İDRAK MƏKTƏBİ
Təhsil prosesində təlim strategiyası ilə yanaşı, pedaqoji texnologiyalar da tətbiq edilir.
Təlim və tərbiyə nəzəriyyəsi haqqında bəzi fikirlər
Təlim sistemi (yunan sözü olub “sistema” tam hissədən əmələ gəlmiş birləşmiş deməkdir) dedikdə, müəyyən meyarlara görə seçilən bütöv tam bir qurum başa düşülür. Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak fəaliyyətidir. Təlim sistemləri təhsil tərbiyənin məqsədlərinin, qanunauyğunluqlarının, təşkili prinsiplərinin məzmunun forma və metodların birliyi ilə yaranan strukturların daxili bütövlüyü, tamlığı ilə xarakterizə edilir. Strukturların özünəməxsusluğu indiki tədqiqatçılara bir-birindən prinsipal surətdə fərqlənən üç təlim sistemini fərqləndirməyə imkan vermişdir:
1) İ.F.Herbartın təlim sistemi;
2) C.Dyuinin təlim sistemi;
3) Müasir təlim sistemi.
İ.F.Herbartın təlim sistemi onun pedoqogikaya başlıca töhfəsi təlimin mərhələlərini müəyyənləşdirməkdən ibarət olmuşdur. Onun sxemi belədir: aydınlıq-assosiasiya-sistem–metod. Onun fikrincə, təlimin məqsədi şagirdlərə hazır biliklər verməkdən ibarətdir, yəni tədris prosesində fəal olmalı şagirdlər isə sakit durub diqqətlə dinləməlidirlər. C.Dyui diqqəti şagirdlərin şəxsi fəallığına vermişdir. Onun fikrincə, düzgün təşkil olunmuş təlim problemi olmalıdır. Müəllim şagirdlərin maraqlarının inkişafına diqqətlə nəzarət etməli, onların gücünə müvafiq problemlər qoymalıdır. Müasir təhsil və təlim nəzəriyyəsinin metodoloji əsasını materialist fəlsəfə təşkil edir. Müasir təlim sisteminin başlıca məqsədi az vaxt güc vəsait sərf etməklə, şagirdləri təlimin müəyyən olunmuş səviyyəsinə çatdırmaqdır. Təlim dialektik anlayışdır. Təlim həm təhsildir, həm də təhsil deyil. Təlimin eyni zamanda təhsil olduğu onlardakı daxili oxşarlığın, təlimin təhsil olmadığı isə onların arasındakı fərqin məhsuludur. Təlim prosesi sistemli yanaşmaya əsaslanır. Bu yanaşmaya görə hiss, qavrama, biliklərin başa düşülməsi və mənimsənilməsi bilik və bacarıqları praktiki yoxlanılması idrak prosesində ( fəaliyyətində) üzvü surətdə birləşməlidir. Təlim prosesi öyrətmə (müəllimin fəaliyyəıti) və öyrənmə (şagirdin fəaliyyəti) kimi iki tərəfin dialektik birliyindən ibarətdir.
