Press "Enter" to skip to content

Yeni təlim texnologiyalarının prinsipləri

Fəal təlimdə müəllim şagirdə təsir göstərdiyi kimi, şagird də mü­əllimə təsir göstərir. Fəal təlimdə müəllim şagirdə öyrətdiyi ki­mi, müəllim özü də şagirddən öyrənir. Fəal təlimdə qarşılıqlı dia­loq, əməkdaşlıq hökm sürür. Fəal təlimi sxem şəklində aşağıdakı kimi göstərə bilərik.
F əal təlim

Şəki şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili_ədəbiyyat müəlimi Sadıqova Esmiranın bloqu

Elmi-pedaqoji ədəbiyyatlarda məktəb direktorunun funksiyaları barədə nəzəri materiallar çoxdur. Buna baxmayaraq, əsas diqqət aşağıdakı funksiyalara yönəlmişdir:

* Planlaşdırma və proqnozlaşdırma;
* təşkilati-sərəncamvermə;
* nəzəri-metodiki;
* məktəbin maliyyə təsərrüfat fəaliyyətinə rəhbərlik.

Qeyd olunan funksiyaların öhdəsindən gəlmək üçün məktəb direktorunun gündəlik planlaşmaların tam həllinə nail olmasını vacib sayırıq. Məktəbin illik fəaliyyətinin məcmusunu təşkil edən ümumi istiqamətlər, onların həyata keçirilməsində vasitə və yollarını müəyyən etməklə gözlənilən nəticələrin təhlilinə xüsusi diqqət göstərirəm. Mənim üçün planlaşdırmanın proqnozlaşdırılması daha çox əhəmiyyətlidir. Planlaşdırılan məsələlər kağız üzərində pedaqoji prosesdə real həllini tapmalıdır. Kurikulumun tətbiqində təhsilin məzmunu, onun təşkili (forma və üsulları) və qiymətləndirmə ilə əlaqədar bütün işlər nəticəyönümlü xarakter daşıyır. Məktəbdə təhsilin inkişafı ilə əlaqədar gözlənilən nəticələr proqnozlaşdırılaraq diaqnostik, formativ və summativ qiymətləndirmə aparmaqla təhlillər edilir.

Məktəb direktoru kimi təşkilati və sərəncamvermə funksiyasını yerinə yetirərkən qazandığım pedaqoji təcrübəyə, normativ sənədlərə, metodik nümunələrə, dünya praktikasına, zəngin ənənə və müasir mütərəqqi faydalı iş üsullarına həmişə istinad etməyə çalışmışam. Çünki bu funksiyanın uğurlu icrası özündə çoxsaylı komponentlərin sistemli olaraq əlaqələndirilməsini tələb edir. Bunun üçün peşəkarlıq və mənəvi zənginlik vacibdir. Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarında deyilir: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Bu baxımdan düşünürəm ki, məktəb direktoru təşkilati və sərəncamvermə funksiyasını ilk növbədə şəxsi nümunəsi ilə optimallaşdıra bilər. Doğrudan da aşağıda sistemləşdirilən funksiyalar avteritarlıq deyil, mənəvi zənginlik və demokratik mühitin yaradılması ilə bağlıdır:

* planların həyata keçirilməsində qüvvələrin səfərbərliyi;
* pedaqoji kollektivin işini düzgün istiqamətləndirmək;
* məktəbdə sağlam mənəvi-psixoloji durumun yaradılmasının təmin olunması;
* dərslərin təşkilinə rəhbərlik;
* dərsdənkənar tədbirlərin təşkilinə ümumi rəhbərlik;
* kadrların düzgün seçilməsini təmin etmək;
* müəllimlərin səmərəli fəaliyyəti üçün zəruri şərait yaratmaq;
* pedaqoji əməyində fərqlənən müəllimlərin stimullaşdırılmasını həyata keçirmək;
* məktəbin ailə və ictimaiyyətlə əlaqəsini, şagird özünüidarəsini, valideyn komitəsinin işini istiqamətləndirmək;
* məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıya qoyulmuş vəzifələrin həllinə müvafiq əmrlər vermək.

Görüləcək işlərlə əlaqədar qeyd olunan funksiyaların hər birinin icra mexanizmi düşünmək, səhvə yol verməmək üçün direktor səbir, təmkin, dinləmək bacarığı, bilmək, anlamaq, təhlil etmək, dəyərləndirmək kimi mənəvi keyfiyyətləri mənimsəməlidir. Fikrimizi dərslərin təşkilinə rəhbərliklə əlaqədar bir funksiyanın nə qədər gərgin əmək, düşüncə, metodik bacarıq və peşəkarlıq tələb etdiyinə diqqət yönəltməyə istiqamətləndirmək istəyirəm. Məktəb direktoru müəllimlərin fəal dərsin aşağıdakı mərhələlərinin pedaqoji fəaliyyətində tətbiqini təmin etməlidir:

