Press "Enter" to skip to content

Titul vərəqi

3-cü BÖLMƏ: RİSKLƏR, LAYİHƏNİN MONİTORİNQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Titul vərəqi

“Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2006, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 206)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin məzmunu və təqdim edilmə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 27 fevral 2006-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 fevral tarixli 59 nömrəli qərarı ilə

Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin

MƏZMUNU və TƏQDİM EDİLMƏ QAYDASI [2]

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (bundan sonra – AKT) üzvünə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra – EKTİS) vasitəsilə təqdim edilən vəsiqə onun statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir. [3]

1.2. Vəsiqə ailə kəndli təsərrüfatı üzvünə AKT müvafiq ərazilər üzrə bələdiyyədə uçota alındıqdan sonra 5 gün müddətində təqdim edilir . [4]

1.3. Ailə kəndli təsərrüfatının başçısı AKT üzvlərinin vəsiqələrini (və ya vəsiqələrin dublikatını) almaq üçün onların şəxsiyyətini təsdiq edən sənədləri müvafiq ərazilər üzrə bələdiyyəyə təqdim etməlidir. [5]

2. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN MƏZMUNU [6]

2.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən AKT uçota alındıqdan sonra təsdiqedici sənədlərə əsasən ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi məqsədilə “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə EKTİS-ə aşağıdakı məlumatlar daxil edilir: [7]

2.1.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;

2.1.2. ailə kəndli təsərrüfatının üzvünün fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, ailə kəndli təsərrüfatına üzv olma tarixi;

2.1.3. ailə kəndli təsərrüfatının üzvünün fəaliyyətə başladığı tarix, təsərrüfat-təqvim illəri, AKT üzvünün məşğul olduğu iş və ya vəzifəsi (peşəsi).

2.2. AKT üzvünün vəsiqəsi müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının dövlət dilində doldurulur. [8]

2.3. Müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən AKT üzvünün vəsiqəsində təsdiqedici sənədlərə əsasən aşağıdakı qeydlər aparılır:

“Titul vərəqi” bölməsində AKT üzvünün soyadı, adı, atasının adı (ixtisar olunmadan), doğulduğu tarix (gün, ay, il), AKT-yə üzv olma tarixi (gün, ay, il), AKT-nin adı və hüquqi ünvanı yazılır;

vəsiqənin titul vərəqi vəsiqənin verilməsi üçün məsuliyyət daşıyan müvafiq ərazilər üzrə bələdiyyənin sədri tərəfindən imzalanır və möhürlə təsdiq edilir;

“İş haqqında məlumat” bölməsinin 1-ci sütununda AKT üzvünün fəaliyyətə başladığı gün, ay və il, 2-ci sütununda təsərrüfat-təqvim illəri, 3-cü sütununda AKT üzvünün hansı işlə məşğul olduğu göstərilir, 4-cü sütununda isə qeydlər müvafiq ərazilər üzrə bələdiyyə sədri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.4. AKT üzvünün vəsiqəsində AKT statusunun itirilməsi və ləğv edilməsi səbəbləri “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun göstərilməlidir.

2.5. AKT üzvünün soyadının, adının, atasının adının vəsiqədə dəyişdirilməsi müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən təsdiqedici sənədlərə əsasən aparılır. Bu halda hansı sənədlərə istinad edildiyi göstərilməlidir. Dəyişikliklər vəsiqənin birinci səhifəsində edilir. [9]

3. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN TƏQDİM EDİLMƏ QAYDASI [10]

3.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən bu Qaydanın 2.1-ci bəndində qeyd olunan məlumatlar EKTİS-ə daxil edildikdən sonra uçota alınmış ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsi bələdiyyənin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra EKTİS tərəfindən real vaxt rejimində nömrə verilir və ailə kəndli təsərrüfatı üzvünün elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.

3.2. AKT üzvünün soyadı, adı, atasının adı, doğulduğu tarix və məşğul olduğu iş ilə bağlı məlumatlar dəyişdikdə AKT başçısı yeni vəsiqənin alınması üçün müvafiq ərazi üzrə bələdiyyəyə müraciət edir. Yeni vəsiqə AKT üzvünə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada və formada 5 gün müddətində verilir.

4. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN DUBLİKATI [11]

4.1. Vəsiqə itirildikdə və ya yararsız hala salındıqda, AKT üzvünün xahişi ilə ona vəsiqənin dublikatı verilir.

4.2. Dublikat almaq hüququna malik olan işçi dövlət qəzetlərinin birində itirilmiş vəsiqənin etibarsız hesab edilməsi barədə elan dərc etdirdiyi gündən 1 ay sonra AKT-nin başçısına müraciət etməlidir.

4.3. AKT-nin başçısı bu Qaydanın 1.3-cü bəndinə əsasən müvafiq ərazilər üzrə bələdiyyəyə müraciət edir.

AKT üzvünə müvafiq ərazilər üzrə bələdiyyə tərəfindən müəyyən edilmiş qaydada yeni vəsiqə (dublikat) verilir.

AKT üzvünün yeni vəsiqəsinin titul vərəqinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır.

4.4. AKT üzvünün vəsiqəsi bu Qaydanın 2-ci bəndinə uyğun doldurulur.

4.5. AKT üzvünə dublikat vəsiqə verildiyi zaman həmin vaxta qədər AKT üzvünün işi haqqında məlumat müvafiq bələdiyyələr tərəfindən müəyyənləşdirilir və dublikata qeyd olunur.

5. AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI ÜZVÜNÜN VƏSİQƏSİNİN UÇOTU

5.1. AKT üzvünün vəsiqəsinin uçotu müvafiq ərazilər üzrə bələdiyyələr tərəfindən aparılır və mədaxil-məxaric kitabında qeydə alınır.

5.2. Mədaxil-məxaric kitabına vəsiqənin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır. Kitab bələdiyyələr tərəfindən aparılır.

5.3. Mədaxil-məxaric kitabı nömrələnməli, qaytanlanmalı, bələdiyyə sədri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.

5.4. AKT üzvünə vəsiqə verildikdə və AKT-nin fəaliyyətinə xitam verildikdə, AKT üzvü mədaxil və məxaric kitabında imza edir.

Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu,

əmək fəaliyyətini və əmək stajını təsdiq edən

vəsiqənin forması və verilmə Qaydası”na

Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsinin

I .Üz qabığı

ТИТУЛЬНЫЙ

титульный 1. прил. Главный, основной. 2. прил. 1) Соотносящийся по знач. с сущ.: титул (2*), связанный с ним. 2) Расположенный на титуле (2*).

титульный
полигр.
title (attr.)
титульный лист — title-page

титульный прил., кол-во синонимов: 1 • первый (58) Словарь синонимов ASIS.В.Н. Тришин.2013. . Синонимы: первый

ти́тульный

относящийся к титулу 3, 4,5; т. лист – титул – страница книги, на которой помещаются все её библиографические данные: фамилия автора, название книги, название издательства или организации, выпускающей книгу, место и год издания; т. список – эк. – перечень подлежащих сооружению строительных объектов с указанием наименования и местонахождения строительства, проектной мощности, сметной стоимости в т. д.

Новый словарь иностранных слов.- by EdwART, , 2009 .

относящийся к титулу 2, 3, 4; титульный лист – заглавный лист книги; титульный список – эк. наименование смет капитального строительства по объектам, сводимым в титульные списки

Большой словарь иностранных слов.- Издательство «ИДДК» , 2007 .

Синонимы:

1) Орфографическая запись слова: титульный
2) Ударение в слове: т`итульный
3) Деление слова на слоги (перенос слова): титульный
4) Фонетическая транскрипция слова титульный : [т’`итл’н]
5) Характеристика всех звуков:
т [т’] – согласный, мягкий, глухой, парный
и [`и] – гласный, ударный
т [т] – согласный, твердый, глухой, парный
у у – гласный, безударный
л [л’] – согласный, мягкий, звонкий, непарный, сонорный
ь []
н [н] – согласный, твердый, звонкий, непарный, сонорный
ы ы – гласный, безударный
й й – согласный, твердый, звонкий, непарный, сонорный 9 букв, 4 звук

-ая, -ое. полигр.
Являющийся титулом (во 2 знач.).
Титульный лист.
Предназначенный для титула.
Титульная бумага. Титульные шрифты.

