Təlim metodları
Lazımi bacarıqlar tam və ya qismən işlənmiş və möhkəmlənmişlər.
Təhməzova Könül .Təlim,Tərbiyə,Təhsil.
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər Əliyev.
Səhifələrim
- Əsas səhifə
- Bayraq bayramı
- Elektron Dərslər
- Dərslərin hazırlanması üçün şəkillər
- Cırtdan TV
- Uşaq mahnıları
- İbtidai sinif
- Təhsil Portalı
- İnfo-ko
- Yeniliklər
- Azərbaycan Respublikasının Konstitutsiyası
- ŞEİRLƏR
- Məqalələr
- Tarixi mədəniyyət abidələrinin şagirdlərin tərbiyə.
- Haqqımda
- Bilirsinizmi ?
- Mənim Ugurlarım
- Kurikulum testləri
- Xoş xatirələr Veb2.0
- Forum
- 15.09.2014
- Orfoepiya və orfoqrafiya lüğəti.
- Bayramlar və unudulmaz tarixlər.
- Mədəni irsimiz.
- Nitq hissələri.
- Ən istedadlı uşaqlar
- Sosial media və online etiket qaydaları
- Ətraf mühit və biz
- Müəllimlərə dəstək – Kurikulum sualları
- KURİKULUM SİNİFLƏRİNDƏ DƏRSDİNLƏMƏ VƏRƏQİ – DİREKT.
- DİREKTOR OLMAQ İSTƏYİNLƏR ÜÇÜN İDARƏETMƏNİN HÜQUQİ.
- MƏKTƏB DİREKTORU NECƏ OLMALIDIR
- DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN -LİDERLİK QABİLİYYƏ.
- DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR
- MALİYYƏDƏN TESTLƏR
Məqalələr
Müasir pedaqoji texnologiyalardan istifadənin imkan və yolları
Təhməzova Könül Arif qızı
Bülbül adına orta ixtisas musiqi
məktəbinin ibtidai sinif müəllimi
Açar sözlər: tərbiyə, rol, tarixi abidə, məqsəd, vəzifə
Ключевое слово: воспитания, p оль, памятни k , цель, задачи
Key words: education, role, monuments, purpose, objectives
Qloballaşan dünyamızda güclü informasiya axını, istehsal sahələrinin və texnologiyalarının dinamik yeniləşməsi, fəaliyyət sahələrinin xarakterinin sürətli və çevik növbələşməsi ictimai həyatın bütün sahələrində olduğu kimi, təlim-tərbiyə, təhsil və idarəetmə metodlarına da ciddi təsir etmişdir. Dünya təcrübəsi göstərir ki, müasir təlimin səmərəliliyinin yüksəldilməsində yeni pedaqoji texnologiyalar və onların imkanlarından düzgün istifadə böyük əhəmiyyət kəsb edir.
Ənənəvi təlim metodları müasir pedaqoji problemləri tam həll etməyə qadir deyil. Belə ki, təlimin məzmununun sürətlə dəyişməsi, hazırkı ənənəvi təlim ünsürləri, yeni tədris prosesinin əvvəlcədən hazırlanmış formalarda, özü də indiki tələbləri nəzərə almadan aparılması təlimin səmərəsinin yüksəldilməsini, öyrənən və öyrədənlərin təhsildə fəal iştirakını tam təmin etmir. Təlimdə müasir informasiya-kommunikasiya texnologiyalarına tətbiqi zamanı hər bir öyrənən istənilən formada və məzmunda fəal olaraq fərdi şəkildə bilik və bacarıq əldə edə bilər. İnformasiya-kommunikasiya texnologiyalarının– peyk antenna, video, kompyuter, internet, mobil telefon və digərlərinin hər biri təlimin səmərəsinin yüksəldilməsində mühüm rol oynayır.
