Press "Enter" to skip to content

Vətən Müharibəsində Azərbaycanın verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur.

İŞ ELANLARI

Ən Son İş Elanları axtarışdasan? 2023-cü ilin Bakıda yeni is elanlari tapa bilmirsən? İş elanı yerləşdirmək istəyirsən? Bu günə olan son iw elanlara bizim saytda tap və dərhal müraciət et!

İndi iş elanları tapmaq ya da iş elanı yerləşdirmək üçün işədüzəltmə şirkətləri axtarmağa ehtiyac yoxdur! tut.az/is vasitəsilə siz tez və rahat is elanlari yerləşdirib istədiyiniz effekti əldə edə bilərsiz. O cümlədən müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış mütəxəssislər birbaşa işəgötürənlərlə əlaqə saxlamaqla bir neçə dəqiqə ərzində uyğun variantları tapa biləcəklər.

Səhifələrdə bu günə olan part-time iş, gecə işi tapmaq və ya təcrübəsiz İş Elanları təklif etmək üçün çoxlu imkanlar mövcuddur. Ən yaxşı iş təklifləri və Ən yeni İs elanlari sizin CV/rezümeləri və ya zəngləri gözləyir – sabaha saxlamayın, elə indi arzuladığınız iş elanları tapıb müraciət edin!

Socar-dan #iselanlari – Mühafizəçi, İş İcraçısı və Çilingər iş elanları. 2023-cü il, Bakı

Socar-dan #iselanlari – Mühafizəçi, İş İcraçısı və Çilingər iş elanları – bu və digər is elanlar haqqında ətraflı məlumat https://tut.az/is #iselanlari #socar Bakı və Regionlarda İş elanlar və son vakansiyalar haqqında operativ məlumat bizim sosial səhifələrdən ala bilərsiz: İnstagram: https://www.instagram.com/bakujobsearch/ TikTok: https://www.tiktok.com/@iselanlaritut Telegram: https://t.me/iselanlaritut socar is elanlari,socar is elanlari 2023,socar is elanlari qeydiyyat,socar is elanlari muhafize,socar ise qebul,socar ise qebul qaydalari,socar is elanlari baki,socar işə qəbul,socar işə qəbul qaydaları

VAKANSİYALAR BÖLMƏSİNDƏ UĞURLU ELANIN SİRRİ

Vakansiya yerləşdirib tez bir zamanda effekt əldə etmək üçün nə etmək lazımdır? Bunun üçün sadə qaydalara riayət etməlisiniz:

– iş elana uyğun kateqoriya seçin

– bütün sahələri lazımi məlumatlarla doldurun

– “Təsvir” sahəsindəki məlumatları mümkün qədər ətraflı qeyd edin

– “Əmək haqqı”-da istədiyiniz / təklif olunan əmək haqqını göstərin

– düzgün əlaqə məlumatlarını daxil edin

İş elanlardan olan effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun sayəsində:

1. İş elanın prioritetini artıraraq, onu son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qaldırırn

2. Vakansiyalar saytın ana səhifəsində xüsusi ayrılmış blokda digər elanlarla yanaşı və eyni zamanda VIP blokun içərisinidə təsadüfi qaydada aktivlik müddətlərinin sonunadək görsədin

3. Elanlarınızı baku.ws , oxu.az , azxeber.com kimi populyar xəbər saytlarında 5 gün müddətinə yerləşdirin.

İs elanlar ilə bağlı hər hansı bir sualınız var? Müştəri Dəstək Xidməti 24/7 onlayn çat və (012) 525-83-08 Telefon Qaynar Xətt vasitəsilə xidmətinizdədir.

Vətən Müharibəsində Azərbaycanın verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir.

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur.

Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur.

Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb – SİYAHI

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb – SİYAHI Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.09%-i ötən ilin qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib.

21 İyun , 2019 13:12

https://static.report.az/photo/657544f2-4d76-422b-b05a-bdc687dbf1d3.jpg

Dövlət İmtahan Mərkəzi / Report

Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.09%-i ötən ilin qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. “Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Qeyd olunub ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 79.78%-dir. Qəbul imtahanlarında 50 liseyin məzunları iştirak edib. Bu məktəblərdən “Oxbridge Academy” ümumi təhsil müəssisəsinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Bakı İstedadlar Təhsil Kompleksinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib. Ölkə üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Heydər Əliyev adına lisey, Ak. Z.Əliyeva adına lisey, Ak. Zərifə Əliyeva adına liseyin V korpusu, Fizika-Riyaziyyat təmayüllü lisey, Bakı Avropa liseyi, BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Kimya-biologiya təmayüllü lisey, Kaspi liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey, T.İsmayılov adına “İntellekt” məktəb-liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, “Ankara Məktəbi” məktəb-liseyi, 289 saylı tam orta məktəb – “Zəngi” liseyi, “Evrika” liseyi, M.Şeyxzadə adına Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü Gimnaziyanın II korpusu, İ.Əfəndiyev adına “Elitar” gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr – Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Avropa Azərbaycan məktəbi, Bakı MODERN məktəbi, “Təlim” firmasının nəzdində tam orta məktəb, “Xabad Or Avner” tədris kompleksinin nəzdində orta ümumtəhsil məktəbləri daxil olub.

Comments are closed, but trackbacks and pingbacks are open.