1 ilova 7 MAVZU Talim metodlari va vositalari
– təlimin (dərsin) qarşısında duran vəzifələrin (təhsil, tərbiyə və inkişaf) kompleks müəyyən edilməsi;
Ənənəvi və interaktiv təlim metodları
mənimsədilməsi istiqamətində tədqiqatlar genişlənmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil
sisteminin institutsional əsaslarının inkişaf etdirilməsi, innovativ təlim metodları və
texnologiyalarının tətbiqinin genişləndirilməsi yolu ilə səriştəyə əsaslanan şəxsiyyət və
nəticəyönümlü təhsil modelinin yaradılması strateji hədəf kimi qarşıya qoyulmuşdur.
Sinif-dərs sisteminin meydana gəldiyi XVII əsrdən sonrakı yüzilliklər ərzində əyani-
illüstrativ təlim, proqramlaşdırılmış təlim, problemli təlim, alqoritmləşdirilmiş təlim,
differensiallaşdırılmış təlim və s. kimi müxtəlif təlim tipləri meydana gəlsə də, onların heç biri
pedaqoji praktikada tam vətəndaşlıq hüququ qazana bilməmiş, bəziləri isə öz didaktik dəyərini
Milli təhsil sistemində həyata keçirilməkdə olan innovasiya prosesləri təlim-tərbiyənin
məqsədi, məzmunu və metodlarına, müəllimlə şagirdlərin birgə fəaliyyətinin təşkilinə yeni
yanaşmalarla müşayət olunur. Təhsilin məzmununda innovasiya prosesləri öz mahiyyəti etibarı
ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi pedaqoji təcrübənin
öyrənilməsi, ümumiləşdirilməsi və genişləndirilməsi, b) pedaqogika-psixologiya elmlərinin
naliyyətlərinin pedaqoji praktikaya tətbiqi problemlərinin həllini nəzərdə tutur.
Əsrlər boyu cəmiyyətin sosial sifarişini yerinə yetirən məktəb təhsili çox geniş təkamül
yolu keçmiş, təlimin çoxsaylı ümumdidaktik metodları formalaşmışdır. 1930-cu illərdən sonra
təlimin illüstrativ-əyani, evristik, tədqiqatçılıq, reproduktiv, praktik, problemli axtarış, sözə
əsaslanan, müstəqil iş, məntiqi, şagirdlərin təlim-idrak fəaliyyətinin stimullaşdırılması və
motivləşdirilməsi, nəzarət və özünənəzarət və s. kimi onlarla metodlar sistemi yaradılmışdır.
Ənənəvi pedaqogikada 50-dən artıq təlim metodu və hər bir metoda aid çoxsaylı priyomlar
mövcuddur. Onların təsnifatında perspeptiv, idarəedici, məntiqi, qnostik və kibernetik olmaqla
beş əsas yanaşma və təsnifat meyarlarından istifadə olunur. Ənənəvi təlim metodlarının hər
birində şagirdlərin və müəllimlərin fəaliyyətinin xarakteri konkret olaraq müəyyənləşdirilmişdir.
Bu cəhətdən görkəmli rus didaktları İ.Y.Lerner və M.N.Skatkinin beş əsas qrupda
cəmləşdirdikləri (informativ-reseptiv, reproduktiv, problemli şərh, evristik, tədqiqatçılıq) təlim
metodları geniş yayılmışdır. Ənənəvi təlim daha çox özünün imperativ xarakteri-uşaqların
şəxsiyyət xüsisyyətlərinin, təlabatları nəzərə alınmadan həyata keçirilən pedaqoji təsirə əsaslanır.
Belə yanaşmada təlim motivlərinə və ya digər fəaliyyət növlərinə diqqət yetirilmir, uşağın özünə
işə dəyişdirilmə, müəllimin tələblərinə tabe edilmə obyekti kimi baxılır. (2, s.45)
Mövcud təlim metodlarının şagirdlərin idrak fəaliyyətinin motivləşməsinin təşkilində,
biliklərin, bacarıq və vərdişlərin mənimsənilməsi prosesində gücsüzlüyü ötən əsrin 60-cı
illərində ənənəvi təlim metodlarına yeni, dialektik yanaşmanın əsasını qoydu, və “inkişafetdirici
təlim” konsepsiyasının meydana gəlməsi ilə nəticələndi.
Təlimin nəticələri yalnız o halda səmərəli hesab edilə bilər ki, öyrətmə metodları
şagirdlərin təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi
prosesinə fəal qoşulmasını təmin edə bilsin. Bu tələblər nəzərə alınmaqla dərsdə elə optimal
təlim metodlarına istinad edilməlidir ki, onlar öz-özlüyündə yeni biliklərin müstəqil
mənimsənilməsinə, produktiv və yaradıcı təfəkkürün fəallaşdırılmasına təminat yaratmış olsun.
Məhz fəal, interaktiv təlim metodları bu meyarlara tam uyğun gəlir. Fəal təlim metodları təlim
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək
inkanları ilə səciyyələnir. “Fəal təlim metodları”na əksər hallarda sinonim olaraq “interaktiv
təlim” metodları da deyilir. “İnteraktivlik” termini dialoqu, qarşılıqlı təsiri özündə əks etdirir.
“Fəal təlim metodları” bir sıra ədəbiyyatlarda “problemli-dialoji”, “problemli”, “evristik”
metodlar kimi də səciyyələndirilir. Fəal təlim dedikdə şagirdlərin təlim-idrak fəaliyyətinin
təşkili və idarə olunması üsullarının məcmuyu nəzərdə tutulur.
