TƏNƏFFÜS SİSTEMİ
Təngnəfəslik (dispnoe) — xarici tənəffüs funksiyasının pozulması olub, həm obyektiv simptomlarla, həm də hava çatışmazlığı hissi ilə müşayiət edilir. Ona tənəffüs və ürək-damar sistemlərinin patologiyalarında, habelə anemiya zamanı rast gəlinir. Təngnəfəslik MSS-nin üzvi zədələnmələri, nevrotik pozğunluqlar və maddələr mübadiləsinin pozulması ilə də bağlı ola bilər. Bu əlamətin səbəbini üzə çıxarmaq üçün spirometriya, rentgenoqrafiya, EKQ, USM və laborator analizlərdən istifadə edilir. Simptomatikanı zəiflətmək məqsədilə qeyri-medikamentoz üsullar tətbiq edilir, əsas xəstəliyin korreksiyası aparılır.
Təngnəfəslik
Təngnəfəslik (dispnoe) — xarici tənəffüs funksiyasının pozulması olub, həm obyektiv simptomlarla, həm də hava çatışmazlığı hissi ilə müşayiət edilir. Ona tənəffüs və ürək-damar sistemlərinin patologiyalarında, habelə anemiya zamanı rast gəlinir. Təngnəfəslik MSS-nin üzvi zədələnmələri, nevrotik pozğunluqlar və maddələr mübadiləsinin pozulması ilə də bağlı ola bilər. Bu əlamətin səbəbini üzə çıxarmaq üçün spirometriya, rentgenoqrafiya, EKQ, USM və laborator analizlərdən istifadə edilir. Simptomatikanı zəiflətmək məqsədilə qeyri-medikamentoz üsullar tətbiq edilir, əsas xəstəliyin korreksiyası aparılır.
- Ümumi xarakteristika
- İnkişaf mexanizmi
- Təsnifatı
- Təngnəfəsliyin səbəbləri
- Diaqnostika
- Müalicə
Təngnəfəslik haqqında ümumi məlumat
Təngnəfəslik pasiyentlər tərəfindən hava çatışmazlığı hissi, döş qəfəsində sıxılma və tənəffüs hərəkətlərinin qeyri-effektivliyi ilə gedir. Dispnoe üçün bir sıra obyektiv əlamətlər: nəfəsalma-nəfəsvermənin ləngiməsi və yaxud tezləşməsi, burun-dodaq üçbucağının sianozu və ya avazıması, səsli nəfəsalma, boğulma xarakterikdir. Vəziyyəti yüngülləşdirmək üçün xəstələr çox vaxt məcburi vəziyyət alır: oturaq halda bədənlərini önə əyərək, qollarını dayaq kimi istifadə edirlər.
Əksər hallarda təngnəfəslik fiziki yüklənmələrlə əlaqəli olur. Xəstəliyin ilkin mərhələlərində dispnoe yalnız həddindən artıq aktivlik nəticəsində meydana çıxır. Sonralar isə adi hərəkətlər də təngnəfəslik törədirlər. Tənəffüs pozğunluqlarından əlavə patoloji simptomatika: döş qəfəsində ağrı və diskomfort, baş ağrıları, başgicəllənmə, əmək qabiliyyətinin azalması mümkündür.
Təngnəfəsliyin inkişaf mexanizmi
Təngnəfəsliyin əsasında ali sinir strukturlarının iştirakı ilə gedən çoxsaylı mürəkkəb mexanizmlər dayanır. Bu səbəbdən onun bir neçə inkişaf nəzəriyyəsi mövcuddur. Əksər həkimlərin fikrincə tənəffüs tezliyinin və keyfiyyətinin pozulmasının əsas səbəbi qanda oksigen və karbon qazının miqdarının dəyişməsidir. Karbon qazının konsentrasiyası artdıqda pH azalır, nəticədə bulbar mərkəzlərə, arteriyaların periferik xemoreseptor zonalarına və uzunsov beyində yerləşən mərkəzi reseptorlara stimuləedici təsir göstərilir.
Bu zaman müdafiə mexanizmləri işə düşür, beyin kötüyünün tənəffüs mərkəzi bronx-ağciyər sisteminə aktivləşdirici impulslar göndərir. Onunla əlaqədar tənəffüs tezləşir. Müxtəlif patoloji proseslər nəticəsində tənəffüs yollarının iyəbənzər sinir uclarından impulsların aktivləşməsi təngnəfəslik törədir. Bəzən tənəffüs mərkəzinin fəaliyyətinin sürətlənməsi isterik və yaxud nevrotik vəziyyətlərdə baş verir.