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesi tədris planları əsasında qurulsa da, bu prosesin normal təşkilini təmin edən əsas sənəd dərs cədvəlidir. Məhz buna görə də dərs cədvəlinin tərtibinə ciddi diqqət yetirmək lazımdır.
Ümumtəhsil məktəblərində aparılan müşahidələr göstərir ki, bəzi hallarda dərs cədvəllərinə verilən metodiki, pedaqoji, gigiyenik tələblərə düzgün əməl olunmur. Bu isə müəllimlərin iş qabiliyyətinin aşağı düşməsinə, şagirdlərin isə həddindən artıq yorulmalarına gətirib çıxardır Ona görə də ümumtəhsil məktəblərinin dərs cədvəllərinin tərtibində aşağıdakı tələblərə maksimum dərəcədə əməl olunması tövsiyə edilir.
Dərs cədvəllərinə verilən başlıca tələb, hər şeydən əvvəl dərslərin həm tədris həftəsinin günləri üzrə, həm də bir təlim günü daxilində düzgün yerləşdirilməsidir.
Müşahidələr göstərir ki, həftə ərzində şagirdlərin təlim fəaliyyətinin keyfiyyəti eyni səviyyədə olmur. Belə ki, ikinci, üçüncü dördüncü və beşinci günlərdə onların iş qabiyyəti çox yüksək olur, birinci gün isə aşağı düşür. Çünki şagirdlər istirahət günündən sonra işə başlayırlar. Axrıncı təlim günü şənbə isə şagirdlərin ixtiyarı diqqəti zəifləyir. Onlar, yorulduqlarından qeyri-ixtiyarı olaraq istirahətə hazırlaşırlar.
Təlim günü ərzində dərs məşğələləri üçün iş qabiliyyəti, ən yaxşı diqqət, fəaliyyət, maraq ancaq ikinci, üçüncü və dördüncü məşğələ saatlarında yaranır. Birinci məşğələ saatında, beşinci, altıncı saatlarda isə aşağı olur. Axırıncı dərslərdə şagirdlər yorğun olur-lar.
Həftəlik dərs cədvəlini tərtib edərkən aşağıdakı metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir.
● Fənlərin çətin tədris edildiyi günlərdən onları təsviri incəsənət, rəsmxət, fiziki hazırlıq, musiqi və nəğmə, əmək təlimi kimi nisbətən asan fənlərlə növbələşdirmək lazımdır. Çətin fənlər üzrə dərslər 2-ci, 3-cü və 4-cü məşğələ saatlarında olmalıdır. Yazılı çalışmaların yerinə yetirildiyi dərslərdən əvvəl bədən tərbiyəsi dərslərinin keçirilməsi məqsədəuyğun deyil, çünki hərəkətlərlə orqanizmin əzələ sisteminin həddindən artıq yüksəlməsi kalliqrafiyaya təsir göstərir;
● Çətin fənlər üzrə ikidən artıq dərsin cədvəllə ardıcıl salınmasından çəkinmək lazımdır. O qədər də çətin olmayan, lakin böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin (məsələn, ədəbiyyat, tarix, coğrafiya) eyni günə salınması məsləhət deyil. Hər bir sinifdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır, yəni dəqiq fənlər, dillər, ədəbiyyat və ictimai fənlərlə növbələşdirilməlidir.
● Tədrisinə həftədə iki saat vaxt ayrılan fənlər üzrə dərslər cədvələ elə salınmalıdır ki, onların aralarında iki-üç gün, tədrisinə həftədə üç saat verilən fənlər üzrə isə dərslər arasındakı fasilə hər gün olsun. Hər hansı fənn üzrə dərslərə uzun müddət fasilə verilməsi, cədvəldəki saatların bərabər bölüşdürülməməsi şagirdlərin fənnə müntəzəm diqqət yetirməmələri imkan verir.
● Pedaqoji mülahizələrə əsasən, lazım gəldikdə, cədvəldə bir fənn üzrə qoşa dərslərin salınmasına icazə verilir.
Yuxarı siniflərdə fizika və kimyadan qoşa dərslər laboratoriya işlərini düzgün təşkil etməyə imkan verir. Ədəbiyyatdan qoşa dərslər inşa yazıları üçün, böyük həcmli bədii əsərləri daha dərindən araşdırmaq üçün istifadə edilə bilər. Yuxarı siniflərdə riyaziyyat və informatika təhsil sahələri üzrə qoşa dərslər nəzəri materialları daha yaxşı möhkəmləndirməyə kömək edir. Riyaziyyat üzrə həmin saatlardan iki saatlıq yoxlama yazı işləri üçün də istifadə etmək olar. Fiziki tərbiyə və əmək təlimi üzrə də qoşa dərslərin təşkili tələb olunur. Bazar ertəsi və şənbə günlərində qoşa dərslərin cədvələ salınması didaktik cəhətdən əhəmiyyətli hesab edilmir. Bu məqsədlə,
● Müəllimin eyni fənn üzrə dərslərini paralel siniflərdə eyni bir dərs gününə salmaq məsləhətdir. Bu müəllimin məşğələlərə hazırlaşmasını yüngülləşdirir, siniflər üzrə şagirdlərin biliyində olan kəsrləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır;
● Müəllimə hər bir təlim günündə bir növbədə işləməsinə, hətta əgər o, birinci və ikinci növbədə işləsə belə dərslərini ardıcıl keçməyə imkan verilməlidir. Əgər müəllim bu gün birinci növbədə oxuyan sinifdə dərs deyirsə, onda o, sabah ikinci növbədəki sinifdə dərs deməlidir. Bu işdə dil və riyaziyyat müəllimləri istisna edilir, çünki onlar demək olar ki, hər gün tədris edilir. Müəllim üçün birnövbəli məşğələlər mümkün olmadıqda həmin günlərdə dərsləri elə bölüşdürmək lazımdır ki, növbələr arasında fasilə əmələ gəlməsin.
Fasiləsiz mümkün olmadıqda, fasilənin müddəti minumum olmalıdır;
● Həftəlik dərs yükünü müəllimlər arasında günlər üzrə bərabər surətdə bölüşdürmək, cədvəldə müəllimin dərs ardıcıllığını gözləmək (dərslər arasında boş saat saxlamaq) lazımdır. Bu direktor və ya təlim-tərbiyə üzrə direktor müavini üçün istisna edilir, çünkü onlara başqa müəllimlərin dərslərini dinləmək, işlərini yoxlamaq lazım gəlir;
● Dərs cədvəllərində siniflərdə müəllimlər tərəfindən əyani vəsait və mövcud kabinetlərdən (fizika, kimya, biologiya, informatika, idman zalı və s.) istifadə edilməsi imkanları nəzərdə tutulmalıdır. Əgər əyani vəsaitlərin komplekti paralel siniflərdə dərs deyən eyni fənn müəllimlərini təmin etmirsə, onda onların dərsləri cədvəldə müxtəlif saatlara düşməlidir;
● Pedaqoji təhsil müəssisələrinin qiyabi təhsil alan müəllimlərinə zəruri məşğələlər üçün həftədə azad günlər ayrılmalıdır;
● Dərs cədvəllərinə yeni işə başlayan gənc müəllimlərin təcrübəli müəllimlərin dərslərində iştirak etmələri imkanları nəzərdə tutulmalıdır;
● Həm birinci, həm də ikinci növbələrdə sinif rəhbərlərinin dərsdən sonra iclas və söhbət keçirmələri üçün bazar ertəsində dərs cədvəlində sonuncu saatlara sinif rəhbərlərinin dərslərinin salınması tövsiyə edilir. Həmin günlərdə sinif rəhbərlərinin siniflə işləmələri üçün başqa məşğələlərdən azad olunmaları məsləhətdir.
Dərs cədvəllərinə verilən başlıca tələb, hər şeydən əvvəl dərslərin həm tədris həftəsinin günləri üzrə, həm də bir təlim günü daxilində düzgün yerləşdirilməsidir.
Müşahidələr göstərir ki, həftə ərzində şagirdlərin təlim fəaliyyətinin keyfiyyəti eyni səviyyədə olmur. Belə ki, ikinci, üçüncü dördüncü və beşinci günlərdə onların iş qabiyyəti çox yüksək olur, birinci gün isə aşağı düşür. Çünki şagirdlər istirahət günündən sonra işə başlayırlar. Axrıncı təlim günü şənbə isə şagirdlərin ixtiyarı diqqəti zəifləyir. Onlar, yorulduqlarından qeyri-ixtiyarı olaraq istirahətə hazırlaşırlar.
Təlim günü ərzində dərs məşğələləri üçün iş qabiliyyəti, ən yaxşı diqqət, fəaliyyət, maraq ancaq ikinci, üçüncü və dördüncü məşğələ saatlarında yaranır. Birinci məşğələ saatında, beşinci, altıncı saatlarda isə aşağı olur. Axırıncı dərslərdə şagirdlər yorğun olur-lar.
Həftəlik dərs cədvəlini tərtib edərkən aşağıdakı metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir.
● Fənlərin çətin tədris edildiyi günlərdən onları təsviri incəsənət, rəsmxət, fiziki hazırlıq, musiqi və nəğmə, əmək təlimi kimi nisbətən asan fənlərlə növbələşdirmək lazımdır. Çətin fənlər üzrə dərslər 2-ci, 3-cü və 4-cü məşğələ saatlarında olmalıdır. Yazılı çalışmaların yerinə yetirildiyi dərslərdən əvvəl bədən tərbiyəsi dərslərinin keçirilməsi məqsədəuyğun deyil, çünki hərəkətlərlə orqanizmin əzələ sisteminin həddindən artıq yüksəlməsi kalliqrafiyaya təsir göstərir;
● Çətin fənlər üzrə ikidən artıq dərsin cədvəllə ardıcıl salınmasından çəkinmək lazımdır. O qədər də çətin olmayan, lakin böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin (məsələn, ədəbiyyat, tarix, coğrafiya) eyni günə salınması məsləhət deyil. Hər bir sinifdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır, yəni dəqiq fənlər, dillər, ədəbiyyat və ictimai fənlərlə növbələşdirilməlidir.
● Tədrisinə həftədə iki saat vaxt ayrılan fənlər üzrə dərslər cədvələ elə salınmalıdır ki, onların aralarında iki-üç gün, tədrisinə həftədə üç saat verilən fənlər üzrə isə dərslər arasındakı fasilə hər gün olsun. Hər hansı fənn üzrə dərslərə uzun müddət fasilə verilməsi, cədvəldəki saatların bərabər bölüşdürülməməsi şagirdlərin fənnə müntəzəm diqqət yetirməmələri imkan verir.
● Pedaqoji mülahizələrə əsasən, lazım gəldikdə, cədvəldə bir fənn üzrə qoşa dərslərin salınmasına icazə verilir.
Yuxarı siniflərdə fizika və kimyadan qoşa dərslər laboratoriya işlərini düzgün təşkil etməyə imkan verir. Ədəbiyyatdan qoşa dərslər inşa yazıları üçün, böyük həcmli bədii əsərləri daha dərindən araşdırmaq üçün istifadə edilə bilər. Yuxarı siniflərdə riyaziyyat və informatika təhsil sahələri üzrə qoşa dərslər nəzəri materialları daha yaxşı möhkəmləndirməyə kömək edir. Riyaziyyat üzrə həmin saatlardan iki saatlıq yoxlama yazı işləri üçün də istifadə etmək olar. Fiziki tərbiyə və əmək təlimi üzrə də qoşa dərslərin təşkili tələb olunur. Bazar ertəsi və şənbə günlərində qoşa dərslərin cədvələ salınması didaktik cəhətdən əhəmiyyətli hesab edilmir. Bu məqsədlə,
● Müəllimin eyni fənn üzrə dərslərini paralel siniflərdə eyni bir dərs gününə salmaq məsləhətdir. Bu müəllimin məşğələlərə hazırlaşmasını yüngülləşdirir, siniflər üzrə şagirdlərin biliyində olan kəsrləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır;
● Müəllimə hər bir təlim günündə bir növbədə işləməsinə, hətta əgər o, birinci və ikinci növbədə işləsə belə dərslərini ardıcıl keçməyə imkan verilməlidir. Əgər müəllim bu gün birinci növbədə oxuyan sinifdə dərs deyirsə, onda o, sabah ikinci növbədəki sinifdə dərs deməlidir. Bu işdə dil və riyaziyyat müəllimləri istisna edilir, çünki onlar demək olar ki, hər gün tədris edilir. Müəllim üçün birnövbəli məşğələlər mümkün olmadıqda həmin günlərdə dərsləri elə bölüşdürmək lazımdır ki, növbələr arasında fasilə əmələ gəlməsin.
Fasiləsiz mümkün olmadıqda, fasilənin müddəti minumum olmalıdır;
● Həftəlik dərs yükünü müəllimlər arasında günlər üzrə bərabər surətdə bölüşdürmək, cədvəldə müəllimin dərs ardıcıllığını gözləmək (dərslər arasında boş saat saxlamaq) lazımdır. Bu direktor və ya təlim-tərbiyə üzrə direktor müavini üçün istisna edilir, çünkü onlara başqa müəllimlərin dərslərini dinləmək, işlərini yoxlamaq lazım gəlir;
● Dərs cədvəllərində siniflərdə müəllimlər tərəfindən əyani vəsait və mövcud kabinetlərdən (fizika, kimya, biologiya, informatika, idman zalı və s.) istifadə edilməsi imkanları nəzərdə tutulmalıdır. Əgər əyani vəsaitlərin komplekti paralel siniflərdə dərs deyən eyni fənn müəllimlərini təmin etmirsə, onda onların dərsləri cədvəldə müxtəlif saatlara düşməlidir;
● Pedaqoji təhsil müəssisələrinin qiyabi təhsil alan müəllimlərinə zəruri məşğələlər üçün həftədə azad günlər ayrılmalıdır;
● Dərs cədvəllərinə yeni işə başlayan gənc müəllimlərin təcrübəli müəllimlərin dərslərində iştirak etmələri imkanları nəzərdə tutulmalıdır;
● Həm birinci, həm də ikinci növbələrdə sinif rəhbərlərinin dərsdən sonra iclas və söhbət keçirmələri üçün bazar ertəsində dərs cədvəlində sonuncu saatlara sinif rəhbərlərinin dərslərinin salınması tövsiyə edilir. Həmin günlərdə sinif rəhbərlərinin siniflə işləmələri üçün başqa məşğələlərdən azad olunmaları məsləhətdir.

