Press "Enter" to skip to content

Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər

– Komfortlu gözləmə yerləri
– İnternetə (Wi-Fi) çıxış
– TV, içki və qəlyanaltılar
– Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner
Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.

“Miles&Smiles PAŞA Bank” kartları haqqında

İstənilən şəxs onlayn müraciətlə, pulsuz çatdırılma ilə “Miles&Smiles PAŞA Bank” kartlarını əldə edə bilər.

“Miles&Smiles PAŞA Bank” kartlarını necə əldə etməliyəm?

Aşağıdakı üsullardan biri ilə kartı asanlıqla əldə edə bilərsiniz:
– Veb-saytımızdan sifariş edə bilərsiniz: https://pshb.az/3Cn9RYM
– Sosial media kanallarımız vasitəsilə əlaqə nömrənizi qeyd edə bilərsiniz. Bu zaman əməkdaşlarımız sizdən sifarişi şifahi sorğunuz əsasında qəbul edəcək.
– Əlaqə mərkəzinə zəng edə bilərsiniz: *9123

18 yaşdan aşağı şəxslərin “Miles&Smiles PAŞA Bank” kartlarını əldə etməsi mümkündürmü?

Bəli, valideynlərin icazəsi ilə 18 yaşdan aşağı şəxslərin kartı əldə etməsi mümkündür.

“Miles&Smiles PAŞA Bank” kartlarının və millərin istifadə müddəti nə qədərdir?

Kartların və millərin istifadə müddəti 3 ildir. Məsələn, kartınızın bitmə tarixi 2022-ci ildirsə elə həmin ildə də qazandığınız millərin son istifadə tarixi 2025-ci ildir.

Kart kredit kartıdır?

Xeyr, kartlarımız debit kartlarıdır. Yəni, karta mədaxil etməklə kartdan ödəniş etmək mümkündür.

Kart neçə günə hazır olur?

Kart 5 iş günü ərzində hazırlanır.

Kartın çatdırılması necə həyata keçirilir?

Kart hazır olduqdan sonra kuryer vasitəsilə sizin ünvanınıza pulsuz çatdırılacaq.
Daha ətraflı: https://pshb.az/3yomMbW

Karta necə mədaxil edə bilərəm?

Karta vəsaiti asanlıqla mədaxil etmək mümkündür:
– Sizə yaxın filialın kassasından;
– Million və e-manat ödəniş terminalları vasitəsilə;
– ATM vasitəsilə;
– PAŞA Bank Mobil tətbiq vasitəsilə;
– Köçürmə yolu ilə.

“Miles&Smiles PAŞA Bank” kartlarının digər miles debet kartlardan fərqi nədir?

“Miles&Smiles PAŞA Bank” kartlarına məxsus bütün üstünlüklər barədə buradan ətraflı məlumat əldə etmək olar: https://pshb.az/3V3vAxH

Kartın istifadə müddəti bitdikdə toplanmış millər silinir?

Xeyr, millərin əldə edildiyi tarixdən etibarən 3 il müddətində istənilən zaman uçuş biletinə çevirmək mümkündür.
Daha ətraflı: https://pshb.az/3ymvN5c

“Miles&Smiles PAŞA Bank” kartlarını bir-birindən fərqləndirən cəhətlər hansılardır?

Buraya daxil olaraq kartlarımızın əsas xüsusiyyətlərini fərqləndirə bilərsiniz: https://pshb.az/3MddEfM

“Çatbot konsyerj” xidməti haqqında

Çatbot konsyerj xidməti nədir?

Səyahətlə bağlı bir çox sorğunuza “WhatsApp”, “Telegram”, “Viber” tətbiqindən dərhal cavab verəcək platformadır.
Daha ətraflı: https://pshb.az/3rCHktr

Necə istifadə edə bilərəm?

Bunun üçün “Miles&Smiles PAŞA Bank” kartını əldə etdikdən sonra sizə göndərilən müvafiq SMS vasitəsilə qeyd olunan tətbiqlərdən qeydiyyatdan keçərək istifadə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3rCHktr

“Lounge Key” xidməti haqqında

“Lounge Key” xidməti nədir?