титульные списки

перечни строящихся или реконструируемых объектов, включаемые в планы капитальных вложений и содержащие наименование и местонахождение строительства, проектную мощность, сметную стоимость.

1. mündəricat Tİtul vəRƏQİ

2. TİTUL VƏRƏQİ
Ölkə:………………………..…………….. Layihənin təqdim edilmə tarixi…………………………………….

Layihənin № ________________ (Rəsmi istifadə üçün. Bu xananı boş buraxın)

Layihənin adı: _________________________________________________________________

(Ad layihənin məzmununu ifadə etməli, Aİ-nın layihə müsabiqəsinin məqsəd və məzmununa uyğun olmalıdır)

Təşkilatın adı ___________________________________________________________________

Yaranma tarixi _________________ __________________________________________________

Qeydiyyatdan keçmə tarixi__________________________________________________________

Həyata keçirilmiş layihələrin sayı ______________________________________________________

Poçt ünvanı:__________________________ Yerləşdiyi ünvan:_____ _____________

Faks: ___________________________ E-Mail: ______________________________

Məsul şəxs: ______________________________________________________ (Ad, Soyad, Atasının adı və vəzifəsi)

Əlaqədar şəxs / layihə meneceri: _____________________________________ (Ad, Soyad, Atasının adı və vəzifəsi)

Layihənin planlaşdırılan başlama tarixi:_____________ Layihənin həyata keçirilmə müddəti (18 ay və ya daha az):_______________

MALİYYƏ RESURSLARI

Layihə üçün Aİ-dan gözlənilən ümumi məbləğ: _______________AZN

Digər mənbələrdən alınacaq ümumi məbləği: _______________AZN

Layihənin ümumi dəyəri:_______________ AZN

Hesablamalar üçün istifadə ediləcək valyuta məzənnəsi ________________________ (Layihənin rəsmi istifadəsi üçün. Boş buraxın)

1-ci BÖLMƏ: LAYİHƏNİN QISA TƏSVİRİ

1.1. Layihənin qısa təsviri (Summary) (maksimum 1 səhifə)

2-ci BÖLMƏ: ƏSASLANDIRMA VƏ LAYİHƏNİN KONSEPSİYASI

2.1. Layihənin həyata keçirilməsi üçün təşkilatın ümumi şəraiti və imkanları, o cümlədən maliyyə

imkanları, kadr potensialı və təcrübəsi (maksimum 0.5 səhifə)

2.2. Layihənin məqsədləri və gözlənilən nəticələr (maksimum 1 səhifə)

2.3. Layihə fəaliyyətlərinin təsviri (maksimum 2 səhifə)

2.4. Fəaliyyətlərin həyata keçirilmə planı və təqvimi (maksimum 1 səhifə)

2.5. Layihənin həyata keçirilməsi nəticəsində QHT-nin potensialının gücləndirilməsi üzrə

indikatorlar (maksimum 1 səh)

2.6. Layihənin nəticələrinin və təcrübəsinin yayılması (maksimum 1 səhifə)

2.7. Əldə olunan nəticələrin dayanıqlığı (maksimum 1 səhifə)

3-cü BÖLMƏ: RİSKLƏR, LAYİHƏNİN MONİTORİNQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