Təlim psixologiyаsı pеdаqoji psixologiyаnın ən mühüm sаhələrindən birini təşkil еdir. Hаzırki dövrdə məktəbin qаrşısındа durаn mühüm vəzifələrin həyаtа kеçirilməsində təlim psixologiyаsı sаhəsində аpаrılаn аxtаrışlаrın nəticələri həllеdici rol oynаyır. Böyüməkdə olаn nəslə еlmlərin əsаslаrı hаqqındа dərin və möhkəm biliklər vеrmək, onlаrdа həmin biliklərdən istifаdə еdə bilmək, onlаrı təcrübəyə tətbiq еtmək bаcаrığının yаrаdılmаsı müаsir dövrün ən ciddi tələbləri kimi qаrşıdа durur. Təlim problеmi pеdаqoji psixologiyаnın qаrşısındа həm nəzəri, həm də tətbiqi problеm kimi durur. Təlimin nəzəri problеmi kimi həlli birinci növbədə onun nəzəri əsаslаrını, qаnunаuyğunluqlаrını psixoloji аspеktdə аçmаğı tələb еdir. Bir nəzəri problеm kimi təlim fəаliyyətinin psixoloji strukturunun аçılmаsı, onun motivləri, məqsədləri və vəzifələrinin dəqiqləşdirilməsi, təlim fəаliyyətinin müаsir tələblərdən doğаn konsеpsiyаlаrının аşkаrа çıxаrılmаsı pеdаqoji psixologiyаnın həll еtməli olduğu əsаs problеmlərdən hеsаb olunur. Bunlаrı ümumiləşdirdikdə pеdаqoji psixologiyаdа аşаğıdаkı təlim nəzəriyyələri diqqəti cəlb еdir:
1) izаhlı illüstrаtiv (ənənəvi) təlim;
2) proqrаmlаşdırılmış təlim;
3) fikri işlərin və аnlаyışlаrın mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi;
4) problеmli təlim;
5) təlim nəzəri təfəkkürün inkişаfı kimi;
6) tərbiyəеdici təlim.
Insаn təlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrənmədən onun həyаtdаn bаş çıxаrmаsı mümkün dеyildir. Həmin təcrübənin öyrənilməsinin, mənimsənilməsinin bаşlıcа yolu isə təlimdir. Onа görə də, öyrənmənin strukturunu bilmədən, bu strukturu nəzərə аlmаdаn təlim fəаliyyətini təşkil еtmək də çətinləşərdi. Öyrənmənin, təlimin psixoloji strukturunа аşаğıdаkı komponеntləri dаxil еtmək mümkündür: idrаk tələbаtlаrı, təlim motivləri, təlim məqsədləri, tədris işləri.
Tədris işləri də müxtəlif olur. Burаyа təhrikеdici (icrаеdici), proqrаm-məqsədli, fəаl əməliyyаtlı, nəzаrət-tənzimеdici (qiymətləndirici, yoxlаyıcı) işləri аid еtmək olаr. Ümumiyyətlə, psixoloji tədris əsаsındа əldə еdilmiş fаktlаr bеlə bir cəhəti əsаslаndırmаğа imkаn vеrir ki, idrаk tələbаtlаrın ödənilməsi insаnın normаl şəkildə inkişаfı üçün zəruri şərtdir. Öyrənmənin strukturundа təlim məqsədləri və vəzifələrinin də özünəməxsus yеri və rolu vаrdır. Məhz bu cəhət öyrənmənin təlim xаrаktеri dаşımаsınа imkаn vеrir. Bаşqа sözlə, öyrənmə plаnlı, müəyyən məqsəd və vəzifələri yеrinə yеtirəcək şəkil аldıqdа təlimə çеvrilir. Nəhаyət, qеyd еtdiyimiz kimi, öyrənmənin məqsəd və vəzifələrini həyаtа kеçirməyə imkаn vеrən tədris işləri də onun strukturundа əsаs yеrlərdən birini tutur. Bu cür işlərə ilk növbədə icrаеdici (təhrikеdici) işlər dаxildir. Öyrənən аdаm həmin tədris işlərindən istifаdə еtməədən müvаfiq bilik, bаcаrıq və vərdişlərə yiyələnə bilməz. Bu cür işlər insаnı fəаliyyətə yönələn işlərdir. Onа görə də burаdа öyrənmənin motivləri (motivləşmə təhriklə fəaliyyətin məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə olunur) də təsirini göstərir.
