla davam etdirməsi üçün vacib olan bir sıra qeyri-maliyyə göstəricilərini də daxil etmişdir. BGS vasitəsilə firma qısamüddətli maliyyə məqsədlərini uzunmüddətli strategiyası ilə əlaqələndirə bilir.
1987-ci ildə Art Schneiderman Analog Devices adlı texnologiya şirkəti üçün BGS oxşar “Korporativ göstəricilər sistemi” adlı strateji idarəetmə sistemi hazırladı. Art Schneiderman 1990-ci ildə R.Kaplan və D.Norton tərəfindən aparılan tədqiqatda iştirak edərək öz işini onlara təqdim edir. 1992-ci ildə R.Kaplan və D.Norton A.Schneiderman-in hazırlamış olduğu sistemi bir sıra detallar da əlavə edərək, bu haqda məqalə çap etdirdilər. 1993-cü ildə çap olunmuş məqalədə BGS dizaynı müəlliflər tərəfindən bir qədər də təkmilləşdirildi. 1996-ci ildə iki müəllifin “The Balanced Scorecard” adlı kitabı nəşr olundu, bununla da onlar bu konsepsiyanın banisi hesab olundular.
BGS nə üçün istifadə olunur?
-Əsas göstəricilərin ölçülməsi və təhlili ilə təşkilati səmərəliliyi artırmaq
-Strategiyanın icrasına və nəticələrə nəzarəti gücləndirmək
-Gündəlik nəzarət vasitəsilə təşkilatın ümumi strategiyasını işçilərin fəaliyyəti ilə uyğunlaşdırmaq, bununla da şirkətin Vizyonunu onun Strategiyası ilə əlaqələndirmək
-Ayrılıqda strategiyanın formalaşdırılmasında hər hansı rola malik deyil. Ancaq strateji planlaşdırma sisteminin və ya digər strateji idarəetmə alətlərinin tərkibinə daxil olur
Balanslaşdırılmış Göstəricilər Sistemi təklif edir ki biz strategiyaya bu 4 perspektivdən baxaq: Maliyyə göstəriciləri, Müştərilər, Biznes-prosesləri, Təlim və inkişaf
Hər perspektiv isə 4 aspektdən qiymətləndirilir: Hədəflər, göstəricilər, vəzifələr, təşəbbüslər.
Məsələn, müştərilər perspektivi üçün qarşıya qoyulan hədəflər, arzuolunan göstəricilər, bu göstəricilərə çatmaq üçün yerinə yetirilməli vəzifələr və təşəbbüslər müəyyənləşdirilir.
Maliyyə perspektivi
Səhmdarlar üçün necə çalışırıq?
Ənənəvi idarəetmənin əsas göstəriciləri olan müəssisənin maliyyə göstəriciləri BSC-də diqqətdən kənarda qalmır. Maliyyə göstəricilərinə nəzərdə tutulmuş müddət ərzində dəqiqliklə nail olmaq əsas məqsəd olaraq qarşıya qoyulur. Göstəricilər: xərc-mənfəət analizi, vergilər nəzərə alınmadan bölüşdürülmüş mənfəət həcmi , risklərin qiymətləndirilməsi, satışlar və gəlirlərdəki artım, pul dövriyyəsi, əlavə edilmiş iqtisadi dəyər.
Müştəri perspektivi
Müştərilər bizim haqda nə düşünür?
Müştərilərin məmnuniyyəti üçün çalışmaq rəqiblərin çox olduğu şəraitdə daha çox əhəmiyyət kəsb edir. Alıcıların tələblərinin tam şəkildə ödənilməməsi onların başqa firmalara yönəlməsinə gətirib çıxaracaq. Ona görə də müştəri perspektivi müəssisənin fəaliyyətini gələcəkdə davam etdirə bilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bugünki vəziyyət yaxşı olsa belə bu perspektivin nəzərə alınmaması gələcəkdə hətta müəssisənin iflasına səbəb ola bilər.
Göstəricilər: Müştərilərin məmnunluq səviyyəsi, Bazar payı, Müştəriləri cəlbetmə, əldəsaxlama qabiliyyəti, Bazardakı tələbə uyğun yeni məhsul istehsalının hədəflənməsi, Sifarişin çatdırılması xidmətinin təkmilləşdirilməsi, Məhsulların defektlilik və uğursuzluq səviyyəsi
Daxili biznes prosesləri perspektivi
Biz nəyi təkmilləşdirməliyik?