3.1. Layihənin uğurla həyata keçirilməsinin qarşısını ala biləcək risklər (maksimum 1 səhifə)

3.2. Layihənin monitorinq və qiymətləndirilmə planı (maksimum 1 səhifə)

3.3. Layihənin nəticələri üzrə indikatorlar (maksimum 1 səhifə)

4-cü BÖLMƏ: LAYİHƏNİN BÜDCƏSİ

4.1 Büdcənin maliyyələşmə mənbəyi üzrə (Cədvəl 2) və nəticə və fəaliyyətlər üzrə müfəssəl bölgüsü (Cədvəl 3)

4.2 QHT tərəfindən layihəyə göstəriləcək töhfə/dəstək (Cədvəl 4)

4.3 Büdcənin standart xərclər üzrə bölgüsü (Cədvəl 5)

4.4 Bank rekvizitləri

Avropa İttifaqının «Qeyri hökumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji sistemin gücləndirilməsi»

LAYİHƏSİNİN ƏRIZƏ FORMASININ DOLDURULMASI ÜZRƏ TƏLİMAT

Qrant Layihəsi Haqqında Ümumi Məlumat
Layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi əsasında həyata keçirilir. İcraçı qurum kimi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çıxış edir. Müsabiqəni Aİ, BMTİP, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və QHT nümayəndələrindən ibarət münsiflər heyəti həyata keçirəcəklər.
ÜMUMİ TƏLƏBLƏR
Layihə təklifinin tərtibatı üzrə tələblər
Layihənin həyata keçirilməsi üzrə ərizə, standart titul vərəqi və layihənin qısa təsviri (summary) bir səhifə təşkil etməklə, 17 səhifədən çox olmamalıdır (cədvəllər və diaqramlar da daxil olmaqla). Ərizə çap olunmuş şəkildə təqdim edilməlidir.
Həmçinin təşkilatın statusunu təsdiq edən, maliyyə töhfəsi/dəstəyini göstərən sənədlər təqdim edilə bilər.
Əmin olun ki, layihə sənədlərinin hamısı aydın oxunur. Bütün əlavə sənədlərdə (əlavələrdə) layihənin adı əks edilməlidir. Göndərilən ərizə geri qaytarılmadığına görə, ərizənin bir nüsxəsini özünüzdə saxlayın.
Layihə təklifinin təqdim edilməsi üzrə tələblər
Ərizələrin son təqdim edilmə tarixi 19 sentyabr 2014-cü il yerli (Bakı) vaxtı ilə saat 18:00-dır. Zərfə qrant ərizəsinin çap olunmuş, imzalanmış və möhürlənmiş orijinalı və onun 3 kserokopiyası əlavə edilməlidir. Zərfin üzərində ərizəni təqdim edən təşkilatın və Qrant Proqramının adı (Avropa İttifaqının «Qeyri hökumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji sistemin gücləndirilməsi» layihəsi) qeyd edilməlidirlər.

Ərizələr Birləşmiş Mİllətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) ofisinə təqdim edilməlidir.

Ünvan: Bakı, BMT-nin 50 İlliyi küçəsi, 3.

Suallar yalnız elektron poçt vasitəsilə verilə bilər: Email: orkhan.hasanov@un-az.org

1. MÜNDƏRİCAT

Mündəricat layihənin bütün əsas hissələrini əhatə etməlidir.

2. TİTUL VƏRƏQİ

Titul vərəqində layihə haqqında mühüm məlumat verilir. Titul vərəqində layihənin başlama tarixi və bitmə tarixi, ərizəçi və maliyyə vəsaitləri haqqında məlumat, və əgər varsa əlavə maliyyə mənbələri göstərilməlidir. Əlavə maliyyələşdirmə in-kind/natura və ya pul vəsaiti şəklində ola bilər.

Ərizə forması aşağıda qeyd olunmuş bölmələrdən ibarətdir

1-Cİ BÖLMƏ: LAYİHƏNİN QISA TƏSVİRİ

1.1 Layihənin qısa təsviri (Summary)

Layihə haqqında qısa məlumat, həmçinin layihə çərçivəsində həll olunacaq əsas ekoloji problemin (lərin) izahı və təklif olunan yanaşma və əsaslandırma verilməlidir. Həmçinin, bu bölmədə layihənin əsas məqsədi olan QHT-nin potensialının inkişafı üzrə fəaliyyətlərin nəticələri qeyd olunmalıdır.
2-Cİ BÖLMƏ: ƏSASLANDIRMA VƏ LAYİHƏNİN KONSEPSİYASI

