İnnovasiyanın mənası
İnnovasiyanın dərk edilməsinə müxtəlif yanaşmaların təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, innovasiyanın məxsusi məzmunu dəyişikliklərdən ibarətdir və innovasiya fəaliyyətinin və innovasiya menecmentinin əsas funksiyası isə dəyişiklikləri optimal idarə etməkdir.
Müvafiq olaraq, innovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər sahəsində və digər novator fəaliyyətindəki əsaslı dəyişiklikləri»n elmi idarəedilməsi bacarığı kimi başa düşürük.
Y.Şumpeter bu cür dəyişikliklərin beş tipini fərqləndirirdi.
1) yeni texnika yeni texnoloji proseslərdən və ya istehsalın yeni bazar təminatından istifadə edilməsini;
2) yeni xassələrə malik məhsulun tətbiqini;
3) yeni xammaldan istifadə edilməsini;
4) istehsalın təşkilində və onun material-texniki təminatında dəyişikliklər edilməsini;
5) Yeni satış bazarının meydana çıxmasını.
Elmi-texniki innovasiya aşağıdakıları təmin etməyə borcludur:
– yeniliyə malik olmağa;
– bazar tələbini ödəməyə;
– istehsalçıya mənfəət gətirməyə;
Müasir dövrdə innovasiya sahibkarlığı yeni idarəetmə düşüncəsi ilə, səmərəli təsərrüfatçılıq haqqında ənənəvi təsəvvürləri aşılamaqla və böyük bazar orientasiyası ilə bağlıdır. Məhz yeniləşdirmə bacarığı hesabına dünyanın ən yaxşı şirkətləri uğura nail olurlar və «öz sahələrinin digər şirkətlərinə əziyyət verən böhranlara üstün gələrək hər dəfə güclü olurlar»
Yeniliyin yaradılması prosesi daima bərpa olunandır və qeyri-sabit xüsusiyyətlərə malik bazara istiqamətlənir. Bu birincisi, yeni elmi ideyaların və perespektivli məhsulların işlənib hazırlanması axtarışının daima dəstəklənməsini, və ikincisi isə inteqrasiya əlaqələrini saxlamaqla idarəetmə səlahiyyətlərinin maksimum qeyri-mərkəzləşdirilməsinin səmərəli və çevik şəkildə idarə edilməsini özündə ifadə edir.
Firmanın təşkilatı strukturunun layihələşdirilməsi zamanı mueyyənedici rol qeyri-mərkəzləşdirməyə məxsus olmalıdır. Konkret yeniliyin yaradılması prosesinin rəhbəri lazimi səlahiyyətlər və uyğun məsuliyyətlə təmin olunur. Uzun illər ərzində belə hesab edilib ki, elmin və texnikanın inkişafının dəqiq planlaşdırılması proqnozlaşdırılan nəticələrin alınması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Buna əsaslanan mütəxəssislər innovasiya proseslərinin idarə edilməsinin təşkilati sistemini formalaşdırmışlar.
Bu gün menecmentin nəzəriyyəçiləri və praktikləri belə qənaətə gəlirlər ki, bazarda yeni məhsulların çeşidinin və sayının çoxaldılması, həmçinin onların artırılması üçün onların həyat tsiklini ixtisarı ilə əlaqədar olaraq firmada novator ideyaların yüksək sıxlığı vacibdir. İdarəetmənin innovasiya üslubunun tərəfdarları hesab edirlər ki, yaxşı yenilikçilik mühitinin yaradılması üçün həll edici rola firmaların müxtəlif bölmələrində qabaqcıl təcrübənin həvəsləndirilməsi, entuziastlara onların ideyalarının reallaşdırılması imkanlarının yaradılması zəruridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, innovasiyaların yayılması elə bir prosesdir ki onun forması və surəti komunikasiya kanallarının güclü olmasından, informasiyanın təsərrüfat subyektləri tərəfindən qavranılması xüsusiyyətlərindən və s-dən asılıdır. İnnovasiyanın nüfuz etməsi isə yeniliyin kommunikasiya kanalları ilə müəyyən zaman çərçivəsində sosial sistemin üzvləri arasında ötürülməsi prosesidir. Ötürülmənin və diffuziyanın (nüfuzetmənin) vəzifəsi isə informasiya menecmenti kimi hər hansı bir elm sahəsi hüdudlarından nəzərdən keçirilə bilər.
İnnovasiyalar: Tətbiq qaydaları – MƏQALƏ
İnnovasiyalar: Tətbiq qaydaları – MƏQALƏ Bakı. 9 fevral. REPORT.AZ/ Harvard Kennedi Məktəbində “Elektron hökumət: Texnologiya və Sosial İnnovasiyalar” proqramının və Stenford Universitetinin “Texnologiyalar və İnnovasiyalar” proqramının məzunu, London Biznes Məktəbinin və Kolumbiya Universitetinin MBA namizədi Urxan Seyidov “İnnovasiyalar: Tətbiq qaydaları” adlı məqalə yazıb.