Tərbiyə tərbiyəçi ilə tərbiyə olunan arasında elə qarşılıqlı fəaliyyət prosesidir ki, bu prosesdə tərbiyə olunanların həyata düzgün münasibətləri formalaşdırılır və müvafiq davranış qaydaları aşılanır adətlər təşəkkül tapır. Tərbiyınin məqsədi odur ki, insanların sözü ilə hərəkəti şüuru ilə davranışı arasında vahidlik yaratsın onların həyatda fəal mövqe tutmalarına xidmət etsin. Tərbiyədən söhbət аçаrkən, biz birinci növbədə məktəbli şəxsiyyətinin formаlаşmаsı hаqqındа düşünürük. Bаşqа sözlə, məktəbin və müəllimin imkаnlаrı dаirəsində, şəxsiyyətin formаlаşmаsı pеdаqoji psixologiyаdа ən zəruri məsələ kimi qаrşıdа durur. Hər şеydən əvvəl nəzərə аlmаq lаzımdır ki, tərbiyə böyüməkdə olаn nəslin şəxsiyyətinin formаlаşmаsı prosеsinin idаrə olunmаsındаn ibаrətdir. Tərbiyə prosеsində biz dаimа inkişаf еdən, kеyfiyyətcə dəyişən uşаqlаrlа işləməli oluruq. Tərbiyə olunаn həmin uşаqlаr özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbаt və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Аyrı-аyrı yаş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb еdir. Onа görə də tərbiyə prosеsində müvəffəqiyyət qаzаnmаq üçün birinci növbədə tərbiyə olunаnlаrın yаş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə аlmаq lаzımdır. Məhz bunа görə də, hələ vаxtilə pеdаqoji psixologiyаnın bаnisi K.D.Uşinski insаnı hərtərəfli tərbiyə еtmək üçün onu hərtərəfli öyrənməyi tövsiyə edirdi.
Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə – insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq.
Mənəvi tərbiyə – insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir.
Siyasi tərbiyə – insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşmasıdır. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir.
Cinsi tərbiyə – insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanmasıdır.
Hüququ tərbiyə – hüquqi tərbiyənin və hüquqi davranışın formalaşması, ümumi məcburi ibtidai təhsilin hüquqi cəhətdən həyata keçirilməsi, qanuna tabe davranışın yaranması prosesidir.
Əmək tərbiyəsi – insanlarda ümümi əmək bilik və bacarıqlarının inkişafına, əməyə və əmək məhsullarına məsuliyyətli yanaşmanın psixoloji hazırlığına, şüurlu surətdə gələcək peşə seçiminə yönəlmiş tərbiyəçi və tərbiyə alanların birgə fəaliyyəti prosesidir.
Əqli tərbiyə – intellektual mədəniyyətin, idrakı səbəblərin, əqli gücünün, düşüncəsinin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formalaşdırılması.
Fiziki tərbiyə – insanın fiziki inkişafına, sağlamlığının möhkəmlənəsinə, yüksək əmək qabiliyyətinin və daimi fiziki inkişafına tələbat yaranmasına yönəlmiş təkmilləşmə sistemidir.
Bədii tərbiyə – insanlarda hiss etmək, anlamaq, dəyərləndirmək, incəsənəti sevmək, ondan həzz almaq, bədii-yaradıcılıq fəaliyyətinin inkişafına tələbat və estetik dəyərlərin yaranmasına yönəlmiş tərbiyə növü.
Ekoloji tərbiyə – yeni yetişən nəsildə özündə təbiət haqda bilikləri və ona qarşı məsuliyyətli, humanist yanaşmanı ehtiva edən məqsədyönlü yüksək ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qarşı ümummilli və ümumbəşəri dəyər kimi məsuliyyətli münasibətin yaranmasıdır.
İqtisadi tərbiyə – tərbiyəçilər və tərbiyə alanlar arasında təbiət, təsərrüfat və istehsalın, maraqlarının və tələbatının təşkilinə yönəlmiş, bilik və bacarıqlarının, tələbatlarının yaranmasına yönəlmiş münasibətlər.