Həmçinin təngnəfəsliyin orqanizmin daxili mühitinin temperaturu ilə əlaqəsi sübuta yetirilmişdir. Hipertermiya zamanı tənəffüs mərkəzinin həssas zonaları daha isti qanla yuyulduğundan onlar aktivləşir. Bədən temperaturunun enməsi isə əksinə, tənəffüs hərəkətlərini seyrəldir.
Dispnoenin inkişafına əzələ yüklənməsinin həcmi və maddələr mübadiləsinin səviyyəsi də təsir göstərir. Əksər tədqiqatçılar hesab edirlər ki, bu mexanizmə 2 tip – ləng humoral və tezləşmiş nevrogen reaksiyalar səbəb olur.
Hava çatışmazlığı və boğulma şəklində subyektiv hissiyyatlar əsasən uzunsov beyindən izafi oyanmanın limbik strukturlara və böyük yarımkürələrin qabıq maddəsinə yayılması ilə bağlıdır. Bu proses təngnəfəs insanlarda neqativ emosional reaksiyaların, yəni qorxu və həyəcanın yaranmasına gətirib çıxarır.
Bəzən xoşagəlməz əlamətlər orqanizmin ventilyasiyaya tələbatı ilə tənəffüs aparatının funksional imkanları arasında uyğunsuzluq nəticəsində meydana çıxır.
Təngnəfəsliyin təsnifatı
Bir çox xəstəliklər və patoloji vəziyyətlər təngnəfəslik ilə təzahür etdiyindən diaqnostika prosesini asanlaşdırmaq üçün dispnoenin növünü dəqiqləşdirmək lazımdır. Təngnəfəsliyin təsnifatı onun inkişaf mexanizminə, tənəffüs funksiyasının pozulma dərəcəsinə və nəfəsalma-nəfəsvermə fazalarının nisbətinə əsaslanır. Dispnoenin fizioloji və patoloji formaları vardır. Fizioloji təngnəfəslikdə nəfəsalma və nəfəsvermə tezliyi fiziki yüklənməyə mütənasib formada dəyişir. Adətən təngnəfəslik tənəffüs fazalarına nəzərən təsnif edilir:
- İnspirator təngnəfəslik. Bu forma əsasən nəfəsalma fazasının çətinləşməsi ilə özünü büruzə verir. Ona diafraqma və plevranın xəstəliklərində, ürək çatışmazlığında, ağciyərlərin fibrozunda təsadüf olunut. Küylü tənəffüslə müşayiət olunan dispnoe traxeya və iri bronxların patologiyaları üçün xarakterikdir.
- Ekspirator təngnəfəslik. Adətən kiçik bronx və bronxiolların keçiriciliyinin pozulmasında müşahidə edilir. Bu hal bronxial astmaya xasdır. Nəfəsvermə anında təngnəfəslik həmçinin xroniki obstruktiv bronxit, pnevmoskleroz, emfizema səbəbindən ağciyər toxumasının elastikliyinin azalması zamanı yaranır.
- Qarışıq təngnəfəslik. Hər 2 fazada tənəffüs pozulması əksərən ağır formalı ürək çatışmazlığında, tənəffüs sisteminin proqressivləşən xəstəliklərində meydana çıxır. Dispnoenin bu növü qızdırma halları, tənəffüs mərkəzinin birbaşa qıcıqlanması ilə gedən MSS patologiyaları ilə əlaqəli ola bilər.
Tənəffüs funksiyasının dəyişməsindən asılı olaraq, təngnəfəsliyin 3 forması ayırd edilir: taxipnoe — nəfəsalma tezliyinin 1 dəqiqədə 40-dan çox olması, bradipnoe — tənəffüs hərəkətlərinin 1 dəqiqədə 12-dən az olması, apnoe — tənəffüsün qəfil dayanması.
İnkişaf mexanizminə görə təngnəfəslik 3 formaya bölünür:
- mərkəzi – uzunsov beyindəki tənəffüs mərkəzinin fəaliyyətinin üzvi və yaxud funksional pozğunluqlarında əmələ gəlir.
- nevrogen – baş beyin qabığına tormozlayıcı təsirlərin zəifləməsi nəticəsində baş verir.
- hemik – anemiya zamanı inkişaf edir.