9 Fevral , 2019 12:36
https://static.report.az/photo/eca561c6-49c2-42e6-abbd-2ed99960cb1e.jpg
Bakı. 9 fevral. REPORT.AZ/ Harvard Kennedi Məktəbində “Elektron hökumət: Texnologiya və Sosial İnnovasiyalar” proqramının və Stenford Universitetinin “Texnologiyalar və İnnovasiyalar” proqramının məzunu, London Biznes Məktəbinin və Kolumbiya Universitetinin MBA namizədi Urxan Seyidov “İnnovasiyalar: Tətbiq qaydaları” adlı məqalə yazıb. “Report” həmin məqaləni təqdim edir: “Bir narahatedici məqam var: “dağıdıcı innovasiyalar” barədə mülahizə yürüdən insanların çoxu bu xüsusda heç bir ciddi kitab və ya məqalə oxumayıblar. Çox tez-tez istifadə olunan termin çox geniş mənada istifadə olunan zaman, yenilikçilik konsepsiyasına istinad edərək, “mütəxəssiscə” mülahizə yürütmək, planları əsaslandırmaq lazımdır”. Kleyton Kristensen, Harvard Biznes Məktəbinin professoru, “Dağıdıcı innovasiyalar” nəzəriyyəsinin müəllifi. İnnovativ başlanğıc, İnnovativ sahibkar, İnnovativ qurum, İnnovativ iqtisadiyyat, İnnovativ idarəetmə. Göründüyü kimi, “innovasiya” sözünə hər hansı başqa bir sözə əlavə etsəniz, sözün mənası dərhal “innovativ” hala çevrilir. Həqiqətən də, Kleyton Kristensen öz əsərlərində dəfələrlə vurğulamışdır ki, bu gün bir çoxları nə prosesin özünü, nə də innovasiya nəzəriyyəsini başa düşmədən uğur qazanmaq arzusu ilə vizioner, “təsiredici qüvvə”, qabaqcıl, yenilikçi qurum olmağa hazırdır. Lakin ünnovasiya ≠ uğur! Belə bir ifadə var: “O, doğru zamanda və doğru məkanda doğulub”. Bu doğru olsa da, qismən doğrudur. Hadisələri sonradan qiymətləndirmək, uğur qazanmaq barədə nəsə yazmaq çox asandır. Lakin Ralf Ualdo Emersonun da dediyi kimi, “zəif insanlar uğura, güclü insanlar isə səbəb və təsirə inanır”. Buna görə də, “dağıdıcı innovasiya” nəzəriyyəsini əsas götürərək innovasiya sahəsinin uğurlarını başa düşmək və sistemləşdirməyə və ASAN xidmətinin prizmasından analiz etməyə çalışacağıq. Lakin əvvəlcə innovasiya barədə aydınlıq verilməlidir. Öz məhsulları ilə bizim etibarlı ensiklopedik mənbələrə olan təsəvvürümüzü dəyişən Vikipediyaya müraciət edək. Belə ki, “Viki”yə əsasən: innovasiya bazarda tələb olunan proseslərin və məhsulların səmərəliliyinin keyfiyyətcə artmasını təmin edən bir yenilikdir. “Bazarın tələb etdiyi” – bu detalın əhəmiyyəti vurğulanmalıdır. Tez-tez insanların ümumiyyətlə ehtiyac duymadığı texnologiya və ya xidmətlərlə rastlaşırıq, bu isə o deməkdir ki, həmin məhsulların yaradılması qərarı bazarın statistik məlumatlarının real təhlili əsasında deyil, intuitiv yanaşma əsasında verilib. Hansısa bir ideyanın yeni olması faktı onun tələbata çevriləcəyi və ya rəqib təkliflərlə müqayisədə kifayət qədər etibarlı olacağı anlamına gəlmir. Hətta fikir yaxşı və uyğun olsa belə, eyni zamanda istehlakçıların ağıllarına və qəlblərinə təsir göstərəcək gücdə olmalıdır. Yenilik innovasiya deyil. Dünyanın aparıcı beynəlxalq konsaltinq şirkətlərindən birinə rəhbərlik edən Daniel Lanqerin müşahidələrinə əsasən, innovasiyanın izahını verən müxtəlif şərhlər var. Onun sözlərinə görə, Avropada işləyərkən ticarət tərəfdaşına yeni bir məhsul təqdim etdikdə, deyək ki, yeni bir formul və texnologiya ilə hazırlanmış şampun markasının yeni versiyasını təqdim edərkən, avropalılar bu məhsulu, adətən, “innovasiya” kimi qəbul edirdi. Şimali Amerikada və Yaponiyada isə eyni məhsul innovasiya deyil, “yeni aromat” kimi qəbul edilir. Lanqerin fikrincə, avropalılar innovasiyanı texnoloji cəhətdən fərqli bir şey (məsələn, yeni bir forma), Şimali Amerika sakinləri isə struktur və vizual olaraq fərqli bir şey (məsələn, yenidən hazırlanmış qablaşdırma) və yaponlar isə fütüristik bir şey kimi düşünürlər. Lakin bu cür izahların ümumiləşdirilməsinə baxmayaraq, “innovasiya” termini fərqli insanlar və ya müxtəlif kontekstlərdə eyni şəkildə başa düşülə bilməz. Bir şey aydındır ki, hər kəs innovativ görünmək istəyir, bu da terminin həddindən artıq istifadəsinə gətirib çıxarır, bir çox hallarda isə bu, mövcud iş