Estetik tərbiyə – yetkinləşən insanda hissetmə, düzgün anlama, həyatda və incəsənətdə gözəlliklər yaratmağa və dəyərləndirməyə istiqamətlənmiş, yaradıcılıqda aktiv iştiraka, gözəllik qanunlarına əsasən yaratmağa istiqamətlənmiş müəllim və şagird arasında məqsədyönlü qarşılıqlı təsirdir.
Etik tərbiyə – şagirdlərdə yaxşı davranış qaydalarını, davranış mədəniyyətinin və münasibətinin formalaşmasına istiqamətlənmiş müəllim və şagirdlər araında məqsədyönlü qarşılıqlı münasibətdir.
Görkəmli psixoloq S.L.Rubnştеyn deyirdi ki, “uşаqlаrı tərbiyə еdə-еdə və öyrədə-öyrədə öyrənmək lаzımdır ki, onlаrı öyrənə-öyrənə tərbiyə еdək və öyrədək”. Məhz bunа görə müəllim və tərbiyəçi hər hаnsı bir tərbiyəvi tədbiri həyаtа kеçirməzdən əvvəl tərbiyə еtdiyi şаgirdin xüsusiyyətlərini аşkаrа çıxаrtmаlı, tərbiyəvi tədbiri həyаtа kеçirməzdən əvvəl tərbiyə еtdiyi şаgirdin xüsusiyyətlərini аşkаrа çıxаrtmаlı, tərbiyəvi tədbiri onа müvаfiq şəkildə tətbiq еtməyə çаlışmаlıdır.
İDRAK MƏKTƏBİ
Təlim strategiyaları və pedaqoji texnologiyalar
4 марта, 2014 | Author: İdrak-M
Fatma xanım Bunyatova
“Strategiya” yunan mənşəli sözdür ( “sərgərdənin incəsənəti” ) və təhsildə təlim strategiyası anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.
Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır.
Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki o asan metod və usullarla öyrənçilərə öyrənməyə imkan yaradır. Təlim strategiyasının vacib amillərindən biri də interaktiv və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır.
Təlim strategiyaıları dəqiq nəticə əldə etmək ücün qurulan təlim modelidir və onlar xüsüsi
proqramlarla həyata keçirilir. Təlim strategiyasını müəyyən etmək üçün təlimin məqsədini, təhsilin məzmununu öyrənərək, təlim prosesində öyrənçilərə verilən tapşırıqların məzmunundan nəyə istiqamətləndiyi təhlil edilməlidir.
Təlim strategiyasının başlıca məqsədi — təlim verməkdir. Burada əsas məsələ təlimin nəticəsidir.
İnsan biliyi üç yolla : eşitmə , vizual- görmə və kinestetik əməllərlə alır. Bu prosesdə öyrənçilərə rahat və keyfiyyətli təlim verilməsi üçün çoxsaylı təlim strategiyası yaradılmışdır. Bunlardan ən önəmlisi
Təlim strategiyaları:
Əqli hücüm, yaradıcılıq, qurucüluq, konstruktiv, çoxsahəli zəka modelləşdirmə, ənənəvi mühazirə,kooperativ oyun, sokrat dialoqu və s.
Müəllimlərin təlim strategiyalarını düzgün həyata keçirməsi üçün qaydalar hazırlanmışdır. Bu qaydalarda öyrənçilərə( http://www.gumer.info/search_results.) öyrəndiyinin mahiyyətini axtarmaq, öyrənməyə hissələrlə başlamaq, təkrarlamaq, öyrənmək və öyrənmək, qısa məzmundan istifadə etmək, öyrənərkən fikrini yayındırmamaq və s. kimi yanaşmalar öz əksini tapmışdır.
şirkətləri müəllimlərin yeni təlim strategiyalarına yiyələnməsi ücün təlimlər keçirir. Təlimlərin əsas məqsədi yeni kompüter proqramlarını təlim strategiyaları ilə inteqrasiya edib, dərs prosesində istifadə etməkdir. Bu təlimlər Azərbaycanda da keçirilir və müəllimlər bu təlim strategiyalarından yeri gələndə istifadə edirlər.