“Miles&Smiles PAŞA Bank” kartları ilə biznes zallara pulsuz və limitsiz giriş imkanıdır.

“Lounge Key” xidmətindən necə istifadə edə bilərəm?

“Miles&Smiles Platinum” kart sahibləri “Lounge Key” biznes zallarına ildə 2 dəfə, “Miles&Smiles Black” kart sahibləri ildə 10 dəfə, “Miles&Smiles Elite” kart sahibləri isə limitsiz giriş edə bilər.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zallarında hansı xidmətlər təqdim olunur?

– Komfortlu gözləmə yerləri
– İnternetə (Wi-Fi) çıxış
– TV, içki və qəlyanaltılar
– Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner
Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar.

“Lounge Key” mobil tətbiqini buradan yükləyin:

“Android”: https://pshb.az/3zOj6Qr
“iOS”: https://pshb.az/3QsKc6o

”Lounge Key” zalını necə tapa bilərəm?

Hava limanlarında “Lounge Key” biznes zallarının loqotipi ilə göstəricilər yerləşdirilib.
Həmçinin, zalların yeri ilə bağlı informasiya ilə veb-saytdan və ya mobil tətbiqdən tanış olmaq mümkündür.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zalına keçmək üçün xüsusi kart lazımdırmı?

Xeyr, “Miles&Smiles PAŞA Bank” kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. Həmçinin, “Lounge Key” biznes zalına daxil olmaq üçün veb-saytda heç bir qeydiyyata ehtiyac yoxdur.

“Lounge Key” biznes zalını kart sahibi olmayan ziyarət edə bilərmi?

Kart sahibini müşayiət edirsə, bəli. Bu zaman, kart sahibinin də orada olması mütləqdir.

Pulsuz ziyarətlər müşayiət edən şəxslərə aid edilirmi?

Xeyr, yalnız kart sahibinə aid edilir. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Mastercard üzrə 30 USD, Visa kartı üzrə isə 32 USD ödəniş etməsi lazımdır.

Kart sahibini neçə qonaq müşayiət edə bilər?

Orta hesabla, 4-6 nəfər. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

“Lounge Key” biznes zalında uşağa görə ödəniş etmək lazımdırmı?

Hər bir zalın daxili qaydasına əsasən dəyişə bilər.
Daha ətraflı: https://pshb.az/3PdWBdq

Pulsuz ziyarətlərin sayını necə öyrənmək olar?

Biznes zallarının ziyarət tarixçəsini veb-saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə izləyə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T6hEkq

Mil haqqında əsas məlumatlar

Mil nədir?

Mil – etdiyiniz nağdsız ödənişlər müqabilində toplanan və uçuş biletinə çevrilə bilən bonus növüdür.
1 mil qazanmaq üçün xərclənməli olan məbləğ:
“Platinum” kartı üzrə – 3 AZN
“Black” kartı üzrə – 2 AZN
“Elite” kartı üzrə – 1 AZN

Mil necə hesablanır?

“Miles&Smiles PAŞA Bank” kartları ilə nağdsız ödənişlər etdikdə hesablanır.
Qeyd: Gömrük ödənişlərində mil hesablanması üçün ödənişlər yalnız gömrükdə, POS-terminal vasitəsilə icra olunmalıdır. Onlayn həyata keçirilmiş gömrük ödənişlərinə mil hesablanmır.

TK nömrəsi nədir?

Türk Hava Yollarının “Miles&Smiles” proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. TK nömrəniz yoxdursa o, kartın sifarişi zamanı avtomatik olaraq yaradılacaq.

Digər mil kartının TK hesabına mil göndərə bilərəmmi?

Bəli, əgər hər iki tərəf millərlə 2 il ərzində ən azı bir uçuş həyata keçiribsə mümkündür.

Mili necə istifadə edə bilərəm?