Sinif rəhbərinin iş formaları
Sinif rəhbərinin iş formaları yaran mış pedaqoji vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.
– sinif kollektivinin dərsdənkənar, məktəbdənkənar işinin, asudə və tətil vaxtı tədbirlərin (kollektiv yaradıcılıq işləri, söhbətlər, debatlar, müşavirələr, tamaşalar, konsertlər, treninqlər, yarışlar, yürüşlər və ekskursiyalar, müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək) təşkili;
– fərdi iş (söhbətlər, məsləhətlər, fərdi köməyİn göstərilməsi, problemlərin həllinin birgə axtarışı);
– qruplarla (yaradıcı qruplar, uşaq parlamentləri, özünüidarəetmə orqanları, şuralar) iş.
Dərs saatı müəllim və şagirdlərin ünsiyyətinin təşkili formasıdır və onun gedişində mühüm əxlaqi, mənəvi və etik problemlər qaldırıla və həlledilə bilər. Şagirdlərlə iş formalarının seçimində aşağıdakıları rəhbər tutmaq məqsədəuyğundur:
– işin mövcud dövrü üçün müəyyənləşdirilmiş tərbiyə məsələlərinin nəzərə alınması;
– tərbiyə prosesinin təşkili prinsiplərinin, uşaqların imkan, maraq və tələblərinin, xarici şəraitin, müəllim və valideynlərin imkanlarının nəzərə alınması;
– tərbiyə işinin metod və formalarının məzmun bütövlüyünün təmin edilməsi.

“Sinif rəhbərləri haqqinda ə s a s n a m ə”dən

İnşa yazı bacarıqlarını necə inkişaf etdirirəm?

“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycan Prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür.” Heydər Əliyev. Ulu öndərimizin dəyərli davamçısı olan ölkəmizin prezidentı İlham Əliyev də uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.