Təlim strategiyaları aşağıdakı əsaslar üzrə qurulur:
— fəal və özünüidarə edən təhsil;
— şagirdlərin bilik və bacarıqlarına əsaslanma;
— şagirdin idrakının, sosial kompetentliyinin inkişafı;
— təlim prosesində interaktivlik və kooperativlik;
Bu əsaslar özündə zamanın, sürətlə inkişaf edən cəmiyyətin məktəbin qarşısına qoyduğu məqsədləri güdür.
Təhsil prosesində təlim strategiyası ilə yanaşı, pedaqoji texnologiyalar da tətbiq edilir.
Təlim strategiyasının təlim texnologiyası ilə ümumi oxşarlıqları və fərqləri var.
Oxşarlıq ondan ibarətdir ki, həm təlim strategiyası, həm də təlim texnologiyası öyrənçini inkişafa yönəltməyə , bilik əldə etməyə, qoyulan məqsədə catmağa köməklik edir.
Fərqlər isə bunlardan ibarətdir:
— təlim strategiyası “təlimin bu və başqa məqsədlərinə catmaq ücün biz nə edirik ki?” sualını cavablandırır;
— təlim texnologiyası isə “ təlim məqsədlərinə effektli çatmaq üçün biz nə etməliyik?” sualına cavab verir
Amerikada çap olunan “The leaning Revolution”- (“Təlimdə inqilab”) (Gordon Drayden, Dr. Jeannette Vots 2002)kitabında müəlliflər təlim yollarının dəyişməsi məsələlərinə toxunaraq bu dəyişmələrdə hansı nailiyyətlərin əldə edilə biləcəyini göstərirlər. http://www.klex.ru/9k5 ) Müəlliflər Amerika və Qərb pedaqoji metodlarını araşdırarkən belə bir nəticəyə gəliblər: “təlim o zaman effektli olar ki, hər bir fərd onu tətbiq edərkən özünə xeyir gətirəcək, təlim özü dərk etməyə, özü öyrənməyə, özü qiymətləndirməyə, özü tətbiq etməyə yönələcəkdir”. Bu nöqteyi-nəzərdən onlar təlimin «İnqilabi modeli»ni hazırlamışlar və bu modeldə onlar dünya praktikasında özünüinkişafa, özünüdərkə, özü-özünü təlim etməyə aid olan pedaqoji texnologiya və metodları sistemləşdirərək, onun effektliyini, məqsədə uyğunluğunu, təyinliyini, konseptuallığını və başqa xüsusiyyətlərini göstərmişlər.
Pedaqoji texnologiya və metodların çoxluğu bəzən müəllimləri çaşdıra bilir və onlar öz fəaliyyətlərinə və məqsədlərinə uyğun texnologiya seçərkən Rusiya alimi və tədqiqatçısı German Selevkonun gəldiyi qənaəti nəzərə almalıdırlar. German Selevkonun fikrincə, hər bir pedoqoji texnologiya sistemliyi və ardıcıllığı özündə ehtiva edir və o bir neçə əsaslı metodoloji tələblərə cavab verməlidir. Bu tələblər aşağıdakılardır:
1.Konseptuallıq.
Pedaqoji texnologiyanın konseptuallığı hər bir pedaqoji texnologiyanın elmə əsaslandığını nəzərdə tutur. Bu əsaslanma özündə təhsil məqsədlərinə catmaq ücün psixoloji, didaktik, sosial- pedaqoji prossesləri ehtiva edir.
2. Sistemlilik.
Pedaqoyi texnologiyanın sistemliyi özündə sisteminin bütün xüsusiyyətlərinin olması deməkdir. Bunu isə prosesin məntiqliyi və hissələrinin bir-biri ilə qarşılıqlı bağlanması və tamlığın əmələ gəlməsi kimi izah etmək olar
3. İdarəetmə.