Fəal təlimin xarakteristikasında özünü göstərən başlıca cəhətlər bunlardır:
fəal təlim müəllim tərəfindən idraki problemli situasiyanın yaradılması, problemin həlli
prosesində şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin stimullaşdırılması, müstəqil “kəşf”,
“ixtira” və şagirdlər üçün yeni olan biliklərin mənimsənilməsi şəraitinin yaradılmasını
fəal təlim metodları şagirdlərdə intellektual baxımdan gərgin situasiyanın yaradılmasını,
informasiyanın hazır deyil, ziddiyyətli və natamam şəkildə təqdim edilməsi ilə
fəal təlimdə təlim tapşırıqları, həll üçün təqdim edilən problem cəlbedici, maraqlı,
şagirdlərin dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq baxımından asan olması
fəal təlim şagirdlərin öz qabiliyyətlərini reallaşdırmağa imkan yaradır, dialoqa və birgə
fəaliyyətdə əməkdaşlığa əsaslanır.
fəal təlimdə yaradılan əməkdaşlıq mühiti və işgüzar müzakirələr alınmış informasiyanı
sintez etməyə kömək edir, dərketməni stimullaşdırır və təlimin nəticəyönümlüyünə
etibarlı təminat yaradır.
Müasir təlim texnologiyalar İnternet resuslarından məqsədyönlü istifadəyə geniş
meydan açır. İnternet resursları təlimin əyaniliyinə, rahatlığa, mobilliyə zəmanət verir, təlim
üçün zəruri olan əlavə informasiya mənbələrini seçməyə meydan açır. Aparılmış elmi
tədqiqatların nəticəsi sübut edir ki, qrup şəklində təlim fərdi təlimlə müqayisədə daha yüksək
nəticələr əldə etməyə imkan yaradır. Birgə iş şagirdlərin qabiliyyətlərinin inkişafına etibarlı
təminat verir. Fəal və interaktiv təlimdə təlim diskusiyalarının təşkili, səmərəli istiqamətləndirici,
təhrikedici suallar şagirdləri yeni bilikləri müstəqil fəaliyyət əsasında əldə etməyə yönəldir. Fəal
təlimdə fasilitativ yanaşma idraki və yaradıcılıq təlabatlarının tam təmin edilməsinə, şagirdlərin
özünü reallaşdırma imkanlarının genişlənməsinə yol açır. Müəllim tərəfindən şagirdlərin
fəaliyyətinin stimullaşdrılması, “yaxşı” və “pis” cavablandırma zamanı fərdi qiymətləndirmədən
imtina edilməsi onların öz qüvvələrinə inamını və çalışqanlıq əzmini artırir. Hər bir şagird təlim
prosesinin digər iştirakçıları ilə birgə fəal əməkdaşlığa qoşularaq daha səmərəli çalışmaqla
“kollektiv zəka” məhsulu olan həll yolunun tapılmasına öz töhfəsini vermək üçün səylərini
Fəal təlimdə şagird-tədqiqatçı, müəllim –fasilitator kimi çıxış etməli, şagirdlərin idrak
fəallığı tədqiqatçılıq xarakteri kəsb etməli, onların biliklərin mənimsənilməsi prosesində
bərabərhüquqlu subyekt rolunda iştirakı təmin olunmalıdır. Müəllim planlı və məqsədyönlü
şəkildə siniflə əməkdaşlıq edərək problemli situasiyaları təşkil etməli, şagirdlər qarşısında
tədqiqat xarakterli məsələlər qoymaqla, onların həllinə metodik kömək göstərməli, şagirdləri
biliklərin müstəqil əldə edilməsi yoluna istiqamətləndirməlidir.
fəal təlimdə müəllimin fasilitator kimi fəaliyyəti şagirdləri fəallaşdırmaq üçün təlim
diskusiyalarının, dialoji qarşılıqlı təsirdə açıq mübahisə və mühakimələrin, məntiqi
ümumiləşdirmələrin və yaradıcı təxəyyülün inkişafına stimul yaradır;
fəal təlimdə qeyri-standart, strukturlaşmamış dərs tiplərinə -dərs-işgüzar oyunlar,
yarış dərsləri, fantaziya dərsləri, dialoq dərlər, dərs-rollu oyunlar, dərs –konfranslar,
inteqral dərslər və s. kimi təşkilati-didaktik strukturlara geniş instinad imkanları
fəal və inteqrativ təlim məntiqi düşünmə, tənqidi təfəkkür, yaradıcı yanaşma və
yaradıcı tətbiqetmə kimi idrak fəaliyyəti əməliyyatlarıın inkişafının motivləşməsinə
Fəal təlimdə şagirdlərin fəal idrak mövqeyinin saxlanılması üçün psixoloji dəstək
göstərilməli, sinifdə hörmət və inam mühiti daim saxlanılmalı, müəllim tərəfindən şagirdlərin
stimullaşdırılması diqqət mərkəzində saxlanılmlıdır. Fəal əməkdaşlıq və birgə iş vərdişlərinin
inkişaf etdirilməsi yolu ilə sosial birgəfəaliyət və birgə yaşayış qaydalarının mənimsənilməsinə
təminat verilməlidir. Bizim fikrimizcə, interaktiv metodların psixoloji konsepsiyası sistemli
təhlil olunduqda, onun başlıca pradiqması –şəxsiyyət yönümlü təlim prinsipi olmalıdır. (3,
Ənənəvi təlimdə əsas sima olan təhsilverən (trener, müəllim) özündən təlim
informasiyanı buraxan “filtr”, interaktiv təlimdə isə köməkçi, informasiya mənbələrindən biri
rolunu oynayır. Ənənəvi təlimdə müəllimin başlıca vəzifəsi şagirdləri təlim prosesinə cəlb
etməkdən və təlim fəaliyyətinin təşkilinə kömək etməkdən ibarətdir. (6, s.169) Ənənəvi təlimlə
müqayisədə interaktiv təlimdə aparıcı ilə qarşılıqlı təsir dəyişir: onun fəallığı öz yerini şagirdlərə
güzəştə getməli olur, aparıcının əsas vəzifəsi şagirdlərin təşəbbüsü üçün şərait yaratmaqdan
ibarətdir. Fəallıq, təşəbbüskarlıq və birgə fəaliyyətdə əməkdaşlıq interaktiv təlim metodlarını
səciyyələndirən əsas cəhətdir. Burada şagirdlərin fəallığının fiziki (danışmaq, yazmaq, dinləmək,
rəsm etmək), idraki (müəllimin şərhinə əlavə və düzəlişlər etmək, problemin həllini müstəqil
tapmaq və s.) və sosial (sual vermək, suallara cavab vermək, fikir mübadiləsi və s.) formaları bir-
biri ilə sinxron şəkildə əlaqələnmiş olur.