O, deyir: “Uşaqlarımızın tərbiyə olunması, vətənpərvərlik ruhunda böyüməsi çox mühüm amildir. Eyni zamanda bizim gənc nəslimiz bilikli, savadlı olmalı, dünyada baş verən bütün yeniliklərə bələd olmalıdırlar.” Bu gün ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu da ulu öndərimizin yolunu uğurla davam etdirərək uşaqlara çoxsaylı qayğısı ilə çox böyük işlər görür. Bütün bunları nəzərə alaraq bu gün hər bir müəllim də öz üzərinə düşən vəzifələri başa düşür və bütün imkanlarını uşaqların savadlı, bilikli, bacarıqlı, fərdi düşüncəli böyüməsinə sərf etməkdən yorulmur. Ölkəmizdə son zamanlar təhsilə yetirilən diqqət biz müəllimləri bir az da həvəsləndirir, daha da çox axtarışlar aparmağa, yeniliklərdən bəhrələnməyə yönəldir. Biz bilirik ki, ibtidai sinif təhsilin baza hissəsidir. Demək olar ki, bütün fənnlərin təməli ibtidai sinifdə qoyulur. Ona görə də elmin, texnikanın belə inkişaf etdiyi bir dövrdə biz şagirdlərimizi daha da inkişaf etdirməli, onlarda, eyni zamanda, mütaliəyə maraq yaratmalı, yaradıcılığa, fərqli düşüncəyə malik bir fərd kimi böyütməliyik. Ancaq bunu elə etməliyik ki, şagirdlər bilikləri yorulmadan,s evə-sevə qazansınlar. Evdən, anadan ayrılan uşaq birdən –birə məktəbə gəlir və ibtidai sinif müəllimi ilə qarşılaşır. Müəllim həm ana, həm də müəllim rolunu ifa etməlidir. Məktəbi sevdirməli, müəllimi sevdirməli, səbrlə, sevgilərlə bilikləri şagirdlərə aşımalıdır. Elektron informasiyalarının inkişaf etdiyi bir dövrdə biz şagirdlərimizə mütaliəyə də maraq yaratmağı bacarmalıyıq. Mən bu sahədə öz təcrübəmdən danışmaq istəyirəm. Şagirdlərim birinci sinfi qurtarandan sonra mən onların yaşına uyğun (tətillərdə) kitabları oxumağı tapşırıram. Məsələn, Abdulla Şaiqin “Yaxşı yoldaş”, ”Tülkü həccə gedir”, ”Tıq-tıq xanım” və s. İlk oxunan kitablara çox diqqət edirəm ki, çox maraqlı, rəngli, şəkilli olsun. Uşaqlar yorulmadan, sevə-sevə kitabı oxusunlar. Tədricən yaş səviyyəsinə uyğun müəllifləri dəyişirəm. 3-cü sinifdən başlayaraq isə sinfimdəki şagirdlər tədris ili ərzində bir kitabı (həftədə bir nəfər) təqdimat etməlidirlər. Ancaq burada bir neçə meyarı nəzərə alıram. 1. Kitab seçimi sərbəstdir. 2. Məhz bu kitabı nə üçün seçdiyini izah etməlidir. 3. Kitabın müəllifi haqqında məlumat verməlidir. 4. Kitabın ən maraqlı bildiyi hissəsini sinif yoldaşlarına oxumalıdır. 5. 15 dəqiqəlik kitab haqqında təqdimat etməlidir. Təqdimatı sinif yoldaşları bəyənməlidirlər. Uşaqlar təkcə müəllimdən yox, həm də bir-birindən öyrənməlidirlər. Şagirdlərim çox maraqlı kitablar seçib mənimlə məsləhətləşirlər. İlin əvvəlindən şagirdlərin siyahısı tutulur və hər bir şagird təqdim edəcəyi kitabın adını və müəllifini siyahıda qeyd elətdirir. Və hər kəs nə vaxt təqdimat edəcəyini bilir. Siyahı “Sinfin pasportu”ndan asılır. Şagirdlərin bu formada təqdimatı onlarda mütaliəyə böyük maraq yaradır. Çox vaxt çıxışın qiymətləndirilməsi sinifdəki uşaqlar tərəfindən yerinə yetirilir. Əgər onlar çıxışdan narazı qalarlarsa yaxşı qiymət almaq mümkün deyil. Ona görə də bu işə uşaqlar məsuliyyətlə yanaşmalıdırlar. Bu vaxt şagirdlərdə başqalarını dinləmək və dəyərləndirmək keyfiyyəti formalaşır. Onlar təqdimat edəcəkləri günü səbirsizliklə gözləyirlər. Artıq dördüncü sinfi bitirəndə xeyli kitab oxumuş olurlar. Əgər bu, yuxarı siniflərdə də davam etdirilərsə elə bilirəm ki, vərdişə çevrilər. İnşa yazıları da şagirdlərin yaradıcılığını çox gözəl inkişaf etdirir. Amma elə etmək lazımdır ki, şagirdlər bunu sevə-sevə etsinlər. Həftədə iki dəfə şagirdlərimə inşa yazdırıram. Bunu necə edirəm? Məsələn: Bir neçə açar söz deyirəm: yağış, külək, payız, sarı yarpaqlar, qara buludlar və s. Şagirdlərimə tapşırıram ki, elə mətn qurun ki, bu sözlər orada işlənsin. Yaxud, verilən atalar sözünə elə mətn qurun ki, həmin atalar sözünu tamamlasın, ya da əksinə qurduğunuz mətndən məsələn, ”Özgəsinə quyu qazan özü düşər”atalar sözü anlanılsın. Yaxud, mən bir neçə cümlə ilə mətni başlayıram, siz tamamlayın. Şagirdlərim bu tapşırıqları məmnuniyyətlə yerinə yetirirlər. Bəzən soruşuram,”Yorulmursunuz”?, ”Xeyr müəllim, xoşumuza gəlir”cavabını alıram. Əlbəttə mən həm oxunan kitabların, həm də belə inşaların yaş səviyyəsinə uyğun olmasına daim nəzarət edirəm. Belə hekayələr uydurmaq (tez-tez) uşaqlarda sərbəst yazmaq qabiliyyətini inkişaf etdirir. Sərbəst danışmaq, özünü ifadə etmək üçün üçüncü sinifdən başlayaraq verilmiş mövzuda plakatlar hazırlamaq və onu sinif qarşısında təqdim etmək də maraqla qarşılanır. Çalışıram ki, uşaqlar öz sağlamlığı və təhlükəsizliyi üçün məsuliyyət daşıdıqlarını da dərk etsinlər. Ona həm məktəb daxilində,h əm də kənarda əməl etsinlər. Şeirlərin seçimini də çox vaxt şagirdlərimin ixtiyarına buraxıram. Onlara mövzunu verirəm. (Məsələn, Payızın gəlişi). Uşaqlar internet və ya digər mənbələrdən çox xoşlarına gələn şeiri seçib əzbərləyirlər. Tapşırıq şeiri deməklə bitmir. Öncə şagirdlər niyə bu şeiri seçdiyini əsaslandırmalı, müəllif haqqında məlumat verməli və şeir demək texnikasını nümayiş etdirməlidir. Şeiri deyən zaman özünə inamlı olmalıdırlar. Bu keyfiyyətlər olmadan əla qiymət almaq müşkül məsələdir.

Dərs təlimin əsas təşkili forması kimi

Dərs təlim prosesində mühüm yer tutur. Bilik, bacarıq və vərdişlər əsasən dərsdə verilir, şəxsiyyətin ahəngdar tərbiyəsinin də əsası (zehni, ideya-mənəvi, estetik, əmək, fiziki və b.) dərslərdə qoyulur. Buna görə də dərs təlimin və tərbiyənin əsas təşkili forması sayılır. Pedaqoji ədəbiyyatda belə bir haqlı müqayisə aparılır ki, günəş bir damla suda əks olunduğu kimi, təlimin bütün cəhətləri də dərsdə əks olunur. Buna görə də müəllim dərsin nəzəriyyəsi və təcrübəsinə yaxşı yiyələnməli, onu müasir tələblər əsasında qurmağa çalışmalıdır.

Dərs sinif şəraitində sabit tərkibdə müəyyən rejimlə cərəyan edən, müəllim və şagirdlərin bilavasitə qarşılıqlı fəaliyyətinə əsaslanan təlimin məqsədyönlü kollektiv təşkili formasıdır.

Dərs təlimin digər formaları üçün bünövrə təşkil edir: dərsdə material nə qədər yaxşı mənimsənilərsə, digər formaların (ev tapşırıqları, seminar məşğələləri, əlavə məşğələlər və s.) da səmərəsi yüksək olar.

Yeni təlim texnologiyalarının prinsipləri

15.2. Yeni təlim texnologiyalarının prinsipləri
Təlim prosesi mürəkkəb prosesdir. Onun məqsədəuyğun şə­kil­də təşkili vacibdir. Təlimin məqsədəuyğun təşkilində prinsiplər mü­­hüm rol oynayır.

