Təsbehlə zikr necə edilir
Qara rəngli göz laynerindən bezmisinizsə, kakao tozundan hazırlanmış qəhvəyi çalarlı sürməni sınayın.
Evdə təbii göz laynerini necə hazırlamaq olar?
Artıq uzun illərdir ki, qadınlar gözlərinin gözəlliyini vurğulamaq üçün laynerdən istifadə edir. Ancaq bu məhsulların tərkibində kimyəvi maddələrin olduğu hər kəsə məlumdur. Təbiiliyi sevirsinizsə və təbii məhsullardan istifadə edirsinizsə, ev şəraitində göz layneri hazırlaya bilərsiniz.
Milli.Az Lent.az-a istinadən evdə sürmə hazırlamağın yolunu təqdim edir:
Kakao tozu
Qara rəngli göz laynerindən bezmisinizsə, kakao tozundan hazırlanmış qəhvəyi çalarlı sürməni sınayın.
Bunun üçün kiçik ölçülü qaba bir qaşıq kakao tozu əlavə edin və üzərinə bir neçə damcı su tökün. Adi su yerinə gül suyundan da istifadə edə bilərsiniz. Daha sonra bunları qarışdırın. Məhlulun tərkibini çalışıb qatı etmək lazımdır. Təbii və gözəl görünüş əldə etmək üçün həm yuxarı, həm də aşağı kirpik xəttinə tətbiq edin.
Çuğundur suyu
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Təsbehlə zikr necə edilir?
Salam Verdiyimiz sualları cavablandırdığınız üçün Allah sizdən razı olsun 1 zikr necə edilir təsbehlə onun video -sun çəkərdiz (Fatimeyi zəhra zikri) Xahiş edirəm 2 deyirlər Həcc ziyarətində sünni namazı qılınır? Bəs şiə namazı olmur . 3 namazı qılıb qurtaranda möhürü öpüb alnına qoymalısan ya yox
Və aleykum Salam.
1. Təsbehlə zikr etməyə ehtiyac yoxdur. Zikr sağ əlin barmaq buğumları ilə edilir. Təsbeh Peyğəmbərin (salləllahu aleyhi va səlləm) dövründə olmamışdır. Təsbehlə zikr etmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özünün etmədiyi və buyurmadığı bir əməldir. Abdullah ibn Amr adlı bir səhabə (Allah onlardan razı olsun) demişdir: “Peyğəmbərin zikr edərkən sağ əlini (sayaraq) bükdüyünü görmüşəm”. (Əbu Dəvud, 1504).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Barmaqlarınınzın (buğumları) ilə zikr edin. Həqiqətən, onlar danışdırılacaqlar və soruşulacaqlar”. (ət-Tirmizi, 3486). Digər rəvayətdə isə belə deyilir: “Təkbir, Təqdis, Təsbih və Təhlil etdiyiniz zaman barmaqlarının (buğumları) ilə edin. Həqiqətən onlar (əzalar) danışdırılacaqlar və soruşulacaqlar”. (Əbu Dəvud, 1501). Əllə zikr etməyin qaydasını buradan öyrənə bilərsiniz: Əllə zikr necə edilir?
Fatimeyi-Zəhra zikri ilə bağlı olan rəvayət belədir: Fatimə (Allah onlardan razı olsun) kirkirənin (onun əllərində) iz buraxdığından şikayət etdi. (Bir müddətdən sonra) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bir neçə əsir gətirdilər. Fatimə (bu əsirlərdən birini özünə köməkçi götürmək məqsədilə) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına getdi, lakin onu (evdə) tapa bilmədi, Aişəni görüb (nə istədiyini) ona bildirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən (onu görəndə) ayağa qalxmaq istədim, lakin o: “Qalxmayın!” – dedi və (gəlib) aramızda oturdu. Mən hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O buyurdu: “Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi? Yatağınıza uzandığınız zaman otuz dörd dəfə “Allahu Əkbər”, otuz üç dəfə “Subhənəllah” və otuz üç dəfə “Əlhəmdulilləh” deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar”. (əl-Buxari, 3705).
2. Həccdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) qıldığı namaz kimi namaz qılınır. Daha ətraflı: Şiə və sünni nədir və bunların hansı düzgündür?
3. Namazı möhürlə qılmaq qadağandır, çünki peyğəmbərimiz (salləllahu aleyhi və səlləm), onun əhli beyti və səhabələri (Allah onlardan razı olsun) möhürsüz namaz qılıblar. Daha ətraflı: Möhürlə namaz qılmaq olarmı?
Comments are closed, but trackbacks and pingbacks are open.