Məşhur İsveçrə psixoloqu Jan Piaje qeyd edirdi ki, biz uşağı “düzgün cavablar” əsasında
təlim edərkən onun özünün axtarmaq və tapmaq imkanlarını məhdudlaşdırmış oluruq”.
Ənənəvi təlimin interaktiv təlimlə müqayisə eədərkən onların hər ikisinin müəyyən üstün
cəhətlərini və nöqsanlarını müəyyən edə bilərik.
Ənənəvi təlimin başlıca nöqsanları nəzəri təmayülün üstün olması, şagirdlərin
passivliyi, metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının əsasən hazır şəkildə
verilməsi, fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq reqlamentləşdirilməsindən
İnteraktiv təlimin başlıca nöqsanlarına isə vaxtın reqlamentləşdirilməsinin çətinliyini
müəllimdən dərsə hazırlıq üçün böyük əmək tələb olunmasını, dəqiq planlaşdırmanın
mürəkkəbliyini və s. aid etmək olar.
Məlumdur ki, ümumtəhsil məktəblərində vahid məqsədə- şagirdlərin bilik, bacarıq və
vərdişləri mənimsəmələrinə xidmət edən çoxsaylı təlim metodlarından və müxtəlif dərs
tiplərindən istifadə olunur. Müasir dövrdə yeniliklərin, yaxud dəbdə olduğu kimi deyilsə
innovasiyaların dərsin strukturuna daxil olması faktı reallığa çevrilmişdir.
Ümumiyyətlə, təlim modelləri passiv, aktiv və interaktiv olmaqla üç əsas qrupa ayrılır.
Passiv təlim və ya ekstraaktiv təlim modelinin əsas xüsusiyyəti öyrənənlərin deyil, öyrədici
mühitin fəallığının üstün olmasından ibarətdir. Bu, o deməkdir ki, şagirdlər təlim materiallarını
bir-biri ilə ünsiyyətdə olmadan, heç bir yaradıcı məsələni həll etmədən müəllimin nitqindən və
dərslikdəki mətnlərdən öyrənirlər. Belə modelə nümunə olaraq məktəb mühazirəsi şəklində
aparılan ənənəvi dərs formalarını misal göstərmək. Ənənəvi dərs modeli uzun illərdir ki, tətbiq
olunsa da, dərsə verilən ən yeni tələblər belə onun strukturunda uşaqların fəallığını təlim edə
bilməmişdir. Aktiv və ya interaktiv metodlar isə bundan fərqli olaraq şagirdlərin müstəqilliyini
və idrak fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli adətən yaradıcı xarakterli
ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim münasibətləri sistemində ünsiyyətin
zəruriliyinin təmin olunması tələbi ilə şərtlənir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki,
şagirdlər öyrənmə subyekti kimi yalnız özləri üçün çalışır, onlar müəllimdən başqa prosesin
digər iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola bilmirlər.
Beləliklə, qeyd etmək olar ki, bu metod özünün birtərəfli istiqaməti, xüsusən müstəqil
fəaliyyət, özünütəhsil, özünütərbiyə, özünü inkişaf texnologiyaları üçün yetərli olsa da, qrupda
təcrübə mübadiləsi və qarşılıqlı təsir bacarıqlarının inkişafını təmin edə bilmir.
İnteraktiv təlimdə qrupda iştirakçıların sayı artanda, bu və ya digər dərəcədə
kütləviləşəndə təlimin intensivliyi, hər bir iştirakçının faydalı iş əmsalı” aşağı düşür,
“Rengelman effekti” özünü göstərir. Kiçik qruplarda iş prosesində rəqabət mühiti hökm
sürdüyündən qrup üzvlərinin bir-birinə münasibətinin psixoloji məziyyələri də dəyişir, əlaçılarla
geridə qalan şagirdlərin münasibətlərində dəyişmələr yaranır. (3,s.275)
İnteraktiv təlimdə “qiymətləndirmə vahiməsi” iştirakçıları təqib edir, narahatçılıq hissləri
güclənir. İnteraktiv təlim modeli öz qarşısına bütün iştirakçıların bir-biri ilə fəal qarşılığı təsirdə
konfort öyrənmə şəraitinin yardılması məqsədini qoyur. Müəllimlərin dərslərdə məhz bu
modeldən istifadə etməsi təlimə innovativ məzmun gətirir. İnteraktiv təlimin təşkili həyat
situasiyalarının modelləşdirmək, rollu oyunlardan istifadə, stuasiyanın təhlili əsasında problemin
birlikdə, əməkdaşlıq şəraitində həllinin üstünlüyü ilə seçilir, informasiya axınının şüura təsiri
nəticəsində onun fəallığına artırılmasına təkan verir, problemin həlli “kollektiv zəka”nın məhsulu
Aydındır ki, interaktiv dərslər öz strukturu ilə ənənəvi dərslərdən xeyli fərqləndiyi üçün
onun təşkili müəllimdən peşəkarlıq və yaradıcı fəallıq tələb edir. Ona görə də, belə dərslərin
strukturuna onun qeyri-adi və maraqlı olması üçün yalnız interaktiv təlim modelinin elementləri-
interaktiv texnologiyalar, yəni konkret interaktiv metod və priyomlar daxil edilməlidir. İnteraktiv
təlim və onun əsasında duran interaktiv texnologiyalar öyrənmə subyekti olan şagirdin daim
öyrədici sistemin fəal avtonom elementi rolunda çıxış etməsini tələb edir.İnteraktiv təlim
informasiyanın passiv rejimində deyil, fəal, problemli stuasiya rejimində mənimsənilməsini
təmin edir ki, bu da interaktiv dioloji ünsiyyətə, əqli inkişafa yol açır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. B., “Təhsil”
jurnalı, 2013, N-10, səh.4-16
Амонашвили Ш.А. В школу –с шести лет./ Педагогический поиск., М.,
«Педагогика», 1989, 560 стр.