Ötən əsrin ortalarından başlayaraq yeni pedaqoji texnologiyalar məktəbə ayaq açmışdır. Müasir texnologiyalar əsasında yaradılmış təhsil ənənəvi təhsil sistemində olan çatışmazlıqları tezliklə aradan qaldırmış və təlimdə köklü dəyişikliklər əmələ gətirmişdir. İnformasiya və müasir pedaqoji texnologiyalar inkişaf etməkdə olan ölkələr üçün nailiyyət meyarına çevrilmişdir.
Lakin təlimin inkişafı və səmərəliliyinin artırılması üçün təkcə İKT yenilikləri kifayət etməmişdir. M üasir pedaqoji texnologiyalar özündə həm də metodları, üsul və vasitələri cəmləşdirmək məcburiyyətində qalmışdır. Bu gün artıq Ü mumtəhsil məktəblərində təlimin səmərəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən müasir texnologiyalardan: interaktiv metodlardan, fəal və yaradıcı təlim texnologiyalarından sərbəst iş prosesində ünsiyyət və əməkdaşlıqdan, kollektiv, qrup, cüt, fərdi halda öyrənmək, əqli hücum, dəyirmi masa, əməkdaşlıq, layihələr müxtəlif səviyyəli təlim, konstruktiv təlim, fəal diskussiya, təfəkkürün fəallığı, işgüzar oyunlar, söz assosasiyaları, problemi təlim, inkişafetdirici təlim kimi yeni təlim metodlarından söhbət açılır. Təlimin səmərəsinin yüksəldilməsində onların imkanları araşdırılır.
Müasir təlim metodlarının təhlilinə xüsusi fikir verilir. Hazırki dövrdə t əlim metodları təhsil, tərbiyəedici, inkişafetdirici, stimullaşdırıcı, nəzarət, qiymətləndirmə (2, s.265) və b. funksiyaları yerinə yetirir, interaktiv metodlar (müsahibə, dialoq) öyrədən və öyrənənlər, həm də öyrənənlərin özləri arasındakı fəal, qarşılıqlı münasibətlərin daha geniş formada baş verməsini nəzərdə tutur. Əməkdaşlıq şəraitində təlim metodunun başlıca ideyası nəyi isə birlikdə icra etmək olmayıb, birlikdə öyrənməkdir. Bu prosesdə şagirdlər materialı kiçik qruplarla birlikdə öyrənir, ayrı-ayrılıqda icra edirlər.
Digər bir aktual metod olan layihələr metodu şagird fəaliyyətinin müstəqilliyinə xidmət edir, fərdi, cüt, qrup halında, müəyyən zaman kəsiyi müddətində həyata keçirilir. Müxtəlif səviyyəli təlim metodu şəxsiyyətə yönəldilmiş təlim ideyasına əsaslanır. Bu metodun başlıca qayəsi təlimi şagirdlərin xüsusi qabiliyyətlərinə, istedadlarına, imkanlarına görə differensiallaşdırmaq və fərdiləşdirməkdir.
Ümumtəhsil məktəblərində təlimin səmərəsinin yüksəldilməsində təlim vasitələri də mühüm əhəmiyyət kəsb edir. Əslində, bu vasitələr öyrədənin öyrətmə, öyrənənin öyrənmə prosesində istifadə etdiyi texnologiyadır. Metod işi «necə görmək?», vasitə isə «nə ilə görmək» suallarına cavabdır. Müasir təlimdə makro və mikrotexnologiyaların: kompyuter, internet, multimedia müşahidə vasitələri, ixtisaslaşdırılmış dərsliklər, elektron dərsliklər, kompyuter treninq proqramlarının daxil olduğu elektron-tədris-metodik komplekslərin istifadəsi xüsusi əhəmiyyət kəsb edir.
Bütün sadalananlardan istifadə şagirdlərin müstəqilliyini, sərbəst fikir söyləyə bilmək qabiliyyətlərini, təfəkkür müstəqilliyinin inkişafını təmin etmək, onların informasiya cəmiyyətində gələcək həyata, müasir cəmiyyətin informasiyalaşması sayəsində meydana gələn sosial sirdaşların həyata keçirilməsinə hazırlanması məqsədini daşıyır. Bununla müəllimlər həm də müasir pedaqoji texnologiya metodlarından və vasitələrindən ağılla istifadə edib, təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldə bilərlər.