Bu perspektiv gələcəkdə daha səmərəli fəaliyyət nəticələrinə nail olmaq üçün müəssisədaxili proseslərin hansı istiqamətdə inkişaf etdirilməli olduğunu nəzərdə tutur. Bu perspektivin göstəriciləri imkan verir ki, müəssisə missiyasına (məsələn, alıcıların tələbinə uyğun məhsul etmək) nail olmaq üçün öz fəaliyyətlərini təkmilləşdirsin. Bu perspektivin göstəriciləri bu prosesləri yaxından bilən biri tərəfindən işlənib hazırlanmalıdır. Şirkətin unikal missiyaları kənar məsləhətçilər tərəfindən inkişaf etdirilməməlidir.
Göstəricilər: Məhsuldarlıq səviyyəsi, Məhsul vahidinə düşən xərclər, Tsikl dövrü, Məhsulun keyfiyyət göstəriciləri, Satışdan sonrakı xidmət- qarantiya, təmir, geri qaytarılma və dəyişdirilmə hallarındakı xidmət göstəriciləri
Təlim və inkişaf perspektivi
Biz inkişaf etməyə, dəyər yaratmağa və innovasiya etməyə davam edə biləcəyik mi?
Təlim və inkişaf perspektivi fərdi və korporativ səviyyədə inkişafı nəzərdə tutur. Bu ona görə vacibdir ki, firma sürətlə yenilənən biliklər, texnologiyalar mühitinə uyğunlaşa bilsin. İşçilər daim “öyrənən” rolunda olsunlar. Bu məqsədlə xarici məsləhətçilərin yardımından istifadə oluna bilər. Göstəricilər: işçilərin itirilməməsi, təlimlər keçirilməsi, qabiliyyətlərinin inkişafı, yüksək korporativ ruh, texnoloji liderlik,Yeni məhsulun hazırlanması tsiklinin müddəti
BGS aşağıdaki faktorlara görə tənqid olunur ki, bunlar da son neticədə uğursuz idarəetməyə səbəb olur:
- Öz göstəricilərinə fokuslanan menecerlər- Çox menecerlərin əsas məqsədi strategiyanı düzgün yerinə yetirməkdən daha çox öz şəxsi potensialını ortaya qoyaraq şəxsi nailiyyətlər əldə etməkdir
- Dəqiq müəyyənləşdirilmiş strategiyanın çatışmazlığı– Baza rolunu oynayan düzgün strategiya olmadan BGS-nin tətbiqi uğursuz ola bilər.
- Geriləmiş göstəricilərin bərpasına çox fikir verilir-Geriləmiş göstəricilərin bərpasına çox fikir vermək inkişaf etdirilə bilən göstəricilərin də geriləməsinə səbəb ola bilər
- Ümumi göstəricilərdən geniş istifadə-Təkcə başqa şirkətlərin istifadə etdikləri ümumi göstəricilərdən yox sırf həmin strategiyaya və şirkətə aid olan yeni göstəricilərin tətbiqi çox vacibdi
- Burada səhmdarların maraqlarına kifayət qədər diqqət yetirilmir. Onların maraqları digər perspektivlərlə eyni səviyyədə qəbul olunur. Halbuki, kommersiya müəssisələri üçün mənfəətin əldə olunması fəaliyyətin başlıca məqsədidir.
BGS üstünlükləri:
Təşkilatın bütün səviyyələrinin fəaliyyət göstəricilərinin strategiya vasitəsilə əlaqələndirilməsinə kömək edir.
Başqa təşkilatların strateji təcrübələrinə əsaslanan bu metodologiya bütün səviyyələrdə nəticələri optimallaşdırır
Təşkilatın missiyası və strateji planı təkcə sənəd üzərində qalmır, işçilərin gündəlik aktiv fəaliyyətinə də tətbiq olunur.
Təşkilatın bütün səviyyələrində fəaliyyət metodologiyası elə qurulur ki, nəinki menecerlər, hətta bütün işçilər strategiyanı və biznesin məqsədini başa düşür.
Comments are closed, but trackbacks and pingbacks are open.