Əlizadə Ə.Ə., Əlizadə H.Ə.Yeni pedaqoji təfəkkür: psixopedaqogiyaya giriş. B., ADPU,
Жук А.И., Кошель Н.Н.Активные методы обучения в системе повышения kвалифи-
кации педагогов М., «Аверсэв»,2004, 244 стр.
Григальчик Е.К., Губаревич Д.И.Обучаем иначе. Стратегия активного обучения.
Минск, 2003, 148 стр.
Педагогика. Педагогические теории, системы, технологии. (Под ред.
С.А.Смирнова. М., «Академия», 2003, 512 стр.
Щуркова Н.Е. Педагогическая технология. М., «Педагогическое общество
России», 2002, 224 стр.
Традиционные и интерактивные методы обучения: сравниния и параллели.
В статье на основе сравнения отмечаются превосходство и нехватка традиционного
и интерактивного метода обучения. Интерактивный метод обучения придаёт особое
значение в организации мотивации и управлении познавательной деятельности и
Traditional and interactive teaching methods: comparison and parallels.
The positive and negative sides of traditional and interactive methods of teaching wish
comparison are noted in this article. Interactive methods have a great role in development of
students’ mental activity and comprehension, organization of motivation
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
1 ilova 7 MAVZU Talim metodlari va vositalari
2 -ilova Reja: 1. Ta’lim metodlari va usullari tushunchalari. 2. Zamonaviy didaktikada ta’lim metodlari tasnifiga turlicha yondashuvlar. 3. Ta’lim metodlarining mohiyati. 4. Ta’lim metodlarini tanlab olish shartlari. 5. Ta’lim vositalari va ulaming funktsiyalari.
3 -ilova Adabiyotlar: 1. Pedagogika. / M. Toxtaxodjayevaning umumiy tahriri ostida. – T. : Iqtisod-Moliya, 2008. 2. Hasanboyev J. va boshqalar. Pedagogika. – T. : Fan, 2006. 3. Podlasiy I. P. Pedagogika. – M. : Vissheye obrazovaniye, 2008. 4. Pedagogika / Pod. red. P. I. Pidkasistogo. – M. : Vissheye obrazovaniye, 2008. 5. Xodjayev B. О‘quvchilarning mustaqil fikrlashini shakllantirish yо‘llari. – T. : TDPU, 2008.
4 -ilova Ta’lim metodlari. Metod sо‘zi grekcha tadqiqot, maqsadga erishish yо‘li, usuli deganidir. Bu sо‘zning etimologiyasi (kelib chiqishi) uning ilmiy kategoriya sifatidagi talqinida ham aks etgan. “Metod – eng umumiy ma’noda – maqsadga erishish usuli, ma’lum tarzda tartibga solingan faoliyat”.
4 A-ilova Ta’lim metodlari deyilganda, о‘rganilayotgan materialni egallashga qaratilgan turli didaktik vazifalarni hal etish bо‘yicha о‘qituvchining о‘rgatuvchi ishi va о‘quvchilar о‘quvbilish faoliyatini tashkil etish usullari tushuniladi.
5 -ilova Ta’lim usuli – ta’lim metodining tarkibiy qismi yoki alohida tomoni, Metodlar bilan usullar munosabati о‘zaro bir-biriga bog‘langan. Usul va metod butun va qism sifatida bir-biriga bog‘lanadi. Usullar yordamida faqat pedagogik yoki о‘quv vazifasining bir qismi hal qilinadi. Xuddi shu metodik usullar turli metodlarda foydalanilgan bо‘lishi mumkin. Va aksincha xuddi shu metod turli о‘qituvchilar tomonidan turli usullarda ochib berilishi mumkin.
6 -ilova Qoida – tanlab olingan metod bilan bog‘liqlikda faoliyat usullarini amalga oshirish uchun qulay tarzda harakat qilish zarurligini belgilab beruvchi meyoriy kо‘rsatmalardir.
Metodik usullar 7 -ilova Namoyish (kо‘rgazmali, obyektiv – tajriba, amaliy va aqliy harakatni namoyish etish, hokazolar) Masalani о‘rgatish Topshiriq berish Yо‘l-yо‘riq kо‘rsatish Metodik usullarning turlari
8 -ilova Ta’lim metodlari tasnifi: 1. An’anaviy (manbasiga kо‘ra) ta’lim metodlari (YE. I. Golant, N. M. Verzilin va bosh. ) 2. О‘quvchilarning bilish faoliyati tavsifiga kо‘ra ta’lim metodlari tasnifi (I. Y. Lerner va M. N. Skatkin). 3. Asosiy didaktik maqsadlariga kо‘ra ta’lim metodlari tasnifi (M. A. Danilov va B. P. Yesipov). 4. Ta’limning binar metodlari (M. I. Maxmutov). 5. Yaxlit yondashuv bо‘yicha ta’lim metodlari tasnifi (Y. K. Babanskiy). 6. Ta’limning interfaol metodlari.