Müasir dövrdə pedaqoji texnologiyalar tədris proqramlarında qarşıya qoyulan təhsil məqsədlərinin daha səmərəli yerinə yetirilməsini nəzərdə tutan metod və vasitələr sistemi kimi nəzərdə tutulur.
Ötən əsrin 60-cı illərindən ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Yaponiya və başqa ölkələrdə təlimin texnoloji vasitələri kimi təhsil prosesinə gətirilən və az müddət ərzində böyük nəticələr əldə edilən pedaqoji texnologiyalar, xüsusən kompyuter, internet, veb şəbəkə, elektron öyrənmə vasitələri bu gün öyrədən və öyrənən arasında müntəzəm və operativ əlaqə, əks əlaqə, dialoq yaradan əhəmiyyətli vasitələr kimi təsbit olunmağa başlanmışdır. Bu texnoloji vasitələr elmi biliklərin didaktik dəyişməsinə, müəllim və şagirdlərin, rəhbər işçilərin təhsil sahəsində innovasiyaları nəzərə almaqla tədris prosesinin elmi təşkilinə gətirib çıxarır (3, s.7).
Təlim prosesində informasiya texnologiyaları şagird və müəllimlərin müxtəlif fəaliyyət növlərində tətbiq olunur və hər bir şagirdin psixi inkişafına güclü təsir göstərir. Ayrı-ayrı fənlər və mövzular üzrə məşğələlərdə informasiya texnologiyalarından istifadə şagirdlərin psixi fəaliyyətini gücləndirir. Müəllim şagirdlərin idrak fəallığını gücləndirmək və təlimin səmərəsini yüksəltmək məqsədilə təlimə bir sıra pedaqoji texnologiyalar daxil edərək məktəblilərin psixi funksiyalarını da dəyişmiş olur.
Qavrama prosesində iştirak edən görmə və eşitmə analizatorları tədris materialı haqqında daha dolğun və dəqiqi təsəvvürlərin qazanılmasına imkan verir. Pedaqoji texnologiyalar vasitəsilə alınan məlumatlar həm də qısa müddətli hafizədən uzunmüddətli hafizə fonduna ötürülür. Təhlil-tərkib, ümumiləşdirmə, nəticə çıxarmaq əsasında qazanılmış materiallar saf-çürük edilir, daha əhəmiyyətliləri yaddaşda möhkəmlənir, az əzəmiyyətli olanlar isə yaddaşdan silinir.
Pedaqoji texnologiyaların təlim prosesinə tətbiqi, eyni zamanda, hissi obrazların yaranmasına şərait yaradır. Şagirdlər informasiya və pedaqoji texnologiyaların köməyilə cisim və hadisələr haqqında verilən məlumatı dərk edərkən onlara müəyyən münasibət göstərirlər. Tədris materiallarının qavranılmasında, dərk olunub başa düşülməsində təbii ki, qavrayışın tamlığı, mənalılığı, çevikliyi və nisbi sakitliyi də mühüm əhəmiyyət daşıyır. Kompyuter və digər texnologiyalardan istifadə zamanı şagirdlər həm də iradi səy göstərirlər. Şagirdlərdə iradənin bir sıra xüsusiyyətləri özünü büruzə verir. İnformasiya texnologiyalarının tətbiq olunduğu dərslərdə hər hansı bir qərar qəbul edərkən hər bir müəllim və şagirdlər məntiqi-psixoloji əməliyyatı yerinə yetirmə, funksional-dinamik və qərar qəbul etmə prosesinin formalaşdırılması istiqamətlərini nəzərə almalıdırlar.
Kompyuter təlimində şagirdlərin psixi fəaliyyəti qüvvətlənir. Təlim uğurları təkcə şagirdin təlimə qabilliyi, bütövlükdə qabiliyyəti ilə deyil, həm də təlim motivasiyası ilə şərtlənir. Öyrənmə motivasiyası didaktik prosesin səmərəliliyini, məhsuldarlığını müəyyən edən, artıran amillər kimi prosesin aparıcı və hərəkətverici qüvvəsidir. Təbii ki, təlimdə şagirdin tələbat və maraqları, arzuları və emosiyaları, durumları və idealları da böyük rol oynayır.