Tənfnəfəsliyin səbəbləri
Hava çatışmazlığının səbəbləri
Nəfəsalmanın çətinləşməsini ifadə edən subyektiv hissiyyatlar sağlam insanlarda intensiv yüklənmələrdən sonra, həmçinin hamiləlik dövründə müşahidə oluna bilər. Bu əlamətin patoloji səbəblərinə tənəffüs və orqanizmin digər sistemlərinin fəaliyyət pozğunluqları aiddir. Hava çatışmazlığı aşağıdakı xəstəliklər və vəziyyətlərlə bağlı olur:
- Ağciyər xəstəlikləri: krupoz və interstisial pnevmoniya, vərəm, sklerotik proseslər və birincili amiloidoz
- Plevritlər: quru, eksudativ, hemorragik
- Tənəffüs yollarının zədələnməsi: traxeya və bronxlarda yad cisim, torakal travma, ağciyər qanaxması
- Qırtlağın patologiyaları: larinqomalyasiya, neyropatik parez
- Şişlər: plevranın xərçəngi, bronxioalveolyar xərçəng, qalxanabənzər vəzin invaziv xərçəngi
- Kəskin vəziyyətlər: infarkt zamanı ürək astması, ürək qüsurları, ağciyər arteriyasının tromboemboliyası
- Nevrozlar: panik həmlələr, vegetativ damar distoniyası, kardionevroz.
Nəfəsvermənin çətinləşmə səbəbləri
Qısa nəfəsalma və uzun nəfəsvermə aktı ilə gedən ekspirator təngnəfəslik adətən bronx-ağciyər sisteminin müxtəlif xəstəliklərinin əlaməti sayılır. Dispnoenin bu forması çox vaxt döş qəfəsində sıxılma hissi ilə müşayiət edilir. Nəfəsvermənin çətinləşməsi aşağıdakı patoloji vəziyyətlərlə əlaqəli olur:
- Bronxial astma: allergik, qarışıq, peşə fəaliyyəti ilə əlaqədar
- Tənəffüs yollarının obstruktiv zədələnməsi: bronxitlər, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxoektaziya, traxeya və bronxların stenozu
- Ağciyər patologiyaları: pnevmoskleroz, emfizema, alfa 1-antitripsin fermentinin çatışmazlığı
- Peşə xəstəlikləri: bissinoz, benzin mənşəli pnevmoniya
- Farmakoterapiyanın fəsadları: QSİƏP (xüsusən aspirin) qəbulu, sitratlarla zəngin plazma və yaxud qan infuziyaları
- Nadir səbəblər: Vilyams-Kempbel və Mendelson sidnromları, traxeyanın bifurkasiya nahiyəsinin şişləri.
Təngnəfəsliyin diaqnostikası
Pasiyentlər hava çatışmazlığı və yaxud nəfəsvermənin çətinləşməsi şikayəti ilə adətən pulmonoloqa müraciət edirlər. Diaqnostika prosesində bir sıra laborator və instrumental müayinələr aparılır:
- Xarici tənəffüsün qiymətləndirilməsi. Spirometriya – qeyri-invaziv müayinə olub, tənəffüs sisteminin fəaliyyətinin əsas göstəricilərini (ağciyərlərin həyat tutumu, ilk saniyədə forsirəolunmuş nəfəsvermənin həcmi) təyin etməyə imkan verir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ilə astmanın differensiasiyası üçün bronxodilatasiya testi keçirilir.
- Rentgenoloji müayinə. Döş qəfəsi orqanlarının 2 proyeksiyada rentgenoqrafiyasının köməyilə təngnəfəslik törədən patoloji dəyişikliklər (diffuz skleroz, emfizema, həcmli törəmələr) aşkarlanır. Növbəti mərhələdə KT, MRT məsləhət görülür.
- Larinqoskopiya. Qırtlağın mənfəzinin daralmasını üzə çıxarmaq, yad cisimləri vizualizasiya etmək məqsədilə selikli qişalara xüsusi larinqoskopla baxılır. Heç bir zədələnmə əlamətlərinə rast gəlinmədikdə larinqoskopiya traxeobronxoskopiya ilə tamamlanır. Onun vasitəsilə bronxlar detallı şəkildə yoxlanılır. Ehtiyac olduqda sitomorfoloji müayinə üçün material götürülür.
- Elektrokardioqrafiya. Təngnəfəsliyin kardioloji səbəblərini inkar etmək üçün EKQ aparılır. Şübhəli hallarda ürək-damar sistemi geniş formatda müayinə edilir: fonokardioqrafiya, ürəyin USM və doppleroqrafiya təyin edilir.