Ödənişlər edərək topladığınız milləri 26 aviaşirkətdə (THY və “Star Alliance” üzvləri) uçuş biletinə dəyişə bilərsiniz.
Türk Hava Yolları üçün daxil olun: https://pshb.az/3SK5Epc
“Star Alliance” üzvləri isə aşağıdakılardır:
1. “Lufthansa”
2. “United Airlines”
3. “Air Canada”
4. “Swiss Airlines”
5. “Air China”
6. “Singapore Airlines”
7. “Turkish Airlines”
8. “LOT Polish Airlines”
9. “Scandinavian Airlines” (SAS)
10. “Shenzhen Airlines”
11. “Aegean Airlines”
12. “Air India”
13. “Air New Zealand”
14. “All Nippon Airways” (ANA)
15. “Asiana”
16. “Austrian Airlines”
17. “Avianca”
18. “Brussels Airlines”
19. “Copa Airlines”
20. “Croatia Airlines”
21. “EgyptAir”
22. “Ethiopian Airlines”
23. “EVA Air”
24. “South African Airlines”
25. “TAP Portgual”
26. “Thai Airways”

Milin hansı növləri var?

– Ödənişlər üzrə millər – Nağdsız ödənişlər zamanı “Miles&Smiles PAŞA Bank” kartı ilə ödəniş etdikdə hesablanan millərdir.
– “Xoş gəldin” milləri – yeni kart əldə etdikdə bank tərəfindən müştəriyə təqdim olunan millərdir.
Kartı əldə etdikdə dərhal əlavə şərtsiz “xoş gəldin” milləri qazanmaq mümkündür. Daha ətraflı: https://pshb.az/3McdPbt
“Miles&Smiles” müştərisi yeni kart əldə etdikdə və ya mövcud kartı yenilədikdə/ dəyişdirdikdə “xoş gəldin” milləri hesablanmır.
– Kampaniya milləri – Bank tərəfindən keçirilən kampaniyalar zamanı hesablanan əlavə millərdir.
– Əlavə millər – Partnyorlarımızda ödəniş etdikdə hesablanan əlavə millərdir.
Bütün partnyorlarımızı tanımaq və partnyorlardan millərin hesablanması qaydası ilə buradan tanış olmaq olar: https://pshb.az/3ypsJ8p

Millərin hesablanması qaydası

1000 AZN-lik bilet üçün nə qədər mil toplamalıyam?

Bir çox istiqamət üzrə nə qədər mil lazım olduğu haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz: https://pshb.az/3T0KuTs
Biletlərin qiyməti, nə qədər mil lazım olduğu mövsümdən, tələbdən asılı olaraq dəyişə bilər.

Hansı əməliyyatlara görə millər hesablanmır?

Aşağıda qeyd olunan əməliyyatlara görə millər hesablanmır:
– ASAN Ödənişləri;
– Dəmir yolları – yüklərin və sərnişinlərin daşınması;
– Sərnişin daşıması – bərə daxil olmaqla şəhərətrafı və yerli nəqliyyat xidmətləri;
– Avtobus xətləri;
– Pul köçürmələri;
– Mənzil-kommunal xidmətləri;
– Tütün mağazalarından ödənişlər;
– ATM və POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatları;
– Kredit ödənişi, hesaba mədaxil əməliyyatları, pul köçürmələri;
– Maliyyə insitutları üzrə ödənişlər;
– E-cüzdan balans artırma və digər maliyyə xidmətləri
– Xidmətlərə görə ödəniş – pul köçürmələri
– Kartdan karta pul köçürmələri (yerli və ölkəxarici köçürmələr);
– Hökümət lotereyaları üzrə ödənişlər;
– Qumar ödənişləri;
– At/Tazı yarışları üzrə ödənişlər;
– Xeyriyyə və sosial xidmətlər üzrə ödənişlər;
– Siyasi və dini təşkilatlar üzrə ödənişlər;
– Uşaq dəstəyi, aliment ödənişi də daxil olmaqla qanuni ödənişlər;
– Cərimələr, girov və istiqrazlar üzrə ödəmələr;
– Vergi ödənişləri;
– Poçt xidmətləri.