Müasir pedaqoji texnologiyalardan tədris prosesində müxtəlif məqsədlər üçün, xüsusən təlimin səmərəliliyini yüksəltmək və onun keyfiyyətini artırmaq məqsədi ilə istifadədəsi ən actual problemlərdəndir. Təhsil sferasında səmərəlilik və keyfiyyət, təlim nəticələrinin əvvəlcədən müəyyən edilmiş normativlər əsasında şagirdlərin mənimsəmə səviyyəsini, ümumi halda təhsil sisteminin durumunu müəyyən edən ən vacib göstəricidir (1, s.408). Tədris prosesində təlimin səmərəliliyinin yüksəldilməsi, tədris-təlim prosesinin keyfiyyətinin artırılması yeni təlim və pedaqoji texnologiyalarının; interaktiv, fəal, kompyuter, internet, əməkdaşlıq, layihələr, müxtəlif səviyyəli, təlim, problemli təlim, inkişafetdirici təlim, pedaqoji oyun və modul texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlıdır.
Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisdi və mənəvi münasibətlər təhsil sisteminin və onun tərkib hissəsi olan müəllimlərin bu prosesə çevik, dinamik adaptasiya olunmasını tələb etdiyindən, ümidvaram ki, pedaqoji texnologiyalardan düzgün, yerində və məqamında istifadə müəllimlərin prioritetinə çevriləcəkdir.
Пути использования современных педагогических технологий
В статье раскрывается педагогические условия применения современных педагогических технологий, пути использования современных педагогических технологий с целью повышения эффективности обучения.
Ways for the use of modern educational technology
In the article is revealed the pedagogical conditions of application of modern educational technology, ways of using modern educational technology to enhance the effectiveness of training.
Təlim metodları
Daha ətraflı
Daha ətraflı
Daha ətraflı
Daha ətraflı
Tədbirlər
Faydalı
Media
Tədris resursları
mərkəzi
- Afiyəddin Cəlilov 86
- +994 12 599 08 08
Təhsil texnologiyaları mərkəzi
- Fətəli Xan Xoyski 109
- +994 12 599 08 08
daxili 67 00
Elmi pedaqoji tədqiqatları mərkəzi
- Zərifə Əliyeva 96
- +994 12 599 08 08
İnsan resursları
mərkəzi
- Mir Cəlal Paşayev 71
- +994 12 599 08 08
Metodik dəstək və peşəkar inkişaf mərkəzi
- Mir Cəlal Paşayev 71
- +994 12 599 08 08
© Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023. Müəllif hüquqları qorunur.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet saytı. Saytın idarəetməsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.
Effektiv təlimin universal modeli və metodları
Əməkdaşların təliminə müxtəlif metodik yanaşmaların effektiv tətbiq xüsusiyyətlərinin müsbət və mənfi cəhətlərini təhlil edərkən təlimin universal sxemini – istənilən təlimin ardıcıllığını (hansı metodla həyata keçirilməsindən asılı olmayaraq) ifadə ertmək olar:
1. Öyrənən tərəfindən öyrənmək motivasiyasının təsdiqi .
2. Düzgün hərəkət etmək haqda biliklərin əldə edilməsi (bunu müxtəlif metodlarla etmək olar, hər birinin öz üstünlükləri və çatışmazlıqları vardır, lakin nəticə həmişə düzgün variantın seçilməsi olmalıdır).
3. Vərdişlərin ilkin işlənməsi.
4. Müəllim tərəfindən təshihedici əks əlaqə.
5. Düzəlişlərlə işləmə (4-cü və 5-ci mərhələlər əməkdaşın təlim qabiliyyətindən və əldə edilən bacarığın mürəkkəbliyindən asılı olaraq dəfələrlə təkrarlana bilər).
