Press "Enter" to skip to content

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar – Hesablanma qaydaları və istisnalar

Forum şablonu ilə hazırlanmış yeni DoktorAZ.com saytının tam ödənişsiz olacağı və könüllü şəxslər tərəfindən idarə olunacağı üçün texniki məsələlərin həllində gecikmələrin ola biləcəyinin fərqindəyik və bunları anlayışla qarşılamanızı diləyirik.

Tələbələr üçün ən rahat və asan iş imkanları – FOTOLAR

Artıq bu gerçəkliyi bilməyən insan yoxdur: tələbəlik dövründə insana ən çox lazım olan şey puldur. Universitetə qəbul olan insanlar artıq yavaş-yavaş müstəqilləşməyə və sərbəst olmağa başlayırlar. Lakin gəlir yeri olmayanlar maddi baxımdan ailələrindən asılı vəziyyətdə qalırlar. Bu da müəyyən problemlərə yol açır.

“Gencaile.az” bu problemlərdən qurtulmaq və müstəqil şəkildə pul qazanmaq istəyən tələbələrə sərbəst iş imkanları olan sahələri təqdim edir.

1. Köhnə əşyalar

İstifadə edilməyən köhnə, yaxud antik ev əşyaları, elektrik avadanlıqları və geyimləri internet vasitəsilə satışa çıxara bilərsiniz. Bunun sayəsində həm artıq əşyalardan qurtulmaq, həm də əlavə gəlir yeri təmin etmək olar.

2. Əl işi

“Əl işini sadəcə qadınlar bacarar” deyimini artıq unutmaq lazımdır. Kişilər də bu sahədə olduqca keyfiyyətli işlər görə bilirlər. Əl işi sahəsində bacarığınız varsa, düzəltdiyiniz məhsulları internet vasitəsilə rahatlıqla satışa çıxara bilərsiniz. Bu sahə son zamanlarda dəb halını alıb.

3. Xidmətlər

Uşaqlar, heyvanlar və yaşlılarla aranız yaxşıdırsa, onlara xidmət etmək sahəsində iş tapa bilərsiniz. Baxıcılıq işi son zamanlarda ən çox tələbat olan sahələrdən birinə çevrilib. Bu sahədə həm çevrəniz genişlənər, həm də hər hansı bir mövzuda sizə yardım edə biləcək insanlarla tanış ola bilərsiniz.

4. Sərbəst iş

Fikirlərinizi ifadə edə bilmək mövzusunda özünüzə güvənirsinizsə, onlayn yayım və yazılı fəaliyyət göstərən saytlara müraciət edə bilərsiniz.

5. Özəl dərs

Mütəxəssisi olduğunuz və ya çox yaxşı bacardığınız bir sahədə özəl dərs vermək həm öz dünyagörüşünüzü və bilgilərinizi artırmaq, həm də pul qazanmaqda sizə avantaj qazandıra bilər. Ölkəmizdə hazırda Azərbaycan və ingilis dili, riyaziyyat, musiqi və rəsm özəl dərslərlə öyrədilir.

6. Bloq reklamları

Bir bloqunuz varsa, onun sayəsində gəlir əldə edə bilərsiniz. Bloqunuz tanındıqca oraya müxtəlif pullu reklamlar qoya bilərsiniz. Bloqunuz populyarlaşdıqca bu sahə əsas gəlir mənbəyinizə də çevrilə bilər.

7. Məqalə yazmaq

Bacarığınız və bilginiz olan bir sahədə məqalələr və araşdırmalar yazaraq, onları aid olduğu saytlara müəyyən məbləğ qarşılığında verə bilərsiniz. Ancaq yazmadan öncə məqaləni göndərəcəyiniz ünvanla əlaqə qurun. Onlara bu işdə nə qədər həvəsli olduğunuzu sübut edin. Rədd edilsəniz də, işin izini buraxmayın. Yazılarınız keyfiyyətli olduqca sizə dəyər verən biriləri, əlbəttə, tapılacaq.

8. Köhnə kitablar

Hər tələbənin oxuyub bitirdikdən sonra bir küncə atdığı kitabları yox deyil. Həmin kitabları ikinci əl kitab satan məkanlara verməklə, yaxud internetdə satışa çıxarmaqla yenidən pula çevirmək olar.

9. Fotoqraflıq

Foto çəkməklə bağlı bacarığınız və “gözünüz” varsa, professional bir kamera alaraq bu işə başlamaq yaxşı fikirdir. Məktəblərdə, universitetlərdə və kurslarda özəl günlər və məzuniyyət tədbirlərini ölümsüzləşdirə və bununla yaxşı pullar qazana bilərsiniz.