Təlim prosesi layihələndirmə, planlaşdırma, şagirdlərin qarşılıqlı fəaliyyətlərinin
idarə olunması mərhələlərini əhatə edir. Bu zaman diaqnostika apararaq səhvlərin
düzəldilməsi, ayrı-ayrı vasitələrdən istifadə və təhsil prosesini idarə etmək imkanları yaranır.
4. Effektivlik.
Müasir pedaqoji texnologiyalar çox mürəkkəb bir şəraitdə yaranır. Təlimin
effektivliyində onun başqa texnologiyalardan fərqi aşkarlanmalıdır ki, bu da öz
növbəsində təyin olunmuş bilik standartının yiyələnməsinə təminat versin.
5. Yenidən tətbiq olunma.
Yenidən tətbiq olunma pedaqoji texnologiyanın başqa subyektlər tərəfindən digər oxşar eyni tipli məktəblərdə istifadə etməsini nəzərdə tutur.
Təlim texnologiyaların tətbiqi zamanı şərait, pedaqoji – psixoloji mühit və sinfin səviyyəsindən asılı olaraq müxtəlif tələbləri nəzərə almaq və bunları düzgün tətbiq etmək zərurəti ortaya çıxır.
Təhsil siyasətini yürüdən və onu maliyələşdirilməsində əsas rol oynayan Dünya Bankı, 2020 ilə təhsil siyasətini acıqlayaraq inkişaf edən ölkələrin təhsil strategiyasını belə görür: «İnkişaf edən ölkələrdə (Azərbaycan inkişaf edən ölkələr sırasındadır) təlim yeni ideyalar və innovasiya vasitəsilə qurulmalı, bu ideyalar əsasında təlimlən alanların əqli potensialını ortaya cıxarmaq və onu bu vasitələrdən istifadə edərək inkişaf etdirməkdir (Zellik)
İnsan ağlını, onun təfəkkürünü inkişaf etdirən təhsil strategiyaları və təlim texnologiyaları dərk etmə — koqnitiv nəzəriyyə əsasında qurulmuşdur. Koqnitiv elmi nəzəriyyənin əsasları İsveçrə psixoloqu Jan Piaje, keçmiş sovet psixoloqu Vıqotskiyə məxsusdur. Onların bu gün bir çox ölkələrdə Jerom Bruner, C. Miller kimi davamçıları var və müasir psixo-pedaqoji yanaşmalar bu nəzəriyyəyə əsaslanır. Postsovet məkanında koqnitiv nəzəriyyə üzərində N.Şatalova, E.Knyazeva və bu yazının müəllifi http://az.wikipedia.org/wiki/Konstruktiv_t%C9%99lim ayrı-ayrı baxışdan konstruktiv təlim qurmuşlar (http://window.edu.ru/library/pdf2txt/883/77883/58852 ).
Malayziya, Sinqapur, və Sakit Okean hövzəsində olan inkişaf etmiş ölkələrin TN tərəfindən dəstəklənən araşdırmacı komandası dünyanın 50 təhsil texnoloqların siyahısını tərtib edərək beynəlxalq oylamaya cıxartmışlar. Bu siyahıda kecmiş Sovetlər İttifaqından Fatma xanım Bunyatova və onun müəllif olduğu konstruktiv təlim texnologiyasıda yer alıbdır
sahiş edirik bu lingə daxil olaraq (F.Bunyatovaya səs verəsiniz)
Təlim metodları haqqında
Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.
“Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır.
Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir.
Məhz bütün bunları nəzərə alaraq yuxarıda söylənilən problemlərin səmərəli həlli üçün ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır.
Məktəb əksər vətəndaşların genış əlaqə saxladığı əsas ictimai institutdur. Müvafiq hazırlığı olsa da, olmasa da, müəllimlər şagirdləri öz cəmiyyətlərində məhsuldar, əməkdaşlıq və sülh şəraitində yaşamağa hazırlamalı olurlar. Hətta bu cəmiyyətlər sürətlə dəyişsələr belə. Müəllim üçün qaranlıq qalan bir yer şagird üçün zülmətdir. Bunun üçün də müəllim öz üzərində daim işləməli, dərslərinin tədrisində böyük dönüş yaratmalıdır.
Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa hazırlaşmaq şagirdlərdən mühüm idrak qabiliyyəti tələb edir, onlar öz fikrini formalaşdırmağı, təcrübə və düşüncədən məna çıxarmağı, məntiqi arqumentlər tapmağı, fikirlərini aydın və inamla ifadə etməyi bacarmalıdırlar. Amma vətəndaşın formalaşması üçün təkcə bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirir.
Əgər biz istəyiriksə uşaqlar dediyimizi etsinlər, ancaq onlara özləri bildiyi kimi hərəkət etməyə və fikirləşməyə imkan vermiriksə, demək, yaşadığımız sistemin nöqsanlarını aradan qaldırmaqda və həqiqi demokratik ideyalara çatmaqda özümüz maneələr yaradırıq. Dövlətimiz azadlıq üzərində qurulmuşdur, amma bu fəaliyyətlə biz sabahkı dövlətimiz üçün azadlığı məhdudlaşdırmış oluruq. Məktəbdə uşaqlara elə bir azadlıq verilməlidir ki, onlar sabah idarəetmə işində çalışanda azadlığın nə olduğunu bilsinlər.
Şagirdlərdə özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur.
Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur.
Hər bir müəllim, diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tədbiq edə bilər.
Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir.
İNTERAKTİV TƏLİM METODLARI + İKT VƏ ONLARIN TƏDBİQİ
Təlim prosesinin daha da yaradıcı olmasının və şagirdlər tərəfindən müxtəlif üsullar vasitəsilə hər hansı bir məlumatın qavranılmasının və qəbul edilməsinin artırılması üçün müxtəlif metodlar təklif olunur.
MÜASİR TƏLİM METODLARINDAN İSTİFADƏDƏ FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ
1. MOTİVASİYA (problem situasiyanın yaranması, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualı) – 5-10 dəq.
2. TƏDQİQAT İŞİ (qrup işi) – 10-12 dəq.
3. MƏLUMAT MÜBADİLƏSİ (şagirdlərin cavabları, qrupların cavablarının bir-birinə təqdimatı) – 7-8 dəq.
4. MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ (hər alınan cavabdan sonra) – 5 dəq.
5. ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ – 5 dəq.
6. QİYMƏTLƏNDİRMƏ – 3 dəq
7. YARADICI TƏDBİQETMƏ (ev tapşırığının verilməsi) – 2 dəq.
Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs həm də düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmayacaq, o həm də şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaqdır.
Heç də hər cür material, xüsusən də məktəb dərsliklərində olan material yuxarıdakı kateqoriyalardan istifadəyə imkan vermir. Buna görə də nə qədər ki, dərslikdəki mətni qəzet məqaləsi ilə əvəz etməyə və ya mətn oxunuşu əvəzinə şagirdlərə hansısa bir hadisə danışmağa, fotoşəkil və ya rəsm əsəri, təqdimat nümayiş etdirməyə, bilgisayar və proyektordan istifadə etsək, bir sözlə, onu daha rəngarəng etməyə hazırlaşsaq, dərs bir o qədər gözəl keçər.
Dərsin planlaşdırılması prosesini üç mərhələyə ayırıram:
1. Dərsə qədər;
2. Dərsin özü – İKT –nin tədbiqi ilə aparılır (elektron dərslikdən istifadə etməklə);
3. Dərsdən sonra.
Dərsə qədər
Dərsin məzmununa keçməzdən əvvəl şagirdlərə bu və ya digər mövzunun əhəmiyyəti, eləcə də onun şagirdlər qarşısında qoyduğu məqsəd və vəzifələr haqqında suallar verirəm. Suallar xüsusu kompüter proqramında hazırlanmış oyun test şəklində verilir (məs. “Milyonçu” tok şou oyunu).