An’anaviy (manbasiga kо‘ra) ta’lim metodlari tasnifi 9 -ilova Og‘zaki Kо‘rgazmali Amaliy Kitob Videometod bilan ishlash Hikoya Illyustratsiya Mashq О‘qish Kо‘rish, Suhbat Demonstratsiya Amaliy О‘rganish, Tushuntirish Laboratoriya Reja Nazorat qilish Ma’ruza Didaktik tuzish Munozara о‘yin Konspekt qilish
10 -ilova Asosiy didaktik maqsadlariga kо‘ra ta’lim metodlari tasnifi: Yangi bilimlarni egallash metodlari; Kо‘nikma va malakalarni shakllantirish metodlari; Bilimlarni amaliyotda qо‘llash metodlari; Bilim, kо‘nikma va malakalarni mustahkamlash va nazorat qilish metodlari.
11 -ilova Ta’limning binar metodlari О‘rgatish metodlari О‘rganish metodlari Axboriy-ma’lumotli Ijro etish (bajarish) Tushuntirishli Reproduktiv Kо‘rgazmali-amaliy Ijodiy-amaliy Tushuntirishli-undovchi Qisman izlanishli Undovchi Izlanishli
12 -ilova Yaxlit yondashuvga kо‘ra ta’lim metodlari tasnifi * О‘quv-bilish faoliyatini tashkil etish va amalga oshirish metodlari. * О‘quv-bilish faoliyatini motivatsiyalash va rag‘batlantirish metodlari. * О‘quv-bilish faoliyatini nazorat va о‘z-о‘zini nazorat qilish metodlari.
13 A-ilova О‘rganilayotganlarini Yangi materialni anglash О‘rganilganlarini fikrlashga о‘zlashtirishga da’vat qilish metodlari imkon beruvchi metodlari Erkin yozish. Semantik xususiyatlar tahlili. Eng asosiy tushunchalar, Klaster. B-B-B chizmasi. takrorlash. Aqliy hujum. О‘qitish bо‘yicha qо‘llanma. T-chizma. B-B-B chizmasi. Bir-biriga о‘rgatish. Konseptual jadval. Chalkashtirilgan mantiqiy Bir-biridan sо‘rash. Venn diagrammasi. zanjirlar ketma-ketligi. Ikki qismli kundaliklar. Nilufar guli. Semantik xususiyatlar Eng asosiy tushunchalar Besh minutlik esse. tahlili. О‘n minutlik esse.
14 -ilova Ta’lim metodlarini tanlab olish shartlari 1. Ta’limning umumiy maqsadlari. 2. Fanning va о‘rganilayotgan mavzuning mazmuni hamda о‘ziga xosliklari. 3. Biror fanni о‘qitish metodikasining о‘ziga xosliklari. 4. Materialni о‘rganishga ajratilgan vaqt. 5. О‘quv mashg‘ulotining maqsadi, vazifalari va mazmuni. 6. О‘quvchilarning yoshi va bilish imkoniyatlari. 7. О‘quvchilarning tayyorgarlik darajasi. 8. Ta’lim muassasasining moddiy ta’minlanganligi. 9. О‘qituvchining nazariy, amaliy va metodik tayyorgarligi, pedagogik mahoratni egallaganlik darajasi.
Təlim prinsiplərinin səciyyəsi və vəhdəti
Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip təlimi təkcə məktəb divarları arasında və ancaq kitab üzrə deyil, həyatla sıx əlaqəli şəkildə qurmağı nəzərdə tutur. Məktəb insanı həyata hazırlamalıdır. Təlimi həyatla əlaqələndirmədən bu vəzifəni yerinə yetirmək olmaz. Təlimin həyatla və əməklə əlaqələndirilməsi həm təlimə, həm də əməyə şüurlu xarakter verir, fənnə marağı artırır.
Bu prinsip bir neçə istiqamətdə tətbiq edilir:
– təlimin məzmununun həyatla, cəmiyyət quruculuğu təcrübəsi ilə əlaqələndirilməsi;
– öyrənilən biliyin şagirdlərin şəxsi təcrübəsi və müşahidələri ilə, oyun və digər fəaliyyət növləri ilə əlaqələndirilməsi;
– nəzəri biliklərin müxtəlif növ praktik işlərə tətbiq edilməsi;
– təlimin əmək və istehsalatla əlaqələndirilməsi.
Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi. Bu prinsip təlimdə öyrətmə, tərbiyə və inkişaf vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Təlim qüvvətli tərbiyə vasitəsidir. K.D.Uşinski təlimi tərbiyənin olduqca qüdrətli üzvü hesab edir və deyirdi ki, bu üzvdən məhrum olan müəllim uşaqlar üzərində ən gerçək təsir vasitəsini itirmiş olur.
Bu prinsip bir neçə istiqamətdə özünü göstərir:
– şagirdlərdə elmi dünyagörüşü və ideya inamı formalaşdırmaq;
– yüksək mənəvi keyfiyyətlər (vətənpərvərlik, humanizm, xeyirxahlıq, düzlük, doğruçuluq və b.) aşılamaq;
– təlim prosesində şagirdlərdə nəcib hisslər (yoldaşlıq, dostluq, milli iftixar, borc və məsuliyyət hissi və s.) formalaşdırmaq;
– şəxsiyyətin psixi proseslərini, zehni qabiliyyətlərini inkişaf etdirmək. Təlim özlüyündə tərbiyə və inkişaf vəzifələrini yerinə yetirə bilməz. Bu məqsədlə müəllim təlim prosesini xüsusi istiqamətləndirməlidir. Hər bir konkret dərsdə təlim, tərbiyə və inkişafetdirici vəzifələri kompleks planlaşdırıb həyata keçirmək lazımdır.