6. Finallaşdırma —müəllim tərəfindən əldə edilmiş bacarıqların keyfiyyətinin təsdiqi.
7. Təcrübədə sistematik tətbiq.
Üstünlük və çatışmazlıqlarını təhlil edərək effektiv təlimə əsas yanaşmaları nəzərdən keçirək.
“Mənim kimi et” metodları – hərəkətlə təlim
Bu metod öyrədən üçün ən asan metoddur. Mənası ona gəlib çıxır ki, biz pozitiv nümunə, model, davranış və ya vərdiş göstəririk ki, əməkdaş onu təkrarlasın və gələcəkdə icra etsin. Təbii ki, belə yanaşma yalnız o halda uğurlu olacaqdır ki, siz özünüzdə yaxşı alınan bir şeyi deyil, həqiqətən nümunəvi bir şey göstərirsiniz və o halda ki, sizin variantınız universaldır. Qeyd etmək lazımdır ki, bu nadir hallarda olur, çünki bəzilərində yaxşı alınan və harmonik görünən metodlar və davranış modelləri digərlərinə tamamilə uyğun gəlmir. Beləliklə “Mənim kimi et” metodunun üstünlüklərini və öyrədən üçün asanlığını heç də əksiltməyərək onun məhdudiyyətlərini qabaqcadan qeyd edək:
• eyni hərəkət modeli bir insanın ifasında çox harmonik ola və başqasına tamamən uyğun gəlməyə bilər(məsələn, təcrübəli və yetişkən rəhbər müştəri ilə ünsiyyətdə asanlıqla təcrübəli ekspert mövqeyini tutur, lakin eyni davranış modeli onun 25 yaşlı işçisinin ifasında harmonik görünməyə bilər);
• əksər insanlar hərəkətin nəzəri bazasını anlamayaraq dəqiq və doğru yamsılaya bilmir, ona görədə tam düzgün olmayan bacarığın yaranması və möhkəmlənməsi riski yaranır;
• bu metodun uğur qazanması üçün işçinin öz rəhbərinə yüksək səviyyəli şəxsi etimad və hörmətinin olması lazımdır, əks halda uğurlu “yamsılama” baş verməyəcək;
• Rəhbər başa düşməlidir ki, ona sadə, aydın və şübhəsiz görünən bir şey işçisi üçün kifayət qədər mürəkkəb ola bilər və dəfələrlə təkrarlanmasını və möhkəmləndirilməsini tələb edə bilər.
Kolb dövriyyəsi
Kolb dövriyyəsi bu metodik yanaşmanı əsaslandırmış şəxsin adı ilə adlandırılmışdır və hər bir şeydən öz təcrübələri əsasında əmin olmaq istəyən, daxili referensiyaya malik şəxslərə və ya hansısa konkret hadisədə müqavimət halına yönəldilmişdir. Həmçinin o da mühümdür ki, Kolb dövriyyəsini biznes üçün əhəmiyyətli risklər olmadığı halda tətbiq etmək olar, əks halda biz işə mane ola bilərik. Bu metodun tərkib hissələrinə baxaq.
Mərhələnin adı
Mahiyyət
Nəticə
Əldə edilmiş təcrübə
İnsan öyrəndiyi şeylərdən nəyisə təcrübədə həyata keçirmək istəyir, həm də bildiyi qədər, bacarıqlarının kifayət qədər olub-olmamasından asılı olmayaraq.
Sonrakı təlimin vacibliyinin dərk edilməsi (alınmır və ya elə də yaxşı alınmır) və ya elə belə də yaxşı olduğu haqda nəticəyə gəlinməsi. Aydındır ki, bu halda sonrakı addımlara ehtiyac yoxdur.
Əldə edilmiş təcrübənin müsbət və mənfi tərəflərinin təhlili, nəyinsə uğurlu edilməsi, nəyinsə daha yaxşı icra oluna biləcəyi haqda nəticə.
Dəyişikliklərin labüdlüyünə və təlimə hazır olmaq, bəzi hallarda necə düzgün hərəkət etməyin tam və ya hissəvi bilikləri.