Didaktika təlim nəzəriyyəsi olmaqla təlimin obyektiv qa­nun­la­rını, qanunauyğunluqlarını aşkara çıxarır, onlardan istifadə yol­la­rını müəyyənləşdirir. Təlim prinsipləri təlim qanunlarından irəli gə­li­r.

Prinsip didaktikanın qanunlarına uyğun təlim fəaliyyətini təş­kil etmək üçün qəbul edilmiş ideyalar toplusudur. Prinsip dedikdə həm­çinin didaktikada mövcud olan qanunlardan istifadə etmək, fəa­liy­yəti həmin qanunların tələblərinə uyğun şəkildə təşkil etməkdir.

Təlim prinsipləri didaktikanın mühüm vəzifələrinin həyata ke­çi­rilməsinə xidmət edir. Prinsiplər müəllimin qarşısına elə vəzifələr qo­yur ki, o bunlara əməl etməklə şagirdlərin yüksək tədris uğuruna na­il olur.

Təlim zamanı müəllimin fəaliyyətinin ümumi istiqamətini mü­­əy­­yən edən prinsiplər pedaqoji ədəbiyyatda müxtəlif cür təsnif edi­lir.

V.A.Slasteninin digər müəlliflərlə birgə yazdığı “Pedaqogika” dərs­liyində təlim prinsiplərinin aşağıdakı kimi təsnifi verilmişdir: el­milik; tərbiyəedici təlim; təlimin tətbiqi; təlimin ardıcıllığı və sis­tem­liyi; təlimdə fərdi yanaşma; təlimdə yaşauyğunluq; təlimdə yara­dı­cı inkişafın təmin edilməsi; təlimin çətinlik dərəcəsinin nəzərə alın­ması; əyanilik; mürəkkəblik dərəcəsindən asılı olaraq mövzunun im­kana uyğunlaşdırılması .

Y.K.Babanski təlim prinsiplərinin aşağıdakı kimi təsnifini ver­mişdir: elmilik; təlimin həyatla əlaqələndirilməsi; sistematiklik və ardıcıllıq; əyanilik; təlim prosesində müxtəlif metodlardan isti­fa­də etmə, təlimin asan (anlaşılıqlı) mənimsədilməsi prinsipi .

B.Əhmədova görə, təlimin aşağıdakı prinsipləri vardır: təlim ma­terialının onun məqsədi zəminində seçilməsi; təlim vasitələrinin onun məzmunu zəminində seçilməsi; təlim metodlarının onun vasi­tə­­ləri zəminində seçilməsi; təlimdə şagirdin imkanının nəzərə alın­ma­sı; elmilik; şüurluluq; fəallıq və müstəqillik; sistematiklik və ar­dı­cıllıq; fənnin daxili məntiqinin gözlənilməsi; biliyin möhkəm mə­nim­sədilməsi; reproduktiv və produktiv təfəkkürün vəhdəti; biliklə fəa­liyyətin birliyi və s.

Prinsiplərin təsnifatı ilə əlaqədar göstərdiyimiz nümunələr əsa­­sında onu demək olar ki, istər ənənəvi, istərsə də müasir pedaqoji ədə­biyyatda təlim prinsipləri öz həllini tam tapmamışdır. Ona görə ki, pe­daqoqlar prinsiplərə müxtəlif aspektlərdən yanaşırlar. Mütləq ola­nı odur ki, təlim prosesində müəyyən mexanizm vardır, onu bil­mə­sək bu prosesdə məqsədə nail ola bilmərik, bilsək də keyfiyyətli tə­lim ola bilməz. Təlimdə müvəffəqiyyət qazanmağa imkan verən me­xa­nizm təlim prinsipləridir. Təlim metodları və ya texno­lo­gi­ya­ları dəyişsə də bunlara uyğun prinsiplər həmişə olacaqdır.

Yeni təlim texnologiyaları əsasında həyata keçirilən təlim pro­se­sinin də özünə məxsus prinsipləri vardır. Bu prinsipləri iki yerə qrup­laşdırmaq olar:

  1. Şagirdi rəqabətəqabil , sosial, hərtərəfli inkişaf etdirməyə xid­­mət edən təlim-tərbiyə prinsiplərinə;
  2. İnteraktiv təlim zamanı rəhbər ideyalar kimi qəbul edilməli prin­siplərə.
  1. Demokratikləşdirmə – təhsil prosesinin demokratikləşdiril­mə­sində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və icti­ma­iy­yət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil pro­sesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris mü­əssis­ə­si­nin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir.
  2. Humanistləşdirmə – təhsilin humanistləşdirilməsi şagirdə mü­na­sibətin dəyişilməsini nəzərdə tutur, o cümlədən yaradıcı inki­şaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılması; əq­li və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olma­ya­raq şagirdin şəxsiyyətinə hörmətlə yanaşma; şagirdin qabiliyyət və tə­mayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin ya­ra­dılması.
  3. Diferensiallaşdırma – təlimin diferensiallaşdırılması şagird­lə­rin imkanlarının nəzərə alınması ilə qurulur.
  4. Fərdiləşdirmə – təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi ma­raq və tələbatlarının nəzərə alınmasıdır.
  5. İnteqrasiya – təhsilin inteqrasiyası fənlərin öyrənilməsi za­ma­nı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfək­kü­rün formalaşdırılmasının vəcibliyini nəzərdə tutur.
  6. Humanitarlaşdırma – təhsilin humanitarlaşdırılması şəxsiy­yə­tin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məz­mu­nunun formalaşmasına yeni yanaşmanı nəzərdə tutur. Bu ümum­bəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artm­a­sı­nı, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin də­yərləri ilə tanışlığı ifadə edir.
  1. Şagirdə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mər­kəzi obyekti kimi çıxış etməlidir; təlim uşağın imkan və qabi­liy­yət­lərinə, onun biliyinə, maraq və tələbatlarına yönəlməlidir;
  2. Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, id­rak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələn­mək həvəsini yaratsın;
  3. İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vı­qotskiy), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yö­nəl­mə­lidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyük­lə­rin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək po­ten­sial imkanlarına tuşlanmalıdır;
  4. Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf tə­ma­yüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül ta­pacaq dünyada fəaliyyətə hazırlamalıdır;
  5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: İctimai mü­hi­tin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proq­ram­la­rının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə pro­sesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin siste­ma­tik təzələnməsi baş verməlidir;
  6. Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşı­lıq­lı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tə­rəf-müqabili kimi iştirak etməlidirlər;
  7. Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özü­nün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini mü­əyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin mü­zakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir(32,səh.9).