Təlimdə elmilik prinsipi. Bu prinsip təlimdə şagirdləri elmi biliklərlə, elmi dünyagörüşü ilə silahlandırmağı nəzərdə tutur. Təlim elə qurulmalıdır ki, şagirdlər cisim və hadisələrin zahiri, müşahidə olunan əlamətlərindən tədricən daxili xüsusiyyətlərinə, yəni hadisədən mahiyyətə keçə bilsinlər.
Elmilik prinsipi zehni qüvvə və qabiliyyətləri inkişaf etdirməkdə, təbiət və cəmiyyət hadisələrinə elmi baxışlar aşılamaqda, elmi biliklərə maraq və tələbat yaratmaqda böyük əhəmiyyətə malikdir.
Elmilik prinsipi bir neçə cəhətdə özünü göstərir:
– ətraf aləm haqqında düzgün təsəvvürlər formalaşdırmaq, şagirdləri müşahidəçiliyə alışdırmaq;
– qazanılmış təsəvvürləri, faktiki materialları ümumiləşdirmək əsasında nəticələr çıxartdırmaq;
– nəzəri biliklərin, anlayış və qanunların şüurlu başa düşülməsinə, onların əsasında duran həyat hadisələrinin dərk edilməsinə nail olmaq;
– fənlərarası əlaqə yaratmaq yolu ilə dünyaya bitkin baxış, elmi dünyagörüşü formalaşdırmaq;
– şagirdləri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub, onların həlli yollarını tapmağa istiqamətləndirmək.
Elmilik prinsipi təlimin təşkilinə bir sıra tələblər verir. O, təlimin bütün sahələrində – həm onun məzmununda (proqram və dərsliklərdə) və metodlarında, həm də şagirdlərin təlim fəaliyyətinin təşkilində gözlənilməlidir.
Təlim metodları, xüsusən müəllimin şərhi, müsahibəsi, şagirdlərin müstəqil fəaliyyəti elmiliyə əsaslanmalıdır.
Təlimdə sistematiklik və ardıcıllıq prinsipi. Bu prinsip təlimdə elmin sistemini mühafizə etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi nəzərdə tutur. Sistematiklik elmin öz məntiqindən irəli gəlir: elm biliklər sistemi deməkdir. Belə sistem yoxdursa, elm də yoxdur; sadəcə müəyyən təsəvvürlər, məlumatlar vardır. Odur ki, bilikləri ciddi sistemdə öyrətmək lazımdır.
K.D.Uşinski sistemsiz başı qarmaqarışıq anbara bənzədirdi; burada lazımi anda anbar sahibinin özü də heç bir şey tapa bilmir.
Təlimdə sistematiklik prinsipi bir neçə cəhətdə özünü göstərir:
– təhsilin məzmununun (proqram və dərsliklərin) ciddi sistemdə qurulması;
– bilik və bacarıqların ciddi sistemdə, məntiqi ardıcıllıqda təqdim olunması (şagirdlərin şüurunda biliklərin sistemli olması);
– öyrənilən biliklərin əlaqələndirilməsi (yeni biliklərin məlum biliklərlə əlaqəli şəkildə mənimsədilməsi);
– şagirdlərin sistemləşdirmə işinə cəlb edilməsi (müxtəlif fənlər üzrə fakt və hadisələrin müəyyən əlamətlərə görə sistemə salınması);
– bütün təlim prosesinin sistemli əsasda təşkili.
Sistematiklik prinsipi təlim prosesinə rəhbərlikdə müəyyən tələblər irəli sürür. Hər fənn üzrə biliklər ciddi sistemdə öyrədilməlidir. Müəllimin şərhində sistem və ardıcıllıq gözlənilməli, yeni keçilən mövzular plan əsasında öyrədilməlidir. Şagirdə verilən suallarda, çalışmalarda, təkrarlarda da müəyyən sistem gözlənilməlidir. Bir sözlə, sistematiklik bütün təlim prosesinə nüfuz etməlidir.
Təlimdə əyanilik prinsipi. Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən, bilavasitə qavranılan konkret şeylər və hadisələr üzərində qurmağı nəzərdə tutur. Əyanilik prinsipi idrak prosesinin öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin qavranmasından başlanır. Ətraf aləm haqqında təsəvvürlərimiz nə qədər dolğun və dürüst olarsa, bu əsasda yaranan anlayış və qanunlar da daha şüurlu mənimsənilər.
Bu cəhət mənimsəmə prosesində əyaniliyin böyük rolunu yaxşı göstərir. Y.A.Komenski əyaniliyi təlimdə “qızıl qayda” adlandıraraq, ona geniş yer verməyi lazım bilirdi.
Əyanilik öyrənilən mövzunu tez, asan və şüurlu mənimsəməyə, möhkəm yadda saxlamağa, habelə şagirdləri fəallaşdırmağa kömək edir. Əyanilik konkretdən mücərrədə keçməkdə – ümumiləşdirmə bacarığının inkişafında mühüm rol oynayır.
Əyanilik müxtəlif vasitələrlə həyata keçirilir: a) təbii (natural) əyanilik: təbii halda əşya və proseslərin nümayiş etdirilməsi; b) təsviri əyanilik: əşyanın şəkli, maketi, diafilm, kino, televiziyadan istifadə; c) sxematik əyanilik: sxem, cədvəl, diaqram və s. üzrə iş; ç) obrazlı əyanilik: şagirdlərin şəxsi təcrübəsi, təsəvvürləri, müəllimin sözü, ədəbiyyat və incəsənət vasitəsilə canlı obrazlar, təsəvvürlər yaratmaq; d) simvolik əyanilik: qlobus, xəritə və s. üzrə iş.
