Azərbaycanda tələbələrin biliyi yeni formada qiymətləndiriləcək
Aztəminatlı ailədən olan gənclər.
Tələbənin davamiyyəti
Gənclər Fondu bu gündən etibarən təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbuluna başlayıb.
FED.az-ın məlumatına görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcək.
Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.
Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:
Milli qəhrəman övladları;
I, II və III qrup əlil olan gənclər;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
I qrup əlil valideyni olan gənclər;
Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
Aztəminatlı ailədən olan gənclər.
Müsabiqəyə 3 Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.
Müsabiqənin 18 noyabr tarixinə kimi davam edəcək.
Azərbaycanda tələbələrin biliyi yeni formada qiymətləndiriləcək
Azərbaycanda ali məktəb tələbələrinin biliyinin qiymətləndirilməsi yeni formada olacaq. Təhsil Nazirliyindəki mənbələrdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tələbələrin biliyinin qiymətləndirilməsi ilə bağlı ali məktəblərə müstəqilliyin verilməsi nəzərdə tutulur.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ali məktəb tələbələrinin biliyinin qiymətləndirilməsi yeni formada olacaq. Təhsil Nazirliyindəki mənbələrdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tələbələrin biliyinin qiymətləndirilməsi ilə bağlı ali məktəblərə müstəqilliyin verilməsi nəzərdə tutulur.
Bunun üçün TN tərəfindən “ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılma qayadaları” adlı yeni sənəd layihəsi hazırlanıb.
Hazırda tələbənin imtahana qədər 50 bal toplaması tələb olunur və bu balın nəyə görə toplanılması konkret olaraq TN-in 2008-ci ildə təsdiqlədiyi “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyiinin qiymətləndirilməsi haqqında əsasnamə” əsasında müəyyənləşdirilib. Həmin əsasnaməyə əsasən, tələbə 50 balın 10-nu dərsə davamiyyətə, 10-nu sərbəst işə, 30-nu isə seminardan toplamalıdır. Seminardan toplanılan ballar semestr ərzində danışılan dərslərə, fənn üzrə kurs və ya laboratoriya işinə görə müəyyənləşdirilir.
Ancaq yeni hazırlanan qiymətləndirmə sənədində qeyd edilir ki, tələbənin imtahana qədər toplamalı olduğu 50 balın 10-u dərsə davamiyyətə görə olmalıdır. Qalan 40 balın nəyə əsasən hesablanacağını isə təhsil müəssisəsi özü müəyyən edəcək. Təhsil müəssisəsi istəsə, qalan 40 balı tələbənin dərsdə fəal iştirakına, kurs, laboratoriya, sərbəst işlərinin qiymətləndirilməsinə və ya tələbənin semestr ərzində danışdığı dərslərin qiymətləndirilməsi üçün hesablaya bilər.
Ali məktəblərə tələbələrin biliyinin üzə çıxarılması yollarının müəyyənləşdirilməsində müstəqilliyin verilməsinin əsas məqsədi rəqabətlilik qabiliyyətini artırmaqdır. Artıq universitetlər özləri fikirləşməlidirlər ki, necə etsələr, tələbələri daha savadlı olar, digər tələbələrdən seçilər.
Yeni sənəddə tələbələrin biliyinin qiymətləndirməsi 3 hissəyə ayrılıb. Bunlar cari, aralıq və yekun qiymətləndirmədir. Cari qiymətləndirmə tələbənin dərsdə davamiyyəti və tədris fəaliyyətinə görə həyata keçiriləcək. Aralıq qiymətləndirmə imtahan sessiyası zamanı, yekun qiymətləndirmə dövlət imtahanı və ya buraxılış işi formasında olacaq. Magistratura səviyyəsində isə yekun qiymətləndirmə magistrlik dissertasiyasının müdafiəsi formasında həyata keçiriləcək.
Tələbə əvvəlki qaydada imtahana qədər tələb olunan balı toplamadıqda həmin fəndən akademik borcu qalmış hesab ediləcək. Bu halda tələbə növbəti semestrlərdə istədiyi zaman yenidən həmin fənni götürərək tələb olunan kreditləri qazana biləcək.
Yeni sənədə həm də tələbələrin biliyinin yenidən qiymətləndirilməsi məsələsi daxil edilib. Tələbə yalnız kəsiri olduqda deyil, həm də aldığı qiymətlə razılaşmayaraq onu yüksəltmək istəyirsə, həmin fənni yenidən götürüb qiymətini artırmaq imkanı qazana bilər.
Tələbələrin qiymətləndirilməsində 100 ballıq sistem də saxlanılıb. Tələbə 51 baladək topladıqda “F” (qeyri-kafi), 51-dən 60 baladək topladıqda “E” (qənaətbəxş), 61-70 bal topladıqda “D” (kafi), 71-80 bal topladıqda “C” (yaxşı), 81-90 bal topladıqda “B” (çox yaxşı), 91-100 topladıqda “A” (əla) alacaq.
İmkansız tələbələrin təhsil haqlarını Gənclər Fondu ödəyəcək – VİDEO
”Gənclər Fondu imkansız tələbələrin təhsil haqlarını qarşılayacaq. Bu gündən fondun rəsmi saytında ərizə qəbuluna başlanılıb”.
Xezerxeber.az-ın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu layihə Prezident İlham Əliyevin Fərmanına əsasən həyata keçirilir. Layihəyə əsasən Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcək. Fondun rəsmi saytına daxil olaraq qeydiyyatdan keçən və müraciətinə müsbət cavab verilən gənclərin təhsil haqqı xərcləri tam və ya qismən qarşılanacaq.
Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.
Fonda dövlət ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan və 16-29 yaşlı tələbələr müraciət edə bilərlər.
Müraciətlərə 15 gün ərzində baxılacaq və nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Comments are closed, but trackbacks and pingbacks are open.