Problemlilik: təlim modelində problemli inkişaf şəraitinin mo­­delləşdirilməsi; ətraf mühitin cisim və hadisələrində mövcud olan real ziddiyyətlərin həll edilməsi cəhdinə əsaslanmış təlim;

Bilik və təfəkkürün ayrılmazlığı: biliklər hazır vəziyyətdə qav­ranılmamalıdır; onlar təfəkkürün inkişaf etdirilməsi vasitəsi ol­ma­lıdır;

Məzmunun məlumatlılığı və elmi tutuma malik olması: tə­lim proqramları əsas elmi nailiyyətləri və məlumatı əks etdirməlidir;

Yaradıcılığın stimullaşdırılması: təlim prosesində bütün növ ya­ra­dıcı fikrə və fəaliyyətə dayaq vermək;

Biliklərin və həyat tələbatlarının qarşılıqlı əlaqəsi: təlimin məz­munu şagirdi onun öyrəndiklərinin həyat ilə necə əlaqəli olma­sı­nın dərk edilməsinə yönəltməlidir;

Şəxsi yönəlişlik: təlim proqramları şagirdlərə şəxsi təcrü­bə­lə­ri­nin istifadə edilməsinə imkan yaratmalıdır;

Diferensiallaşdırma: məzmunun şagirdlərin maraq və meyl­lə­rinə, qabiliyyətlərinə, şagirdlərin inkişaf səviyyələrinə yönəliş­li­y­i;

Müstəqil öyrənmə vərdişlərinin əldə edilməsinə yönəlişlik: bi­liklərə sərbəst yiyələnməyi, onları yaradıcı olaraq işləyib tətbiq et­mə­yi öyrədən tapşırıqlar olmalıdır;

İnteqrasiya: fənlərarası əlaqələrin məzmunda əks olunması müx­təlif fənlərdən olan mövzuları əlaqəli surətdə yüksək səmərə ilə öy­rənməyə, çoxsaylı tədris fənlərini bir-biri ilə əlaqələndirməyə və be­lə­liklə, təlimin məzmununun tamlığını və şagirdlərin təsəv­vü­rün­də dünyanın vahid mənzərəsinin inkişafını təmin etməyə imkan ve­ri­r.

Təlim proqramlarının məzmununun tərtibində çeviklik: proq­­ramların məzmununun variativliyi və sistematik olaraq təzələn­mə­si;

Biliklərin ümumiləşdirilmiş şəkildə mənimsənilməsi: təlim proq­ramları ancaq ayrıca biliklərin mənimsənilməsinə deyil, eyni za­manda biliklərin özəyini təşkil edən fundamental elmi biliklərin öy­rə­nilməsinə yönəlməlidir;

Gələcəyə istiqamətlənmə: təlimin məzmununda proqnoz və gə­ləcək üçün əhəmiyyətli ola bilməsi məsələlərinin həlli elementləri ol­malıdır;

Təlimin nəticələrinin əks etdirilməsi: təlim proqramları tə­li­min sonunda şagirdin nələri bilmələrini və praktiki olaraq nəyə qa­bil olmalarını əks etdirməlidir.

15.3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə
Pedaqoji tədqiqatlardan məlum olmuşdur ki, təlim prosesinə metodik yanaşmanın əsas üç növü vardır:

1) Passiv ənənəvi təlim;

2) Müasir fəal təlim;

3) Yeni İnteraktiv təlim.

Ənənəvi təlim metodunda (buna ənənəvi təlim də deyilir) müəllim əsas sima olub yalnız şagirdlərə diktə edir, öyrədir. Buna ənə­nəvi təlim prosesi deyilir ki, uzun illər belə təlim prosesi möv­cud olmuş və bu gün də yeniliyə can ataraq yaşamaqdadır. Ənənəvi təlim prosesində müəllim fəaldır, şagirdlər isə passiv dinləyicidirlər. Müəllim deyir, şagirdlər eşidir. Belə dərs prosesində qarşılıqlı əla­qə, əks əlaqə yoxdur. Şagird bu prosesdə yalnız bir obyektdir. Mü­əl­limin şagirdlərlə əlaqəsi yalnız suallara verilən cavablar, yazı iş­ləri vasitəsilə həyata keçirilir. Şagirdlərə çatdırılan biliyin mənim­sə­nilməsi baxımından belə metod səmərəsizdir. Lakin, belə ənənəvi dərsin də müəyyən müsbət cəhətləri vardır. Belə ki, müəyyən vaxt çər­çivəsində şagirdlərə müəyyən bilik və məlumatlar verilır. Şa­gird­lərin bilik dairəsi genişlənir, məlumatları artır. Bu prosesdə təlim şa­girdləri inkişaf etdirir. Amma buna inkişafetdirici təlim deyə bil­mərik. Bu prosesdə yalnız biliklər, məlumatlar genişlndirilir, inkişaf etdirilir. Buna inkişafetdirici təlim yox, təlim inkişaf etdirir deyə bilərik. Şagirdin belə fəaliyyəti produktiv deyil, reproduktiv təlim adlanır.

Reproduktiv təlim onunla xaraktrerizə edilir ki, şagird yalnız yazır, informasiyanı, bilikləri alır, onu qəbul edir, başa düşür, yadda saxlayır və təcrübədə tətbiq. Belə fəaliyyətin əsas məqsədi məktəb­li­də bilik, bacarıq və vərdişlərin formalaşdırılması, diqqət və yad­da­şın inkişaf etdiirlməsidir.

Bu metodun müsbət cəhətini görən bəzi müəllimlər bu meto­dun həmişə qalacağı iddiasındadırlar. Bəzi hallarda da təcrübəli mü­əllimlər, xüsusilə də şagirdlər artıq materialın mahiyyətini, dərsin məqsədini biləndə passiv metodun özündən də fənni əsaslı öyrənə bilirlər.

Təlimdə ənənəvi metodların aşağıdakı səciyyəvi cəhətləri vardır:

1.Bir qayda olaraq ənənəvi dərslərdə əsas diqqət şagirdlərdə bacarıqların formalaşmasına deyil, biliklərin mexaniki mənimsənil­mə­sinə yönəldilir.

2. Ənənəvi təlimdə hazır informasiyanın çatdırılması ilə onun mənimsənilməsi üçün şərait yaradılması müəllimin başlıca funksi­ya­sını təşkil edir.

3. Müəllimin şagirdlə rəftarında avtoritar, avtokratik iş üsulu, üslubu qabarıq şəkildə təzahür edir. Ənənəvi təlimdə hər bir dərs hazırlığın yoxlanması, yeni materialın izahı və dərsin möhkəm­lən­dirilməsi mərhələləri ilə səciyyələnir.

Ənənəvi dərs tipində mövzuların tədrisi zamanı sinifdə ümumi gərginlik hökm sürür, tədris prosesi şagirdlərin deyil, daha çox müəllimin aktual hesab etdiyi məsələlərin həllinə yönəlir. Bu zaman şagirdlərin əksəriyyəti təlim prosesində passiv iştirak edir. Ona görə də dərslər eyni tipli olub, şagirdlər üçün darıxdırıcı keçir. Hər bir dərs öz predmeti səciyyəsində tədris olunur, bu zaman həm də fənlərarası əlaqəyə az diqqət yetirilir.Bu prosesə interaktiv deyil, interpassiv deyilir.

Ənənəvi təlimin müəyyən imkanları da vardır. Belə ki, ənənəvi pedaqoji prosesi təsvir edəndə biz ilk növbədə lövhənin qarşısında duran müəllimi və onun sakit dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır ki, bilikləri çatdırsın, şərh etsin və misallar gətirsin. Sagirdlər isə bu məlumatları passiv şəkildə qav­rayır, anlayır, mənimsəyir, sonra bilikləri möhkəmləndirmək üçün bunları təkrarlayır və ya məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları yadda saxla­mağa çalı­şır­lar, müəllim isə nəticələri özü çıxararaq bilikləri hazır şəkildə şagirdlərə çatdırır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata keçirilir. Ənənəvi təlimin bu xüsuiyyətinə görə onu izahedici-illüstrativ və ya reproduktiv (təkraredici) təlim adlandırır­lar. Bunu aşağıdakı sxem əsasında təsvir etmək olar.
Ənənəvi təlim

Hamıya məlum olduğu kimi, hər hansı bir məlumat real hə­yat­da tətbiq edilən zaman əsaslı biliyə çevrilir. Şagirdin cavabına qo­yulan tələblərin əsasını əslində biliklərin mənimsənilməsinin yox­la­nılması yox, verilən məlumatların yadda saxlanılması təşkil edir. Eyni zamanda ənənəvi təlim prosesində biliklərin praktiki tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır.