- Laborator analizlər. Оценка показателей насыщенности крови кислородом и уровня углекислого газа необходима для определения степени дыхательных расстройств. В общем анализе крови могут отмечаться признаки воспалительных процессов (повышение СОЭ, лейкоцитоз). Также рекомендовано биохимическое исследование крови.
Təngnəfəsliyin etioloji faktorunu müəyyən etmək üçün allerqoloji sınaqlardan istifadə edilir. Genişləndirilmiş immunoqrammanın nəticələri də informativ hesab olunur. Rentgenoqrammada şübhəli törəmələr aşkarlandıqda ağciyərin transbronxial biopsiyası göstərişdir.
Təngnəfəslik zamanı müalicə
Diaqnoz qoyulana qədər yardım
Təngnəfəslik tutması kəskin başladıqda xəstəni sakitləşdirib, stula və ya yatağa oturtmaq lazımdır. Tənəffüsü asanlaşdırmaq üçün köynəyin yaxasını açmaq, kip geyimləri çıxarmaq məsləhətdir. Pəncərə və yaxud qapını açmaqla otağa təmiz havanın daxil olmasını təmin etmək gərəkdir. Bitki tərkibli sedativ dərmanların qəbuluna icazə verilir. Tənəffüsün çətinləşməsi tez-tez təkrarlandıqda, bu hal müəyyən bir xəstəliyin inkişafından və yaxud mövcud patologiyanın proqressivləşməsindən xəbər verir. Belə hallarda mütləq həkimə müraciət olunmalıdır.
Konservativ terapiya
Müalicə sxemi təngnəfəsliyin səbəbi nəzərə alınmaqla seçilir. Dispnoe ilə müşayiət olunan xroniki vəziyyətlərin terapiyasında həyat tərzinin korreksiyası (siqaretdən imtina, xüsusi idman hərəkətlərinin gündəlik yerinə yetirilməsi) mühüm yer tutur. Hipoksemiya zamanı oksigenoterapiya seansları aparılır. Təngnəfəslik zamanı aşağıdakı qrup preparatlarla etiotrop, patogenetik və simptomatik terapiya göstərişdir:
- Bronxodilatatorlar. İnhalyator formasında qısa təsirli beta-adrenomimetiklər təngnəfəslik tutmalarını tez bir zamanda aradan qaldırır. Uzunmüddətli β2-aqonistlər, metilksantinlər bazis terapiya qismində istifadə edilir.
- Bəlğəmgətirici vasitələr. Bu dərmanlar xroniki bronxitlər və ağciyərərin xroniki obstruktiv xəstəliklərində effektivdir. Onlar bəlğəmin xaric olmasını stimulə edir, bronxların keçiriciliyini yaxşılaşdırırlar. Bəzi hallarda bəlğəmgətiricilər mukolitiklərlə kombinə edilir.
- Antibiotiklər. Mikrobəleyhinə vasitələr tənəffüs yollarının bakteriya mənşəli, kəskin və xroniki iltihabi xəstəliklərində təyin olunur. Antibakterial preparatı seçərkən bəlğəmin əkilməsinin nəticələri nəzərə alınır.
- Kardiotoniklər. Ürək xəstəliklərindən əziyyət çəkən insanlarda təngnəfəsliyi azaltmaq üçün ürək qlikozidləri qəbul edilir. Miokardın pred və post yüklənməsi periferik vazodilatatorlar və diuretiklərlə azaldılır.
- Kortikosteroidlər. Ağır dərəcəli tənəffüs pozğunluqlarında hormonal preparatların daimi qəbulu göstərişdir. Bronxial astmalı pasiyentlərdə qlükokortikoidlərin inhalyasion forması effektivdir.
- Sitostatiklər. Şiş əleyhinə preparatlarla kimyaterapiya kursları bronx və ağciyərlərin bədxassəli şişlərində məsləhət görülür. Medikamentoz müalicənin şüa terapiyası ilə kombinasiyası müalicənin effektivliyini artırır.