modellərinin yalnız bir nüsxəsidir ki, bunu da “imitasiya” sözü daha doğru təsvir edir. İnnovasiyaya dair ümumi bir fikir əldə etdikdən sonra, biz dövlət innovasiya konsepsiyasının açılışını verək. İƏİT-in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) innovasiyalara dair hesabatına görə, dövlət innovasiyaları vətəndaşların gündəlik həyatına təsirlərin yeni yollarının aşkar edilməsi və gələcək birgə, tərəfdaş dövlətin formalaşması üçün tərəfdaş qismində aktivləşdirilməsinə dair yeni yanaşmadır. Bu, köhnə strukturları, düşüncə tərzlərini və yeni texnologiyaların, proseslərin və ideyaların inkişafının aradan qaldırılmasını nəzərdə tutur. Bu proses öz resurslarının etibarlı idarə edilməsini təmin etməklə ictimai güvənin əldə edilməsinə əsaslanır. Ən əsası isə innovasiya vətəndaşlara rifah, təhlükəsizlik və ədaləti təmin etməyin yolunu açır və yaradıcılığı stimullaşdırmaq və cəmiyyətin potensialını açmaq üçün katalizator rolunu oynayır. Amma innovasiyalarla bağlı hər şey sadə və aydındırmı? Nə üçün bəzi şirkətlər, şəhərlər, ölkələr dünyanın ağıllı insanları və innovativ hablarını özündə cəmləyərək irəli gedir, bəziləri isə yox? Bəlkə də hər şey maliyyələşdirilməkdədir? Bunun birmənalı cavabı yoxdur. Bəli, adətən, zəngin ölkələr yoxsullara nisbətən daha çox elmi, mədəni və texnoloji innovasiyalar hasil edirlər. Zənginlik ən çox sabit institutu və güclü qanunları olan ölkələrdə yaradılır. Bu, tədqiqat və inkişafı maliyyələşdirmək, eləcə də ictimai təhsil və səhiyyə vasitəsilə insan kapitalının qurulması üçün istifadə edilə bilər. Lakin 126 ölkə üzrə innovasiyaların yeni reytinqinin nəticəsi təəccüb doğurur: neftlə zəngin ərəb dövlətləri rifahına görə gözləniləndən daha az innovativdir. Neft istehsal edən ərəb dövlətlərinin istehlakı Qərb ölkələri qədər olsa da, istehsalı Qərbdən geri qalır. Məsələ ondadır ki, onlar infrastruktura böyük miqdarda pul qoyurlar və iqtisadiyyatın bir çox sektorunu neftdən gələn dollar vasitəsilə subsidiya edirlər, insan kapitalına, texnoloji yeniliklərə, institusiyanın gücləndirilməsinə, kiçik və orta biznesin inkişafına yatırılan investisiya isə dünya standartlarından çox geri qalır. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən Azərbaycanda məqsədi iş adamlarına maliyyə dəstəyinin verilməsi, iş planının hazırlanması və məhsulların satılması, lazımi treninqlərin aparılması və s. olan kiçik və orta biznesin inkişafı üzrə Agentliyinin yaradılması haqqında sərəncamının vaxtında verilməsi xüsusi vurğulanmalıdır. Ölkənin innovasiya inkişafı ilə bağlı prosesləri sürətləndirmək və optimallaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Prezidentin fərmanı isə xüsusilə vacibdir. Nəticədə, əminliklə demək olar ki, bu və digər innovasiyaların tətbiqinin nəticəsi olaraq yaxın gələcəkdə insanlar dövlət idarələrində növbə tutub gözləməyə məcbur qalmayacaq. Hazırda Azərbaycan Dünya Bankı qrupunun “Doing Business” reytinqində öz mövqeyini yaxşılaşdırıb, ilk növbədə həyata keçirilən islahatlar sayəsində190 ölkə arasında 25-ci yeri tutur. 4-cü sənaye inqilabı yoluna qədəm qoymaq üçün ən müasir texnologiyalara, resursların səmərəli istehsal metodlarına və innovasiyalara “sıçrayış” etmək məqsədilə lazımi tədbirlərin görülməsi üçün Azərbaycanda bütün öncül şərtlər var. Cənab prezident İlham Əliyevin Davosda çıxışı zamanı Azərbaycanın dördüncü sənaye inqilabına qarşı qəti addımlar atdığını və Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun dördüncü sənaye inqilabının Mərkəzinin əməkdaşlığının təməlini qoyduğunu heç də təsadüfi vurğulamayıb. Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə bəyan edib: “Gələcək neft və qazdan asılı deyil. Neft və qaz bir gün bitə bilər. Gələcəyimiz innovasiya, səmərəlilik, yaxşı idarəçilik, menecmentlik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyinin əlindədir” (Davos, 2018). Akademik Ramiz Mehdiyev də eyni fikirdədir. Belə ki, cənab Ramiz Mehdiyev özünün “Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” adlı kitabında tarixi prosesləri, qlobal trendləri və imkanlarının nəzərə alınması ilə ölkəmizin yeni texnoloji cəmiyyətə keçəcəyini əminliklə vurğulayıb:“Yaradıcı və ağıllı insanların, kreativ enerjiyə sahib intellektualların sayının artması, millətin inkişafı üçün müasir, inkişaf etmiş bir cəmiyyətin yaradılmasına gətirib çıxara bilər. Millətin bu xüsusiyyətləri milli fikrin materializasiyasının əsas komponenti kimi ölkənin innovativ modernləşdirilməsinə əsaslanmalıdır”. Akademik Ramiz Mehdiyev öz məqalələrindən birində həmçinin qeyd edib, ilk növbədə, iqtisadiyyatın rəqabət qabiliyyətini, insan inkişafı indeksini artırmaq, ölkəmizin innovativ inkişafını təmin etmək, modernizasiyaya mane ola biləcək institusional maneələri aradan qaldırmaq lazımdır. Məhz bu xüsusda prezident İlham Əliyevin “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi barədə” Fərmanı xüsusi əhəmiyyət daşıyır. Fikrimizcə, bu Fərmanın ən vacib bəndlərindən biri Azərbaycan Respublikası prezidentinin 5 sentyabr 2012-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanında təsvir edilən bütün dövlət xidmətlərini Bakı şəhərində və ASAN Xidmət Mərkəzlərinin mövcud olduğu digər inzibati ərazi vahidlərində yalnız bu Mərkəzlərdə göstərilməlidir və başqa heç bir yerdə göstərilməməlidir qeyd olunan bəndidir[4]. ASAN Xidmətin uğurunu “dağıdıcı innovasiyalar” nəzəriyyəsi prizmasından nəzərdən keçirməyə çalışaq. Kleyton Kristensonun fikrincə, bu, bazarda dəyərlərin nisbətini dəyişən innovasiyalardır. Belə ki, əvvəlki rəqabət aparılan parametrlər öz əhəmiyyətini itirdiyi üçün köhnə məhsullar qeyri-rəqabətqabiliyyətliyə çevrilir. Kristensona görə, innovasiyaların 3 əsas növü var. Dəstəkləyən innovasiyalar: Mövcüd olan məhsulların və proseslərin təkmilləşdirilməsinə yönəliblər. Bazarın alt sektorları üçün innovasiyalar: Az xərci olan biznes modelli istehlakçılara yönəlib. Dağıdıcı innovasiyalar: Yeni bazarların işğal edilməsinə, yeni istehlakçıların əhatə edilməsinə yönəlib. ASAN Xidmət Mərkəzinin təqdim etdiyi xidmətləri digər dövlət xidmətlərilə müqayisə etsək, bu qənaətə gəlmək olar ki, ASAN Xidmət “dəstəkləyici innovasiyadır”, çünki əslində, ASAN Xidmətlərdə təqdim olunmuş məhsulları bu və ya digər yolla digər yerlərdən, lakin daha az effektli, daha gec və daha qeyri-şəffaf üsulla əldə etmək olardı. Müvafiq olaraq, ASAN Xidmətin məqsədli auditoriyası digər dövlət müəssisələrinin auditoriyası ilə eynidir. Bəs niyə məhz ASAN Xidmət uğur qazanıb? İş orasındadır ki, Kristensenin nəzəriyyəsinə görə, hər hansı innovasiyanı şirkətin daxilində yaratmaq mümkün deyil, çünki gec və ya tez “ənənəvi” biznes və ya belə deyək, köhnə bürokratik təfəkkür mütləq yeniliklərlə rəqabətə və münaqişəyə girəcəklər və yekün nəticədə lahiyəni başlamamış yerindəcə boğacaq. Məhz buna görə, innovasiyalı başlanğıca büroktatik aparatdan kənar xeyli müstəqillik verilməsi labüddür. Şirkət nə qədər böyüyərsə, elastik və innovasiyalı qalmaq o qədər də çətindir, çünki əsasında artıq baş tutmuş və təsdiqini tapmış idarəçilik modeli dayanır. Co Stadvel öz “Asiya idarəçilik modeli” adlı kitabında yazır: “Orijinal ideyaların generasiyası və reallaşdırılması zamanı konsolidasiya və fraqmentlik, nəzarət və hərəkət azadlığın verilməsi arasında balans saxlamaq lazımdır. Bu, innovasiyaların inkişafı və maksimal rəqabətliyinə çatmaq üçün əsas şərtidir və həm dövlətlərə, həm də şirkətlərə aiddir və uğurların və məğlubiyyətlərin hekayələrilə təsdiq olunur. Çinin hədsiz siyasi konsolidasiyası, Avropa qitəsindəki parçalanma və rəqabət onun nümayəndələrini axtarış, innovasiyalar, kəşflər yanına sürükləyənədək dəfələrlə inkişafını ləngidən faktor olmuşdu; yüksək dərəcəli azadlığı ilə hərəkət edən və bir-biri ilə rəqabət aparan xırda, yarımuxtar vahidlərdən ibarət “Microsoft” şirkəti qlobal liderə çevrilib, artan mərkəzləşdirmə yolunu tutan IBM isə öz liderliyini itirib”. Kristensenin yazdığı kimi, innovasiyaların problemlərinin həlli üçün