Beləliklə, dərsin məzmunu adətən daha çox nəzəri öyrənilir və həyatın tələbatlarına uyğunlaşdırılmır. Şagirdin şəxsi təcrübəsi, onun tələbatları, maraqları, qabiliyyətləri və fərdi xüsusiyyətləri nə­zə­rə alınmır.

Belə dərs prosesinin nəticəsində heç kim əmin ola bilməz ki, bütün şagirdlər bu bilikləri lazımi səviyyədə dərk edəcək. Şagirdin hazır bilikləri mənimsəməsi nəinki onun təfəkkürünün inkişafı üçün stimul yaratmır, eyni zamanda idrak prosesini kütləşdirir, uşağı ya­ra­dıcılıqdan, sərbəstlik, müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyət­lər­dən məhrum edir. Nəticədə təlimin səmərəliliyi azalır, çünki onun keyfiyyəti şagirdin əqli qabiliyyətlərinin və hafizəsinin inkişaf səviyyəsi, idrak motivasiyasının olub-olmaması kimi psixoloji amillərdən birbaşa asılı olur.

Deməli, ənənəvi təlim zamanı şagirdlərin dərketmə fəallığı pas­siv, reproduktiv xarakter daşıyır. Belə dərsdə yalnız informa­si­ya­la­rın toplanmasına və yaddaşın məşq etdirilməsinə yönəlmiş, həya­tın real tələbatlarından kənar olan təhsil şəraitində müasir dövrün şəxsiyyətinin, hərtərəfli inkişaf etmiş insanın formalaşdırılması çə­tin­dir. Belə dərslərdə şablonçuluq, formalizm, əzbərçilik geniş ya­yıl­mış olur.

Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri isti­fadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çe­vik, şablonçu olmasıdır. Müasir informasiya – kommunikasiya döv­ründə elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsiplərinə əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənimsətmək əslində çox çətin bir prosesə çevrilir.

Fəal təlim metodu elə təlim metodudur ki, dərs prosesində mü­əl­limlə şagird arasında qarşılıqlı əlaqə, münasibət, ünsiyyət, müəl­lim-şagird əməkdaşlığı vardır. Şagirdlər passiv dinləyici deyil­lər. Onlar dərsin fəal iştirakçılarıdır, müəllimin yaxın köməkçisi­dir­lər. Əgər passiv təlim metodunda müəllim əsas fiqur, əsas sima idisə, indi müəllim və şagird birlikdə dərsin əsas qurucusu, təşkilatçılarıdır.

Fəal təlimdə müəllim və şagird eyni səviyyədə, eyni dərəcə­də­­dirlər. Əgər passiv dərs avtoritar, avtokratik üsulda qurulursa, fəal dərs tipində əməkdaşlıq, işgüzarlıq, demokratik prinsiplər öz əksini tapır.

Fəal təlimdə müəllim şagirdə təsir göstərdiyi kimi, şagird də mü­əllimə təsir göstərir. Fəal təlimdə müəllim şagirdə öyrətdiyi ki­mi, müəllim özü də şagirddən öyrənir. Fəal təlimdə qarşılıqlı dia­loq, əməkdaşlıq hökm sürür. Fəal təlimi sxem şəklində aşağıdakı kimi göstərə bilərik.
F əal təlim

Fəal təlimin prinsiplrini aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
  2. Fəal idraki prinsip
  3. İnkişafetdirici təlim prinsipi
  4. “Qabaqlayıcı təlim” prinsipi
  5. Təlim-tərbiyənin çevikliyi prinsipi
  6. Əməkdaşlıq prinsipi
  7. Dioloji təlim prinsipi

İnteraktiv təlim zamanı isə müəllimin başlıca vəzifəsi şa­gird­­lərə yardımçı olmaqdan, təlim prosesində şagirdlərin fəaliy­yə­ti­ni əlaqələndirib onlara yaradıcı axtarışa həvəs yaratmaqdan, axtarıb araşdırmağı, nəyi harada öyrənməyi öyrətməkdən ibarətdir.

İnteraktiv təlim metodları özü də fəal təlim prosesinə daxil olan metodlardandır. Burada biliyin əasas qrup və cütlərlə iş for­malarından müntəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motiva­si­ya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qruplarda işlər təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir. Hər qrup öz tədqiqatlarının yekunları ilə auditoriyanı tanış edirlər. Sonra təqdim olunan bütün işlər arasında rabitə, əlaqələr yaradılır. Məlumatlar sistemə salınaraq ümumiləşdirilir. Həmin ümumiləş­mə­lər ilkin fərziyyələrlə müqayisə olunur və nəticələr çıxarılır. Bundan sonra biliyn tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu kimi, fəal-interaktiv təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı qayğısına qalınır, təlim prosesinə tədqiqat xa­rakteri verilir. Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti yaradıldığından iştirakçıların yüksək fəallığı təmin olunur.

Ə nənəvi təlim

İnteraktiv təlim
15.4. Fəal və interaktiv təlim metodlarının səciyyəsi

Məlum olduğu kimi interaktiv təlim metodları ən yeni tex­no­lo­giyalardan biri sayılır.

Təlim texnologiyası deyəndə pedaqoji prosesdə təlimin ən ye­ni və ən səmərəli metodlarından, priyom, tərz və vasitələrindən is­ti­fa­də etməklə yüksək elmi – intellektual səviyyəyə və nümunəvi mə­nə­­vi – əxlaqi normalara malik olan şəxsiyyətin yetişdirilməsi nə­zərdə tutulur.

“İnteraktiv” latın sözü olub, iki mənada təqdim olunur. Birin­cisi “intero” şəklində, yəni “daxili”, “içəri” mənasında, ikincisi isə “in­­ter­naşin” şəklində yəni “ara”, “qarşılıqlı əlaqə”, “dialoq” “bey­nəl­xalq” mənasında işlədilir. “Aktiv” və ya “akt” sözü isə beynəl­xalq sta­tus almış “aktivişhin” sözündən olub, “fəaliyyət”, ”fəal”, “fəallıq”, “fəallaşmaq” mənasında işlədilir. Demək, “İnteraktiv” “qarşılıqlı əla­qə”, “anlaşma”, “əməkdaşlıq”, “dialoq” deməkdir. Bu prosesdə hər iki tərəfin fəallığı mühüm yer tutur. Bu fəallaşma adi və normal fəallaşma kimi deyil, çevik və dinamik fəallaşma kimi başa düşülür. Deməli, “interaktiv” sözü pedaqoji prosesin son də­rə­cə dinamik fəal­laş­dırılması kimi başa düşülməlidir. Bu prosesdə hər bir şagirdin öz müstəqil fikri, düşüncəsi və ideyası olur və hər bir zəif şagird də fəallaşır. Bütün bunlar da, heç şübhəsiz, təlim key­fiy­yətinin yük­səl­mə­sinə, təkmilləşməsinə bilavasitə təsir göstə­rir, şagirdlərin mə­nim­sə­mə keyfiyyətini artırır.

  • müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki prob­lem situasiyasının yaradılması;

– şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yad­da­şının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zən­gin­ləş­diril­mə-si­nə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsa­sın­da daha çox biliklərin müstəqil əldə edilməsi və mənim­sə­nilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabi­liyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəl­limin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr apar­mağı öyrənirlər.