Toplanmış millər hesabda nə zaman əks olunur?

Ödənişdən sonra qazandığınız millər 15 gün ərzində hesabınıza köçürüləcək.

Millər hesablanmadıqda nə etməliyəm?

Topladığınız millər hesabınızda əks olunmadıqda *9123 nömrəsi ilə əlaqə saxlaya və ya customer.care@pashabank.az ünvanına müraciət edə bilərsiniz.
Hesablanmış millərin köçürülməsi bank tərəfindən tranzaksiyaların emalı əsasında aparılır. Daha ətraflı məlumat üçün *9123 çağrı mərkəzimizlə əlaqə yarada bilərsiniz.

Toplanılan millər barədə məlumatı haradan əldə edə bilərəm?

Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:
• “PAŞA Bank” mobil tətbiqi vasitəsilə: https://pshb.az/mobiltetbiq
• THY veb-saytından şəxsi kabinetə daxil olmaqla və ya THY mobil əlavəsindən: https://pshb.az/3CtdZXm
• Bankın Əlaqə Mərkəzinə müraciət etməklə: *9123

Millərin biletə çevrilməsi

Milləri necə biletə çevirə bilərəm?

Topladığınız milləri THY veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabiletə çevirə bilərsiniz.
Daha ətraflı: https://youtu.be/R84vf-kdJ8M

Toplanmış millərlə hara uça bilərəm?

Topladığınız millərlə dünyanın bir çox istiqamətinə aviabilet əldə edə bilərsiniz.
Daha ətraflı: https://pshb.az/3T0KuTs

Uçuş biletinin tam qiymətini millərlə ödəyə bilərəmmi?

Bəli, yalnız hava limanı üzrə vergi rüsumu ödənməlidir.
Qeyd: “Classic Plus”, “Elite”, “Elite Plus” status sahibləri vergi rüsumunu da millərlə ödəyə bilər.

Digər

Yüksək riskli ölkələrdə edilən əməliyyatlara aid

“Miles&Smiles PAŞA Bank” kartları ilə yüksək riskli ölkələrdə edilən əməliyyatlara müəyyən limitlər tətbiq olunur.
Həmin ölkələrdə məhdudiyyət yalnız ATM-lərdə nağdlaşdırma zamanı baş verir.
Onlayn edilən əməliyyatlara isə heç bir məhdudiyyət yoxdur. Yüksək riskli ölkələrin siyahısı ilə buradan tanışmaq olar. Limitin müvəqqəti aradan qaldırılması üçün sizə yaxın filialımıza və ya Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Mil hesablanmamasına aid

Nəzərə alın ki, topladığınız millərlə əldə etdiyiniz aviabilet üçün yenidən mil hesablanmır.

Səyahət sığortası

Sığorta təminatı hansı ölkələrdə keçərlidir?

Sığorta təminatı hər səfərin müddəti ardıcıl 60 gündən çox olmamaq şərtilə bütün səyahətlər üçün dünyanın istənilən yerində sizə təqdim olunur. Səfəriniz ardıcıl olaraq 60 gündən çox olarsa, səfərin hər hansı bir hissəsi üçün sığorta təminatı təmin edilməyəcəkdir. Sığorta təminatının maksimum etibarlılığı hər 12 aylıq dövr üçün ölkə xaricində 183 gündür. Səfərlər yaşayış ölkənizdə başlamalı və bitməlidir. Bir tərəfli uçuş bileti üçün sığorta təmin olunmur. Yaşadığınız ölkə ərazisində etdiyiniz səfərlər üçün sığorta təminatı yalnız evinizdən 100 km çox məsafəni qət etdikdə və əvvəlcədən hər hansı otel, motel, tətil evi, mini-otel, istirahət mərkəzi və digər oxşar ödənişli yaşayış yerlərində ən az iki günlük reservasiya etdiyiniz halda təqdim edilir.

Bilet “Black Edition” və ya “World Elite” kartı ilə ödənilməyibsə və ya qismən ödənilibsə, sığorta təminatı etibarlıdırmı?