daha yaxşı idarə edib, daha çox işləyib və səfeh səhvlərə yol verməməyə ehtiyac yoxdur. Praktik araşdırmalar bunu göstərir. Bütün şirkətlərin effektiv əməksevər rəhbərliyi var idi. Hamı səhvlər buraxır. Ona görə də onlara düzgün reaksiya vermək lazımdır, heç kəsi ittiham etmədən, həmçinin zəruri nəticələr çıxartmaq lazımdır. Dərhal irəli gedə biləcəyinizi düşünməyin. Sadəcə məhsul və ya xidməti dərhal ortaya çıxardın. Sonra isə nəticəsini öyrənin. Məhsulu alarkən, biz əslində onu bu və ya digər işi görməsi üçün “alırıq”. Əgər o, bunun öhdəsindən yaxşı gələrsə, biz onu yenə işə götürürük. Əgər səhvlər buraxarsa, “kənarlaşdırırıq” və problemi həll etmək üçün başqa məhsulu axtarmağa başlayırıq. [5] “Nokia” və ya “Blackberry” şirkətlərini xatırlayın. Biz deyə bilmərik ki, orda başı boş, şirkətin idarəçiliyini və ya innovasiyanın nə olduğunu bilməyən adamlar işləyirdi. Lakin onlar düşünə də bilməzdilər ki, məhsullarının nə məqsədlə “alındığını” bilmədikləri üçün yaxın zamanlarda oyundan kənar qalacaqlar. “Alphabet” şirkətinin texniki konsultantı özünün ““Google” şirkətinin dərsləri” adlı kitabında yazırdı: “İnnovativlik məhsulun təzəliyindən (texniki özəlliyindən) və istifadəçi üçün sürprizindən yaranır. Əgər siz müştərinizin tələb etdiyi yeni funksiyaları hazırlayırsınızsa, siz innovativ deyilsiniz. Bunu da etmək lazımdır, lakin bu sizi yeni mərhələyə aparmayacaq. İstehlakçıya onun özünün ağlına gələrək təklif etdiyi deyil, ağlına gəlməyən məhsulu təklif etmək və onun sabah üzləşəcəyindən xəbərsiz olduğu problemin həlli ilə təmin etmək çox vacibdir. Bazarın araşdırmaları it quyruğunu oynadan kimi, idarə olunmamalıdır”. “İş sualı: innovasiyanız kimə lazımdır” məqaləsində Kristensen qeyd edir: “Əgər şirkət nə üçün müəyyən bir şəraitdə onun məhsulunu, başqa bir şəraitdə isə digərinin məhsulunu “qəbul etdiyimin” niyəsini başa düşmürsə, mənim və mənim kimi digər insanlar haqqında məlumatları yoxdursa, çətin ki, hansısa innovasiyanı yarada bilər. Bizə vacib qanunauyğunluqları və məlumatların mövcüd məcmunda çarpaz istinadları görə biləcəyimizə inanmaq cəzb edir, amma bu o demək deyil ki, biri o birini dalınca çəkir. Əgər siz sualı düzgün verə bilməsəniz, heç nə öyrənə bilməyəcəksiniz”. Kristensenin sözlərinə görə, bir neçə onillik ərzində iflasa uğrayan böyük şirkətlərin fəaliyyətini izləyərək o qənayətə gəlib ki, “Bu məhsulu hansı işə görə qəbul edirsiniz?” sualını vermək çox vacibdir. Bu mənada ASAN Xidmətin məhsulu bestseller oldu. ASAN Xidmətin məhsulunu ona görə “qəbul edirlər” ki, bürokratik əngəllərlə rastlaşmasınlar və ən əsası – cənab İlham Əliyevin də qeyd etdiyi kimi, – korrupsiyaya qarşı ən effektiv vasitəsi qismində “qəbul edirlər”. Maraqlı faktdır ki, ASAN-ın işçiləri də əslində həmin dövlət qulluqçularıdır, lakin daha effektiv işləməyə başlayıblar – çünki yeni mühitə düşdülər və Azərbaycan dövlətinin həyata keçirdiyi “dövlət qulluqçusu – vətəndaş” münasibətlərində yeni yanaşmanın formalaşdırılması siyasətinin bir hissəsi olublar. Bu siyasətin bünövrəsində operativlik, şəffaflıq, nəzakətlik, məsuliyyət, etik davranışın qaydalarına nəzarət və komfort dayanır. Özünün “Scrum. Lahiyələrin idarəsinin inqilabi üsülu” adlı kitabında Ceff Sazerlend “General Motors”-un zərərli müəssisənin birini misal çəkir. Zavodun rəhbərliyi çirkin əmək intizamının, aşağı məhsuldarlığın və zərərin yüksək faizinin öhdəsindən gələ bilmirdi. Bu zavodun əsasında “Toyota” ilə birgə müəssisə yaratmaq qərarı qəbul olunandan sonra “GM”-in bosları əvvəlki menecerləri yerində saxlamaq və yeni işçilər işə götürməyi təklif ediblər. Yaponiyalı həmkarları əksinə məhz rəhbərliyin dəyişməsində təkid etməyi bacarıblar. Nəticədə yeni rəhbərlik tez bir zamanda müəssisəni autsayderdən liderə çevirməyə bacardılar, vaxtilə pis işçilər isə inanılmaz dərəcədə effektiv və intizamlı oldular. Sazerlend qeyd edirdi: “Eyni komandanın analoji lahiyələrin üzərində işinin effektivliyi xeyli fərqlənə bilər. Pis adamlar yoxdur – pis davranışı və aşağı məhsuldarlığı stimullaşdıran pis sistemlər var”. Bu baxımdan, heç də təsadüfi deyil ki, ASAN-ın fəaliyyətindən əhalinin razılıq əmsalı 100 faizə yaxındır, axı dağıdıcı innovasiyalar nəzəriyyəsinə uyğun olaraq, məhsulunuzu “qəbul edən” zamanı müştərinin qazandığı təcrübə innovativ prosesin əsasında dayanır. Bütün proseslərin optimallaşdırması və onların tamamlanması ASAN-a ölkənin daxilində və onun hüdudlarından kənarda innovativ brendə çevrilməsi imkanı verdi. Qeyd etmək lazımdır ki, ASAN əldə etdiklərilə kifayyətlənməyib, yeni mərkəz – elektron hökümətin inkişafı portalını yaradıb. Bu, ASAN konsepsiyasının özünün doğrultmasını onun transformasiyasını və keyfiyyətcə yeni ASAN 2.0-a keçidini nəzərdə tutur. ASAN-ın inqilabi məhsulu və ümumiyyətlə Azərbaycan hökümətinin optimallaşdırmaya və innovasiyalar vasitəsilə dövlət idarəçiliyini yaxşılaşdırmasına yönələn strategiyası sayəsində biz innovativ hab adını daşımaq hüququ uğrunda, bizim üçün yeni mübarizəyə qoşuluruq. Hakimiyyət tərəfindən həyata keçirilmiş sonuncu islahatlar göstərirlər ki, dövlət aparatı “Agile” üsulundan istifadə edir: XXI əsrin çağırışlarına elastik və effektli cavab verərək sahibkarlar kimi fəaliyyət göstərir. Klaus Şvab özünün “Dördüncü sənaye inqilabı” adlı kitabında qeyd edirdi ki, nizamlayıcılar tez dəyişən yeni əhatəyə uyğunlaşmaq üçün üsullar tapmalıdır, həm də bunu daim etməlidir. Siyasətini tez və geniş şəkildə dəyişmək mütləq deyil, tənzimləyici və qanunverici sistemlərini elə fikirləşib tapmaq və reallaşdırmaq lazımdır ki, onun əsasında yaradılmış strukturlar sabit olsun. Hökümət nəyi tənzimlədiyini aydın başa düşməlidir. Hər dəfə özünü yeni variantda işə salarkən, belə olmalıdır. Burda Stiv Cobsun sözlərini xatırlamaq yerinə düşər: “İnnovasiyalar lideri məsləkdaşdan fərqləndirir”. Bizim ölkəmiz də innovasiyaların liderinə çevrilir və öz təcrübəsini və innovasiyalar üzrə təlimatını paylaşmağa hazırdır.
İnnovasiyanın mənası
İnnovasiya bir hərəkəti bir yenilik olan dəyişiklik. Bu söz Latın dilindən gəlir yenilik, ōnis bu da öz növbəsində termindən irəli gəlir Yenilik edirəm, varİlə formalaşan “yeni olun”, “yeniləyin” in– “daxili” və novus “yeni”.
İnnovasiya onsuz da mövcud olan bir şeyi yaxşılaşdırmaq, problemi həll etmək və ya bir işi asanlaşdırmaq üçün ondan əvvəlki biliklərə əsaslanaraq tərəqqi fikri və yeni metodların axtarışı ilə birləşmək üçün istifadə olunur.
Yenilik zamanla davamlı bir hərəkətdir və insan inkişafının müxtəlif sahələrini əhatə edir.
Bənzər bir məna kəsb edən və sinonim olaraq istifadə edilə bilən digər terminlər arasında inkişaf, ixtira, islahat, yeniləmə və digərləri var.
Texnoloji yenilik
Texnologiya sahəsi davamlı inkişafla xarakterizə olunur. Buna görə də innovasiya, əhatə edən texnologiyanın xüsusiyyətlərindən biridir yeni cihazların yaradılması, bir çox hallarda, mövcud elementlərin dəyişdirilməsindən.
Buna görə yenilik gətirib çıxarır rəqabətqabiliyyətlilik və mal və xidmətlərin inkişafı yüksək keyfiyyətli texnologiya.
Yeni dəyişikliklərin tətbiqi gələcəkdə mütləq əhatə olunmalı olan müxtəlif texnoloji ehtiyaclara uyğun olaraq yenilik proseslərinə məruz qalan yeni məhsulların yaradılmasına imkan verir.
Sözügedən texnoloji yeniliyə misal olaraq istifadəçilər üçün müxtəlif faydalı tətbiqetmələri olan yeni nəsil mobil telefonlar kimi müxtəlif elektron cihazları göstərmək olar.
9 ən təəccüblü texnoloji yeniliyə də baxın.
Biznes İnnovasiyası
İş dünyasında yenilik, ticarət baxımından müvəffəq olmağa gəldikdə nəzərə alınan elementlərdən biridir.
Ticarət yeniliyi anlayışına istinad edə bilər bazarda yeni məhsul və ya xidmətlərin tətbiqi həm də bir şirkətin təşkili və rəhbərliyinə.
Bəzən satılan məhsul və ya xidmətlər özlərindən bir dəyişiklik göstərmir, çünki yenilik mövcud məhsullara yeni bir yanaşmadan ibarət ola bilər.
Ticarət yeniliyi ola bilər məhsulun yenilənməsi ya da şirkətin özündən, ümumiyyətlə özünü bazar tələblərinə uyğunlaşdırır.