Əyanilikdən mənimsəmənin bütün pillələrində – yeni mövzunun mənimsənilməsi, möhkəmləndirilməsi və tətbiqi zamanı istifadə edilə bilər. Lakin əyaniliyi universallaşdırmaq olmaz: əyanilikdən həmişə yox, zəruri hallarda keçilən mövzu üzrə şagirdlərin təsəvvürü olmadıqda və ya çox zəif olduqda istifadə etmək faydalıdır.
Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi. Bu prinsip təlim prosesində şagirdlərin fəaliyyətini – mənimsəmənin xarakterini, onların təlimə münasibətini əks etdirir: hər bir şagird təlimə şüurlu, fəal və müstəqil surətdə yanaşmalıdır.
Təlimdə şüurluluq və fəallıq formalizmə, əzbərçiliyə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. Formalizm, əzbərçilik beyni şikəst edir, fikir süstlüyü doğurur, zehni inkişafa mane olur.
Şüurlu mənimsəmənin bir neçə əlaməti vardır: biliyin başa düşülməsi, düzgün (həm də insanın öz sözləri ilə) ifadə olunması, onun tətbiqi, yeni fakt və misalların tapılması, biliyin yoxlanması və səhvlərin düzəldilməsi.
Bu əlamətlər həm şagirdin, həm də müəllimin fəaliyyətində öz əksini tapmalıdır.
Şüurluluq fəallıqla sıx bağlıdır: təlimə şüurlu yanaşan şagird həm də fəal olur. Fəallıq qarşıda duran təlim vəzifələrinin uğurlu icrası üçün şagirdin səy göstərməsində ifadə olunur. Fəallığın daxili (zehni) və zahiri (əməli) cəhətləri ayırd edilir.
Bu prinsip təlimin təşkilinə müəyyən tələblər irəli sürür. Müəllim şagirdlərin fəallığı, şüurluluğu və müstəqilliyi üçün əlverişli şərait yaratmalı, şagirdlərin fəallıq və müstəqilliyini stimullaşdırmalı, onları müxtəlif növ müstəqil işlərə – zehni və əməli xarakterli məsələlərin, problemlərin həllinə geniş cəlb etməlidir.
Təlimin optimal təşkili prinsipi. Bu prinsip məqsəddən və konkret şəraitdən çıxış edərək, ən münasib (optimal) təlim variantı seçib tətbiq etməklə mümkün olan yüksək nəticəyə nail olmağı nəzərdə tutur.
Təlimin optimal təşkili müxtəlif vasitələrlə həyata keçirilir:
– təlimin (dərsin) qarşısında duran vəzifələrin (təhsil, tərbiyə və inkişaf) kompleks müəyyən edilməsi;
– təlimin optimal məzmununun müəyyən edilməsi;
– təlimin (dərsin) məqsəd və məzmunundan çıxış edərək optimal vasitə, metod və formaların seçilib tətbiq edilməsi;
– nəticələrin optimallıq baxımından təhlil edilib düzgün qiymətləndirilməsi.
Müəllim pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnməklə təlimin optimal təşkilinə nail ola bilər.
Təlimdə müvafiqlik prinsipi. Bu prinsip təlimi şagirdlərin gücünə, yaş və anlama səviyyəsinə uyğun qurmağı nəzərdə tutur. Bunsuz elmi biliyi lazımi dərəcədə mənimsətmək olmaz. Təlim gücə uyğun olmadıqda şagirddə özünə inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir.
Təlimin müvafiqlik prinsipinə iki cür baxış mövcuddur. Birinci baxışa görə, təlim uşağın səviyyəsinə tam uyğun olmalı, ikinci baxışa görə isə təlim uşağın inkişafından irəli getməli və onu öz arxasınca aparmalıdır. İkinci mövqe inkişafetdirici təlim baxımından daha yararlıdır.
Müvafiqlik prinsipi bir neçə qaydada həyata keçirilir: a) asandan çətinə; b) məlumdan məchula (məchulu məlum əsasında öyrətmək); c) ümumidən xüsusiyə (obyekt haqda ümumi təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç) sadədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəbə keçmək).
Müvafiqlik prinsipi təlimin təşkilinə bir sıra tələblər verir: müəllim şagirdlərin yaş və anlama xüsusiyyətlərindən çıxış edərək materialın həcmini, çətinlik dərəcəsini, təlimin vasitə və metodlarını tənzim etməlidir.
Təlimdə fərdi yanaşma prinsipi. Bu prinsip təlimdə şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını tapmağı tələb edir.
Təlimdə fərdi yanaşmanın vacibliyi onunla bağlıdır ki, sinifdəki şagirdlərin qüvvə və imkanları eyni deyildir. Bəziləri materialı tez qavrayıb möhkəm yadda saxlaya bildikləri halda, başqaları gec öyrənir, tez də unudurlar.
Təlimdə fərdi fərqlər müxtəlif sahələrdə özünü göstərir:
– zehni proseslərin cərəyan-etmə xarakteri (şagirdin təfəkkürünün, hafizəsinin, diqqətinin və s. xüsusiyyətləri);
– bilik və bacarıqların səviyyəsi (tamlığı, dərinliyi);
– şagirdin işgüzarlığı (səyi, iş tempi, işin asan və ya çətinliyi, diqqətliliyi, yorğunluğu);
– zehni və əməli müstəqilliyin səviyyəsi;
– təlimə münasibəti (müsbət, biganə, mənfi);
– iradi inkişaf səviyyəsi (yüksək, orta, aşağı) və s.
Bu göstəricilər üzrə hər bir şagirdin fərdi xüsusiyyətlərindən çıxış edərək müəllim təlimdə fərdi yanaşmanı həyata keçirir.