Sığorta təminatı bütün xərclər sığortalanmış kart ilə tam ödənildiyi təqdirdə etibarlıdır.

Uçuş bileti bir neçə ay əvvəl alındığı halda, sığorta müddəti hansı dövrdən tətbiq olunmağa başlayır?

Sığorta səfərin ilk günündən qüvvəyə minir, eyni zamanda səfərin müddəti 60 gündən artıq olmamalıdır.

Sığorta hadisəsi baş verdiyi zaman kart sahibi ailə üzvlərinin yanında deyilsə, sığorta təminatı etibarlı sayıla bilərmi?

Sığorta təminatı yalnız kart sahibi ailə üzvləri ilə birlikdə səyahət etdiyi halda etibarlıdır.

Sığorta hadisəsi baş verdiyi zaman kart sahibinin üzərində kart yoxdursa, sığorta etibarlı sayıla bilərmi?

Sığorta təminatına dair şərtlər qarşılandığı təqdirdə kartın mövcudluğu mühüm deyil.

Baqaj itkisi sığorta təminatına daxildirmi?

Bu riskin ətraflı təsviri sığorta şərtlərinin 23-cü səhifəsində verilmişdir.

Sığorta hadisəsi baş verən zaman sığorta şirkətinin hansı əlaqə nömrələri ilə əlaqə saxlamaq lazımdır?

+90 212 922 04 25

Yeni səyahətlərə açarınız!

  • Kampaniyalar
  • Xəbərlər
  • Sənədlər
  • F.A.Q.
  • Partnyor olmaq
  • Mənə zəng et
  • Mil hesablanmayan ödənişlər

13, Yusif Məmmədəliyev küç., Bakı, AZ1005, Azərbaycan

Korporativ müştərilər üçün:
*8123 / (+994 12) 496 50 04

Fərdi müştərilər üçün:
*9123 / (+99 412) 496 50 00

Baş ofis:
(+994 12) 496 51 00
F: (+994 12) 496 50 10
E: customer.care@pashabank.az

Ən son məlumatları buradan izləyin:

© 2007-2022 PAŞA Bank

Bank Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir

Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər

Bu barədə şikayət məktubunda qeyd edilib. Müəllimlər bildirirlər ki, sosial izolyasiya qaydaları gözlənilmədən bankların qarşısında yaradılan növbə və 2 saatlıq icazə səbəbindən hələ də kartlarını əldə edə bilməyiblər. Onlar qaydaların gözlənilmədiyi bu növbələrdə virusa yoluxma riskinin nəzərə alınmasını və məsələnin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin artırılmasını və ya kartların müəllimlərin çalışdığı təhsil müəssisələrinə təqdim edilməsini istəyiblər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu problemin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin avtomatik uzadılması daha məqsədəuyğun olar:

“Müəllimlərin çoxu maaş kartlarının vaxtı bitdiyi üçün banka üz tutmaq məcburiyyətində qalıb. Ölkə üzrə bütün müəllimlər Kapital Bankın kartları vasitəsi ilə əmək haqqı alır. Bildiyimiz kimi, pandemiyanın başladığı müddətdən 2 ay müddətinə Kapital Bank da daxil olmaqla, bütün banklar vaxtı bitmiş kartların istifadə müddətini uzatdı. Amma təəssüf ki, bu dəfə belə addım atılmadı. Hətta maaş kartlarına əlavə ödəniş edilməsi xidməti avqustdan dayandırılacaq və bu xidmətdən istifadə üçün kim istəsə, əlavə kart almalıdır. Bu da pandemiya müddətində bankların qarşısında əlavə növbənin yaranmasına və yoluxma riskinin artmasına səbəb olur”.

Ekspert deyib ki, bu problemin həlli üçün Təhsil Nazirliyi hansısa addım ata bilməz:

“Çünki kartlarda şəxsi məlumatlar yer aldığı və sahibin imzası lazım olduğu üçün kartı sahibinin özü götürməlidir. Amma yaranmış vəziyyətlə əlaqədar ən yaxşı çıxış yolu kartların vaxtının ilin sonuna qədər uzadılması ola bilər. Bu, həm banklar qarşısında uzun növbə yaranmasının qarşısını alacaq, həm də müəllimlər əziyyət çəkməyəcək”.