Bir çox halda şirkətin uğuru yenilik dərəcəsindən asılıdır, çünki bu xüsusiyyət onu uğurlu edən fərqləndirici xüsusiyyət ola bilər.
Həmçinin baxın İdarəetmə.
Təhsil yeniliyi
Təhsil sahəsi daxilində yeniliklər daxildir yeni dəyişiklikləri təqdim edin üçün bu sahədə tədris və təlim prosesini yaxşılaşdırmaq.
Təhsil yeniliyi istifadə olunan maddi qaynaqlar kimi müxtəlif elementləri təsir edə bilər, məsələn, rəqəmsal lövhələr kimi interaktiv cihazların sinifdə tətbiqi; fəaliyyətlər, zamanlama və ya qiymətləndirmə metodları.
Bəzən tətbiq olunan dəyişikliklər bütün təhsil prosesinə təsir göstərir. Məsələn, məsafədən təhsil təhsili prosesləri bütün səviyyələrdə dəyişikliklərə səbəb olan bir təhsil yeniliyini təmsil edir.
Dağıdıcı yenilik
“Dağıdıcı yenilik” konsepsiyası xüsusilə iş sahəsində istifadə olunur. Bu aiddir a azlıq auditoriyasını hədəf alan yenilikçi dəyişiklik prosesi və bu, böyük ticarət tələbi ilə sürətlə bir reallığa çevrilir.
Dağıdıcı yenilik, yeni şirkətlər bazarda eyni sektorun lider şirkətlərini üstələyən yeni məhsullar, xidmətlər və ya iş modelləri təqdim etdikdə meydana gəlir.
Nümunə olaraq telekommunikasiya bazarında bir yenilik və uğur qazanan Skype ola bilər.
İnnovasiya və yaradıcılıq
Bir çox hallarda yenilik yaradıcılıq, kəşf və ixtira ilə güclü şəkildə əlaqələndirilir. Yeni bir şey təqdim etməyi əhatə edən bir dəyişiklik etmək üçün yaradıcı bir müddət tələb olunur.
Bəzən yaradıcılıq, məsələn, fikir birliyi yolu ilə mövcud olan bir şeyin dəyişməsini təmsil edir. İnnovasiya və yaradıcılıq anlayışları sənaye, ticarət, təhsil və incəsənət kimi müxtəlif sahələrdə meydana gəlir.
- Dünyanı dəyişdirən 10 yenilik nümunəsi.
- İnnovasiyanın 7 əsas xüsusiyyətləri.
Innovasiya anlayışı
İnnovasiya menecmentinin öyrənilməsinə hər şeydən əvvəl onun bir sıra ümumi cəhətlərini nəzərdən keçirməkdən başlamaq lazımdır. Dünya iqtisadi ədəbiyyatında «innovasiya» potensial elmi-texniki tərəqqinin yeni məhsul və texnologiyalarda öz əksini tapması kimi şərh olunur. Müxtəlif alimlər «innovasiya» anlayışını öz tədqiqat obyekti və predmetlərindən asılı olaraq təhlil edirlər.
- Y.P.Morozov geniş mənada innovasiya dedikdə, yeni məhsullar, istehsal, maliyyə, kommersiya və s. xarakterli sosial-iqtisadi və təşkilati-texniki qərarlar şəkilində yeniliklərdən mənfəətli, yeni səmərəli istifadəni nəzərdə tutur.
- A.İ.Priqojin hasab edir ki, yeniliklər texnika və texnologiyanın inkişafı, onların yaranması, mənimsənilməsi və digər obyektlərə diffuziyasının idarə edilməsi şəklinə düşür.
- M.Xuçek qeyd edir ki, «Polşa dilinin lüğətində» innovasiya nəsə yeni bir şeyin, yeniliyin islahatın tətbiqini göstərir.
- Fraskati rəhbərliyinə görə innovasiya-bazara daxil edilmiş praktiki fəaliyyətdə istifadə olunan yeni və ya təkmilləşdirilmiş proses və yaxud da kı, sosial xidmətlərə yeni yanaşma, həmçinin yeni və ya mütərəqqi məhsul şəklini alan innovasiya fəaliyyətinin son nəticəsi kimi müəyyən olunur.
- «Elmi-Texniki Tərəqqi» lüğətində innovasiya yeni məmulat növlərinin, texnalogiyaların, yeni təşkilati formalarının tətbiqinin və s. işlənib hazırlanmasına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətini ifadə edir.
- İnnovasiya-ixtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.(B.Tviss).
- İnnovasiya-bazarda yeni və təkmilləşdirilmiş istehsal proseslərinin və avadanlıqların meydana gəlməsinə gətirib çıxaran texniki, istehsal və kommersiya tədbirləri toplusudur.(F.Nikson).
- İnnovasiya- bu elə bir ictimai-texniki-iqtisadi prosesdir ki, onun vasitəsi ilə ideya və ixtiralardan öz xüsusiyyətlərinə görə daha yaxşı məmulatlar və texnologiya yaradılmasına gətirib çıxarır. İnnovasiyanın iqtisadi fayda ya mənfəətə istiqamətləndiyi halda,onun bazara çıxarılması isə əlavə məhsul əldə edilməsinə gətirib çıxara bilər (B.Sonto).