Müəllim təlim prosesində şagirdlərin fərdi xüsusiyyətlərini öyrənməli, hər bir uşaq üçün konkret təlim-tərbiyə vəzifələri müəyyən etməli, hər kəsə fərdi yanaşma vasitələri, fərdi pedaqoji təsirlər sistemi tapıb tətbiq etməyə çalışmalıdır.
Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. Bu prinsip təlim üçün lazımi şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur. Qeyri-normal şəraitdə cərəyan edən təlimdə yüksək nəticə əldə etmək mümkün deyildir. Məsələn, sinif otağının temperaturu normadan artıq isti və ya soyuq olduqda şagirdlərin iş qabiliyyətinə mənfi təsir göstərir.
Təlim üçün zəruri şərait dedikdə dörd qrup şərait nəzərdə tutulur:
– tədris-maddi şərait (təlimin müvafiq dərslik və dərs vəsaitləri ilə, əyani və texniki vasitələrlə, təlim avadanlıqları ilə təmin edilməsi);
– gigiyenik şərait (sinif otaqlarının, tədris avadanlıqlarının zəruri gigiyenik tələblərə uyğun qurulması – sinif otağının sahəsi, hava tutumu, temperaturu, partaların uşaqların boyuna uyğunluğu və s.);
– mənəvi-psixoloji şərait (məktəbdə sağlam mənəvi-psixoloji iqlim yaradılması, müəllim-şagird münasibətlərində humanizm, demokratik üslub gözlənilməsi, pedaqoji etikaya əməl edilməsi);
– təlimdə estetik şərait (məktəbin və sinfin estetik tərtibi, müəllimin gözəl danışığı, estetik tələblərə uyğun davranışı, geyimi, münasibət estetikası).
Müəllim təlim prosesində zəruri şərait yaratmağa və bu əsasda təlim-tərbiyə vəzifələrinin həllinə nail olmalıdır.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip təlimdə şagirdlərə əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin etməyi nəzərdə tutur. Bunun fizioloji mexanizmini beyin qabığında biliklərin dərin iz salması prosesi təşkil edir: bilik izləri nə qədər dərin olarsa, öyrənilən material bir o qədər möhkəm yadda qalar.
Bilik və bacarıqların möhkəmliyi təlimin səmərəsinin mühüm şərtidir: əgər öyrənilən bilik tez unudulursa, təlimdə irəli getmək, əvvəlki biliklərə əsaslanan yeni bilikləri mənimsəmək mümkün olmaz. Y.A.Komenski biliyi möhkəmlətmək qeydinə qalmayan müəllimin işini xəlbirlə su daşımağa bənzədirdi. K.D.Uşinski isə belə müəllimi yükü arabada pis bağlamış, lakin atları qovaraq mənzil başına tez çatmağa çalışan kefli arabaçıya bənzədirdi. Bilikləri möhkəmlətməyən müəllim, belə arabaçı kimi, ilin sonuna şagirdlərin boş başı ilə gəlib çatar.
Bilik və bacarıqların möhkəmliyi təlim prosesinin bütün gedişi ilə təmin olunur. Burada üç amil xüsusi rol oynayır:
a) biliklərin ilkin mənimsədilməsinin düzgün təşkili, bu zaman əyanilik, fəallıq və şüurluluğun təmin edilməsi: yeni materialın qavranılması nə qədər aydın və şüurlu olarsa, bu zaman şagird nə qədər çox fəallıq və müstəqillik göstərərsə, biliklər bir o qədər möhkəm yadda qalar;
b) nəzəri biliklərin həyata və çalışmalara tətbiqi: öyrənilən biliklər həyatda, təcrübədə, əməli işdə, çalışmalarda tətbiq edildikdə uzun müddət yadda qalır. Tətbiq edilməyən biliklər beyində “ölü yük”ə çevrilir və tez unudulur;
c) biliyin təkrarı möhkəmlətmə vasitəsidir: o, unutmanın qarşısını alır, şagirdin öz qüvvəsinə inamının artmasına kömək göstərir. Biliyin ilk izləri tez silinməyə meylli olduğu üçün ilk vaxtlar (mövzu keçiləndən sonrakı həftə ərzində) təkrara da çox diqqət yetirmək lazım gəlir. Hər bir mövzunun öyrənilməsini əvvəlki biliklərlə əlaqələndirmək, yeni keçilən və əvvəlki qaydaları birlikdə tətbiq etmək təkrara və möhkəmlətməyə kömək edir. Təkrar zamanı təfəkkürə istinad etmək, yaradıcı müstəqil işə geniş yer vermək səmərəlidir.
Müəllim möhkəmlətmənin vacibliyini nəzərə alaraq, təlimdə müxtəlif vasitələri əlaqələndirməyə, bilik və bacarıqları möhkəmlətməyə nail olmalıdır.
Nəzərdən keçirilən təlim prinsipləri real təlim prosesində qarşılıqlı vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Belə ki, təlimin həyatla əlaqələndirilməsi, sistematiklik, əyanilik prinsipləri biliyin şüurluğu, möhkəmliyi və şagirdlərin fəallığı üçün əlverişli zəmin yaradır. Eləcə də biliklərin möhkəmləndirilməsi prinsipini öz növbəsində yalnız əyanilik, sistematiklik, şüurluluq və fəallıq prinsiplərinə istinad edildikdə təmin edilə bilər. Digər prinsiplər də bir-biri ilə sıx bağlıdır. Odur ki, hər hansı prinsipə laqeyd münasibət bəsləmək digər prinsiplərin də təsir gücünü zəiflədə bilər. Deməli, bütün prinsipləri həmişə müəyyən sistem və vəhdətdə tətbiq etmək lazımdır. Yalnız bu əsasda təlimi səmərəli qurmaq, bilik və bacarıqların yüksək keyfiyyətini təmin etmək olar.
Comments are closed, but trackbacks and pingbacks are open.