TƏNƏFFÜS SİSTEMİ
Tənəffüs sisteminin əsas vəzifəsi orqanizmi normal həyat fəaliyyəti üçün vacib olan oksigenlə təmin etmək, maddələr mübadiləsi nəticəsində əmələ gələn karbon qazını və suyu isə bədəndən xaric etməkdir. Ağciyərlə fasiləsiz qazlar mübadiləsi gedir: qan oksigenlə zənginləşir və karbon qazından xilas olur. Qazlar mübadiləsinin ağ ciyərlərdə gedən bu fazası xarici tənəffüs adlanır. Daxili tənəffüs isə qanla toxumlar arasında gedir. Tənəffüsün sayı, dərinliyi və ritmi uzunsov beyindəki tənəffüs mərkəzi və baş beyin qabığı tərəfindən tənzim edilir.
Hər bir şəxsdə normada tənəffüs hərəkətləri ritmik olur. Sakit vəziyyətdə yetkin şəxslərdə tənəffüsün sayı 1 dəq-də 16-20-dir. Qadınlarda isə bu rəqəm 18-22-dir. İnsan uzandıqda tənəffüsün sayı bir qədər azalır (1 dəq-də 14-16), ayağa durduqda isə, əksinə, artır (1dəq-də 18-20). Sakit vəziyyətdə səthi tənəffüs, fiziki və ya emosional gərginlik zamanı isə dərin tənəffüs müşahidə edilir.
Tənəffüsün 3 tipi ayırd edilir: döş, qarın və qarışıq. Döş tinli tənəffüs əsasən qadınlarda müşahidə edilərək döş qəfəsinin önə, arxaya və yanlara doğru hərəkətləri ilə xarakterizə olunur. Qarın tipli tənəffüs ən çox kişilərdə olur. Bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, döş qəfəsi şaquli istiqamətdə diafraqmanın hesabına genişlənir. Qarışıq tip tənəffüsdə döş boşlugu bütün tərəflərə bərabər istiqamətdə hərəkət edir.
Xəstələrdə tənəffüs hərəkətlərini müşahidə edərkən çalışmaq lazımdır ki, xəstə bunu hiss etməsin. Əks halda xəstə həyacanlanır və nəticədə tənəffüsün sayı, dərinliyi və ritmi dəyişə bilir. Xəstənin fikrini yayındırmaq məqsədilə bir əllə onun əlini elə tuturlar ki, guya nəbzini yoxlanıılır. Digər əli isə döş (döş tipli tənəffüsdə), yaxud epiqastral (qarın tipli tənəffüsdə) nahiyəyə qoyaraq, bir dəqiqədəki nəfəsalmaların sayını müəyyənləşdirirlər. Alınan nəticədə temperatur vərəqəsində olan «tənəffüs sayı» qrafasına qeyd edirlər.
Tənəffüs apparatı – orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigen alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir, vəzifə cəhətcə qan-damar sistemi ilə sıx rabitədədir.
İnsanın tənəffüs aparatına qırtlaq – larunx, nəfəs borusu – traxea, ağ ciyərlər – pulmones aiddir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Beləliklə, ağız və burun boşluqları udlaq ilə birlikdə tənəffüs aparatının təbii qapaqlarını təşkil edir və yuxarı tənəffüs yolları adı ilə məlumdur.
Ağız, burun boşluqları və udlaq tənəffüsdə iştirak etməkdən əlavə, xüsusi vəzifələr daşıyır; məs burun boşluğu – qoxu, ağız boşluğu və udlaq həzm vəzifəsini ifa edir.
Qırtlağın ardını nəfəs borusu təşkil edir. Nəfəs borusu qida borusunun önü ilə aşağıya doğru gedərək, döş boşluğuna daxil olur və burada 2 şaxəyə – sağ və sol bronxlara bölünür. Bronxlar ağ ciyərlərə daxil olub, orada şaxələnir və nəhayət ağ ciyər alveolalarına keçir.
Aldığımız hava burun boşluğundan, xoanalardan, ağız boşluğundan, əsnəkdən udlağa və burudan qırtlaq girəcəyi vasitəsilə qırtlağa və sonra nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə ağ ciyərlərdəki alveolalara keçir. Beləliklə, qırtlaq, nəfəs borusu və bronxlar tənəffüs yolu vəzifəsini görür və aşağı tənəffüs yolları adı ilə məlumdur. Qırtlaq tənəffüs yolu vəzifəsindən əlavə səs aparatı vəzifəsini də görür; nəfəs verilərkən burada olan səs telləri ehtizaza gəlir və nəticədə səs meydana çıxır.