İnteraktiv təlim prosesində şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı”, araşdırıcı” mövqeyidir; o, gücü çatdığı məsələlər və prob­lemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Şagirdlər təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan, fikir söyləyən, münasibət bildirən, biz subyekt, təlim pro­se­sinin tamhüquqlu iştirakçısı, tədqiqatçısı kimi çıxış edir və bi­lik­ləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.

Müəllimin mövqeyi – fasilitator (“bələdçi”, “aparıcı”) daha çox istiqamətverici mövqeyindədir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.

İnteraktiv metodlarla qurulan dərs ənənəvi dərsdən onunla fərq­lə­nir ki, burada uşaqlar özləri biliyi əldə edir, müstəil çalışaraq, ax­tararaq bilik qazanır. Şagirdlər təlim prosesinə fəal cəlb olunurlar. Mü­­əllim isə daha çox istiqamət, məsləhət verir, o bələdçi rolunu oy­na­yır. Sinifdəki iqlim uşaqların sərbəstləşməsinə, müstəqilliyinə, fə­al­­lı­ğına səbəb olur, uşaqlar öz fikirlərini sərbəst söyləyə bilirlər. İn­te­rak­tiv dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll et­­məyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

İnteraktiv təlimin əsas üstünlüyü – real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin) yaranmasıdır. Bu da idrak fəaliyy­ətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyət­lə­rin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emo­si­yalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənim­sənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır.

Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimsəyir.

İnteraktiv təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiy­yə­tinin yüksəldilməsinə şərait yaradır.

Təlimin səmərəliliyi (daha qısa müddətdə daha çox informa­siyanı mənimsəmək imkanı) xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar:

  • şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına;
  • təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə edilməsi və mənimsənilməsi sayəsində.

Bunu da qeyd edək ki, interaktiv təlim metodlarından hər bir mövzunun tədrisində istifadə etmək məsləhət görülmür. Dərsdə qar­şı­ya qoyulmuş məqsəd, şagirdlərə veriləcək bilik, bacarıq və vər­diş­lərin məzmunu, xarakteri, inteqrasiya imkanları, şagirdlərin ha­zır­lığı, yerli şərait, məktəbin maddi bazası və s. nəzərə alınmaqla in­te­rak­tiv priyomlara müraciət edilməlidir.

Bəzən müəllimlərdən eşitmək olur: “Biz yaxşı dərs deyirik, amma şagirdlərin marağı yoxdur”. Təcrübələr göstərir ki, maraq biliyin necə təqdim olunmasından asılıdır. Uşaqların biliyi artdıqca, daha çox şey bilməyə can atır, öyrənməyə həvəsi və marağı olur, araşdırmalar aparırlar. Təcrübəli müəllimlər, pedaqoqlar bildirirlər ki, oxumaq istəməyən, maraqlanmayan uşaq yoxdur. Uşaq doğu­lan­dan ətraf aləmi öyrənməyə, dərk etməyə can atır və onlarda hər şeyə maraq olur.

Deyilənlərdən məlum olur ki, interaktiv metodlar təlimin key­fiy­­­yətini xeyli dərəcədə yüksəldir, şagirdlərdə yeni idraki və əxlaqi keyfiyyətlər formalaşdırır: müsahibini, hər hansı danışanı (danı­şı­ğı­nı), maqnitafon, radio, televiziya verilişlərini dinləməyi, söy­lə­ni­lən fi­kirlərə hörmət etməyi, yeri gəldikdə münasibət bildir­məyi, müs­təqil, tənqidi və yaradıcı düşünməyi, sərbəst fikir söy­lə­məyi, irəli sürdüyü fikri müdafiə etməyi, sübuta yetirməyi, məntiqi təfək­kü­rünü inkişaf etdirməyi, təcrübəsini və ümumi hazırlığını təhlil etməyi, özünü obyektiv qiymətləndirməyi, kollektivdə öz yerini gör­məyi, əqli və fiziki əmək prosesində kollektivin üzvləri ilə əmək­daşlıq etməyi, birgə işləməyi, ümumi əməyin payına düşən hissəni ləyaqətlə yerinə yetirməyi, kollektivin fikrinin formalaşma­sında fəallıq, işgüzarlıq gös­tərməyi, qrupun üzvləri, sinif kollektivi ilə birgə qərar verməyi, qar­şıdurma yarandıqda müdafiə olunmağı, münaqişəni səbrlə, sülh yolu ilə həll etməyi, tolerant olmağı, risqə getməyi, emosional situa­si­ya­da özünü ələ almağı, özünü idarə et­mə­yi, şəxsi sağlamlığına görə məsuliyyət daşımağı, insana, onun hü­quqlarına hörmətlə, ədalətlə yanaşmağı bacarmaq və s.

İnteraktiv metodlarla keçilən dərslərdə şagirdlərdə hər şeyi bilmək həvəsi, təşəbbüskarlıq yüksəlir, onların öyrənmə fəallığı, tə­li­min keyfiyyəti və səmərəliliyi artır, nəticədə mexaniki yaddaş de­yil, yaradıcı təfəkkür inkişaf edir.

Təlimin prinsipləri

Təlim prinsipləri təlimin qanunauyğunluqlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki, didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir.
Pedaqoji ədəbiyyatda prinsiplərin təsnifatında vahidlik yoxdur: təklif olunan prinsiplərin miqdarı, sistemi və ifadəsində müxtəlif fərqlər özünü göstərir. Bu fərqlər isə prinsiplərin əsasında duran təlim qanunlarının kifayət qədər öyrənilməməsi ilə bağlıdır.
Təlim prinsipləri didaktik qanunauyğunluqlarla sıx bağlı olduğundan onları həmin qanunauyğunluqlar əsasında təsnif etmək daha düzgündür. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasındakı çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir.
Təlimin qanunları ilə prinsipləri arasındakı əlaqəni nəzərdən keçirək.

Təlimin qanunları (qanunauyğun əlaqələr)

I. Təlimin cəmiyyətin tələbatı və həyatla şərtlənməsi qanunu

Təlimin həyatla əlaqələndirilməsi prinsipi

II. Təlimdə təhsil, tərbiyə və inkişaf proseslərinin vəhdəti qanunu

Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi

III. Mənimsəmə səviyyəsinin təlimin elmiliyi və sistemliliyindən asılılığı qanunu

Təlimdə elmilik prinsipi
Təlimdə sistematiklik və ardıcıllıq prinsipi

IV. Təlimdə konkretlə mücərrədin vəhdəti qanunu

Təlimdə əyanilik prinsipi

V. Təlimin səmərəsinin şagirdin öyrənmə fəaliyyətinin xarakterindən asılılığı qanunu

Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi

VI. Təlimdə məqsədin məzmunu, onun vasitəsilə təlimin metod, vasitə və formalarını şərtləndirməsi qanunu

Təlimin optimal təşkili prinsipi

VII. Təlimin keyfiyyətinin şagirdlərin real təhsil imkanları ilə şərtlənməsi qanunu

Təlimdə müvafiqlik prinsipi
Təlimdə fərdi yanaşma prinsipi

VIII. Təlim prosesinin onun cərəyan etdiyi şəraitdən asılılığı qanunu

Təlim üçün zəruri şəraitin yaradılması prinsipi

IX. Təlimin nəticəsinin bilik və bacarıqların möhkəmliyi ilə şərtlənməsi qanunu

Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi

Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki məktəbin real təcrübəsində təlim vahid, bütöv proses kimi cərəyan edir.
Prinsiplərin mahiyyətini ayrılıqda qısaca nəzərdən keçirək.

  • Teqlər:
  • təlimin prinsipləri
  • , təlim
  • , pedaqogika

Comments are closed, but trackbacks and pingbacks are open.