2.1 Layihənin həyata keçirilməsi üçün təşkilatın ümumi şəraiti və imkanları, o cümlədən maliyyə imkanları, kadr potensialı və təcrübəsi

  • Ərizəni təqdim edən təşkilatın əsas fəaliyyət sahələri
  • Layihənin həyata keçirilməsinə təşkilati yanaşma(yəni təşkilat layihəni hansı yolla
  • Təşkilatın mövcud olduğu müddət və layihələrdə təcrübəsi
  • Təşkilatın idarəetmə və inzibati strukturu
  • Assosiasiya və ya digər ictimai birliklərdə iştirakı
  • Əsas hədəf olan əhali qrupu (qanunverici, icraedici, mərkəzi, müvafiq ictimai qrup, yerli, və s.)
  • Ekologiya sahəsində təcrübəsi (biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələr; İqlim dəyişməsinin nəticələrinin yumşaldılmasına dair və(və ya) İqlim dəyişikliklərinə adaptasiya; torpaqların deqradasiyası ilə bağlı olan problemlər/davamlı şəkildə meşədən istifadə etmə; beynəlxalq suların çirklənməsi; kimyəvi maddələrin idarə edilməsi, və s.)

2.2 Layihənin məqsədləri və gözlənilən nəticələr

  • Təklif olunan layihənin konkret vəzifələri və əsas məqsədi
  • Layihənin əsaslandırmasının tam təsviri, o сümlədən layihənin həll edəcəyi məsələnin önəmi
  • Layihə çərçivəsində alınacaq nəticələr. Gözlənilən nəticələr qiymətləndirilə bilən formada olmalı və layihənin sonunda planlaşdırılan dəyişiklikləri ifadə etməlidirlər. Qranta iddiaçı kimi təşkilat layihənin məqsədinə yönələn konkret nəticələri müəyyən etməlidir

Nəticə 1: Ekoloji informasiya və biliklərin əldə edilməsi, istifadəsi və qiymətləndirilməsi üzrə potensial

Nəticə 2: Ekologiya sahəsində qanunvericilik, siyasət və strategiyanın hazırlanması üzrə potensial

Nəticə 3: İdarəetmə və ekoloji siyasətin həyata keçirilmə üzrə potensial

Nəticə 4: Ekoloji monitorinq və qiymətləndirmə üzrə potensial

. və s.

Qeyd: QHT özü Layihənin ümumi məqsədinə cavab verən nəticə də təklif edə bilər; bu nəticə məntiqli şəkildə əsaslandırılmalıdır.

2.3 Layihə fəaliyyətlərinin təsviri

Məntiqə əsaslanan bu bölmədə, gözlənilən nəticələrin əldə edilməsi və layihənin məqsədinə çatmaq üçün hansı addımların atılacağı göstərilməlidir. Bu bölmədə gözlənilən nəticə və fəaliyyətlər arasında olan əlaqə dəqiq və aydın göstərilməlidir. (Ərizəçi, fəaliyyətin məqsədə çatmaq üçün məqsədəuyğun vasitə olduğunu məntiqli şəkildə əsaslandırmalıdır). Nəzərə alın ki, bu bölmədə yol verilə biləcək çatışmazlıqlar maliyyə dəstəyinin verilməməsinə səbəb ola bilər. Fəaliyyətlərin təsviri maksimum dərəcədə konkret olmalıdır. Fəaliyyətin təsvirində nə ediləcəyini, kimin edəcəyini, nə vaxt ediləcəyini (başlanğıc, davamiyyət, sonluq) və harada ediləcəyi haqda məlumatın verilməsi zəruridir. Həmçinin təsvirdə bu fəaliyyətlər nəticəsində faydalanan təşkilat və şəxslər də göstərilməlidir.