- İnnovasiya-sahibkarlıq ruhu ilə motivləşdirilmiş istehsal amillərinin yeni elmi-təşkilati kombinasiyasıdır.(İ.Şumpeter).
- Beynəlxalq standartlara uyğun olaraq innovasiya bazara daxil olaraq bazara daxil edilmiş təcrübi-praktiki fəaliyyətdə istifadə olunan yeni və yaxud təkmilləşdirilmiş proses və ya sosial xidmətlərə yeni yanaşma, yeni və yaxud mütərəqqiləşdirilmiş məhsul şəklini alan fəaliyyətinin son nəticəsi kimi müəyyən olunur.
İnnovasiyanın dərk edilməsinə müxtəlif yanaşmaların təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, innovasiyanın məxsusi məzmunu dəyişikliklərdən ibarətdir və innovasiya fəaliyyətinin və innovasiya menecmentinin əsas funksiyası isə dəyişiklikləri optimal idarə etməkdir.
Müvafiq olaraq, innovasiya menecmenti dedikdə, biz «əmək məhsullarında, istehsal vasitələrində, xidmətlər sahəsində və digər novator fəaliyyətindəki əsaslı dəyişiklikləri»n elmi idarəedilməsi bacarığı kimi başa düşürük.
Y.Şumpeter bu cür dəyişikliklərin beş tipini fərqləndirirdi.
1) yeni texnika yeni texnoloji proseslərdən və ya istehsalın yeni bazar təminatından istifadə edilməsini;
2) yeni xassələrə malik məhsulun tətbiqini;
3) yeni xammaldan istifadə edilməsini;
4) istehsalın təşkilində və onun material-texniki təminatında dəyişikliklər edilməsini;
5) Yeni satış bazarının meydana çıxmasını.
Elmi-texniki innovasiya aşağıdakıları təmin etməyə borcludur:
– yeniliyə malik olmağa;
– bazar tələbini ödəməyə;
– istehsalçıya mənfəət gətirməyə;
Müasir dövrdə innovasiya sahibkarlığı yeni idarəetmə düşüncəsi ilə, səmərəli təsərrüfatçılıq haqqında ənənəvi təsəvvürləri aşılamaqla və böyük bazar orientasiyası ilə bağlıdır. Məhz yeniləşdirmə bacarığı hesabına dünyanın ən yaxşı şirkətləri uğura nail olurlar və «öz sahələrinin digər şirkətlərinə əziyyət verən böhranlara üstün gələrək hər dəfə güclü olurlar»
Yeniliyin yaradılması prosesi daima bərpa olunandır və qeyri-sabit xüsusiyyətlərə malik bazara istiqamətlənir. Bu birincisi, yeni elmi ideyaların və perespektivli məhsulların işlənib hazırlanması axtarışının daima dəstəklənməsini, və ikincisi isə inteqrasiya əlaqələrini saxlamaqla idarəetmə səlahiyyətlərinin maksimum qeyri-mərkəzləşdirilməsinin səmərəli və çevik şəkildə idarə edilməsini özündə ifadə edir.
Firmanın təşkilatı strukturunun layihələşdirilməsi zamanı mueyyənedici rol qeyri-mərkəzləşdirməyə məxsus olmalıdır. Konkret yeniliyin yaradılması prosesinin rəhbəri lazimi səlahiyyətlər və uyğun məsuliyyətlə təmin olunur. Uzun illər ərzində belə hesab edilib ki, elmin və texnikanın inkişafının dəqiq planlaşdırılması proqnozlaşdırılan nəticələrin alınması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Buna əsaslanan mütəxəssislər innovasiya proseslərinin idarə edilməsinin təşkilati sistemini formalaşdırmışlar.
Bu gün menecmentin nəzəriyyəçiləri və praktikləri belə qənaətə gəlirlər ki, bazarda yeni məhsulların çeşidinin və sayının çoxaldılması, həmçinin onların artırılması üçün onların həyat tsiklini ixtisarı ilə əlaqədar olaraq firmada novator ideyaların yüksək sıxlığı vacibdir. İdarəetmənin innovasiya üslubunun tərəfdarları hesab edirlər ki, yaxşı yenilikçilik mühitinin yaradılması üçün həll edici rola firmaların müxtəlif bölmələrində qabaqcıl təcrübənin həvəsləndirilməsi, entuziastlara onların ideyalarının reallaşdırılması imkanlarının yaradılması zəruridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, innovasiyaların yayılması elə bir prosesdir ki onun forması və surəti komunikasiya kanallarının güclü olmasından, informasiyanın təsərrüfat subyektləri tərəfindən qavranılması xüsusiyyətlərindən və s-dən asılıdır. İnnovasiyanın nüfuz etməsi isə yeniliyin kommunikasiya kanalları ilə müəyyən zaman çərçivəsində sosial sistemin üzvləri arasında ötürülməsi prosesidir. Ötürülmənin və diffuziyanın (nüfuzetmənin) vəzifəsi isə informasiya menecmenti kimi hər hansı bir elm sahəsi hüdudlarından nəzərdən keçirilə bilər.
Mənbə: Məmməd Məmmədov Əməliyyatlar menecmenti kitabından
Comments are closed, but trackbacks and pingbacks are open.