Mövzu ilə əlaqədar Kapital Banka sorğu verilib.

Kapital Bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, Kapital Bank koronavirusun (COVİD-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir:

“Hazırda təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alan və istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları 30 avqust, sosial müavinət kartları 30 sentyabr, ünvanlı sosial yardım kartları 31 oktyabr, əmək, pensiya kartları isə 30 noyabr 2020-ci il tarixinədək uzadılır. Bununla da həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır. Onlar öz əvvəlki kartlarından istifadə edə bilərlər”. axar.az

Tələbə Kartı Necə əldə Edilir

Bütün Moskva təhsil müəssisələrinin tələbələri metro tariflərini tək bir plastik kartla ödəyə bilərlər. Əlavə olaraq bununla məktəb kafetində də ödəyə bilərsiniz. Məktəb kartı və kitabxana kartı kimi xidmət edə bilər. Valideynlər üçün faydalı olacaq, çünki elektron gündəlikdir. Ancaq əvvəl onu əldə etməlisən. Tələbə kartı necə əldə edilir

Vacibdir

  • – məktəbdən arayış;
  • – uşağın doğum şəhadətnaməsi + bir valideynin pasportu və ya tələbə pasportu;
  • – fotoğraf 3×4;
  • – 100-500 rubl. və ya kasıbların statusu haqqında bir arayış;
  • – müraciət forması.

Təlimat

Addım 1

Təhsil müəssisəsinin katibindən arxasında doldurulması üçün ətraflı təlimat yazılmış xüsusi bir anket alın.

Addım 2

Ərizə formasını mavi və ya qara blok hərflərlə qələm ilə doldurun. İçində səhvlər və düzəlişlər edilə bilməz. Buruşmuş formada da qəbul etməyəcəklər.

Addım 3

Bir fotostudiyaya gedin və tələbənin 3×4 şəklini çəkin, sonra ərizə vərəqindəki təyin olunmuş yerə yapışdırın.

Addım 4

Sənədi təhsil müəssisəsinin möhürü ilə yanaşı direktorun və ya digər məsul şəxsin imzası ilə təsdiq edin.

Addım 5

Sonra sorğu sənədini metro bilet pəncərələrindən birinə və ya dispetçer ofisinə verin. Ümumiyyətlə bütün kassalar bilet satır. Ancaq bunlardan biri mütləq sosial kartların dizaynı ilə məşğul olur.

Addım 6

Tələbənin yanında şəxsiyyət sənədi olmalıdır. Hələ pasport yoxdursa, uşağın doğum şəhadətnaməsi və valideynlərdən birinin pasportu. Bu sənədlərin surətini çıxarın. Həmçinin şagirddən məktəbi və sinfi göstərən bir sertifikat tələb olunacaq.

Addım 7

Eyni zamanda karta pul qoyun. Təxminən 100 ilə 500 rubla qədər. Kasıb ailələrdən olan uşaqların pula ehtiyacı yoxdur. Sosial Təminat Departamentindən yoxsulların vəziyyətini təsdiqləyən bir arayış əldə etməyiniz kifayətdir.

Addım 8

Moskvanın sosial kartı pulsuz verilir. Ancaq itmiş və ya zədələnmişsə, bunun üçün 50 rubl ödəməlisiniz.

Addım 9

Tam on iş günündə tələbənin sosial kartı hazır olacaq. Və əldə edə bilərsiniz. Əlbətdə ki, iş günlərinə tətil və həftə sonları daxil deyil.

Addım 10

Yenidən şəxsiyyət sənədiniz, ərizə formasından bir stub və kartın ilk itirildiyi təqdirdə ödəmə üçün qəbziniz olmalıdır. Bu kartın verildiyi sıradır.

Comments are closed, but trackbacks and pingbacks are open.