Əldə edilmiş təcrübə və onun təhlili ilə əlaqədə necə düzgün hərəkət etmək haqda nəzəriyyənin alınması.
Gələcəkdə hansı addımların atılacağı barədə doğru alqoritmlər əldə edilmişdir.
Nəzəriyyənin işlənməsi, biliklərin bacarıq və vərdişlərə keçirilməsi, rəhbərlik tərəfindən düzəlişlər.
Lazımi bacarıqlar tam və ya qismən işlənmiş və möhkəmlənmişlər.
Kolb dövriyyəsinin əsas təhlükəli məqamı əldə edilmiş təcrübənin uğursuzluğu halında əməkdaşın demotivasiyası və özünüqiymətləndirməsinin aşağı enməsidir. Buna görə də işçilərə münasibətdə Kolb dövriyyəsini tətbiq etmək istəyirsinizsə, səbrli olun və oxşar vəziyyətdə necə hərəkət edəcəyinizi düşünün. Bu metodun istifadəsi zamanı sizə bütün əks əlaqə bacarıqlarınız, tənqid qaydalarını bilməyiniz lazım gələcək.
Didaktik metod
Təlimin didaktik metodu ondan ibarətdir ki, informasiya konkret, müzakirəyə ehtiyacı olmayan aksiomlar şəklində verilir, daha sonra nümunələrlə illüstrasiya olunur və təcrübədə işlənir. Didaktik metod daha sadədir, zaman etibarilə daha qənaətlidir, lakin iki mühüm çatışmamazlıq vardır ki, bunlar da onu qeyri-universal edir:
• informasiyanın verilməsində avtoritarlıq özünə inamlı və hazırlıqlı, öz mülahizələrinə malik olan insanların müqavimətinə səbəb ola bilər;
• hazır şəkildə alınmış bilik asanlıqla unudulur, əgər unudulursa onu sərbəst bərpa etmək mümkün olmur.
Didaktik metodun istifadəsini nümunələrdə nəzərdən keçirək (hər 3 metod eyni nümunədə nəzərdən keçiriləcək)
Məlumdur ki, münaqişənin idarə edilməsində “güzəşt” kimi bir metoddan istifadə olunur, bu zaman qarşı tərəfin maraqlarının məmnunluğu üçün siz öz maraqlarınızı qurban verirsiniz. Strategiya məsələnin həllinin yüksək sürəti, qarşı tərəfin məmnunluğu, sonradan cavab güzəştlərinin olma ehtimalı kimi üstünlüklərə malikdir. Lakin iki mühüm qayda vardır – güzəşt əsaslandırılmış və zamanla məhdudlaşdırılmış olmalıdır. Məsələn, yaxşı bir işçiniz sentyabr ayı ərzində işə bir saat gec gəlməsini sizdən xahiş edir, belə ki, onun uşağı məktəbə gedir və o, övladını məktəbə uyğunlaşması üçün hər gün yola salmaq istəyir. Maraqların münaqişəsi şübhəsizdir -əmək intizamına riayət olunması və işçinin övladının maraqları. O sizin yanınıza xahişlə gəlmişdir. Əgər o, həqiqətən də yaxşı işçidirsə, üzürlü səbəbi nəzərə alaraq siz ona deyirsiniz: “Siz özünüzü yaxşı bir işçi kimi göstərmisiniz və sizin həqiqətən də üzürlü səbəbiniz var, mən sizə icazə verə bilərəm, lakin məhdud müddətə. Bir aydan sonra siz işə hamı kimi, vaxtında gəlməli olacaqsınız”. İndi isə mən (öyrədilənlərə müraciət edərək)maraqların münaqişəsinin digər nümunələrini də gətirəcəyəm və sizdən xahiş edəcəyəm ki, düşünərək bu hallardan hansında güzəştin strategiyasının düzgün olacağını söyləyəsiniz. Daha sonra biz qərarları müzakirə edəcək, düzəlişlər edəcəyik.
Comments are closed, but trackbacks and pingbacks are open.