2.4 Fəaliyyətlər planı və həyata keçirilmə müddəti

Bu bölmədə məlumat qrafik şəklində də təqdim edilə bilər. Həmçinin hər mərhələ üçün başlama/qurtarma tarixləri qeyd olunmalıdır. Layihənin əsas fəaliyyətlərinin ardıcıllığı və onların icrasının əsas mərhələləri, həmçinin hər mərhələ üçün başlanma və qurtarma tarixləri qeyd olunmalıdır. Diqqət yetirin ki, layihələrin icra müddəti 18 ayı keçməsin. Bu hissədə mümkün qədər dolğun məlumat verin. Layihənin reallaşdırılması planında fəaliyyətlərin məntiqi ardıcıllığı nümayiş olunmalıdır. Bu ardıcıllıq layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin, əvvəldən sonadək bütün addımların düşünülmüş olduğunun təsdiqidir. Layihənin reallaşdırılması planına zəruri hesabat, layihənin icrası üzrə monitorinq və qiymətləndirmələri də əlavə edin.
2.5 Layihənin həyata keçirilməsi nəticəsində QHT-nin potensialının gücləndirilməsi üzrə indikatorlar

Layihənin nəticələri üzrə (nəticələrin sayı 1-dən 3-dək olmaq şərti ilə) indikatorlar təyin edilməlidirlər. Bu indikatorlar nəticələrə doğru irəliləməyin göstəriciləridir. İndikatorlar SMART olmalıdırlar (yəni sadə, ölçülə bilən, yerinə yetirilə bilən, məqsədə uyğun və zamanla əlaqələndirilmiş)

2.6 Layihənin nəticələrinin və təcrübəsinin yayılması

Bu hissədə layihənin həyata keçirilməsi nəticəsində toplanmış təcrübənin gələcəkdə ətraf mühitin mühafizəsi sahəsində çalışan təşkilat və qurumlar arasında necə yayılacağı və təkrarlanacağı barədə məlumat verilməlidir.

2.7 Əldə olunan nəticələrin dayanıqlığı

Bu hissədə layihənin dayanıqlığına aid məlumat verilməlidir. Layihənin dayanıqlığı layihə həyata keçiriləndən sonra onun təsirini göstərməlidir. Məsələn, potensialın gücləndirilməsi üzrə layihədə, layihə bitəndən sonra QHT-nin ekoloji siyasət sahəsində təsir göstərmək imkanlarının necə dəyişdiyini və zaman baxımından dayanıqlığı göstərməlidir.

3-CÜ BÖLMƏ: RİSKLƏR, LAYİHƏNİN MONİTORİNQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Bu bölmədə risklər, problemlər, həmçinin layihənin iş planı və fəaliyyətlərin həyata keçirilməsinə nəzarət barədə ətraflı izahat verilməlidir. Bölmədə, aşağıda qeyd olunan məsələlərin tam təsviri verilməlidir:

3.1 Layihənin uğurla həyata keçirilməsinin qarşısını ala biləcək risklər

Xahiş edirik, layihənin məqsədinə çatmasına mane ola biləcək əsas risk faktorlarını aşkar edin və sadalayın. Bu faktorlar həm xarici (məsələn, beynəlxalq konvensiyanın tələblərinin dəyişməsi nəticəsində reallaşdırıla bilməzlər), həm də daxili (məsələn, valyuta kurslarının dəyişməsi) ola bilər. Həmçinin potensial risklərin aradan qaldırılması yollarını göstərin.

Bu bənddə həmçinin layihə həyata keçirilərkən onun əsaslandığı əsas ehtimallar (məsələn, daxili sabitlik və ekoloji siyasətin özəllikləri), öz əksini tapmalıdır.

3.2 Layihənin monitorinq və qiymətləndirmə planı

Bu bölmə aşağıda təqdim edilmiş Cədvəl 1-ə əsasən izah olunmalıdır. Cədvəldə layihənin həm həyata keçirilməsi zamanı, həm də layihə bitdikdən sonra monitorinq və qiymətləndirmənin necə aparılmasının izahı verilməlidir.

Cədvəl 1. Layihənin monitorinq qrafiki

Comments are closed, but trackbacks and pingbacks are open.