10. Öz işinizi qurun

İndiyə qədər etmək istəyib də, reallaşdırmadığınız bir iş varsa, düşünmədən onu həyata keçirməyə cəhd edin. Çünki ən uzun səfərlər belə kiçik bir addımdan başlayır.

Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar – Hesablanma qaydaları və istisnalar

Universitetlərdə təhsil alan tələbələrə təqaüd onların ümumiorta uğur (müvəffəqiyyət) göstəricilərinə (ÜOMG) görə verilir.

ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir.
ÜOMG aşağıdakı düsturla hesablanır:
b1k1*+b2k2*+b3k3*+. +bnkn*
b1,b2. bn = tələbənin fənlər üzrə topladığı ballar;
k1,k2. kn= həmin semestrdə keçirilən fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər;
k1*, k2*. k3* = fənlər üzrə qazanılan kreditlər.
Əgər tələbə imtahandan kəsilərsə, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.

İxtisaslar üzrə dövlət hesabına nə qədər tələbə təhsil alırsa, ayrılan təqaüdün miqdarı da o qədər müəyyənləşdirilir.

İmtahan sessiyasının nəticələrinə görə, ÜOMG-si ən yüksək olan tələbələrə təqaüd ödənilir.
Təqaüdlərin növləri:
Bu o deməkdir ki, semestr üzrə verilən bütün fənlərdən qiymətləriniz 91-dən yüksək ( A) olmalıdır.

Fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü;(Bu halda ən azı birfəndən göstərici 91-100 olmalıdır)

“Zərbəçi” təqaüdü almaq üçün semestr üzrə verilən bütün fənlərdən qiymətlər 71-dən(C) yuxarı olmalıdır.Ən az bir fəndən göstərici isə 90-dan yüksək olmalıdır.

Fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə”adi”təqaüd ödənilir.
Yəni, kəsiri olmayan və göstəriciləri 51-dən yuxarı olan tələbələrə adi təqaüd verilir.

Semestr bitdi və təqaüd alanların siyahısı müəyyən olundu. Lakin sonuncu yerə bir neçə tələbənin balı çatır. Bu zaman hansı tələbə təqaüd almalıdır?

I kursun ikinci semestrində DİM balı, sonrakı semestrlərdə isə əvvəlki semestrin orta balı (ÜOMG) yüksək olan tələbəyə təqaüd ödənilir.

Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə I kursun I semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.

V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunan maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə I kursun I semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.

DoktorAZ.com

Saytdan tam şəkildə istifadə etmək üçün hesabınıza daxil olun..

DoktorAZ.com’un 6 illik qurucusu olan Dr. Ramil Həsənlinin acı vəfatından sonra onun xatirəsinə həsr etdiyimiz yenilənmiş DoktorAZ.com saytı əvvəlki – ödənişsiz informasiya mübadiləsi missiyasını davam etdirəcək.

Forum şablonu ilə hazırlanmış yeni DoktorAZ.com saytının tam ödənişsiz olacağı və könüllü şəxslər tərəfindən idarə olunacağı üçün texniki məsələlərin həllində gecikmələrin ola biləcəyinin fərqindəyik və bunları anlayışla qarşılamanızı diləyirik.

Pərakəndəlik olmaması baxımından ATU-AMU.netFayllar.com saytları da ləğv edilir və zəruri fayllar burada yerləşdirilir. Saytda kateqoriyalaşdırma tam hazır olana və qaydalar izah olunana qədər istifadəçilərin yeni başlıqlar yaratması limitlənib.

Oftalmologiyanı öyrənən tələbələr üçün vəsait

233 dəfə baxılıb
1 post • 1. səhifə (Cəmi 1 səhifə)

MalikShukurlu Server Administrator Postlar: 218 Qeydiyyat: 03 Okt 2021, 14:58 Ad: Malik Soyad: Şükürlü

Fayl haqqında məlumat:

Adı: Oftalmologiyanı öyrənən tələbələr üçün vəsait
Müəllif: Beynəlxalq Oftalmologiya Şurasının İşçi Qrupu
İl: 2009
Səhifə sayı: 20

Format: pdf
Ölçüsü: 1 MB
Əlavə məlumat: Orijinal versiya.

[ Linkləri görmək üçün qeydiyyatdan keçin və ya hesabınıza daxil olun ]
[ Linkləri görmək üçün qeydiyyatdan keçin və ya hesabınıza daxil olun ]

Comments are closed, but trackbacks and pingbacks are open.