Ağ ciyərlər döş boşluğunda yerləşərək xaricdən plevra adlanan seroz qişa ilə əhatə olunmuşdur. Bu seroz kisələrin arasında orta divar adlanan sahə qalır; burada ürək, qida borusu, bir sıra damarlar, sinirlər, döş sümüyü, limfa axacağı və uşaqlarda timus vəzi yerləşir.
Ağ ciyər alveolalarına dolmuş hava ilə qan kapillyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi gedir: alveollarda olan havadan oksigen qana keçir, eritrositlərin tərkibində olan hemoqlabin ilə birləşir, qanda həll olmuş karbon qazı alveollara keçir və nəfəs verilərkə xaricə çıxır.
QIRTLAQ 2 vəzifə daşıdığı üçün quruluşu da mürəkkəbdir. Skeletini 3 ədəd tək qığırdaq, 3 cüt qığırdaq təşkil edir. Qadıq qırtlağının skeleti kişilərindəkindən kiçik və qığırdaqları nazik olur. Qırtlağın daxili səthi selikli qişa ilə örtülü, rəngi çəhrayıdır, səs büküşləri üzərində ağımtıldır.
Qırtlaq boşluğunu larinkoskop vasitəsilə müayinə etmək olur.
İnsan qidanı udduğu zaman qırtlaq girəcəyi örtülür, bununla bərabər səs yarığı da yuxarıdan möhkəm örtülür, buna görə də qida udlağa keçdikdə qırtlağa düşə bilmir.
NƏFƏS BORUSU – uzunluğu 9-15sm, eni 1,5-2,2 sm-dir. 2 hissədən boyun və döş hissədən ibarətdir. 4-5 döş fəqərələri səviyyəsində sağ və sol baş bronxlara bölünür. Nəfəs borusu 16-20 qığırdaq halqalardan ibarətdir.
BRONXLAR – sağ baş bronx sol bronxdan qısa və genişdir, uzunluğu 3 sm olub, 6-8 qığırdaq halqalarından təşkil olunmuşdur. Sol baş bronx 4, 5 sm olub 9-12 qığırdaq halqalarından ibarətdir. Bronxların quruluşu və şəkli ümumiyyətlə nəfəs borusu kimidir, fərqi həcm və ölçülərinin kiçik olmasıdır.
AĞ CİYƏRLƏR – döş qəfəsində yerləşir, sağ ağ ciyər soldan qısa, geniş və həcmlidir. Rəngi uşaqlarda açıq çəhrayı olur, böyüklərdə isə tündləşir, qara ləkələrə təsadüf olunur. Onların rənginə mühitin və sənətin təsiri var.
Şaquli ölçüsü 25-27 sm, sagital ölçüsü 16-17 sm, frontal ölçüsü sağda 10 sm, solda 7 sm-dir.
Sağlam ağ ciyərlər 5000 kub sm hava tutur, dərin nəfəs verdikdə 1500 kub sm hava qalır, aralarında fərq 3500 kub sm-dir, buna ağ ciyərlərin orta həyat tutumu deyilir. Təxminən 35 yaşından sonra ağ ciyərlərin hava tutumu azalmağa başlayır. Ümumiyyətlə, ağ ciyərlərdəki alvolaların miqdarı təxminən 300-500 milyona çatır, bunların tənəffüs səthi nəfəs verdikdə 30 kvadrat metrə, dərin nəfəs verdikdə isə 100 kvadrat metrə bərabərdir. Ağ ciyərlər tənəffüs vəzifəsindən başqa sekretor-ifrazat və maddələr mübadiləsi (su, lipoid, duzlar) vəzifəsini də icra edir.
On 16/04/2015
Related Articles
SİDİK SİSTEMİNİN ƏSAS XƏSTƏLİKLƏRİ
Mədə-bağırsaq sistemi xəxstəlikləri
TƏNƏFFÜS YOLLARININ XƏSTƏLİKLƏRİ
MİKROBLAR ƏLEYHİNƏ İŞLƏDİLƏN MADDƏLƏR
DƏRMANŞÜNASLIQ. DƏRMAN PREPARATLARI
XƏSTƏLƏRİN ŞƏXSİ GİGİYENASI
XƏSTƏLƏRİN QİDALANDIRILMASI
QAN DÖVRANINA TƏSİR TƏDBİRLƏRİ
Qızdırma
DUYĞU ORQANLARI
Bölmələr
- Dərs vəsaiti (20)
- Məqalələr (2)
- Tibb Dərsləri (48)
M | T | W | T | F | S | S |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Comments are closed, but trackbacks and pingbacks are open.