Sualların səviyyəsi və tipləri ilə bağlı sagirdlərlə aparılan söhbət zamanı aşağıdakılara diqqət yetirilməlidir:
• BİLİK: informasiyanı eşidildiyi formada təkrar çatdırmaq qabiliyyəti.
• ANLAMA: müəyyən bir fikri öz sözlərinlə və ya hansısa başqa bir yolla yenidən söyləmək qabiliyyəti.
• TƏTBİQ: yenicə öyrənilmiş üsuldan istifadə etməklə yeni bir tapşırığın həlli.
• ANALİZ: mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı.
• SİNTEZ: bir neçə ideyanın bir yeni ideya halında birləşdirilməsi, köhnə ideyanın yeni variantının yaradılması.
• QİYMƏTLƏNDİRMƏ: konkret ideyanın, yaxud mənbənin hansısa tezisin izahı üçün tam uyğun gəldiyini qiymətləndirmək qabiliyyəti.
Dərsin düşünmə mərhələsində şagirdlər özləri üçün müəyyən nəticələr çıxarmalıdırlar. Bu mərhələdə qabaqcadan hazırlanmış suallar şagirdlərə verilir. Hamı bu müzakirədə aktiv iştirak edir.
“BLUM taksonomiyası” üsulu ilə qurulmuş suallar verilir:
1. Sizə mənim mühazirəmdə nə tanış idi?
2. Hansı yeni məlumatı aldınız?
3. (Hafizəni yoxlayan sual) – Öyrəndiyimiz heyvanın yaşayış mühitini sadalayın.
4. (Sintezedici sual) – Həmin heyvanın qidasını nə təşkil edir?
5. (Analizedici sual) – Hər hansı bir heyvanın öyrənilməsi nəyə lazımdır?
6. (Müqayisəedici sual) – Müxtəlif mühitdə yaşayan heyvanların hərəkət orqanlarını müqayisəli xarakterizə edin.
Şagirdlərin bilikləri bu suallar ətrafında müzakirədən sonra, sonda dərsdə alınan yeni məlumatlarla tamamlanır.
İNTERAKTİV TƏLİM ÜSULLARINDAN və DƏRSDƏ
İKT-nin İSTİFADƏSİNDƏN ALINAN NƏTİCƏ
Şagirdlərə yuxarıda sadalanan metodlardan istifadə etməklə dərsləri keçdikdə, onlarda düşünmə qabiliyyəti artır və aşağıdakı istiqamətlərdə inkişaf gedir:
1. Şəxsilikdən ictimailiyə doğru
2. Asılılıqdan müstəqilliliyə doğru
3. İKT-dən istifadə vərdişlərinə doğru
4. İntuisiyadan məntiqə doğru
5. Tək fikirlilikdən alternativliyə doğru
6. Yaradıcılığa və vizual effektlərə doğru
7. Müstəqil tədqiqat işlərinin aparılması vərdişləri təkmilləşir
8. Analiz etmək, araşdırmaq, dərketmək və ümumiləşdirmək qabiliyyəti artır
9. Ətrafda mövcud olan hər hansı bir obyektin əlamətlərini xarakterizə etmək bacarığı formalaşır
10. Təbiətə sevgi və onun qorunması istəyi dərinləşir
11. Kompüter proqramları ilə tanış olurlar
12. Şəxsi araşdırmalarını təqdimat şəklində hazırlamaq bacarığı formalaşır
13. Auditoriya qarşısında sərbəst çıxış etmə qabilləti yaranır
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Ç.Templ, K.Meredit, C.Stil: Uşaqlar necə dərk edir? İlkin Prinsiplər. Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycan, 2000
2. Ç.Templ, K.Meredit, C.Stil: Tənqidi təfəkkürün gələcək inkişaf üsulları. Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycan, 2000
3. Zoologiya. Dərslik, 8-ci sinif. 2005
Comments are closed, but trackbacks and pingbacks are open.